Eldar Mahmudovun bankir qudası 8 il sonra azadlığa çıxır -
“Biz də eşitmişik ki, bu il "Heydər Əliyev İli" münasibətilə böyük əfv sərəncamı imzalanacaq. Hər il olduğu kimi bu il də ümid edirik ki, Cahangir azadlığa çıxacaq". Bunu Gununsesi.info-ya açıqlamasında “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva bildirib.

Qardaşının Azərbaycan dövlətinə, mərhum Heydər Əliyevə və indiki ölkə rəhbərinə sadiq olduğunu vurğulayan Əminə Hacıyeva bildirib ki, Cahangir Hacıyevi qabiliyyətinə görə Heydər Əliyev irəliyə çəkib: “Heydər Əliyev onu şəxsən çağırıb, işə təyin edib. Bunu heç kəsin xahişi olmadan edib. Çünki Cahangir qardaşım olsa da çox bilikli, istedadlı insandır. Bir neçə ildir ki, o, həbsdə qalır. Biz onun azadlığının İlham Əliyevin iradəsindən asılı olduğunu düşünürük”.

Cahangir Hacıyev 14 il Azərbaycanın ən böyük banklarından biri olan Azərbaycan Beynəlxalq Bankına (ABB) rəhbərlik edib. Hökmə əsasən, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev 16 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Sabiq bankir rəhbərlik etdiyi dönəmdə bankda baş verən qanunsuzluqlarda, ayrılan milyonlarla kreditin geri qaytarılmamasında günahlandırılıb. Cahangir Hacıyevin ölkənin maliyyə bazarında əsas fiqurlardan birinə çevrilməsində ləğv edilmiş MTN generalı Eldar Mahmudovla əlaqələri də əsas rol oynayıb. Uzun illər yaxın münasibətdə olan Cahangir Hacıyev və Eldar Mahmudov bu əlaqələrini quda olmaqla daha da möhkəmləndirdilər. Eldar Mahmudovun oğlu ilə Cahangir Hacıyevin qızının toyu 2012-ci ilin noyabrda baş tutub. Bu yaxın qohumluq əlaqəsi onun imkanlarını və bank sektorundakı nüfuzunu daha da möhkəmləndirdi.

Lakin hər iki şəxsin, Eldar Mahmudov və Cahangir Hacıyevin ulduzu eyni vaxtda söndü. Eldar Mahmudovun gedişi ilə Cahangir Hacıyevin də dəmir barmaqlıqlar arxasındakı yolu göründü. Cahangir Hacıyev 8 ildir həbsdədir və görünür ki, azadlığa buraxıla bilər.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Cahangir Hacıyevin əfv olunacağına o qədər də inanmır. Hüquqşünas belə bir ehtimalı istisna etmir: “Azərbaycanda iqtisadi cinayət törətmiş şəxslər əsasən hansısa əmlakı, yaxud da külli miqdarda büdcə vəsaitini mənimsəyən şəxslərin həbsi, məhkəməsi və az sonra azadlığa buraxılması adi hal alıb. Adamlar böyük məbləğləri mənimsəməklə dövlətə, ayrı-ayrı vətəndaşlara çox böyük iqtisadi zərər vururlar. Həbsə alınandan sonra həmin mənimsədikləri məbləğin 15-20 faizini xərcləyir və azadlığa çıxırlar. Nəticədə belə mənimsəmələr, büdcə pullarını oğurlamalar, vətəndaşlara qarşı vəzifə daşıyıcılarının mütəşəkkil dəstə şəklində cinayətlərinin sayı artır. Bir tərəfdən tv-lərdə "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" prezident fərmanından danışırlar, o biri tərəfdən isə dövlətə, xalqa qarşı iqtisadi cinayətlər etmiş şəxsləri azad edirlər. Azərbaycan vətəndaşında məhkəmə-hüquq sisteminə inam elə belə də yerlə sürünür. Bu cür hallar isə bu inamsızlığı daha da dərinləşdirir.

Konkret Cahangir Hacıyevə gəldikdə, ona qarşı irəli sürülən ittihamlara nəzər salsaq, bu adam uzun illər ölkənin sistem xarakteri daşıyan bankına rəhbərlik edib və həmin bankı rəsmən çapıb talayıblar. Aydın məsələdir ki, bu cinayəti Cahangir Hacıyev təkbaşına etməyib və edə də bilməzdi. Lakin məhkəməsində Cahangir Hacıyev bu haqda susmağa üstünlük verdi. Yəni özünün cinayət ortaqlarını ələ verməkdən yayındı. Belə bir halda ona qanunun ən sərt üzü göstərilməli idi. Onun məhkəməsi çoxsaylı qanun pozuntları ilə aparıldı. Bununla belə, barəsində çıxarılan hökm dəyişdirilməməlidir.

“Azərbaycan Beynəlxalq Bankı” ASC və onun törəmə müəssisəsi olan “Bank MBA Moskva” MMC-yə 69 müəssisənin veksellər və kredit borcları, eləcə də Azərbaycan Respublikasının ərazisində olan 17 yerli müəssisə və şirkətə verilmiş kreditlər üzrə banka dəymiş ziyan ümumilikdə 4 milyard 100 milyon manat təşkil edib. Cahangir Hacıyevin azadlığa buraxılması onun yolu ilə getmək istəyənləri həvəsləndirəcək. Bu baxımdan, Cahangir Hacıyevə humanist münasibət qəbulolunmazdır və gələcəkdə dövlətə xeyir verməyəcək".

Hüquqşünas deyir ki, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” prezident fərmanına görə vurduğu iqtisadi zərəri ödəməyən şəxs məhkəmənin müəyyən etdiyi cəzanı tam şəkildə çəkməlidir: “Bunun üçün cəzaçəkmə müəssisələrində rüşvət yığışdırılmalı, qandallanmış korrupsionerlər üçün türmədə lüks yaşayış şəraiti tam şəkildə aradan qaldırılmalıdır. Bu gün dövlət büdcəsini talayan məmurlar həbsə düşəcəkləri halda türmədə aylıq 5-10 min manat hesabına günlərinin pis keçməyəcəyini bilirlər. Ona görə də çox böyük məbləğlər oğurlamağa iştahlıdırlar. Bilirlər ki, oğurladıqlarının az bir hissəsini verib türmədə yaşayışlarını təmin edəcəklər. Yəni özünə orada yüksək şəraitli kamera düzəltdirə biləcəklərinə əmindirlər. Belə münasibətlər sisteminin varlığı büdcə oğurluqlarını stimullaşdırır”.

Hüquqşünas məsələnin digər tərəfinə də diqqət çəkdi: “Məmurların cinayətlərini müəyyən etmək üçün ilk növbədə onların gəlir və xərcləri üzərində nəzarət olmalıdır. Məmurların gəlir və xərclərinin bəyan edilməsi haqda qanunvericilik qəbul edilməli və mütləq icra olunmalıdır. Digər tərəfdən, məhkəmə-hüquq islahatları da dərinləşdirilməlidir. Əvvəl-axır hər şeyə qiymət verən məhkəmələrdir. Onlar da korrupsiya mexanizminin tərkib hissəsi olduğu halda, təbii ki, mübarizə səmərəli olmayacaq. Təəssüf ki, məhkəmə sistemi də Prezidentin təşəbbüslərini əngəlləyir. Məsələn, 2018-ci ildə dövlət başçısı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərman imzaladı. Onun bəzi müddəaları hələ də icra olunmayıb. Fərmanda “Elektron məhkəmə” informasiya sistemində dərc edilən məhkəmə qərarları üzrə müxtəlif meyarlar əsasında effektiv axtarış aparmaq üçün müvafiq funksional imkan yaradılması tapşırılmışdı. Burada məqsəd vahid məhkəmə təcrübəsinin formalaşdırılmasıdır. Yəni əhali, vəkillər, digər maraqlı şəxslər oxşar işlər üzrə əvvəlki məhkəmə qərarlarını rahatlıqla tapmaq imkanına malik olmalıdır ki, məhkəmələr vahid təcrübədən kənarlaşa bilməsin. Bu gün ortaya qoyulan axtarış sistemi dünyanın ən qəliz sistemlərindən biridir. Əksər məhkəmələr, ümumiyyətlə, qərarlarını dərc etmir. Bu, prezident fərmanına əhəmiyyət verilməməsidir. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ən geniş yayılmış cinayət dələduzluq və oğurluqdur. İndi dələduzluq üzrə maddələrdə nəzərdə tutulub ki, bir şəxs vurduğu zərəri ödəyirsə, bundan başqa vurduğun zərərin yarısını dövlət büdcəsində keçirirsə, məsuliyyətdən azad olunur. Cəza siyasətinin humanistləşdirilməsi cəza ilə bağlı məsələlərin iqtisadi tərəfinin də həllini tənzimləyir. Azadlıqdan məhrumetmə dövlətə heç də ucuz başa gəlmir. Penitensiar Xidmətin saxlanmasına dövlət büdcəsindən, faktiki, vətəndaşların cibindən ayrılan vəsaitlərin miqdarı dəfələrlə azalacaq. Böyük nəzarətçi korpusu, çoxsaylı maşın parkı, idarəetmə aparatı təkmilləşəcək. Oğurluq, dələduzluq, vergidən yayınma, mənimsəmə kimi cinayətlərdə vətəndaş vurduğu ziyanı ödəyirsə, üstəlik cərimə də ödəyirsə, onu həbs etməklə nəyə nail olmaq olar? Bu sahədə cərimələrin artırılması da düzgündür. Bundan dövlət büdcəsinə ancaq xeyir var. Digər tərəfdən də bu hallar korrupsiya cinayətlərinin də qarşısını alacaq. Azərbaycanda vətəndaşların əksəriyyətinin ən qorxduğu məsələ azadlıqdan məhrum edilmədir. Ən kasıb, imkansız birinə həbs təhlükəsi yaranırsa, qohum-əqrəba, dost-qardaş bir yerə toplanır, pul yığır və çıxış yolu aramağa, həbsdən yayındırmağa yollar axtarırlar. Hakimə, prokurora yollar axtarırlar ki, məsələni həll etsinlər. Onsuz da yol tapır, pullarını verirlər. Belədirsə, qoy həmin pullar kimlərinsə cibinə deyil, dövlət büdcəsinə getsin. Korrupsiya olanda vətəndaşın xərci qat-qat artıq olur. Belə isə vətəndaş vurduğu ziyanı ödəyəcək, dövlət büdcəsinə cərimə ödəyəcək. Bu, məsələnin daha ədalətli həlli olmaqla yanaşı, büdcəni məhbusa pul ayırmaqdan azad edir və büdcəyə əlavə gəlir daxil olmasına yol açır. Əgər Cahangir Hacıyev azadlığa çıxmaq istəyirsə, bu ona təxminən 6 milyard manatdan bir qədər artıq vəsaitə başa gələcək. Qanun bunu deyir. Belə bir şəxsin əfvlə azadlığa çıxması qanunların əhəmiyyətini xeyli azalda bilər".
“Yeni Müsavat”
 

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?
24 Noyabr 2024 AZƏRBAYCANLI İSTANBULDA 70 KQ QIZILLA TUTULDU - Kimliyi və hadisənin detalları bilindi + VİDEO
24 Noyabr 2024 Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi

Dünyapress TV

Xəbər lenti