Ardını oxu...
"Səhər avtobusla işə gəlirəm. Bir kişi avtobusa minib, əlindəki balaca əl çantasını qabaqda oturcaqların arasına qoyub, keçib arxa tərəfdə əyləşdi. Ərinmədim, çantanı götürüb, yaxınlaşdım.
- Sizindi?
- Hə.
- Zəhmət olmasa, özünüzdə saxlayın, balaca şeydi.
- Yeməyimdi, işə gedirəm.
- Olsun, qardaş, ancaq özünüzdə saxlayın.

Sağ olsun, sözümü yerə salmadı.

Kimlərisə qorxutmaq, əhali arasında panika yaratmaq fikrində deyiləm. Ancaq bir-birinin ardınca qazandığımız uğurları düşmənlərimizin beləcə rahat şəkildə həzm edəyəcəyinə inanmıram. Siyasətdə, diplomatiyada, hərb meydanında rəzilcəsinə məğlub olan bu çaqqal sürüsünün, fahişə yığnağının taktikanı dəyişəcəyinə adım kimi əminəm. Dəyişilən taktika nə ola bilər? Terror!

İctimai nəqliyyatda, insanların gur olduğu yerlərdə, qapalı məkanlarda gözümüz dörd olmalıdır. Hər şübhəli məqam, detal, şəxs barədə hüquq-mühafizə orqanlarına xəbər vermək lazımdır. Şükür olsun Tanrıya, Azərbaycanımızın, Dövlətimizin, Xalqımızın yarıdı, ancaq yenə də bunların illərdən bəri törətdikləri cinayətləri xatırlasaq, hansı düşmənlə üz-üzə durduğumuzu unutmamalıyıq!".

Bu fikirləri jurnalist İlham Tumas feysbuk səhifəsində paylaşıb. Həmkarımız bu günlərdə insanların daha ehtiyatlı və ətrafa qarşı diqqətli olmalı olduğunu qeyd edib.

TEREF.AZ-ın məlumatına görə, jurnalistin fikirlərini "Sherg.az"a şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza bildirib ki, terror aktı Ermənistan tərəfindən hər an gözlənilən hadisədir:

"İstənilən bir vəziyyətdə bunu edə bilərlər. Buna qarşı dövlətimiz tərəfindən lazımi tədbirlər görülüb. Belə halların qarşısının alınması üçün güc strukturu tərəfindən agentura şəbəkəmiz çox operativ işləyir. Ona görə də heç bir narahatlığa gərək yoxdur. Təbii ki, ehtiyatı əldən verməmək lazımdır. İnsanlar çox olan yerlərdə diqqətli olmalıyıq. Çünki hər an hər şey ola bilər. Sabit və sülh şəraitində yaşamağmıza baxmayaraq, terrordan heç kəs sığortalanmayıb".
Ardını oxu...
Bakının Sabunçu rayonunda ailə məişət zəminində bıçaqlanma olub.

APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.

Belə ki, 1986-ci il təvəllüdlü Təranə Gülverdi qızı Tapdıqova həyat yoldaşı ilə dava edib.

Dava zamanı T.Tapdıqova bıçaqlanıb.
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları faktla bağlı araşdırma aparırlar.
Ardını oxu...
Vasif Talıbovun istefasından sonra onun səlahiyyətləri avtomatik olaraq sədrin birinci müavini olan Azər Zeynalova keçdi. Digər müavin yeri isə uzun müddət boş idi. Azər Zeynalovun post-Talıbov dönəmində postunda qala bilməsi, hətta vəzifələrə təyinatların da onun tərəfindən imzalanması, bu personanın sanki reabilitasiya olunduğu təəssüratını yaradırdı.
Ardını oxu...
Sual olunurdu: Vasif Talıbov dönəmində “boz kardinal” rolunu oynayan bu şəxs adını islahatçı qoyan yeni komandaya necə isnişə bilib? Ancaq ən maraqlı hal Prezident İlham Əliyevlə Ərdoğanın Naxçıvanda keçirilən görüşü zamanı yarandı. Azər Zeynalov ali səlahiyyətli şəxs olsa da, rəsmi protokola onun yox, vəzifə ierarxiyasında ondan aşağı pillədə olan Ali Məclisin müavini Anar İbrahimovun adı salınmışdı. Prezidentlərin Naxçıvan görüşü zamanı Azər Zeynalov ümumiyyətlə gözə dəyməyib.
Əldə etdiyimiz məlumata görə, Azər Zeynalovu tam bitirən səbəblərdən biri də onun keçirilən lokal anti-terror tədbirlərindən sonra ölkə başçısına ünvanladığı təbrikin mətnində səlahiyyət həddini aşması olub.
Həmin təbrik Naxçıvan Ali Məclisinin rəsmi orqanı olan “Şərq qapısı” qəzetində dərc edilib. Maraqlıdır ki, qəzet mətni məxsusi olaraq Azər Zeynalovun təbriki başlığı ilə dərc edib. Bu da haqlı narazlıq yaradıb: Azər Zeynalov kimdir ki, şəxs olaraq bütün naxçıvanlıların adından danışır? Bəlkə də, sözügedən təbrik Ali Məclisin adından ünvanlansaydı normal qarşılanardı.
Azər Zeynalovun həbs edilməsi ilə bağlı məlumatlar yayılsa da, rəsmi qurumlar bu xəbəri nə təsdiq, nə də təkzib edir. Bir faktı qeyd edək ki, Azər Zeynalovun millət vəkili kimi toxunulmazlığı var. Onu məsuliyyətə cəlb etmək üçün, əvvəlcə mandatı əlindən alınmalıdır. Hələ ki, bu hadisə baş verməyib.
Məhəmmədəli Qəribli
Azinforum.az
Ardını oxu...
Almatı şəhərinin Bostandık rayon məhkəməsində qeyri-adi məhkəmə prosesi gedir. Şəhər sakinlərindən biri Yevgeni Sartin keçmiş həyat yoldaşına qarşı məhkəmə iddiası qaldırıb. İddianın mövzusu Qrişka adlı tutuquşu olub. Yevgeni Sartin boşandıqdan sonra quşun onunla qalmasını tələb edir və iddia edir ki, Qrişka onun keçmiş arvadı ilə qalsa, quşun psixoloji vəziyyəti kəskin şəkildə pisləşəcək.

Yevgeni həmçinin dəymiş ziyana görə hazırkı məzənnə ilə təxminən 448 ABŞ dolları məbləğində kompensasiya tələb edir. Bu məbləğə tutuquşu və onun qəfəsinin alınmasına xərclənən pullar daxildir.

Təqsirləndirilən Yekaterina Sandler deyir ki, tutuquşu qızı Yevaya hədiyyə olaraq alındığı üçün Qrişkanı keçmiş ərinə vermək niyyətində deyil. Üstəlik, onların başqa bir tutuquşu var idi ki, onun ölümündən sonra Yeva çox narahat olub və onun əvəzinə bu tutuquşu alınıb.

"Bizim bir quşumuz var idi. Təəssüf ki, o öldü. Uşaq çox narahat olduğu üçün eyni quş tapmaq qərarına gəldik. Bizim əvvəlki tutuquşu danışırdı. Qızım və mən ona danışmağı öyrətmək üçün çox əziyyət çəkdik . O, çox söz bilirdi. Biz bütün şəhərdə yenisini axtardıq və tapdıq” - deyə, Yekaterina bildirib.

Keçmiş ərinin narahat olduğu iddia edilən Qrişkanın psixoloji vəziyyətinə gəldikdə, Yekaterinaya görə, quşun psixikasına mənfi təsir göstərən heç kim və ya heç bir şey yoxdur. Yekaterina və qızının yaşadığı mənzil tutuquşun otaqdan otağa keçməsini rahat etmək üçün təchiz olunub. Yekaterina deyir ki, quş qəfəsdə oturmağı sevmir və uzun müddət orada qaldıqda ucadan etiraz edir.

Lakin iddia ərizəsində Yekaterina keçmiş əri quşun psixoloji vəziyyətindən narahat olmaq üçün əsası olduğunu göstərib. O, iddia edir ki, cavabdehin evində ev heyvanı ilə heç bir əlaqəsi olmayan bir şəxs yaşayır və iddiaçı onun tutuquşuya necə münasibət göstərdiyini bilmir.

Yevvgeninin iddia ərizəsində Qrişkanın həyatındakı bu cür dəyişikliklərin tutuquşunun "danışmağı dayandırmasına, çox aqressivləşməsinə və dişləyə bilməsinə səbəb ola biləcəyi deyilib.
amerikaninsesi
Ardını oxu...
Oktyabrın 6-da Bakıda Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ilə İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş arasında görüş keçirilib.

Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.

Tərəflər bu gün Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında təməlqoyma mərasiminin keçirilməsi, müvafiq inşaat işlərinə başlanılması və inşa ediləcək yeni dəmiryolu xətti və körpülərinin planlarının müzakirəsi ilə bağlı məmnunluqlarını ifadə etdilər.

İki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş görüşdə Azərbaycanla İran arasında nəqliyyat və kommunikasiya, enerji və su ehtiyatlarından istifadə ilə bağlı ikitərəfli gündəlikdə duran aktual məsələlər müzakirə edildi.

Tərəflər regionun tranzit cəlbediciliyinin artırılmasının önəmini qeyd edərək, “Şimal-Cənub” dəhlizinin vacib komponenti olan Astaraçay üzərində inşa edilmiş körpünün yaxınlaşma yollarının tikintisi və sərhəd-gömrük infrastrukturunun yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyini vurğuladılar.

Eyni zamanda Astara yük terminalının tikintisinin tezliklə başa çatdırılması üçün dövlət qurumlarına müvafiq tapşırıqlar verildi. Görüşdə həmçinin “Xudafərin”, “Qız Qalası” və “Ordubad-Marazad” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi layihələrinin tezliklə yekunlaşdırılması məqsədilə işlərin sürətləndirilməsinin vacibliyi qeyd edildi.

Danışıqların yekunlarına görə iki ölkə arasında aşağıdakı sənədlər imzalandı:

- İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu xəttinin və dəmir yolu körpülərinin tikintisi haqqında Niyyət Protokolu;

- Azərbaycan-İran dövlət sərhədində Ağbənd (Azərbaycan Respublikası) - Kəlalə (İran İslam Respublikası) dövlət sərhədinin buraxılış məntəqələrində Araz çayı üzərində avtomobil sərhəd körpüsünün və piyada keçidinin tikintisinə dair Birgə İşçi Qrupun həmsədrlərinin görüşünün Protokolu.
Ardını oxu...
Həbs olunmuş separatçıların guya Azərbaycan istintaqına hansısa sensasion bilgilər verəcəyi ilə bağlı iddialar yalnız belə işlər haqda bilgisi, təcrübəsi olmayanlara inandırıcı görünə bilər.
Əvvəla ona görə ki, əgər hansısa azərbaycanlılar onların xüsusi xidmət orqanları ilə əməkdaşlıq edibsə, bunu əldəqayırma prezidentlər yox, separatçıların "xüsusi xidmət orqanlarının" rəhbərləri bilər.
Separatçıların "xüsusi xidmət orqanları" Ermənistan təhlükəsizlik xidmətinin tərkibində olub, amma həm də Rusiya xüsusi xidmət orqanlarının çətiri altında. Daha dəqiqi, hər ikisi adicə Rusiya agentura şəbəkəsi olub.
İkincisi, Rusiya xüsusi xidmət orqanları həm Azərbaycanın, həm də Ermənistanın bir-birinə qarşı kəşfiyyat əməliyyatları aparmaq təşəbbüsünün qarşısını daim almağa çalışıb ki, konflikti öz nəzarətində saxlaya bilsin.
Hətta belə hadisələr də olub ki, Azərbaycanın Ermənistanın bir-birinin daxilində olan agentlər haqda məlumat alan Moskva həmin məlumatları ötürərək hər iki tərəfdə olan casusları ifşa edib. Yenə də vəziyyəti öz nəzarətində saxlaya bilmək məqsədilə.
Üçüncü, Azərbaycanda, özəlliklə də orduda və hüquq-mühafizə orqanlarında yerləşdirilmiş Rusiya casus şəbəkəsidir və o da çoxdan ifşa olunub. Qalır onları cəzalandırmaq, bunu da hələlik etmək istəyinin olması görünmür.
Odur ki, separatçıların guya hansısa mühüm məlumatlar verə biləcəyi (bəzən hətta artıq verdikləri iddia olunur) nəinki yanlış, hətta hansısa niyyətlə ortaya atılmış iddia ola bilər. Təbii ki, yaxşı niyyətdən söhbət getmir.
Ərəstun Oruclu
Teref.az
Ardını oxu...
Kuzbasdakı maşınqayırma zavodunun sexlərinin birində yanmış, paltarsız yeniyetmə meyiti tapılıb.

Bu barədə yerli hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, hərəkətsiz vəziyyətdə olan məktəblini xilas etmək mümkün olmayıb.

Üzərində zorakılıq əlamətləri müəyyən olunmadığı, həmçinin yanında kabeli qırmaq üçün alətlər olduğundan 17 yaşlı yeniyetmənin müəssisədən əlvan metal məftilləri oğurlamaq istədiyi ehtimal edilir.

Faciənin görüntülərinin yayımlandığı videoda məktəblinin əynindəki bütün paltarın yandığı görünür.

Hadisə ilə bağlı istintaqa başlanılıb.
 
Ardını oxu...
Türkiyənin Qəhrəmanmaraş vilayətinin Onikişubat ilçəsində 4,3 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi məlumat yayıb.

Ölkənin daxili işlər naziri Əli Yerliqaya zəlzələ ilə bağlı hər hansı tələfat, yaxud dağıntının baş vermədiyini bildirib.
 

Dünyapress TV

Xəbər lenti