"Universitetlərdə ixtisaslar əmək bazarının tələblərinə uyğunlaşdırılmır"
Təhsil eksperti Vüsal Kərimli: “Universitetlər tədris proqramını özləri hazırlaya bilmirlər"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək bazarında ən çox tələb olunan peşə sahələrini müəyyənləşdirib.

Araşdırmalar zamanı 25 min iş elanı toplanılaraq təhlil edilib. Nəticələrə görə, əmək bazarında 17,5% göstərici ilə maliyyə-mühasibatlıq üzrə peşə sahələrinə tələbat liderlik edir. Digər dördlükdə marketinq və satış (13,9%), İKT və dizayn (10,3%), pərakəndə ticarət (9,1%) və təchizat-logistika (6,2%) üzrə iş elanları yer alır.

Bəs bazarın ehtiyac duyduğu sahələr Azərbaycanın ali təhsil müəssisələrində tədris olunurmu?

Təhsil eksperti Vüsal Kərimli Abzas Media-ya deyir ki, əsas problem Elm və Təhsil Nazirliyinin bütün universitetlərə yalnız bir tədris proqramı təklif etməsidir.

“Universitet 3-4 illik tədris proqramını özü müəyyənləşdirə bilmir. Beynəlxalq praktikada belədir ki, universitetlər öz proqramlarını əmək bazarının tələblərinə uyğun tərtib edirlər. Biz Bolonya prosesinə keçid edəndə 4 əsas şərt var idi: maliyyə azadlığı, universitetin müstəqil statusu, kredit sisteminə keçid, rəhbərlikdə seçkili orqanlar. Bunlardan maliyyə və kredit məsələsi həll olunub, ancaq ən əsas prorektor və rektorların seçki ilə müddətli seçimləri idi ki, bu təmin edilmədi. Belə olanda da, universitet rəhbərliyi dəyişiklikdə, inkişafda maraqlı olmur. Onları kollektiv seçmədiyi üçün prorektorlar kollektivin qarşısında hesabatlı olmurlar. Dövlət bu sahədə universitetlərə ona görə müdaxiləni azaltmır ki, orada peşəkar kadrlar azdır və hərc-mərclik yaranacaq. Eyni zamanda müəllimlərin də yükü çoxdur və onlar da bazarla işləyə bilmirlər”- ekspert bildirib.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət etsək də, nazirlik sorğunu şifahi cavablandırmaqdan imtina edib.

Bakı Slavyan Universiteti və Bakı Dövlət Universiteti mövzu ilə bağlı sorğularımıza cavab verməyiblər.

Bölmənin digər xəbərləri

29 Aprel 2025 "KUPÇA" VƏ NOTARİAL MÜQAVİLƏ TƏLƏBİ LƏĞV OLUNUR? - "Ali Məhkəmənin qərarını gözləyirik..."
29 Aprel 2025 ETX: “Azərpoçt”un adından dələduzluq edilir
29 Aprel 2025 Səssiz təhlükə böyüyür - Vətəndaşlara xəbərdarlıq
29 Aprel 2025 Sərhədlər bağlanandan sonra Azərbaycandan köçənlərin sayı kəskin artıb – Ölkələrin siyahısı
28 Aprel 2025 “Azərsun Holdinq”ə məxsus şirkətdə ciddi pozuntular aşkarlandı
28 Aprel 2025 Gəncədə Şəhid şəkillərinin söküləcəyi cəmiyyətin qəzəbinə səbəb oldu -VİDEO
27 Aprel 2025 İranda limanda partlayışda yaralıların sayı 700 keçib
27 Aprel 2025 İranda limanda partlayış nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
27 Aprel 2025  "Zəhmət olmasa, bu qurumla bağlı bir tədbir görün" - ÇAĞIRIŞ
27 Aprel 2025  Heydərov 'saman çöpü'ndən İKİƏLLİ YAPIŞIB - ARTIQ QƏRAR ANIDIR
26 Aprel 2025 Vaqif Əsədovdan maraqlı açıqlama: "Sea Breez"dən 2-3 mənzil alacam" - VİDEO
26 Aprel 2025 Azərbaycanda məktəbliləri daşıyan mikroavtobus aşdı: Çox sayda xəsarət alan var
26 Aprel 2025 SON XƏBƏRLƏR! İstanbulda güclü zəlzələ baş verib
25 Aprel 2025 Məhkumların məktəbində 63 min manat mənimsəyən direktor: - “Pulu müalicəmə xərclədim”
24 Aprel 2025 DİQQƏT! Bakıda bu binaların sakinləri köçürüləcək - Çox pul almaq üçün…
24 Aprel 2025 Naxçıvanda Hesablama Palatası DTX və Baş Prokurorluğa müraciət edib
24 Aprel 2025 Körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı- SON DƏQİQƏ
24 Aprel 2025 Camalovlar ailəsinin 55 min dolları və 156 ədəd qızıl-zinət əşyası oğurlanıb - “BTB BANK”ın SAXLANCINDAN ŞOK OĞURLUQ
24 Aprel 2025 Növbə STOMATOLOQLARDA – İndi də onların sənədləri YOXLANILIR
23 Aprel 2025 Gəncədə şagirdlər arasında mübahisə düşüb, xəsarət alan var

Dünyapress TV

Xəbər lenti