Ardını oxu...
Publik informasiya sahiblərinin jurnalistlərin informasiya sorğularına cavab verməməsindən dəfələrlə Ombudsmana şikayət etmişik. Ombudsman adətən, bu sahədəki artıq oturuşmuş iş təcrübəsinə sadiq qalaraq cavablandırılmayan sorğunu yenidən əlaqəli quruma göndərir və cavablandırılmasını istəyir. Ombudsman cəmi bir dəfə, ötən ilin sonlarında jurnalist Şəmistan Həziyevin işində sorğuya cavab verməyən Hacıqabul İcra Hakimiyyəti barəsində inzibati xəta haqqında protokol (İnzibati Xətalar Məcəlləsi, maddə 374, "İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulması") tərtib etdi və baxılması üçün məhkəməyə göndərdi. Rayon məhkəməsi də bir bəhanə tapıb, İH əleyhinə olan icraata xitam qərarı verdi...

Gundeminfo.az xəbər verir ki, bu barədə vəki Xalid Ağalı bildirib. O qeyd edib ki, İcra hakimiyyətindın fərqli olaraq mobil operatorlara güzəşt edilməyib.

"Ombudsmanın ötən ilki hesabatını oxuyurdum, informasiya əldə etmək hüququnun təmin edilməsi sahəsində sənəddə yer alan məlumatları incələdim, axtarıb məhkəmə qərarlarını tapdım, qarşıma xeyli maraqlı protokollar, məhkəmə qərarları çıxdı. Biri haqqında sizə də danışım.

Deməli, bir xanım "İnformasiya əldə edilməsi" haqda qanuna istinad edərək, "Bakcell"ə informasiya sorğusu göndərib, xahiş edib ki, 055.... nömrəli telefon nömrəsinin M… M… oğlu M…-va məxsus olub-olmaması barədə ona məlumat versin. Bakcell istənilən bilginin fərdi olduğunu əsas göstərib və sorğuda istənilən bilgini təqdim etməkdən imtina edib. Sorğuçu xanım təkrar Bakcell-ə sorğu verib. Bu dəfə ona bildiriblər ki, soruşulan telefon nömrə, sorğuda göstərilən şəxsə məxsus deyil, buna görə nömrənin sahibi haqda məlumatı ona təqdim etməkdən imtina olunur.

Bu dəfə sorğuçu xanım Ombudsmana şikayət edib. Ombudsman da İXM-nin 374-cü maddəsinə söykənərək informasiya sahibi haqda protokol tərtib edib, baxılması üçün məhkəməyə göndərib.

Bakcell özünü öldürsə də Məhkəmə "İnformasiya əldə edilməsi haqda" qanunun 10-cu maddəsinə (İnformasiya sahibinin vəzifələri) əsaslanaraq qərar verib ki, "AR İXM-nin 374.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, MMC barəsində, qeyd edilən maddənin sanksiyasında aşağı həddə cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir". 1500 manat cərimə, məhkəmə dedi, vəssalam-şüttəmam!

Yaxşı ki, apelyasiya instansiyası bu qərarı dəyişib...

…Bu nümunə, məhkəmələr başda olmaqla, rəsmi qurumların informasiyalara çatım hüququnun, bu sahəni düzənləyən qanunvericiliyin mahiyyətinə nə qədər vaqif olması haqda parlaq yol göstərəndir.

"İnformasiya əldə edilməsi haqda" qanunun qəbulunun maraqlı tarixçəsi var - bu qanun Azərbaycanın Avropa Şurasına qəbul edilməsindən az sonra qəbul edilmişdi. O, zaman hökumət tələm-tələsik bir layihə hazırlamışdı, ancaq Media Hüququ İnstitutu daxil, media sahəsində çalışan əksər QHT-lər alternativ layihə qoymuşdular ortaya. O vaxtlar, Avropa Şurası-filanın xətir-hörməti də vardı. Nəticə belə oldu ki, hər iki layihə AŞ ekspertizasına təqdim edildi. AŞ da alternativ layihəyə "hə" dedi, parlamentimiz də həmin layihənin ora-burasına əl gəzdirib qəbul elədi. Sonrakı illərdə AŞ standarlarına uyğun olan həmin qanun xeyli qol-budaq edildi. Qanun, onun işləyişinə nəzarət etməli olan "İnformasiya ombudsmanı" təsisatının yaradılmasını nəzərdə tuturdu, həmin müddəalar da budananlardan oldu.

Yuxarıda haqqında danışdığım nümunə də göstərir ki, həmin müddəaların bərpasına, informasiya sahəsində ayrıca ombudsmana, tənzimləyiciyə ehtiyac var. Bu sahədə məlumatlı, bilikli, yol göstərə bilən tənzimləyiciyə".

 
 

Ardını oxu...

Bu gün Prezident İlham Əliyevin Füzuli şəhərində yerli sakinlərlə görüşü zamanı duyğulu anlar yaşanıb.

 

Prezident şəhid ailələri ilə görüşdə kövrəlib. O, şəhidlərin qəhrəmanlığını xatırladıb, ailələrin övladlarını vətənpərvərlik ruhunda böyütməsinin vacibliyinə diqqət çəkib: "Əziz bacılar, qardaşlar, dostlar, bir daha təbrik edirəm. Bu gün həm sevincli, həm kədərli gündür. Qızımızın göz yaşları da təbii ki, heç vaxt dayanmayacaq. Bunu biz bilməliyik, 10 il keçsə də, 20 il keçsə də. Hamımız göz yaşları tökmüşük və tökürük".

Qeyd edək ki, dövlət başçısının görüşdüyü şəhid ailələri arasında 19-20 sentyabr antiterror tədbirləri zamanı şəhid olan Ülvi Mikayılovun anası Günel Abbasova da olub.

Gundemx

Ardını oxu...
DİA.AZ: - "Bir zamanlar Salyan rayon icra hakimiyyətinin başçısıTahir Kərimov qızılgül ətirli xatirələri ilə gündəmə gələrək,gül qalmaqalı ilə yaddaşlarda qaldı.
indi də,Bakı Slavyan Universitetinin rektoru vəzifəsini müvəqqəti cra edən Anar Nağıyev də,maraqlı iş prinsipi və tələbə müəllim münasibətlərinin pozulması qalmaqalı ilə gündəmə gəlib". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Belə ki,Anar Nağıyev işlədiyi təhsil ocağında müəllim və tələbə münasibətlərini kobudcasına pozur.Tənəfüs zamanı tələbəlin dəhlizdə görsənməmələri barədə xüsusi göstəriş verib.Görəsən 3485 nəfər tələbəsi olan bu təhsil ocağında belə bir qanunun tətbiq olunması nə dərəcədə düzdü? Bu prezidentinmi sərəncamıdı,yoxsa nazirlər kabinetinin qərarıdı.Görünür ki,rəhbərlik tələbə kontingentindən o qədər pul alıb ki,tələbələrin üzünə baxmaqa utanır,yada nədənsə ehtiyat edir.Bu məsələyə müxtəlif formada yanaşmalar ola bilər.Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normativ hüquqi aktlar əsasında Universitetin nizamnaməsi təsdiq edilmişdir.Heç kim qanundan yüksəkdə dura bilməz.Hamı qanunun aliliyinə hörmət etməlidir.
Bir sözlə Universitetin daxili nizam intizam qaydaları,etik davranış normaları Anar Nağıyev tətəfindən kobudcasına pozulur.
Çoxları elə zənn edirdi ki,yeni təyin edilmiş Anar Nağıyev ciddi islahatlara imza atacaq və Universitetdə müsbətə doğru dəyişiliklər edəcək.lakin hazırda bunun tam əksinə işlər aparılır.Gözəl bir deyim var dəhşət oluruq biz,səf düşəndə yerimiz".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Çoxlarının istifadə etdiyi “Ayıq sürücü” xidmətindən son dövrlərdə şikayətlərin ardı-arası kəsilmir. Sosial şəbəkələrdə sürücülük vəsiqəsi olmayan, sürücülük hüququ məhdudlaşdırılan və ya daha dəhşətlisi sərxoş halda gələn “ayıq sürücü”lər olur. Bütün bu şikayətlərə rəğmən məsələni nəzarətə götürən isə yoxdur.

Vətəndaşlar deyirlər ki, “ayıq sürücü” xidmət növü olaraq bəyənilir və yol-nəqliyyat hadisələrinin baş verməsinin nisbətən azalmasına səbəb olur. Amma bir çox mövzular kimi bu xidmət də ilk yarananda normal fəaliyyət göstərsə də, bu gün vəziyyət bərbaddır.

Bu gün dünyanın bir çox ölkələrində ayıq sürücü xidməti var. Amma bu qədər şikayət var, ya yox, o müəmmalıdır…

Sosial şəbəkələrdə paylaşımlarda qeyd edilir ki, sürücülərin hansı meyarlarla işə götürüldüyü bəlli deyil:

“Müştəriyə yaxınlaşan sürücü özünü təqdim eləmir, gəldiyi şirkətin vəsiqəsini göstərmir. Hətta elə sürücülər var ki, sabah həmin nömrəni yığanda zəng belə çatmır.

Bəzən şirkətə zəng edib ayıq sürücü çağırırsan, şirkət öz işçisini göndərir, amma onun işi çıxdığı üçün sifariş yerinə dostunu göndərir.

Bəs vətəndaşın təhlükəsiz şəkildə ünvan başına çatmasına kim zəmanət verir? Yolda sürücü səhlənkarlığı səbəbindən baş verəcək bədbəxt hadisə zamanı kim məsuliyyət daşıyacaq?

Hər kəs ayıq sürücü kimi işə götürülə bilər? Bu işə cəlb edilənlərdən niyə sağlamlıq kağızı, sürücülük təcrübəsi tələb edilmir?

Bu da xidmət bazarında şirkətlərin sayı artsa da keyfiyyət səviyyəsi düşüb.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etsək də, bildirildi ki, bu xidmət sektorunda çalışanlara nəzarət yalnız şəxslərin sükan arxasında olduğu, yəni yol hərəkəti qaydalarını pozduqları zaman başlayır.

Nəqliyyat üzrə ekspert Yasin Mustafayev mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, əhali arasında “ayıq sürücü” xidməti ilə bağlı ona da dəfələrlə sual ünvanlayıblar:

“İnsanlar bu xidməti başa düşmürlər. Məndən soruşurlar ki, bu necə xidmətdir, təhlükəsizlik necə tənzimlənir, hər hansı hadisə baş verərsə, məsuliyyəti kim daşıyır? Ölkədə belə bir sistem formalaşsa da, hazırda heç bir hüquqi əsası yoxdur. Əslində taksi fəaliyyəti kimi bu da ayrı bir xidmət sahəsi olmalıdır. Xidmətdə isə təhlükəsizlik qaydaları, işləmə mexanizmi və s. tərtib edilməlidir. Bu mənada “ayıq sürücü” xidməti göstərən şəxslər üçün məzkəzləşmiş qaydada fəaliyyət mexanizmi hazırlanmalıdır. Belə olanda bu xidmətə də dövlət nəzarəti olacaq. Çünki hazırda bu xidməti göstərən şəxslər arasında sürücülük vəsiqəsi olmayan, sükan arxasında müəyyən müddət təcrübəsi bilinməyən insanlar var. Yaxud da insanlar sağlamlıq cəhətdən bu xidmət sektorunda çalışa bilərlər, ya yox - bunlar araşdırılmalıdır”.

Y.Mustafayev onu da əlavə edib ki, çox vaxt ayıq sürücü ilə bağlı iş elanları tələbələrə ünvanlanır:

“Rast gəldiyimiz elanların böyük əksəriyyətində tələbələrin bu işə cəlb edildiyini görürük. Çünki məvacib aşağıdır, tələbə üçün isə əlavə gəlirdir. Eləcə də “ayıq sürücü” xidmətinə daha çox günün axşam saatlarında ehtiyac duyulduğundan bu saatlarda tələbələr boş olurlar.
Amma onların şəhəri nə dərəcədə tanıması, sürücülük vərdişlərinin, təcrübələrinin olub-olmaması isə tam ayrı və araşdırılması gərəkən mövzudur. Ümumiyyətlə, tövsiyə edərdim ki, daha yaxşı olardı ki, insanlar sükan arxasında olarkən içki içməsinlər. İçki aludəçiliyi yaxşı hal deyil. “Ayıq sürücü” çağırmaqla yollarda qanun pozuntusu və cərimə hallarından yayınmaq olur. Amma içkili insanların sağlam düşünə bilməməsi səbəbindən evdə, getdikləri yerdə, ailədə söz-söhbət və digər problemlərin yaranma riski hər zaman qalır. Bir sözlə “ayıq sürücü” xidmətinə dövlət tərəfindən nəzarət olunmalı, işləmə mexanizmi tərtib edilməlidir. Bu, çox vacib məsələlərdən biridir”.

Məsələnin təfərrüatını elə birinci ağızdan eşitmək üçün internet üzərindən paytaxtda ayıq sürücü xidməti göstərdiyini elan edən şirkətlərdən biri ilə əlaqə saxladıq.


“Bizim müştərilərimiz gədə-güdələr deyil. Müştərilərə ancaq bəy, müəllim deyə xitab etməlisiniz”

Telefona cavab verən operatora ayıq sürücü xidmətində işə düzəlmək istədiyimizi dedik. İşin təfərrüatını danışmaq üçün - “hara yaxınlaşa bilərik?” - deyə soruşanda aldığımız ilk cavab bizi təəccübləndirməyə bəs etdi:

“Biz hazırda ofisdən işləmirik. İşləri elə ev şəraitindən idarə edirik”.

Daha sonra operator bizim "mexaniki ötürmələr qutusu ilə təchiz edilmiş nəqliyyat vasitələrini rahat idarə edə" bilməyimizlə maraqlandı. Biz motosiklet və yük maşınları istisna olmaqla, digər nəqliyyat vasitələrini idarə edə bildiyimizi qeyd etdik.

Sağlamlıq haqqında arayış lazım deyil!

Ayıq sürücü şirkətinin operatoru şəhəri naviqasiya proqramları olmadan yaxşı tanıyıb-tanımadığımızı soruşdu:

“Biz naviqasiya proqramları ilə çalışmırıq. Sürücü gərək şəhəri çox yaxşı tanısın. Bizim müştərilərimiz gədə-güdələr deyil, hamısı səviyyəli insanlardır. Onlara bəy, müəllim deyə xitab etməlisiniz. Bir neçə müştərimiz var ki, onların öz istəkləridir ki, adları ilə müraciət edilsin. Bu nüanslara diqqət edə bilərsinizsə, sizi işə götürə bilərik”.

İş prosesini daha da aydın başa düşmək üçün dediklərinə razılıq verdik. Söhbət məvacibə və əmək müqaviləsinə gələndə operator deyir ki, heç bir müqavilə yoxdur. Şirkət sifarişlərin qiymətini sürücü ilə 50/50-yə bölür:

“Heç bir sənədə, sağlamlıq haqqında arayışa da ehtiyac yoxdur. Sadəcə şəxsiyyət və sürücülük vəsiqələrinin hər iki üzünün fotosunu çəkib verəcəyim nömrəyə göndərin. Bizdə şəhəriçi sifarişlərin minimum qiyməti 10 manatdan, Bakının kəndlərindən, paytaxt ətrafı qəsəbələr üçün isə sifarişin minimum qiyməti 20 manatdan başlayır. Məsələn, 10 manatlıq sifarişə getmisənsə, onun 5 manatı sənindir, 5 manatı şirkətin. Bəzən sürücülər ödənişi artıq verir, o da sürücünün özünə qalır. Biz gündəlik kim neçə sifarişə gedib hesablayırıq, yarı-yarıya faizimizi alırıq. Kiminsə kiməsə yaxınlaşmasına gərək yoxdur. Sürücülərə kart hesabı göndərilir. Günün sonunda onlara mesajla şirkət hesabına nə qədər pul göndərəcəkləri deyilir”.

Təəssüf ki, bu “şirkətlərin” nə adı-sanı, nə də kimə tabeçiliyi bilinir. Şirkət heç işə götürəcəyi şəxsdən sağlamlıq haqqında arayış belə tələb etmir. Əsas odur ki, qazandığın 10 manatın 5-ni vaxtı-vaxtında onlara verəsən.
 
Ardını oxu...
Qlobal iştiləşmə, iqlim dəyişmələri ən qızmar illərdən birini yaşamağımıza səbəb oldu. Əlbəttə ki, iqlim dəyişmələri planetimizi çox ciddi təhülkələrlə, çağırışlarla üz-üzə qoyur. Bu dəyişikliklər yer kürəsində həyat şəraitinə, o cümlədən, ekosistemə və ekologiyaya müxtəlif yollarla təsirlər göstərir, bir sıra bitki və heyvan növlərinin nəslinin kəsilməsinə gətirib çıxarır.

Bununla bağlı Trend-ə müsahibə verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, Ümumdünya Meteorologiya Təşkilatının rəsmi məlumatına əsasən, 2023-cü ilin iyul ayında bütün instrumental müşahidələrə görə qlobal orta temperatur ən yüksək səviyyədə olub.

"Bu, özünü ölkəmizdə necə göstərib? Nəzərə almalıyıq ki, bəzən mətbuatda yer alan qlobal göstəricilər haqqında məlumatlarla tanış olan insanlar onları birbaşa öz yaşadıqları əraziyə şamil edirlər. Bu, düzgün yanaşma deyil, çünki bu ümumi tendensiyanı göstərən ortalama bir rəqəmdir. Müxtəlif ölkələrdə göstəricilər bir-birindən xeyli fərqli ola bilər. Bu baxımdan, Azərbaycan ərazisində 2023-cü ilin yayında orta temperatur bəzi dövrlərdə iqlim normasından yüksək olsa da, rekord göstəricilərə çatmayıb. Məsələn, iyul ayının orta temperaturu ölkədə normadan cəmi 0,4-1,7 dərəcə yüksək olub. Düzdür, avqust ayı daha isti keçib və bu fərq 3-5 dərəcə intervalında olub. Eyni zamanda, digər hava-iqlim hadisəsi olan lokal leysan yağışları nəticəsində sel-daşqın hadisələri keçən ilin rekordunu 3 dəfə üstələyərək 147-yə çatıb.

İqlim dəyişmələri fəsadlarından danışanda, bəzən hətta yaxın ərazilərdə belə bir-birinə zidd olan anomal hadisələrin baş verdiyini qeyd etməliyik. Bu ilin misalında ölkəmizdə rekord daşqın hadisələri ilə yanaşı, bir çox çaylarda axının azalması, əsasən, aran ərazilərdə quraqlığın baş verməsinin şahidi olduq. İqlim dəyişmələrinin bəzən gözlənilməz və təzadlı tərəfləri budur.

Bir sözlə, iqlimin nisbətən "sabit" dövründən 30-40 il keçib. Ümumiyyətlə, iqlimşünaşlıqda müasir dəyişmələri qiymətləndirmək üçün müqayisələr iqlim norması kimi qəbul edilən 1961-1990-cı illər dövrü ilə aparılır.

Anomal hava-iqlim hadisələrinin həm sayının, həm də intensivliyinin artmasını hamımız müşahidə etməkdəyik və iqlim ssenarilərinə görə, bu, davam edəcək. Quraqlıq, sel-daşqın, isti hava dalğaları kimi hadisələrə, yəni baş vermiş və gözlənilən iqlim dəyişmələrinə uyğunlaşmaq vacibdir", - deyə N.Mahmudov vurğulayıb.

Qış üçün bu dəyişmələrin hansı təbii hadisələrin baş verməsinə gətirib çıxaracağı məsələnə toxunan N.Mahmudov vurğulayıb ki, monitorinq və elmi araşdırmaların nəticələrinə əsasən, Birləşmiş Millətlər Təşkilatının 66 ölkədən 234 alim üzvü olan İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspet Qrupu (IPCC) 2023-cü ildə Yer kürəsinin iqliminin son dərəcə sürətlə dəyişəcəyi qənaətinə gəlib.

"Onların fikrincə, yaranan tendensiyaların bəziləri artıq geridönülməzdir. Qlobal səviyyədə qış temperaturları da artmaqdadır. Lakin bu, qısamüddətli soyuq dalğaların gəlməsini də istisna etmir. Biz bilməliyik ki, ümumdünya iqlim mərkəzlərində hazırlanmış mövsümi proqnozlar, əsasən, ümumi orta göstəriciləri əks etdirir. Bu da konkret ərazidə konkret dövr üçün bir ay öncədən hər hansı proqnozu tərtib etməyə imkan vermir.

Bu səbəbdən uzunmüddətli proqnozlar ehtimal səciyyə daşıdığından qışda hansı hadisələrin baş verəcəyindən, tendensiyanın necə olacağından indidən danışmağımız düz olmazdı. Ümumilikdə son illər qış fəsli daha mülayim keçir. Şaxtalı və qarlı günlərin sayı daha az müşahidə olunur. Bunun müsbət və mənfi tərəfləri vardır. Qışın mülayim keçməsi qarlı günlərin azalmasına, nəticədə çayların sululuğuna təsir göstərir, zərərvericilərin artması ilə bitkiçiliyə mənfi təsir edir və s. Müsbət tərəfi odur ki, mülayim keçən qış aylarında istilik təhcizatı sahəsində tələbat nisbətən azalır.

Ümumiyyətlə, iqlim faktoru həyatımızın bütün sahələrinə təsir göstərir. Bu səbəbdən fəaliyyətimizi, həyatımızı iqlim dəyişmələrinin mənfi təsirlərini azaltmaq, müsbət tərəflərindən isə faydalanmaq yolu ilə davam etdirməliyik", - deyə o əlavə edib.
 
Ardını oxu...
"Şikayətim var... "Kristal Abşeron"un Xırdalanda yerləşən komendantlığından narazıyam" DİA.AZ bildirir ki, bu barədə "Şikayətim var" sosial qrupundakı paylaşımında Tural Abbasov adlı istifadəçi giley edir.

Narazı qalan vətəndaş daha sonra qeyd edib: "Şənbə-bazar demədən ərazidə tikintiyə icazə verirlər ki, bu da sakinlərin istirahətini, dincliyini pozmaqdadır. Şikayət bildirirsən, komendant atır günahı prorabın üstünə... Prorab da atır komendantln üstünə... Komendantla danışanda şikayət edirsən, deyir böyük-böyük danışma, ağıllı ol...

Qanunsuz kommunal borcuna görə vətəndaşın işığını kəsirlər... Azərişıq-a zəng edirsən, deyir bizlik deyil... komendantla danışın...

Heç bir kompleksdə belə qanunsuzluq yoxdur. Bunlardan kimə şikayət edəsən... kimə deyəsən... bilmirsən.

Dövlət qurumları niyə bunlarla maraqlanmır görəsən..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
Əgər bu sektor bu günə qoyuldusa, görün ölkədə nə qədər haqqı tapdanan var.

Bəli, səsimizi yazırlar, montaj edirlər, digər QHT-lərə və yuxarı instansiyalara göndərirlər. Ən iyrənc oyun səfər qrantları ilə bağlıdır. Kimlər qrant almamışdı, çoxlarına səfər qrantı verilərək, indi haqqı deyən, neqativ hallara, oyunlara qarşı olanlara, yəni bizlərə qarşı qaldırırlar.

Artıq cücərtiləri var. O qədər naşıdılar ki, sifariş verilən yazıya, sevincək olub layk da qoyurlar.

Dəyərli dostlarımız, biz, bir qrup QHT Agentlikdəki rəhbərlərlə nə düşmənik, nə də qərəzimiz var! Sadəcə Vətəndaş Cəmiyyətini öz cib maraqlarına görə məhv etmək istəyənlərə yerlərini göstəririk. Sizlər, kiminsə troluna çevrilməyin! Haqq nazirlər, üzülməz, bir gün QHT- ləri bir- birinə düşmən etmək istəyənlər öz layiqli cəzalarını alacaqlar.

Xəbərimiz var, şişirdilmiş faktlar, çamur, atmaq kimi oyunlar gedir. Bunu da cənab Prezidentə təqdim etmək istəyirlər.Belə oyunların cavabını Prezidentimiz gözəl verdi ki, bir çox hallarda köməkçilərim də məni aldadırlar.

Lakin mən faktları bir neçə mənbədən alıram. Haqq işimizdə Tanrı bizə yar olsun! Allah cənab Prezidenti qorusun!!!

QHT sədri Mətanət Əsgərqızı
 
Ardını oxu...
Bu gün Xocalının Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri Vaqif Xaçatryanın məhkəmədə ağlamasını görəndə qulağımıza 31 il əvvəldən bir səs gəldi: Üzünü qaldır, qaldır üzünü… Bu, Vaqif Xaçatryanın da iştirakı ilə törədilən faciəni lentə alan Milli Qəhrəman Çingiz Mustafayevin səsi idi.

Tribunainfo.az xəbər verir ki, bunun eynisini məhkəmədə başını aşağı salaraq timsah göz yaşları tökən Xaçatryan da eşitdi. Amma Çingizin yox, hakimin dilindən:

– Üzünü qaldır, qaldır üzünü…

Bu, dejavü deyil, tarixi ədalətin bərpasıdır!

 
Ardını oxu...
Bakı Konqres Mərkəzində tarixi görüş – Celal Şengör və İlber Ortaylı “Dünyada mövcud beyin köçü” master-klassı ilə qarşınızda olacaq.

Tribunainfo.az xəbər verirki,tədbir zamanı 4 modul üzərində danışıqlar olacaq:

1. Dünyada mövcud Beyin köçü
2. Dünyada mövcud 270 münaqişə ocağı (250-si Yaxın Şərqdə olmaqla)
3. Nizamlanan Yaxın Şərq və Böyük Yaxın Şərq Layihəsi
4. Texnologiyanın inkişafı və bu inkişafın gələcək nəslə təsiri

✅Bütün iştirakçılara tədbir təşkilatçısı tərəfindən iştirak ilə bağlı referansı təqdim ediləcəkdir.

Biletləri Ticket.az və ya şəhərin kassalarından əldə edə bilərsınız.

Biletləri əldə etməyə tələsin!

Ardını oxu...
2012-ci ildə Everest zirvəsinin 300 metrliyində olan 24 yaşlı israilli alpinist Nadav Ben-Yehuda yaralanan türk alpinistini xilas etmək üçün planetin ən yüksək zirvəsini fəth etmək arzusundan əl çəkmişdi.
Ben Yehuda baş verənləri belə təsvir etdi: “Mən iki təzə cəsədin yanından keçdim. Cəsədlər təzə idi, çünki onlar dırmaşdığım eyni kəndirlərdə olan insanların cəsədləri idi, öldüklərini və hərəkət etməyə güclərinin olmadığını anlayıb insanlar yan tərəfə sürünməmişdilər, lakin özlərini bağlayaraq komaya düşüb ölürdülər. Hərəkət etməyə davam edənlər onların üstündən keçirdilər.
Onu görəndə tanıdım. Aydın Irmak (Türkiyə) idi, onunla düşərgədə görüşmüşdük. O, huşunu itirmişdi, əlcəyi, oksigeni, krampları yox idi, dəbilqəsi açıq idi. Sonunu gözləyirdi. Digər alpinistlər barmaqlarını belə tərpətmədən onun yanından keçirdilər, amma mən bilirdim ki, yanından keçsəm, o, mütləq öləcək. Bilirdim ki, heç olmasa onu xilas etməyə çalışmalıydım.
Aydınla mən enməyə başladıq,bu 9 saat davam etdi. Ağır olduğu üçün onu daşımaq çox çətin idi. Zaman-zaman özünə gəlirdi, amma sonra yenidən özündən gedirdi. Özünə gələndə ağrıdan qışqırırdı və bu, enişimizi daha da çətinləşdirirdi. Çox yavaş-yavaş olsa da aşağı düşürdük, amma bir anda oksigen maskam sındı, az sonra Malayziyadan olan bir alpinistlə qarşılaşdıq, o da son ayaqlarında idi. Aydın oldu ki, daha irəli getmək tamamilə mümkün deyil. Qarşılaşdığım alpinistlərə qışqırdım və iki yaralı üçün bir az oksigen tələb etdim, bəziləri cavab verdi ... "
Onlar düşərgəyə çatdılar, helikopterlə Katmanduya təxliyə edilib və xəstəxanaya yerləşdirildilər. Hər kəs donmuşdu, Nadav Ben-Yehudanın xilasetmə əməliyyatı zamanı əlcəklərini çıxarmaq məcburiyyətində qaldığı üçün barmaqları şiddətli donmuşdu.
“Mən bir seçim qarşısında qaldım - Everesti fəth edən ən gənc israilli olmaq, bu mənim karyeram üçün əla olardı və ya alpinisti dağdan endirməyə çalışmaq - ikinci variantı seçdim və bunu bacardım... Hazırlığımda mənə kömək edən və öyrədən, özümə dağdan enmək və köməyə ehtiyacı olanı endirib xilas etmək üçün mənə kifayət qədər güc verən hər kəsə təşəkkür edirəm ."

Dünyapress TV

Xəbər lenti