Tanınmış jurnalist evindən çıxarılır –
Tanınmış telejurnalist, idman aparıcısı Ceyhun Rzayev çıxılmaz vəziyyətdə qalıb.

O, üzləşdiyi problemlə bağlı “Qafqazinfo”ya müraciət edib.

Ceyhun Rzayev bildirib ki, sabah onu yaşadığı evdən çıxaracaqlar. Bunun səbəbini isə o, belə izah edib:

“İki ildir psixoji-emosional olaraq çökmüşəm. Məsələ nədir? 8 ildir ailəm – həyat yoldaşım və iki qızımla bərabər anama məxsus 30 kv-lıq evdə yaşayıram. Dördümüz də bu evdə qeydiyyatdayıq. Anam isə atamla bərabər illərdir Masazırda 6 sotluq ərazidə yerləşən geniş evdə yaşayır.

Valideynlərim həmişə məni əmin ediblər ki, indi yaşadığım bu ev mənim olacaq. Buna görə hətta Prezident jurnalistlərə mənzil verəndə heç vaxt müraciət də etməmişəm. Çünki fikirləşmişəm ki, evim var və evsiz həmkarlarımın haqqına girmiş olaram.

2021-ci ilin martında atam Ağasadıq Rzayev gözlənilmədən evi boşaltmağımızı tələb etdi. Şoka düşdüm. Sanki arxadan xəncərlə vuruldum. Fikrini belə əsaslandırdı ki, jurnalistlər yaxşı qazanır, qaz vurub-qazan doldururlar, özümə ev və maşın almışam, bankda hesabımda külli miqdarda pul var. Özümü bir anda məkrli planın içində gördüm. Bu çirkin planın müəllifi 35 saylı tam orta məktəbin müəllimi, bacım Xəyalə və onun həyat yoldaşı Zamiq Hacıyevdir. Valideynlərimi inandırıblar ki, mənim maddi durumum idealdır”.

Ceyhun Rzayev əlavə edib ki, anası Gülcahan Rzayevin iddiası əsasında, Nəsimi Rayon Məhkəməsində mülki iş başladılıb:

“Hakim Ceyhun Tağıyev absurd qərar qəbul edərək, yalnız məni evdə qeydiyyatda saxladı, həyat yoldaşımla azyaşlı qızlarımı isə qeydiyyatdan çıxarıb yaşayış hüququndan məhrum etdi. Qərardan apellyasiya verdim. Apellyasiya Məhkəməsinin hakimi Vahid Sadiqov övladlarımın qeydiyyat və yaşayış hüququnuz bərpa etdi, həyat yoldaşım isə yenə havada qaldı. Ən son instansiya olan Ali Məhkəməyə müraciət etdim. O ümidlə ki, həyat yoldaşıma ən azı qeydiyyat olmasa da, ailəsiylə bərabər yaşamaq hüququ tanınar. Əfsuslar olsun ki, Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı. Yəni faktiki bizim iradəmiz xaricində bizi boşayır, ailəmizi dağıdırlar”.

Telejurnalistin sözlərinə görə, artıq ona evdən könüllü şəkildə çıxması ilə bağlı bildiriş də gəlib:

“Ötən şənbə Nəsimi rayon icra şöbəsinin məmuru Ramin Quliyevdən bildiriş gəldi ki, qərarı könüllü şəkildə icra edək. Əks halda mayın 18-i, yəni sabah özü gəlib məhkəmə qətnaməsini icra edəcək. Həqiqətən, çökmüş vəziyyətdəyəm. Ananı övladlarından necə ayırmaq olar? Ana dünyasını dəyişməyib və ya həbsxanaya düşməyib ki, övladlarından ayrı düşsün. Mən cənab Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edirəm. Xahiş edirəm, mənə yardım edin. Bilirəm ki, siz bu məsələdən xəbərdar olsanız, gənc bir ailənin belə çətin durumda qalmasına əsla icazə verməyəcəksiniz. Sizin şəfqətinizə sığınıram. Çünki mənim başqa yolum yoxdur. İcra məmuru zorla həyat yoldaşımı övladlarından ayırarkən, o an nə edəcəyimi bilmirəm. Həmin an utanc hissiylə həyatıma qəsd də edə bilərəm”.

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?
24 Noyabr 2024 AZƏRBAYCANLI İSTANBULDA 70 KQ QIZILLA TUTULDU - Kimliyi və hadisənin detalları bilindi + VİDEO
24 Noyabr 2024 Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi

Dünyapress TV

Xəbər lenti