Ardını oxu...
Azərbaycanda bir qrup şəhid ailəsinə qarşı dələduzluq edən vəkilə cinayət içi açılıb.

Bu barədə Gununsesi.info-nun əldə etdiyi xəbərdə deyilir ki, onlar arasında 20 Saylı Vəkillər Bürosunun əməkdaşı Cavid Quliyev də var.

Bildirilir ki, şəhid ailələrinə dələduzluq edərək onlarln pulunu mənimsəməkdə ittiham olunan vəkil Cavid Quliyev Nəriman Polis İdarəsi tərəfindən həbs edilib.

Onun Ukraynanın Bakıdakı səfirliyinin qarşısında saxlanilaraq, istintaqa təhvil verildiyi deyilir.
 
Ardını oxu...
Uzun illərdir Vasif Talıbovun qurduğu ədalətsiz sistemə, işsizliyə görə, onsuz da əhalinin yarıdan çoxu Naxçıvanı tərk etmişdi. Yerdə qalanlar isə, ya dövlət müəssisələrində, ya da Talıbovlara aid özəl iş yerlərində aşağı maaşla olsa da dolanışıq yolunu birtəhər tapıb, vətənlərini tərk etməyənlər idi. Naxçıvandakı hakmiyyət dəyişdikdən sonra isə, bu iş yerləri də kütləvi şəkildə bağlandı, yaxud onsuz da aşağı olan maaşlar yarıbayarı azaldıldı. Bu səbəbdən Naxçıvanda uzun müddətdir müşahidə olunmayan yeni immiqrasiya dalğası yaranıb. İş yerlərini itirən minlərlə naxçıvanlı çörəkpulu arxasınca xüsusilə qonşu ölkə Türkiyəyə üz tutur.

Bağlanan iş yerləri əsasən tikinti ilə əlaqəli dövlət və özəl müəssisələrinə aiddir. Şərur rayon sakinin Oruc Həsənov deyir ki, uzun müddət burada dövlət müəssisəsinə aid tikintidə çalışıb. Ötən ay tikintiyə aid iş yerləri kütləvi bağlandıqdan sonra, hamı kimi o da işini itirib:

“Hakimiyyət dəyişəndə sevindik ki, yeni iş yerləri açılacaq, maaşlar artacaq. Təssüf ki, tam əksinə oldu. Əvvəlcə, bir neçə ay maaşımızı vermədilər, bu yaxınlarda isə, dövlətə aid tikinti idarələrini ləğv etdilər. Bu səbəbdən yüzlərlə fəhlə və usta işsiz qaldı. Maaşımız da batıb getdik. İş üçün müraciət etsək də heç yerdə təmin etmədilər. Məşğulluq idarəsinə də yazılmışam, deyirlər, gözlə. Gözləməklə də olmur. Borc üstünə borc gəlir. Kifayət qədər borclanmışam. Ona görə də qərara gəldim ailəmi çörəklə təmin etmək, borclarımı qaytarmaq üçün Türkiyəyə işləməyə gedəm. O üzdən Naxçıvanı tərk etdim. Başqa çıxış yolu yox idi. Bir müddət sonra ailəmi də gətirəcəm, Naxçıvanla biryolluq üzülüşək. Tək mən deyiləm, son vaxtlar 10-larla ailə tərk edib buranı”.

Əvvəllər „Cahan Holdnq“ə aid daş sexlərinin birində işləyən Babək rayon sakini Bəhruz Quliyev deyir ki, maaşları aşağı salındığından, işini atıb, Türkiyəyə getməyə məcbur olub:

“Hakimyyət dəyişəndən sonra, holdində əl də dəyişdi. Əvvəlkilər bizə qarşı haqsızlıqlar edirdi, ucuz qiymətə işlədirdi. Yeni gələnlər isə, bizimlə tam qul kimi davranmağa başladılar. Həftə sonları işləməyə məcbur etdilər, onsuz da aşağı olan maaşımızı azaltdılar. O pulu da heç vaxtında vermirlər. Şirkətdəki bütün müəssisələrdə eyni vəziyyətdir. Bu səbəbdən, onlarla, bəlkə yüzlərlə işçi normal iş dalınca ya Bakıya, ya da Türkiyəyə üz tutub. Mən də onların içindəyəm. Vasif Talıbovun haqsızlıq, ədalətsizliyinə görə Naxçıvan boşalmışdı. 5-10 nəfər yerdə qalmışdı ki, onları da yeni gələn qaçırdır”.

27 il Naxçıvana rəhbərlik etmiş, vaxtilə dünyadakı ən yırtıcı diktatolar siyahısına daxil edilmiş Vasif Talıbov ötən ilin dekabrnda öz ərizəsi əsasında bu vəzifədən azad edilib. Bundan sonra prezidentin Naxçıvan üzrə xüsusi nümayəndiliyi yaradılıb. Prezidentin fərmanı ilə Fuad Nəcəfli Naxçıvan üzrə xüsusi nümayəndə təyin olunub.(Gündəlik Naxçıvan)
 
Ardını oxu...
Naxçıvan MR Daxili İşlər Nazirliyi və Naxçıvan MR Prokurorluğu əməkdaşlarının birgə fəaliyyəti nəticəsində Ordubad rayonu Xurs kənd sakini E.Tarverdiyevin bacısını 2003-cü ilin avqust ayında öldürüb həyətyanı sahədə basdırması müəyyən edilib.

Bu barədə DİN-in mətbuat xidmətindən xəbər verilib.

Məlumata görə, E.Tarverdiyev tutularaq istintaq təhvil verilib.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.
 
Ardını oxu...
Bakıda “5 mərtəbə” kimi bilinən binanın qarşısında adam döyən universitet müəllimi ilə bağlı qərarı verilib.

32gun.az-ın məlumatına görə, 1961-ci ildə Bakı şəhərində anadan olmuş, “Qərbi Kaspi” Universitetində müəllim vəzifəsində işləyən Həsən (şərti) idarə etdiyi “Jeep Wrangler” markalı, “BZ” dövlət qeydiyyat nişanlı avtomobili ilə ona yol verməyən “Mitsubishi Pajero” markalı, “BJ” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü döyüb.

Belə ki, 1 mart 2022-ci il tarixində Həsən müəllim avtomobiliylə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov küçəsindəki 2/15 nömrəli binanın həyətinə daxil olmaq istədikdə, binanın girişində ağ rəngli, “Mitsubishi Pajero” markalı, “*-BJ-**” dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görüb.

Mahmud “5 mərtəbə” kimi bilinən binanın qarşısında avtomobilini saxlayıb, dəftərxana ləvazimatları satılan mağazaya girib.

Geri qayıdanda Həsən əsəbləşərək Mahmuda “deyəsən tələsən yeriniz yoxdur” ifadəsini işlədib. Mahmudda ona “guya sənin tələsən yerin var ki” deyə sərt cavab verib.

Bundan sonra Həsən Mahmudun avtomobilinin arxa alın şüşəsinə yumruqlamış və daha sonra onun tərəfdən qapısını açıb onu yüksək səslə nalayiq ifadələrlə təhqir edərək bir dəfə yumruqla alın nahiyəsindən vurub. Nəticədə Mahmudun gözündə dəyəri 1000 manat olan eynəy sınıb.

Məhkəmənin qərarı ilə, Həsən Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs bir neçə dəfə məhkum edilib. Həsən Səbail rayon xalq məhkəməsinin 4 avqust 1997-ci il tarixli hökmü ilə Cinayyət Məcəlləsinin 147.3,194.2:38-ci maddələri ilə təqsirli bilinərək 5 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. 5 noyabr 1997-ci il tarixdə Səbail rayonu xalq məhkəməsinin qərarı ilə CM-nin 50-2 maddəsinə əsasən 3 il 12 gün əməyə cəlb edilməklə şərti cəza təyin olunub. 6 sentyabr 1999-cu il tarixdə CM-nin 50-ci maddəsinə əsasən vaxtından əvvəl şərti azad olunub.
Ardını oxu...
Bermud üçbucağının tapmacası illərlə aparılan araşdırmalardan və mübahisələrdən sonra elmi şəkildə həll olunub.

Tribunainfo.az xəbər verir ki, İngiltərədəki universitetdən bir geofizik Bermud üçbucağının mövcud olduğunu sübut edə biləcəyini söyləyib, lakin bir izahat tapmayıb.

Sidney Universitetindən olan avstraliyalı alim Karl Kruzelnitsky geofizikin iştirakını rədd edir və buna görə də Bermud üçbucağının niyə belə sirli bir yerə çevrildiyinin məntiqi izahını tapmaq üçün çalışıb.

Uzun illər bu yerin yoxa çıxanların mərkəzi hesab edilməsinə baxmayaraq, Kruzelnitsky Bermud üçbucağında itkin düşən təyyarə və qayıqların faizinin dünyanın hər yerində olduğu kimi olduğunu müəyyən edib. Xüsusilə də okeanın bu bədbəxt nöqtəsindən nə qədər yol keçdiyini nəzərə alsaq.

Alim bu kəşfi əsas götürüb, indi iddia edir ki, Bermud üçbucağı heç də onilliklər ərzində düşündüyümüz qədər sirli deyil. Üstəlik, tədqiqatçı hesab edir ki, bir çox itkin düşmələr pis hava şəraitində uçuşların edilməsi ilə bağlıdır.
 
 
 
Ardını oxu...
Yevlax rayonu Nərimanabad kəndi ərazisində Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun kənarında yerləşən mövcud yanacaqdoldurma məntəqəsinin yaxınlığında aşkar olunmuş qanunsuz tikinti-quraşdırma işləriilə bağlı Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə dərhal araşdırma aparılmış və sözügedən ərazidə Nazim İslam oğlu Əhmədov tərəfindən şəhərsalma və tikinti qanunvericiliyinəriayət edilmədən, zəruri razılaşdırılma və icazə prosedurları həyata keçirilmədən, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.02.2017-ci il tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın tələblərinəuyğun olaraq yanacaqdoldurma məntəqələrindən zəruri ara məsafəsi saxlanılmadan özbaşına tikinti-quraşdırma işlərinə başlanılması müəyyən edilmişdir.
Bununla bağlı Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Komitə ilə birgə Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq ərazidə aparılan tikinti-quraşdırma işlərinin dayandırılması və Nazim Əhmədov tərəfindən sözügedən qanunsuz tikilinin sökülməsi təmin edilmişdir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək, Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır və müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi alınmadan hər hansı tikinti işlərinin aparılmasının qadağan olduğunu diqqətə çatdırır.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Bakıda yerləşən, içərisində onlarla avtomobil olan cərimə meydançası sahibsiz qalıb.

Xezerxeber.az xəbər verir ki, paytaxtın Binəqədi şosesi 53 ünvanında yerləşən cərimə meydançasındakı avtomobillərə sahib çıxan yoxdur.

Uzun müddətdir buranın mühafizəçisi işləyən Elsevər Bağırov bildirib ki, 1 ay əvvəl meydançanın yeri dəyişdirilsə də, avtomobilləri aparan olmayıb. Buranın cərimə meydançası kimi fəaliyyət göstərməsini əks etdirən müqavilənin müddəti isə aylar əvvəl bitib.

Mühafizəçi Elsevər Bağırov vaxtını maşınların yanında boş yerə sərf etməkdən şikayətçidir. O deyir ki, hazırda işinə görə maaş almır. Ancaq qorxusundan ərazini tərk etmir ki, meydançada oğurluq hadisəsi baş versə, onu ittiham edə bilərlər.
Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsindən qeyd edilib ki, qeyd olunan avtodayanacaq Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin balansında deyil:

“Bu səbəbdən də meydançadakı avtomobillərin aqibətinin necə olacağı qeyri-müəyyən olaraq qalır”.

Daha ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
Antalyada dəhşətli hadisə baş verib.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, S.Sevinç adlı şəxs anasını bıçaqlayaraq öldürüb.

S.Sevinç ipolis bölməsindəki ifadəsində anası ilə daima mübahisə etdiklərini və hadisə baş verən gün bu mübahisənin böyüdüyünü bildirib:

"Üzmə bir neçə dəfə şillə vurdu. Daha sonra mətbəxdən çörək bıçağını götürərək üstümə gəldi. Bıçağı əlindən aldıqdan sonra özümü itirdim və bir neçə dəfə bıçağı boğazına vurdum. Neçə zərbə endirdiyimi xatırlamıram”.
Ardını oxu...
 
Ardını oxu...
Fransa Liqa 1-də 34-cü tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, bağlanış matçında lider PSJ “Trua”nın qonağı olub.

Matç Paris klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. 8-ci dəqiqədə Kilian Mbappe PSJ-ni hesabda irəli keçirib. 59-cu dəqiqədə Vitinya ikinci qolu vurub. Xavier Şavalerin 83-cü dəqiqədə fərqi azalsa da, 3 dəqiqə sonra Fabian Ruis 3-cü topu vurub.

PSJ hazırda 78 xalla vahid liderdir. Sona 4 tur qalmış komanda ən yaxın izləyicisi “Lans”ı 6 xal üstələyir.

 
Ardını oxu...
Gədəbəydə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düzyurd kəndində qeydə alınıb.

"VAZ-2121" markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində maneəyə çırpılıb.

Qəza zamanı 1945-ci il təvəllüdlü Əmrah Göycə oğlu İsrafilov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Avtomobildə olan, Əmrahın həyat yoldaşı, 1948-ci il təvəllüdlü Zərqələm İsrafilov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
 

Dünyapress TV

Xəbər lenti