Ardını oxu...
Türkiyənin məşhur müğənnisi, rejissor və ssenarist Mahsun Kırmızıgülün oğlu Mahmut Kırmızıgül güllə yarası alıb.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul şəhərinin Sarıyer rayonunda yerləşən əyləncə məkanında iki qrup arasında dava düşüb.

Nəticədə əyləncə məkanının mühafizəçiləri iki qrupu ayıraraq çölə çıxarıblar. Gənclər çölə çıxdıqdan sonra silah səsləri eşidilib. Hadisə yerində onlarla boş giliz tapılıb.

Qeyd olunub ki, atılan güllələrdən ikisi Mahsun Kırmızıgülün oğlu Mahmut Kırmızıgülün çiyninə dəyib.

Hadisə baş verən ərazidə aktyorlar Burak Çelik, Umut Evirgen, Yağmur Tanrıseven, Şeyma Baday, rejissor Ali Bilgin və bir çox məşhur olub. Faktla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyev Naxçıvan prokurorunun müavini vəzifəsinə Sənan İsa oğlu Paşayevi təyin edib.

Teref.az manset.az-a istinadla xəbər verir ki, S.Paşayevin Bakı Metropoliteninin sabiq rəisi, YAP-ın Yasamal rayon təşkilatının sədri Tağı Əhmədovun yeznəsi olduğu bildirilir.
 
Ardını oxu...
Səyahətə çıxarkən bəzən hər birimizin qarşılaşacağımız xoşagəlməz vəziyyətlərdən biri də sifariş etdiyimiz hotelin durumunun əvvəlcədən təqdim olunan göstəricilərlə üst-üstə düşməməsidir. Hotel otaqlarının gigiyenik normalara uyğun olmaması, əşyaların nimdaşlığı, xidmət personalının qeyri-peşəkarlığı səfərimizin dadını qaçırır. Ulduzuna görə seçdiyimiz hotelin xidmətlərinin müştəri məmnuniyyətinə cavab verməsi turizmin əsas göstəricilərindən biridir.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin də bu yaxınlarda keçirilən Azərbaycan Turizm Sammiti-2022-də səsləndirdiyi fikirlər ölkəmizdə hotel sənayesi ilə bağlı mövcud problemləri gündəmə gətirdi. Sədrin sözlərinə görə, Azərbaycanda iki ildir həyata keçirilən Milli ulduz təsnifatına indiyə qədər 150 hotel müraciət edib ki, onlardan 100-ə yaxınına baxılıb:

“44 hotel 5, 4 və 3 ulduz dərəcəsinə layiq görülərək müvafiq sertifikatlarla təltif edilib”. Azərbaycan Hotel Assosiasiyasının müşahidələri də onu deməyə əsas verir ki, az ulduzlu kateqoriyaya daxil olan hotellər göstərilən tələblərə cavab vermir: “Bununla bağlı müəyyən problemlər var. Qiymətləndirmədə çatışmayan cəhət hotellərin xidmət səviyyəsinin lazımi dərəcədə olmamasıdır”.

F.Nağıyev bildirdi ki, koronavirus pandemiyasına görə hotellərə ulduz verilməsi ləngisə də, “Turizm haqqında” yeni qanun bu prosesi sürətləndirib:

“Yeni qanuna görə, hər bir mehmanxana fəaliyyətə başladığı vaxtdan 6 ay ərzində ulduz kateqoriyası üçün müraciət etməlidir”.

Ulduz sistemi - ulduzların sayı hotel xidmətinin bir növ təsviridir. Nə qədər çox ulduz alınsa, otaqda qalmaq bir o qədər rahat, xidmət səviyyəsi bir o qədər yüksək olacaq. Təbii ki, hər bir qiymətləndirmənin öz meyarları var.

Xarici ölkələrin təcrübəsinə nəzər salsaq, bəzi dövlətlər fərqli simvollardan istifadə edirlər. Məsələn, ABŞ və Kanadada pansionatlar adətən brilyantlarla bəzədilir və Britaniya hotelləri tacların sayına görə rəqabət aparır. Yunanıstandakı qurumlar yekdilliklə əlifba abreviaturalarından istifadə edirlər. Hindistanda xidməti ballarla qiymətləndirə bilərsiniz. Bu baxımdan müxtəlif ölkələrdə rahatlıq və lüks anlayışları fərqlidir.

Bizim ölkəmizdə isə hotellərin xidmət meyarları ulduz təsnifatına görə müəyyənləşir. Milli ulduz təsnifatı Azərbaycan Turizm Bürosu ilə Azərbaycan Hotel Assosiasiyasının əməkdaşlığı nəticəsində həyata keçirilir.

Azərbaycan Hotel Assosiasiyasının icraçı direktoru Günay Sağlam məsələ ilə bağlı sorğumuzu cavablandıraraq hotellərin ulduz təsnifatına layiq görülmə prosesinin ləngiməsində pandemiyanın rolunu qeyd etdi:

“Ulduz kateqoriyası üçün müraciət məcburi xarakter daşımırdı. Hotellər özləri müraciət edirdi və proses ləng gedirdi. Müraciət zamanı bizim istədiyimiz sənədləşmə uzun sürdü. Pandemiya, sənədləşmənin ləngiməsi və prosesin məcburi olmaması prosesi ləngitdi”.

Direktor bildirir ki, Azərbaycan Hotel Assosiasiyasının ulduz təsnifatı ilə bağlı 248 kriteriyası var. Bunlardan 4-ü əsasdır ki, bütün hotellərin xidməti bu kriteriyaya uyğun olmalıdır:

Təmizlik-gigiyena qaydaları, hər şeyin işlək vəziyyətdə olması, personalın peşəkarlığı, qeydiyyatda (front office) işləyən işçilərin ən azı iki dilə sahib olması və qonaq qəbulu üçün daha peşəkar sistemin olması vacibdir. Bəzi hotellərdə qonaq qəbulunu kompüterdə və ya kağızda qeyd edirlər”. G.Sağlam qeyd edir ki, qonaqpərvərliyi beş ballıq sistemlə qiymətləndirilən hotellər bu siyahıya daxil deyil: “Biz möhtəşəm hotelləri yoxlamırıq, onlar bu siyahıya daxil deyil. Pandemiyadan irəli gələn karantin vaxtı sahibkarlar hotellərə yatırım edə bilməyiblər. Bu da monitorinqlər vaxtı xüsusən regionlarda çoxlu problemləri ortaya çıxarıb. Ən böyük problemlər təmizlik və gigiyena qaydalarına riayət olunmaması, təmirin yoxluğu ilə əlaqədardır. Hotellər var ki, tam təmirsizdir. Mebelləri, çarpayıları pis vəziyyətdədir. Yoxlamalardan sonra hotellərin hamısına vaxt verildi ki, özlərini sahmana salsınlar və ondan sonra onların ulduzunu ölçək. Ulduz təsnifatına layiq görülməni hotellərin verdikləri xidmətə görə ölçürük. Yerində təmizlik yoxdursa, təqdim etdikləri əşyalar işlək vəziyyətdə deyilsə, qiymətləndirmədə də ləngimələr olur”.

Assosiasiya rəhbərinin sözlərinə görə, həm Bakıda, həm də regionda xidmət səviyyəsi aşağı olan hotellər fəaliyyət göstərir:

“Elə hotellər var ki, özlərini yüksək ulduza namizəd görüblər. Şəhərin yaxşı yerində yerləşir, xudmanidir, amma hotelə diqqət göstərməyəndə vəziyyəti pisləşir. Ulduz veriləndən sonra 3 il ərzində hotellər monitorinq olunur. Hotellərə ulduz verilməklə iş bitmir. Rəqəmsal platforma ilə hotellərlə əməkdaşlıq edirik. Qonaqların dəyərləndirməsi ölçülür. Hər həftə hotelin vəziyyəti ilə bağlı hesabat təqdim edilir. Hər ulduza görə indeks var. Qonaq rəylərini araşdırırıq. Bəzən qonaq lazımsız yerə rəy yazır. Amma “çirkdir, işlək deyil” yazılırsa, bu, nəzərə alınır və hotelə xəbərdarlıq edilib 3 ay vaxt verilir. Bu düzəlişlər olmasa, təzədən audit olunur. Hotel auditdən keçməsə, ulduzu əlindən alınır. Bu, uzun bir prosesdir”.

Milli ulduz təsnifatı zamanı həmçinin hotelin xidmət səviyyəsi “TrustYou” beynəlxalq qonaq rəy platforması vasitəsilə dəyərləndirilir. Bu da daimi olaraq xidmət səviyyəsinin təkmilləşdirilməsini tələb edir. Hotel bu tələblərə cavab vermədikdə ona verilən ulduz əlindən alınır:

“Hotel auditdən keçəndən sonra qərəzsizlik komissiyası tərəfindən rəylər verilir və protokol hazırlanır. Hotel həm beynəlxalq, həm yerli sertifikat alır. Bir mövsüm ərzində elə hotellər var ki, ulduzları aşağı düşür. Bu baxımdan hər bir sahibkar hoteli davamlı diqqətdə saxlamalı, şəraitinə, xidmətə düzgün fikir verməlidir”.
 
Ardını oxu...
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” qanunun 8-ci və 9-cu maddələri baxımından şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Baş Prokurorluğu və Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyid, mütəxəssislər Ali Məhkəmənin hakimi Ə.Novruzov, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri E.Rəhimov, Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəisi A.Əliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim edilən mülahizələri və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, kənd təsərrüfatı məqsədilə vətəndaşlara verilən pay torpaqlarında məhz kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin təsiri altına düşür və həmin torpaqlarda yalnız kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) cinayət məsuliyyəti üçün əsas hesab edilə bilməz.

Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilər.

Şəhərsalma və Tikinti Məcəlləsinin 57-ci, 83.0.6-cı və 85.4-cü maddələri ilə müəyyən olunmuş tələblərə riayət edilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazənin verilməsi həmin ərazidə tikinti işlərinin aparılması məqsədilə yaşıllıqların kəsilməsi (götürülməsi) halında cinayət məsuliyyətinin yaranmasını istisna edir.

“Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 8-ci və 9-cu maddələrinin mənasına əsasən, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr yaşıllıqların mühafizəsi tədbiri olaraq qanun pozuntularının qarşısının alınması vəzifəsini daşıyırlar.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
 
Ardını oxu...
Türkiyənin paytaxtı Ankarada keçmiş Ülkü Ocaqları sədri Sinan Ateş və dostu Selman Bozkurta silahlı hücum edilib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə yerli media məlumat yayıb.

Qeyd olunub ki, başından güllə yarası alan Sinan Ateş hadisə yerində ölüb, dostu Selman Bozkurt isə çiynindən yaralanıb. Polis hadisə yerindən qaçan şəxsin axtarışına başlayıb.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Son zamanlar telekanallarda aqressiv reklamları səbəbindən daha da populyarlaşan, populyarlaşdıqca da xəstəlik kimi artan şans oyunları –lotereya aludəliyi cəmiyyətimizdə yayılır, geniş vüsət alır.

Mənəvi-psixoloji və sosial durumu əlverişsiz olan insanların immun sistemi bu "xəstəlik”lə mübarizə apara bilmir, maddi tələbata ehtiyac duyan, yaxud da oturduğu yerdən qazanc əldə etmək xülyasına qapılan insanlar üçün şans oyunları adlanan bu qumar oyunları "vazkeçilməz fürsətlər məkanı"na çevrilir.

Bu "fürsətlər məkanı” isə artıq Azərbaycana başqa ölkələrdən gətirilir – xarici şirkətlərin lotereya reklamları telefonlarımızın, kompüterlərimizin, televizorlarımızın künc-bucağını "bəzəyir”. Məsələn, Türkiyənin "Demirören Şans Oyunları" şirkətinə məxsus olan "Misli” həmin qumar oyunlarından biridir və biz çox zaman onun zəhlətökən, təhrikçi və aldadıcı reklamlarının "məcburi izləyici”sinə çevrilə bilirik.

Maraqlıdır ki, "Demirören" belə aressiv, yəni insanların evlərinə soxulub övladlarını "əlindən alan" reklam kampaniyasını Türkiyə kanallarında ya apara bilmir, ya da aparmaq istəmir. Yoxsa, Azərbaycan təcrübə meydanı kimi istifadə olunur? Hər halda "Demirören" şirkətinə də bu barədə bir sorğu göndərəcəyik.

Nəticə budur ki, Azərbaycanda az qala hamı bu vəziyyət barədə "Türkiyə edib" deyə düşünür. Türkiyənin bir qumar şirkəti və onun Azərbaycandakı havadarları indi iki ölkə arasında bütün dünyanın həsəd apara biləcəyi qardaşlıq münasibətlərinin üzərinə "qara kölgə" kimi enib...

Özümüzün yerli və milli "rəsmi qumar” oyunlarımız, yaxud da daha etik adı ilə lotoreya və şans oyunları nə üçün öz yerini xarici şirkət oyunlarına ötürür, onlara daha çox reklam şəraiti yaradılır? Dövlət iqtidasiyyatının bu məsələdə qazancı nədən ibarətdir?

DİA.AZ-ın məlumatına görə, suallarla əlaqədar Bizimyol.info-ya danışan iqtisadi ekspert Əkrəm Həsənov bildirib ki, bu oyunların dövlətə xeyri qədər ziyanı da çoxdur: "Bu oyunların təşkilindən sonra gələn qazancın böyük bir hissəsi təbii ki, həmin şirkətə məxsusdur. Təbii ki, bu qazancdan dövlətə də müəyyən pay düşür, vergilər gəlir. Ancaq burda dövlətin uduzduğu məqamlar da var, hansı ki, ilk baxışdan bu, görünmür. Ancaq əsas məğlub tərəf bu oyunlara qurşanan vətəndaşlardır. O vətəndaşlar ki, mütləq əksəriyyəti uduzur. Udan isə barmaqla sayılası bir neçə nəfər olur, onların da adlarını tez-tez reklam edirlər ki, digər insanlar şirniklənsinlər. Digər tərəfdən, mən hesab edirəm ki, bizim dövlətin bu məsələyə münasibəti riyakardır. O dövlət ki, bir tərəfdən kazinonu qadağan edir, deyir, kazino olmaz. Kazino olmaz, amma bu, olar. Deputatlar da bu haqda qanun qəbul ediblər. Onda bizə bu ikisi arasındakı fərqi izah etsinlər ki, şans oyunlarının kazinodan fərqi nədir? Ona görə ki, burada müəyyən maraqlar var, riyakarlıq da burdadır. Guya təəssürat yaratmağa çalışırlar ki, kozino pis, şans oyunları isə yaxşıdır, amma halbuki ikisi də eyni şeydir. Məsələn, Gürcüstanda qumar icazəlidir və dövlət də ordan xeyli gəlir əldə edir. İndi bizdə də bunu ya qadağan etsinlər, ya da rəsmi qaydada və nəzarət mexanizmləri ilə tətbiqinə şərait yaratsınlar.

O ki qaldı xarici lotereya şirkətlərinin aqressiv reklam kampaniyalarına, bildiyiniz kimi, bizim cəmiyyətimizdə belə bir adət var: idarəetməyə, yaxud hansısa rəhbər vəzifəyə bir xaricini dəvət edirlər, ona çox yüksək maaş , ev verib, başqa şəraitlər də yaradırlar. Halbuki, Azərbaycanın özündə həmin sahələrdə peşəkar mütəxəssislər də var. Öz işçilərimizə, mütəxəssislərimizə maaşı az veririk, amma xaricdən gələnləri qaldırırıq dağın başına. Ancaq mən müşahidə etmişəm ki, Azərbaycana gələn xarici mütəxəssislərin əksəriyyəti savadsız və qeyri-dürüstlərdir. Amma buna baxmayaraq, onlara çox yaxşı şərait yaradırlar. Bəzi yerli məmurlar isə bu xarici "qonaqlar”la öz qabiliyyətsizliklərini, uğursuzluqlarını və yarıtmazlıqlarını ört-basdır etməyə çalışırlar. Sabah iş, biznes alınmayanda, deyəcəklər, "nə edək, hətta xaricdən də mütəxəssis gətirdik, alınmadı”. Ya da elə həmin xarici şirkətlərlə əliəyri işlər görürlər. Özümüzünkülər olanda dərhal hər kəsdə şübhə yaranır, amma başqalarını dəvət edəndə, özlərini sudan duru, təmiz adlandıra bilirlər: "Bizim rəhbərimiz Avropadan gələn Condur, Türkiyədən gələn Mehmetdir, bizdə yeyinti, dələduzluq, oğurluq ola bilməz, nə danışırsınız?” Amma bəlkə də azərbaycanlılar o postlarda yer tutsa, heç bir o qədər oğurluq olmazdı, ancaq xaricilər gələndə, buranı dağıdırlar.

İndi Azərbaycan iqtisadiyyatının ən böyük problemlərindən biri nədir – inhisar. İyirmi ilə yaxındır, bu inhisarçılıq məsələsini həll edə bilmirlər, ona görə ki, burada çoxlarının maraqları toqquşur. Bu xarici şirkətlərin ölkəyə dəvət olunması da həmin inhisarçılığın başqa bir modelidir. Biri qınayanda ki, niyə imkan vermirsiniz öz şirkətlərimizi quraq? Onda da cavab verirlər, "siz nə danışırsınız, bunlar bizim türkiyəli qardaşlarımızdır, burda heç bir inhisardan söhbət gedə bilməz. Onlar gəlib burda bizə öyrədirlər, ancaq yerli mütəxəssislər bilmirlər”.

Bir sıra xarici şirkətlər, o cümlədən Türkiyə şirkətləri ki, ölkəmizə gəlirlər, onların qazancında Azərbaycan məmurlarının da payı var. Sizə belə bir şey deyim: mənim hüquqla yanaşı, iqtisadi təhsilim də var. Hərdən xarici şəxslər də yanıma gəlib, məsləhət almaq istəyirlər ki, Azərbaycanda biznes qursunlar. Onlara deyirəm ki, burda biznes qurmaq təhlükəlidir, heç nəyə təminat yoxdur. Sabah nə qanun, nə məhkəmə, istənilən şeyi bizim məmurlar sənə edə bilərlər. Belə bir şəraitdə hansısa xarici şirkət gəlib, uğurlu fəaliyyət göstərəndə, 99 faiz inanmaq olar ki, o, təmiz xarici deyil. O, hansısa yerli məmura bağlıdır".
Ardını oxu...
Dekabrın 27-də Naxçıvan şəhərində yerli mədəniyyət nazirliyi və dövlət filarmoniyasının təşkilatçılığı ilə, konsert keçirilib. Heydər Əliyev sarayında baş tutan konsertə kifayət qədər bilet satılmadığı üçün, zal boş qalıb. Belə olan halda, büdcə təşkilatı rəhbərlərinə tapşırıq verilib ki, təcili zalı doldursunlar. Onlar da əməkdaşlarına zəng edərək, konsertə gəlmələrini tələb ediblər. TEREF.AZ yazır ki, bu haqda "Gündəlik Naxçıvan"a konsertə məcburi çağrılan əməkdaşlar məlumat verib.
Mədəniyyət sahəsində çalışan Naxçıvan şəhər sakini B. Məmmədova deyir ki, konsertə çağrılmamışdan öncə, internetdə prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi Fuad Nəcəflinin çıxışına baxırmış:
" Fuad müəllim deyirdi ki, Naxçıvanda məmur özbaşınalığına son qoyulur, kiminsə kefinə görə təyin etdiyi qanun və qərarlar ləğ olunur. Buna çox sevindim ki, artıq bizi kimsə əsassız yerə incitməyəcək, heç nəyə məcbur etməyəcək. Bu sevincim cəmi bir saat çəkdi. Çıxışdan bir saat sonra müdir zəng etdi ki, zal boş qalıb, təcili konsertə gəlib, yerləri doldurmaq lazımdı. Etiraz etmək istədim, dedi ki, onluq deyil və bu göstəriş Ali Məclisdən gəlib. Konsertə getməyəcəyim təqdirdə işdən çıxarılacağımla hədələdi. Məcbur qalıb, getdim. Mən iki körpə uşaq anasıyam. İşdən gəlib, onlarla vaxt keçirmək istəyirəm. İstəmədiyim konsertə niyə məcburi aparılmalıyam? Hansı qanunda yazılıb ki, iş saatından sonra işçini harasa aparmağa məcbur etmək olar? "
Naxçıvan şəhər məktəblərinin birində işləyən, təhlükəsizliyi üçün adının çəkilməsini istəməyən müəllimlərdən biri deyir ki, onları da məcburi konsertə çağırıblar:
"İşdən evə yenicə çatmışdım. Direktor zəng etdi ki, zal boş qalıb, təcili konsertə gəlməlisiz. Həmin gün vacib işlərim olsa da, məcbur qalıb, getdim. Təxminən 20-25 idarədən 400 nəfərə yaxın adam toplaşmışdı. Bizi iş vaxtından sonra məcburi istismar edirlər. Birinci konsert dekabrın 23-də olmuşdu. Kifayət qədər bilet satıldığından, güman edirdilər ki, bu dəfə də zal dolacaq. Bunu əksini gördükdə, biabır olmasınlar deyə, zalı büdcə təşkilatlarının hesabına doldurduar. Sağ olsunlar ki, biletlərin pulunu bizə ödətmədilər".
Məsələyə münasibət öyrənmək üçün, Naxçıvan MR Mədəniyyət Nazirliyi ilə əlaqə saxlamaq mümkün olmadı.
 
Ardını oxu...
Bir neçə gün öncə xaricdə yaşayan jurnalist Cavanşir Həsənli özünün sosial şəbəkə hesabında sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olduğu iddia edilən restoranın görüntülərini paylaşmışdı.

Londonda yerləşən həmin lüks restroranın Anar Məmmədova 4 milyon funt sterlinqə başa gəldiyi qeyd edilmişdi.

Xəbər yayılandan qısa müddət sonra Ziya Məmmədov mətbuata açıqlama verərək məlumatı yalanlamış və “cəmi bir restoranım var, o da kəndimizin başındadır, gəlib orada yeyib-içə bilərsiniz” deyə, yazılanlara sanki rişxənd tonunda cavab vermişdi.

“Qafqazinfo” maraq üçün vəzifədən uzun müddətdir çıxarılmasına baxmayaraq, hələ də böyük yeyintilərdə ittiham olunan sabiq nazirin açıqlamasının izinə düşərək həmin restoran haqqında maraqlanıb. Məlum olub ki, Ziya Məmmədov hazırda yaşadığı Ucarın Qazıqumlaq kəndində onun ailəsinə məxsus şadlıq evindən başqa, “Fermer” adlı hotel-restoran komleksi də var.

Və Ziya Məmmədovun təsvir etdiyi kimi “Kəndin başında” yerləşən bu obyekt təsəvvür olunacaq səviyyədə ucqar kəndlərdə yerləşən yeməkxana anlamına gəlmir, əslində böyük bir gölün ətrafında, 3 hektar ərazini əhatə edir. Burada eyni zamanda, ümumi sahəsi 1200 kvadratmetr olan yarmarka da var.

Ancaq heç də hansısa Avropa ölkəsində yerləşən restorandan geri qalmayan “kəndin başındakı” bu restoranın görüntülərini təqdim edirik:

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Aqil adlı 14 yaşlı yeniyetmənin ötən gündən yayılan video-müraciəti ciddi rezonans doğurub.

TEREF.AZ Axar.az-a istinadla xəbər verir ki, özünü Mərkəzi Bankı keçmiş sədri Elman Rüstəmovun oğlu kimi təqdim edən Aqil adlı şəxsin varlığı barədə hələ bir neçə il əvvəl sosial şəbəkələrdə məlumat yayılmışdı.

Həmin məlumatlarda bildirilirdi ki, E.Rüstəmov Sevinc adlı xanımdan olan bu nikahdankənar uşağı dəbdəbə içərisində yaşadır. Hətta həmin vaxt Aqilin bahalı avtomobillərlə olan görüntüləri də ortaya çıxmışdı.

Qeyd edək ki, Aqilin dünən müraciətində vurğuladığı 050 201 07 77 nömrəsi həqiqətən də Elman Rüstəmova məxsusdur.

Xatırladaq ki, Elman Rüstəmovun oğlu olmaqdan xəcalət çəkdiyini bildirən Aqil sabiq baş bankirin ailəsinə təzyiq etdiyini, onları hədələdiyini deyib və dövlət başçısından kömək istəyib.
Ardını oxu...
 
Ardını oxu...
Baş nazirin müşaviri, Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun nikahdankənar oğlu olduğunu iddia edən yeniyetmə videomüraciət yayıb.

Sözügedən video sosial şəbəkələrdə böyük rezonansa səbəb olub.

14 yaşlı Aqil E.Rüstəmovun onun atası olduğunu deyib və hazırda anası ilə onu təhdid etdiyini bildirib.

Yeniyetmənin sözlərinə görə, doğma atasını həyatda cəmi 3 dəfə görüb, əsl adının Elman olduğunu da bu yaxınlarda öyrənib: “Özünü mənə ilk dəfə təqdim edəndə adının Məmməd olduğunu dedi”. (Qafqazinfo)

 
 
 

Dünyapress TV

Xəbər lenti