Ardını oxu...

   Hal-hazırda Sumqayıt Şəhər Səhiyyə Şöbəsində və bu şöbənin tabeliyində fəaliyyət göstərən səhiyyə müəssisələrində baş alıb gedən biabırçılıqların, özbaşınalıqların, həddi-hüdudu bilinməyən anarxiyanın, süründürməçiliklərin varlığı Azərbaycan media qurumlarının, sosial şəbəkə istifadəçilərinin, geniş xalq kütləsinin, aktiv zümrənin və s. əsas müzakirə etdiyi mövzulardan biridir desək, heç də yanılmarıq. Sumqayıt səhiyyəsinin bu qədər “dilə-dişə düşməsi”nin əsas səbəbi, bəlkə də bu şəhərin paytaxt Bakıdan az da olsa aralı məsafədə yerləşməsidir. Amma, media üzərindən apardığımız araşdırmalardan, ümumi müşahidələrimizdən, bəzi şəhər sakinlərinin söz-söhbətlərindən  aydın olur ki, Sumqayıt səhiyyəsinin daha çox “dərdə düşməsinə” səbəb, bu şöbəyə rəhbərlik edən Səkinə xanım Sadıqovanın ruhi xəstə olması, normal tibbi təhsilə malik olmaması, idarəçilik işlərini bacara bilməməsi, kadr təyinatlarında ciddi səhvlərə yol verməsi, qohumbazlıq, dosbazlıq amilini daha çox öndə tutması, şəxsi maraqlarının həlli naminə istənilən qanunsuzluqlara qol qoyması və s. kimi halların varlığıdır. Belə bir səbəblərdəndir ki, bu gün Sumqayıt Şəhər Səhiyyə Şöbəsində çoxsaylı problemlər yaşanır, hər cür özbaşınalığa, haqsızlığa, soyğunçuluğa qol qoyulur. Adicə bir faktı qeyd edək ki, şöbə müdiri Səkinə Sadıqovanın normal tibbi təhsilə malik olmayan bacısı Sədaqət həkim, bu gün Sumqayıt səhiyyəsində əməlli-başlıca “at oynadır”. Söylənilənlərə görə ona bu qədər “volya”nı bacısı Səkinə Sadıqova verib. Şöbə müdirinə isə “volya”nın Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində vəzifə sahibi olan Rəşad müəllim tərəfindən verildiyi bildirilir. Amma, onu da qeyd etmək yerinə düşər ki, əgər Rəşad müəllim Səkinə Sadıqovaya himayədarlıq edirsə, onu da bilmək lazımdır ki, narazı sakinlərə himayədarlığı isə, onların vətəndaşı olduqları dövlət edir. O halda sual oluna bilər ki, bu Rəşad müəllim nə dərəcədə təsir imkanına, hansı gücə malikdir ki, hal-hazırda Sumqayıt səhiyyəsini “tarmar edən” Səkinə Sadıqovanın qol qoyduğu qanunsuzluqlara göz yumulur?. Faktdır ki, bu dövlət səhiyyə müəssisəsində ədalətli yoxlamalar aparılarsa, o halda şöbə müdirinin həbsi yüz faiz qaçılmaz olacaq.

    Düşündürücü hal odur ki, Sumqayıt səhiyyəsinə rəhbərlik edən xanım şöbə müdiri orda-burda danışır ki, mənə Allah-Təala tərəfindən vergi verilib. O halda ortaya belə bir sual çıxır ki, əgər ona vergi verilibsə, niyə və hansı səbəbə görə Səkinə Sadıqova təcili-tibbi yardım maşınlarının yanacağını, ehtiyat hissələrini və s. satıb “həzmi-rabedən” keçirir?  Belə bir səbəbdən də, canüstə olan xəstələri vaxtında səhiyyə müəssisələrinə çatdırmaq olmur? Bəzi şəxslər arasında dolaşan söz-söhbətlərə görə xanım şöbə müdiri ruhi xəstədir və Səkinə Sadıqovanın şöbə müdiri vəzifəsinə təyinatı, məhz qol qoyulan cinayət əməllərindən biridir. Sual oluna bilər ki, bu gün ölkəmizin ən böyük şəhərlərindən birinin səhiyyə şöbəsinə rəhbərlik edən Səkinə Sadıqovanın əməlləri ilə bağlı, görəsən cənab səhiyyə naziri Teymur Musayev heç düşünürmü?

    Digər tərəfdən, səbəb nədir ki, Hesablama Palatası bir dəfə də olsun belə, Səkinə Sadıqovanın külli miqdarda dövlət vəsaitlərini hara xərclənməsi haqda ondan hesabat tələb etmir? Faktdır ki, bu gün Şəhər Səhiyyə Şöbəsinin müdiri özünün düşüncə tərzinə uyğun olan şəxsləri ətrafına yığmış və o, həmin şəxslərin vasitəsilə dövlətin ayırdığı vəsaitləri talan etməklə məşğul olur. Məsələn, xanım şöbə müdiri Oqtay adlı şəxsi özünə hüquqi məsələlər üzrə müavin təyin edib. Oqtayın əmisi qızı isə, rəfiqəsi Qızılgülü şöbədə vəzifəyə təyin etdirib. Hal-hazırda Səkinə Sadıqovanın rəfiqələrindən biri, hansı ki, Sumqayıt şəhərində adı rüşvət qalmaqallarında hallanan Sevinc xanım, Səhiyyə Şöbəsinin kadrlar şöbəsində müavin vəzifəsini daşıyır. Faciə odur ki, Səkinə Sadıqova tibb bacısı ixtisasına sahib olan qızına ilk əvvəl Odlar Yurdu Universitetində təhsil verdirir və daha sonra onu M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasında həkim vəzifəsinə təyin etdirir. Bundan başqa, Səkinə Sadıqovanın bacısı Sədaqət Əfəndi, demək olar ki, bu gün Sumqayıt şəhərindəki bütün xəstəxanaları idarə edir. Bəli, normal tibbi təhsili olmayan, əvvəllər isə Vərəm Dispanserində işləyən Sədaqət həkim, hal-hazırda Sumqayıtdakı 3 saylı Poliklinikada həkim vəzifəsində çalışır. Buna baxmayaraq o, şəhər səhiyyəsini əməlli-başlıca “barmağına dolayır”. Bu gün şöbə müdiri Səkinə Sadıqova həddini o qədər aşıb ki, onun “müntəzir əmrləri”ni yerinə yetirmək istəməyən baş həkimlər işdən çıxarılır, bəzən isə onların rəhbərlik etdikləri xəstəxanaları şöbələrə çevirir. Hansı ki, belə bir səlahiyyət yalnız Səhiyyə Nazirinə aid olsa da, Səkinə Sadıqova qanunun tələbinə əhəmiyyət vermir və istədiyi vaxt belə bir addımını atır. Bir kimsə də ona “qaşın üstə qara var” demir.

    Bu xanım Səhiyyə Şöbəsinə müdir təyin olunduqdan sonra, dövlətin ayırdığı büdcə vəsaitləri hesabına özü üçün bahalı maşınlar, neçə-neçə mənzillər alır, həddi-hüdudu bilinməyən ölçüdə var-dövlətə sahib olur. Hətta, onun son vaxtlar yeni inşa olunmuş hündür mərtəbəli binalardan yeni mənzillər aldığı da söylənilir. Hələ bunlar harasıdır? Kimsə Səkinə Sadıqovanın qol qoyduğu çoxsaylı qanunsuzluqları tam dəqiqliyi ilə eşidərsə, yəqin ki, o halda həmin şəxs şoka deyil, birbaşa “şökə” düşməli olacaq. Sual oluna bilər ki, görəsən şöbə müdiri vəzifəsini daşıyan bu xanım daha hansı vəzifə sahiblərinə güvənir ki, o, arxayınlıqla belə bir əməlləri törədir?

   Hal-hazırda Sumqayıt Şəhər Səhiyyə Şöbəsində baş verənləri, çoxsaylı narazılıqları əsas tutaraq belə bir qənaətə gəlmək olar ki, hal-hazırda Sumqayıt səhiyyəsində rüşvətxorluğa, korrupsiyaya, hər cür əyintilərə və s. qarşı həyata keçirilən ciddi mübarizə tədbirləri sıfır həddindədir. Belə bir səbəbdən də, şəhərin bütün səhiyyə müəssisələrində “bezpredel” ab-hava hökm sürür. Deməli, şəhərin səhiyyə ocaqlarında əmələ gələn bu cür ab-havanı aradan qaldırmaq üçün “qara maskalılar”ın şəhərin Səhiyyə Şöbəsinə baş çəkmələrinə zərurət yaranıb. Yoxsa, ... Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

 Problemlərin varlığını diqqətdə saxlayıb, yenidən mövzuya qayıdacağıq.

xeberfakt.az


 
Ardını oxu...
 
Hal-hazırda həbs həyatı yaşayan İldırım nə üçün Rüstəm Şahbazovun və Yusif Qənbərovun adını çəkmir?
Haqqında bəhs edəcəyimiz Rüstəm Şahbazov və Yusif Qənbərov haqqında qısa məlumat verək. Deməli, Rüstəm Şahbazov uzun illərdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavinidir. Dövlət Əmlak Komitəsi İqtisadiyyat Nazirliyinin tərkibinə daxil olandan sonra isə Rüstəm Şahbazov Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavinidir. Qənbərov Yusif Bəybala oğlu isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ( indi isə Dövlət Xidmətində ) yerli qurumlarla iş şöbəsinin müdiridir. 
Qeyd edək ki, Rüstəm Şahbazov 1963-cü ildə Cəlilabadda anadan olub. 1989-cu ildə “Narxoz”u 
bitirib. Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2006-cı il tarixli Sərəncamı ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2009-cu il tarixli Sərəncamı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilmişdir. Hər iki vəzifəli şəxs Cəlilabad rayonundandır. 
Bu haqqında bəhs edəcəyimiz şəxslərlə bağlı qısa məlumat. İndi isə keçək onların əməllərinə. Birincisi onu qeyd edək ki, bu illər ərzində 50 minə yaxın  kiçik dövlət müəssisə və obyekti özəlləşdirlib. Əgər Rüstəm Şahbazov bu obyektlərin hərəsindən ən azı 100 manat alsa...50000 x 100 = 5 MİLYON. Biz 100 manatı gülmək üçün yazdıq. Obyektlərin özəlləşdirilməsi çox baha başa gəlir. 
İkincisi, çox ciddi məsələ odur ki, başqa media orqanlarında Rüstəm Şahbazova qarşı çox ciddi ittihamlar səsləndirilir. Hətta onun adı bəzi media qurumlarında QƏTL işində də keçir. Bu başqa bir yazının mövzusudur.
Deməli, Cəlilabad sakinlərinin mediaya yazdığından bəlli olur ki, bu adamın rayonda yüz hektarlarla üzüm və taxıl sahəsi var. Rüstəm Şahbazovun üzüm bağlarına və taxıl sahələrinə isə Cəlilabadda yaşayan qardaşı, Göytəpə şəhər Musiqi Məktəbinin direktoru Vüqar Şahbazov nəzarət edir. Bundan başqa Cəlilabadda Rüstəm Şahbazovun yaxın qohumu Sabir Ağayev də hektarlarla torpaqları zəbt edib. 
Bir sözlə, Şahbazovlar rayonda istədikləri torpaq sahəsinə və obyektlərə Rüstəm Şahbazovun sayəsində ağalıq edirlər. 
Məlumat üçün qeyd edək ki, Rüstəm Şahbazovun 2 övladı var. Hər ikisi xaricdə təhsil alıblar. Qızı Mərkəzi Bankda işləyir, oğlu isə plastik qapı-pəncərə şirkətini işlədir. 
Cəlilabad sakinlərinin yazdığına görə, Rüstəm Şahbazovun qohumları o qədər həddini aşıb ki, onlar ali təhsilli müəlliməni, üç qız və bir oğlan anasını intihar həddinə çatdırıb.... 
İndi isə  keçək Qənbərov Yusif Bəybala oğlunun əməllərinə. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarla iş şöbəsinin müdiri olan Yusif Qənbərovun da  2 oğlu var. Cəlilabadın Üçtəpə kəndində Yusif Qənbərovun böyük bir balıq vətəgəsi var. Sonra Yusifin Alatavanın girəcəyində avtomobil təmiri sexləri var. 
Qısaca onu qeyd edək ki, Yusif Qənbərov dövlət sifarişli layihələr üzrə o qədər insanların evini uçurdub ki...Bu başqa bir yazının mövzusudur. 
Sonda özünü Rüstəm Şahbazovun qohumları kimi qələmə verən bəzi şəxslərə deyirik ki, birdən bilməzsən başını bizim  dəyənəyə sürtərsən haa... 
Və onu da bildirək ki, İldırım əməlli-başlı çaxmaqdadır haa... Amma İldırım nə üçün Rüstəm Şahbazova və Yusif Qənbvərova qarşı çaxmır..?  
Bəlkə ortada daha ciddi "iki" söhbəti var..? Bu barədə növbəti yazıda. Bizi izləyin.
P.S. Deyirlər, Yusif Qənbərovun sürücüsü, Gülya xanımın qızının həyat yoldaşıdır?

 

tən həftə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Abşeron Rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənov açılmış cinayət işi üzrə həbs edildi. Əli Həsənovun həbs edilməsinin səbəbi kimi onun Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi yaşayış evlərinin tikintisinə icazələrin, müxtəlif məzmunlu arayışların verilməsi və ümumi himayədarlıq müqabilində çoxsaylı vətəndaşlardan rüşvət alması göstərilib.

O, Cinayət Məcəlləsinin (CM) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham olunur.

Qeyd edək ki, Abşeron rayonun bir çox qəsəbəsələrində kənd təsərrüfatı təyinatlı torpaq sahələrində qanunsuz fərdi evlərin və obyektlərin tikintisi artıq adi hal alıb.

Rayon İcra Hakimiyyətinin himayəsi və qəsəbə icra nümayəndələrinin havadarlığı altında son illər maklerlər tərəfindən minlərlə qanunsuz evin tikildiyi hər kəsin bildiyi faktdır. Abşeron rayonunda kənd təsərrüfatı təyinatlı torpaq sahələrində fərdi ev və obyektlərin ən çox tikildiyi ərazinin Masazır qəsəbəsi olması da mübahisə doğurmayan reallıqdır.

Yenicag.az xəbər verir ki, hazırda Masazır qəsəbəsində bəlkə də yüzlərlə heç bir sənədi olmayan, sadəcə, Abşeron Rayon İcra Hakimiyyətindən “icazə” verilən və qəsəbə icra nümayəndəliyinin “himayəsi” altında evlər tikilməkdədir. Masazırda tikilən bütün sənədsiz fərdi evlərin tikintisinə isə qəsəbə icra nümayəndəsi Şahlar Əsgərovun “nəzarət” etdiyi deyilir. Belə ki, qəsəbədə ev tikintisinə Abşeron Rayon İcra Hakimiyyətinin icazə alınmasında “vasitəçilik” səlahiyyəti məhz Şahlar Əsgərova məxsusdur. İddialara əsasən, hazırda Masazır qəsəbəsində sənədsiz fərdi ev tikintisi üçün tələb olunan rüşvətin məbləği 3 min manatdan başlayır.

Ardını oxu...

Bildirək ki, Masazırda kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aid ərazilərdə qanun tikilən, heç bir rəsmi icazə sənədi olmayan yüzlərlə fərdi evin inşasına nəinki göz yuman, hətta bu prosesə himayədarlıq edən şəxs qəsəbənin icra nümayəndəsi Şahlar Əsgərov olub. Abşeron rayonunun sabiq icra başçısı Zakir Fərəcovun dövründən Masazır qəsəbə icra nümayəndəsi vəzifəsini tutan Şahlar Əsgərov qanunsuz tikililərə himayədarlıq etməklə milyonçuya çevrilib. Təsəvvür edin ki, Masazır qəsəbəsində faktik Şahlar Əsgərova məxsus olan, ancaq qardaşının adına sənədləşdirdiyi onlarla obyektin olduğu bildirilir.

 
Ardını oxu...
 
 
 
 
 
Ad - 00:21

Əldə etdiyimiz məlumata görə, Şahlar Əsgərov Masazırdakı kənd təsərrüfatı təyinatlı torpaq sahələrində qardaşının vasitəsilə qanunsuz olaraq onlarla fərdi ev tikdirərək satdırıb. Vəzifə üzrə aylıq maaşı 800-900 manat olan qəsəbə icra nümayəndəsi Şahlar Əsgərovun bu yolla topladığı sərvətin 10 milyon manat civarında olduğu iddia edilir.

 
Ardını oxu...
 
 
 

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Masazır qəsəbəsində kənd təsərrüfatı təyinatlı torpaq sahələrində və digər ərazilərdə maklerlər tərəfindən hər gün tikilən qanunsuz fərdi yaşayış evləri ilə bağlı araşdırma apararsa, qəsəbənin icra nümayəndəsi Şahlar Əsgərovun həbsi qaçılmaz olacaq.

Xatırladaq ki, Şahlar Əsgrov Masazır qəsəbə kənd icra nümayəndəsi vəzifəsinə təyin olunmazdan əvvəl Abşeron rayonu Məhəmmədli kəndində icra nümayəndəsi işləyib. Məhəmmədi kəndindəki fəaliyyəti dövründə də ölkə mediasında Şahlar Əsgrovun qanunsuz tikinti işlərinə himayədarlıq etdiyi və sənədsiz torpaq sahələri satması ilə bağlı çoxsaylı məlumatlar yayılıb.

Mövzunu diqqətdə saxlayacağıq.


 
Ardını oxu...
 

Növbə 123 saylı bağçanın müdiri Mərziyyə Ramazanovanındır.... 
Uşaq bağçası, yoxsa, Mərziyyə Ramazanovanın qohum-əqrəba obyekti..?  
Nə qədər yazmaq olar ki, Azərbaycan cəmiyyətinin gələcəyi  körpələr evində, uşaq bağçalarında formalaşır. Uşaqların yaddaşı ağ vərəq kimidir, nə görürsə yaddaşına yazılır. Dayənin zorakılığını, tərbiyəçinin tərbiyəsizliyini, müdirin uşaqların ərzağını basıb yediyini görən körpə uşağın gələcəyi nə ola bilər..? 
Biz hələ uşaqların gözü qarşısında valideyinlərin bağça müdirlərinə  verdiyi  rüşvəti demirik. Sonra da deyirik ki, bu qədər rüşvətxor məmurlar harada yetişir.. 
Sözün qısası, cəmiyyətimizin gələcəyi olan uşaq bağçalarında vəziyyət dözülməzdir. Biz hələ Allah qoymasa, uşaq bağçalarının əldən ələ keçməsindən, gah icra hakimiyyətlərinə, gah da Təhsil nazirliyinə tabe edilməsindən danışmırıq. Şükür ki, uzun illərdən sonra uşaq bağçaları təyinatına uyğun olaraq Təhsil Nazirliyinin tabeçiliyinə qaytarıldı. Amma problemlər yenə də davam edir. Belə problemli uşaq bağçalarından biri də Nəsimi rayonundakı 143 saylı uşaq bağçasıdır. Bağçanın müdiri Tağıyeva Fidan Əziz qızıdır. 
Təsəvvür edirsiniz, kağız üzərində xeyli işçisi olan ( əslində çoxu ölü canlardır )  143 saylı uşaq bağçasında cəmi 1-cə uşaq olub. Bu 1 uşağa görə, nə qədər dövlət vəsaiti xərclənib, nə qədər ərzaq alınıb, neçə mühafizəçi, neçə dayə maaş alıb. 
Sözün qısası, cəmi 1 uşağın olduğu bağça sözün həqiqi mənasında korrupsiya yuvası olub. Və bu illər ərzində Fidan Tağıyeva  xeyli dövlət vəsaitini mənimsəyib. 
Redaksiyamıza  daxil olan məlumata görə, Təhsil Nazirliyinin yoxlamasından sonra 143 saylı uşaq bağçası yeri-dibli bağlanıb. Və hazırda Fidan Tağıyevanın  son illərdəki fəaliyyəti ciddi şəkildə yoxlanılır. 
Daxil olan məlumatlara görə, bağçanın müdiri Fidan Tağıyevanın  həbsi qaçılmazdır. Siz elə bilirsiniz ki, bu tip uşaq bağçası 143 saylıdır..? 
Nəsimi rayonu ərazisində faəliyyət göstərən belə bağçalardan biri də Mərziyyə Ramazanovanın müdir  olduğu  123  saylı bağçadır. Bağçada olanlar bilir ki, Mərziyyə Ramazanova Azərbaycan qanunlarına məhəl qoymadan öz qohum-əqrəbasını, dost-tanışını  doldurub 123 saylı uşaq bağçasına. Birini müəllim, o birini dayə, bir başqasını texniki işçi kimi v.s. Bu xanımdan soruşan yoxdur ki, bura sənin şəxsi-özəl bağçan deyil e, dövlətin bağçasıdır. Hələ bu harasıdır..? 
Qohum-əqrəba da uşaqlara aid olan nə varsa, həzm-rabedən keçirib mənimsəyirlər. Bu hələ harasıdır... 
Mərziyyə Ramazanova həm də yaşlı xanımdır, başqa bağça müdirələrini başına yığıb istirahət edirlər, uşaqların təlim-tərbiyyəsi isə başlı başına buraxılıb. Uşaqlara verilən yeməklərin keyfiyyətindən isə danışmağa dəyməz. Dəfələrlə yazıb Mərziyyə Ramazanovaya xəbərdarlıq etmişik ki, uşaqların yeməyini basıb yeməyin, dövlətin vəsaitini talamayın. Amma...Ramazanova nəticə çıxartmayıb. 
Redaksiyamıza daxil olan məlumata görə, Fidan Tağıyevadan sonra növbə Mərziyyənindir. Hələ bunların Yasamal rayonunda yerləşən uşaq bağçası müdiri olan rəfiqələri də var. Ona da bildiririk ki, çemodanını, türklər demişkən, taxta bavulunu yığışdır.
P.S Həə, 143 saylı bağça bağlandı, bəs görəsən onun ərazisi və binası nə olacaq, onu kim özəlləşdirəcək?

 
 
Ardını oxu...
İnsanlar səhər yuxudan oyananda xoşməramlı əməllər barədə düşünərlər, çalışarlar ki, gün ərzində savab əməllərin sahibi olsunlar. Özünü iş adamı kimi qələmə verən Müqayis Verdiyev isə yuxudan duran kimi heç əl-üzünü yumadan fikirləşir ki, bu gün kimə şər atmalıyam, hansı məmuru şantaj etməliyəm, kimin evini yıxmalıyam, kimdən pul qopartmalıyam, hansı jurnalisti, hansı saytı özümün şər-böhtan şəbəkəmə qoşmalıyam....
Bir sözlə, səhər açılan kimi Müqayis Verdiyevin ŞƏR-BÖHTAN MAŞINI işə düşür. Bu adam heç olmasa müqəddəs Ramazan ayında barı pis əməllərindən əl çəkmir. Müqayis Verdiyev kimə salam verirsə onu inandırmağa çalışır ki, bu yaxınlarda məni Nəsimiyə icra başçısı qoyacaqlar. Gəl, o icra başçısı haqqında gözdənsalma kompaniyasına başla, sonra isə ətrafında olan özüxislətli dostlarına deyir ki, gedin böyük məmurlar barəsində dövlət qurumlarına şər-böhtan dolu teleqramlar vurun, bu da sizin pulunuz...
Heç bir təhsili olmayan, 5 dəfə həbsxana həyatı yaşayan Müqayis Verdiyev hər yerdə deyir ki, şirkətlərim abadlıq və quruculuq işlərində iştirak etmək üçün tenderləri udur amma...
Biz əldə etdiyimiz məlumata görə, Müqayis Verdiyev indiyə qədər heç bir tenderdə iştirak etməyib. Əgər bu şəxs heç bir tenderdə iştirak etmirsə, necə ola bilər ki, hansısa bir iş götürsün və həmin işi icra etsin. Sonda kimsə buna borclu olsun. Bu Müqayis Verdiyevə deyən lazımdır ki, ay Müqayis tenderi udmaq üçün birincisi savadın olmalıdır, ikincisi savadlı layihə yazmalısan ki, sənin yazdığın layihə tenderin qalibi olsun. Axı, sənin 4-cü sinif səviyyəsində savadın yoxdur, maliyyə işlərindən də başın çıxmır. Sən hara biznes-layihə hara..?
Biləsən ki, səni bu yola təhrik edən, həmişə ağsaqqalım dediyin Vəfadar müəllim də bu yaxın günlərdə səndən qaçacaq, çünki, kimə 5 manatlıq bazarlıq edirsənsə, hamının yanında car çəkib bildirirsən ki, onun uşaqlarını mən saxlayıram.
Bu neçə illərdə sənin ətrafında bir nəfər də olsun savadlı şəxs, mütəxəssis olmayıb. Tenderdə iştirak etmək üçün iş bacarığı olan qrupun, maliyyə və iqtisadi məsələlər üzrə savadlı komandan olmalıdır. Amma tanıyanlar bilir ki, Müqayis Verdiyev heç vurma cədvəlini bilmir. Bu adam bu günədək diplomunu bir nəfərə də göstərməyib. Belə olan halda sən tenderləri necə uda bilərsən, ay Müqayis..?
Bütün bunlara baxmayaraq Müqayis Verdiyevin şər-böhtan məsələsində tayı-bərabəri yoxdur. Müqayis Verdiyev vəzifəli adamlara yaxınlıq etmək üçün dəridən-qabıqdan çıxır, özünü onların buyruqçusu kimi aparır. Amma sonda zəhərli ilan kimi sancmaq, zəhərləmək istəyir... Bu adam şantaj və böhtanla təkcə özü məşğul olsaydı, dərd yarı idi. Müqayis Verdiyev təkcə özü yox, yaxın dostlarını da bu ŞANTAJ ŞƏBƏKƏSİNƏ qoşa bilib. Bu adamın xüsusiyyətlərindən biri də özünü yazıq, məzlum göstərmək, sızlamaq, ağlamaqdır ki...kimlərsə ona kömək etsin...
Sözün qısası, özünü rəzil duruma salan Müqayis Verdiyev kimlərdənsə sədəqə gözləyir... Müqayis Verdiyev hər yerdə deyir ki, mənim arxamda yüksək vəzifəli şəxslər dayanır, kimdən nəyi istəsəm ala bilərəm... Bu hiyləgər və bədniyyət adam təkcə oturub-durduğu aşağıları deyil, hətta yuxarıları da şantaj edə bilir... Və açıq-aşkar deyir ki, mənə məsləhət verənlər var, yol göstərənlər var. Ki, hər ay onların pulunu, haqqını verirəm.
Təsəvvür edirsiniz, bu sıradan bir şantajçı deyil e...mediası olan, məsləhətçiləri olan şantajçıdır... Hətta Müqayis Verdiyev jurnalistlərin adlndan bildirir ki, mənim əlimdə çoxlu mətbuat nümayəndələri də var ki, mən hər ay onlarla görüşərək bütün saytlarını maliyyələşdirirəm. Müqayis Verdiyev hansı vəzifəli şəxsdən reketçilik yolu ilə pul qopara bilmədikdə, dərhal onları mediada ifşa etməyə çalışır. Bu adamın hətta falabaxmağı, səsdinləməsi, kimlərəsə gizli qulaq asması da var. Ağlınıza müasir dinləmə aparatı-zadı gəlməsin ee...
Müqayis Verdiyevin falabaxan, dua yazan dəstəsi də var. Hər ay onlara xeyli miqdarda pul verir, kimlərinsə dilini, ağzını bağladır. Bu adam vəzifəli şəxslərin kimlərləsə danışığını az qala nöqtəsinə, vergülünə qədər deyə bilir. Deyir istənilən dövlət qurumunda mənə işləyənlər var. Bu adam indiyədək tikinti icazəsi alacağına söz verərək neçə-neçə şəxsə külli miqdarda pul atıb. Hər yerdə deyir ki, filan-filan icra başçıları dostumdur, nə lazımdırsa, edə bilərəm...
Bu adamın saxta sənədlər ustası olması da məlumdur. Yəqin ki, bir gün həmin sənədlərə görə, Müqayis Verdiyevi lazım olan yerə çağıracaqlar. Bax, onda Müqayis Verdiyevi içəridəki dostlarının yanına sürüyə-sürüyə aparacaqlar. //gundelik-baku.com//
Ardını oxu...
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova təcrübəli həkimləri işdən uzaqlaşdırır, bəzilərini isə müxtəlif bəhanələrlə aşağı vəzifələrə təyin edir.
TEREF.AZ bildirir ki, bu barədə Bakupost.az -a institutun bir qrup işçisi bildirib.

Onların dediyinə görə, Gülnaz Dadaşova direktor təyin olunduqdan institutdakı işgüzar mühit tamamilə dəyişib:
"Gülnaz Dadaşova işçilərlə çox kobud rəftar edir. O, uzun illər institutda çalışan tanınmış həkimləri müxtəlif bəhanələrlə buradan didərgin salıb və ya “zərərsizləşdirib. İstəyir ki, hamı ona baş əysin, biət etsin. Özündən yaşca və təcrübəcə böyük olan alimləri, professorları saatlarla qapısının ağzında gözlətdirir, onlarla kobud rəftar edir, lazımsız tələblər irəli sürür, yersiz izahatlar yazdırır. İstəyir ki, hamı bezib öz ərizəsi ilə işdən çıxsın. Onun bu hərəkətlərinə qarşı çıxanları isə şər-böhtan atmaqla işdən uzaqlaşdırır”.
Saytımıza daxil olan məlumatda o da bildirilir ki, Gülnaz Dadaşova institutda VİP otaqlar hazırlatdırıb və həmin otaqlar imkanlı xəstələrə pulla verilir.
"Direktor eyni zamanda institutda aparılmayan bəzi müayinələr, xüsusilə koronar angioqrafiya (anju) üçün 2-3 özəl klinika ilə (xüsusiilə "Kəpəz" klinikası) “otkat” qarşılığında işləyir, həmin tibb mərkəzlərindən aylıq haqq alır. Paytaxtın əsas ürək mərkəzində nə rentgen cihazı var, nə angioqrafiya. Direktor institutun olan-qalan imkanlarını da aradan qaldırıb. O da maraqlıdır ki, 44 yaşında ölkənin əsas elmi insitutlardan birinə direktor təyin olunan 48 yaşlı Dadaşova həm də 45 yaşdan professor elmi dərəcəsi ala bilib".
Son vaxtlar Elmi-Tədqiqat Kardiologiya institutundan uzaqlaşdırılan həkimlərin siyahısını təqdim edirik:
1. Elman Ələkbərov (Tibb elmləri doktoru)
2. Rufanə Allahverdiyeva
3. Afaq Qəhrəmanova
4. Afət Quliyeva
Qeyd olunan ittihamlarla bağlı Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova ilə əlaqə saxladıq. İnstitutdan Bakupost.az -a bildirdilər ki, Gülnaz xanımın qəbul otağının telefonu işləmir.
Mövzuya qayıdacağıq.
P.S.Maraqlıdır, Gülnaz xanımla təcili əlaqə saxlamaq istəyən həmkarları buna necə nail olurlar? Olmaya, yaxın 5 nömrəli xəstəxanadan kömək istəyirlər?
Ardını oxu...
Sosial şəbəkələrdə üçrəngli bayrağımızın təhqir olunması videosu yayılıb.

Teref.Az TİA. Az-a istinadla məlumat verir ki, bir nəfər şəxs obyektə daxil olaraq dövlət bayrağımızı qapıdan əski parçası kimi qoparıb masanın üzərinə tullayıb gedir. Bunu edən şəxsin kimliyi açıqlanmır. Lakin hüquq müdafiəçisi Taleh Xasməmmədov yazıb ki, deyilənə görə Bərdə rayon İcra Hakimiyyətinin əməkdaşıdır. Əgər iddia təsdiqini taparsa, həmin dövlət məmuru barəsində xüsusi xidmət orqanları araşdırma apara və bayrağımıza nifrət etməsinin səbəbini dəqiqləşdirə bilərlər. Hər halda adı keçdiyi üçün Bərdə İH aydınlıq gətirməlidir.

 
 
 
Ardını oxu...
"Türkiyə vətəndaşı olan dostumla "OMD" adlanan xəstəxanada oldum. Gördüklərim birmənalı olaraq dəhşət idi". DİA.AZ bildirir ki, bu barədə jurnalist Savalan Talıblı "OMD" kimi tanınan K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda rastlaşdığı mənzərədən bəhs edərək bildirib.

"Orada çalışan tibb bacıları və xadimələr xəstələrdən beş manat almaqdan ötrü dəridən-qabıqdan çıxırlar" deyə etirazını ifadə edən S.Talıblı yazır:

"Hərəsinin öz qiyməti var. Tibb bacıları 10 manat , xadimələr 5 manat. Bu qiymətləri kim müəyyən edib. Oradakı fırıldağa diqqət yetirin. Xəstənin yanına valideyin buraxılmır.

Tibb bacıları xəstəni özü gətirir və səndən bir dəfə pulu "qapazlayıb alır". Ardınca da xadimə gəlir. O da səni "qapazlayır"... Bu biabırçılığın qabağını alan olacaqmı? Dövlət xəstəxanalarında hələ də bu cür özbaşınalıqlar var".

İddia olunanlarla bağlı teref.az olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...
Ardını oxu...
Yaşlı nəsil gözəl bilir ki, 30 il əvvəl nəinki rayonlarda, hətta paytaxt Bakı şəhərində az sayda otellər ( o vaxt mehmanxana deyilirdi ) var idi. Ancaq son illər otel biznesi sözün həqiqi mənasında çiçəklənir. Hər məmurun ən azı 2-3 oteli var. Ən dəhşətlisi odur ki, bu otellər öz təyinatına uyğun deyil, başqa məqsədlə istifadə edilir...bu heç kimə sirr deyil...
Təsəvvür edirsiniz Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sabiq rəhbərlərindən birinə məxsus otelin əməkdaşı deyir ki, bura turist-zad gəlmir....
Bura məmurların, məmur övladlarının gizli görüş yeridir, qiymətlər də Fransanın otellərindən baha. Tanışlarımızdan biri də deyir ki, sabiq vergilər naziri Fazil Məmmədova məxsus “Excelsior Hotel” oteldə çalışırdım. Almaniyadan olan qonaq səhər yeməyinə bir yumurta, 5 qara, 5 yaşıl zeytun və nəsə istədi. Hesabın 200 dollar olduğunu deyəndə öz dilində nəsə dedi...hiss etdim ki, ən ağır söyüşdür.
Bəli, çoxları deyir ki, guya otel biznesi turuzmi inkişaf etdirmək üçündür. Özünüzü aldatmayın. Yenə tanışlarımızdan biri deyir ki, İsmayıllıya gələn Yapon turist təbii ehtiyacını ödəmək üçün tualet tapa bilmədiyi üçün şalvarını....
Sözün düzü, biz də ölkəmizdə turizmin inkişafı üçün otel biznesinin inkişafını istəyirik. Qoy ölkəmizin ən mənzərəli, səfalı yerlərində otellərimiz olsun, turistlər gəlsin. İndi ölkəmizdəki otellərin qısa bir siyahısına nəzər salaq: “Guba Olympic Complex” “Guba Olympic Complex”də ən sərfəli otaq qiyməti 60 AZN-dir. “Shane Hotel Quba” “Shane Hotel Quba”da standart otağın qiyməti 90 AZN-dir. “Shahdag Hotel Guba” “Shahdag Hotel Guba”da standart otaq 90-100 AZN-ə təklif edilir. “Cənnət Bağı Hotel” “Cənnət Bağı Hotel”də standart otaq 92 AZN. “Qala Qonaq Evi” “Qala Qonaq Evi”ndə bir gecəlik qonaqlamaq üçün 39 AZN ödəmək lazımdır. “Xınalıq Qonaq Evi” “Retro Otel Quba” “Retro Otel Quba”da dincəlmək istəyənlər üçün ikinəfərlik standart otaqlar 60 AZN-dən təklif edilir. “Terrace Otel Guba”da “Terrace Otel Guba”da standart 2 nəfərlik otağın qiyməti 70 AZN-dir. “Quba Rixos Otel” “Quba Rixos Otel”də 2 nəfərlik otaq üçün 177 AZN ödəniş etmək lazımdır. Bu qısa siyahıya nəzər salanda bir cümlə diqqətimizi cəlb elədi: İKİ NƏFƏRLİK YATAĞIN QİYMƏTİ... Hamısında belə yazılıb. Məgər otelə gələnlər ancaq 2 nəfər olur..? Bəlkə 3 nəfər gəldi...
Sözün qısası, otellərin təyinatı ilə bağlı çox dərinə getmək istəmirik... Belə otellərdən biri də “Macəra Otel”dir. “Macəra Otel” Qubanın ən gözəl guşələrindən olan Çənlibel gölünün yaxınlığında yerləşir. Standart otaqlarının ölçüsü 16-20 kvm aralığındadır. Qış aylarında 60, yay alarında 70 AZN-ə təklif edilən İKİNƏFƏRLİK otaqlar gözəl mənzərə önündə yerləşir. Hazırda “Məcəra Otel”in 57 nömrəlik 4 ulduzlu korpusu inşa edilir, VİP, DELUX, FAMİLY nömrələr yeni oteldə istifadəyə veriləcək.
Onu da qeyd edək ki, “Məcəra” təkcə Qubada deyil, Şəkidə və başqa məkanlarda fəaliyyət göstərir. Və bu oteli MACARA GROUP VƏ SAF CATERİNG GROUP işlədir. Bu otellə bağlı adları hallanan hüquqşünas Eldar, Ağa, Zaur adlı şəxslərin kimlikləri və saf cateringdən olan narazılıqlar barədə növbəti yazıda geniş bəhs edəcəyik. Bizi izləyin. //gundelik-baku.com//
 
Ardını oxu...
2023-cü ilin martında AQTA tərəfindən 76 sahibkarlıq subyektinin “Qida təhlükəsizliyi qeydiyyatı” ləğv edilib. Onlardan biri də “Payım” ticarət markası ilə kolbasa və sosiskalar istehsal edən “Al-Sana” MMC-dir.

Sələfilərin nümayəndələri olan “Al-Sana” sahiblərindən biri – Ramil Soltanov Mədinə şəhərində dini təhsil alıb. Uzun illər əvvəl bu müəssisənin əlindən “halallıq” sertifikatı alınsa da, bu günlərə qədər MMC halal adı altında məhsullar istehsal edirdi.

Hələ 1 il öncə sözügedən müəssisədə aparılan yoxlama zamanı məlum olmuşdu ki, “Al-Sana” MMC-də istehsal edilmiş məhsulların üzərindəki etiketlərdə kərə yağı və qoyun əti qeyd edilsə də, istehsal zamanı bitki və bitki spred yağından istifadə edilir.

Tribunainfo.az xəbər verir ki, eyni zamanda müəssisədə qoyun əti aşkar olunmamış, qoyun ətinin alınmasını təsdiq edən sənədlər və minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən müvafiq müşayiətedici sənədlər təqdim olunmamışdı. Hətta müəssisənin hazır məhsul anbarına keçirilən baxış zamanı məhsulların müəyyən qisminin üzərində məhsulun istehsal və son istifadə tarixlərinin qeyd edilmədiyi, bəzilərində isə taraların üzərində yazılmış tarixlə məhsulun üzərində qeyd edilmiş tarix arasında uyğunsuzluq olduğu müəyyən edilmişdi.

Yoxlamalar zamanı “Al-Sana” MMC-nin ət, qida əlavələri, ədviyyatlar və qablaşdırma materialları halal qaynaqlardan alınmalı olduğu halda, müxtəlif fiziki şəxslərdən əldə etdiyi müəyyən edilmişdi. Məsələn, həm mal, həm də toyuq əti rayonlardakı ayrı-ayrı fiziki şəxslərdən alınır. Həmin fiziki şəxslər halal qaynaqlar hesab edilmir. Uzun illər müəssisədən halal sertifikatı alınsa da, son günlərə qədər MMC halal adı altında məhsullar istehsal edib, satıb.

Hətta müəssisədə istehsal edilmiş bişmiş, bişmiş hisə verilmiş, yarım hisə verilmiş kolbasa məhsullarından və sosiskalardan götürülən nümunələrin laboratoryada müayinəsindən sonra məhsullarda uyğunsuzluqlar aşkar edilmişdi.

Dəfələrlə nöqsanlar aşkarlanan bu müəssisənin sahibləri məhsullarını market və mağazalarda sata bilmədikdə isə digər yollara əl atıblar. Bir neçə il öncə Bakı şəhər sakinləri -“Al-Sana” MMC-nin satış meneceri Vüqar Namazov və sürücü Kamil Mehdiyev 200 kiloqrama yaxın istifadəyə yararsız və müddəti bitmiş “Fitnes” kolbasa və sosiska məmulatlarını satarkən saxlanılmışdı. Hazırda metro çıxışlarında, bazarların qarşısında açıq şəkildə, adsız və istehsal tarixi qeyd edilmədən satışa çıxarılan, keyfiyyəti və tərkibi məlum olmayan kolbasa və sosiskalar sözügedən MMC-nin istehsalıdır.

Məsələn, “Marka” şirkəti olaraq fəaliyyət göstərən firma da məhsullarını “Al-Sana” MMC-nin dəfələrlə nöqsanlar aşkarlanmış sexində istehsal edir. Halallılq sertifikatı almayan bu müəssisə məhsullarını halal adı altında satır. Halbuki həmin kolbasa və sosiskaların heç biri halal deyil, əksəriyyərinin tərkibi xəstə və ya ölmüş hər hansısa heyvana aiddir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti