SABİQ NAZİR HƏR AY MƏNİMSƏDİYİ PULLARIN MİQDARINI AÇIQLADI -
Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə Rafael Əliyev ifadə verib.

Rafael Əliyev bildirib ki, proses bəlli olub və ora kimin nəzarət etdiyi də bilinirdi: “Rüşvət sərhəddə alınırdı və komitəyə verilirdi. Bu fəaliyyətin qanunsuz olduğunu bilirdik. İşə qəbul olunan gömrük işçisi sabahı günü işə çıxanda artıq neçə işləyəcəyini bilirdi. İstər yaradılan TIR, istərsə də GRP (yük xəttinə aid yaradılan qanunsuz proqram) proqramlarına komitədən kiminsə girişinə icazəsi yox idi. Biz sadəcə, hesabatlar aparırdıq və gələn pulları eyniləşdirib komitə sədri Asəf Məmmədova, 2018-ci ildən isə Səhhət Həbibbəyliyə verirdik”.

Keçmiş maliyyə naziri bildirib ki, komitə sədri onlardan pulların dollar olaraq verilməsini istəyib: “Pullar gömrükçülərdən manat və dollar kimi alınırdı. Komitə sədri demişdi ki, pulları ona dollar kimi verək. Özü banklara zəng edib deyirdi, biz də gedib manatları dollara çevirirdik”.

Gömrük Komitəsində məhv edilən kompüterlərin hard-disklərinə (yaddaş cihazı) isə Rafael Əliyev belə aydınlıq gətirib: "Kompüterlərin hard-diskləri məhv edilib. Ancaq bu proses mən orda çalışdığım müddətdə olmayıb, məndən sonra olub. Disklərin məhv edilməsinin səbəbi, yəqin ki, proqramların ləğvi ilə bağlı olub. Sonradan bilinib ki, bu proseslər səhvdir və hər şey ləğv edilib, sənədlər də ləğv edilibsə, deməli, hər şey qeyri-qanuni olub”.

Maliyyə naziri işlədiyi dövrdə Rafael Əliyev qanunsuz olaraq 2017-ci ildə işə qəbul edilən 8 nəfərə verilən əməkhaqqına da aydınlıq gətirib. O bildirib ki, bu proseslər ondan əvvəlki dövrdə olub və maliyyə naziri işləyərkən həmin işçilərin adları dövlət qulluğunun reyestrində də olub. Aylıq paket olaraq 15 min manat aldığını qeyd edən Rafael Əliyev bildirib ki, o bunu maaş kimi alıb: "Bu mənə əməkhaqqı kimi təqdim olunurdu. Özümü təqsirli hesab edirəm, məsuliyyət mənim üzərimdədir".

Daha sonra zərərçəkən tərəf olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi bildirib ki, istintaq müddətində dövlət büdcəsinə vurulmuş ziyanın bir hissəsi ödənilib, qalan hissənin də ödənilməsi davam edir: "Biz zərərçəkən tərəf olaraq dəyən ziyanın tam ödənilməsini tələb edirik və məhkəmədən bunun təmin edilməsini xahiş edirik".

Proses daha sonra şahidlərin ifadələri ilə davam edib.

Şahidlər bildiriblər ki, onlara öncədən göstəriş verilib və pullar yığılıb. Bu göstərişləri isə o zaman komitənin sədri olan Səhhət Həbibbəyli verib. Həmin müddətdə dövlətin rəsmi proqramına heç bir vəsait ödənilməyib. Sədərək Gömrük məntəqəsində yüklərdən (idxaldan) ay ərzində ortalama 800 min - 1 milyon manat yığılırdı.

Həmçinin, bu proses digər məntəqələrdə də olub. Ortalama olaraq hər ay TIR proqramı vasitəsilə 200 min manatdan çox vəsait mənimsənilib. Şahidlər deyib ki, gömrüklərdə hər ay bu məbləğ dəyişirmiş. Belə ki, ay ərzində hər bir gömrükdə 300-400 min manat, həmçinin 400-500 min dollar vəsait toplanırmış. Culfa gömrük məntəqəsində 3 il ərzində təqribən 12.5 milyon manat, Şahtaxtı gömrük məntəqəsində isə 1,2-1,4 milyon manat rüşvət yığılıb. Şahidlər vurğulayıb ki, komitədən onlara kompüterlərin hard-disklərinin dəyişdirilməsi tapşırılıb. 1 həftə ərzində 25-30 kompüterin hard-diski dəyişdirilib və onlar maddi təchizat şöbəsinin rəisinə verilib. Həmin yaddaş cihazları isə çilingər tərəfindən 4 yerə bölünərək məhv edilib.

Məhkəmə prosesi mayın 23-də davam etdiriləcək.

Qeyd edək ki, Rafael Əliyev və Mənsur Əsgərov 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən araşdırma tədbirləri nəticəsində cinayət məsuliyyətinə cəlb ediliblər.
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi
18 Noyabr 2024 Yeni inşa olunan yerüstü keçidi aşdı - Yol bağlandı - FOTO
18 Noyabr 2024 Məktəblərin sinifləri, zalı və ya həyəti icarəyə verilə bilərmi? - Valideynlər narazıdırlar
17 Noyabr 2024 Bu qurumun bütün üzvləri işdən çıxarıldı - ADLAR

Dünyapress TV

Xəbər lenti