Elmar Qasımov nazir ola bilməsi üçün QOLLARINI ÇIRMAYIB...
Son vaxtlar elm və təhsil naziri Emin Əmrullayevin fəaliyyəti ciddi tənqid olunur. Millət vəkilləri, təhsil ekspertləri Elm və Təhsil Nazirliyinin işini düzgün qura bilmədiyini deyir, sərt açıqlamalar verirlər. Bu da nazir Emin Əmrullayevin postunu itirəcəyi ilə bağlı xəbərlərin yayılmasına səbəb olub.

Məhz belə bir ərəfədə bir çox vəzifəli şəxs nazir olmaq uğrunda mübarizəyə başlayıb. Onlardan biri də Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovdur.

TNS-in redaksiyasına daxil olan məlumata görə, təhsil naziri olmaq Elmar Qasımovun çoxdankı arzusudur. Rektor illərdir ki, nazir olmaq üçün çalışır.

Elmar Qasımov 1999-2011-ci illərdə təhsil nazirinin müavini vəzifəsində çalışıb. O, Azərbaycan Prezidentinin 14 sentyabr 2011-ci il tarixli sərəncamı ilə vəzifəsindən azad edilib.

Həmin dövrdə mediada yayımlanan məlumatlara görə, Elmar Qasımov təhsil naziri postuna iddiasının qurbanı olub. Sabiq nazir müavini ilə bağlı yazılarda qeyd olunub ki, Elmar Qasımovun nazir postuna iddiasını hətta açıq şəkildə büruzə verməsi ona baha başa gəlib. O dövrün təhsil naziri Misir Mərdanov Elmar Qasımovu vəzifəsindən kənarlaşdıra bilib.

Elmar Qasımovun vəzifəsindən azad edilməsindən sonra onun Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədr müavini təyin ediləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Musavat.com saytında 23 oktyabr 2011-ci ildə dərc olunan məqalədə bildirilib ki, Məleykə Abbaszadə ilə Elmar Qasımovun yaxşı əlaqələri var.

“Buna görə də təhsil naziri Misir Mərdanov daim öz müavininə xüsusi qıcığı ilə seçilib. Mərdanovla Abbaszadənin düşmən münasibətləri hər kəsə bəllidir. Abbaszadə uzun müddət Qasımovun nazir müavini postunda qalmasının əsas dəstəkçilərindən biri idi. Hətta onun bir ara ölkənin yüksək rəhbərliyinə Qasımovu təhsil naziri təyin etmək üçün şifahi təqdimatlarda bulunduğu da deyilir. Vəzifədən alınması Qasımova çox pis təsir edib. O, başda Abbaszadə olmaqla, özünün iqtidar içindəki ciddi dəstəkçilərinə çox bel bağlayırdı və əmin idi ki, təhsil naziri heç vaxt onu görəvdən aldıra bilməyəcək. Amma tam tərsi baş verdi. Qasımov əmindir ki, Mərdanov onun barəsində ölkə rəhbərliyinə çox yanlış kompromatlar təqdim edib, bu da onun ciddi himayədarlarının varlığına rəğmən postundan uzaqlaşdırılmasına gətirib çıxarıb.

Elmar Qasımovun yaxın çevrəsinə işləri belə qoymayacağına, Mərdanovdan qisas almaq üçün bütün resurslarını işə salacağına dair vəd verdiyi də gələn məlumatlar arasındadır. O məlumatlarda həm Qasımovun Mərdanovu hansı “zəif yer”indən vuracağına, həm də Mərdanovun keçmiş müavini barədə iqtidar kulislərinə hansı kompromatları ötürdüyünə dair ilginc detallar yer alır. Onu da deyək ki, E.Qasımova görəvdən alındıqdan qısa müddət sonra TQDK sədrinin də razılığı ilə vəzifə təklifi gəlib. Qasımov təkliflə məmnuniyyətlə razılaşıb. Burada iki görəvdən söhbət gedir. Qasımov ya xanım Abbaszadənin müavini olacaq, ya da TQDK-nın Təşkilat şöbəsinə rəhbərlik edəcək. Birinci təyinatın yanvaradək gerçəkləşməsi gözlənilir. Yox, əgər qərara alınsa ki Qasımov TQDK Təşkilat şöbəsinin müdiri olsun, bu qərar daha erkən verilə bilər”, – məqalədə qeyd olunub.

Amma Elmar Qasımov bu vəzifələrin heç birinə gətirilməyib. Qohumu olduğu bildirilən Rövnəq Abdullayev onu Dövlət Neft Şirkətində işlə təmin edib. Cəmi bir il Dövlət Neft Şirkətində çalışdıqdan sonra Bakı Ali Neft Məktəbinin rektoru təyin olunub.

Dəqiqliyinə şübhə etmədiyimiz daha bir mənbənin bildirdiyinə görə, Elmar Qasımovun Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovla da yaxşı əlaqələri olub. Nazir müavini vəzifəsindən azad olunduqdan sonra Talıbov tərəfindən ona Naxçıvanda yüksək vəzifə təklif edilib. Ancaq müəyyən dairələr tərəfindən Elmar Qasımovun Bakıda qalmağı məsləhət bilinib.

Elm və təhsil naziri Emin Əmrullayevin kürsüsünün laxlaması Elmar Qasımovu hərəkətə gətirib. O, nazir olmaq üçün müxtəlif görüşlər keçirir.

Rektor bu yaxınlarda Britaniyaya səfər edib. Onun Şotlandiyanın paytaxtı Edinburqda bir neçə gün qaldığı bildirilir. Səhih olmayan məlumata görə, Elmar Qasımov Britaniyada onun nazir postuna gətirilməsinə kömək edəcək şəxslə görüşüb.

Hər dəfə ölkədə təhsil naziri dəyişdiriləndə Elmar Qasımovun nazir olmaq sevdası alovlanıb. Görək, Elmar müəllim bu dəfə nazir ola biləcəkmi? İnsafən deyək ki, nazir postuna ən layiqli namizədlərdən biri də elə Elmar Qasımovdur. 
//TNS/

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Bakıda bu ərazilər plana düşdü: Tezliklə söküləcək
25 Noyabr 2024 Rusiya təyyarəsi Antalya hava limanında YANDI - VİDEO (YENİLƏNİB)
24 Noyabr 2024 Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?
24 Noyabr 2024 AZƏRBAYCANLI İSTANBULDA 70 KQ QIZILLA TUTULDU - Kimliyi və hadisənin detalları bilindi + VİDEO
24 Noyabr 2024 Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb

Dünyapress TV

Xəbər lenti