Fazil Mustafanın ilk hayına çatan qardaşı oğlu danışdı -ÖZƏLYaradılıb 29.03.2023 08:52 | Baxış sayı: 91“Fazil əmim zəng etdi, ilk sözü bu oldu ki, “məni vurublar, tez gəl, evə daxil ola bilərlər”. Mən özümü çatdıranda artıq cinayətkarlar qaçmışdı”.Bunu Gununsesi.info-ya açıqlamasında sui-qəsdə məruz qalan deputat Fazil Mustafanın qardaşı oğlu Toğrul Mustafayev deyib.O bildirib ki, qan itirməməsi üçün əmisinin ayağını və qolunu kəmərlə sıxıb:“Ağlıma ilk gələn yer “Semaşko” oldu. Gətirdim, buraya. Təmkinini itirməmişdi”. Facebook-da paylaş