Ardını oxu...
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasının çağırılması haqqında Qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov yanvarın 6-da imzalayıb.

APA-nın Naxçıvan bürosunun xəbərinə görə, qərarda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

I. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası 2023-cü il yanvar ayının 10-da saat 11:00-da Naxçıvan şəhərində çağırılsın.

II. Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilsin:

1. 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi

3. Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi

4. İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi

III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar”.
 
Ardını oxu...
Bu gün Rusiyanın Moskva şəhərinin səmasında üç Günəş görmək mümkündür, lakin onlardan ikisi yalançıdır.

Hadisə şahidləri sosial şəbəkələrdə əsrarəngiz kadrlar paylaşırlar.

“Parheli” adlanan təbiət hadisəsi zamanı Günəşin bir tərəfində, yaxud solunda və sağında təxminən 22 dərəcədə və Günəşlə üfüqdən eyni hündürlükdə bir cüt incə rəngli işıq ləkələri görünür. Onları istənilən mövsümdə dünyanın hər yerində görmək olar, lakin həmişə aydın və parlaq olmurlar. “Yalançı Günəşlər” Günəş üfüqə yaxın olduqda daha yaxşı şəkildə görünür və daha çox nəzərə çarpır.

Onlar atmosferdə üzən anizotropik yönümlü buz kristallarında Günəş işığının sınması nəticəsində yaranır.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (“Azərittifaq”) məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, iddiaçı Mustafayev İmran Mustafa oğludur. O, “Azərittifaq”la yanaşı, Zaqatala Rayon İstehsal-İstehlak Kooperativini və Mustafayev Hacıömər İbrahim oğlu adlı vətəndaşı da məhkəməyə verib.
İş hazırda apellyasiya mərhələsindədir. İmran Mustafayevin apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin hakimi Günay Cavadovanın sədrliyi ilə araşdırılacaq.
İşin mahiyyətinə gəlincə, açıq mənbələrdə bu barədə hər hansı məlumat yoxdur.
Əldə etdiyimiz məlumata görə, məhkəmə çəkişməsinin kökündə əmlak mübahisəsi dayanır. Bildirilir ki, iddiaçı 2003-cü ildə Zaqatala rayonunda fəaliyyət göstərən Kooperativlər Cəmiyyətindən onların balansında olan Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşən 0.07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanı alıb. Lakin, həmin dövrdə razılığa əsasən, əmlaklar Hacıömər Mustafayevin adına alınıb. Razılaşmaya görə, sonradan əmlak tərəflər arasında bölünməliymiş. Lakin hansısa səbəbdən tərəflər razılığa gələ bilmir. Bu baxımdan da iş məhkəməyə düşüb. Bu məsələdə “Azəritifaq”ın xüsusi rol oynadığı iddia edilir.
“Azərittifaq” 1920-ci ildə təsis olunub. Qurumun rəhbəri deputat Eldar Quliyevdir. O, 1993-cü ildən bu vəzifədədir.
 
Ardını oxu...
İrəvanın Kanaker-Zeytun inzibati rayonunda qanlı dava baş verib. Nəticədə bir nəfər ölüb, daha iki nəfər xəstəxanaya yerləşdirilib.

İaşə məntəqəsində yerdə yıxılıb qalan şəxsləri ilk olaraq yaxınlıqda növbətçilik edən patrul xidmətinin əməkdaşları görüblər. Onlar yaralananlardan birini öz xidməti maşınlarında xəstəxanaya çatdırıblar, digər ikisini isə gəlib çatan təcili tibbi yardım briqadası aparıb. Xəstəxanaya yerləşdirilənlərdən biri daha sonra dünyasını dəyişib. Həkimlər digər ikisinin həyatı üçün mübarizə aparır.
Ətraflı

Hadisə yerinə istintaq qrupu gəlib. Həmçinin Kriminal Polis Baş İdarəsinin rəisi Vardan Vardanyanın rəhbərlik etdiyi əməliyyatçılar da işə cəlb olunublar. Eyni zamanda, İrəvanın polis rəisi Sevan Köçəryan da əraziyə gəlib. Hadisə yerində qan izləri, həmçinin qanlı ağ paltarlar aşkar edilib.

Faktla bağlı cinayət işi açılıb, hüquq-mühafizə orqanları ölənlərin və yaralıların kimliyini araşdırır. (Mənbə: “Sputnik” Ermənistan)
 
Ardını oxu...
Gədəbəydə qızıl mədənində mis emalı sexində elektrik naqilləri arasında yaranmış qısaqapanma nəticəsində yanğın baş verib.

Teref.az “Report”a istinadla xəbər verir ki, hadisə zamanı 8 nəfər tüstüdən zəhərlənib.

Belə ki, 1982-ci ildə anadan olmuş Ayaz Ələsgərov, 1986-cı il təvəllüdlü Etibar Nəsibov, 1989-cu ildə anadan olmuş Elburus Alıyev, 1994-cü il təvəllüdlü Füzuli Muxtarov, 1979-cu ildə anadan olmuş Anar Abdullayev, 1983-cü il təvəllüdlü Anar Şirinov, 1994-cü ildə anadan olmuş Yusif Nuriyev və 1979-cu il təvəllüdlü Rafiq Məmmədov zəhərlənmə diaqnozu ilə Gədəbəy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Amma vəziyyətləri barədə əlavə məlumat verilməyib.

Məlumata görə, ümumi sahəsi 2 100 kvadratmetr olan sexin, 180 kvadratmetr sahədə yanğın baş verib: “Yanğın nəticəsində mühərriklər, nasoslar və bir sıra avadanlıqlar, elektrik kabel və panelləri yanıb”.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından mühafizə Hissəsin 2 yanğınsöndürən maşını və 12 nəfər canlı qüvvə cəlb olunub. Hadisə ilə bağlı araşdırma aparılır.

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkətindən “Report”a verilən məlumata görə, hadisə yerinə yaxınında olmuş 8 əməkdaş şirkətin daxili təhlükəsizlik qaydalarına uyğun olaraq Gədəbəy Mərkəzi Rayon Xəstəxanasına yoxlanışa göndərilib.

“Həmçinin, yanğın Fövqəladə Hallar Nazirliyinin Gədəbəy Rayon Yanğından Mühafizə hissəsinin əməkdaşları cəlb olunaraq qısa zamanda aradan qaldırılıb, – şirkətdən bildirilib.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına (“Gədəbəy” yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan “Uğur” yatağında da hasilatla məşğuldur.
 
Ardını oxu...
“AG Telekom”a vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan (mühasibat uçotu üzrə qanunvericiliyin pozulması) inzibati xəta protokolu tərtib olunub.

“Qaynarinfo” xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinin tələblərini pozub.

İttihama görə, şirkətdə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, mühasibat uçotu aparılmayıb.

İddia təsdiqini taparsa, “AG Telecom” rəhbərliyini min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə gözləyir.

İşə Yasamal Rayon Məhkəməsində hakim Raud Daşdəmirovun sədrliyi ilə baxılacaq.

KATV1 kabel televiziyası operatorunun sahibi kimi tanınan “AG Telecom” şirkətinin rəhbəri Samir Qurbanovdur.
 
 
 
Ardını oxu...
Dövlətin himayəsində yetişən gəncliklə cəmiyyətin himayəsində yetişən gəncliyi qarışdırmamalıyıq. Məsələn, ABŞ dövlətinin himayəsində yetişən gənclik ABŞ ordusudur ki, bu gün peşəkarlıq baxımından dünyanı fəth etmək gücündədir. ABŞ cəmiyyətinin himayəsində yetişən gənclik isə bütün günü marixuana çəkib rep oxuyur.

Eyni vəziyyət Azərbaycana da aiddir. Dövlətin himayəsində yetişən gənclərimiz (məsələn, xüsusi təyinatlılar) yüksək mənəviyyat sahibi və ən azı, iki dil bilirlər.

Cəmiyyətimizin himayəsində yetişən gənclərimiz isə heç öz dilimizdə düz-əməlli yazıb-oxumağı bacarmırlar.

Demək istəyim odur ki, dövlət qarşısına məqsəd qoysa bütün sahələrdə bəsləyib atlas edər tut yarpağını.

Aqşin YENİSEY - DİA.AZ
Ardını oxu...
Şəmkirdə “VAZ 2105” markalı avtomobildə qumbara partlaması ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə nəticəsində yaralanan Heydərov Nəsib Yusif oğlu ilə Qarayev Binnət Həsən oğlu arasında bir müddət öncə borc üstündə anlaşılmazlıq yaşanıb.

İlkin məlumata görə, Nəsib Heydərov Binnət Qarayevdən pulunu tələb edib.

Bu gün isə B.Qarayev N.Heydərovu görüşə çağırıb. Müəyyən olunan yerə gələn tərəflər arasında mübahisə yaşanıb və məlum hadisə baş verib.

Hazırda hər iki şəxs Gəncə şəhər Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib və onların vəziyyəti ağırdır.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma başlanılıb. (Qafqazinfo)
Ardını oxu...
 
Ardını oxu...
Rusiyanın “Roskosmos” korporasiyasının keçmiş rəhbəri Dmitri Roqozin Fransanın Rusiyadakı səfiri Pyer Leviyə məktub yazıb.

Bu barədə Roqozin özünün “Telegram” kanalında məlumat verib.

O, məktuba Fransanın Sezar artilleriya qurğusuna məxsus mərminin qəlpəsini də əlavə edib.

Roqozin yazıb ki, bu qəlpə onu az qala öldürəcək və ya şikəst edəcəkdi.

“Yalnız Rusiya hərbi və mülki həkimlərinin böyük məharəti və səbri sayəsində mən sağam və demək olar ki, sağlamam”, - dövlət korporasiyasının keçmiş rəhbəri vurğulayıb.

“Cərrahlar tərəfindən onurğamdan çıxarılmış qəlpəni, lütfən, Fransa prezidenti Emmanuel Makrona çatdırın”, - Roqozin yazıb.

Xatırladaq ki, Roqozin 2022-ci il dekabrın 22-də Donetskdə ad gününü qeyd edərkən yaralanıb.
 

Dünyapress TV

Xəbər lenti