Ardını oxu...
Astarada çalışan bir qrup sahibkar icra başçısı Qəzənfər Ağayevi məhkəməyə verməyə hazırlaşır.

Sosial mediada yayılan məlumatda bildirilir ki, səbəb icra başçısının yaratdığı süni əngəl və problemlərdir.

Qeyd olunur ki, yaxın günlərdə ölkə başçısına ünvanlanacaq geniş müraciətin mətni də ictimaiyyətə təqdim ediləcək.

Məhkəmə ilə bağlı məsələnin detalları tam açıqlanmasa da, əsasən, sahibkarlara yaradılan süni maneələrə toxunulur.

“Arqument.az” Astara Rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənə bilməyib.

Qəzənfər Ağayev 10 ildir ki, Astaraya rəhbərlik edir.

O, ölkə başçısının 14 aprel 2012-ci il tarixli sərəncamı ilə Astara rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

Buna qədər isə o, 2006-cı il tarixə kimi Yardımlı rayon icra hakimiyyətinin başçısı, 2006-2012-ci illərdə Masallı rayon icra hakimiyyətinin başçısı vəzifələrində çalışıb. //“Arqument.az”//

Ardını oxu...

Bu adamlar institutdakı yeyintinin üstünü açmaq əvəzinə, görün, nə işlərlə məşğuldurlar?! Dövlətə ziyanı gizlədən belə zərəli şəxslərə alim demək olarmı?!

Mətbuatdakı tənqidi yazılarımda Ramiz Mehdiyevin və xüsusən, İsa Həbibbəylinin adlarını çəkdiyim üçün 21 yanvar 2022-ci ildə AMEA-nın Dilçilik İnstitutunun Baş direktoru Nadir Məmmədli vasitəsilə məni cəzalandırmaq qərarına gəldilər.
Təcili yığıncaq çağıran Baş direktorun xəbəri olub-olmadığını bilmirəm, amma məndən acıqlı olan bir neçə qadın plagiatçını şər deyib üzümə durmaq üçün hazır vəziyyətə gətirmişmişlər. Həmin gün xəstə olub işə çıxmamağım planlarını pozsa da, Baş direktor belə vəd etmişdir: "Ramiz Mehdiyevin və İsa Həbibbəylinin adını çəkib tənqid etmək elə-belə şey deyil, ona görə də gec-tez sənin haqqında tədbir görüləcək".
Görünür, Baş direktor akademşəbəkənin nüfuzuna bələd imiş.
Bir neçə müddət keçdikdən sonra İ. Həbibbəylinin təlimatı üzrə Baş direktor N.Məmmədli bu "müqəddəs" işə (iftira və üzəduranlığa) akademşəbəkənin "pensiyam maaşımdan çoxdur" deyən "Fəttah ağa"sı, bu yaşında ADU-nun tam ştat işçisi, şəxsi ambisiyaları naminə tez-tez mövqe dəyişib özünü tutan, yalandan yoğrulmuş yağlı diplom vədləri ilə əlavə üzəduranlar cəlb etmək məharəti olan, hətta AAK-ı şantaj edib şəxsi marağını təmin etdikdən sonra səsini içinə çəkən, xaraktercə şərbaz, sui-istifadəçi, qısqanc, paxıl, bəzən başqasının ayaqqabısını geyinib təqlid etməyə çalışsa da, sonunda biabır və pərt olan, elmi dərəcə və ad imtiyazını millət balalarını "redaktə" adı altında aylarla süründürüb şəxsi marağının təmininə həsr edən, bəhanə ilə pul qazanmağı zəhmətlə pul qazanmaq kimi sırımağa çalışan, dövlətə, dövlət başçısına inamsızlıq, mənsub olduğu akademşəbəkəyə inam təbliğ edən (hətta bu iyrənc davranışını mənim səhifəmdə faş edib), faydalı bir işə yaramayan, fürsətcilliyini və riyakarlığını utanmadan norma kimi qəbul etdirməyə çalışan Zərbəliyev Həbib Məmməd oğlu adında birisini gətiriblər.
Ey akademşəbəkə! İnstitutda, ümumən, akademiyada yoxa çıxan milyonların, yüz minlərlə qrantların, dövlət vəsaitinin mənimsənilməsi hesabına çap olunan saxta və plagiat əsərlərin, institut büdcəsinin necə dağıdılmasının (bu haqda rəsmi müraciət olunub), saxta dissertasiyaların, şəxsi ambisiyalar naminə dövlətə vurduğunuz zərərlərin hesabını verin! Sanmayın ki, hansısa şöbəyə qısılıb şəxsimə qarşı sui-qəsd planları qurmaqla, şər-böhtanlarla məsuliyyətdən yaxa qurtaracaqsınız!
İnanmadığınız Dövlət bir gün sığınıb milləti cana-boğaza yıdığınız, bütün narazılıqları ustalıqıla ölkə başçısının ünvanına yönəltdiyiniz şəbəkəni alt-üst edəcək, buna şübhəniz olmasın!
Alim cildinə girib millətə zülm edirsiniz! Ölkəyə xarici düşmənin vurmadığı ziyanı vurursunuz. Ar olsun!
"Su sənəyi suda sınar" deyib atalarımız. Qoynuna atıldığınız İftira, rüşvət, süründürməçilik, mənimsəmə, riyakarlıq, yaltaqlıq, plagiarizm gölməçəsində boğulacaqsınız!

İdris Abbasov - professor
DİA.AZ
 
Ardını oxu...
Haqqında bəhs edəcəyimiz Rüstəm Şahbazov və Yusif Qənbərov haqqında qısa məlumat verək. Deməli, Rüstəm Şahbazov uzun illərdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavinidir. Dövlət Əmlak Komitəsi İqtisadiyyat Nazirliyinin tərkibinə daxil olandan sonra isə Rüstəm Şahbazov Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavinidir. Qənbərov Yusif Bəybala oğlu isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin ( indi isə Dövlət Xidmətində ) yerli qurumlarla iş şöbəsinin müdiridir.
Qeyd edək ki, Rüstəm Şahbazov 1963-cü ildə Cəlilabadda anadan olub. 1989-cu ildə “Narxoz”u
bitirib. Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2006-cı il tarixli Sərəncamı ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2009-cu il tarixli Sərəncamı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilmişdir. Hər iki vəzifəli şəxs Cəlilabad rayonundandır.
Bu haqqında bəhs edəcəyimiz şəxslərlə bağlı qısa məlumat. İndi isə keçək onların əməllərinə. Birincisi onu qeyd edək ki, bu illər ərzində 50 minə yaxın kiçik dövlət müəssisə və obyekti özəlləşdirlib. Əgər Rüstəm Şahbazov bu obyektlərin hərəsindən ən azı 100 manat alsa...50000 x 100 = 5 MİLYON. Biz 100 manatı gülmək üçün yazdıq. Obyektlərin özəlləşdirilməsi çox baha başa gəlir.
İkincisi, çox ciddi məsələ odur ki, başqa media orqanlarında Rüstəm Şahbazova qarşı çox ciddi ittihamlar səsləndirilir. Hətta onun adı bəzi media qurumlarında QƏTL işində də keçir. Bu başqa bir yazının mövzusudur.
Deməli, Cəlilabad sakinlərinin mediaya yazdığından bəlli olur ki, bu adamın rayonda yüz hektarlarla üzüm və taxıl sahəsi var. Rüstəm Şahbazovun üzüm bağlarına və taxıl sahələrinə isə Cəlilabadda yaşayan qardaşı, Göytəpə şəhər Musiqi Məktəbinin direktoru Vüqar Şahbazov nəzarət edir. Bundan başqa Cəlilabadda Rüstəm Şahbazovun yaxın qohumu Sabir Ağayev də hektarlarla torpaqları zəbt edib.
Bir sözlə, Şahbazovlar rayonda istədikləri torpaq sahəsinə və obyektlərə Rüstəm Şahbazovun sayəsində ağalıq edirlər.
Məlumat üçün qeyd edək ki, Rüstəm Şahbazovun 2 övladı var. Hər ikisi xaricdə təhsil alıblar. Qızı Mərkəzi Bankda işləyir, oğlu isə plastik qapı-pəncərə şirkətini işlədir.
Cəlilabad sakinlərinin yazdığına görə, Rüstəm Şahbazovun qohumları o qədər həddini aşıb ki, onlar ali təhsilli müəlliməni, üç qız və bir oğlan anasını intihar həddinə çatdırıb....
İndi isə keçək Qənbərov Yusif Bəybala oğlunun əməllərinə. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarla iş şöbəsinin müdiri olan Yusif Qənbərovun da 2 oğlu var. Cəlilabadın Üçtəpə kəndində Yusif Qənbərovun böyük bir balıq vətəgəsi var. Sonra Yusifin Alatavanın girəcəyində avtomobil təmiri sexləri var.
Qısaca onu qeyd edək ki, Yusif Qənbərov dövlət sifarişli layihələr üzrə o qədər insanların evini uçurdub ki...Bu başqa bir yazının mövzusudur.
Sonda özünü Rüstəm Şahbazovun qohumları kimi qələmə verən bəzi şəxslərə deyirik ki, birdən bilməzsən başını bizim dəyənəyə sürtərsən haa...
Və onu da bildirək ki, İldırım əməlli-başlı çaxmaqdadır haa... Amma İldırım nə üçün Rüstəm Şahbazova və Yusif Qənbvərova qarşı çaxmır..?
Bəlkə ortada daha ciddi "iki" söhbəti var..? Bu barədə növbəti yazıda. Bizi izləyin.
P.S. Deyirlər, Yusif Qənbərovun sürücüsü, Gülya xanımın qızının həyat yoldaşıdır?
 //gundelik-baku.com//
Ardını oxu...
DİA.AZ: - Ucar rayonu Bərgüşad kənd sakini Məmmədova Hökumə Şirəli qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Bildiriəm ki, Ucar rayon Mərkəzi Xəstəxanasının Ulturasəs Müayinə (USM) həkim İlahə Ağayeva müayinə olunmağım üçün məndən pul tələb etdi. Maddi imkanım olmadığı üçün məni təhqir etdi.Belə oxşar vəziyyət Ucar rayon Mərkəzi Xəstəxanasında dəfələrlə baş verib.
Mən ağır qaraciyər xəstəliyindən əziyyət çəkirəm.14 aprel 2023-cü il tarixdə Ucar rayon Mərkəzi Xəstəxanasında olub müayinə olunmağım üçün İlahə həkimə müraciət etmişəm.Nəticədə də istədiyi pulu verə bilmədiyim üçün məni müayinə etmədi alçaldıcı sözlərlə təhqqir etdi.Mənə dedi ki, “yekə arvadsan utanıb ölmürsən pulun yoxdur Bərgüşad kəndindən bura niyə gəlmisən, sənə sərf etdiyim vaxtı başqa pul verən xəstəyə sərf edərəm”.

Ucar rayon Mərkəzi Xəstəxanasında özbaşınalıqlar baş alıb gedir insanlar buna görə çox əziyyət çəkirlər.
Mənim həyat yoldaşım vəfat edib ağır xəstəliyə görə heç bir yerdə işləmirəm.Oğlum aili təhsilini bitirib hərbi xidmətə gedib hazırda cəbhə bölgəsində hərbi xidmət keçir.Dövlətimiz tibbi sığorta haqqında qanun qəbul edib ki, buna görə dövlət xəstəxanasında pulsuz müayinə olunmalıyam.Ancaq bu qanunlar Ucar rayon Mərkəzi Xəstəxanasında heç vaxt işləmir.Sanki Ucar rayon xəstəxanası TƏBİB-in yadından çıxıb.
Mənə qarşı edilən qanunsuzluqlar barədə TƏBİB-in icraçı direktoru cənab Vüqar Qurbanova və TƏBİB-in İdarə Heyətinin sədri cənab Zaur Əliyevə şikayət ərizələri ilə müraciət etmişəm.
Həmçinin mətbuat vasitəsilədə onlardan xahiş edirəm şikayət ərizəmi obyektiv araşdırıb qanunu və ciddi tədbir görəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Aprel döyüşləri və 44 günlük Vətən müharibəsi qazisi, Lənkəran şəhər sakini Şahbazlı Asin Ulduz oğlu “7 saylı Magistral-Yol İstismar İdarəsi” MMC-nin direktoru Rüfət Həsənzadə tərəfindən səbəbsiz yerə işdən çıxarılıb.
TEREF.AZ xəbər verir ki, bu barədə Demokrat.az-a Asin Şahbazlı bildirib ki, onu Ramazan bayramı günündə işsiz qoyublar:

“İşdən çıxarılmağımın səbəbini soruşanda, hər hansı əsas göstərə bilmədilər. Deyildi ki, gedib hara şikayət edə bilirsən, elə. Dəfələrlə müraciət etsəm də, şikayətimə baxan yoxdur. Rüfət Həsənzadə atası Raqub Həsənova arxalanır. Uzun illərdən bəri Raqub Həsənov da yol tikintisi şirkətinə rəhbərlik edir, ata və oğul Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin layihələrini həyata keçirirlər.

Ancaq bütün baxmayaraq, dəfələrlə müraciət etsəm də, mənə heç iş verilmir. Bizi nə axtaran var, nə maraqlanan. Ümumiyyətlə heç nə ilə maraqlanmırlar. İşlə də təmin etmirlər. Kirayədə qalıram. Heç bir yerdən gəlirim yoxdur. Hara iş üçün gedirəm, deyirlər, dəlixanada yatmısan. Deyirəm ki, müharibədən qabaq normal insan olmuşam, Vətənə xidmət etmişəm. Konkret nə baxan, nə də axtaran var. Özüm də 2 ildir psixoterapik dərmanlarla yaşayıram. Hara müraciət edirəm, ancaq boş məktublar gəlir”.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun “adamı” kimi tanınan Raqub Həsənov barəsində mediada mütəmadi olaraq ziddiyətli məlumatlar yer alır.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Yasamal rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşlarının Qələbə dairəsindən başlayaraq yolboyu ağacları dibindən çıxardığı bildirilir.

Bu barədə Toplum TV-nin reportajında bildirilib.

Agentliyin özünü təqdim etməyən əməkdaşı ona yönləndirilən suala əvvəlcə imtina edib, daha sonra isə on hücum eidb və çəkilişə mane olmağa cəhd edib. Əməkdaş əl-qol hərəkətləri ilə jurnalisitn fəaliyyətinə maneə olmağa və texniki vasitələri onun əlindən almağa çalışıb.

"Yeri get o yana. Sən məni alladırsan, yeri get o yana. Sən kimsən ki? Söndür, dartıb qıraram”, – jurnalistin mikrofonu əlindən almaq istəyən əməkdaş deyib.

Jurnalistin "Ağacları niyə çıxarırsınız” sualına isə əməkdaşın cavabı belə olub:

"Az, əcəb eləyirik”.

Məsələ ilə bağlı AAYDA-nın sözçüsü Anar Nəcəfli bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi əsasında həmin ağaclar müxtəlif ərazilərə köçürülür.

Ekoloq Sadiq Həsənov isə indi ağacların inkşaf dövrü olduğu üçün ağaclarının yerinin dəyişilməsininn doğru olmadığını deyib:

"İndi ümumiyyətlə ağacların vegetasiya dövrüdür. Ağaclar nə vaxt budanır, yaxud yeri dəyişilir? Bu əsasən payız aylarında ağacın yarpaqlarının töküldüyü vaxtdan başlayaraq, fevral ayına qədər davam edir. İndi artıq bu ağacların inkşaf dövrüdür və bu dövrdə ağacların nə yerinin dəyişilməsi, nə də budanması hadisəsi olmamalıdır. Bu ağaclara həddindən artıq zərər verir və sonradan onların qurumasına səbəb olur”.

 
Ardını oxu...
Bakının Suraxanı rayonu heç vaxt icra başçısı sarıdan yarımayıb. Rayona kim rəhbər təyin olunubsa, söküb-dağıdıb, satıb və yağmalayıb, qanunsuz tikintilərə meydan açıb, rüşvət alıb harda gəldi obyekt tikməyə şərait yaradıblar. Ona görə indi Suraxanıda barmaq qoymağa demək olar ki, yer qalmayıb deyə hazırki icra başçısı Əziz Əzizov da yaşayış binalarının qabağını satmağa keçib. Ə.Əzizov görüb ki, ona boş yerlər çatmayıb, sələfi İlqar Abbasov Suraxanını qarış -qarış peşkəş edib, indi o da binaların önünü pay-püş etməkdədir.
Heç kimə sirr deyil ki, bu gün hansısa daşı daşın üstünə qoymaq üçün gərək icra hakimiyyəti ilə dil tapasan, görüm-baxım edəsən. Yəni hansısa məmur deyəndə ki, onun xəbəri olmadan kimsə icazəsiz tikinti işləri aparıb, əmin olun gözünün içinə qədər ağ yalan danışır. Necə ki belə bir absurd yalanı Suraxanı icra başçısı Əziz Əzizov Yeni Günəşli qəsəbəsi AB massivində yaşayış binasının sakinlərinə danışmaqdadır. Burada hiyləsi isə sakinlərin “başı altına yastıq qoyub” onları aldatmaq, sakitləşdirmək və daha sonra qanunsuz tikintinin davam etməsinə şərait yaratmaqdır.

Sözügedən ünvanda binanın qarşısında özbaşına tikinti aparılıb. Buna özbaşına da demək olmaz, çünki sahibkar icra hakimiyyətinin rüşvətini verməsə icazəsiz qanunsuzluq edə bilməz. Belə desək, həmin binanın qabağında icazəli özbaşınalıq baş verməkdədir. Bu da icra başçısı Əziz Əzizovun sayəsində olub.

Bina sakinlərinin sözlərinə görə, üzüm, əncir ağaclarını kəsərək yerində qanunsuz tikintiyə cəhd göstərilmişdi. Nəticədə binanın önü hasarlanıb, oksigenin qarşısı kəsilmişdi. Sakinlər bir araya gələrək bununla bağlı narazılıq bildirmişdilər. Onlar mənzillərə hava gəlmədiyini, gün düşmədiyini qeyd edirdilər. Ümumiyyətlə, tikintinin hansı məqsədlə və kim tərəfindən aparıldığı da bildirilməyib, inşa işlərinə icazə sənədi belə təqdim olunmamışdı.

Bundan sonra sakinlər Suraxanı rayon icra hakimiyyətinə, onun başçısı Əziz Əzizova, prezidentə və Bakı meriyasına mətbuat vasitəsi ilə müraciət ediblər, qanunsuz tikintiyə son qoyulmasını bildiriblər. Onların müraciətindən sonra Suraxanı İH başçısı Əziz Əzizov əraziyə gələrək camaatı sakitləşdirmiş, belə bir sərəncam vermədiyini bildirmişdi.Anaxeber.info
Ardını oxu...
Sarkazm.az xəbər verir ki , “ASAN xidmət” mərkəzlərinin yaradılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlardan biridir. Bu mərkəzlər dövlət orqanları tərəfindən göstərilən dsaymətlərin vahid və formada həyata keçirilməsini təmin edən qurumlardır. “ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.
Mərkəzlərimizin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulub. “ASAN xidmət” mərkəzlərinin yaradılmasında məqsəd vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması, peşəkarlıq səviyyəsinin artırılması, dövlət strukturlarına etimadın daha da gücləndirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadə olunması, bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılmasıdır.
Lakin “ASAN xidmət”in sıralarına düşən “təsadüfi” adamlar bu qurumun qarşısına qoyulan vəzifələrin öhdəsindən axıra kimi gələcəyinə, cəmiyyət arasında nüfuzunu sonadək qoruyub saxlaya biləcəyinə şübhələr doğurur. Belə “təsadüfi” şəxslərdən biri də “ASAN Xidmət”in Bakı şəhəri Yasamal rayonunda fəaliyyət göstərən 3 saylı filialının notariat xidmətində hüquqşünas vəzifəsində işləyən Əliyeva Nüşabə Akif qızıdır. O, “SSM Hüuquq-Servis” MMC-nin icraçı direktoru işlədiyi vaxt öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olduğu bir qrup şəxslə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə ziyan və xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, “SSM Hüquq-Servis” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə Hacıyev Səbuhi Səxavət oğlu və qeyrisi ilə qabaqcadan əlbir olan bir şəxs halında Cəfərova Çimnaz Aydın qızının əmlakını ələ keçirmə məqsədi ilə etibarından sui-istifadə edib onu Gigiyena və Epidemiologiya Mərkəzinə işə düzəlməsinə köməklik göstərəcəyi adı ilə aldadaraq 23 yanvar 2016-cı ilə tarixdə Bakı şəhəri Nizami rayonu Azadlıq prospekti 80-b saylı ünvanda yerləşən “SSM Hüquq-Servis” MMC-nin ofisində həmin dövrün məzənnəsi ilə 2408 manat təşkil edən 1500 ABŞ dolları və 1600 manat pulunu ələ keçirib zərərçəkmiş şəxs Cəfərova Çimnaz Aydın qızına ümumi 4008 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Əliyeva Nüşabə Akif qızı təkrarən “SSM Hüquq-Servis” MMC-nin icraçı direktoru işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə Hacıyev Səbuhi Səxavət oğlu və qeyrisi ilə qabacadan əlbir olan bir qrup şəxs halında Ağamalıyeva Qətibə Nəriman qızının əmlakını ələ keçirmə məqsədi ilə etibarından sui-istifadə edib onun qızı Kərimova Səidə Yəhya qızını uşaq bağçasına müdirə vəzifəsinə işə düzəılməsinə köməklik göstərəcəyi adı ilə aldadaraq 11 fevral 2016-cı il tarixdə MMC-nin ofisində 15020 manat pulunu ələ keçirib zərərçəkmiş şəxs Ağamalıyeva Qətibə Nəriman qızına 15020 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 fevral 2018-ci il tarixli 1(101)-220/2018 nömrəli məhkəmə hökmü ilə Əliyeva Nüşabə Akif qızı və Hacıyev Səbuhi Səxavət oğlu AR CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Azadlıq məhrum etmə cəzası hissəsində AR CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzaları şərti hesab edilmişdir. Onlara bir il sınaq müddəti təyin edilmiş, öz davranışları ilə islah olunmalarını sübut etmək vəzifələri qoyulmuşdur. Barələrində xüsusi müsadirə tətbiq edilməmişdir. Onların barəsində çıxarılmış məhkəmə hökmünün bunca humanist olması törətdikləri cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanların tam ödənilməsi, zərərçəkmiş şəxslərin sonucda onlardan şikayətçi olmaması ilə, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin onların ailələrini ciddi məhrumiyyətlərə düçar edə biləcəyi ilə izah olunmuşdur.

Göründüyü kimi, Əliyeva Nüşabə Akif qızının “şərəfli” bioqrafiyası “ASAN Xidmət”in nüfuzu, müsbət imici ilə tərs mütənasibdir.
Korrupsiya-q.az.
Teref.az olaraq məqalədə toxunulan iddialarla bağlı maraqlı tərəflərin fikirlərini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
Xəbər verildiyi kimi dünən prezident “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ləğv edildi. Hər iki qurum Prezident İlham Əliyev fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tərkibinə verilib. Ümumiyyətlə Azərbaycanda Açıq Səhmdar Cəmiyyətlərinin fəaliyyəti heç də ürəkaçan deyil. Bu qurumları daha çox pulsilən dəzgahlara bənzətmək olar. Onlara rəhbərlik edən şəxslərin əksəriyyəti tenderlərdə pul udur, maxinasiyalara yol verir, büdcə pullarını çırpışdırırlar. Bu ASC-lərə ötən illər ərzində həm dövlət büdcəsindən, həm xarici kreditlər hesabına milyardlarla dollar investisiya yönəldilsə də, əsasən pis menecment ucbatından onların maliyyə səmərəliliyi çox aşağıdır. Bu ASC-lərin dövlət büdcəsi qarşısında milyardlarla manat vergi borcları yığılıb qalmaqdadır.

Elə götürək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini. Büdcə vəsaitlərindən əlavə hər il Prezidentin sərəncamı ilə ayrı-ayrı rayonlarda çəkiləcək yolların tikintisinə milyonlarla manat ayrılır. AAYDA-nın tabeliyində demək olar ki, hər rayonda yol-istismar idarələri olsa da, bu idarələr bir kənarda saxlanılır, əvəzində isə böyük maliyyə imkanlarına sahib olan şəxslərin nəzarətindəki MMC-lər respublikadaxili strateji yolların tikintisinə cəlb olunurlar. Amma həmin MMC-lərin çoxunun nə yol tikintisində təcürbəsi var, nə də müvafiq texnikaları. Texnikaların böyük hissəsi icarəyə götürülərək, layihələrdə istifadə olunur ki, bu da əlavə vəsait sərfiyyatı deməkdir. Bu isə büdcə pullarının təyinatından yayındırılmasına imkan yaratmaqla yanaşı, işin keyfiyyətinə də mənfi təsir edir.

Məsələn, əldə etdiyimiz məlumata görə 15 saylı Yol İstismar MMC-də vaxtı ilə büdcə vəsaitlərinin silinməsi işlərində aktiv rol oynayıb. Belə pul silinmələri zamanı İdarənin rəisi Cavid Qurbanov tərəfindən vəzifəyə qoyulmuş Zahid Nuriyev o qədər ağ edib ki, axırda AAYDA sədri Saleh Məmmədov onu 2021-ci ilin martında tutduğu vəzifəsindən azad etmək zorunda qalıb. Doğrudur, həmin vaxt vəzifəsindən azad edilən tək Zahid Nuriyev olmamışdı. Onunla yanaşı vəzifəsini itirən şəxslər arasında Samux rayon Yol İstismar İdarəsinin rəisi Zakir Quliyev, 8 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Əliheybət Şirinov da vardı.

Bəs sonra nələr baş verdi?

O baş verdi ki, Saleh Məmmədov onları azad etsə də, əvəzinə onların oğullarını və yaxınlarını yenə bu vəzifələrə təyin etdi. Məsələn, Zahid Nuriyevin yerinə oğlu Vüqar Nuriyev “17 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsi” MMC-yə rəis təyin etdi. Məlumatlara görə AAYDA sədri bununla Zahid Nuriyevlə aralarındakı şərik işlərini örtbasdır etmiş olub.

Zahid Nuriyevin vəzifədən azad etməsinə isə səbəblər və şikayətlər çox idi. Məsələn, 5 il əvvəl Cəlilabadda çəkdiyi yol hazırda tamamilə yoxa çıxıb desək, yəqin ki, yanılmarıq. Çünki, Cəlilabad rayonunda torpaq bərk suxurlu yox, yumşaq torpaqdan ibarətdir. Zahid Nuriyev də, yol işindən elementar anlayışı olmadığı üçün yol yatağının laylarını, bərk cisimdən, yuyulmuş və doğranmış çınqıl və şeben materialından və üst qatın narın qum təbəqəsi səpmədən birbaşa yumşaq torpaq üzərinə iki qat asphalt səpməklə işini bitmiş hesab etmişdir. Bu gün nəticə göz qabağındadır. Yerli sakinlər yenə asfalt yola həsrətdirlər. Digər fakt ondan ibarətdir ki, Bakının “Koroğlu” dairəsindən üzü “Sabunçu” dairəsinə gedən 3 km-lik, eni 74 m olan hissədə 3 il öncə apardığı yeni asfalt hissəsi də bu gün demək olar ki, yarasız vəziyyətə düşməkdədir. Baxmayaraq ki, aeroport yolu kimi tanınan və 15 ildir ki, istifadəyə verilən 14 km-lik yol yenə yaxşı vəziyyətdə qalmaqdadır. Zahid Nuriyev Bakı şəhəri üzrə balansında olan yolların saxlanmasına və təmirinə baxmaq əvəzinə, ayrılan investisiyanı öz bildiyi yolların çəkilişinə və ehtiyac olmayan yerlərin təmirinə sərf etməklə, əslində “pulsilmə” əməliyyatını uğurla həyata keçirmişdir. Hal hazırda da vaxtilə polis sistemində işləyən oğlunu “17 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsi” MMC-yə rəis təyin etdirsə də, faktiki rəisliyi özü etməkdədir və Balaxanıdakı özünə məxsus asfalt zavodunda AAYDA ilə işbirliyini davam etdirir.

Nəticədə Zahid Nuriyev özünə milyonlar qazanıb. Novxanıda villalara, Corat qəsəbəsində dəbdəbəli otelə, Nərimanov rayonun Əhməd Rəcəbli küçəsində çoxsaylı milyonluq mülklərə sahib olub. Sotu 250-300 min manata olan ərazidə də altı mağaza, üstü otel olan böyük obyekt tikdirib icarəyə verib. Kürəkəni ilə oğlu son model 300 seriyalı Galenvagen” və “Range rover” markalı bahalı avtomobilləri sürürlər. İdarə maşınının sürücüsü Qəhrəman da rəhbərin ailəsinə xidmət edir. Zahid özünə və Suraxanı Yol İstismar İdarəsində rəis işləyən kürəkəni Müşfiqə Maştağa yolunun üstündəki “Savalan” yaşayış massivində yanaşı ikimərtəbəli villalar tikdirib. Və bildirilir ki, bütün bu cah-cəlal asfaltın keyfiyyətindən oğurlanan vəsait hesabınadır. Yerdən qaşınan frezi xammal kimi təzə adıyla asfalt yerinə döşəyirlər.

Mənbəmizin verdiyi məlumata görə Zahid Nuriyev PORT-BAKU yaşayış massivində bir binanın bir mərtəbəsini, Neftçilər metrosunda bir neçə mənzil, Suraxanı rayonunda bir neçə mənzilə sahib olub. Türkiyədə də biznes qurmağı bacarıb.
Aktualinfo.org
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az
 

Dünyapress TV

Xəbər lenti