Ardını oxu...
Sumqayıtda evə silahlı hücum olub, ölən və yaralananlar var.

Teref.az-ın "Report"a istinadən məlumatına görə, hadisə 16 mikrorayonda yerləşən Corat bağları yaşayış massivində, fərdi yaşayış evində baş verib.

Belə ki, evə silahlı hücum zamanı ailənin 2 üzvü - Dağbəyi Fərəcov, Suanə Karakaş hadisə yerində ölüblər. İnsident zamanı daha bir neçə nəfər xəsarət alıb. Hazırda yaralıların sayı dəqiqləşdirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.
Ardını oxu...
 
Ardını oxu...
Honq-Konq metrosunda iki qatar toqquşub. "Report" RTHK radiostansiyasına istinadən xəbər verir ki, hadisə nəticəsində 25 nəfər xəsarət alıb.

Radiostansiyanın məlumatına görə, toqquşma nəticəsində yaralanan 3 nəfərin vəziyyəti ağırdır.

Bütün sərnişinlər təxliyə edilib. Hadisənin səbəbləri müəyyənləşdirilir.
 
Ardını oxu...
Türkiyənin Fethiye şəhəri sahillərində yerləşən Niue bayrağı altında üzən “Serenity Ac” yük daşıyan gəmisində baş verən partlayış nəticəsində dörd nəfər yaralanıb.

Məlumata görə, 75 metrlik gəmi ada yaxınlığında lövbər salıb. Partlayışın səbəbləri hələ müəyyən edilməyib.

Sahil mühafizəsi hadisə ilə bağlı xəbərdarlıq alıb, gəmiyə xilasedici və polis qayıqları göndərilib. Yaralılar Fethiye xəstəxanalarına çatdırılıblar. Onlardan birinin vəziyyəti ağırdır.
Ardını oxu...
Mənbə: TASS
 
Ardını oxu...

“Çox yaxşı bir komandaya məğlub olduq. Mən bu komandanı sadəcə, təbrik edə bilərəm. Gözəl futbol oynadıqları üçün onlara azarkeşlik edə bilərik”.

Tribunainfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində “Bayer”ə 1:5 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib.

“Futbolçularım çox əziyyət çəkdilər. Rəqib topla çox yaxşı davranırdı. Bunu əvvəldən də görmüşdük. Bu gün bir daha şahid olduq ki, səviyyə fərqi var. Qısa olaraq deyim ki, problem bizdə deyildi, onlarda idi. Həddindən artıq çox yaxşı komandadır. Bütün xətlərdə ustalıq səviyyəsi aşağıda olan futbolçu yox idi. Bundan başqa, oyun sistemlərini də yaxşı yerinə yetirirdilər” – Qurbanov bildirib.

Qurban Qurbanov “bu səviyyəyə çatmaq üçün nələr etmək lazımdır?” sualına isə belə cavab verib:

“Reallığa baxmalıyıq. Səviyyə fərqi elə-belə deyil. Bunu burada müzakirə etmək vaxtı deyil. Bunu öz ölkəmizdə etsək, daha yaxşı olar”.

 
 

Ardını oxu...

Hakimiyyətdə elə bir boşluq yaranıb ki, heç kimi tanımır, heç kim heç kimi saymır. Təsəvvür edin ki, prezident administrasiyasına yüz məktub göndərirsən, birinə də cavab gəlmir. Aydın məsələdir ki, cənab prezidentdən gizlədilir şikayət dolu məktubları. Ya da ki, düzgün çatdırılmır. Yəni təhrif olunmuş formada deyilir rəhbərliyə.

2019 – cu ildə mənə Suraxanı rayon İcra Hakimiyyətindən mənə zəng gəldi ki, gəlin icra hakimiyyətinə, sizi qəbul edək. Birinci vitse-prezidentin katibliyindən bu barədə məktub daxil olub bizə.

Təbii ki, başqa yerdən desəydilər getməzdim. Amma o adama, o quruma inamım var. Ona görə də, durub yollandım icra hakimiyyətinə.

Qeyd edim ki, mən Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevadan mənzil problemimlə bağlı kömək istəmişdim.

Nə isə, orada məni Suraxanının o vaxtkı icra başçısı İlqar Abbasovun müavini Etibar Yolçuyev “qəbul etdi”. Qəbul nə qəbul…

Demə görməmişəm. Biabırçılıq.

Qışqıraraq, bağıraraq, “gündə bir adamı göndərirlər ki, buna kömək edin. Nə kömək edək? Necə edək? Mənim mənzil fondum yoxdur”. Mən də, “məni siz çağırmısınız və mən sizdən deyil, dövlət başçısından və onun müavinindən kömək istəmişəm” dedim. Daha sonra başçını dəyişdilər Şirvana. Əziz Əzizov gəldi Suraxanıya. O, da sələfi İlqar Abbasovdan fərqlənmədi heç. mən nə İlqar Abbasova, nə də Əziz Əzizova izah edə bilmədim ki, mən sizdən heç nə istəmirəm. Dövlətimdən istəyirəm. Sadəcə daimi qeydiyyatım Suraxanı olduğu üçün, məhz sizə tapşırılır bu iş.

Bunlara onu da izah edə bilmədim ki, mən Azərbaycan vətəndaşıyam. Qanunvericiliyə görə, evi olmayan istənilən vətəndaş mənzil növbəsinə götürülə bilər qeydiyyatda olduğu rayonun icra hakimiyyəti tərəfindən. Və bu barədə Sosial Müdafiə Nazirliyinə məlumat verilməlidir.

Söhbət yerli və Avropa mediasında cənab prezidenti və hörmətli Birinci vitse-prezidenti qələmi ilə təbliğ edən jurnalist Fariz Quliyevdən gedir!

Jurnalist Fariz Quliyev eyni zamanda ııı qrup əlildir.

Hər iki başçı kömək etmədikləri üçün, ölkə rəhbərliyinə müraciət etdim və bu əsasda onlarla tapşırıqlar verilib ki, vətəndaşı yaşlı anası ilə birgə ( dövlətdən ev alana kimi) müvəqqəti olaraq bir mənzilə köçürün.

Mənə kömək etmək istəyən məmurlar Baş nazir Əli Əsədov, Milli Məclis sədri Sahibə Qafarova, Ombudsman İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyevadır.

Amma türklər demişkən “nafilə”. Yəni mənasız. Bu gün də kömək etmək əvəzinə mənasız sorğu-sual edirlər məni…

 

Jurnalist Fariz Quliyev

Araz Media Qrupunun rəhbəri

 
Ardını oxu...
Paytaxtın Nizamı rayonunda daha bir piyada səkisi "obyekt" sahibləri tərəfindən sökülüb.

Teref.az Avtosfer.az-a istinadla xəbər verir ki, rayonun, Şərq küçəsində Azərsutikinti Xəstəxanasının yanında piyada səkisi sökülüb.

Yeni tikilən obyektin sahibinin burada piyada səkisi hesabına "parkinq" yaratmaq istədiyi ehtimal olunur.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bərdə rayonunda 1973-cü il təvəllüdlü Teymur qohumu Kamalı (adlar şərti verilib – red.) öldürüb.

Teymur 22 yanvar 2022-ci ildə saat 17.50-də “Vaz 21099” markalı avtomobillə Xaçın çayının Bərdə rayonu, Lənbəran kəndindən keçən hissəsindəki dəmir körpünün girişində asfalt yolla hərəkətdə olarkən qarşıdan həmkəndlisi Kamalın “Vaz 2106” markalı avtomobillə ona doğru hərəkət etdiyini görüb.

Teymur mərhum qardaşı Əlinin 2019-cu ildə rəsmən nikahına xitam verilmiş keçmiş arvadı Sevinclə evlənərək qardaşının ailəsini dağıtmasından əsəbiləşib. O, qardaşının qız övladlarının Kamalla birgə eyni evdə yaşamasını namusuna ləkə kimi qəbul edib. Qisas niyyətilə Kamalı öldürmək qərarına gəlib.

Onlar həmin ərazidə bir-birlərinə işarə ediblər və avtomobili saxlayıblar. Teymur avtomobilindən ov tüfəngini götürüb və Kamala atəş açıb.

Kamal aldığı xəsarətlərdən vəfat edib.

İstintaq orqanı tərəfindən Teymurun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

“Rusiyaya köçdü”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Teymur Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə deyil, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilib.

O bildirib ki, arvadı Sənəm, övladları Elçin və Mahirlə birlikdə Bərdə rayonunun kəndində yaşayıb: Qardaşım Əli 2005-ci ildə Ağcabədi rayon sakini Sevinclə ailə həyatı qurdu. Birgə nikahlarından 2006-cı il təvəllüdlü iki qızı, bir oğlu oldu.

Əli əvəllər ailəsi ilə Bərdə şəhərində yaşayırdı. Daha sonra isə Rusiyada işlədiyi üçün ailəsi ilə birlikdə ora köçdü”.

“Məni söydü”

Təqsirləndirilən şəxs deyib ki, zərərçəkmiş Kamal onun həmkəndlisi və qonşusu olub, qardaşı Əli ilə birlikdə Rusiyada işləyib: “Həmin vaxtlarda Əli ilə Kamalın yoldaşlıq münasibətləri vardı, biri-birinin evlərinə gedib-gəlirdilər. Qardaşım 2 il öncə Rusiyadan deport olundu və Bərdə rayonuna gəldi. Arvadı Sevinc və uşaqları Rusiyada onun atasının yanında qaldılar. Həmin vaxt qardaşımla arvadı ayrıldılar.

Kamal təxminən 6 il öncə Rusiyada cinayət törətdiyindən məhkum olundu. Təxminən ilyarım öncə azadlğa çıxdı, Sevinclə münasibət qurdu, bir yerdə yaşadılar. Qardaşım uşaqları da Sevinc və Kamalla birlikdə yaşayırdılar. Kamalın bu hərəkətindən sonra onunla aramızda telefonla mübahisə düşdü. Kamal məni söydü”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2021-ci ildə qardaşı Əli ürək çatışmazlığından ölüb:

“Əli öləndə Sevinc və Kamalı günahkar bildim. Kamal həmin vaxtlarda hətta oğluma da zəng vuraraq bizi təhqir etdi. Hadisələn əvvəl Kamal deport olundu və Bərdə rayonuna gəldi. Ondan sonra Sevinc də Bərdə rayonuna gəldi”.

“Ailə üzvlərimin olub-olmadığını soruşdu”

Təqsirləndirilən şəxs deyib ki, 2022-ci ilin yanvarın 22-də saat 17-18 radələrində üzünü təraş etdirmək üçün kənddə bərbərxanaya gedib:

“Bərbərxananın qarşısında xeyli adam olduğu üçün qardaşım Elmirə məxsus avtomobilə benzin tökmək üçün yanacaqdoldurma məntəqəsinə getdim. Kəndin içərisində şəhid şəkilləri olan yerdə tanımadığım bir nəfər kişi maşına əl elədi. Avtomobili saxladım. Həmin şəxs Xaçın çay istiqamətində getmək istədiyini bildirdi. Mən də ora gedəcəyimi dedim və birlikdə getdik.

Kəndin çıxışında körpünün üzərində hərəkətdə olanda ağ rəngli “Vaz 2106” markalı avtomobillə ilə üz-üzə gəldim. Əvvəl sürcünü tanımadım. Avtomobil geri döndərərək arxamca gəldi və qarşıma çıxaraq məni saxlatdı. Sürücü düşüb mənə tərəf gələndə onun Kamal olduğunu bildim. Mən avtomobildən düşmədim.

Kamal yaxınlaşaraq avtomobildə ailə üzvlərimin olub-olmadığını soruşdu. Ona yox cavabı verib getməsini istədim. Mən irəlidə, Kamal arxada avtomobili sürdük.

Bir qədər getdikdən sonra Kamal avtomobilin işığı ilə işarə verdi, yolumu kəsdi. Özü və yeznəsi Eldar avtomobildən düşdülər, mənə tərəf gəldilər”.

“Hadisə ehtiyatsızlıqdan baş verib”

Teymur qeyd edib ki, avtomobillərin arasında təxminən 3-4 metr məsafə varmış: “Mən də maşından aşağı düşdüm. Kamalgilin mənə çatmağına təxminən 1-2 metr qalmış avtmobildə gəzdirdiyim özümə məxsus Vinçester tüfəngini götürdüm.

Kamal və Eldar çatanda məndən aralı durmalarını, buradan getmələrini istədim. Xəbərdarlıq etməyimə baxmayraq, yenə də üzərimə gəldilər. Onların məni vuracaqlarını düşündüym. Kamalı qorxutmaq üçün tüfəngdən havaya atəş açdım. Eldar Kamalın göstərişi ilə üzərimə hücum çəkdi. Əlimdən tutaraq silahı almaq istədi. Hətta Eldar kəllə ilə vuraraq burnuma xəsarət yetirdi. Mən də Eldar kəllə ilə vurdum.

Eldar əlimdən tüfəngi almaq istəyəndə dartışma nəticəsində tüfəngdən bir neçə dəfə atəş açıldı və Kamala dəydi. Kamal “ay mama” deyərək atəşdən sonra Eldara artıq mübahisə etməməyi, onu xəstəxanaya aparmasını dedi.

Mən özüm də polis şöbəsinə gedərək könüllü təslim oldum. Tüfəngi polis şöbəsinə təhvil verdim. Mənim Kamalı öldürmək niyyətim olmayıb. Hadisə ehtiyatsızlıqdan baş verib”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Teymur 11 il müddətinə azadlıqdan məhrum edilib./Teleqraf.com
 
Ardını oxu...
Azərbaycandan erməniyə hər ay yarım milyon pul ötürülür -"Optima Solutions Services" MMC Azad İstehlakcılar Birliyinin (AİB) sədi Eyyub Hüseynovu məhkəməyə verib.

Bu barədə Bakupost.az -a AİB sədri Eyyub Hüseynov bildirib.
Buna AİB sədrinin Azərbaycanın biznes qurumlarının uzun illərdir ermənilərlə əməkdaşlıq etməsi, ermənilərə maliyyə vəsaitlərinin ötürülməsi barədə çıxışları səbəb olub.
İş üzrə məhkəmənin iclası sentyabrın 27-də, saat10.30-da Nəsimi Rayon Məhkəməsinin 5-ci zalında hakim Ramin Xəlilovun sədrliyi ilə keçiriləcək.
İddiaçı tərəf - "Optima Solutions Services" MMC E.Hüseynovdan KİV-də dərc olunmuş məqalənin bütün bəndlərinin təkzib olunmasını tələb edir. İddia ərizəsində həmçinin AİB sədrindən "iiko”(ayko) şirkətinin rəhbərinin doğurdan da erməni olmasının sübut edilməsi tələb olunur.
E.Hüseynov açıqlamasında bir daha Azərbaycan biznesinin pullarının leqal şəkildə ermənilərə getdiyini bildirib. O qeyd edib ki, Azad İstehlakcılar Birliyinə (AİB) coxminli üzvü olan bir ictimai təşkilat kimi istehlakcılar tərəfindən ölkəmizin iqtisadi- sosial həyatı ilə bağlı müntəzəm olaraq müxtəlif xarakterli məlumatlar daxil olur:
"Diqqət cəkən və AİB-in sədri olaraq məni narahat edən problemlərdən biri də Azərbaycanın ölkədə qala biləcək pullarının xaricə - ermənilərə ötürülməsidir. İstehlakcılar tərəfindən verilən məlumatları araşdırmaqla müəyyən etdik ki, doğurdan da tək bir biznes sferasından ermənilərə leqal olaraq külli miqdarda vəsait ötürülür. Əksər hallarda bu ötürməni edən şəxs vəsaitin ermənilərə getməsindən xəbərsizdir".
AİB sədri bildriib ki, Azərbaycanda xarici şirkətlərin sayı get-gedə artır. Bu proses xüsusən də virtual platforma üzərindən həyata keçirilir:
"Bu, ölkəmizin inkişafı cəhətdən sevindirici hal olsa da, araşdırmalar bəzi suallar doğurur. Məsələn, bu şirkətlər hansı ölkələrə məxsusdur?! Sahibləri kimlərdir? Onlardan neçəsinin rəhbəri erməni əsilli insanlardır və s. Suallara qismən cavab tapmaq ücün milli biznesimizin bir seqmentini araşdırdıq. Hazırda Azərbaycanda mindən artıq biznes qurumunun əməkdaşlıq etdiyi “iiko”(ayko) şirkətinin əsl sahibinin erməni olduğunu kiçik bir araşdırma ilə aşkarladıq".
E.Hüseynov deyib ki, “iiko” kafe və restoranlara idarəetmə sistemi təklif edərək yerli sahibkarlarla əməkdaşlıq qurur:
"Hazırda isə şirkətin Azərbaycanda 2 rəsmi nümayəndəsi mövcuddur: “Optima” (https://group.optima.az) və “Smart Horeca” (smarthoreca.az). Şirkətin əsası isə 2005-ci ildə erməni əsilli David Yan və Maksim Nalskay tərəfindən qoyulub. Adlar arasından David Yan diqqətimizi cəkməyə bilməzdi. Gəlin onunla yaxından” tanış” olaq. David Yan 1968-ci ildə Yerevanda dünyaya göz açıb. Doğulduğu şəhərdə məktəbi bitirdikdən sonra Yerevan Dövlət Universitetinə daxil olub və uzun illər bu şəhərdə yaşamağa davam edib. Onun vikipediya səhifəsində bu barədə məlumat var. Həyatı boyunca doğulduğu ölkəyə sevgisini müxtəlif fəaliyyətləri ilə nümayiş etdirməkdən çəkinməyib. Ermənistan üçün davamlı olaraq 15-30 milyon investisiya yatırıb. Bu barədə internet resurslarında kifayət qədər məlumatlar mövcuddur".
E.Hüseynov vurğulayıb ki, David Yanın sözügedən fəaliyyəti ilə ilə bu linklər vasitəsilə tanış olmaq olar:
https://mediamax.am/ru/news/education/28660), https://auroraprize.com/ru/one-man%25E2%2580%2599s-vision-david-yan
https://m.imdb.com/title/tt12102988/
https://aybschool.am/en/page/historyandmission
AİB sədri bildirib ki, əslində “iiko” şirkəti uzun illərdir Rusiya şirkəti kimi tanınıb və qaynaqları Azərbaycan sahibkarlarının diqqətini çəkmıyib:
"Məlum Rusiya-Ukrayna müharibəsindən sonra “iiko” müəyyən səbəblərə görə erməni qaynaqlı olduğunu tez-tez vurğulayır. Üstəlik, rus şirkəti kimi tanındığı üçün hətta rebrendinq edərək yan şirkət açıb və “Syrve”(Sörv) adı altında fəaliyyət göstərməyə başlayıb. Şirkətin baş ofisi isə məhz Erməsintanda yerləşir (mənbə: https://www.syrve.com/en-gb/contact-syrve). Başqa sözlə, hazırda eyni şirkət həm “iiko”, həm də “Syrve” adı altında fəaliyyət göstərir.
Əvvəllər də dediyim kimi, artıq Azərbaycandakı 1000-dən cox kafe və restoranda (məsələn, “Mangal Stake House”, “Manzara”, “Shaurma N1”, “Fryday”, “Pizza Mizza”, “145 Group”, “Borani”, “Vətən”, “Zafar Cafe”, “Resant Group” restoranları, “Teleqüllə”, “Ocakbaşı” və.s. böyük miqdarda vəsait ödənilməklə “iiko” (və ya “Syrve”) sistemdən aktiv şəkildə istifadə edilir. Bu pullar şübhəsiz ki, Azərbaycan istehlakcılarının cibindən cıxarılır. Beləliklə, Azərbaycanın vəsaiti erməni iş adamına ötürülür".

E.Hüseynovun sözlərinə görə, AİB-i araşdırmaya məcbur edən səbəb yerli sahibkarların öz xəbərləri olmadan erməni sahibkarın xəzinəsinə hər ay təxminən yarım milyon dollar fayda vermələri olub:
"Xüsusən də bu sahibkarın erməni fəaliyyətlərini radikal şəkildədəstəklədiyini nəzərə alsaq, baltanın sapını bilmədən özümüz hazırlayırıq deyə bilərik.
Digər bir məsələ isə informasiya təhlükəsizliyi ilə əlaqəlidir. Belə ki, bu sistemin hazırda Dövlət Vergi Kassaları, İP telefoniya və POS cihazlarla birbaşa inteqrasiyası var. Bu inteqrasiya mənbəyi də dövlət təhlükəsizliyi baxımından strateji sayıldığı üçün yalnız yerli şirkətlərlə müqavilə əsasında əldə edilə bilir.
Bundan əlavə, hazırda şirkətin yaratdığı mobil tətbiqlərdən ölkəmizdə minlərlə restoran sahibi və müştəri istifadə edir. Bu tətbiqlər vasitəsilə istifadəçilər arasında olan dövlət əhəmiyyətli insanların dinlənilməsi və izlənilməsini təmin etmək isə praktik cəhətdən heç də çətin deyil.
Eyni zamanda, sahibı Ermənistanı dəstəkləyən, baş ofisi, proqramlaşdırma və texniki dəstək komandası Yerevanda yerləşən bu şirkətin məxfi məlumatlarımızı üçüncü tərəflərlə paylaşmadığına əmin ola bilmərik. Hər halda, ehtiyatı əldən buraxmamaq lazımdır. Xüsusən də ölkəmizin müharibədən yeni çıxdığı bu ərəfədə. Artıq demək olar ki, bütün sahələr üçün müxtəlif həllər təklif edən yerli şirkətlər fəaliyyət göstərir. “iiko” sisteminə oxşar sistemə sahib yerli şirkətlərə isə “Clopos” və “Logix”i misal çəkə bilərik. Bu araşdırmanı aparan zaman bizi təəccübləndirən səbəblərdən biri də o oldu ki, axı analoji işi yerinə yetirən adlarını qeyd etdiyimiz milli şirkətlərin bizə məlum olan bu informasiyadan ola bilməz ki, xəbəri olmasın. Nə ücün bu şirkətlər ən azı öz bazarlarını “təmizləmək” ücün bu məlumatları ictimaiyyətə və müvafiq dövlət orqanlarına catdırmırlar?!"
Ardını oxu...
ABŞ-ın Kolorado ştatında bir şirkət başqa bir şirkətə olan 23500 dollarlıq borcunu maraqlı şəkildə ödəyib.
"JMF Enterprises" adlı şirkət "Fired Up Fabrication"a olan borcunu təxminən 3 tonluq sikkələrlə ödəyərək qisas alıb.
Bəs məhkəmə çəkişməsi necə yaranıb? "JMF Enterprises" tikinti layihəsi üçün "Fired Up Fabrication"lə subpodratçı kimi müqavilə bağlayıb. Lakin iş bitdikdən sonra vəd olunan pulu ödəməyib. Keçən ilin iyulunda aparılan vasitəçilik danışıqlarında JMF subpodratçıya 23500 dollar ödəməyə razılaşsa da, bunu hansı formada edəcəyi barədə dəqiq heç nə deməyib.
Vasitəçi müqaviləsində ödəniş üsulu ilə bağlı xüsusi şərtlərin olmadığını bildirən JMF-nin hüquq qrupu iddiaçıya sataşmaq, vaxt itirmək və razılaşmanın qarşısını almaq niyyətlərinin olmadığını söyləyib.
İddiaçı tərəfin vəkili Daniel Bim, qarşı tərəfin bu hərəkətinin çox güman ki, əks nəticə verəcəyini və keçən həftə keçirilən iclasda hakimin bu vəziyyəti "pis niyyətli" gördüyünü ifadə edib. O, borcun sikkələrlə ödənilməsi tələbini “simvolik orta barmaq” jesti kimi qiymətləndirib. Minlərlə sikkə bir yük maşınında iddiaçı şirkətin ofisinə çatdırılıb. Bim açıqlamasında, yük maşını sürücüsünün ona qutuların sikkələrlə dolu olduğunu və onları daşımaq üçün xüsusi qaldırıcıya ehtiyac duyacağını söylədiyini bildirib. Ofisinin yerləşdiyi binadakı liftin bu yükü daşıya bilməyəcəyini deyən vəkil istəsə də belə ödənişi qəbul edə bilməyəcəyini bildirib. Digər tərəfdən, JMF-nin vəkilləri məhkəmədən iddiaçıların sikkələrlə ödənişi qəbul etməsinin təmin olunmasını istəyib.\\Valyuta.az
 
Ardını oxu...
Bakının Binə qəsəbəsində 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin şagirdlərinin zəhərlənməsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Baş vermiş hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə əıaqədar agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

01:46

Oktyabrın 24-də Bakının Binə qəsəbəsində 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin dönərdən zəhərlənən 20 şagirdinin adı məlum olub.

“Report” xəbər verir ki, bunlar aşağıdakılardır: Ş.Vəlizadə (11 yaş), H.Mustafayev (11 yaş), Y.Muradlı (11 yaş), T.Abdullayev (11 yaş), R.Əsgərli (10 yaş), B.Seyidzadə (11 yaş) və qardaşı F.Seyidzadə (14 yaş), S.Qasımlı (15 yaş), A.Abbaszadə (11 yaş), M.İsmayılov (10 yaş), İ.Sadıqzadə (14 yaş), C.Muradov (15 yaş), T. Talıbov (12 yaş), S.Bədəlli (13 yaş) və bacısı J.Bədəlova (15 yaş), Ə.Qasımov (14 yaş), Y. İbadov (14 yaş), R.Şükürov (11 yaş), F.Quliyev (14 yaş) və Ü.Səlimli (13 yaş).

Xatırladaq ki, onlarda müxtəlif vaxtlarda qida mənşəli narahatlıq və ürəkbulanma əlamətləri müşahidə edilib. İlkin tibbi yardım göstərildikdən sonra şagirdlər müvafiq səhiyyə müəssisələrinə yerləşdiriliblər. Onlar müvafiq müayinə və müalicə proseduruna cəlb olunublar.

Zərərçəkənlərdən üçünün - T.Abdullayev, S.Qasımlı və F.Seyidzadənin vəziyyətləri ağırdır. Şagirdlər reanimasiya şöbəsinə yerləşdiriliblər.

Ü.Səlimli isə ambulator müalicədən sonra evə buraxılıb.

Məktəblərin rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və məktəbdə halı pisləşən şagirdlərin valideynlərinə də məlumat verilib. Şagirdlər dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarından birindən dönər alıb yediklərini bildiriblər.

Aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırmalara başlanılıb.
 

Dünyapress TV

Xəbər lenti