Ardını oxu...
20 milyon çırpışdıran nazir azadlığa buraxıldığı halda, 500 min manat oğurlayan Aparat rəhbəri niyə həbsdə saxlanılır?

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsini izləyən hər kəsi haqlı bir sual düşündürür – Səlim Müslümovun məhkəməsi niyə saqqıza dönüb uzandıqca uzanır?
Bu haqlı sualla məhkəmələrdən reportajlar hazırlayan jurnalistlərə müraciət edənlər az deyil. Bəlkə işin çoxepizodlu olması, ziyanın böyüklüyüdür prosesin bunca uzanmasına səbəb?

Yaxın keçmişimizin məhkəmə tarixinə nəzər salsaq, görərik ki, Səlim Müslümov və komandasının cinayət işi hər gün baxılan işlərdən çox da fərqlənmir. Bu məhkəmənin divarları qəlizliyi, kriminal yükü və digər məziyyətlərinə görə xeyli ağır olan məşhur adam oğrusu və sifarişli qətllər icraçısı Hacı Məmmədovla daha 26 nəfər dəstə üzvünün məhkəməsinə şahidlik edib. 1 ildən artıq davam edən məhkəmə prosesində dövlət ittihamçısı Hacı Məmmədova və dəstə üzvlərinə - 26 nəfərə iş istəmək üçün cəmi 1 ay vaxt istəyib, hakim Əli Seyfəliyev 15 gün vaxt verib. Dövlət ittihamçısı Abdulla Yusifov 15 günə hazırlaşmaqla Hacı Məmmədov dəstə üzvlərinə cəza istəmişdi.

Səlim Müslümovun məhkəməsinə gəlincə, iş materialları 2022-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Az sonra, avqustun 8-də hakim Faiq Qəniyevin sədrliyi ilə iş üzrə ilkin hazırlıq iclası keçirilməklə məhkəmə baxışına başlanıb. Məhkəmə başlanmazdan əvvəl Səlim Müslümov dövlətə vurduğu 20 milyon manat ziyanı tam şəkildə ödədiyindən onu həbsdən azad edib ev dustaqlığına buraxıblar. İş məhkəmədə araşdırılarkən Səlim Müslümovun nazirliyi dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri olmuş Əjdər Cəbiyev də dövlətə vurduğu ziyanı tam şəkildə ödəyib. İstintaq materiallarına görə o, Aparat rəhbəri vəzifəsində olarkən əlinə keçən 500 min manat büdcə vəsaitini mənimsəyib. Maraqlıdır ki, həm də Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisist Əjdər Cəbiyevi bundan sonra ev dustaqlığına buraxmadılar.

Bu gün Səlim Müslümovun cinayət işi üzrə məhkəmədə paradoksal vəziyyət yaranıb – 20 milyon manatı mənimsəmiş nazir azadlıqda, ondan 19 milyon 500 min manat az mənimsəmiş Aparat rəhbəri isə həbsdədir.

Ədalət, məhkəmə-hüquq islahatları budur?

20 milyon çəki baxımından da 500 min manatdan ağır deyil? Femidanın bir əlinə 20 milyonu, o birinə də 500 min manatı versək, heç şübhəsiz ki, ağırlıq çəkib ədalət ilahəsinin əlinin üzünü 20 milyon tərəfdə yerə vurmalıdır. Ağırdır axı. Mənimsəmə cinayətinin ağırlığı da elə bu məbləğə bərabərdir. Əjdər Ol da, Səlim Müslümov da əlini xalqın cibinə salıb oğurluq ediblər. Səlim Müslümov razılaşmasaydı, “dabro” verməsəydi, Əjdər Ol uzağı 5 min, lap elə 50 min manatı çırpışdıra, oğurlaya bilərdi.

Maraqlandığımız ünvanlardan Səlim Müslümovun rahat şəkildə məhkəmədən azadlığa buraxılmamasının səbəbi kimi də məhz Əjdər Olla bağlı olduğunu dedilər. Səlim Müslümovu azad etmək niyyəti ortada olsa da, Əjdər Olla bağlı belə bir mövqe yoxdur.

Bildirdilər ki, hakim ötən il dekabrın 26-da məhkəmə istintaqının yekunlaşdırılması istiqamətində fikirlərini bildirmək üçün dövlət ittihamçısına söz verib. Prokuror məhkəmədən vaxt istəyib. Hakim dövlət ittihamçısı və müdafiə tərəfinə son təkliflərini hazırlamaq üçün vaxt verib. Tərəflər hazır olardısa, proses dekabrın 30-da davam etdirilməli idi. O gün, bu gün, proses uzandıqca uzanır. Halbuki, lap uzağı fevralın əvvəlində dövlət ittihamçısı təqsirləndirilənlərə iş istəyə bilərdi. Lakin bu günə qədər dövlət ittihamçısı çıxış etməyib. Hər dəfə müxtəlif bəhanələrlə proses uzanır. Səlim Müslümovun cinayət işi üzrə məhkəmənin yekun hökmü verilmir. Məsələ həll edilib – Səlim Müslümov necə lazımdırsa, pulları elə də ödəyib. Onu məhkəmə zalından azad etməlidirlər. Bu halda Əjdər Ol da məhkəmə zalından azad olunmalıdır. Əks halda çıxarılan hökm elan edildiyi andan şübhə altına alınacaq. Bunu hakim də, prokuror da, Səlim Müslümov da yaxşı bilirlər. Səlim Müslümov Əjdər Ol aşırımını aşmasa, yaxın illərdə məhkəmə qapılarını gəzmək məcburiyyətində qalacaq.

Yada salaq ki, Səlim Müslümovun cinayət işi üzrə sonuncu proses aprelin 17-də baş tutub. Hakim Faiq Qəniyev proses başlayan kimi deyib ki, istintaqı aparılan israfetmə epizodu üzrə dəymiş ziyanın tam ödənilməsi ilə bağlı işlər tamamlanmayıb. Buna görə də vəkillər aprelin 17-nə təyin olunan prosesin təxirə salınmasını istəyirlər. Hakim qeyd edib ki, tərəflər iş üzrə dəymiş ziyanın tam və hərtərəfli ödənilməsini istəyirlər. Buna görə də proses aprelin 28-dək təxirə salınıb.

Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb. Onun rüşvət alma yolu ilə 13 milyon 296 min 355 manat, mənimsəmə yolu ilə 7 milyon 237 min 188 manat, israf edilmiş yolla dövlətə 7 milyon 87 min 671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən, sabiq nazirə məxsus mənzil, qeyri-yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.
Musavat.com
Ardını oxu...
Çağdaş dünya təhsilində təhsilalanların təhlil və tədqiqatyönümlü bacarıqlarının, proseslərə yaradıcı yanaşma vərdişlərinin inkişaf etdirilməsi və bunun effektli tətbiqinin həyata keçməsi istiqamətində prioritet addımlar atılmışdır.

Çağdaş dünya təhsilinin simasını müəyyən edən belə yanaşmalardan biri də STEAM təhsil modelidir. STEAM şagirdləri XXI əsrə hazırlayan və “Gələcəyin təhsili” adını alan strateji modeldir. 5 sahənin birgə və inteqrasiya olunmuş tədrisi ideyası üzərində qurulan bu model çağdaş təhsil sisteminin texnoloji dünya, ixtiraçılıq, mühəndislik istiqamətlərində kreativ yanaşmalarının əmək bazarına tətbiqini əsas götürür.

STEAM təhsil modelini təşkil edən 5 ana xətt - Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyat (Math) şagirdlərdə problemə tam fərqli baxış müstəvisində yanaşmanı, praqmatik düşüncə ilə yanaşı, yaradıcı kontekstdə qərarqəbuletməni əsas götürür.

Azərbaycanda STEAM təhsil

Təhsil modeli 2019-2020-ci tədris ilindən etibarən ölkəmizdə “STEAM Azərbaycan” layihəsi adı altında tətbiq edilir. Heydər Əliyev Fondunun dəstəyi ilə start götürən layihə 2021-ci ildə 302 ümumtəhsil məktəb və 10 STEAM Mərkəzini əhatə etmişdir. Bakı, Xırdalan, Şirvan, Quba, Gəncə, İsmayıllı, Bərdə, Lənkəran, Sabirabad və Ağdaşda STEAM Mərkəzləri fəaliyyətə başlamışdır.

2022-ci ildə isə layihənin miqyası daha da genişlənmiş, təhsil modeli 318 ümumtəhsil məktəb və 19 STEAM Mərkəzini əhatə etmişdir. Ümumilikdə 135 000-ə yaxın şagird STEAM tədrisinə cəlb olunmuşdur.

İl ərzində Tovuz, Mingəçevir, Şəmkir, Bakı, Zaqatala, Saray qəsəbəsində STEAM mərkəzləri fəaliyyətə başlamışdır.

05.01.2023 tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Bakıda “STEAM İnnovasiya Mərkəzi”nin açılışında iştirakı və yeniliklərlə tanış olmaları bu tədris modelinin inkişafına göstərilən diqqətin böyük nümunəsidir.

Azərbaycan məktəblərində tədris olunan STEAM modelinin əsas məqsədləri:

-təhsilalanlarda kreativlik meyillərinin inkişafı;

-tənqidi və çoxvariantlı düşüncə tərzinin formalaşdırılması;

-proseslərin icrası zamanı komandadaxili əməkdaşlıq və qarşılıqlı ünsiyyətin inkişaf etdirilməsi;

-proqramlaşdırma dillərinin tətbiqi və İKT avadanlıqlarından səmərəli istifadə bacarıqlarının öyrənilməsi.

STEAM dərsləri VI sinifdən başlayaraq, həftədə iki dəfə keçirilir. Dərslərdə aşağıdakı metodların mənimsənimləsinə xüsusi diqqət yetirilir:

- Layihə əsaslı öyrənmə - PBL (Project Based Learning);

- Fənlərarası inteqrasiya və fənlərararası öyrənmə (Interdisciplinary&Cross-dissplinary);

- Araşdırma əsaslı öyrənmə (Inquiry Based Learning);

-Oyun əsaslı öyrənmə (Gamification);

-Analogiyaya əsaslanan öyrənmə (Learning by Analogies),

-Mobil əsaslı öyrənmə (Mobile learning),

Beynəlxalq təcrübə

Beynəlxalq təcrübədə STEAM modeli əsas təhsil strategiyası kimi qəbul edilir. Bu istiqamətdə ilk addım atan ölkə ABŞ olmuşdur. STEM konsepsiyasına “A” əlavəsinin (ART) artırılaraq STEAM modelinə çevrilməsinin ideya müəllifləri də ABŞ alimləridir. 2008-2009-cu illərdə yaranan iqtisadi böhran zamanı o zamankı ABŞ prezidenti Barak Obama təxirəsalınmaz təhsil islahatlarının aparılmasını bildirmiş və yerli mütəxəssislər bu istiqamətdə müxtəlif ölkələrin (xüsusilə də inkişaf edən Asiya dövlətlərinin) təhsil sistemlərini tədqiq edilərək ümumi nəticəyə gəlmişdilər. Tədqiqatlar zamanı ortaya çıxan ən zəruri detal isə bu olmuşdur: incəsənətin dəqiq elmlərlə inteqrasiyası və bir arada tədris edilməsi.

2009-cu ildə Con Hopkins Universitetinin apardığı nevroloji tədqiqatlar sənətlə elmi biliklərin inteqrativ əlaqələrinin bir çox müsbət tərəflərini üzə çıxardı. Beynin hər iki yarımkürəsin

in paralel şəkildə işlənməsinin–məntiqi düşüncə ilə yaradıcı təfəkkürün ortaq iş mexanizminin öyrənmə bacarıqlarının inkişafına, yaddaşın və diqqətin güclənməsinə səbəb olması müəyyənləşmişdir.

Üstəlik, STEAM-ın əsas nüvəsini təşkil edən bu tendensiyanın (məntiqi təfəkkürlə, yaradıcı düşüncənin) “4 K sistemi” adı verilən proseslərə müsbət təsiri aşkarlanmışdır. 4 K prinsipi-kreativlik, kommunikasiya, kritik düşünmə və kooperasiya (əməkdaşlıq)-təhsil modelinin əsas faydalılıq göstəricisi kimi qəbul edilmişdir.

ABŞ-də STEAM təhsil modelinin tətbiqindəki uğurun əsas səbəbi onun tədrisinin artıq məktəbəqədər təhsil müəssisələrində, 3 və daha yuxarı yaş qruplarına keçirilməsidir. Uşaqların şəxsiyyətyönümlü inkişafı üçün ən vacib yaş aralığında tədris olunan STEAM onlarda yaradıcı yanaşma, müşahidə aparmaq qabiliyyəti, fərqli və kreativ mühakimə irəli sürmək bacarıqlarını irəli aparmış oldu. Müqayisə üçün deyək ki, Azərbaycanda heç bir məktəbəqədər təhsil müəssisəsində STEAM metodu tədris olunmur, ümumiyyətlə bu prosesə orta ümumtəhsil məktəblərinin VI sinfindən etibarən başlanılır. 3-12 yaş aralığında STEAM yanaşmasından kənarda qalmaq isə azyaşlıların birbaşa şəxsiyyətyönümlü inkişafına, onların gələcəkdəki elmi və işgüzar karyeralarındakı uğurlarına mənfi təsirini göstərmiş olacaqdır.

ABŞ məktəbəqədər təhsil müəssisələrində STEAM yanaşması ilə 3 yaşdan etibarən tanış olmuş fərddə özünəinam, özünüifadə kimi xarakterik göstəricilər yaxşı inkişaf edir və o ibtidai siniflərdə artıq layihə əsaslı işlərdə komandadaxili faydalar barəsində düşünə bilir. Bu zaman 4 K qaydası təhsilalanlar tərəfindən daha effektiv həyata keçmiş olur.

Asiyanın yüksək təhsil göstəriciləri ilə fərqlənən ölkələrində (Çin, Sinqapur, Yaponiya) də STEAM yanaşması məktəbəqədər dövrdən başlayır. Əsaslı fərq isə Asiyanın STEAM təcrübəsində “Art” (sənət) bəndinə xüsusi diqqətin yetirilməsidir. Bu ölkələrdə yaradıcı düşüncə uşaqların yenilikçi qabiliyyətlərinin formalaşması üçün əsas mexanizm hesab edilir. Çin təhsil sistemində yaradıcı düşüncənin innovasiya problemlərinin həllindəki rolu 45%, biznes bacarıqlarına tətbiq göstəricisi isə 23% kimi göstərilir.

Dünya təhsilinin yaradıcılıq, innovasiya və dizayn mərkəzi hesab edilən Sinqapurda isə təhsil islahatlarının əsas faktoru yaradıcı yanaşma meyillərinin gücləndirilməsi və bunun dəqiq elmlərə, innovativ meyllərə tətbiqidir.

Avropada STEAM-in daha çox inkişaf etdiyi ölkələrdən biri İtaliyadır. Təhsil metodu burada da məktəbəqədər dövrdən tədris edilməyə başlanır. Bu yaş qrupunda STEAM tədris modelinin oyun əsaslı metodlarına xüsusi önəm verilir. Azyaşlılara xəyal dünyasında səyahət, nağıl qəhrəmanlarının imitasiya, xüsusi situasiyalarda plan qurma bacarıqları elə bu yaşdan etibarən öyrədilir.

Orta məktəblərdə isə Leonardo STEAM Laboratoriyası şagirdləri STEAM təhsilə yönləndirən yoldur. Burada uşaqlar dahi alimin yaradıcılığı ilə yaxından tanış olur, robot texnikası və kodlaşdırma elementlərini öyrəndikdən sonra görülən işləri sənədləşdirən Leonardo maşını qururlar və fərdiləşdirirlər.

Qeyd edək ki, İtaliyanın STEAM təhsil modeli təcrübəsi başqa Avropa ölkələrində- Bolqarıstan, İspaniya, Polşa, Rumıniya, Şimali Makedoniyada da tətbiq olunur.

Qonşu ölkələr arasında STEAM təhsil modeli ən effektiv şəkildə qardaş Türkiyədə tədris edilir. Şagirdlərin Beynəlxalq Qiymətləndirmə Proqramlarında (PISA, TIMSS)-də zəif nəticə göstərməsi qardaş Türkiyədə STEAM tədris modelinə keçidin əsas şərti olmuş və bu qısa zaman ərzində öz müsbət nəticəsini vermişdir. Türkiyədə əsasən ali təhsil pilləsində STEAM yanaşmalarına xüsusi önəm verilmiş, böyük universitetlərdə STEAM mərkəzləri və universitetləri yaradılmışdır. Bu mərkəzlərdə NASA və ABŞ-ın STEAM proqramlarından istifadə, oranın mütəxəssisləri ilə təcrübə mübadiləsinin aparılması tezliklə bu modelin faydalılıq göstəricisinin artmasına səbəb olmuşdur.

Təsadüfi deyil ki, ölkəmizdə yaradılan STEAM təhsil mərkəzlərində qardaş Türkiyə təcrübəsindən yararlanmış, onların mütəxəssisləri ilə məsləhətləşmələr aparılmışdır.

Rusiyada isə STEAM təhsil modeli qardaş Türkiyə qədər inkişaf etməsə də, hazırda bu istiqamətdə müəyyən addımlar atılır, əsasən ABŞ təcrübəsindən istifadə edilir. Uşaq mərkəzlərində 3 yaşdan başlayaraq azyaşlılar özlərini mühəndis kimi sınaya, texnologiyalarla tanış ola, təcrübə qoya və kəşf edə bilərlər.

Qonşu Gürcüstan Respublikasında STEAM təhsil modeli yeni tətbiq olunmaqdadır. Sevindirici haldır ki, Gürcüstan bu məsələdə Azərbaycan təcrübəsindən də istifadə edir. Azərbaycan Elm və Təhsil Nazirliyi ilə Gürcüstanda STEAM layihəsinin həyata keçməsi ilə bağlı razılığa da gəlinib. Mərkəzin soydaşlarımızın yaşadığı Marneuli rayonunda salınacağı bildirilir.

Elmin Nuri
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil tədqiqatçısı
moderator.az
 
 
 
Ardını oxu...
Ermənistan təkcə suverenliyini və özünü müdafiə etmək qabiliyyətini itirməyib, həm də qonşuları ilə dinc yanaşı yaşamağa hazır deyil.

Bu barədə “EU Reporter” nəşrində dərc olunan “Ermənistan öz suverenliyini necə itirib?” başlıqlı məqalədə deyilir.

Məqalə müəllifi qeyd edir ki, Ermənistan hakimiyyəti uzun illərdir ki, Rusiya, İran, Fransa, Avropa İttifaqına, həmçinin erməni diasporuna və şübhəli keçmişi olan oliqarxlara “suverenliyindən parçalar” paylayıb: “Amma bu suverenliyin itirilməsi narahatedicidir. Bu o deməkdir ki, münaqişə vəziyyətində olan ölkə mübarizə apara və ən əsası, sülh müqaviləsi bağlaya bilməz. Suverenliyin itirilməsi danışıqlar aparmaq qabiliyyətinin olmamasının sübutudur”.

Məqalədə bildirilir ki, Ermənistan Rusiyaya sanksiyalardan yan keçməyə kömək edir: “Erməni sahibkarlar da Nikol Paşinyandan narazıdırlar. Ermənistan baş nazirinin Almaniyaya səfəri zamanı ona sanksiyalardan yayınaraq Rusiyaya yardım göstərilməsinin qəbuledilməzliyi barədə xəbərdarlıq edilib”.

Müəllifin sözlərinə görə, aprelin 15-də həm politoloqların, həm də idmansevərlərin diqqətini cəlb edən hadisə baş verib: “Həmin gün Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb”.

Qeyd edilir ki, Azərbaycan bayrağını yandıran Aram Nikolyana qarşı Ermənistanda cinayət işi açılmayıb: “Ermənistan hüquq-mühafizə orqanları bu cür davranışda qəbahət görmürlər. O, polis bölməsindən tez bir zamanda sərbəst buraxıldıqdan sonra qəhrəmancasına qarşılanıb. Erməni siyasətçilər, ictimai xadimlər, on minlərlə sosial şəbəkə istifadəçisi onu nümunə kimi göstərib”.

Müəllifin fikrincə, Ermənistan indiki vəziyyətində bütün region üçün təhlükə yaradır: “Qərb regiondakı münaqişəyə Ermənistanla Azərbaycan arasındakı toqquşma kimi baxmaqdan əl çəkməlidir. Bu, Rusiya və İranın marioneti olan ölkə ilə Avropanın enerji təhlükəsizliyinin asılı olduğu dövlət arasındakı münaqişədir. Odur ki, Avropanın qərar qəbul etməsinin və onlardan birinin tərəfini saxlamasının vaxtı çatıb”.
Ardını oxu...
Bakı Nəqliyyat Agentliyi (BNA) külli miqdarda cərimələnib.

Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinin tələbləri pozulması ilə bağlı Bakı Nəqliyyat Agentliyi barəsində protokol tərtib edib və baxılması üçün məhkəməyə göndərilib.

Məlum olub ki, BNA xaricdən çəkisi 120 kq, ümumi gömrük dəyəri 40120 manat olan, avtobuslarda istifadə edilməsi üçün nəzərdə tutulan monitorlar gətizdirib. 2022-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş yüklərin gömrük ərazisinə 2023-cü ildə gətirilməsi aşkar edilib.

Bununla da Bakı Nəqliyyat Agentliyi 497-ci maddəsinin tələbləri pozub.

Məhkəmənin qərarı ilə BNA İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin – 40120 manatın 30 faizi miqdarında, yəni 12.036 manat məbləğində cərimə edilib.

İXM-in 497-ci maddəsinə əsasən malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir.
Ardını oxu...
Bakının Nərimanov rayonunda döyülmə hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Əlibala çay evində baş verib.

Belə ki, 1986-ci il təvəllüdlü Abbasov İsmail Faiq oğlu çayxanada naməlum şəxslə dava edən zaman başından xəsarət alıb.
Tapançanın qundağı ilə başından xəsarətlər alan İ.Abbasov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
 
Ardını oxu...
İstanbulda ‘Daltonlar’ kimi tanınan cinayət təşkilatının yeni görüntüləri üzə çıxıb.

Teref.az xəbər verir ki, görüntülərdə təşkilat üzvlərinin ağır silahlarla küçələrdə avtomobillə hərəkət etməsi yer alıb.

İstanbulda 131 üzvü saxlanılan “Barış Boyun” cinayət təşkilatının lüks avtomobillərin lyukundan çıxaraq silahlarla küçələrdə dolaşdığı müəyyənləşib. ‘Daltonlar’ kimi tanınan qrup üzvlərinin qorxu yaymaq üçün həmin anların görüntülərini sosial şəbəkədə paylaşdıqları müəyyən edilib.

İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi qrupları ötən gün İtaliyada saxlanılaraq həbs edilən mütəşəkkil cinayət təşkilatının lideri Barış Neckinin rəhbərlik etdiyi şəbəkəyə qarşı əməliyyat keçirib. Əməliyyat zamanı barələrində həbs qətimkan tədbiri seçilən 161 şübhəlidən 131-i tutularaq saxlanılıb.//Musavat
 
Ardını oxu...
Bu gün IX siniflərin buraxılış imtahanında 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

Dövlət İmtahan Mərkəzindən Redaktor.az-a verilən xəbərə görə, 1 nəzarətçi köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

Qeyd edək ki, bu gün Bakı şəhərinin Binəqədi, Qaradağ, Suraxanı, Yasamal rayonlarında, Gəncə (II hissə), Sumqayıt (I hissə) şəhərlərində, Abşeron (I hissə), Ağdaş, Beyləqan, Cəlilabad (I hissə), Füzuli, Göyçay (I hissə), Göygöl, Gədəbəy, Hacıqabul, Xaçmaz (I hissə), Qəbələ, Qobustan, Quba (I hissə), Masallı (I hissə), Neftçala, Oğuz, Sabirabad, Tovuz, Yardımlı, Zəngilan (Ağalı kəndi) rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
 
Ardını oxu...
Azərbaycanın Aran rayonlarında yaşayanlar susuzluqdan əziyyət çəkirlər, Lənkəranın Vilvan kəndinin camaatı isə Veravul çayının suyunun qabağını ala bilməməkdən.

Getdikcə məcrasını genişləndirən çay əkinə yararlı torpaqları yuyub aparır, kənd sakinləri deyirlər.

Videonu BBC News Azərbaycanca üçün Şəhla Kərim çəkib.

 
Ardını oxu...
Mütəşəkkil cinayətkar dəstə ilə bağlı iş üzrə həbs cəzası alan və hazırda həbsdə olan Adnan Oktarın vəkilləri ilə keçirdiyi görüşlərin məhdudlaşdırılmasına qərar verilib.

Oktarın bir ay ərzində 290 dəfə vəkillərlə görüş keçirdiyi bildirilib. Onun vəkilləri ilə görüşləri 3 ay müddətinə məhdudlaşdırılıb.

İstanbul Baş Prokurorluğu tərəfindən Oktarın vəkil görüşləri zamanı təşkilatın fəaliyyətinin davam etdirilməsinin qarşısının alınması üçün tələblər irəli sürülüb.

Məhkəmənin bununla bağlı verdiyi qərarda bildirilib ki, Oktar bir ay ərzində təxminən 290 dəfə, eyni gündə 10 dəqiqəlik qısa fasilələrlə müxtəlif vəkillərlə görüşüb. Qeyd edilib ki, bu görüşlər özünümüdafiənin təmin edilməsindən daha çox vəkillər vasitəsilə təşkilatın fəaliyyətinin davam etdirilməsinə yönəlib.

Məhkəmə tərəfindən həmçinin Oktarın vəkilləri ilə görüşlərinin səs və ya video yazısı vasitəsilə lentə alınması, Oktarla vəkil arasındakı söhbətlərin izlənilməsi məqsədilə məmur təyin edilməsi, bir-birinə verdikləri sənədləri və ya sənəd nümunələri, aralarındakı danışıqlara dair saxladıqları fayl və qeydlərin müsadirə oluna bilməsi, həmçinin görüşlərin gün və ya saatlarının məhdudlaşdırılması qərara alınıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: Haber Global
 

Dünyapress TV

Xəbər lenti