Ardını oxu...
Hər birimiz gündəlik olaraq müxtəlif marketlərin müştərisi kimi bonuslardan yararlanırıq. Ancaq fikir versək görərik ki, əksər vaxt bonus kartları reklam edildiyi qədər faydalı deyil.

Əlbəttə ki, hər bir müəssisənin marketinq siyasəti və bonus qaytarmaq şərtləri fərqlidir. Bəzilərində ümumiyyətlə bonus kartı olmadan endirimdən faydalanmaq olmur.

Maraqlı məqam isə odur ki, əksər hallarda müştəriyə bəh-bəhlə bonus kartı təqdim edilir, haqqında bütün məlumatlar alınır. Lakin endirimlər haqqında məlumat verilsə də, bonusların itməsi, endirimlərin bitməsinə dair heç bir məlumat göndərilmir. Hərçənd ki, hər bir marketlər şəbəkəsi öz müştərilərini bonus kartından istifadəyə görə təyin edə bilir.

Bizim.media-nın redaksiyasına müraciət edən şikayətçilərdən biri iddia edir ki, bir çox marketlərdə tütün məmulatları və spirtli içkilərə görə ümumiyyətlə bonus verilmir.

Bəs qanunda bununla bağlı hansısa qadağa nəzərdə tutulubmu?

Hüquqşünas Zaur Quliyev bildirir ki, müəyyən qrup məhsullara görə ƏDV-nin qaytarılmaması nəzərdə tutulsa da, bonusun verilməsi ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur: "Qanunda əlavə dəyər vergisinin qaytarılması ilə bağlı tütün məmulatları, un və un məhsulları həmçinin digər nəzərdə tutulmuş məhsullara görə ƏDV-nin qaytarılmaması nəzərdə tutulub. Amma bonus sistemi mağaza və dükanların, eləcə də bankların özlərinin layihələridir. Qanunda bununla bağlı bir qadağa yoxdur. Ona görə də müştəri cəlb etmək üçün həmin layihələri həyata keçirilməsində supermarketlər tamamilə azaddırlar”.

Bəs bonus kartları müştəriyə verildiyi halda, ona bonusun düşmədiyi və ya kartdakı bonusun itəcəyi barədə niyə əvvəlcədən xəbərdarlıq edilmir?

Qida üzrə ekspert, restorator Məmməd Əhmədovun sözlərinə görə, marketlərdə bonus və müəyyən hədiyyələr xüsusi daxili proqramla müəyyən edilir ki, bir çox hallarda da düzgün olmayan hesablama aparılır: "Hər bir iaşə obyektinin istər restoranın, istərsə hər hansı market şəbəkəsinin, adi supermarketin belə marketinq siyasəti var. Onlar bununla bir növ müştəriləri cəlb edirlər. Bildirilir ki, "müəyyən miqdar alış-veriş edin sizə güzəşt ediləcək”. Bəlli bir tarixdə seçim aparılır və qalib müəyyənləşir. Yaxud müəyyən məbləğ qoyulur və həmin vaxtda hədiyyələr verilir. Təbii ki, bu prosesi izləmək çətindir. Onu müştəri özü də bilmir.

Hazırda kampaniya şəklində məsələn, 50 manatlıq alış-veriş edəndə 50 bonus və yaxud başqa endirim edilir. Bütün bu proseslər isə istehlakçının hüquqları qorunması şərtilə olmalıdır. Çünki istehlakçı ora gedirsə, qarşı tərəf də bunu təmin etmək məcburiyyətindədir”.

"Bonusun itəcəyi ilə bağlı müştəriyə məlumat verilməməsi qanun pozuntusudur”

Ekspert bildirib ki, buna yalnız aidiyyəti qurumlar nəzarət edə bilər. Məmməd Əhmədov həmçinin vurğulayıb ki, bəzi marketlər bonusun itəcəyi barədə müştəriyə məlumat göndərmirsə, bu, həmin marketlər şəbəkəsinin istehlakçıya qarşı etdiyi qanun pozuntusudur: "Hər bir müştərinin bonus kartı alarkən telefon nömrəsi, e-maili və haqqında digər məlumatlar alınırsa, sözügedən məlumatları da göndərməlidirlər. Çünki əgər o məlumat bazası varsa və endirimlər, müəyyən kampaniyalar haqqında insanlara məlumat göndərildiyi kimi, eyni o mexanizmlə də bonusun itməsi və s. kimi məsələlərə bağlı da istehlakçını - müştərini məlumatlandırmaq lazımdır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycan istehlakçıları bir ildə almadıqları mal üçün təxminən 500 milyon manat pul ödəyirlər: "Bonus kartlarına yüklənmələr haqqında problemlər istisna hal deyil. Çünki marketlər istehlakçıların ən çox aldadıldığı yerdir. Marketlərdə təkcə bu yox, insanların almadığı məhsula görə pul çıxılması və s. halları da baş verir”. (musavat.com)
 
Ardını oxu...
Şovi istirahət mərkəzi sürüşmə nəticəsində tamamilə dağıldığı üçün artıq mövcud deyil.

Bu barədə Tbilisi meri Kaxa Kaladze bildirib.

“Deyə bilərik ki, Şovi artıq yoxdur. O, tamamilə dağılıb”, - deyə mer bildirib.

Şovi istirahət mərkəzindəki sürüşmə zamanı 17 nəfər ölüb.
 
Ardını oxu...
"Hər zaman Antalya bölgəsinə yolum düşəndə fikirləşirəm, nə əcəb biz hotellərdə AI və UAI üsulunu tədbiq edə bilmirik?! Niyə SPA, fitnes, uşaq klubu, yay barı, qış barı anlayışları bizdə hər hansı bir hotelin yalnız 5 ulduz alması üçün qurulur və aylarla istifadəsiz qalır?!"

Bu fikirləri aktyor, ssenarist Azər Aydəmir sosial şəbəkədə bildirib.

Aktyor ölkəmizdəki turizm sektorundan gileylənib:

"Hər dəfəsində də turizm sahəsinə məsul şəxslər, tanışlarım mənə deyirlər ki, "O bizim üçün deyil", "Bizə hələ tezdir", "O mexanizm bizdə işləməz" və s. Tətil bitdi. İndi isə məni digər sual maraqlandırır: "Nə olub axı bizə?"" (News24.az)
 
Ardını oxu...
Parkinqlə bağlı yenilik sabahdan qüvvəyə minir - Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinin Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir.

“Qafqazinfo” Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, 7 avqust tarixindən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçiriləcək.

Belə ki, küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərə bunu nəzərə almalarını və qanunsuz ödənişlər etməməyi tövsiyə edirik.Sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi tam qanunsuzdur.

Əvvəlcədən də qeyd olunduğu kimi, ödənişlər mobil tətbiq, sms və ödəmə terminalı vasitəsilə ediləcək. Ödənişli parklanmanın tətbiqinə ilk olaraq mərkəz və 1-ci zona olmaqla, mərhələli şəkildə başlanılacaq Sürücülər avtomobili park etdikdən dərhal sonra mobil tətbiqi açmalı və parklanmanın başladığını təsdiq etməlidirlər. SMS vasitəsilə ödəniş etmək istəyənlər isə parklanma başladıqda avtomobilin dövlət qeydiyyat nişanı, parklanma məntəqəsinin nömrəsi və parklanma yerini 1181 qısa nömrəsinə göndərməlidirlər. Əks halda sürücülərə qarşı cərimə tətbiq ediləcək. Parklanma yeri kimi müəyyən edilməyən yerlərdə avtomobillərini park edənlər də cərimələnəcəklər.
Parklanma yerlərində müəyyən olunmuş parklanma qaydalarına riayət olunması, ödəmələrin həyata keçirilməsinə nəzarət, o cümlədən ərazidə maarifləndirmə və məlumatlandırma məqsədilə nəzarətçilər, eləcə də “Nəqliyyat Könüllüləri” prosesə cəlb olunacaqlar.
Ardını oxu...
Bakıda sığınacağa hücum edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.


Belə ki, Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.

Həmin görüntüləri təqdim edirik:

 
Ardını oxu...
"Cəmil prinsipləri hər şeydən üstün tutan, haqsızlığa dözməyən, cəmiyyətin sağlam olması üçün çalışan azsaylı qələm sahibindən biridir.
Bəli, Cemil Memmedlinin əyalət məmurları ilə problemləri var. Ancaq Cəlim bu xalqı da, bu dövləti də sevən, kritik məqamda Azərbaycanı heç kimin
ayağına verməyəcək qədər dövlətsevər jurnalistdir."
Ardını oxu...
Teref.az yazır ki, bunu Yenicağ media qrupunun rəhbəri Agil Ələsgər öz feysbuk səhifəsində yazıb. Fikrini davam etdirən Aqil Ələskər daha sonra yazır:
"Hər kəs eyni şəkildə düşünməyə bilər. Cəmil də prosseslərə məndən, səndən fərqli baxa bilər. Ancaq bu o demək deyil ki, sırf hansısa əyalət padşahı və ya onun əyanları istədi deyə, istedadlı, prinsipial bir həmkarımız həbs olunmalıdır.
Əgər içimizdə azacıq həmkarlığa və ya həmrəyliyə aid nəsə qalıbsa, Cəmilə, əyalətdəki son Mogikana sahib çıxmalı, yazdığına görə göz görə-görə şərlənməsinə imkan verməməliyik…"
Teref.az
Ardını oxu...
Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü Sara Əzimova tanınmış jurnalist Heydər Oğuzu məhkəməyə verib. Əzimova iddia edir ki, Heydər Oğuz ona böhtan atıb. Bir neçə ay davam edən məhkəmə prosesindən sonra bu il iyulun 21-də Suraxanı Rayon Məhkəməsi Heydər Oğuza 6 ay islah işləri cəzasının verildiyi hökm çıxarıb. Tanınmış jurnalist barəsində çıxarılan hökmün sifarişli və ədalətsiz olduğunu, onun əməlində cinayət tərkibinin olmadığını bildirir. Heydər Oğuz qeyd edir ki, onu Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovla bağlı kəskin tənqidi yazılarına və çıxşlarına görə kimlərsə “cəzalandırıb”. Jurnalist ona bəraət verilməsi üçün apellyasiya şikayəti verib.

Heydər Oğuza bu cəzanın verilməsinə ölkəmizin tanınmış ictimai və siyasi xadimləri kəskin etiraz ediblər.

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa TNS-ə açıqlamasında bildirib ki, Heydər Oğuzu uzun illərdir, tanıyır.

Millət vəkili qarşı tərəfə hansısa bir ittiham irəli sürmədən Heydər Oğuzun cəzalandırılmasını doğru hesab etmir.

“Məncə tərəflərin barışması daha düzgün olardı. İctimai şəxslərin bir-birini bu formada məhkəmə çəkişməsinə cəlb etməsi xoşagələn hal deyil. Fikrimcə, islah işləri cəzasının verilməməsi daha düzgün olardı. Çünki bu cazaya tanınmış jurnalistin məhkum olunması mənəvi tərəfdən də yaxşı hal deyil. Ona görə də, ümid edirəm ki, yuxarı instansiya məhkəməsi apellyasiya şikayətinə xüsusi olaraq baxacaq və hökmün ləğv olunması isiqamətində addım atacaq”, - millət vəkili bildirib.

Fazil Mustafa deyib ki, qarşı tərəfin məsələdə israr etməməsi daha doğru olar.

“Çünki elə bir anlaşılmazlıq yoxdur ki, onu aradan qaldırmaq mümkün olmasın. Bunu danışıqla, münasibətlərlə yoluna qoymaq mümkündür. Bu qərarın dəyişdirilməsinin mən də tərəfdarıyam. Hər hansı bir şəkildə Heydər Oğuz kimi tanınmış bir ictimai xadim və media təmsilçisinə qarşı bu addımın atılması hər kəsdə narahatçılıq yaradan məsələdir. Məncə bu narahatçılığa da yuxarı instansiya məhkəməsi son qoyacaq”, - deputat əlavə edib.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə isə bildirib ki, Heydər Oğuz tanınmış jurnalist olmaqla yanaşı, Azərbaycan cəmiyyətində ictimai xadim, vətənpərvər, hər zaman dövlətin və dövlətçiliyin yanında olan ziyalı kimi tanınıb.

Partiya sədri deyib ki, Heydər Oğuz öz yazıları ilə bunu dəfələrlə sübut edib və etməkdədir.


“Suraxanı Rayon Məhkəməsində onun barəsində qaldırılmış bu cinayət işinin detallarını, bir sıra prosesual pozuntuları kənara qoyaraq, təbii ki, kifayət qədər absurd iddilar var, məsələnin mənəvi tərəfinə xüsusi diqqət yetirmək istəyirəm. Hökm jurnalistlərin peşə bayramı günündən bir gün əvvəl çıxarılıb və bu, ictimaiyyət tərəfindən xüsusilə vətənpər bir Azərbaycan jurnalistini “cəzalandırmaq” aktı olaraq qəbul edilib. Bu, yolverilməzdir”, - Arzuxan Əlizadə bildirib.

Onun sözlərinə görə, baş vermiş prosesual pozuntular və iddianın absurdluğu ilə bağlı növbəti məhkəmə instansiyalarına - Apellyasiya Məhkəməsinə və əgər ehtiyac olacaqsa, digər məhkəmələrə də müraciət olunacaq:

“Təbii ki, biz də prosesi diqqətdə saxlayacağıq. Heydər Oğuzu yaxından tanıyan, onun vətənpərvərliyinə, dövlətçiliyə xidmətinə zərrə qədər şübhə etməyən bir şəxs olaraq bundan təəssüfləndiyimi bildirirəm. Heydər Oğuza istənilən müstəvidə dəstək verməyə hazır olduğumu bəyan edirəm. Ümid edirəm ki, növbəti məhkəmə instansiyalarında Suraxanı Rayon Məhkəməsinin çıxardığı qərar ləğv olunacaq və biz ədalətin bərqarar olmasına şahidlik edəcəyik”.

Partiya sədri məhkəmənin qərarına təsir etmək fikrində olmadığını bildirərək deyib ki, bizim bu cür vətənpərvər, dövlətinə, dövlətçiliyə xidmət edən jurnalistlərimizə qarşı qarayaxma kampaniyalarının aparılması heç bir halda təqdir ediləcək məsələ deyil.

“Bu cür kampaniyaların qarşısı alınmalıdır, bizim dəyərli jurnalistlərimiz, ictimai-siyasi xadimlərimiz mütləq mənada bu cür absurd iddialardan qorunmalıdırlar. Bu prosesdə Azərbaycan məhkəmələri, Azərbaycan ədalət sistemi də belə insanların yanında olduğunu sübut etməlidirlər”, - Arzuxan Əlizadə əlavə edib.
 
Ardını oxu...
Əfqanıstanda 5,7 bal gücündə zəlzələ oldu

Bu gün Əfqanıstanın Hindukuş dağ silsiləsində 5,7 bal gücündə zəlzələ baş verib.

Teref.Az xəbər verir ki, bu barədə Avropa-Sakit okean seysmologiya mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 161 min insanın yaşadığı Qunduz şəhərindən 176 km şərqdə, ocağı isə yer səthindən 90 kilometr dərinlikdə yerləşıb.

Təbii fəlakət nəticəsində zərər çəkənlər, yaxud dağıntılar olub-olmadığı barədə hələlik məlumat verilmir. \\Report.Az
 
Ardını oxu...
Azərbaycanda 2022-ci ilin nəticələrinə görə hər 1000 nəfərə 162 ədəd avtomobil düşüb, Gürcüstanda bu göstərici 300, Ermənistanda 200 ədəddən çoxdur.
Yəni, "ölkədə maşın çoxdur, ona görə də tıxaclar var", tezisi yanlışdır. Problem odur ki, əhalinin yarısı Bakıdadır, infrastruktur pisdir, nəqliyyatın idarəedilməsi bərbaddır. Ölkənin bütün iqtisadi fürsətləri Bakı-Abşerona toplanıb, regionlarda iş-güc, sosial-iqtisadi fürsətlər yoxdur - bu isə ölkənin qeyri-proporsional və əcaib "inkişafına" səbəb olub.
Hərbi qələbəmizdən sonra işğaldan azad edilən ərazilərimizə köç ləngiyir, bunun obyektiv səbəbləri də var, amma sistem problemləri həll edilməsə, köç olmayacaq. Hökumət son 30 ildə əhalinin Bakı-Abşerona köç etmə səbəblərini çözə bilməyibsə, Qarabağ və Şərgi Zəngəzura da camaatı orqanik, təbii yolla köçürə bilməyəcək - hərçənd tarixi fürsət yaranıb ki, əhali və iqtisadi fürsətləri ağıllı və proporsional şəkildə ölkə ərazisinə yayıb Bakını yaşanabilər hala gətirək. Bunun üçün ilk addım idarəetmə sisteminin dəyişməsi olmalıdır, ardınca doğru iqtisadi təşviq siyasəti də olsa, bu işi bacarmaq olar.
İşğaldan azad edilən regionlara 1,5 mln. əhali köçsə (təbii yolla) bu zaman ölkə üçün yeni inkişaf imkanları açıla bilər...

Natig Cəfə\rli

Dünyapress TV

Xəbər lenti