"ŞaurmaN1” restoranının şəriki, "12-ci İmam Mehdi" adı altında həbs olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.
Hurriyyet.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində müdafiə tərəfi 4 şahidin dindirilməsi ilə bağlı vəsatət verməsinə baxmayaraq, hakim ancaq 1 şahidin dindirilməsi vəsatətini qəbul edib.
Şahid qismində çıxış edən T.Dadaşova vəkilin “Aqil Babayevi necə tanıyırdız?” sualına cavab olaraq bildirib ki, “Aqil Babayev savadlı, alicənab insandır. “Şaurma N1” restoranlarının şəriki kimi, 2013-cü ildə “Şaurma N1” Elmlər filialında mühasibatlıq şöbəsində işləyəndən sonra tanıdım”.
Vəkilin zəkatın paylanılması ilə sualına isə T.Dadaşova belə cavab verdi: “Hər ayın 15-i zəkatları xanımlara mən paylayırdım. Zəkat paylamaq təşəbbüsünü işsiz olduğum vaxt və maliyyə işlərində təcrübəm olduğuna görə, mənə Rövşən Kave tapşırmışdı. Hər ay ən azı 15, maksimum isə 22-23 nəfər qadına paket şəklində 200 manat məbləğində zəkat paylayırdım. Bunu təsdiq edən qadınların isimləri və Rövşən Kavenin xətti ilə zərfləri dəlil kimi məhkəməyə təqdim edə bilərəm.
Mən zəkatı 2011-ci ildən 2021-ci ilin may ayına kimi Rövşənin verdyi siyahı üzrə paylamışam. Hər ay ən azı 4000-5000 manat civarında pul paylayırdım”.
Rövşən Kave üzləşmədə bildirib ki, zərflərin üzərini özü yazmayıb, lakin şahid T.Dadaşovanın “Ekspertiza təyin edilsə, bu xəttin kimə aid olduğu dəqiq bilinəcəkdi”, - deyə cavab verdikdən sonra, Rövşən Kave 4-5 nəfərə payladığını etiraf edib.
Hakim müdafiə tərəfin digər şahidlərinin çağrılması və vəsatətlərin verilməsi ilə bağlı növbəti məhkəmə prosesini avqustun 2-nə təyin edib. Xatırladaq ki, Aqil Babayev “Şaurma N1” restoranlar şəbəkəsinin şəriki olub. Onu “12-ci İmam” adı altında həbs ediblər. Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
A.Babayev “İmam Mehdi” ittihamını qəbul etmir. O, “Shaurma N1”in şəriklərindən biri olduğunu, əmlakını, pulunu əlindən almaq üçün bu məsələnin ortaya atıldığını deyir.
Abdullahianın Bakıya səfəri Qoşulmama Hərəkatının iclası ilə bağlı olsa da, əsasən Bakı-Tehran xəttindəki münasibətlər fonunda diqqət çəkir. Və bu səfər münasibətlərin normallaşması üçün başlanğıc ola bilərmi sualını yaradır. Gözlənti azdır, çünki nə Bakının istək-tələbi dəyişib, nə də İran rejiminin regional siyasətində korrektlər nəzərə çarpır. Prezident İlham Əliyevin Abdullahianı qəbul edərkən, vurğuladığı iki məsələ də bu fikri gücləndirir: 1. Tehranda səfirliyimizə qarşı törədilən terror aktında müqəssir olan şəxslərin cəzalandırılması: Əliyevin bunu cəm şəkilində qeyd etməsi terror aktının İran rejimi daxilindəki qüvvələr tərəfidən sifariş edildiyi mövqeyinin və onların cəzalandırılması tələbinin davam etdiyini göstərir; 2. Zəngəzur dəhlizi: rəsmi məlumatda “Şərqi Zəngəzur iqtisadi rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının icrasının inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldığı” qeyd olunur; bəllidir ki, Prezident Zəngəzur dəhlizi ilə bağlı Bakının mövqeyini yenidən dilə gətirib və İranın buna qarşı çıxması üzərində müzakirə aparılıb; Hər iki məsələ İran tərəfindən qəbul edilmir, səfirliyimizə qarşı terror aktının arxasında dayanan səbəblərdən arasında Zəngəzur dəhlizi layihəsinin olduğu da sirr deyil. Abdullahian terror aktının “ciddi şəkildə” araşdırıldığı və Tehranda səfirliyimizin fəaliyyətini tezliklə bərpa olunacağına ümidvar olduğu haqda dedikləri isə sadəcə diplomatik dildir, reallıqda İran nəinki səfiriliyimizə qarşı terror aktını araşdırmır, hətta terror aktını törədən şəxsi belə xəstəlik bəhanəsi ilə istintaqdan yayındırıb. Bu baxımdan, Abdullahianın Bakı səfərinin və dediklərinin münasibətlərin normallaşmasının başlanğıcı olacağı inandırıcı görünmür. Bakı-Tehran xəttində “müvəqqəti atəşkəsə” bənzəyən mövcud vəziyyətin davam edəcəyi ehtimalı daha çoxdur. Asif Nerimanli TEREF.AZ
BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı (WMO) El-Ninyo iqlim fenomeninin başlaması ilə bağlı xəbərdarlıq edib.
Bildirilib ki, bütün bunların fonunda dünyanı həddindən artıq istilər və təbii fəlakətlər təhlükəsi gözləyir.
Məlumata görə, El-Ninyo Sakit okeanın ekvatorial sularının temperaturunda təbii dalğalanmalarla xarakterizə olunur ki, bu da bütün dünyada hava şəraitinə təsir göstərir.
Təşkilata görə, 90% ehtimalla fenomen orta gücüylə 2023-cü ilin sonuna qədər davam edəcək. El-Ninyonun daha güclü olma ehtimalı 56 faizdir. Mütəxəssislər qeyd edirlər ki, El-Ninyonun başlaması temperatur rekordlarının qırılma ehtimalını xeyli artıracaq. Bununla əlaqədar ABŞ-nin cənubu, Cənubi Amerika, Mərkəzi Asiya və Cənubi Amerika ölkələri, eləcə də Afrikanın şimal-şərqində daşqınlar gözlənilir. Eyni zamanda Avstraliya, İndoneziya, Cənubi Asiya və Mərkəzi Amerika kəskin istilərə hazırlaşmalıdır.
Sabiq deputat, iş adamı Nazim Bəydəmirli Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi ("Bandotdel") tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Bu barədə jurnalist Xədicə İsmayıl məlumat yayıb.
Bəydəmirlinin payçısı olduğu şirkətdən pul tələb etməkdə günahlandırıldığı bildirilir.
“Zəlzələnin olması ilə bağlı daşınmaz əmlak sahəsində əsas problem qiymət artımı və ya enməsi deyil”.
Sfera.az bildirir ki, bunu əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. O, qeyd edib ki, indi əsas müzakirə mövzusu Bakının zəlzələyə hazırlıq səviyyəsi olmalıdır:
“Bu gün paytaxtda minlərlə istismar müddətini bitirmiş və yüzlərlə qəzalı vəziyyətlə olan çoxmənzilli bina və fərdi həyət evləri var. Xüsusən də bir-birinə yaxın tikilmiş yeni binalar, yaşayış kompleksləri kifayət qədərdir. Güclü zəlzələ halında onların vəziyyəti necə olacaq? Əsas problem budur”.
Ekspert qeyd edib ki, bu cür hadisələrdən qorunmaq ücün toplanış meydançaları və sığınacaqların kifayət qədər olmadığı da nəzərə alınmalıdır.
Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, Xəzər dənizində, Azərbaycan sahillərində 5,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar bir sıra rayonlarda və Bakıda hiss edilib.
"Murdar olmuş heyvan ətlərini satanlar qısa vaxtda bəraət alıb işinə davam edir" “Ümumiyyətlə, tarix boyu insan xəstəliklərinin 70-75% insanlara heyvanlardan keçib. Deyirlər ki, həkimlər insanları, baytarlar da bəşəriyyəti müalicə edir. Bütün heyvan xəstəliklərinin insana keçmə şansı var. Mən kənd adamlarıyla görüşəndə həmişə deyirəm ki, inəklə, qoyunla təmasda olanda mütləq ağzınıza bir örtük bağlayın. Heyvanın nəfəsindən heyvan xəstəliyi insana keçməməlidir. Amma insanda müəyyən zəiflik olanda, müəyyən xəstəlik əlamətləri olanda heyvan virusları insanın virusu ilə birləşir və yeni ştam əmələ gətirir. Yeni xəstəlik meydana çıxır. Ortaya çıxan yeni xəstəliyin insandan insana keçməsi də, mümkündür. Tarix boyu bu baş verib”. TEREF.AZ-ın məlumatına görə, bu barədə Bizimyol.info xəbər portalına danışan “Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, insanın orqanizmi zəif olarsa heyvan xəstəliyinin insana keçməsi mümkündür.
Ekspertin sözlərinə görə, murdar olmuş, yəni ölmüş heyvanlaırn əti insan sağlamlığı üçün təhlükəlidir. Çünki heyvan xəstəlikdən ölübsə, insan onu istehlak edəndə, ona əl ilə toxunanda, iyləyəndə insana xəstəlik ehtimalı böyük olur.
“20 ildən artıqdır ki, təşkilatımız murdar olmuş heyvan ətlərinin tədarük olmasını təqib edir. Ölkənin demək olar ki, hər yerində “leşyığanlar” mafiyası var. Bunun qarşısını almaq üçün ən uğurlu işi Daxili İşlər Nazirliyi yanında Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi görüb. Onlar digər məsul qurumlardan fərqli olaraq, ekspertizalar keçirir və işbazları həbs edirlər. Başqa qurumlar cərimə edib, buraxırlar. O qurumlar hesab edir ki, bölgədə hər bir əti satmaq olar. Təkcə, istehlakçını aldatmasınlar və ətin adını yazsınlar. Yəni Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisinin bir zamanlar belə bir bəyanatı da var idi. Biz bu bəyanatla razı deyildik, çünki bu yolverilməz idi.
“Azad İstehlakçılar” Birliyində 1963-cü ildə dərc olunmuş bir kitab var. Orada 15 respublika arasında bir dənə Azərbaycanda eşşək əti yeməli ət hesab olunur. Onun qiymətləri yazılıb və s. Sonra öyrəndik ki, bunu ermənilər edib. Belə çıxır ki, ermənilərin apardığı o siyasəti dəstəkləyən insanlar hələ də mövcuddur. Daxili İşlər Nazirliyinin adını çəkdiyim qurumu çox effektli iş görsə də məhkəmələr nədənsə tezliklə belə adamlara bəraət verib buraxır və onlar yenidən bu işlərlə məşğul olur. Bunun kökü kəsilməlidir”-deyə ekspert vurğulayıb.
Eyyub Hüseynov qeyd edib ki, burada ictimai nəzarətin böyük rolu var. Təəssüflər olsun ki, ölkədə ictimai nəzarət həddindən artıq zəif bir vəziyyətdədir. Ən ciddi vəziyyətlərdən biri budur ki, ictimai nəzarəti ən yüksək səviyyədə həyata keçirən kütləvi informasiya vasitələrinin işləri dövlət orqanları tərəfindən təqib olunmur. Onlara bir təşəkkür yazılmır, sorğu göndərilmir ki, bunu hardan tapmısınız və s.
“Murdar olmuş heyvan ətlərinin dönərxanalara, şadlıq evlərinə daşınması vətəndaşların, kənd axundlarının, müəllimlərin, valideynlərin, sahə müvəkkilərinin gözü önündə baş verir. Əhalini ictimai nəzarəti gücləndirməyə çağırıram. Belə olarsa, bu əcaib vəziyyət Azərbaycanımızdan yığışdırılar. Bu, yol verilməzdir. İnsanların xəstəxanalarda dolu olması, aptek şəbəkəsinin ölkədə digər ölkələrdən 20 dəfə artıq olması, insan uzun ömürlüyünün 198 ölkə arasında Azərbaycanın aşağıdan 115-ci yerdə olması və s. bu məsələlərdə bunun da rolu var. Vətəndaşları belə hallarla qarşılaşdıqları zaman AQTA-nın 1100 qaynar telefon xəttinə və yaxud adını çəkdiyim dövlət orqanına məlumat vermələrini tövsiyyə edirəm”-deyə ekspert qeyd edib.
“Zəlzələnin ən güclü hiss olunduğu rayon Xaçmaz olub”.
Rayon Fövqəladə Hallar Komissiyasının sədri Anar Oruclu AZƏRTAC-a bildirib ki, ilkin məlumatlara görə, zəlzələ nəticəsində rayonda hər hansı fəsad, dağıntı qeydə alınmayıb. Rayon mərkəzində çoxmərtəbəli binada yaşayan sakinlər arasında müəyyən narahatlıq yaşanıb.
“Heç bir narahatlığa ehtiyac yoxdur. Afterşoklar, zəif təkanlar olub, olacaq”.
Bunu Oxu.Az-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.
O bildirib ki, qorxulu güclü təkan olmayacaq: “Vətəndaşları narahat edəcək durum yoxdur. İlk dalğa güclü oldu. Lakin onun kimi güclü təkan daha olmayacaq. Sosial şəbəkələrdə yazılanlara inanıb küçələrə çıxmasınlar. Hamısı boş şeylərdi. Xırda təkanlar olacaq, hiss edilməyəcək. Yavaş-yavaş vəziyyət stabilləşir”.
Azərbaycanda dövlətə xəyanətdə ittiham edilən daha iki nəfər tutulub. TEREF.AZ APA-ya istinadən xəbər verir ki, Azərbaycan vətəndaşları Əliyeva Fidan Teymur qızı və Abbasov Tərlan Mirbəşir oğlu dövlətə xəyanət etməkdə təqsirləndirilir.Onların hər ikisinə Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham verilib. Lakin onlara verilən ittihamın mahiyyəti açıqlanmayıb.
Hər iki şəxs barəsində cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən başa çatdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Fidan Əliyevanın cinayət işinə hakim Eldar İsmayılov, Tərlan Abbasovun işinə isə hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılacaq.
“Fikrimcə, ofşorlar xüsusi xidmət orqanları tərəfindən yaradılır”. Haqqın.az xəbər verir ki, bu sözləri tanınmış maliyyəçi, Azərbaycan Beynəlxalq Bankının səs-küylü işi üzrə təqsirləndirilən şəxslərdən biri, Lüksemburqdakı “VES Consultancy” MMC-nin rəhbəri Xaqani Bəşirov azərbaycanlı jurnalist Eynulla Fətullayevə müsahibəsində deyib. Uzun illər Qərb və Azərbaycan mətbuatı Xaqani Bəşirovu Azərbaycanın əsas bankının aktivlərini ofşora yerləşdirməkdə və milyardların talanmasında əli olmaqda ittiham edirdi. Lakin Xaqani Bəşirov bütün ittihamları sükutla qarşılayırdı. Nəhayət, maliyyəçi azərbaycanlı jurnalist Eynulla Fətullayevin suallarını cavablandırmağa və Azərbaycan maliyyə sisteminin tarixindəki bilinməyən məqamlara işıq salmağa razılıq verib. Bəşirovun öz etirafına görə, bu, onun ilk və sonuncu müsahibəsidir. Xaqani Bəşirov ofşorların onun üçün maraqlı olmadığını bildirib. “Mən həmişə ofşorlara qarşı olmuşam, bu mənim subyektiv fikrimdir. Çünki zənnimcə, ofşorlar xüsusi xidmət orqanları tərəfindən yaradılır ki, bütün sadəlövh insanlar ora öz pullarını köçürsünlər, onların hamısına eyni zamanda nəzarət etmək mümkün olsun və hamısını birlikdə ələ keçirə bilsinlər. Ofşorlar mənim üçün elə də maraqlı mövzu deyil”, - deyə o qeyd edib. Xaqani Bəşirov təqsirləndirildiyi məsələ ilə bağlı təəssüf hissi keçirdiyini də deyib. “Gərək Beynəlxalq bankla əməkdaşlıq etməzdim, bütün bu məsuliyyəti üzərimə götüməzdim, amma çox maraqlı idi, gözəl imkanlar var idi və bunlar maddi anlamda deyil, məhz peşəkar anlamda gözəl imkanlar idi. Tamam başqa bir səviyyə idi, olduqca maraqlı idi”, - deyə o vurğulayıb. Daha ətraflı videosüjetdə:
Türkiyənin Bursa şəhərində yeni qadağa qüvvəyə minib.
Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, Karaağız mahalında qadın və kişilərin toy, xına və digər kütləvi məclislərdə birlikdə əylənməsi dini cəhətdən uyğun olmaması əsas gətirilərək qadağan edilib.