Ardını oxu...
Təhsil eksperti Vüsal Kərimli: “Universitetlər tədris proqramını özləri hazırlaya bilmirlər"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək bazarında ən çox tələb olunan peşə sahələrini müəyyənləşdirib.

Araşdırmalar zamanı 25 min iş elanı toplanılaraq təhlil edilib. Nəticələrə görə, əmək bazarında 17,5% göstərici ilə maliyyə-mühasibatlıq üzrə peşə sahələrinə tələbat liderlik edir. Digər dördlükdə marketinq və satış (13,9%), İKT və dizayn (10,3%), pərakəndə ticarət (9,1%) və təchizat-logistika (6,2%) üzrə iş elanları yer alır.

Bəs bazarın ehtiyac duyduğu sahələr Azərbaycanın ali təhsil müəssisələrində tədris olunurmu?

Təhsil eksperti Vüsal Kərimli Abzas Media-ya deyir ki, əsas problem Elm və Təhsil Nazirliyinin bütün universitetlərə yalnız bir tədris proqramı təklif etməsidir.

“Universitet 3-4 illik tədris proqramını özü müəyyənləşdirə bilmir. Beynəlxalq praktikada belədir ki, universitetlər öz proqramlarını əmək bazarının tələblərinə uyğun tərtib edirlər. Biz Bolonya prosesinə keçid edəndə 4 əsas şərt var idi: maliyyə azadlığı, universitetin müstəqil statusu, kredit sisteminə keçid, rəhbərlikdə seçkili orqanlar. Bunlardan maliyyə və kredit məsələsi həll olunub, ancaq ən əsas prorektor və rektorların seçki ilə müddətli seçimləri idi ki, bu təmin edilmədi. Belə olanda da, universitet rəhbərliyi dəyişiklikdə, inkişafda maraqlı olmur. Onları kollektiv seçmədiyi üçün prorektorlar kollektivin qarşısında hesabatlı olmurlar. Dövlət bu sahədə universitetlərə ona görə müdaxiləni azaltmır ki, orada peşəkar kadrlar azdır və hərc-mərclik yaranacaq. Eyni zamanda müəllimlərin də yükü çoxdur və onlar da bazarla işləyə bilmirlər”- ekspert bildirib.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət etsək də, nazirlik sorğunu şifahi cavablandırmaqdan imtina edib.

Bakı Slavyan Universiteti və Bakı Dövlət Universiteti mövzu ilə bağlı sorğularımıza cavab verməyiblər.
Ardını oxu...
“Türkü gətirib Teğ kəndində yerləşdiriblər. Heç bir maneə ilə üzləşmədilər. Azərbaycan və Ermənistan arasında sərhəd belə müəyyən edilməyib. Bu prosesə tezliklə başlamaq lazımdır”. TEREF.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu sözləri erməni ekspert Davit Camalyan deyib.

O, Ermənistanın baş naziri Nikol Paşinyan haqqında da xoş danışmayıb. Camalyan deyib ki, normal ölkələrdə ölkəyə normal, ləyaqətli hökumət rəhbərlik etməyəndə indiki vəziyyət yaranır. “Amma ölkəmizə “türklərin iti”nin nümayəndəsi rəhbərlik etdiyi üçün elə türklərin mənafeyinə xidmət edir. Demək olar ki, onlar Azərbaycanın bütün ekspansionist ambisiyalarını qəbul ediblər. Bu, xəyanət deyilsə, bəs, nədir?”

Erməni ekspert iddia edib ki, Nikol Paşinyan Ermənistan ərazisindən 800 kv.km ərazini Azərbaycana verməyə razı olub. “Bu yaxınlarda Əliyev elan etdi ki, erməni tərəfi artıq bizə 29 min kvadratmetr ərazidə dinc yaşamağa icazə verilməsini xahiş edir. Sovet Ermənistanının ərazisi 29,8 kv.km olub. Yəni, bu o deməkdir ki, Ermənistan ərazisindən 800 kv.km-i Azərbaycana veriləcək”.

Camalyan onu da iddia edib ki, Dığ kəndi yaxınlığında baş vermiş toqquşma proseslərin müqəddiməsidir. “Tezliklə biz Sünik və Vayots Dzorun işğalına şahid olacağıq. Son günlər Rusiya tərəfi səfirlər səviyyəsində, KTMT Katibliyinin rəhbəri Mariya Zaxarovanın ağzından intensiv şəkildə yardım əlini uzatmağa hazır olduqları barədə mesajlar verir. Hətta Putin həmkarı vasitəsilə KTMT missiyasını qəbul etməyə çağırır. Niyə indi bu mövzu bu qədər intensiv müzakirə olunur? Məncə, yəqin ki, Rusiya tərəfi yaxşı bilirdi ki, Azərbaycan tərəfi növbəti prosesə hazırlaşır və bunun ardınca daha böyük hərbi əməliyyatlar olacaq”.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə yolu azaraq, Ermənistanın Zəngəzur (Sünik) mahalının Bnunis kəndində bir evin qapısını döydüyü və ev sakinləri ilə söhbət etdiyi videosu yayılan “azərbaycanlı əsgərin” “qaçan yoldaşı”nın Qarakilsədə bir marketdə göründüyü haqda məlumat yayılmışdı.

Axar.az xəbər verir ki, “Sis Masis” Teleqram kanalı həmin şəxsin azərbaycanlı olmadığını üzə çıxarıb.

Fotosunun yayıldığını görən şəxs özü bildirib ki, adı Arto Sərkisyandır, Suriya ermənisidir.

Qeyd edək ki, iki azərbaycanlı “əsgərin” (3, hətta 6 nəfər olduğu da iddia edilir) Ermənistan ərazisində olduğu, onlardan birinin saxlanıldığı, digərinin qaçdığı haqda Ermənistan MN məlumat yaymışdı.

Azərbaycan MN Naxçıvandakı bölmələrin birindən pis hava şəraitinə görə iki əsgərin itkin düşdüyünü bildirsə də, detallar açıqlanmayıb.
Ardını oxu...
"Saxta diplom məsələsini bağlamaq istəmirlər,çünkü bu "mövzu" hələ də işlərinə yarayır."
Faktinfo.az saytı xəbər verir ki,bu fikirlər ötən gün Təhsil naziri Emin Əmrullayevin "müəllimin əlindəki sənədin dövlət nümunəli olmadığını görürük, lakin özündən soruşduqda bu sənədin 90-cı illərin əvvəlində verildiyi müəyyən olunur. Həqiqət ondan ibarətdir ki, o dövrdə müharibə şəraiti olduğundan bəzi məktəblərə diplomlar çap edilib verilə bilməyib. İndi bizim məntiqimiz ondan ibarətdir ki, müəllim sertifikasiyada iştirak edərək öz bilik və bacarığını sübut edə bilirsə, biz onu məktəbdə saxlayırıq,"-sözlərinə cavab kimi dəyərləndirilir.

Sayta verilən məlumatda bildirilir:"Son 10 il ərzində eşitdiyimiz və artıq "çeynənmiş saqqız" kimi uzanan bu söhbəti bağlamaq istəmirlər.Belə görünür ki,müəllimlərin sertifikasiya imtahanının keçirilməsinə çağırışlar olmaması üçün əvvəlcədən "tədbir"alınır.Adını da qoyurlar ki,sertifikasiya imtahanlarını keçirtməklə saxta diplomlu müəllimləri aşkarlayırlar vəs.Biryolluq desinlər ki,boş müəllim yerlərinin yaradılması işlərinə yarayır.Nə qədər idi,bu saxta diplomlu müəllimlər ki,son 10 ildə 3 Təhsil Naziri bunu aşkarlayıb qurtarmayıblar?"- məlumatda qeyd edilir.

Faktinfo.az
 
Ardını oxu...
Dünən – aprelin 12-də Zəngəzurda – Ermənistanın Sünik mərzinin Qafan şəhəri yaxınlığındakı mis-molibden zavaodu ərazisindən güllə səsləri eşidilib.

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda şamşyan.com saytı məlumat yayıb.

Məlumata görə, güllə səslərindən sonra bəhs edilən zavodun mühafizəçisi, 57 yaşlı Hayrapet Məlikyanın qətlə yetirildiyi məlum olub. Onun bədənində baş və qarın nahiyələri də daxil olmaqla 6 güllə aşkar edilib.
 
Ardını oxu...
İstanbulda Boğaz ətrafında çəkiləcək İstanbul gəmi kanalının hər iki tərəfində ehtiyat şəhərlər adlandırılan yaşayış məskənlərinin yaradılması planlaşdırılır.

Bu barədə çərşənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNN Türk telekanalının efirində bildirib.

“İstanbul kanalı ilə birlikdə ehtiyat şəhərlər meydana çıxacaq, orada mənzil tikintisinə başlanacaq, şəhərdə şəhərsalma islahatına razı olanlar üçün orada yerlər təmin edəcəyik”, - Ərdoğan bildirib.
O, belə şəhərlərin yaradılması zərurətini hazırda 16 milyondan çox insanın yaşadığı metropolisin əhalisinin artması və İstanbul sakinlərinin zəlzələyə meyilli bölgələrdən, əsasən də sahilyanı ərazilərdən köçürülməsinin zəruriliyi ilə izah edib.

Ərdoğan bildirib ki, İstanbulda hazırda 220 mindən çox bina və 1,5 milyona yaxın yaşayış evi risk altındadır, onlardan 300 mini təcili sökülməlidir.
 

Ardını oxu...
Bakı Ağ Şəhərdə “Diplomat 2008" MTK tərəfindən inşa olunan yaşayış binasında mənzil almış bir qrup sakin 4 ildir yaşayış binasında işlərin yekunlaşdırılmamasından və mənzillərin sakinlərin yaşaması üçün təhvil verilməməsindən şikayət edirlər. Onlar əli hər yerdən üzülmüş və çarəsiz vəziyyətdə olduqlarını bildirirlər, problemin həllini gözləyirlər. Sakinlər problemlərinin ictimailəşməsi üçün Marja.az-a müraciət ediblər.

“Satış ofisi Xarici İşlər Nazirliyinin binasında yerləşən, sədri Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəis müavini və Həmkarlar İttifaqı Komitəsinin rəhbəri Elxan Azayev olan "Diplomat 2008" MTK 2014-cü ildə Bakı Ağ Şəhərdə yaşayış binasının tikintisinə başlayıb. “Diplomat 2008" MTK ilə sakinlər arasında imzalanmış mənzil alqı-satqısına dair müqaviləyə əsasən binada işlər 2019-cu ildə tam başa çatdırılmalı və mənzillər sakinlərin yaşaması üçün təhvil verilməli idi. Lakin tikintinin başlamasından 9 il keçməsinə baxmayaraq, yaşayış binasında işlər yekunlaşdırılmayıb və mənzillər sakinlərin yaşaması üçün təhvil verilməyib”, - deyə müraciətdə bildirilir. Hazırda binada Elxan Azayevə məxsus dəyəri bir neçə milyon manat olan əmlaklar (mənzillər, qeyri-yaşayış sahələri, yeraltı avtomobil dayanacaqları) var. Elxan Azayevin bu qədər əmlakı, pulu olmasına baxmayaraq binada işləri yekunlaşdırmaqda maraqlı deyil.

“Məsələ ilə bağlı xarici işlər naziri cənab Ceyhun Bayramova müraciət ünvanlasaq da, bu günə kimi müraciətimiz cavabsız qalıb, problemlərimiz həll olunmayib.

Vəzifəsi Bakı Ağ Şəhərdə inşa olunan binalarda işlərin icrasına, keyfiyyətinə, layihəyə uyğun tikintisinə, vaxtında başa çatdırılmasına və s. nəzarət etməli olan Bakı Ağ Şəhər Administrasiyası da işləri tamamilə nəzarətsiz qoyub və ya “Diplomat 2008" MTK-nın qanunsuz əməllərinə göz yumur”, - deyə şikayətçilər bildirib. Elxan Azayev Marja.az-a açıqlamasında bildirdi ki, binanın təhvili koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilmiş karantin rejimləri, maliyyə çətinliyi, Bakı Ağ Şəhər Administrasiyasının düzgün olmayan yanaşması, sənədləşmənin vaxt tələb etməsi, bunun üçün aylarla davam edən yazışmalar səbəbindən gecikir: “Maliyyə çətinliyi də oldu. Şikayət yazan sakinlərin içərisində elə şəxslər var ki, bu gün cədvəl üzrə maliyyə borcu var. Tikinti kooperativinə borcunu ödəmirlər, amma şikayət edirlər”. Elxan Azayev vurğulayıb ki, 2-3 həftə ərzində, may ayınadək təhvil-təslim və digər xırda tamamlama işləri yekunlaşacaq: “2-3 həftəyə işlər tamamilə yekunlaşacaq, orada demək olar ki, iş yoxdur”.

Xarici İşlər Nazirliyinin yüksək vəzifəli məmurunun mənzil tikintisi ilə məşğul olması barədə deyilənlərə toxunan Elxan Azayev qeyd etdi ki, 98 mənzildən ibarət bina nazirliyin əməkdaşlarının müraciətinə əsasən onların ev şəraitinin yaxşılaşdırılması məqsədilə tikilib: "Mən həm də Xarici İşlər Nazirliyində Həmkarlar İttifaqı Komitəsinin sədriyəm. Əməkdaşlarımızın müraciətinə əsasən onların ev şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı Ağ Şəhərdə yaşayış binası tikilib. Bununla əlaqədar olaraq MTK-ya sədrlik edirəm. Binadakı mənzillərin əksəriyyəti nazirliyin əməkdaşlarına verilib, əməkdaşların tələbatından artıq olan hissəsi kənar şəxslərə satılıb".

Qeyd edək ki, yerli mətbuatda dərc edilmiş bəzi xəbərlərdə “Diplomat 2008" Mənzil Tikinti Kooperativi keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun biznesi kimi göstərilib.

DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı sabiq nazir Elmar Məmmədyarovla əlaqə saxladıq. O, “Yeni Müsavat”a bildirdi ki, bu binanın ona aidiyyəti yoxdur: “Vaxtilə kooperativ idi, 2008-ci ildə Xarici İşlər Nazirliyinin arxasında diplomatlar üçün binanı tikdik. Amma Ağ Şəhərdə tikilən o mənzillərin mənə aidiyyəti yoxdur. Bəlkə də doğrudan da diplomatlar orada tikiblər, düzəldiblər, amma mənim bundan xəbərim yoxdur. Mənim adım "Diplomat 2008"ə görə hallanır. O vaxt tikildi, bəli, amma ondan sonra olanların mənə aidiyyəti yoxdur".

Dia.az-ın məlumatına görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, vətəndaşlar əksər hallarda məcburdur ki, tikinti şirkətlərinə inanıb etibar etsinlər: “Amma bu sahəyə nəzarət edən bir qurum yoxdur ki, tikintilərin vaxtında başa çatmasına nəzarət etsin. Vətəndaşların ödədiyi pula nəzarət etsin. Alqı-satqı müqavilələrinə nəzarət etsin. Bir mənzil iki-üç nəfərə satılmasın deyə alqı-satqılar hansısa bir dövlət qurumunda olsun. Bu tip məsələlər bizdə hələ ki aktual olaraq qalıb”.

Ekspert əlavə edir ki, qonşu ölkələrdə tikinti ilə bağlı qaydalar fərqlidir: “Türkiyədə vətəndaş hər hansı yeni tikili binadan mənzil almaq istəyərkən bələdiyyəyə yaxınlaşır. Bələdiyyədə bina ilə bağlı tam məlumat əldə edə bilir. Çünki tikinti şirkətləri ilə bələdiyyələr arasında sıx bağlılıq var ki, tikinti prosesi hansı formada gedir, hansı mənzillər kimlərə satılır. Bununla bağlı həmin tikinti şirkətləri ərazi üzrə bələdiyyələrə məlumat verirlər. Rusiyada isə alqı-satqı prosesləri daha çox banklar vasitəsilə idarə olunur. Yəni vətəndaş mənzil almaq istəyərkən onunla alqı-satqı müqavilələri banklarda bağlanır. Çünki tikinti şirkətlərinə maliyyə ayıran banklar olduğuna görə banklarla şirkətlərin ortaqlığı olur. Bu səbəbdən onlar vətəndaşa tam qarant verirlər. Tikintinin müddətinin başlandığı və başa çatacağı müddət, tikinti gecikərsə vətəndaşa kompensasiyalar ödənilir və sairə. Burada da bankın marağındadır ki, proses daha tez başa çatsın və bank da öz sərmayəsini və qazancını götürə bilsin. Ölkəmizdə isə vəziyyət fərqlidir. Azərbaycanda tikintini MTK-lar, MMC-lər və digər tikinti şirkətləri aparır ki, burada vətəndaş pul ödəyir. Bəzən tikinti prosesləri yubanır, yubandıqca vətəndaşların ev problemləri də ciddi vəziyyət alır. Bəzən sakinlərin ucbatından tikintilər yubanır, bəzən də tikinti şirkətlərinin. Ərazilər sökülür, bir neçə qonşunun çıxmaması səbəbindən yubanmalar baş verir ki, bu da digər sakinlərin narazılığına səbəb olur. Vətəndaşlar ev almaq üçün külli miqdarda pul ödəyirlər, bəzi tikinti şirkətlərində süründürməçilik baş verir. Bu zaman vətəndaş istədiyi dövlət orqanına şikayət etsə də, şirkət tərəfindən gətirilən bəhanələr səbəbindən vətəndaşın şikayəti sənədlərdə qalır”.
Ardını oxu...
İlon Mask növbəti addımı ilə yenidən səs-küyə səbəb olub.

O, “Twitter”in San-Fransiskodakı baş ofis binasının lövhəsində “W” hərfini silərək sosial şəbəkənin adını dəyişib. Bununla da, “Twitter” artıq “Titter” kimi oxunub.

Milyarderin bu zarafatı birmənalı qarşılanmayıb. Bir çoxları bunun uşaq hərəkəti olduğunu yazıblar.

Lakin Mask bununla da kifayətlənməyib. “Twitter”in sahibi sosial şəbəkə hesabındakı adını dəyişərək “Harry Bolz” qoyub. O, niyə bu addımı atdığını izah etməyib.
 
Ardını oxu...
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi olan "Dörd Bucaq” MMC (VÖEN – 1006513211) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinə balıq yemi satcaq.

Bioloji Müxtəlifliyin Qorunması Xidməti 35 ton balıq yemi üçün "Dörd Bucaq” MMC-yə 21 min 350 manat ödəyəcək.

Tender müsabiqəsiylə bağlı diqqət çəkən məqam odur ki, Dövlət Xidmətinə balıq yemi satan şirkət tikinti şirkətidir. "Dörd Bucaq” MMC-yə məxsus olan "4bucaq.az” saytının hazırda "təmirdə” olduğu bildirilir. Lakin, MMC-nin sosial şəbəkə hesabında şirkətin təmir-tikinti işləri ilə məşğul olduğu qeyd olunur.

Onu da qeyd edək ki, "Dörd Bucaq” MMC 16.06.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Cavad xan, ev 4, m. 16-da yerləşir. Şirkətin qanuni təmsilçisi İsrafil Mirzai Cəbrayıl oğludur.

Məlumat üçün bildirək ki, İsrafil Mirzai məşhur kimiyaçı, professor Cəbrayıl Mirzainin oğludur. Cəbrayıl Mirzai hazırda Bakı Dövlət Universiteti EH-nin səmərələşdirmə və patent-lisenziya işləri üzrə idarə aparatının rəhbəri vəzifəsində işləyir.
 
Ardını oxu...
MTN-nin İstintaq Baş İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyevin və digərlərinin işi üzrə Bakı Apellyasiya Məhkəməsində keçirilən sonuncu prosesdə zərərçəkən Zaur Əliyevin şərlənərək həbs olunması epizodu üzrə dindirmələr olub.

TEREF.AZ gununsesi.info-ya istinadla xəbər verir ki, şahid Mirbala Əliyev ifadəsində deyib:

”2010-cu ilin iyun ayının ortalarında qızım mənə Zaurun həbsdən azad edilməyi üçün MTN əməkdaşları 80 min manat pul istədiklərini dedi. Oğlum Mirəli ilə birlikdə gedib, 80 min manat pulu “Təzə bazar”ın yaxınlığında MTN əməkdaşı, İstintaq Baş İdarəsində işləyən Təhsin Ağayevə verdilər. Pulu aldılar, ertəsi gün Zauru həbsdən buraxdılar”.

Şahid ifadəsini yekunlaşdırandan sonra Mövlam Şıxəliyev hakimə müraciət edib: “Mən, istintaq idarəsinin rəisi olsam da, faktiki olaraq kargüzarlıq və təşkilati işlərlə məşğul olmuşam. İstintaqa aid, müstəntiqlərin icraatında olan cinayət işlərinə aid bütün məsələlər baş prokuror Zakir Qaralov və 1-ci müavini Rüstəm Usubova aid olub. İstintaq İdarəsinə material gələndə mənim müstəntiqlərim birbaşa onlara məruz edirdilər. Və ya Baş Prokurorluqdan nümayəndə gələrək həmin materialı İstintaq İdarəsində müzakirə edirdi. Bunun nəticəsi olaraq cinayət işi başlanması və ya rədd edilməsi, qəti-imkan tədbinrin həbslə əlaqəli olub-olmaması və ya qəti imkan tədbirinin dəyişdirilməsi qərarı qəbul edilirdi. Ən sonda bu haqda mən məlumatlandırılırdım”.

Bu məqamda zərərçəkən Zaur Əliyev Mövlam Şıxəliyevə sual ünvanlayıb:

– Qeyri-iş günü, bayram günü MTN-ə dəvət olundum. MTN-in qapısında Təhsin Ağayev məndən 200 min pul istəyir. Pulu verə bilmədim. Həmin gün cinayət işinin başlanması və barəmdə həbs qətimkan tədbirinin seçilməsi baş verdi. Siz kargüzar idinizsə, bu necə oldu?

Mövlam Şıxəliyev:

– Həmin gün mən işdə olmamışam, bu barədə məlumatsızam. Nə edibsə, Təhsin Ağayev edib, bu barədə məlumatsızam.

Zərərçəkən: Bu mütəşəkkil cinayətkar dəstənin fəal üzvləri Zakir Qaralov, Rüstəm Usubov da burada, Mövlam Şıxəliyev yanında oturmalıdırlar. Şəxsən Rüstəm Usubovun vasitəsi ilə 34 zərərçəkmiş müxtəlif müddətlərdə girovluqda saxlanıblar”.
 

Dünyapress TV

Xəbər lenti