Ardını oxu...
Ramazan bayramının bu gün qeyd olunması ilə bağlı sosial şəbəkələrdə müzakirələr davam edir. Hətta guya rəsədxanadan Ayın görünməməsi ilə bağlı məlumatın yayıldığı da iddia edilir.

Axar.az xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün Globalinfo.az Şamaxı Astrofizika Rəsədxanası ilə əlaqə saxlayıb.

Rəsədxanadan bildirilib ki, Ayın görünməməsi ilə bağlı yayılan xəbər həqiqətləri əks etdirmir:

“Dünən Ay astronomik kalendara görə 3 faiz olmalı imiş. Həmin vaxt Şamaxıda hava yağışlı və buludlu olduğu üçün Ay rəsədxanadan aydın şəkildə görünməyib. Çünki bulud olan zaman Ayı görmək olmur. Lakin başqa rayonlardan Ay açıq şəkildə görünüb.

Ay axı bir tək rəsədxanadan görünmür. Azərbaycanın istənilən dağlıq yerlərindən şəffaf havada görünə bilər. Bir sözlə, aprelin 21-i bayramın qeyd edilməsi doğru addımdır”.
Ardını oxu...
Cəlilabadda güclü külək bir neçə ağacı aşırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, təbiət hadisəsi bir sıra fəsadlar törədib.

Güclü külək nəticəsində ağaclar köhnə Ələt-Astara magistralına aşıb və yol bağlanıb.

Hazırda hər iki istiqamətdə yol bağlanıb.

Fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda fırtına davam edir.

Bizim.Media xəbər verir ki, bölgədə baş vermiş zəlzələ nəticəsində evləri dağılan sakinlər üçün yaradılan çadır şəhərciyi dağılıb.

Təbii fəlakət nəticəsində 1 nəfər həlak olub, 3-ü ağır olmaqla, 10 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda təcili yardım briqadası cəlb edilib.

Həmin görüntüləri təqdim edirik:

 
Ardını oxu...
Adanada AK Partinin Çukurova təşkilatının zəlzələ səbəbiylə boşaldılmış binasına atəş açılıb.

"Report"un "TRT Haber"ə istinadən xəbərinə görə, gənc kişi ümumilikdə 14 dəfə atəş açıb.

Polis tərəfindən saxlanılmış 24 yaşlı E.K. hazırda dindirilir.

AK Parti sədrinin müavini Erkan Candemir məsələyə münasibət bildirərək hadisəni qınayıb: "Bütün təşkilatımıza keçmiş olsun".

Ədliyyə naziri Bəkir Bozdağ da hadisəni pisləyib.
Ardını oxu...
Suyun alqı-satqı müqaviləsinin imzalanmasına dair yeni təkliflər hazırlanacaq.

Bu, Baş nazir Əli Əsədovun imzaladığı müvafiq sərəncamda əksini tapıb.

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin icrası ilə əlaqədar “Suyun alqı-satqı müqaviləsi”nin və digər razılaşmaların imzalanmasına dair təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Eyni zamanda İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (qurumları) layihənin icrası ilə əlaqədar aidiyyəti üzrə zəruri tədbirlərin görülməsini təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Bu Sərəncamın icrasına nəzarət Baş nazirinin müavini Şahin Mustafayevə tapşırılıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Ardını oxu...
“Övladım 4 ildir ki, Bakı Atatürk Liseyində təhsil alır. İllik təhsilhaqqı birinci sinfə qəbul zamanı 1200 AZN idi. Hazırda ödəniş məbləği artırılaraq 3500 manata çatdırılıb. Əslində köhnə məbləğlə təhsilə başlasa da, yeni qiymət bu ildən övladıma da şamil olunacaq”.

Belə bir şikayətlə övladı həmin təhsil müəssisəsində oxuyan valideyn müraciət edib. Rəhbərliyə müraciət etsə də, problemin həll olunmadığını deyən şikayətçi təhsilhaqqının yüksək olmasından gileylənir.

Son vaxtlar özəl məktəblərdə təhsilhaqlarının yüksək olması ilə bağlı sosial şəbəkədə də xeyli şikayətə rast gəlinir. Valideynlər təhsilhaqlarının verilən xidmətdən çox yüksək olduğunu düşünürlər. Onların sözlərinə görə, özəl məktəblər artıq təhsil qiymətlərini 20-40 faiz artırıb.

Qeyd olunur ki, yeni özəl məktəblərin açılmasına maneə olduğu üçün bu seqment üzrə rəqabət demək olar ki, yoxdur və bazar payı kiçik qruplar arasında bölüşdürülür. Onlar isə istədikləri məbləğdə ödəniş tələb edə bilirlər.

Bakı şəhərində əsas özəl təhsil müəssisələrində illik qiymətlərlə maraqlanıb. Məlum olub ki, hazırda özəl məktəblərdə təhsilhaqları 5-6 min manatdan başlayır. Ödəniş məbləği şagirdin oxuduğu bölmə, ibtidai və ya orta təhsil səviyyəsindən asılı olaraq dəyişir.

Müasir İnnovasiyalar Liseyində Azərbaycan bölməsində təhsilhaqqı ibtidai siniflər üçün 6500 AZN, yuxarı siniflər üçün isə 7000 AZN-dir.
Liseyin ingilis dili bölməsində də müvafiq olaraq 7500-8500 AZN nəzərdə tutulub.

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində təhsilin ibtidai və ya orta səviyyəsindən asılı olmayaraq ödəniş dəyişmir. Burada illik təhsilhaqqı Azərbaycan bölməsi üçün 8800 AZN, ingilis dili bölməsi üçün isə 12800 AZN-dir.

“Landau School”da ibtidai siniflərdə illik təhsilhaqqı Azərbaycan bölməsi üçün 5800-8000 AZN-dir. İngilis dili bölməsi üçün isə ibtidai siniflər üçün qiymət 6800 AZN-dən başlayır. 5-7-ci siniflərdə 9300, daha yuxarı siniflərdə isə 9900 və 12500-15000 aralığında dəyişir.

“Kaspi” Liseyində Azərbaycan bölməsi üçün təhsilhaqqı liseyin filialından asılı olaraq ibtidai siniflərdə 7300-7800 AZN, 5-11-ci siniflərdə isə 8300 AZN-dir.
Liseyin ingilis dili bölməsində isə ibtidai siniflər üçün 9700, 5-6-cı siniflər üçün 10500 AZN nəzərdə tutulub. Hələ ki təhsil müəssisəsində bu bölmə üçün ən yuxarı sinif 5-6-cı siniflərdir.

“Sabis Sun” Beyəlxalq Məktəbində təhsil yalnız ingilis dilində aparılır. Burada ibtidai siniflər üçün illik təhsilhaqqı 15 000 AZN, yuxarı siniflər üçün isə 17 000 AZN-dir. Təhsil müəssisəsindən qiymətlərin yüksək olmasını məktəbdə dərs keçən müəllimlərin 90 faizdən çoxunun əcnəbi olması ilə əlaqələndirirlər.

“Baku Oxford School”da da təhsil dili ingilis dilidir. Burada ibtidai siniflər üçün qəbul qiymətləri 16500 AZN-dir. VI-VIII siniflərdə illik təhsilhaqqı 16800 AZN, IX-XII siniflərdə isə 17000 AZN müəyyənləşdirilib. Təhsil müəssisəsindən bildirilib ki, bu məbləğə kitablar, uniforma, qəlyanaltı, nahar və dərsdən sonra məşğələ daxildir. Nəqliyyat xərcini qarşılamaq üçün isə əlavə ödəniş tələb olunur. Məktəbdən, həmçinin bildirdilər ki, ödənişi bütöv deyil, rüblərə bölərək etmək olar.

Xəzər Universiteti Dünya Məktəbində isə Azərbaycan və rus bölmələrində ibtidai siniflər üçün təhsilhaqqı 9000 AZN-dir. V-XI siniflər üçün isə bu məbləğ 9500 AZN-dir.

Məktəbin ingilis dili bölməsində isə təhsilhaqqı illik 10500 AZN təşkil edir.

Avropa Azərbaycan Məktəbində də təhsil dili yalnız ingilis dilidir. İbtidai siniflər üçün təhsilhaqqı 10400 AZN, V-IX siniflər üçün 12500 AZN, X-XI siniflər üçün isə 15500 AZN təşkil edir.

Bakıda Britaniya Məktəbində isə yerli müəllim qrupu və ya əcnəbi müəllim qrupunun seçilməsindən asılı olaraq ibtidai siniflər üçün təhsilhaqqı fərqlidir. Məsələn, yerli müəllimlərlə I-V siniflər üçün illik ödəniş 12 min manat, əcnəbi müəllimlərlə isə 14 min manatdır. Məktəbin V-XI siniflərində isə təhsilhaqqı 14 min AZN-dir.

“Hədəf” Liseyində də illik təhsilhaqları orta göstəriciyə uyğundur. Bu təhsil müəssisəsində Azərbaycan bölməsində ödəniş 6500 AZN, ingilis bölməsində isə 7500 AZN-dir.

Bakı Atatürk Liseyində isə təhsilhaqqı 3500 AZN təşkil edir. Tədris Azərbaycan və türk dillərində aparılır.

Liseydən ibtidai sinifdən sonra təhsilhaqqının artımla hesablanmasına cavab olaraq bildirilib ki, mətbuata telefonla cavab verilmir. Şikayəti olan valideyn təhsil müəssisəsinə yaxınlaşıb, aydınlaşdıra bilər.

Bəs özəl təhsil müəssisələrinin qiymətləri necə müəyyənləşdirilir? Bu məktəblərdə illik təhsilhaqları əhalinin büdcəsinə uyğundurmu?

Məsələ ilə bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, qiymətlər əslində tələb və təklif əsasında müəyyənləşdirilməlidir. Ekspert deyir ki, hazırda Azərbaycanda 4432 dövlət orta ümumi təhsil məktəbi var. Bu məktəblərdə 1,6 milyon şagird təhsil alır. Azərbaycanda özəl orta ümumi təhsil məktəblərinin sayı 31-dir, ümumi şagird sayı isə 3 min nəfərdən artıq deyil.

Ekspertin sözlərinə görə, dövlət məktəbləri üçün büdcədən ayrılan maliyyəyə baxsaq, o, heç də aşağı rəqəm deyil: “Dövlət məktəblərində biz sanki təhsil pulsuzdur kimi qəbul etmişik. Amma əslində dövlət bunun üçün kifayət qədər pul xərcləyir. Ölkədə təhsilin saxlanması üçün dövlət büdcəsindən bu il 4,4 milyard manat vəsait ayrılıb. Özəllər isə bu vəsaiti almırlar. Özəl təhsil xidməti göstərən müəssisələrdə bütün xərclər şagird sayına bölünür və xidməthaqqı müəyyənləşdirilir. Bu gün Azərbaycanda ən ucuz özəl orta ümumi təhsil məktəbinin xidməthaqqı 5 min manatdır, ən baha isə 42 min dollardır. Dövlət müəssisələri dövlət tərəfindən təsdiq olunmuş xidmətləri göstərir. Amma özəl müəssisələrdə əlavə xidmətlər göstərilir. Məsələn, günorta yeməyi, ev tapşırıqlarının məktəbdə edilməsi və s. Əgər bina özünündürsə, qiymətlər nisbətən ucuz olur. Yox bina icarədirsə, o da xidməthaqlarına təsir göstərir”.

K. Əsədov bildirib ki, ölkədə özəl məktəblərin təhsil haqları kifayət qədər yüksəkdir: “Misal üçün, İstanbulda 7 min məktəb var, onlardan 3500-ü özəldir. Azərbaycanda say aşağı olsa da, qiymət yuxarıdır. Ölkədə ən bahalı universitet ADA hesab olunur, amma bakalavr pilləsi üçün 6500 manat illik təhsilhaqqı var. Bu, artıq ali təhsil diplomu verir. Hər hansı diplom verməyən orta məktəbin illik təhsilhaqqı kifayət qədər yüksəkdir – orta hesabla 7-9 min manat arasında dəyişir.

Bu məktəblərin qəbul imtahanlarının nəticələrini müqayisə edəndə, Neftçala rayonu Xıllı qəsəbə 1 saylı kənd orta məktəbinin ali məktəbə qəbul və olimpiada nəticələri 7 min manat təhsilhaqqı olan bir çox özəl təhsil məkəblərindən daha yaxşıdır. Və ya hər hansı xidmət haqqı almayan “Dəyanət” liseyi, Biləsuvarda Mübariz İbrahimov adına lisey və ya Z.Əliyeva adına liseyin nəticələri kifayət qədər yuxarı xidməthaqqı alan məlktəblərdən daha yaxşıdır. Fərq isə odur ki, özəl məktəblər IB, SAT, TOEFL, İELTS və digər imtahanlardan keçə biləcək mütəxəssis hazırlayırlar. Onlarda digər bacarıqlar olmur”.

Ekspert deyir ki, əslində ölkədə özəl məktəblərin illik təhsilhaqları 4 min manatı keçməməlidir: “Bizə daxil olan məlumatlara görə, 2023-cü ilin sentyabrından özəl məktəblər 20 faizdən 60 faizədək xidmət haqqını artıracaqlar. Bunu ölkədəki ümumi inflyasiya ilə əlaqələndirirlər.

Özəl məktəblər xidmətlərinə görə xidməthaqqı müəyyən edirlər, lakin bu da reallığı əks etdirmir. Bina özündən olmaqla, müəlimlərin alacaqları əməkhaqları da nəzərə alınmaq şərti ilə, hesab edirəm ki, heç bir halda Azərbaycanda özəl məktəbin illik təhsilhaqqısı 4 min manatdan çox ola bilməz”.
Qafqazinfo
 
Ardını oxu...
Paytaxtın Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən binanın sakinləri avtomobillərini park etməyə yer tapa bilmirlər. Buna səbəb binanin zirzəmisində kifayət qədər park yerinin olmamasıdır.

Teref.az Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər avtomobillərini binanın qarşısındakı yolun kənarında park edirlər. Bu zaman müvafiq yol nişanının tələblərini pozduqları üçün kütləvi şəkildə cərimə olunurlar.

Sakinlərin sözlərinə görə, küçədə yerləşdirilən "dayanmaq qadağandır" nişanı onları təngə gətirib.

Onlar deyirlər ki, bina inşa olunan zaman təhlükəsizlik məqsədilə avtomobillərin saxlanmaması üçün nişan quraşdırılıb və bina hazır olduqdan sonra sökülüb.

İndi isə həmin yol nişanı yenidən quraşdırılıb. Bu səbəbdən də bina sakinləri avtomobillərini park etməyə yer tapa bilmirlər.

Məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, sözügedən küçədə hazırda həm parklanma, həm də ümumi nəqliyyat şəraiti baxımından problemlər mövcuddur. Bu səbəbdən də Agentliyin mütəxəssisləri tərəfindən həmin küçədə təhlillər aparılıb və nəticələrinə əsasən müvafiq layihə hazırlanır.

Layihə müvafiq qurumlarla razılaşdırılandan sonra icrasına başlanacaq.
Ardını oxu...
Xəbər verdyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçalanın Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış olublar.

Dövlət başçısına və birinci xanıma zavodda yaradılan şərait barədə məlumat verilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hazır məhsullara baxıblar.

Neftçala rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov deyib ki, nərə cinsli balıqlar da var. Prezident İlham Əliyev isə bildirib ki, göstərilən balıq nərə cinsli deyil. İcra başçısı isə cavab verə bilməyib.

Sosial şəbəkələrdə icra başçısı sərt tənqid edilib, bildirilib ki, balıq məhsullarından anlayışı olmadığından dövlət başçısına səhv məlumat verir.

Pravda.az
 
Ardını oxu...
Naxçıvanda nazirlə hüquqşünas arasında qalmaqal yaşanıb.

Teref.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan MR Kənd Təsərrüfatı nazirinin müavini, nazir vəzifəsini icra edən Xəyalə Dadaşova ilə nazirliyin hüquqşünası Gülşən Hacıyeva arasında insident baş verib.

Belə ki, nazir vəzifəsini icra edən Xəyalə Dadaşova hüquqşünası tutduğu vəzifəsindən uzaqlaşdırmaq istəsə də, Gülşən Hacıyeva buna etirazını bildirib. Nəticədə ikili arasında nazirliyin inzibati binasında böyük qalmaqal yaşanıb. Hazırda Xəyalə Dadaşovanın rəhbərliyi ilə nazirlikdə təcili toplantı keçirilir.

Adıçəkilən şəxslərlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Ardını oxu...
Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin Vətənə quru sərhədlə keçməsinə icazə verilib. Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyinin orada təhsil alan Azərbaycan vətəndaşlarına müraciətində bildirilib. "Türkiyədə ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlı qəbul edilmiş qərar səbəbindən hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan mayın 10-dək quru sərhədlər vasitəsilə Azərbaycana daxil olmalarına icazə verilib",- müraciətdə qeyd olunub.

TEREF.AZ-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında qeyd etdi ki, məlum qərar tələbələrin daha rahat gediş-gəlişinin təmin edilməsi məqsədi daşıyır:

- Bildiyimiz kimi qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ təhsilə də mənfi təsirini göstərdi. Orta məktəblərdə tədrisdə fasilə yarandı, ali məktəblər də məcburi distant təhsilə keçdi. Hətta tələbə yataqxanaları boşaldılaraq zəlzələdən zərər çəkənlərə müvəqqəti sığınacaq oldu. Mayın 10-dan etibarənsə Türkiyədə ali məktəblərin ənənəvi tədrisə qayıdacağı gözlənilir. Ona görə də tələbələr, o cümlədən də xarici ölkə vətəndaşı olan tələbələrin rahat gediş-gəlişinin təmin olunması məqsədilə quru sərhədləri vasitəsilə sərbəst keçidinə icazə verilir. Məlumdur ki, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı çoxdur. Türkiyənin 206 ali təhsil müəssisəsində 22 minə yaxın azərbaycanlı tələbə təhsil alır. Bu qədər tələbə üçün təyyarə sayı da yetərli deyil, reyslər də rentabelli deyil deyə, quru sərhədlərlə keçidə üstünlük verilir. Quru yolla gediş-gəliş təbii ki, tələbələr üçün daha əlverişlidir. Yol xərci təyyarə ilə uçuşdan dəfələrlə ucuzdur. Quru yolla gediş-gəlişdə daşınma xərcləri də lazım gəlmir. Elə tələbələr var Türkiyənin iç bölgələrində təhsil alırlar. Təyyarə ilə gediş-gəlişdə məcburdurlar təyyarədən sonra avtobusla uzun məsafə qət edib başqa bölgəyə səfər etsinlər. Bu da ikiqat xərc deməkdir. Bütün mənalarda quru yolla hərəkət etmək sərfəlidir.

K.Əsədov yaxın zamanda quru sərhədlərin ümumiyyətlə bütün təbəqədən olan vətəndaşlar üçün açılmasını arzu etdiyini dedi:

- Əlbəttə, mən də arzu edirəm ki, quru sərhədlər tezliklə açılsın, təkcə tələbələr yox, digər vətəndaşlar da daha rahat və əlverişli şəkildə bir ölkədən digərinə gediş-gəliş edə bilsin. Çünki problem yalnız təhsil alanlarla bağlı deyil. İqtisadi məsələlər var, tibbi müayinə, müalicə üçün getmək istəyənlər, doğmasını, qohumunu ziyarət etmək istəyənlər var, həm də quru sərhədlərin açılması turizmi daha da canlandıra bilər.

Amma bu, bizim istəyimizə bağlı məsələ də deyil. Yəqin ki, hökumət bu məsələ üzərində düşünür. Vəziyyətə uyğun qərar veriləcək.

Dünyapress TV

Xəbər lenti