Baku TV-nin əməkdaşı aprelin 20-də Xətai rayonunda 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın tanışı 2003-cü il təvəllüdlü Səbuhi Qürbətov tərəfindən öldürüldüyü ərazidə olub.
Hadisə şahidinin sözlərinə görə, uşaqlarla həyətdə durarkən “kömək edin” qışqırıq səslərini eşidiblər:
“Baxdıq gördük ki, xanımın arxasınca bir oğlan qaçır. Oğlan qızı güdürmüş. Arxadan yaxınlaşıb, bıçaq zərbəsi endirib. Sevgili olublar. Sonra ayrılıblar. Oğlan qıza “barışmasan, öldürəcəyəm” deyib”.
Daha ətraflı süjetdə:
11:16
Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanılıb.
Bu barədə Oxu.Az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, aprelin 20-də saat 6-da Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 2003-cü il təvəllüdlü Səbuhi Qürbətovun Xətai rayonu, Xudu Məmmədov küçəsi ərazisində tanışı Elnarə Cabbarovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Səbuhi Qürbətov saxlanılıb və hazırda ona polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilir.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
09:52
Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Elnarə Xətai qızı Cabbarovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının tanışı, 2003-cü il təvəllüdlü Səbuhi İlkin oğlu Qurbanov sonra özünə xəsarət yetirib. O xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə hadisə qısqanclıq zəminində baş verib.