Ardını oxu...
Vaxtı ilə hakimiyyətdə yüksək postlarda təmsil olunmuş, sonrakı illərdə isə mövqelərini dəyişərək iqtidarın rəqiblərinə çevrilmiş məmurların əksəriyyəti ya yenidən əvvəlki mövqelərinə qayıdıblar, ya da iqtidara "konstruktiv müxalifət” rolunu oynamağa başlayıblar.

Siyahı kifayət qədər geniş və zəngindir: Prezidentin sabiq köməkçisi Eldar Namazov, keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli, keçmiş dövlət katibi Lalə Şövkət, keçmiş Səhiyyə naziri Əli İnsanov və sair. Həmçinin, mərhum Prezident Ayaz Mütəllibovun ölkəyə qayıtmasını, eks-prezidentlər haqqında qanunun ona və ailəsinə şamil olunmasını da xatırlatmaq yerinə düşər.

Bu gün sözügedən şəxslərə hər hansı məhdudiyyət yoxdur, hətta iqtidar və dövlət mediasının tribunaları da onlar üçün açıqdır. Onlar dövlət tədbirlərinə dəvət alır, hökumətin yürütdüyü daxili və xarici siyasəti müdafiə edirlər.

Bu zümrənin içində nədənsə hakimiyyətə qarşı "silahı çoxdan yerə qoyub”, Prezident İlham Əliyevi dəstəkləyən eks-spiker Rəsul Quliyev gözə dəymir. Baxmayaraq ki, o, bəzi həmkarlarından daha əvvəl müxaliflik etmək fikrindən daşınıb, çoxsaylı açıqlamalarında hakimiyyət rəhbərliyinə reveranslar edib.

Bu günlərdə tanınmış kinorejissor Eldəniz Quliyev tərəfindən R.Quliyevin 75 illik yubileyi ilə əlaqədər hazırlanmış sənədli filmdə eks-spikerin, onun haqqında fikir söyləyən ziyalıların, eləcə də R.Quliyevin yaxınlarının dilindən bu cür çağırışlar səslənir. Onun ölkəyə qayıdışına "yaşıl işıq” yandırılmasının vacibliyi xüsusi ilə qeyd olunur.

Rəsul Quliyev özü isə Azərbaycan Prezidenti haqqında "İlham Əliyev Azərbaycan xalqının qəhrəmanıdır” ifadəsini işlətməklə keçmişdəki bütün umu-küsülərinin üstündən xətt çəkdiyini göstərir. Vurğulamaq yerinə düşər ki, onun hakimiyyətə dəstək mövqeyi bir çox kolleqalarından fərqli olaraq açıq, ardıcıl və səmimi təsir bağışlayır.

Bəs, Rəsul Quliyev ölkəyə qayıdarsa, onu nə gözləyir? Təxminən 30 il əvvəlki fəaliyyətini əhatə edən cinayət işi hələ də qüvvədədirmi?

Sabiq parlament sədrinin vəkili olmuş Osman Kazımov "AzPolitika.info”ya bildirib ki, R.Quliyev haqqında ötən əsrin 90-cı illərində açılmış cinayət işinin istintaqı dayandırılıb. Eks-spiker külli miqdarda dövlət əmlakını mənimsəmə və ələ keçirmə maddəsi ilə təqsirli bilinib: "Hazırda onun istintaqdan yayınması ilə əlaqədər cinayət işinin istitntaqı dayandırılıb, barəsində axtarış və həbsetmə qərarı verilib. Əgər ölkəyə qayıdarsa, istintaqın dayandırılması ilə bağlı qərar ləğv olunacaq və cinayət təqibi davam etdiriləcək”.

Beləliklə, R.Quliyevin ölkəyə qayıdışı ancaq siyasi razılıq əsasında baş tuta bilər. Onun iqtidara reveranslarının, xüsusi ilə özü haqda sənədli filmdə səsləndirdiyi mövqeyinin hakimiyyət rəhbərliyində dəyərləndirilib-dəyərləndirilməyəcəyini zaman göstərəcək.

Ehtimal etmək olar ki, eks-spiker də digər keçmiş hakimiyyət kolleqaları kimi bağışlana, 2023-cü ildə onun ölkəyə dönüşünə şərait yaradıla bilər. Amma onun uzun müddət Azərbaycanda qalması da real görünmür. Çünki ötən 26 ildə ABŞ-da məskunlaşmış və yəqin ki, müəyyən mənada Amerika cəmiyyətinə inteqrasiya olunmuş Quliyevlərin yenidən Azərbaycanda həyat qurması inandırıcı görünmür.

Eks-spiker yəqin ki, ölkəsinə qayıtmağa can atır, burada daimi yaşamağa yox. O, sadəcə iqtidarla düşmənçilik səhifəsini bağlayıb ömrünün ahıl çağlarını rahat yaşamağa çalışır..
 
Ardını oxu...
İşləmək üçün getdikləri ölkədə narkotik alveri ilə məğul olduğu deyilən 3 türk edam cəzasına məhkum edilib.
Tribunainfo.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə sözügedən vətəndaşları ilə bağlı işə başlayıb.Məlumata görə, Hatayın Samandağ rayonundan işləmək üçün getdikləri Səudiyyə Ərəbistanında narkotik ticarəti ilə bağlı mühakimə olunan və edam cəzasına məhkum edilən 3 türkə görə Türkiyə müdaxilə edib. Prezident Ərdoğanın Səudiyyə rəsmiləri ilə danışdığı və vətəndaşların Türkiyəyə ekstradisiyasında mühüm irəliləyiş əldə edildiyi bildirilib.

Türkiyəli millət vəkili Hüseyn Yayman vətəndaşlarının tezliklə Türkiyəyə gətirilməsi ilə bağlı işlər görüldüyünü qeyd edib.
 
Ardını oxu...
Sinqapurda bank işçisi qadınların ətəklərin altını videoya çəkib. O, yalnız kameranı kişinin ətəyinin altına tuşlayarkən yaxalanıb.

Teref.az bildirir ki, bu barədə "Asia One" xəbər verib.

2018-ci ilin əvvəlində 43 yaşlı bank işçisi Leonard Tan Sun Huey ictimai nəqliyyat stansiyalarında, qatarlarda və Sinqapurun "Marina Bay" bölgəsindəki iş yerində qadınların ətəkləri altında gizli videolar çəkməyə başlayıb. Cəmi 18 ay ərzində o, mobil telefondan istifadə edərək 400-dən çox video çəkib. Qurbanların bir çoxunun şəxsiyyəti hələlik müəyyən edilməyib.

5 sentyabr 2019-cu il tarixində Tan eskalatorda gedərkən başqa bir qurbanı - qadın paltarı geyinmiş 33 yaşlı kişini gördü. "Təqsirləndirilən şəxs ona yaxınlaşaraq eskalatorda arxasında dayanıb. O, telefonla iki video çəkib", - prokurorun müavini Coşua Fanq bildirib.

Hadisə şahidi baş verənlərə diqqət çəkərək polisə xəbər verib. Bundan sonra Tan saxlanılıb və ondan iki mobil telefon götürülüb. Məhkəmə prosesində o, qadınların namusunu alçaltmada iki, təqibdə isə bir fakt üzrə təqsirli bilinib və 8 ay müddətinə azadlıqdan məhrum edilib.(milli.az)

 
Ardını oxu...
Baş Prokurorluqda Dövlət Təhlükəsizliyi və Sərhəd Xidməti Orqanlarının İstintaqına Nəzarət İdarəsinin rəisi Ramil Məcidovun işdən çıxarılma səbəbi məlum olub.

TEREF.AZ xəbər verir ki, R.Məcidov vəzifə səlahiyyətlərini normal yerinə yetirə bilmədiyi və bir sıra uyğunsuz hərəkətlərinə görə işdən çıxarılıb. Bildirilir ki, o, səhər saatlarında iş otağına daxil olandan sonra heç kimi qəbul etmirmiş və bir neçə saat kabinetin qapısını qeyri-müəyyən səbəblərdən bağlı saxlayırmış.

Bundan əlavə, onun şəxsi həyatında da prokurorluq orqanının general rütbəli məmuruna uyğun olmayan məqamların olduğu bildirilir. R.Məcidov 4 övladı olan həyat yoldaşından ayrılıb. Buna səbəb də onun ailə münasibətlərinə zidd hərəkətləri olub. Onun Solmaz Xəlilova adlı bir xanımdan nikahdankənar qız övladının olduğu da bildirilir. Son günlər isə R.Məcidovun erməni əsilli Lalə adlı bir qadınla münasibətdə olduğu da bildirilir.

Güman edilir ki, məhz bu səbəblərə görə Baş Prokuror Kamran Əliyev haqlı olaraq R.Məcidovun vəzifədən kənarlaşdırılması barədə qərar verib.

Ramil Məcidov Göyçay rayonunun sabiq icra başçısı Mehdi Səlimzadənin oğlu, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun isə keçmiş kürəkənidir.

(unikal.org)
 
 
 
Ardını oxu...
Lənkəranın səfalı təbiəti, tarixi abidələri və mədəni mühitindən çox danışmaq olar.

Təbii ki, şəhərin gündüzləri qədər gecələri də cazibədardır. Çünki işıq dirəklərinin və gecə fənərlərinin çoxluq təşkil etməsi şəhərin gecələrinə xüsusi gözəllik qatır.

Lakin bu şəhərin gecələri saat 12-dən sonra öz gözəlliyini itirməyə başlayır. Çünki saat 12-ni keçən kimi şəhər qaranlığa qərq olur və adam nəinki qarşısındakını, heç ayağının altındakını da görə bilmir. Bu da sakinlər üçün ciddi problemlərə yol açır.

Lənkəran şəhər işıqlandırma müəssisəsinin rəisi Seyran Şərifov bu halın maddi çatışmazlıq səbəbindən yaşandığını qeyd edib.

Bildirib ki, növbəti il üçün maliyyə vəsaiti nəzərdə tutulub və təsdiq edilərsə, şəhərdə elektrik enerjisi səhərədək veriləcək.

Daha ətraflı süjetdə:

 
Ardını oxu...
Azərbaycanda “Bolt” taksi tətbiqindən istifadə edənlər nasazlıqlardan şikayətlənirlər.
Bakupost.az bildirir ki, istifadəçilər təyinat yeri seçərkən proqram “məlumatlar bazasında xəta baş verdiyini” bildirir və “yenidən cəhd etməyi” təklif edir. Problemin kütləvi xarakter alması səbəbilə istifadəçilər "Bolt"un ölkəmizdə fəaliyyətinin dayandırılmış ola biləcəyini ehtimal edirlər.
“Bolt” nümayəndələrindən məsələ ilə bağlı rəsmi şərh verilməyib.
Ardını oxu...
 
 

Ardını oxu...
Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri Vəli Ələsəgərov bu gün Fəxri Xiyabanda mərhum Prezident Heydər Əliyevin məzarını ziyarət edib.

Fəxri Xiyabanın çıxışında "tsn.az"-a qısa açıqlama verən Vəli Ələsgərov həbsdən azad edilməsi məsələsinə də münasibət bildirib: “Ailəmin hər bir fərdi adından möhtərəm Prezidentimiz İlham Əliyevə və hörmətli Mehriban xanıma minnətdarlığımı bildirirəm. Onlar mənə və ailəmə ikinci həyat bəxş edib. Mən ömrümün sonuna qədər Heydər Əliyev yoluna sadiq qalacaq, möhtərəm Prezidentimizin apardığı siyasəti hər zaman dəstəkləyəcəyəm”.

Sabiq nazir həbs edilməsinin səbəbləri ilə bağlı sualı isə belə cavablandırıb: “Bu barədə geniş danışmaq istəmirəm. Onu deyə bilərəm ki, haqq nazilər üzülməz. Zamanla kimin kim olduğu ortaya çıxacaq. Kimin haqlı, kimin haqsız olduğu bilinəcək. Ulu Öndərimizin belə bir müdrik kəlamı var: "Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə". Həqiqətən də ədaləti ədalətsizliklə bərpa etmək olmaz. Azərbaycan xalqı xoşbəxtdir ki, onun İlham Əliyev kimi ədalətli rəhbəri var. Belə bir Prezidenti olan dövlətdə günahsızın sona qədər cəzalandırılması sadəcə mümkün deyil. Mən hər zaman Azərbaycan dövlətinin maraqlarını hər şeydən üstün tutmuşam. Bir daha deyirəm, zamanla hər şey aydın olacaq”.

Qeyd edək ki, Vəli Ələsgərov 14 il Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. O, 2016-cı ildə həbs edilib. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli qərarı ilə Vəli Ələsgərov azadlığa buraxılıb.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Tanınmış yazıçı-filoloq hacı Cəfər Cəfərli Salyanın sabiq icra başçısı Tahir Kərimovu tənqid edib.

Demokrat.az xəbər verir ki, Salyandan olan yazıçı Tahir Kərimovu icra başçısı işlədiyi dövrdə dövlət vəsitlərini mənimsəməkdə ittiham edib.

Cəfər Cəfərli Tahir Kərimovun gül çələngi ilə olan məşhur fotosuna eyham vuraraq, bildirib:

"Bu şəkilə diqqətlə, həm də yaxşı-yaxşı baxın. Bu, Salyanın sabiq icra başçısı Tahir Kərimovdur. İndi salyanlıların imiş Tahir, hamının "moşennik Tahir" kimi tanıdığı adam. Salyanda törətmədiyi cinayət, etmədiyi qara əməllər qalmadı. Dost, sədaqət, etibar, inam, kişi sözü kimi ifadələrin üstündən çalın-çarpaz qara xətt çəkən Tahir Kərimov. O, Tahir Kərimov ki, Salyanda kiçikdən böyüyə vəzifə təyinatlarına fantastik qiymət nırxı qoymuşdu. Ərazi nümayəndələrinin, məktəb direktorlarının son nəfərinə kimi pulunu alıb dəyişdirirdi. Savadından, iş qabiliyyətindən asılı olmayaraq istədiyi məbləği aldığı şəxsi işə götürürdü. Savadlı, təcrübəli, işçilər işdən kənarlaşdırıldı. Sanki rayonda "pulun var giriş, pulun yoxdu sürüş"yarışı keçirirdi. Bu adam elə bil öhdəlik götürmüşdü ki, sökmək, bacardığın qədər daha çox pul yığmaq, sərvət toplamaq... Salyan yarandığı gündən belə talan, belə haqsızlıq, belə özbaşnalıq görməmişdi, rayonda qanunsuzluq, özbaşnalıq, alıb-aldatmaq baş alıb gedirdi. Rayon əhli dad edir, fəryad çəkirdi. Yuxarı təşkilatlara edilən şikayətlər gün-gündən çoxalırdı. Və nəhayət, günlərin birində Tahir Kərimovun qulağından tutub atdılar bayıra. Bu, adam haqqında uzun-uzadı yazmaq fikrindən uzağam, ancaq qulağımı çalan bir xəbəri oxucularla bölüşmək istəyirəm.Tahirin dediyinə görə o, süd qazanından çıxmış ağ qaşıqdır, heç bir günahın sahibi deyil, o Ramiz Mehdiyevin qurbanı imiş, güya indi yüksək dairələr onun haqqında müsbət fikirdədir, ona etimad göstəriləcək. Hə buna deyirlər ey xoş əyamların xiffəti. Tahir, ötdü o günlər, keçdi o zamanlar. Axar suda ikinci dəfə çimmək mümkün deyil. Hətta, yemək süfrəsində istifadə olunan salfet kağızını da zibil qutusuna atırlar. Get, qaxıl otur yerində".


Hacı Cəfər Cəfərli

Məsələ ilə bağlı Tahir Kərimov telefon zənglərimizə cavab verməyib.

Qeyd edək ki, Tahir Kərimov 2011—2016-cı illərdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı olub.
 

Ardını oxu...
DİA.AZ: - "Görəsən, Binəqədi Rayon İcra Hakimiyyəti nə vaxta kimi camaata işgəncə verəcək?" DİA.AZ bildirir ki, bu barədə "Mənim Şikayətim Var" sosial qrupundakı paylaşımında Laçın Şahbazov adlı istifaadəçi giley edir.

Ardını oxu...

Daha sonra narazı vətəndaş yazır: "Mənim şikayətim, icra hakimiyyətindəndir. 2018-ci ildən, Allahverdiyev Elxan başçı olanan millətin qara günləri sözün əsl mənasında başlayıb. Yaylı-qışlı kanalizasiya daşır, küçələr olur Venesiya... Düz 182 nömrəli məktəbin önü göldü, üfunət iyindən gəzmək mümkün deyil, uşaqlar isə, məktəbdən çıxanda dizə qədər suda olurlar.

"Çentraln" deyilən mərkəz, "dəlixana" kim hara istəyir sürür, nə bir yol işarəsi var, nə işıqfor, gündə birini maşın vurur. 133 nömrəli avtobusun son dayanacaqı camaatın qapısının önüdür. Gecə 12-yə kimi avtobusların səsindən, evdə oturmaq olmur. Yollar bərbad halda, su borusu, kanalizasiya borusu, hamısı açıq yolun içində. Bir çarə tapan olacaq görəsən, bu camaata?!"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Adı açıqlanmayan rus milyarder həyat yoldaşını və uşaqlarını evdən göndərərək, əylənmək üçün evə iki dostunu və başqa qadınları dəvət edib.

Evə gələn qonaqlar milyarderin evində soyğunçuluq edib. Məlumata görə, dostlar qadınlarla birgə əvvəlcə milyarderə çox miqdarda spirtli içki veriblər. Rusiyalı milyarder yuxu gedəndən sonra onlar evdəki bahalı əşyaları və pulları oğurlayıblar.

Rusiyalı iş adamı səhər yuxudan oynananda həyatının şokunu yaşayıb. O polisə şikayət edib. Evdən 250 min funt sterlinq və dəyərli əşyaların oğurlandığı məlum olub. \\Metbuat.Az
 

Dünyapress TV

Xəbər lenti