Ardını oxu...
"Şikayətim var... "Kristal Abşeron"un Xırdalanda yerləşən komendantlığından narazıyam" DİA.AZ bildirir ki, bu barədə "Şikayətim var" sosial qrupundakı paylaşımında Tural Abbasov adlı istifadəçi giley edir.

Narazı qalan vətəndaş daha sonra qeyd edib: "Şənbə-bazar demədən ərazidə tikintiyə icazə verirlər ki, bu da sakinlərin istirahətini, dincliyini pozmaqdadır. Şikayət bildirirsən, komendant atır günahı prorabın üstünə... Prorab da atır komendantln üstünə... Komendantla danışanda şikayət edirsən, deyir böyük-böyük danışma, ağıllı ol...

Qanunsuz kommunal borcuna görə vətəndaşın işığını kəsirlər... Azərişıq-a zəng edirsən, deyir bizlik deyil... komendantla danışın...

Heç bir kompleksdə belə qanunsuzluq yoxdur. Bunlardan kimə şikayət edəsən... kimə deyəsən... bilmirsən.

Dövlət qurumları niyə bunlarla maraqlanmır görəsən..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
Əgər bu sektor bu günə qoyuldusa, görün ölkədə nə qədər haqqı tapdanan var.

Bəli, səsimizi yazırlar, montaj edirlər, digər QHT-lərə və yuxarı instansiyalara göndərirlər. Ən iyrənc oyun səfər qrantları ilə bağlıdır. Kimlər qrant almamışdı, çoxlarına səfər qrantı verilərək, indi haqqı deyən, neqativ hallara, oyunlara qarşı olanlara, yəni bizlərə qarşı qaldırırlar.

Artıq cücərtiləri var. O qədər naşıdılar ki, sifariş verilən yazıya, sevincək olub layk da qoyurlar.

Dəyərli dostlarımız, biz, bir qrup QHT Agentlikdəki rəhbərlərlə nə düşmənik, nə də qərəzimiz var! Sadəcə Vətəndaş Cəmiyyətini öz cib maraqlarına görə məhv etmək istəyənlərə yerlərini göstəririk. Sizlər, kiminsə troluna çevrilməyin! Haqq nazirlər, üzülməz, bir gün QHT- ləri bir- birinə düşmən etmək istəyənlər öz layiqli cəzalarını alacaqlar.

Xəbərimiz var, şişirdilmiş faktlar, çamur, atmaq kimi oyunlar gedir. Bunu da cənab Prezidentə təqdim etmək istəyirlər.Belə oyunların cavabını Prezidentimiz gözəl verdi ki, bir çox hallarda köməkçilərim də məni aldadırlar.

Lakin mən faktları bir neçə mənbədən alıram. Haqq işimizdə Tanrı bizə yar olsun! Allah cənab Prezidenti qorusun!!!

QHT sədri Mətanət Əsgərqızı
 
Ardını oxu...
Bu gün Xocalının Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri Vaqif Xaçatryanın məhkəmədə ağlamasını görəndə qulağımıza 31 il əvvəldən bir səs gəldi: Üzünü qaldır, qaldır üzünü… Bu, Vaqif Xaçatryanın da iştirakı ilə törədilən faciəni lentə alan Milli Qəhrəman Çingiz Mustafayevin səsi idi.

Tribunainfo.az xəbər verir ki, bunun eynisini məhkəmədə başını aşağı salaraq timsah göz yaşları tökən Xaçatryan da eşitdi. Amma Çingizin yox, hakimin dilindən:

– Üzünü qaldır, qaldır üzünü…

Bu, dejavü deyil, tarixi ədalətin bərpasıdır!

 
Ardını oxu...
Bakı Konqres Mərkəzində tarixi görüş – Celal Şengör və İlber Ortaylı “Dünyada mövcud beyin köçü” master-klassı ilə qarşınızda olacaq.

Tribunainfo.az xəbər verirki,tədbir zamanı 4 modul üzərində danışıqlar olacaq:

1. Dünyada mövcud Beyin köçü
2. Dünyada mövcud 270 münaqişə ocağı (250-si Yaxın Şərqdə olmaqla)
3. Nizamlanan Yaxın Şərq və Böyük Yaxın Şərq Layihəsi
4. Texnologiyanın inkişafı və bu inkişafın gələcək nəslə təsiri

✅Bütün iştirakçılara tədbir təşkilatçısı tərəfindən iştirak ilə bağlı referansı təqdim ediləcəkdir.

Biletləri Ticket.az və ya şəhərin kassalarından əldə edə bilərsınız.

Biletləri əldə etməyə tələsin!

Ardını oxu...
2012-ci ildə Everest zirvəsinin 300 metrliyində olan 24 yaşlı israilli alpinist Nadav Ben-Yehuda yaralanan türk alpinistini xilas etmək üçün planetin ən yüksək zirvəsini fəth etmək arzusundan əl çəkmişdi.
Ben Yehuda baş verənləri belə təsvir etdi: “Mən iki təzə cəsədin yanından keçdim. Cəsədlər təzə idi, çünki onlar dırmaşdığım eyni kəndirlərdə olan insanların cəsədləri idi, öldüklərini və hərəkət etməyə güclərinin olmadığını anlayıb insanlar yan tərəfə sürünməmişdilər, lakin özlərini bağlayaraq komaya düşüb ölürdülər. Hərəkət etməyə davam edənlər onların üstündən keçirdilər.
Onu görəndə tanıdım. Aydın Irmak (Türkiyə) idi, onunla düşərgədə görüşmüşdük. O, huşunu itirmişdi, əlcəyi, oksigeni, krampları yox idi, dəbilqəsi açıq idi. Sonunu gözləyirdi. Digər alpinistlər barmaqlarını belə tərpətmədən onun yanından keçirdilər, amma mən bilirdim ki, yanından keçsəm, o, mütləq öləcək. Bilirdim ki, heç olmasa onu xilas etməyə çalışmalıydım.
Aydınla mən enməyə başladıq,bu 9 saat davam etdi. Ağır olduğu üçün onu daşımaq çox çətin idi. Zaman-zaman özünə gəlirdi, amma sonra yenidən özündən gedirdi. Özünə gələndə ağrıdan qışqırırdı və bu, enişimizi daha da çətinləşdirirdi. Çox yavaş-yavaş olsa da aşağı düşürdük, amma bir anda oksigen maskam sındı, az sonra Malayziyadan olan bir alpinistlə qarşılaşdıq, o da son ayaqlarında idi. Aydın oldu ki, daha irəli getmək tamamilə mümkün deyil. Qarşılaşdığım alpinistlərə qışqırdım və iki yaralı üçün bir az oksigen tələb etdim, bəziləri cavab verdi ... "
Onlar düşərgəyə çatdılar, helikopterlə Katmanduya təxliyə edilib və xəstəxanaya yerləşdirildilər. Hər kəs donmuşdu, Nadav Ben-Yehudanın xilasetmə əməliyyatı zamanı əlcəklərini çıxarmaq məcburiyyətində qaldığı üçün barmaqları şiddətli donmuşdu.
“Mən bir seçim qarşısında qaldım - Everesti fəth edən ən gənc israilli olmaq, bu mənim karyeram üçün əla olardı və ya alpinisti dağdan endirməyə çalışmaq - ikinci variantı seçdim və bunu bacardım... Hazırlığımda mənə kömək edən və öyrədən, özümə dağdan enmək və köməyə ehtiyacı olanı endirib xilas etmək üçün mənə kifayət qədər güc verən hər kəsə təşəkkür edirəm ."
Ardını oxu...
Naxçıvan Muxtar Respublikasında (MR) Ailə Sağlamlıq Mərkəzi Kompleksi inşa ediləcək.

Artıq Naxçıvan MR Səhiyyə Nazirliyi kompleksin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tenderə yekun vurub.

Tnederin qalibi "Prpjekt LTD” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 177 000 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyeystr məlumatlarına görə, "Projekt LTD” MMC 5 fevral 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov prospekti ev 127, mənzil 5-də yerləşir. MMC-nin qanuni təmsilçisi Bayramova Samirə Tahir qızıdır.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.

Araşdırmalrımız nəticəsində məlum olub ki, şirkətin əvvəlki hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, E. Süleymanov küçəsi, ev 137, mənzil 23-də yerləşib. Bu ünvanda başqa bir şirkət də qeydiyyatdadır: "Arxin-M LTD” MMC.

Bu şirkət 1998-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN-dir. Şikərin qanuni təmsilçisi isə Abbasov Niftalı Tağı oğludur. Niftalı Abbasovdan əvvəl isə şirkətin qanuni təmsilçisi Namazov Müsədin Əhəd oğludur.

Müsədin Namazov bir müddət "Projekt LTD” MMC-nin də qanuni təmsilçisi olub. Beləliklə, "Projekt LTD” MMC ilə "Arxin-M LTD” MMC-nin bir-birinə bağlı şirkətlər üzə çıxır.

"Arxin-M LTD” MMC də layihəçi şirkətdir və dövlət satınalmalarında fəal iştirak edir. Şirkət əsasən iri məbləğli tenderlərin qalibi seçilir.

Belə aydın olur ki, xırda layihələr "Porjekt LTD” MMC-yə, iri layihələr isə "Arxin-M LTD” MMC-yə verilir.

Böyük ehtimalla hər iki şirkətin qanuni təmsilçisi proxy şəxslərdir. Yəni, şirkətin onlara aidiyyəti yoxdur. Bəs bu şirkətlər kimindir? Bu sualın cavabı hələ ki, açıq qalır. \\Qaynarinfo
 
 
 
Ardını oxu...
Ümumi təhsil müəssisələri şagirdlərə xeyli əlavə dərs vəsaitləri aldırılır. Bu isə şagirdlərin dərs yükünü ağırlaşdırmaqla yanaşı, valideynlərin də maddi yükünün çoxalmasına səbəb olur.

Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan təhsil eksperti Kamran Əsədov deyib ki, bu köməkçi vəsaitlərin əksəriyyəti kommersiya maraqlarına xidmət edir.

Eskpert onu da bildirib ki, Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlər üçün metodiki vəsaitlər çap olunur. Həmin medotiki vəsaitlərdə uşaqların işləməsi üçün kifayət qədər tapşırıqlar mövcuddur.

DİM – in mətbuat katibi Xanlar Xanlarzadə isə bu köməkçi vəsaitlərdən istifadənin sərbəst olduğunu bildirib.

Əlavə dərs vəsaitlərinin qiymətlərinə gəlincə isə, bu il bazarda bahalaşma müşahidə olunur.

Xanlar Xanlarzadə qeyd edib ki, əlavə dərs vəsaitlərin qiymətlərindəki artım nəşr xərclərinə çəkilən amillərlə əlaqədardır.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
196 bağçada pilot qida layihəsi tətbiq olunub.

Bunu Məktəbəqədər Təhsilin Təşkili və İdarəolunması Sektorunun müdiri İlahə Rəsulova “Təhsil TV”də qonaq olarkən deyib.

O bildirib ki, hazırda bununla bağlı valideynlərdən və layihənin tətbiq olunduğu bağçaların rəhbərliyindən toplanan sorğular emal edilir.
“Bundan sonra qərar veriləcək ki, layihə genişləndirilsin, yoxsa dayandırılsın və ya modifikasiya edilsin. Pilot qida layihəsinin tətbiq olunmadığı bağçalarda qanunvericiliyə uyğun olaraq xüsusi menyu var və uşaqların qidalanması buna uyğun olaraq tənzimlənir.

Lakin 5-10 il əvvəlki uşaqlar həm fiziki, həm də qidalanma baxımından bugünkü uşaqlardan fərqlənirlər. Bunun üçün də bu sahədə islahatlara başlanılıb ki, vahid menyu tərtib edilsin”, - deyə o bildirib.
 
Ardını oxu...
"Amerikalı lotereyada 1,76 milyard dollar (169 milyard rubl) qazanaraq ABŞ tarixində ikinci ən böyük uduşu əldə edib. O gün də bir azərbaycanlı Rusiyada 100 milyon (1 milyon dollar) udmuşdu... Azərbaycanda belə şeylər nağıldır..." Bunu öz açıqlamasında DİA.AZ saytının baş redaktoru Məhəmməd Ərsoy qeyd edib.

M.Ərsoy daha sonra davam edir: "Bizdə bir "Azərlotoreya" var. Dövlət guya himayə edir. Əslində Mikayıl Cabbarovun adından çıxış edən dələduzların çətiri altındadır. və bu gün LOTO BAZARINDA, yəni QUMAR BAZARINDA ŞƏRİKSİZ LİDERLƏRDİR...

Kef edirlər... RƏSMƏN... kimsə də onlara söz deyə bilməz... Çünki YUXARIDAN HİMAYƏ OLUNURLAR...

"Yuxarı"dan himayə olunduqlarına görə AŞAĞININ - yəni yetim-kasıb təbəqənin başına oyun açırlar...

Nə isə... Unutmuşdum axı... BURASI AZƏRBAYCANDIR.. Maləsəf... Bəziləri BİZİM AZƏRBAYCANI öz çirkin əməllərinin məkanına çeviriblər... çevirə biliblər..."

Məsələ müzakirə üçün açıqdır..."
Ardını oxu...
“Qarabağ”ın legionerləri Azərbaycan toyunda rəqs edib.

Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə Ağdam klubunun əcnəbi futbolçuları - Kevin Medina, Julio Romao və Leandro Andradenin Azərbaycan mahnısına rəqs etmələri əks olunub.

Onların bu rəqsi maraqla qarşılanıb. Həmin anın videosunu təqdim edirik:

 

Dünyapress TV

Xəbər lenti