Ardını oxu...
“Yeganə Palace” şadlıq sarayı mənə məxsus deyil, Azərbaycan Qida Təhlküəsizliyi Agentliyi (AQTA) yalan məlumat yayıb”.
Bu sözləri Qaynarinfo-ya “Yeganə Palace” şadlıq sarayının sahibi kimi təqdim edilən Təmkin Əliyev deyib.
AQTA iyunun 25-də “Yeganə Palace” şadlıq sarayında aparılan yoxlamalar barədə məlumat yayıb. Həmin məlumatda Təmkin Əliyev şadlıq sarayının sahibi kimi təqdim edilib.
Təmki Əliyev bizimlə söhbətində bildirib ki, o, “Zəngəzur” İdman Cəmiyyətinin sədri və Həzi Aslanov metrostansiyasının yaxınlığında fəaliyyət göstərən “Zəngəzur” kafesinin sahibidir: “Yeganə Palace” şadlıq sarayının mənə heç bir aidiyyatı yoxdur. Mən orda sonuncu dəfə 10 il əvvəl Qarabağ qazisi Zeynalabdin Məmmədovun övladının toyunda olmuşam”.
Sahibkar deyib ki, AQTA-nın onu “Yeganə Palace” şadlıq sarayının sahibi kimi təqdim etməsi məqsədlidir: “Mənim Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə məhkəmə çəkişməm olub. Özü də iddiaçı mən olmuşam. Məsələnin kökündə isə onların qanunsuzluğu dayanır. Təsəvvür edin, bunlar sahibi olduğum kafedən nümunə kimi quzu əti götürüblər. Laboratoriyada isə çıxıb mal əti. Bunun məndə videogörüntüləri də var. Məhkəməyə müraciət etdim. Amma məhkəməyə təsir edildi və onların xeyrinə qərar çıxarıldı. Mən də qanunsuz olaraq yazılan cəriməni ödəmirəm. İndi bilmirəm məndən qisas alırlar, yoxsa başqa məqsədləri var. Hər halda bu boyda uyğunsuzluq olmaz. Ona görə də hesab edirəm ki, bu məqsədlidir”.
Təmkin Əliyevin sözlərinə görə, AQTA həmin məlumatı yaydıqdan sonra qurumun qaynar xəttinə zəng edib. “Onlar əvvəl dedilər heç nə bilmirik. Sonra gecə 1-də şöbə müdirlərindən biri zəng eləyib deyir ki, niyə səs-küy salırsan. Bilirsən ki, “Yeganə Palace” sənin deyil. Cərimə sənə gəlməyəcək. Dedim, məmin deyilsə. adımı niyyə hallandırırsınız? Hamı oxuyur, zəng vurur və s. Dedim sizi məhkəməyə verəcəm və bu barədə də sosial şəbəkədə paylaşım etdim. Bundan sonra gecə saat 2-də yenə zəng vurdular. Dedilər gəlin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə. Mən də dedim sizin ayağınıza niyə gəlməliyəm?! Bu məsələni belə qoymayacam. Həmin məlumatı silməsələr, məhkəməyə müraciət edəcəm”, deyə Təmkin Əliyev vurğulayıb.
Ardını oxu...
Qeyd edək ki, dünən AQTA “Yeganə Palace” şadlıq sarayında istehlaka yararsız məhsullar aşkarlanması barədə məlumat yayıb. Bildilib ku, yoxlama zamanı müəssisədə müvafiq sənədləri olmayan, üzərində aşkar saxtakarlıq əlamətləri olan 27 ədəd 0,7 litrlik “Kremlin” əmtəə nişanlı, 4 ədəd 0,7 litrlik “Северная столица” əmtəə nişanlı, 5 ədəd 1 litrlik “Beluga” əmtəə nişanlı, 14 ədəd 0,7 litrlik “Булбашъ” əmtəə nişanlı, 79 ədəd 0,7 litrlik “Мънскъ” əmtəə nişanlı, 21 ədəd 0,7 litrlik “Босс” əmtəə nişanlı, 32 ədəd 0,7 litrlik “Almaz” əmtəə nişanlı, 7 ədəd 0,7 litrlik “Chivas Regal” və 12 ədəd 0,5 litrlik “Chivas Regal” əmtəə nişanlı spirtli içkilər aşkar edilib. Eyni zamanda mənşəyi məlum olmayan, orqoneleptik görünüşündə qaralma və istehlaka yararsız 24 kq sub məhsulu (qaraciyər, bağırsaq və s.), 19,8 kq balıq məhsulu, 80 kq piy və 250 kq ət, həmçinin çəkisi 20 kq olan son istifadə tarixi bitmiş “kartof fri” məhsulu aşkar edilib. Bundan əlavə, müəssisənin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, dondurucularda istifadə müddəti bitmiş məhsullarla istehlaka yararlı məhsulların bir arada saxlanıldığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi müəyyən edilib.
 
Ardını oxu...
Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşı, iş adamı kimi tanınan Şahmar Vəliyevə məxsus 3 iri müəssisə fəaliyyətini dayandırır.

Bu barədə məlumatla araşdırmaçı-jurnalist Hafiz Babalı çıxış edib. Onun yazdığına görə, bu müəssisələr Yevlax və Mingəçevirdə yerləşir.

Həmin müəssisələrin bağlanmasına dair elanlar bu gün dərc olunub.
Birinci elan: “Yevlax Kənd Təchizat” ASC (VÖEN 2200077471) bildirir ki, cəmiyyətin səhmdarlarının ümumi yığıncağının iclası 11 avqust 2023-cü il tarixə saat 09:30 təyin olunmuşdur. Ümumi yığıncağın iclasında gündəliyə çıxarılacaq məsələlər aşağıdakılardır: 1. “Yevlax Kənd Təchizat” ASC-nin ləğv edilməsi barədə cəmiyyətin səhmdarı Vəliyev Şahmar Rüstəm oğlunun ərizəsinin müzakirə edilərək, ərizənin təmin edilib-edilməməsi barədə qərar qəbul edilməsi;

İkinci elan: “Yevlax-Mərkəzi Bazar” ASC (VÖEN 2200069371) bildirir ki, səhmdarlarının ümumi yığıncağının iclası 10 avqust 2023-cü il tarixə saat 14:00 təyin olunmuşdur. Ümumi yığıncağın iclasında gündəliyə çıxarılacaq məsələlər aşağıdakılardır: 1. “Yevlax-Mərkəzi Bazar” ASC-nin ləğv edilməsi barədə cəmiyyətin səhmdarı Vəliyev Şahmar Rüstəm oğlunun ərizəsinin müzakirə edilərək, ərizənin təmin edilib-edilməməsi barədə qərar qəbul edilməsi;

Üçüncü elan: “Mingəçevir Maşın Təmir” ASC (VÖEN 2700235941) bildirir ki, cəmiyyətin səhmdarlarının ümumi yığıncağının iclası 10 avqust 2023-cü il tarixə saat 10:00 təyin olunmuşdur. Ümumi yığıncağın iclasında gündəliyə çıxarılacaq məsələlər aşağıdakılardır: 1. “Mingəçevir Maşın Təmir” ASC-nin ləğv edilməsi barədə cəmiyyətin səhmdarı Vəliyev Şahmar Rüstəm oğlunun ərizəsinin müzakirə edilərək, ərizənin təmin edilib-edilməməsi barədə qərar qəbul edilməsi.

Qeyd edək ki, bu 3 şirkətdən başqa Şahmar Vəlyevin Azərbaycanda digər şirkətləri də var. Ş.Vəliyev “Azneftemaş” ASC-nin, onun oğlu Ruslan Vəliyev aktivləri 10 milyon dollar həcmində dəyərləndirilən “Bakı Mexanikləşdirmə-1” ASC-nin əsas səhmdarıdır. Bundan başqa, R.Vəliyev daha bir neçə şirkəti də nəzarətdə saxlayır. Dövlət reyestr məlumatlarına əsasən, bunlar 2006-cı ildə yaradılan “R. Avadanlıq və Material Ehtiyatları” ASC, “İndependent” MMC (2001-ci il), “Bakı Mexanikləşdirmə-1” Mənzil Tikinti Kooperatividir.
 
Ardını oxu...
Qardaşının evinə qonaq gələn şəxs qətlə yetirilib.

Xezerxeber.az xəbər verir ki, ağır cinayət gecə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.

Daha sonra rayon prokurorluğunun əməkdaşları əraziyə baxış keçiriblər, meyit müayinə olunması üçün Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Birliyinə aparılıb. Qonşuların sözlərinə görə, qətlə yetirilən Həsən həmin ərazidə kirayədə yaşayan qardaşının evinə qonaq gəlibmiş.

Rayon prokurorluğundan verilən məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin axtarışı aparılır.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 
Ardını oxu...
Nazirlər Kabineti 28 sentyabr 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, torpaqlara bioloji, biokimyəvi və kimyalaşdırma xidmətləri, eləcə də dövlətə məxsus protez-ortopedik bərpa mərkəzinin xidmətləri sözügedən siyahıdan çıxarılıb.
 
Ardını oxu...
İyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 26-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 20-25 dərəcə isti, gündüzlər 30-35 dərəcə isti, bəzi günlərdə 38-40 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir (norma 2-3mm).
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarındahavanın orta aylıq temperaturunun 24-28 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 18-23 dərəcə isti, gündüzlər 31-36 dərəcə isti, bəzi günlərdə 38-43 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimalı var (norma 6-16mm).
Xankəndi, Şuşa, Goranboy,Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarındahavanın orta aylıq temperaturunun17-20dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 12-17 dərəcə isti, gündüzlər 19-24 dərəcə isti, bəzi günlərdə 27-32dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimalı var (norma 29-72mm).
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarındahavanın orta aylıq temperaturunun20-23 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 13-18 dərəcə isti, gündüzlər 21-26 dərəcə isti, bəzi günlərdə 29-34 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimalı var (norma 10-36mm).
Qazax, Gəncə, Tərtər, Ağdam, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun25-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 28-33 dərəcə isti, bəzi günlərdə 35-39 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı gözlənilir (norma 10-32mm).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Mingəçevir, Şamaxı,
Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarındahavanın orta aylıq temperaturunun 21-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 18-23 dərəcə isti, gündüzlər 25-30dərəcə isti, bəzi günlərdə 33-38 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir (norma 9-118mm).
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad,
Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarındhavanın orta aylıq temperaturunun 27-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 20-25dərəcə isti, gündüzlər 31-36 dərəcə isti, bəzi günlərdə 38-42dərəcəisti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir (norma 3-22mm).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 22-27dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 20-25 dərəcə isti, gündüzlər 28-33 dərəcə isti, bəzi günlərdə 35-38 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın,bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir (norma 7-33mm).
 
 

 

Ardını oxu...
DogruXeber.az: - Şəkinin Daşüz kəndinin sakinləri iyunun 23-də Şəki-Zaqatala magistral yolunu bağlayıb. Kəndlilər rəsmilərin biganəliyindən gileyləniblər. Deyirlər, iyunun 17-də kəndə yağan dolu nəticəsində evlərinə, avtomobillərə və təsərrüfatlarına ziyan dəyib, amma onlara kömək edən olmayıb.

Nəticədə rayon icra hakimiyyətinin rəsmiləri sakinlərlə görüş keçirib. Problemin aradan qaldırılması istiqamətində işlər aparıldığı deyilib.

Şəki Rayon İcra Hakimiyyətinin mətbuata açıqlamasında bildirilir ki, müvafiq sənədləşmə işləri aparılıb və aidiyyəti üzrə məlumatlar verilib. Amma problem həllini nə vaxt tapacaq? Bilinmir.//Toplum TV

Ardını oxu...
Gədəbəyli sabiq nazir Söyüdlüdən danışdı: “Mənim vaxtımda belə şey olubsa…”
Gədəbəy rayon Söyüdlü kəndində hadisələrə səbəb olan qızıl mədəninin sahibinin İran əsilli iş adamı Rza Vəziri olduğu üzə çıxıb. Deyilənə görə, o, obyekti 1993-cü ildə alıb.

1992-93-cü illərdə Material Ehtiyatları Nazirliyi fəaliyyət göstərib. Sonradan islahatlar nəticəsində ləğv edilərək başqa qurumlara birləşdirildi. Keçmiş prezident Əbülfəz Elçibəyin 12 avqust 1992-ci il sərəncamı ilə əslən Gədəbəy rayonundan olan Şəmsəddin Rəhimov material ehtiyatları naziri təyin edilmişdi. Maraqlıdır, sabiq nazir iranlı iş adamı ilə bağlı nələri bilir?

Globalinfo.az Şəmsəddin Rəhimli ilə əlaqə saxlayıb.

O, 1993-ci ildə Rza Vəziri ilə bağlı söhbətin gündəmdə olmadığını bildirib:

“Hətta mənim də nazir olduğum dönəmdə belə bir şey olubsa, bunu artıq aidiyyəti orqanlar və ya keçmiş ekologiya və təbii sərvətlər naziri bilər. Çünki mən o sahələrdən uzaq olan biriyəm. Amma 1993-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kimlərləsə işləməsi və müqavilə bağlaması olmayıb. Sadəcə olaraq neft kontraktları üzərində iş gedib. Gəncə qiyamı baş verməsə idi iyun ayının 16-sı, ya 20-si kontraktın imzalanması gözlənilirdi. Təəssüf ki, imkan verilmədi”.

Sabiq nazir deyib ki, Kanada, ya ABŞ-da yaşayan və əlvan metallarla məşğul olan İran vətəndaşı Rza Vəziri 1996-97-ci illərdə Azərbaycana gəlib və təbii ki, kontraktlar imzalanıb.

Şəmsəddin Rəhimli sianid turşusu ilə bağlı məsələyə də toxunub:

“Real vəziyyət göz önündədir. Sianid turşusu olduqca zəhərli maddədir. Bir şey ki, təxmini 25 dərəcədə qaynayıb, 13 dərəcədə donur və çox yüksək sürətlə buxarlanma qabiliyyətinə malikdir, faktiki olaraq onun buxarını udan şəxsi öldürür, deməli, təhlükəlidir. Hətta sianid tozunun buxarı insan əynindəki paltara hoparsa, mütləq evə girən kimi geyimini dəyişməlidir. Çünki özü ilə bərabər evdə başqalarını da zəhərləyə bilər. İndi siz onun miqyasını təsəvvür edin. Bundan başqa çox güclü şəkildə ağ ciyər və digər xəstəliklər yaratmaq qabiliyyətinə malikdir”.
Ardını oxu...
Şəmsəddin Rəhimli

Keçmiş nazir bildirib ki, Söyüdlüdəki hadisələrin kənardan idarə olunması haqda deyilənlərə də münasibət bildirib:

“Problem çoxdan var. Dəfələrlə gündəmə gəlib. Vaxtında ölçü götürülməyib, vətəndaşın səsi eşidilməyib. Reallıq budur. Gədəbəy dəniz səviyyəsindən təxmini 2 min metrə qədər yüksəklikdə yerləşir. Orada yataqlar çalışandan bu günə qədər demək olar ki, qarın yağması da problemə çevirilib. İqlim dəyişməsi o dərəcədə güclüdür ki, artıq bulaqlar da quruyur. Qar və qar ehtiyatı, eləcə də su ehtiyatı yoxdur. Özüm gədəbəyliyəm və burada dünyaya gəlmişəm. Ona görə problemləri yaxşı bilirəm”.
 
 
 

        
Ardını oxu...
Gədəbəyin “Söyüdlü” kəndində baş verən hadisə ilə bağlı müxtəlif versiyalar irəli sürüldü. Bu hadisə müəyyən bir zaman keçdikdən sonra öz həllini tapacaq. Bizi narahat edən digər məsələ isə, Gədəbəy İcra Başçısı Orxan Mürsəlovun davranışlarıdır. “Yaxından çəkmə, yaxşı görünüm”, “Polisə əl qaldıran vətən xainidir” və bu kimi "istiqamətsiz" açıqlamaları ilə yadda qaldı bir icra başçısı...
Hamıya məlumdur ki, ümumiyyətlə əksər icra başçıları vəzifəyə təyinat aldıqdan bir müddət sonra sanki bu vəzifə ömürlükmüş kimi davranmağa başlayır və həmin vəzifənin yaratdığı öhdəlik və səlahiyyətlərini unudurlar. Orxan Mürsəlov da bunu unutdu. İstər kənd sakinləri, istərsə də jurnalistlərlə davranışlarında Mürsəlov bəlkə də həyatının "səhvini" etdi. Kənd sakinləri ilə söhbətlərinə məmur olduğunu unudan, jurnalistlərin sualalrı qarşısında özünü itirən bu məmur çox keçməz vəzifəsini də itirər…

TEREF.AZ-ın məlumatına görə, “Ağ partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Gədəbəyin icra başçısı bundan əvvəl də məmur olub. Məmurların işi, sadəcə olaraq, insanların şikayətlərini qəbul etmək olub.

“Bizim məmurları bilirsiniz, şikayətçiləri "yola verirlər". O da yolaverməklə məşğul olub. İndiki məsələdə də gəlmişdi ki, dövlətin "sərt üzü"nü göstərsin və "yola versin". Amma hadisə fərqli hadisədir və o da artıq başqa postdadır. Daha rəhbər, daha səlahiyyətli postdadır. Onun da öhdəsindən gələ bilmədi. Əvvəlcə jurnalistlərlə danışmağa başladı. Sonra sakinlərlə dilləşdi. Bu davranış düzgün davranış deyildi. Çünki onlar vətəndaşlarla, insanlarla düzgün qaydada davranmağı öyrənməyiblər, ona görə də öz ampulasındadır”-deyə Məmmədli bildirib.

İcra başçısının “polisə əl qaldıran vətən xainidir” fikrinə gəldikdə isə, Əhəd Məmmədli qeyd edib ki, bu ifadə də düzgün ifadə deyil. Politoloqun fikrincə, bu hadisədə Daxili İşlər Nazirliyi belə, Orxan Mürsəlovun onları "qoruduğu" kimi özünü qorumadı.

“Yəni "Papadan çox katolik" oldu. İcra başçısı öz vəzifəsinin, səlahiyyətinin öhdəsindən gələ bilmədi. Onun ən böyük səhvi elə vəziyyətin bu hala qədər gəlib çatmasıdır. Özü də deyir ki, mən o kəndə yaxın qalıram. Yaxında qalırsansa, sən bu məsələri vaxtında həll etməli idin. Çünki xəbəri var idi, xəbəri olmaması mümkün deyil. Kənd bələdiyyəsi deyir ki, bizə sakinlər müraciət etmişdilər. Biz də müraciət etmişdik, bunun qarşısı alınsın və ikinci göl salınmasın. Yəni bu müraciətlər olub zamanında. Sadəcə olaraq, müraciətlərə baxan olmayıb və müraciətə də ilk baxan və müraciəti həll edən rayon icra başçısı olmalıdır. O isə, səlahiyyətinin öhdəsindən ümumiyyətlə gəlməyib. Gəlməyib ki, bu proseslər oldu və proseslərdə dövlət məmuruna uyğun davranış göstərə bilmədi. Sakinlərlə davrana bilmədi. Ekologiya naziri gəldiyi zaman isə, nazir dövlət məmuruna uyğun şəkildə düzgün yöntəm ortaya qoydu”- deyə Əhəd Məmmədli qeyd edib.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov bu dəfə də köhnə fotoları ilə gündəmə gəlib.

Ölkə.Az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri paylaşım edib.

Fotolarda ötən ilin 11 avqustunda başçı təyin olunan O.Mürsəlovun fiziki görünüşünəki dəyişiklik diqqətlərdən qaçmayıb.

37 yaşlı başçının vəzifəyə təyin olunduğu 10 ay ərzində xeyli çəki alması, müzakirələrə yol açıb.

Qeyd edək ki, bundan əvvəl də başçı “uzaqdan çəkin ki, yaxşı düşüm” sözləri ilə gündəmə gəlmişdi.
Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

 
 

Dünyapress TV

Xəbər lenti