2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib.
“Report” xəbər verir ki, görüşün gedişində komissiyalar onlar tərəfindən qəbul edilmiş 2024-cü il 19 aprel tarixli 8-ci görüşün Protokoluna uyğun olaraq görülmüş işləri müzakirə edib və Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan respublikalararası sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) - Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar. Görüşün yekunu olaraq müvafiq protokol imzalanıb. Növbəti görüşün keçirilməsi tarixi və yeri işçi qaydada razılaşdırılacaq.
“Yanğın nəticəsində fərdi evlərə ziyan dəyib, xəsarət alan yoxdur”.
“Report” xəbər verir ki, bunu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov deyib.
Onun sözlərinə görə, artıq yanğının tam söndürülməsi üçün işlər görülür: “Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının baş verdiyi əraziyə yaxın fərdi yaşayış evlərinə cüzi ziyan dəyib. Əsas məqsədimiz yanğının tam söndürülməsinə nail olmaqdır”.
Milli Kulinariya Mərkəzinin baş direktoru Orxan Fikrətoğlu işdən çıxıb.
Bu barədə Lent.az-a O.Fikrətoğlu özü məlumat verib.
O qeyd edib ki, bir aya yaxındır Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsindən gedib:
“Hazırda Mədəniyyət Nazirliyində müşavir işləyirəm”.
Dövlət Turizm Agentliyindən faktı təsdiqləyiblər. Bildirilib ki, O.Fikrətoğlu öz ərizəsi ilə işdən ayrılıb.
Onun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, 2022-ci ildə Tahir Əmiraslanov Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsindən çıxarılmış, onun yerinə Orxan Fikrət oğlu Sadıqov təyin olunmuşdu.
Zərərçəkənlərin ailə üzvləri TV Müsavatla əlaqə saxlayaraq, rəsmi qurumların yaydığı məlumatları təkzib edir. Onlar iddia edirlər ki, faciə qida zəhərlənməsindən baş verib.
Zəhərlənənənlərdən biri olan Cabbarlı Xəzərin yaxınları TV Müsavata bildiriblər ki, hazırda müalicəsi davam edən 2 gənc 1 saylı Klinik Xəstəxananın toksikologiya şöbəsinin reanimasiyasından çıxıblar. Onların sözlərinə görə, həkimlər də onların zəhərlənməsi ilə bağlı ilkin rəy veriblər: “Həkimlər də bildirirlər ki, sağ qalan şəxslər xəstəxanaya yerləşdirilən zaman qanlarında 75-80 faiz zəhərlənmə olub. Sağ qalanların hər ikisi - həm Cabbarlı Xəzər, həm də Cabbarlı Nicat ümumiyyətlə, spirtli içki qəbul etmirlər. Həmin gün də etməyiblər. Çaşdırıcı məqam budur ki, ortada heç bir ekspertiza nəticəsi olmadan, rəy verilmədən hadisə günü Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agenliyi zəhərlənmənin qidadan baş vermədiyini açıqladı. Hansı əsasla? Hansı araşdırmanın nəticəsinə əsaslanıb, bu açıqlama verildi?”
Ailə üzvləri bildirir ki, gənclər hoteldə balıq və göbələk yeyiblər, zəhərlənməyə səbəb də məhz həmin qidalar olub. Belə ki, digər ölən şəxslər həqiqətən spirtli içki qəbul ediblər. Müsahiblərimizin dediyinə görə, həkimlər də sonuncuların ölümündə spirtli içki faktorunu xüsusi qabardıb: “Həkimlər bildirir ki, içki içəndə qan durulaşır. Bu səbəbdən də zəhərlənmə qanlarına sürətlə yayılıb. AQTA bilərəkdən bu cür açıqlama ilə zəhərlənmənin səbəbini başqa nüanslara yönləndirir. Ortada ekspertiza rəyi yoxdursa, bu açıqlamanın məqsədi nəyə hesablanıb? Gün kimi aydındır ki, hoteli müdafiə etməyə. Dövlət qurumunun özünü açıq-aşkar bu cür birtərəfli aparması sadəcə təəssüf doğurur”.
Ailəsi həmçinin hadisə baş verən gün gənclərin yanında qızların olması ilə bağlı yayılanları da təkzib edir. Onların bildirdiyinə görə, əgər orada qızlar olsaydı, onlardan da kimsə zəhərlənərdi. Ən azından zəhərlənənlər barədə xəbər verərdilər. Hazırda gənclərdən ikisi – Cabbarlı Nicat və Cabbarlı Xəzər palatadadılar. Onlara mobil telefon işlətməyə icazə verilmir. Hadisə baş verən gün Xəzər Cabbarlının ürəyi üç dəfə dayanıb, onu çətinliklə həyata qaytarıblar.
İttihamlarla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ictimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov isə ailənin iddialarını təkzib edib. TV Müsavata açıqlamasında İ.Kərimov zəhərlənmənin qidadan olmadığını və əllərində bunu təsdiqləyən sübutların olduğunu bildirdi. O, etik səbəblərdən dolayı zəhərlənmənin nədən qaynaqlandığını açıqlamayacağını dedi.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndə (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Adilova isə gənclərin qidadan zəhərlənmədiyini bildirdi. Onun sözlərinə görə, zəhərlənmənin hansı səbəbdən baş verdiyi isə etik səbəblərdən, pasiyentin hüquqlarına hörmət olaraq açıqlanmır: “Qeyd olunan şəxslərin tibb müəssisəsinə müraciəti zamanı onlara zəruri tibbi xidmət göstərilib və müvafiq müayinələr təyin olunub. Qidadan zəhərlənmə şübhəsi öz təsdiqini tapmayıb. Vətəndaşın diaqnozu həkim sirri təşkil etdiyi üçün açıqlanması məqsədəuyğun hesab edilmir”.
Ruaiyanın Tver vilayətinin sakininin yeni doğulmuş uşağa qarşı əməli polisi hərəkətə keçirib.
Gənc ata yeni doğulmuş körpəni yaşayış binalarının birinin girişinə atmaqda ittiham olunur. O bu səbəblə məhkəmə qarşısına çıxacaq.
32gun.az bildirir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin bölgə üzrə İstintaq İdarəsi məlumat yayıb.
İstintaqın məlumatına görə, gənc ana 2024-cü il martın 1-də evdə uşaq dünyaya gətirib və yeni doğulan qızı atasına verib. Kişi körpəni səbətə qoyub və onunla qonşu şəhərə gedib və orada yeni doğulmuş qızını yaşayış binasının girişinə atıb və gözdən itib.
Qızı ev sakinləri aşkarlayıb, uşaq xilas edilib, anası və atası isə tapılıb. Faktla bağlı cinayət işi açılıb. Kişi qadını ictimaiyyətin və yaxınlarının qınağından xilas etmək və yeni doğulmuş körpədən xilas olmaq qərarına gəldiyini bildirib. İstintaq materialları baxılması üçün məhkəməyə təqdim edilib.
Türkiyənin Ankara şəhərində 30 dekabr 2022-ci il tarixində cümə namazından sonra pusquya düşürülərək dünyasını dəyişən Ülkü Ocaklarının keçmiş sədri Sinan Ateşə hücum anının görüntüləri ortaya çıxıb.
Hücum zamanı Sinan Ateşin yanında dostları Selman Bozkurt və Ahmet Keçik olub.
Videoda Sinan Ateş gedərkən motosikletli hücumçuların onlara hücum etdiyi görünür. Həmin vaxt Sinan Ateşin yanında olan Selman Bozkurt çiynindən yaralanaraq Ateşin yanına yıxılıb. Ahmet Keçik silahı Ateşin belindən götürərək qaçan hücumçuların arxasınca atəş açır.
Sinan Ateşin iddianaməsi bir müddət əvvəl qəbul edilsə də, Ateşin həyat yoldaşı Ayşe Ateş onun ifadələrinin iddianamədə yer almadığını iddia edib. Ayşe Ateş ilk dəfə Sinan Ateşə siyasətdən getməsi üçün pul təklif edildiyini bildirərək, qatıldığı televiziya proqramında əri Sinan Ateşin göz önündə öldürüldüyünü deyib.
Ateş, “Əvvəlcə onları təhqir etdilər, böhtan atdılar. Sonra dedilər ki, qorxudaq. Sinanın yanında dayanan dostları ilə düşmən oldular. Onlara sataşmağa başladılar. 10 nəfər Çağrı Ünelə hücum etdi. 20 yaşlı gənc oğlan Bu hücumda ölən Sinan, bu hadisəni “Bundan onun reputasiyasını ləkələmək üçün istifadə etdilər. Bunu bir vendettaya çevirdilər və məqsədlərinə çatmaq üçün istifadə etdilər” deyib./BAKU.WS
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalı ilə bağlı məhkəmə çəkişməsi davam edir.
"DogruXeber.az"ın Qaynarinfo-danəldə etdiyi məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Fuad Məmmədovun sədrliyi Abel Məhərrəmovu ona məxsus torpaq sahəsinin ələ keçirməkdə ittiham edən ehtiyatda olan polkovnik-leytenant Nazim Əmirovun apellyasiya şikayətinə baxılıb.
Prosesdə sənədlər araşdırılıb, eyni zamanda qərara alınıb ki, növbəti iclasa Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi də dəvət edilsin.
Nazim Əmirov Abel Məhərrəmovla yanaşı onun xanımı Rəhimə Mahmudovanı da məhkəməyə verib. Buna səbəb torpaq sahəsinin Rəhimə Mahmudovanın adına rəsmiləşdirilməsidir.
Qalmaqala gəlincə, Nazim Əmirov 2011-ci ildə Xızının Altıağac qəsəbəsində 2 hektar torpaq sahəsi alıb. 2012-ci ildə isə torpaq sahəsinin müəyyən hissəsi Rəhimə Mahmudovanın adına rəsmiləşdirilib. Abel Məhərrəmovun həmin ərazidə dəbdəbəli villasının olduğu bildirilir.
Nazim Əmirov torpaq sahəsinin zəbt edilməsindən xəbər tutduqda qarşı tərəfə ərazinin ona məxsus olduğunu bildirib, sənədləri təqdim edib. Eyni zamanda müvafiq qurumlarda dəqiqləşdirmə aparıb. Məlum olub ki, Nazim Əmirov haqlıdır.
Bundan sonra polkovnik-leytenant məhkəməyə müraciət edib. İşə Xızı Rayon Məhkəməsində baxılıb. Lakin məhkəmə iddianı təmin etməyib. Nazim Əmirov apellyasiya şikayəti verib.
Məlumatlarda o da qeyd edilir ki, polkovnik-leytenant hüquqi müstəvidə mübarizəsinin davam etdirməkdə israrlıdır.