Ardını oxu...
Keçən günlərdə məlumat verərək bildirmişdik ki, ölkənin sabiq baş gömrükçüsü Səfər Mehdiyevin durumu o qədər də ürəkaçan deyil və onunla bağlı hüquqi araşdrımalara start verilib.

Bu barədə DİA.AZ-a danışan hökumətdəki mötəbər mənbə iddia edirdi ki, hal-hazırda Səfər Mehdiyev DGK-nın keçmiş sədri olaraq istənilən bir istintaqdan kənardadır. Amma sabah belə olmayacaq. Mənbənin dia.az-a söylədikləri: "Səfər Mehdiyev 245 milyon manatlıq bir yeyintidə ittiham olunur. Bu, ilkin rəqəmdir və araşdırmalar ortaya daha real nəticəni çıxaracaq".

DİA.AZ-a daxil olan son informasiyadan isə aydın olur ki, artıq Səfər Mehdiyevin yaxın qohumlarının nəzarətində olan maliyyə qaynaqları araşdırılır. Mənbə iddia edir ki, bu istiqamətdə xüsusi olaraq keçmiş DGK sədrinin qayınları - İlham və Zeynal Tarquluyevlər nəzarətə götürülüb. Bu araşdırmaların isə yekunda Səfər Mehdiyevlə bağlı veriləcək qərara təsir edəcəyi istisna deyil.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Ardını oxu...
Hər yeni kadr təyinatından sonra qaysaq bağlayıb, sağalacağını düşündüyümüz təhsil sektoru korrupsioner direktor və “müəllim”lərin ucbatından irəliləməkdən, daha da geriyə düşür. Son bir neçə ay ərzində təhsil sektorunda baş verən müəllim-şagird münasibətlərini, həmçinin bir qism direktorlar tərəfindən yeni məktəbli forması almağa məcbur edilən valideynlərin, eyni zamanda “məktəb təmiri” adı ilə müəllimlərin, şagirdlərin cibinə girib, əlli, yüz manat qoparmağa çalışan “təhsil işçiləri”nin varlığı Təhsil Nazirliyinin bu məsələlərə qarşı hələ də tutarlı bir addım atmadığını göstərir.
Sanki orta məktəblər Təhsil Nazirliyindən bağımsız, heç hara və heç kimə hesabat verməyən “kiçik xanlıqlar”a çevrilib. Hər məktəb xanlıqdır və onu xan kimi idarə edən direktoru var. Bu direktorlara bəzən elə firon da demək olar. Təbii ki bu, məktəbin harada yerləşməsinə və ölçüsünə görə dəyişir. Hər ay bir neçə “müəllim”in rüşvət qalmaqalına görə işindən qovulduğu, ciddi ictimai tənqidə məruz qaldığı bir vaxtda özlərini xan, firon kimi aparan bəzi məktəb direktorları heç kimdən, heç nədən çəkinmədən, qorxmadan vatsap vasitəsilə ümumi qrupa səs göndərir və bildirir ki, filan gün hər kəs əlli manat pul gətirsin, məktəb təmir olunacaq. Yaxşı, bu direktor belə açıq-aşkar, rahatlıqla, qorxusuzca necə belə bir tələb ortaya qoya bilir? O, dəfələrlə belə səs yazılarına görə bədbəxt olan, abrı-həyası ətəyinə bükülüb, təhsildən rədd edilənləri görmürmü? Elə isə nədir bu rahatlıq, sərbəstlik?!

Sərbəstliklə səs yazısı göndərərək məktəb təmiri adı ilə işçilərdən pul tələb etmək, hələ bir bunu amiranə şəkildə ifadə etmək bu “balaca fironlar”ın nəyəsə, kiməsə güvəndiyini göstərir. Bu qədər acgözlüklə pul qoparmaq, yığmaq, özü də bunu açıq-aşkar edə bilmək cürəti nədən qaynaqlanır? Bəlkə həmin direktorlar elə “verdiyini yığmağa” çalışır? Bu, ehtimal ola bilərmi? Məncə, reallıqdır. Rüşvətin, korrupsiyanın baş alıb getdiyi qurumlarda verdiyini yığmaq, yazılmamış qanunlardan biridir və bunu demək olar, hər kəs çox gözəl bilir.

Təhsil Nazirliyi isə bu kimi hadisələrdə çox zaman ağzına su alıb oturur, problemləri əsasən Təhsil İdarəsinə yönləndirir və bildirir ki, məktəblərə Təhsil İdarəsi cavabdehdir. Təhsil Nazirliyinin birbaşa nəzarəti altında olmalı olan bu “balaca tiranlıq”ların indinin özündə də bəzi müəllimlərin, hətta valideynlərin üzərində göstərişvermə, pul tələbetmə “haqqı” var. Yalnız səs yazıları yayımlanandan sonra Təhsil Nazirliyi əl-ayağa düşüb, tədbir görməyə çalışır.

Ölkədə ən çox rüşvət, pul yeyintisi “tikinti, təmir” adı ilə alınır, mənimsənilir. Məktəb Təhsil Nazirliyinin nəzdində olan dövlət müəsisəsidirsə, nəyə görə orda çalışan müəllimlər, şagirdlər, hətta valideynlər həmin binanın tikintisi üçün əlli, yüz manat pul verməlidirlər? O məktəbi təmir etmək kimin vəzifəsidir? Hər il təhsilə ayrılan milyonlarla manat vəsait hara “buxarlanır”? Hər halda bu suallara cavab yaxın perspektivdə mümkün olmayacaq, ancaq bu, bir həqiqətdir ki, Azərbaycanda bir məktəb, bir də kazarma “təmiri” heç bir zaman bitmir. Nə deyək, işiniz avand olmasın...
Bizimyol.info
Ardını oxu...
Dünən Saatlı Rayon İcra Hakimiyyətinin əməkdaşının meyitinin iş otağında tapılması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Saatlı RİH-in İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi işləyən 1987-ci il təvəllüdlü Əhəd Cavanəli oğlu Behbudovun meyiti saat 11 radələrində iş otağında tapılıb. Belə ki, şöbə əməkdaşları Ə.Behbudovun işə gəlmədiyini düşünüb və onun otağının arxadan bağlı olması və otaqdan qoxunun gəldiyini hiss edərək şübhələniblər. Bundan sonra Əhədin iş otağının qapısı xüsusi vasitə ilə açılıb və onun meyiti aşkar edilib. Məlum olub ki, Ə.Behbudov sentyabrın 16-dan iş otağında vəfat edib və həmin gündən zənglərə cavab verməyib. Həmçinin hadisədən əvvəl 35 yaşlı məmur qapını arxadan bağlayıb.

İlkin ehtimala görə, Ə.Behbudov qəbul etdiyi dərmandan zəhərlənmə səbəbindən dünyasını dəyişib.

Ə.Behbudov ailəli olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır. (“Qafqazinfo”)
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Sentyabrın 19-da Göyçə-Zəngəzur Respublikasının yaradıldığı haqqında məlumat yayılıb.

Yayılan məlumatda qurumun bayrağının qəbul edilməsi, Rizvan Talıbovun rəhbər seçilməsi öz əksini tapıb. Yaradılan respublikanın nümayəndəliyi isə Türkiyənin paytaxtı Ankara şəhərindədir. Lakin bu xəbər cəmiyyətdə birmənalı qarşılanmayıb. TEREF.AZ xəbər verir ki, bununla bağlı Cebhe.info-ya açıqlamasında “Qərbi Azərbaycan İcması”nın Müşahidə Şurasının rəhbəri, professor Misir Mərdanov mövqeyinin icmanın mövqeyi ilə eyni olduğunu bildirib: ““Qərbi Azərbaycan İcması” məsələ ilə bağlı açıqlama yayıb. Biz razılaşıb açıqlamanı yaymışıq, həmin fikirlər, eyni zamanda, həm də mənim mövqeyimdir”.

Bundan başqa, Misir Mərdanov Qərbi Azərbaycandan olanların icma tərəfindən siyahıya alınacağına da münasibət bildirib. Professor bu siyahının bir müddət sonra dəqiqləşəcəyini bildirib:

“Biz hələ icmaya ayrılan ofisdə fəaliyyətə başlamamışıq. Yaxın günlərdə bu məsələləri araşdıracağıq. Bu, o qədər də sadə məsələ deyil. Bizdə nə qədər insanın və kimlərin deportasiya olunması haqqında məlumat var. Ondan sonra çoxlu dəyişikliklər olub, ailələr qurulub, nəsil artıb, biz onları da qərbi azərbaycanlı hesab edirik. Bir müddət sonra bu haqda daha dəqiq məlumat verə bilərik”.

Qeyd edək ki, "Qərbi Azərbaycan İcması”nın sədri deputat Əziz Ələkbərlidir. İcma bu gün Göyçə-Zəngəzur Respublikasının yaradılmasına münasibət bildirərək, belə bir qurumun yaradılmasının yolverilməz hesab edib. “Qərbi Azərbaycan İcması” “Göyçə-Zəngəzur Respublikası” adlı bir qurumu tanımadığını, onunla heç bir əlaqəsinin olmadığını, tarixi torpaqlarımızla bağlı belə özfəaliyyət hərəkətlərinin yolverilməz və zərərli hesab etdiyini bəyan edib.
 
Ardını oxu...
Zəngəzur mahalının Qafan rayonunda yaşayan yaşlı erməninin bir zamanlar qonşusu olduğu, sonradan isə evinə məskunlaşdığı Səməd Qarayevə salam göndərməsi sosial şəbəkələrdə maraqla qarşılanıb. Qoca erməni öz dili ilə deyir ki, “ağacların barı-bəhəri də sizinlə gedib”.

Xəzər TV-nin əməkdaşı videoda adı çəkilən Səməd Qarayevin ailəsini tapıb və onlarla həmsöhbət olub.

Sosial şəbəkələrdə yayılan bu video Zəngəzurun Qafan rayonunun Mahmudlu kəndində çəkilib. Videoda hazırda orada yaşayan erməni bir zamanlar qonşusu olmuş Səməd Qarayevə ismarış göndərir.

Daha sonra yaşlı erməni yaxınlıqdakı evini göstərərək deyir ki, “bu, Səməd Qarayevin evidir”.

Qarayevlər ailəsinin qapısını döydük. Qapını üzümüzə oğlu açdı. Və bildirdi ki, Səməd kişi 1 öncə vəfat edib.

Oğlu Eldar Qarayev deyir ki, atası məlum videonu ölmədən öncə görüb, həmin ermənini də tanıyıb. Səməd Qarayev o dönəmlər “sovxoz” sədri işlədiyi üçün işi ilə əlaqədar Qafan rayonunu ən son tərk edənlərdən biri olub. O, azərbaycanlıların zorla çıxarıldığı evlərə ermənilərin köçürülməsini öz gözləri ilə görüb. Videoda danışan erməni də Qarayevlərin qonşusunun evində məskunlaşıb.

Yaşlı erməni azərbaycanca deyir ki, “ağacların barı-bəhəri də sizinlə gedib”. Qoca bunu deməklə o torpaqların gerçək sahiblərinin azərbaycanlılar olduğunu təsdiq edir.

Səməd Qarayev digər həmyerliləri kimi, 30 ildən çox vətən həsrəti çəkib. Qafana qayıtmaq ümidi ilə yaşayan Səməd kişi böyüyüb boya-başa çatdığı Zəngəzur haqqında, ermənilərin azərbaycanlıları yurd-yuvasında didərgin salmaları haqqında 4 kitab yazıb.

Zəngəzur sakinləri çox yaxın zamanda öz dogma yurdlarına geri qayıdacaqlar. Torpağın əsl sahibləri geri dönəndə ağaclara bar da verəcək. Azərbaycanlılar qoca erməninin göndərdiyi salamı elə öz evlərində alacaqlar.
 
Ardını oxu...
Uzun müddətdir ki, metro keçidlərində ticarət qadağan edilib. Lakin nədənsə, həmin qadağa hələ də metronun “20 Yanvar” stansiyasına şamil edilməyib. Bu stansiyada hər gün şıdırğı ticarət gedir və belədə əhalinin rahat şəkildə metroya giriş-çıxışına əngəl yaranır.

Maraqlıdır ki, müvafiq qurumlar da “20 Yanvar” stansiyasında davam edən bu qanun pozuntusuna göz yumurlar.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov sözügedən stansiya ətrafında ticarət obyektlərinin işləməsinin səbəbini həmin ərazinin metroya aid olmaması ilə izah edib.

Bakı Şəhər İcra Hakimiyyəti də sözügedən ticarət obyektlərinin quruma aidiyyəti olmadığı bildirir.
Nədən digər keçidlərdə ticarət obyektləri yığışdırılsa da, “20 Yanvar” keçidində bunun əksi davam edir?
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli düşünür ki, həmin obyektlərin hansı şərtlərlə orada çalışdığı barədə rəsmi açıqlama verilməlidir:

“Məsələni çözmək üçün düşünürəm ki, həmin obyektlərin arxasında kimin durduğu və yaxud müqavilələrin hansı şərtlərlə bağlandığını araşdırmaya ehtiyac var. İstənilən halda Azərbaycanda gediş-gəliş çox olan gəlirli yerlərdə ticarət obyektlərinin açılmasının rəsmi ya da qeyri-rəsmi müqavilələr və danışıqlardan asılı olduğu heç kimə sirr deyil. Ona görə də ilk növbədə həmin ticarət obyektlərinin kimə məxsus olduğu və hansı müqavilə şərtlərilə çalışdığını öyrənmək lazımdır. Ondan sonra müqavilə varsa, onun şərtlərinə baxmaq lazımdır. Heç bir müqavilə olmadan, kimlərinsə danışığı ilə fəaliyyət göstərirlərsə, bu, əlbəttə, qanunvericiliyin pozulmasıdır. Əsində, qanunla belə yerlərdə ticarətin həyata keçirilməsi qadağan deyil. Sadəcə, qanunauyğun şəkildə həyata keçirilməlidir”.
 

Ardını oxu...
“Azərbaycan Ermənistan ərazisinə təcavüz edib” iddiasının Paşinyandan sonra bəzi azərbaycanlıların da tirajlaması məsələnin mahiyyətinin nədən ibarət olduğunu aktuallaşdırır.
İrəli sürülən “arqument”lərdən biri belədir ki, hər iki ölkənin hazırki ərazisi və sərhədləri BMT-yə daxil olanda tanınıb. Son döyüşlərin getdiyi ərazilər də Ermənistana məxsusdur. Bəs, əslində necədir?
Birincisi, Azərbaycan və Ermənistan 1992-ci ildə BMT-yə daxil olanda Qarabağda müharibə gedirdi və iki ölkə arasındakı sərhəd müəyyən edilməmişdi: Paşinyan iddia edir ki, MDB-yə üzv olanda tərəflər qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanıyıb, halbuki, Azərbaycan 1991-ci ildə MDB-yə daxil olmağa razılaşsa da, parlament bunu 1993-cü ildə ratifikasiya edib;
İkincisi, iki ölkə arasında sərhədin delimitasiya edilməməsi həmin ərazilərin kimə məxsus olduğunu da şübhələndirir: Fransanın istəyi ilə BMT Təhlükəsizlik Şurasında keçirilən iclasda üzv ölkələrin yekdil mövqeyi sərhədin delimitasiya olunması haqda oldu; “Azərbaycanı Ermənistana hücum etməkdə” ittiham edən Qərb də reallığı qəbul edir;
Üçüncüsü, Naxçıvanın Kərki, o cümlədən, Qazaxın 7 kəndi erməni işğalı altında qalmağa davam edir: Paşinyanın özü belə bu kəndlərin hüquqi statusunun mübahisəli olduğunu bəyan edib, o zaman, hansı sərhəddən, yaxud Ermənistan ərazisindən bəhs edilə bilər?!
Dördüncüsü, SSRİ dövründə otlaq və əkin sahəsi adı altında Ermənistana verilən ərazilərimizin taleyi hələ də sual altındadır: bu, sərhədin hansı ilin xəritəsinə uyğun müəyyən edilməsi prosesində müəyyənləşəck;
Beşincisi, 30 illik işğal dövründə Ermənistan dövlət sərhədini irəli çəkmişdi: müharibədən sonra bir neçə istiqamətdə bu sərhəd bərpa olunub, lakin proses başa çatmayıb;
Faktiki olaraq, Azərbaycan-Ermənistan sərhədi şərtidir və delimitasiya-demarkasiya olmadığı müddətdə bu ərazilərin kimə məxsus olduğu da sual altındadır.
Bu gün bir-birinə qarşı ərazi iddiası olmayan, lakin sərhədlə bağlı problemlər yaşayan onlarla ölkəni nümunə göstərmək olar.
- Azərbaycan və Gürcüstan arasında münaqişə yoxdur, ərazi bütövlüyü qarşılıqlı olaraq tanınır, lakin Keşikçi dağı məbədi ilə bağlı məsələ hələ də açıq qalıb: iki ölkə sərhədin bu istiqamətində delimitasiyanı həyata keçirdikdən sonra parlamentlər ratifikasiya etməli, daha sonra BMT-yə təqdim edilməlidir;
- Ermənistan və Gürcüstan arasında da sərhədin müəyyən hissələrinin delimitasiyası problemi qalır;
- Hazırda toqquşmalaırn yaşandığı Qırğızıstan və Tacikistanın da əsas problemi sərhədin müəyyən edilməməsidir: bu ölkələr də Azərbaycan və Ermənistan kimi SSRİ dağılanda BMT-yə üzv olublar, hər iki ölkə MDB-yə birgə daxil olublar;
Azərbaycan Ermənistana hücum etəyib, döyüşlər kimə məxsus olduğu hələ rəsmi şəkildə müəyyən edilməyən ərazilərdə baş verib. Və çox təəssüf ki, bu məsələni izah etmək məcburiyyətini yaradan azərbaycanlılar var.
Asif Nərimanlı
Ardını oxu...
Sentyabrın 18-də bir qrup erməni Azərbaycanın Parisdəki səfirliyinə hücum edib.

Bu barədə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev məlumat verib.

O, əllərində Ermənistan bayraqları olan bir qrup adamın səfirliyin binasına basqın etməsini əks etdirən videogörüntüləri də yayıb.

Ermənilər Azərbaycanın Beyrutdakı səfirliyinə də basqın etməyə cəhd edib. Yayılan videoda Livan polisinin çətinliklə onların qarşısını aldığı görünür. Sentyabrın 18-də isə ermənilərin Azərbaycanın Gürcüstandakı səfirliyinə yaxınlaşması yerli polis tərəfiindən alınıb.

Daha bir etiraza sentyabrın 15-də Vaşinqtondakı səfirlik önündə cəhd edilib. Keçmiş diplomat Arif Şahmarlı deyir ki, London hadisələrindən sonra Azərbaycan səfirliklərin təhlükəsizlik məsələsinə baxmalı idi.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözcüsü Toplum TV-yə açıqlamasında məsələdəni cddi narahat olduğunu bildirib.

Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir.

Fransadakı Azərbaycan səfirliyinə qarşı erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası artıq Fransa səfirinə təqdim edilib.

 
Ardını oxu...
Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teref.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 18:00 radələrində Xəlitli kənd sakini, Elton Qasımovun idarə etdiyi 23-BN-169 dövlət nömrə nişanlı, "VAZ 2106" markalı minik avtomobili Göyçay-Ucar yolunda idarəetmədən çıxaraq hasara çırpılıb. Hadisə nəticəsində sürücü və mağazaya getmək üçün yolda avtomobili saxladaraq oturan sərnişini, Xəlitli kənd sakini, 2009-cu il təvəllüdlü məktəbli Murad İbrahimov aldıqları ağır xəsarətlər səbəbindən ölüblər.
Faktla bağlı araşdırma aparılır.
 

Ardını oxu...
Hazırda Bakı Hərbi Məhkəməsində mühakimə olunan ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev özünün son sözündə məhkəmədə sensasion açıqlama verib.

Gununsesi.info-nun xəbərinə görə, prosesdə Prezidentin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsinin keçmiş direktoru İbrahim Zeynalovun ailəsindən alınan 8 milyon dolların necə alınması zamanı general bildirib ki, həmin vəsait deputat Ziyad Səmədzadəyə çatıb.

Mövlam Şıxəliyevin bu fikirlərini onun tabeliyində çalışmış polkovnik Yasin Məmmədov da təkrar edib.

Qeyd edək ki, 8 ay MTN-in təcridxanasında saxlanandan sonra buraxılan Zeynalov müflis olub, xeyli vaxtdır ki, vaqonda yaşayır.

O, MTN işində zərərçəkmişlərdən biridir. Məhkəmədə də bildirib ki, 2014-cü ildə sifarişlə həbs olunmuşdu. Ailəsindən 10 milyon istəyib, 8 milyon alandan sonra onu buraxıblar. Qohum-əqrəbası nələri varsa, satıb, onu buraxdırıblar.

“Sifarişlə atamı tutdular, başımıza oyun açdılar”
Oğlu İlqar Zeynalov məhkəmədə deyib ki, 8 milyonu düzəldib, televizor qutusunda MTN binasının yaxınlığında atasının işini aparan müstəntiq Yasin Məmmədova verib: “Ziyad Səmədzadənin atamla işbirliyi vardı. Onun vasitəsilə bankdan 3.5 milyon kredit götürülmüşdü. Bu pula görə atamla arası dəydi. Sifarişlə atamı tutdular, başımıza oyun açdılar. Qardaşım, bacım, anam rəhmətə getdi. Atamla bu gün rayonda vaqonda yaşayırıq…”.

Keçmiş müstəntiq Məmmədov da, onun rəisi olmuş Şıxəliyev də indi deyir ki, Zeynalovlar ailəsindən alınan pul deputata verilib.

Hətta general Şıxəliyev çıxışında narazılıq edib ki, bu məsələ ilə əlaqədar onları ittiham edən prokurorluq niyə o pulun kimə çatdığını araşdırmayıb: “Səmədzadəni niyə dindirməyib?“Bu məsələnin MTN-ə aidiyyəti yox idi. O pulların da şəxsən Ziyad Səmədzadəyə çatdırılması haqda məlumatım vardı…”

Keçmiş MTN vəzifəliləri son sözlərində bildirib ki, onları müxtəlif adamları qanunsuz həbs edib, pullarını, əmlaklarını əllərindən almaqda ittiham edirlər: “Halbuki, MTN-in İstintaq Baş İdarəsində cinayət işlərinin başlanması, kiminsə haqqında həbs qərarı üçün məhkəməyə təqdimat verilməsi, şəxsin həbsdən buraxılması kimi məsələlər birbaşa Baş prokuror və birinci müavininin nəzarətində olub. Hətta belə bir qanunsuzluq olubsa belə, buna görə prokurorluq rəhbərliyi məsuliyyət daşıyır. Rəis olduğum idarədə istintaq olunan cinayət işlərinə birbaşa Zakir Qaralov, Rüstəm Usubov nəzarət edirdi. Qanunsuzluq olubsa belə, onlar istintaqa nəzarət edən vəzifəli şəxs kimi görüb, aradan qaldırmalıydılar. Niyə eləməyiblər? Onlar istintaqda da, məhkəmədə də dindirilmədi, bu məsələlərə aydınlıq gətirilmədi”.

Çıxışının sonunda general ona bəraət verilməsini tələb edib.

Gununsesi.info
 

Dünyapress TV

Xəbər lenti