Ardını oxu...
2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirləri sayəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Artıq Qarabağ tamamailə azaddır.

Qarabağda yerləşən ərazilərimizin İcra hakimiyyətləri indiyə kimi Bakı və başqa rayonlarımızda yerləşib. Çünki bu torpaqlar işğal altındaydı. İndi isə belə bir problem yoxdur. İşğaldan azad olunmuş ərazilərin İcra hakimiyyətlərinin geri qayıtmasının planlaşdırılıb-planlaşdırılmadığı maraq doğurur. Eyni zamanda, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Prezidentin Xüsusi nümayəndəlikləri fəaliyyət göstərir.

İcra hakimiyyətlərinin işğaldan azad olunmuş ərazilərə qaytarılması planlaşdırılırmı? Xüsusi Nümayəndəliklə, İcra hakimiyyətləri paralellik təşkil edirmi? DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bildirib ki, işğaldan azad olunmuş ərazilərin İcra hakimiyyətlərinin bu gün Bakıda və digər ərazilərdə yerləşməsi hələ ki daha məqsədəuyğundur:

“Sözsüz ki, ərazilərdə insanların yaşaması üçün təhlükəsizliyin təmin olunması vacibdir. Bu gün həmin yerlərdə minaların partlaması, insanların məhv olması müşahidə olunur. Bu səbəbdən hələ ki icra orqanlarının Bakıda, eləcə də digər rayonlarda yerləşməsi məqsədəuyğun sayılır. Prezident İlham Əliyev Füzuli rayonunda olarkən bir daha qeyd etdi ki, bütün ərazilər abadlaşacaq. İnsanlar öz ata-baba yurdlarına qayıdacaqlar. Müəyyən proqramlar var. Sözsüz ki, 2026-cı ilə qədər işğaldan azad olunmuş ərazilərə insanlar mərhələli şəkildə qayıdacaqlar. Əgər insanlar həmin yerlərə qayıtmırlarsa, icra orqanlarının da həmin ərazilərdə fəaliyyət göstərməsi mümkün deyil. Çünki hələ rayonların əhalisinin 15-20 faizi qaytarılıb. Qalanları ayrı-ayrı rayonlardadır. İcra başçıları da həmin rayonlarla əlaqə saxlayır və insanların qayğıları, tələbləri ilə əlaqədar öz işlərini həyata keçirə bilirlər. Hesab edirəm ki, həmin rayonların sakinlərinin 50 faizindən çoxu qayıtdıqdan sonra müvafiq orqanlar da ora köçürülə bilər”.

Tahir Rzayev qeyd edib ki, İcra hakimiyyətləri ilə Prezidentin Xüsusi Nümayəndəliyi arasında paralellik yoxdur:

“İşğaldan azad olunmuş ərazilərdə Prezidentin xüsusi nümayəndələri vətəndaşların tələb və arzuları ilə yox, yenidənqurma, bərpa işləri ilə məşğul olur. İcra Hakimiyyəti orqanları bu gün sırf vətəndaşlarla işləyir. İnsanların təklif və arzularını həyata keçirir və digər tədbirləri görürlər. Füzulidə də Prezidentin yanında xüsusi nümayəndə vardı. İcra başçıları tədbirlərə dəvət olunmurlar. Yerlərdə işlərin görülməsi bilavasitə o nümayəndələrdən tələb olunur”.

Milli Məclisin Regional məsələlər komitəsinin digər bir üzvü Kamran Bayramov vurğulayıb ki, Prezidentin Xüsusi Nümayəndəliyi ilə İcra hakimiyyətlərinin iş sahəsi fərqlidir:

“Bu gün işğaldan azad olunmuş ərazilərdə Prezidentin Xüsusi nümayəndəlikləri fəaliyyət göstərir. Xüsusi nümayəndəliklər və onların aparatları bərpa-quruculuq, yenidənqurma işləri ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər. Eyni zamanda həmin ərazilərdə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların fəaliyyətini əlaqələndirirlər. Azərbaycanın istənilən inzibati ərazi vahidində olduğu kimi, işğaldan azad olunmuş rayonlarda da İcra hakimiyyətləri əslində fəaliyyət göstərməlidir. Ancaq işğaldan azad olunmuş ərazilərdə "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində bizim soydaşlarımız hissə-hissə həmin ərazilərə qayıdır. Həmin rayonların tam bərpası, yenidənqurulması başa çatmasından, soydaşlarımızın öz yurdlarına tam qayıdışından sonra biz İcra hakimiyyətlərinin orada fəaliyyət göstərməsindən danışa bilərik. Xüsusi nümayəndəliklər ərazi üzrə, yerli İcra hakimiyyətləri əhali üzrə fəaliyət göstərən qurumlar hesab olunur”.

K.Bayramov bu sahədə islahatların da keçirilə biləcəyini istisna etmir:

“Biz mətbuatı izləyirik. İcra hakimiyyətlərinin ləğv olunacağı, statusunun dəyişəcəyi ilə bağlı müxtəlif fərziyələr və rəylər təqdim olunur. Bu baxımdan indiki mərhələdə işğaldan azad olunmuş ərazilərdə İcra hakimiyyətinin fəaliyyətindən danışa bilmərik. Orada əhali yoxdur. Çünki tam qayıdış başa çatmayıb. Orada abadlıq-quruculuq, yenidənqurma işləri getdiyi və ərazilər minadan tam təmizlənmədiyi üçün orada yerli icra orqanlarının fəaliyyətə başlaması məntiqə uyğun gəlmir. Həm də buna zərurət yoxdur. Düşünürəm ki, gələcəkdə soydaşlarımızın doğma yerlərinin hamısının qayıdışı təmin olunduqdan sonra yerli İcra hakimiyyətlərinin fəaliyyətindən danışa bilərik”.
 
Ardını oxu...
DİA.AZ xəbər verir ki, Bakı şəhər sakini Allahverdiyev Nağı Əli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi “Azəriqaz” İB-nin Baş direktoru Ruslan Əliyevdən narazılığını bildirir:

"Mən, Allahverdiyev Nağı Əli oğlu, yazaraq sizdən xahiş edirəm ki, mənim məktubumu işıqlandırasınız.

Ötən yazımda da haqsızlığa uğradığımı nəzərinizə çatdırmışdım.

Sizin sayt vasitəsilə “Azəriqaz” İB-nin Baş direktoru Ruslan Əliyevə bildirirəm ki, hələ heç nə bitməyib, qabaqda bizi gözləyən məhkəmə prosesləri var.

Cənab Ruslan Əliyev məni "Facebook" hesabınızdan blok etsəniz də, bir yolunu tapıb sizi izləyirəm. Buradan sizə bildirirəm ki, etdiyiniz haqsızlıqların cavabını məhkəmədə verəcəksiniz.

Əhaliyə qeyri-qanuni yazdırdığınız cərimələr, şişirdilmiş məbləğlər, hətta ölkə başçısını belə aldatmağınız gec-tez üzə çıxacaq.

Başınız yeyintiyə qarışdığından, Əmək Məcəlləsindəki maddələri də unutmusunuz. Bildiyiniz bir tək maddə var - 74-ün c bəndi, bütün işçiləri bu maddə ilə çıxarırsız. Arada vaxt edin 16,79-cu maddələrə də nəzər yetirin, Azərbaycan Respublikasının Əlillik haqqında qanunlarına baxın. Belə fikirləşirəm ki, siz BMT-nin üzvü olduğumuzu unutmusuz.

Cənab Prezidentimizin 2 oktyabr 2008-ci ildə imzaladığı fərmana baxın, bəlkə qanunları, fərmanları oxumaqla irəli gedə biləsiniz. Qanunlar dəyişib, artıq əlillərdə əmək qabiliyyəti yoxdur, deyə bir qanun yoxdur. Əlillər də işləyə bilərlər.

Bütün sənədlərimi məhkəməyə vermişəm, adil, qanuna tabe hakimlər tərəfindən bu işin ədalətli araşdırılıacağı, haqqın yerini tapacağına əminəm".

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Bakıda Sahil bağında ağacı yandırmaq istədilər- VİDEO
296

Bakıda parkda ağacı yandırmaq istəyiblər.
Bakupost.az xəbər verir ki, bu haqda görüntülər sosial şəbəkələrdə yayımlanıb.
Belə ki, hadisə paytaxtın Üzeyir Hacıbəyov küçəsində yerləşən Sahil bağı ərazisində baş verib.
Ətrafda olan sakinlər yandırılan ağacı söndürüblər.
Həmin görüntüləri təqdim edirik:
https://web.telegram.org/a/#-1001313574667
 
Ardını oxu...
Cəlilabad rayon sakini Çingiz Təhməzov bildirir ki, o birinci Qarabağ müharibəsində, övladı isə 44 günlük Vətən Savaşında iştirak edib. DİA.AZ bildirir ki, narazı vətəndaş müharibədə kllə-beyin travması almış övladına hansısa köməkliyin edilməməsindən giley edir.

O, Prezidentin köməkçisi Kərəm Həsənovun bu gün Cəlilabadı inhisarında saxladığını və bütün özbaşınalıqların da məhz ondan qaynaqlandığını məhz ondan qaynaqlandığını iddia edir. DİA.AZ narazı vətəndaşın giileyini təqdim edir:

"Mən Kərəm Həsənovun kəbinli arvadı deyiləm ki, mənim sosial şəbəkələrə çıxışıma qadağa qoysun..."

Daha ətraflı aşağıdakı videoda:

 
Ardını oxu...
Uşaqlara qarşı cinsi istismara görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcək.

Bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Komitə sədri Bəxtiyar Əliyev təklif edilən dəyişikliklərin uyğunlaşdırma xarakterli olduğunu söyləyib. O, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasının ratifikasiyası ilə bağlı Cinayət Məcəlləsinə müvafiq dəyişikliklərin edildiyini bildirib.

Buna uyğun olaraq, sənədə daxil olan “Ümumi təhsil haqqında” qanunun 27.2.5-ci maddəsində “və ya” sözlərindən sonra “cinsi” sözü əlavə edilir. Düzəlişə əsasən, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.
Ardını oxu...
“Armenian Weekly” saytında “We’re dead, and there’s no one to bury us” (Biz ölmüşük, bizi basdımağa kimsə tapılmır) adlı məqalə Qarabağ ermənilərinin Ermənistana kütləvi köçündən bəhs edir.
Azərbaycan oxucusu üçün maraqlı ola biləcək bəzi məqamları təqdim edirəm.
“Patriot” ermənilər Qarabağ ermənilərinin “qanını içir”.
Belə ki, on minlərlə Qarabağ ermənisinin Ermənistana qəfil axını ölkədə kirayə evlərin qiymətini kəskin şəkildə qaldırıb. Müəllif bununla bağlı yazır: “Ermənilərin “artsax”dan gəlişindən sonra ev sahibləri mənzillərin qiymətini iki-üç dəfə artırdılar. Torozyan deyir ki, əvvəllər aylıq kirayəsi 40 min dram, təxminən 100 dollar olan evin qiyməti indi 90 min drama yüksəlib, demək olar ki, 225 dollardır. 12 nəfərdən ibarət olan Sirun ailəsi Hariç kəndində ayda 350.000 dram, təxminən 871 ABŞ dolları qarşılığında kirayə evdə qalır”...
Təsəvvür edə bilirsinizmi, Ermənistanın hansısa kəndində 12 nəfərin qalması üçün kirayə verilən mənzilə görə 871 dollar tələb olunur. İndi görün paytaxt daxil olmaqla digər iri şəhərlərdə kirayə evlərin qiyməti neçəyə ola bilər. “Patriot” ermənilər evsiz-eşiksiz qalmış soydaşlarının hesabına varlanmağa çalışırlar...
Tiqran niyə Mayk oldu?
Lillian Avedian yazır: “Bu ailə ilə hücumdan üç həftə sonra Ermənistanda tanış oldum. Mayk və onun iki bacısı “artsax”a hücumdan sonra qorxudan danışa bilmirmiş. İndi onlar yenidən danışmağa başlayıb. "Hər kəs ona Mayk adını qoyduğuma təəccübləndi", Sirun mənə deyir. “Dedilər ki, mən ona erməni şahlarından biri olan Tiqran kimi erməni adı qoymalıydım. Sanki ürəyimə damıbmış ki, “artsax”ı tərk edib xaricə gedəcəyəm”.
Yəni bu məqam özülüyündə çox şeydən xəbər verir. Qarabağdakı separatçı ermənilər hələ antiterror əməliyyatından çox-çox əvvəl xaricə daşınmaq haqqında düşünürmüşlər. Ona görə də uşağa erməni adı yox, məhz Qərbdə xüsusi ilə populyar olan Mayk adı veriblər...
“Biz geridə bir ermənini qoyacağıq, qoyacağıq ki, muzey eksponatı kimi qalsın”
Sirun azərbaycanlıların “artsax”a son hücumuna fərqli yanaşır. O, bunu etnik təmizləmə adlandırır. “Onların məqsədi etnik təmizləmə idi. Təlat Paşa hələ o vaxt demişdi ki, biz geridə bir ermənini qoyacağıq, qoyacağıq ki, muzey eksponatı kimi qalsın” – deyən Sirun Osmanlı liderini və 1915-ci ildə başlayan erməni “soyqırımı”nın memarlarından birinin fikrinə istinad edir”...
Yazının davamını aşağıdakı linklərdən oxuya bilərsiz...
Elbeyi Hesenli
Teref.az
 
Ardını oxu...
Sumqayıtda tibb ocaqlarının birinin eyvanı çöküb.

Teref.az xəbər verir ki, hadisə 2 nömrəli (ASM) Ailə Sağlamlıq Mərkəzində baş verib.

Bildirilib ki, xəstəxanaya müayinə üçün gələn vətəndaşlardan biri son anda dağıntı altında qalmaqdan xilas ola bilib./news24.az
 

Ardını oxu...
DİA.AZ-ın məlumatına görə, 44 günlük Vətən müharibəsi qazisi R.Hüseynov "Təzadlar"a yazır:

"...Dükana girmək üçün binamızın qarşısında 5-10 dəqiqəliyə maşını saxlayan kimi bir AYNA əməkdaşı yaxınlaşır: "Ödəniş etdinizmi?" Deyirəm ki, yox. Əvvəla, binamızın 100 metrliyidir... 2- si, lövhənizdə yazmısınız ki, 10-15-20 dəqiqə pulsuzdur. Üçüncüsü və on üçüncüsü...

Camaat torpaq uğrunda müharibəyə gedəndə AYNA onlara hər qarış torpaq uğrunda necə döyüşməyi və şəhid olmağı deməmişdi, indi həmin torpağı Bakıda bizlərə qarış- qarış satışa çıxarıb... Parlament dairəsindən bura gələnədək düz 1 saat tıxacda qalıb 4 litr artıq benzin yandırmışam. Onu kompensasiya edib sonra "parkovka" pulu istəyin və s.

Ardını oxu...

Gəlirəm mətləbə: dostlar, bir dəstə fürsətcil düşüb ortalığa. insanlar o yana gedir- "QAİ" cərməsinin, bu yana gəlir- AYNA parkovkasının, evə çatır- qaz, işıq, su, zibil, bələdiyyə, "JEK" pulunun, işə gedir- icarə və bank kreditinin hədə və həyacanı ilə qarşılaşır. Bütün günü bu psixoloji gərginliklə adamların canını boğaza yığmaya son qoyulmalıdır! Müharibə başlayanda vətənpərvərlik, dövlət təəssübkeşliyi tələb edənlər indi insanları rahat buraxmalıdır!

AYNA- nın bu hoqqabazlığına ölkə Prezidenti səviyyəsində reaksiya verilməlidir. Həyət- bacaları xətləyib insanların canını boğaza yığmaqdadırlar... Tədbir görülməlidir!".

Bəli, sözün bitdiyi yer... İnsanları gərginlik altında saxlamağa heç bir əsas yoxdur, tədbir görülməlidir!
Ardını oxu...
Ölkənin avtomobil parkında vəziyyət ürəkaçan deyil. Nəqliyyat vasitələrinin əksəri köhnədir. Əhalinin sosial durumu avtomobil parkında yeni maşınların çəkisinin artmasına imkan vermir. Əksinə, köhnə avtomobillərin sayı dayanmadan artır.
Bizimyol.info xəbər verir ki, 2023-cü ilin ilk 9 ayı ərzində ölkəyə 72 mindən çox avtomobil gətirilib.

Ümumi say 1,7 milyonu keçib. Yəqin ki, yaxın illərdə 2 milyon həddi aşılacaq. Gətirilən avtomobillərin əksəri “ikinci əl” kateqoriyasına aiddir.

Hər il ölkəyə gətirilən avtomobillərin sayında artım müşahidə edilir. Son 15 ildə ölkədə nəqliyyat vasitələrinin sayı iki dəfə artıb. İlin sonuna qədər Azərbaycanda bütün dövrlərin rekordu qeydə alına bilər.

Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsinin məhdudlaşdırılması köhnə maşınların parkda payının azaldılmasına hesablanmışdı. Belə görünür ki, qərar lazımi effekt verməyib. İndi də ölkəyə yaşı 10 ilə çox yaxın olan xeyli avtomobil gətirilir.

Ölkədə yaşı 10 ildən artıq minik avtomobillərinin payı 80 faizdən çoxdur. Qərar bir sıra məqsədlər daşıyırdı. Ekoloji təmiz hibrid və elektrik avtomobillərin ölkəyə gətirilməsini stimullaşdırmaq, yararsız avtomobillərin dövriyyədən çıxarılması ilə avtomobil parkı yeniləmək, yol-nəqliyyat hadisələrinə səbəb olan halları azaltmaq nəzərdə tutulmuşdu. Bundan başqa, ekoloji təmiz avtomobillərin sayının artması karbon emissiyasının azalmasına və daha sağlam ətraf mühitin formalaşmasına səbəb olacağı güman edilirdi. Avtomobil istehsalının stimullaşdırılması da düşünülürdü.

Bəs nə baş verdi? Nə ölkənin avtomobil parkı yenilənir, nə yol-nəqliyyat hadisələrinin sayı azalır, nə də yerli istehsalın stimullaşdırılması müzakirə mövzusudur. Necə deyərlər, köhnə hamam, köhnə tas. Sadəcə, ölkədə köhnə avtomobillərin sayı artır. Tezliklə gətirilən bu maşınların da yaşı 10-u keçəcək. Əksəri Bakı qeydiyyatındadır deyə, paytaxt nəqliyyatı bir az da yüklənir. Əhalinin sosial vəziyyəti yaxşılaşmadığından, yeni avtomobillərə maraq da zəifdir. Yəni ümumi mənzərə dəyişmir. Halbuki ortaya konkret konsepsiya qoyulmalıdır. Avtomobil parkının yeni nəfəsə ehtiyacı var. İnfrastruktur da say artımına hazır olmalıdır.

Aytən, Bizimyol.info
 
 
 
Ardını oxu...
“Azercell Telecom” abunəçilərindən oğurluq etməyə davam edir.

Teref.az Tribunainfo.az-a istinadla ki, “Azercell” bu dəfə də Turab Rzayevin balansından oğurluq edib. Bu barədə o özü yazıb. Bildirib ki, bir günə 5 GB balansından yox olub:
Ardını oxu...
“Əziz və deyərsiz “Azercell”, bu oğurluğun da bir limiti yoxdur?!
Əvvəl hər 10-15 günə oğurluq edirdiniz. Sonra 1 həftəyə endi. İndi də 1 günə enib? Mənim daimi WiFi çıxışım ola-ola 1 günə necə 5 GB yox ola bilər? Oğurluğun də bir həddi olmalıdır da”.
 
 

 


Dünyapress TV

Xəbər lenti