Ardını oxu...
9 fevral 2020-ci il tarixdə növbədənkənar seçkilər nəticəsində formalaşan hazırki parlamentin buraxılması yenidən gündəmə gəlib.

Qaynarinfo xəbər verir ki, yayılan məlumatlarda parlamentin buraxılması ilə yanaşı, referendum keçiriləcəyi də iddia olunur. Hətta dairə və məntəqə seçki komissiyalarında hazırlıqların başladığı da deyilir.

Referendum məsələsi hələ bir müddət əvvəl gündəmə gəlmişdi. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, hakimiyyət konstitusiya islahatları aparmaq niyyətindədir. İslahatlar çərçivəsində prorporsional seçki sisteminin bərpa ediləcəyi də xüsusi vurğulanırdı. Həmin ərəfədə siyasi partiyalarla dialoq prosesinin başladılması, qeydiyyatı olmayan bəzi partiyaların bu problemin həlli referendum keçiriləcəyi və proporsional seçki sisteminin bərpa ediləcəyi barədə yayılan məlumatların əsassız olmadığına şübhələri artırırdı. Eyni zamanda müşahidələr göstərirdi ki, hakimiyyətdə bu məsələ ilə bağlı yekdil mövqe yoxdur. Çünki parlamentin buraxılması, proporsional seçki siiteminin bərpasının əleyhinə danışan hakimiyyət nümayəndələri də var idi.

Bu məsələnin Milli Məclisin deputatı Erkin Qədirlinin məlum açıqlamasından sonra yenidən gündəmə gəlməsi artıq siyasi mühitdə hakimiyyətin referenduma gedəcəyi barədə qəti fikir formalaşdırıb.

Məlumat üçün deyək ki, Erkin Qədirli Milli Məclisin demokratik seçki nəticəsində formalaşmadığını deyib. Bəzi ekspertlər hesab edir ki, özü də parlamentdə təmsil olunan və kifayət qədər intellekt sahibi olan Erkin Qədirlinin belə bir açıqlama ilə çıxış etməsi təsadüfi olmaya bilər.

Digər tərəfdən, növbəti parlamenti seçkiləri 2025-ci ilə təsadüf edir. Həmin il Azərbaycanda prezident seçkiləri də keçirilməlidir. Seçkinin nə dərəcədə ağır proses olduğunu nəzərə alsaq, hakimiyyətin bir ildə iki seçki keçirəcəyi inandırıcı görünmür.
 
Ardını oxu...
Qızdırıcı cihazlar standartlara və evin həcminə uyğun gəlməyəndə abonentlər istiliklə bağlı müəyyən problemlər yaşayır.
Bu baxımdan fərdi yaşayış evləri tikilərkən və ya qızdırıcı cihazlar alınarkən diqqət olunası vacib məqamlar mütləq nəzərə alınmalıdır. Tövsiyə olunur ki, qızdırıcılar alınarkən və quraşdırılarkən mütləq mütəxxəsislərə müraciət etmək lazımdır.
Eyni zamanda qaydalar sübut edir ki, fərdi yaşayış evlərində qızdırıcı cihazların yeri düzgün seçilməyəndə otaqların eyni səviyyədə isidilməsinə nail olmaq çətin olur. Bu və digər maraqlı məqamları bilmək və nəticə çıxarmaq istəyiriksə, VİDEO-ÇARXA diqqət edək.

 
Ardını oxu...
Argentinanın Santyaqo del Estero əyalətində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

Ednews-un xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 2 min nəfər əhalisi olan El Hoyo şəhərindən 23 km şimalda yerləşib. Zəlzələ ocağı 611 km dərinlikdə yerləşir.

Tələfat və dağıntı barədə məlumat yoxdur.
Ardını oxu...
Böyük London ölçüsündə olan nəhəng aysberq Antarktika buz şelfindən qopub.

Tribunainfo.az bildirir ki, hadisə Britaniyanın Halley tədqiqat stansiyası yaxınlığında baş verib.

“National Geographic”in məlumatına görə, aysberqlər buzlaqlardan qopan iri buz parçalarıdır.

Təxminən 600 kvadrat mil (1550 kvadratkilometr) böyüklüyündə olan aysberq qalınlığı 492 fut (150 metr) olan Brant buz şelfindən ayrılıb.
Ardını oxu...
Ardını oxu...

 
 
 
Ardını oxu...
Yeni qaydalara əsasən, nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə örtüklərin çəkilməsinə icazə verilib.

Qeyd edək ki, bu qərar dərc edildiyi tarixdən 30 gün sonra qüvvəyə minəcək.

Sözügedən örtüklərin satışını həyata keçirən sahibkarlar, bir çox sürücülərin bu qərardan məlumatsız olduğunu və bu səbəbdən qiymətlərin artmadığını bildiriblər.

Daha ətraflı Baku TV-nin süjetində:

 
 
 
Ardını oxu...
Bu il daha 30 min müəllim sertifikatlaşdırılmaya cəlb ediləcək.

Bunu APA-ya açıqlamasında Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

O bildirib ki, növbəti sertifikatlaşdırma prosesinin yay aylarında başlanılması nəzərdə tutulur.

"Bu il sertifikatlaşdırmadan keçməyən digər ibtidai sinif müəllimləri, eyni zamanda riyaziyyat müəllimləri prosesə cəlb ediləcək".

Qeyd edək ki, ötən il 11 mindən çox ibtidai sinif müəllimi sertifikatlaşdırmadan keçib, onların əmək haqqına nəticələrinə uyğun olaraq müvafiq əlavələr edilib.
 
 
 
Ardını oxu...
Avtomobillərin şüşələrinə örtüklərin çəkilməsi qaydası təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

“Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”na əsasən nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə aşağıdakı örtüklərin çəkilməsinə yol verilir:

– minik avtomobillərində – plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına;

– yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda – plyonka çəkilməsinə (sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisna olmaqla), jalüzlərin quraşdırılmasına və ya pərdə asılmasına.

Nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə çəkilməsinə yol verilən örtüklərin işıqburaxma qabiliyyətinin həddi məhdudlaşdırılmır.

Nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, nəqliyyat vasitələrinin konstruksiyasında günlüklər nəzərdə tutulmadıqda isə 15-sm-dən çox olmamaq şərtilə plyonka çəkilməsinə yol verilir.
Ardını oxu...
İrlandiyanın “Ryanair” aviaşirkətinin Afinada eniş edən təyyarəsində bomba olması ilə bağlı məlumatı yalan çıxıb.

Bu barədə Yunanıstanın “ERT-1” televiziya kanalı xəbər verib.

Məlumata əsasən, Katovitsedən uçan “Ryanair” şirkətinin “Boeing 738” təyyarəsi yerli vaxtla saat 17:40-da Afina Beynəlxalq Hava Limanına eniş edib.

Sərnişinlər və ekipaj üzvləri təxliyə edilib. Sərnişinlər və baqajda partlayıcı maddə olub-olmaması ilə əlaqədar yoxlanılıb, təyyarənin özü də yoxlanılıb. Heç bir partlayıcı və ya partlayıcı qurğu aşkar edilməyib.
 
Ardını oxu...
İfadə azadlığı demokratik cəmiyyətin əsas sütunlarındandır. Bu səbəblə demokratiyası geniş olan ölkələrdə təbii olaraq ifadə azadlığının çərçivəsi daha geniş qorunur. Lakin ifadə azadlığı da bir çox azadlıqlar və hüquqlar kimi sərhədsiz deyil. Onun da sərhədləri mövcuddur. Xüsusilə, legitim səbəblərlə ifadə azadlığına demokratik cəmiyyətdə zəruri məhdudiyyətlər gətirilə bilər.

Legitim səbəbləri Avropa İnsan Hüquqları Konvensiyası belə sıralayıb:
- milli təhlükəsizlik,
- ərazi bütövlüyü və ya ictimai asayiş maraqları,
- iğtişaşın və ya cinayətin qarşısını alma,
- sağlamlığın və mənəviyyatın qorunması,
- digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi,
- konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq,
- ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək.

Demokratik cəmiyyətdə zərurilik prinsipi ilk baxışda çox subyektiv qiymətləndirmə kimi görünə bilər. Lakin uzun illərin təcrübəsində bu prinsipi Avropa Məhkəməsi daha konkret anlayışlarla zənginləşdirib. “Zərurilik” dedikdə "təxirəsalınmaz ictimai (sosial) zərurət”-ın mövcudluğunu nəzərdə tutduğunu qeyd edib.

21 yanvar 2023-cü ildə İsveç Krallığının paytaxtı Stokholm şəhərində Türkiyə Cumhuriyyətinin Səfirliyi önündə Danimarka Krallığında 2017-ci ildən fəaliyyət göstərən və irqçi siyasəti əsas istiqaməti seçən Stram Kurs (sərt istiqamət) Pariyası lideri Rasmus Paludanın İslam dininə inananların müqəddəs kitabı olan Quranı yandırması ifadə azadlığı kimi təqdim edildi və hər hansı müdaxilə edilmədi.

Avropa İnsan Hüquqları Məhkəməsi mənəviyyat, əxlaq məsələlərində Avropa dövlətlərində olan müxtəlif fərqlilikləri qəbul edir və bəzi hallarda hüquqi çərçivə müəyyən edərkən dövlətlərə mülahizə sərbəsliyi tanıyır. Lakin bu mülahizə sərbəsliyi ümumi çərçivələri aşmadan istifadə edilə bilər.

AİHM əxlaqi və dini həssaslıqların qorunması ilə bağlı sahələrdə dövlətlərə daha geniş mülahizə sərbəstliyi verir. 1996-cı ildə Wingrove Birləşmiş Krallığa qarşı işində Məhkəmə Xristianları təhqir edən qısa videonun qadağan edilməsi qərarını dəstəkləyərək qeyd etdi ki: "Əxlaq və ya, xüsusilə dini sahədə şəxsi əqidələri təhqir etmək üzrə məsuliyyət ilə bağlı söz azadlığını tənzimləyərkən üzv dövlətlərə ümumən geniş mülahizə sərbəstliyi verilir.”

İsveç hökuməti bu aksiyanı önləsə AİHM standartları baxımından ifadə azadlığına mdaxilə sayılardımı?

İsveçdə əhalinin 8,1 %-nin (810 000) islam dini mənsubları olduğu bildirilir. Deməli Quranın yandırılması hərəkəti həm də ölkədə yaşayan dini azlığa məxsus qrupu, onun inancını, müqəddəs dəyərlərini hədəf alıb. Bu zaman hökumətlərin daha ciddi tədbir görməsi və azlıqları diskriminativ hədəfdən qoruması zəruridir. Bu pozitiv öhdəlik kimi dövlətin öncəliklərindəndir. Çünki, yuxarıda bəhs edilən məhkəmə işində çoxluğun dini inancını hədəf alan hərəkət qadağan edilmişdisə, bu olayda dini azlıqları qoruma məqsədi ilə “təzirəsalınmaz ictimai zərurət” daha da ön plana çıxır.

Üstəlik bu hərəkət İsveçdə yox, Danimarkada fəaliyyət göstərən və minlərlə tərəfdarı və üzvləri olan bir siyasi partiyanın lideri tərəfindən hadisə üçün İsveç müslüman azlığın “əsas” kimi qiymətləndirilə biləcəyi hər hansı olayla əlaqəli olmadan baş verib. Yəni, bu siyasi partiyanın fəaliyyət sahəsi öncəlikli olaraq Danimarkadır, İsveç deyil.

Ayrıca, İsveçin milli təhlükəsizliyi Avropada Rusiyanın artan aqresiv, işğalçı siyasətindən qorunmaq üçün NATO-ya üzvlüyü zəruri edib və ölkə bu istiqamətdə ciddi cəhdlə NATO-ya üzv olaraq, milli təhlükəsizliyini qoruma altına almağa çalışır. Bu məqsədlə NATO-ya giriş vizəsi əlində olan Türkiyə ilə müəyyən dialoq mərhələsindədir. Baxmayaraq ki, münasibətlər PKK terrorçularının fəaliyyətinin məhdudlaşdırılması, bəzilərinin verilməməsi səbəbindən o qədər də hamar deyildi. İndi islama bağlılığı və münasibəti tartışılmayan Ərdoğan hökumətinin hər şeydən öncə öz seçicisi önündə öhdəlikləri baxımından İsveçlə normal bir dialoqda olmayacağı şübhə yaratmır. Məhz İsveç müdafiə nazirinin Türkiyə səfəri öncəsində bu hərəkətin İsveç xaricindən olan bir siyasi partiya liderinin təşəbbüsü və provokasiyası ilə baş verməsi, başlı-başına bu provokasiyanı önləmək üçün əsas təşkil edə bilərdi. Çünki, olaydan dərhal sonra İsveç müdafiə Nazirinin səfəri ləğv edildi. Bu böyük ehtimalla İsveçin NATO üzvlüyünə də müəyyən problem yaradacaq və İsveçin milli təhlükəsizlik mənafeləri bəlkə də irəlidə ciddi zərər görəcək.

Bununla yanaşı, ictimai asayiş maraqlarını da nəzərdən keçirmək olardı. Sıradan bir protestoçunun Quran yandırması ictimai asayışı bəlkə ciddi təhdid edə bilməz və ifadə azadlığı aspektindən daha rahat müdafiə olunar. Lakin on minlərlə üzvü olan, irçiliyi, miqrant düşmənçiliyını, islam düşmənçiliyini əsas məqsədi hesab edən bir siyasi partiya liderinin bunu etməsi, həmin ölkədə yaşayan yüz minlərlə müsəlmanın dəyərlərinə hücum, həmin iki fərqli qrup arasında istənilən münaqişəni, qarşıdurmanı körükləyər ki, bu da ictimai asayiş maraqlarının qorunmasına potensial təhlükə kimi qiymətləndirilə bilərdi və önləyici tədbirlər görülə bilərdi.

Unutmaq olmaz ki, Fransada nəşr olunan “Charlie Hebdo” jurnalı İslamın peyğəmbəri Məhəmməd peyğəmbəri hədəf alanda ifadə azadlığı aspekti önə çəkildi, ictimai asayış maraqları nəzərə alınmadı. Bir müddət sonra 2015-ci il 7 yanvar tarixində bu hadisə ilə bağlı olaraq həmin redaksiyaya məhz Fransada yaşağan dini azlığın nümayəndələri tərəfindən silahlı terror baş verdi, 12 nəfər öldürüldü, 8 nəfər yaralandı.
Azadlıqlar, hüquqlar hamısı önəmlidir. Birinin üstünlüyü digərlərini yox edəcəksə qızıl orta tapılmalıdır. Əks halda insan itkiləri, mühariblərər, konfrantasiyalar qaçılmaz olur...
Ələsgər Əhmədoğu
Teref.az
 
 
 
Ardını oxu...
İspaniyada polis qanunsuz siqaret fabriklərində ukraynalı qaçqınları istismar edən və külli miqdarda tütün qaçaqmalçılığı ilə məşğul olan cinayətkar şəbəkəni ifşa edib.

Bu barədə “Report” “n-tv.de”yə istinadla xəbər verir.

İspaniyanın mülki polisi külli miqdarda siqaret istehsalı və tütün qaçaqmalçılığı ilə məşğul olan cinayətkar şəbəkənin üzvlərini saxlayıb. Məlum olub ki, fabriklərdə ukraynalı qaçqınlar qeyri-insani şəraitdə işçi kimi istismar ediliblər.

“Europol”un da iştirak etdiyi istintaq zamanı İspaniyanın müxtəlif bölgələrində 27 nəfər həbs edilib. Bundan başqa, ümumilikdə 37,5 milyon avro dəyərində olan 10 ton tütün yarpağı və 3,5 milyon siqaret qutusu müsadirə edilib.

Bildirilib ki, Rusiyanın işğalçı müharibəsi səbəbindən Ukraynadan qaçan və sığınacaqlarda saxlanılan ukraynalı qaçqınlar qeyri-qanuni fəaliyyət göstərən üç tütün fabrikində işlədiliblər. Onların fabrik ərazisini tərk etmələrinə icazə verilməyib və son dərəcə ağır şəraitdə işlədiliblər.
 

Dünyapress TV

Xəbər lenti