Ardını oxu...

 Cəbrayıl rayon Mahmudlu kənd uşaq Musiqi Məktəbi Bakı şəhərində Binəqədi rayonu ərazisində fəaliyyət göstərir. Məktəbə uzun illər rəhbərlik etmiş Elman müəllim dünyasını dəyişdikdən sonra onun yerinə qızı Gülnar xanım təyin edilib, artıq neçə illərdir ki sözügedən Uşaq Musiqi Məktəbinə Bakı Humanitar Texnikumunun /Kollec/ məzunu olan Gülnar xanım rəhbərlik edir. Maraqlı biradsıdır ki, heç bir ali təhsili olmayan xanım direktoru bu vəzifəyə kim və hansı yolla təyin edib və onun arxasında kimlər dayanır?!

Onu da qeyd edək ki Musiqi Məktəbi fəaliyyət göstərmək üçün üçmərtəbəli,,villanı,, kirayələyib. 

 Musiqi təhsili müəssisələrində digər xoşagəlməz hallar da olmaqdadır ki, bununla bağlı da lazımi məlimatlar əldə edildikcə ictimaiyyətin diqqətinə çatdırılacaq.

Odur ki, bizimlə qalın və Musiqi Məktəbi ilə bağlı hansısa məlumatlarınız olarsa yorumlarda yazmağı unutmayın. Nəzərinizə çatdırırıq ki, yazacağınız şərhlər xalqımızın, millətimizin, eyni zamanda dövlətimizin Musiqi təhsilinə verdiyi böyük dəyərə lazımi dəstək verəcəkdir.

xeberfakt.az

 
 

Ardını oxu...
DİA.AZ: - "Aqrar Universitet (keçmiş AKTI) yarandığı yüz il müddətində ölkəmizdə kənd təsərrüfatının inkişafına öz müəllim və professor heyyətinin peşəkar fəaliyyəti əsasında yetişdirdikləri mütəxəsiz ordusunun xidmətləri sayəsində çox böyük tövhələr vermişdir.Uzun illər şanlı yol keçmiş, dəfələrlə dövrünün layiqli mükafatlarını almışdır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalənin ƏVVƏLİ BURADA: İki nazirliyin BİR DƏRDİ: ADAU... - İLGİNC İDDİALAR...

Məqalədə daha sonra bildirilir: "İndi bu cür çıxılmaz idarəetmə şəraitinə düşmüş professorlar və gənc alim düşərgəsi kimə ümid etsin, bir məsləhətləşmə üçün kimə ürəyini açsın?

* Tədris işləri üzrə prorektor Əhməd Məlikov - əlinə qələm-dəftər alıb rektorun və "gizli ajan" Bəşir Bağırzadənin tapşırığı ilə onsuz da problemləri başından aşıb-daşan müəllimlərin dərslərinə girir. Müəllimləri NƏZARƏT ADI ALTINDA, əslində təhqir edən Əhməd Məlikovun yanına hansısa ADAU işçisinin dərdini və problemlərini demək üçün gedəndə isə "mən kiməm deyir".

* Elmi işlər üzrə prorektor Azad İbrahimov - özünü rektor kimi aparır. Gənc alimlərin inkişafına hər vasitə ilə mane olmağa çalışır. Müraciət etdikdə ancaq olmayan qanunlardan danışır, hər kəsi acılayır.

İni biz kimə müraciət eetməliyik: bütün bu özbaşınalıqlara göz ymması bir yana, rəvac verən rektora?"

DİA.AZ bildirir ki, məqalənin sonunda ADAU çalışanları adından Prezident İlham Əliyevə xitab olunaraq ADAU-dakı neqativ vəziyyətin durdurulması üçün mdaxilənin zəruriliyi vurğulanır. Məqalədə deyilir:

"Hörmətli Cənab Prezident! ADAU-nin professor və müəllim heyəti olaraq ADAU-da baş verən özbaşınalıqları gördükcə müəllimlik və aqrar sahəyə olan sevgimiz ölməyə başlayıb. Ömrümüzü aqrar sahəyə həsr etmişik, onun inkişafına, kadrların yetişməsinə, tələbələrin daha da çox elimi olmaları üçün bütün universitet işçiləri olaraq əlimizdən gələni etmişik.

Amma indi tələbələrimizə aqrar sahəni yox agentliyi, xəyanəti rəhbərlik öyrədirsə, tələbənin əli ilə müəllimlik peşəsini ləkələyirlərsə, artıq bura təhsil ocağı deyildir.

Cənab Prezident, inanırıq ki, ən qısa zamanda ölkənin əsas aqrar təhsil ocağında tüğyan edən özbaşınalığın durdurulması naminə müvafiq tapşırılqarınızı verəcəksiniz. Öncədən təşəkkür edirik".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini, RİH-in Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov Tərtər rayonu üzrə “DOST İş Mərkəzi” MMC-də yaşıllaşdırma sahəsində çalışan fəhlələri nalayiq sözlərlə təhqir və təhdid edir.
Bu barədə 56 yaşlı fəhlə Aydın Şahverdiyev Pravda.az-a ünvanladığı şikayətində bildirib.

Onun şikayətini təqdim edirik: “Martın 30-da rayonda aparılan abadlıq işləri çərçivəsində Tərtər Rayon Mərkəzi Xəstəxanasının qarşısında işləyirdik. Bizə tapşırılan işi görürdük. İşimizi icra başçısının birinci müavini Elvin Umudovun tapşırığına uyğun “DOST İş Mərkəzi” MMC-nin nümayəndəsi Saleh müəllim bölür. Bizim idarəmiz Dövlət Məşğulluq Agentliyinə baxır. Abbas Cavadov ora gələrək məni nalayiq sözlərlə təhqir etdi, özü söz-söhbət yaratdı. Mənə dedi ki, qudurmusan, sənin başını əzdirərəm, məhv etdirərəm. Etirazımı bildirdim ki, fəhləyəm, sən məni niyə təhqir edirsən. O, heç kimlə yola getmir. Dərdi nədir, bilmirik. Bundan əvvəl də belə hallar yaşanıb. Onda da etirazımı bildirmişdim. Saleh müəllim də ona tapşırıb ki, fəhələlərlə düzgün rəftar etsin. Başqaları ilə də bu cür davranır. Məni təhqir etdiyi vaxt yanımızda iki briqada, xəstəxananın da qarşısında camaat var idi, şahiddirlər, hamı gördü.

Abbas Cavadov mənə təpik atdı, söyüş söydü. Bizi ayırdılar. Əsəbdən əsirdim. Elə həmin an “102” xidmətinə zəng etdim. Məni polis şöbəsinə çağırdılar. Qəsəbəyə baxan nümayəndələr dedilər ki, Abbas Cavadov icra işçisi olduğu üçün məsələyə prokurorluq baxır. Martın 31-də Tərtər rayon prokuroru ilə görüşmək istəsəm də, o, tədbirdə idi. Müavini ilə də görüşə bilmədim. Polis şöbəsi məni məhkəməyə göndərdi ki, gedib ərizəni orada yazım. Məhkəmə də geri qaytardı ki, burada belə ərizə yazılmır. Latın əlifbasında yaza bilmədiyim üçün xahiş etdim ki, ərizəni yazmağıma köməklik göstərsinlər. Polis tərəfindən heç bir tədbir görülmədi. Həmin vaxtdan Abbas Cavadovu görməmişdik. O, aprelin 12-də yenə gəldi, traktorçu ilə də mübahisəsi oldu. Bizi niyə təhqir etməlidir? Birinci Qarabağ döyüşçüsüyəm. Vətən müharibəsində qəsəbədə zirzəmidə qalıb, yaralılara kömək etmişik, həlak olanların dəfnlərində iştirak etmişik. Hörmətli Prezidentimiz icra başçılarına, icra nümayəndələrinə həmişə tapşırıq verir ki, vətəndaşları incitməsinlər. Bu adam dövlət məmurudur, fəhləyə niyə təpik atmalıdır?”

Vətəndaşın şikayəti ilə bağlı Abbas Cavadovun da mövqeyini öyrənmək üçün Pravda.az-ın əməkdaşı onunla əlaqə yaratmağa çalışıb. Tərtər RİH-in Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən əməkdaşımıza deyilib ki, A.Cavadov ərazidədir, ancaq saat 15:00-dan sonra əlaqə yarada bilərik. Lakin A.Cavadovla deyilən saatda da əlaqə yaratmaq mümkün olmayıb.
Ardını oxu...
 
 

Anar Kərimovun dövründə Elnur Əliyevin əli ilə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunan Rəşad Yusifov Filarmoniyada keçiriləcək tədbirlərə yüksək qiymətlər oxuyur. Çox qəribədir ki, necə olur ki, DTX Mədəniyyət nazirliyində yoxlamalar apardı, Elnur Əliyev əvvəl həbs olunur, daha sonra ev dustaqlığına buraxılır, onun qohumu olan, elə onun əli ilə əvvəl əmlak komitəsində işləyən, daha sonra isə ADAU-nun məzunu olan Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov işdən azad olunur.

 

Cənnətovun qohumu olan Rəşad Yusifov hansıki oda Elnur Əliyevin əli ilə filarmoniyaya direktor təyin olunub, o qalıb işləyir. Redaksiyaya müraciət edən Elvira Zeynalova deyirki, Ulu Öndərin 100 illik yubileyi ilə bağlı filarmoniyanın direktoru Rəşad Yusifovla görüşdüm, əvvəl tədbirin keçirilməsi üçün 1500 manat istədi, sonra 1200, sonda 1000 manat istədi, mən dedimki bu təşəbbüslə keçirilən tədbirdi, burada uşaqlardan böyüyə qədər hamı təmənna güdmədən iştirak edərək Ulu Öndərə sayqısını göstərmək üçün bir araya gəlib. Sonuc olaraq biləndə ki, pul olmayacaq dedi ki, bəs nazirliyə yazın biz bu kimi tədbirləri pulsuz keçirə bilmirik.

Məndən qısa arayış: Rəşad Yusifov sabiq baş prokurorun müavini olan Rüstəm Usubovun bacısı qızının oğludu. ADAU-nun iqtisadiyyat fakultəsini bitirib. Bir gün olsun belə dövlət işində çalışmayıb. Birdən birə Samir Cəfərov kimi şəxsiyyətdən sonra hər hansı musiqi təhsili olmayan birini işə almaq, özüdə bir başa direktor, vəzifəsinə?

Əvvəllər çayçı işlədən bu özünü iş adamı necə oldu ki, bu qədər mühüm bir posta gətirildi? Milyonlarla vəsait qoyulan , şəxsən Prezident İlham Əliyevin açılışında iştirak etdiyi, hər hansı musiqi təhsili olmayan bu kadrın arxasındakı güc kimdirki, Ulu Öndərin yubileyi üçün təşəbbüskarlıq edib münasibət bəsləyənlərə pul oxusun? Həəə, bu özündən razının arxası olan Rüstəm Usubov hələdə bu gün söz sahibidir. Təbii ona görədə DTX-nın mədəniyyət nazirliyi tərəfindən apardığı yoxlamalardan kənarda qalan bu çayçı işlədən bu gün Ulu Öndərin yubileyi müqabilində 1500-1000 arası bazarlıq yapır. Yeri gəlmişkən bir məsələyədə diqqətinizi çəkim. Əli İnsanovun zamanında onun çox yaxını olan Gəncə səhiyyəsinin müdiri Həsrətin həyat yoldaşı Rüstəm Usubovun bacısıdır.

Redaksiydan: Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Hurriyyet.az


 

XalqXeber.Az
Ardını oxu...

Hakimlərin baxdığı işi oxumaması və məlumatsız olaraq məhkəmə istintaqı aparması, hətta qərar qəbul edərkən qanunsuz olaraq sədrə məruzə edib məsləhət-icazə alması barədə dəfələrlə məlumatlar eşidirik...

Bu da tipik nümunə: TURAN Agentliyi belə bir yazı ilə çıxış edib. Agentlik yazır: "Fotoşəkildəki belə hakimlərdən biridir - Bakının Xətai Rayon Məhkəməsinin hakimi Pərviz Zamanlı. O, 4 aydır çoxmənzilli bina sakinlərinin ("Yasamal-15" MMMC) SOCAR şirkətinin "Azəriqaz" İB-yə qarşı iddiası ilə məşğul ola bilmir (ya da istəmir). Söhbət sakinlərə istifadə etmədikləri qaz üçün borc yazılmasından (1500 manatdan çox) gedir. Bunu təsdiq edən sənədlər məhkəməyə təqdim edilib. Bununla belə, 4 iclasda (2023-cü ilin yanvarından aprelin 11-nə qədər) Pərviz Zamanlı iddiaçıya eyni sualı verir: "Siz nə istəyirsiniz? Tələblərinizə dair arayış təqdim edin". Aprelin 11-də keçirilən sonuncu iclasda sakinlərin iddiasının surəti hakimə göstərilib. İddiada ağ kağızın üzərində qara hərflərlə onların "Azəriqaz"dan mövcud olmayan borcu silməsinin tələb edilməsini istədikləri yazılıb. Hakimin buna reaksiyası, yumşaq desək, qəribə olub: "Bu sənəd bizdə yoxdur", deyə əlində iddia ərizəsini tutan hakim təəccüblə bildirib. Yəni hakim etiraf edib ki, o, dörd aydır baxdığı işlə bağlı iddianı oxumayıb! Səhvə yol verdiyini hiss edən hakim sakinlərin ona tələbin iddiada əksini tapdığını xatırladan bir nümayəndəsindən zalı tərk etməyi t tələb edib. Bu arada, hakim iclasa 15 dəqiqə gecikən və soruşmadan zala keçib yerinə oturan "Azəriqaz" İB-nin nümayəndəsi ilə kifayət qədər mehriban danışırdı. "Azirqaz"ın hüquqşünasının iştirak etməməsindən açıq-aşkar "narahat olan" hakim iki dəfə köməkçisinə "Gör Rəşad haradadır?" deyə sual edib. Rəşad gəldikdən sonra işi baxılması üçün Kommersiya Məhkəməsinə göndərməyi təklif edib, baxmayaraq ki, bu məhkəmə artıq iddiaya baxıb və onu Xətai Rayon Məhkəməsinə qaytarıb. Daha sonra hakim sakinlərin şikayətinin mahiyyəti ilə əlaqəsi olmayan suallar verməyə başlayıb. Və o, dördüncü iclasda da heç bir qərar qəbul etməyib, qərarın aprelin 27-də açıqlanacağını bildirib. O, əlavə edib ki, iş Ali Məhkəməyə göndərilməlidir (?). Xətai Rayon Məhkəməsindəki macəralar bununla bitmir. Belə ki, məhkəmənin elektron portalında Pərviz Zamanlının baxdığı işlər arasında bu işlə bağlı məlumat yoxdur (!), baxmayaraq ki, artıq aprelin 12-də keçirilən digər iclaslar haqqında hesabatlar var... Bəs Xətai Rayon Məhkəməsində nə baş verir?"

Artıq məlum olur ki, nə baş verir. Lakin belə hallar yolverilməzdir və şübhəsiz ki, sonda qəbul edilən qərar da ədalətsiz, yaxud mübahisəli olmalıdır. Hansı ki, qanuna görə, hakim qərar qəbul edərkən özünün daxili inamına istinad etməlidir. Bu halda hakim daxili inamına necə güvənib qərar qəbul edə bilər ki, o, işlə tanış deyil, mübahisənin predmetini bilmir...

A.Məmmədli
 //tezadlar.az//
Ardını oxu...
Nə prokurorluq, nə məhkəmə rüşvət, şər-böhtan məmuruna qarşı şikayətlərə baxır
ƏƏSMN -in keçmiş şöbə müdiri Əli Qüdrət oğlu Axundovun “əlil, tənha və ahıllara sosial xidmətin təşkili”ndə rüşvət metodlarından yararlanmasını, “əlil mənzilləri”ni, avtomobilləri”ni qanunsuz müəyyən edilmiş rüşvət haqqı qarşılığında satmasını basında işıqlandırmağımdan 20 ildən çoxdur ziyan çəkirəm. Təsəvvür edin, bir ayağı olmayan Qarabağ əlilinə o biri ayağının da kəsiləcəyindən sonra avtomobillə təmin oluna biləcəyi “xidməti” təklif edilmişdi. Mən də hökumətin “qeyri -hökumət” qurumları kimi 3-5 manata susmayacaqdım ki ! Yalnız Qarabağ əlilinin hüququnun təmin ediləcəyi halda susacağımı, gözümü yumacağımı desəm də, indiki “üzr videoları”na ekvivalent “təkzib” istənildi. Özü də əlilin hüququnun tanınmaması ilə birgə. Təbii ki, imtina edildi və “Azadlıq”ın redaktoruna ( Rövşən Hacıbəyli) şirnikləndirici təkliflər, hədə -qorxu da sonuc vermədi. Əli Axundov Qarabağ əlilləri və şəhid ailələrinin sosial müdafiəsinə ayrılan pullardan “bir kisə” götürüb “düşdü hakim partiyanın mətbu orqanlarının canına”. Ləğv edilmiş Qarabağ Əlillər Cəmiyyətinin yerində yaradılan “qeyri -hökumət” təşkilatının sədri Mehdi Mehdiyevi də özünə “ƏƏSMN əməkdaşı” kimi həmyazar edən Əli Axundov “Yeni Azərbaycan” , “Səs” və s. KİV-də məni – 1-ci dərəcəli Qarabağ əlilini “ədalət adına görülən işlərə ədalətsiz münasibət”də suçladığından , Səbail məhkəməsində şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığım iddiaya baxılmasından imtinanı apellyasiya və ali instansiyalar da qüvvədə saxladı. Hakim partiyanın mətbu orqanına, vəzifəli şəxslərinə qarşı iddia yolverilməzdi(r)! (?). Mən hüquq müstəvisində çıxış etdiyim halda, qarşı yan qanunsuz mənzil, avtomobil verdikləri Qarabağ əlillərini 1-ci dərəcəli Qarabağ qazisinə qarşı qızışdırıcı hərəkətlərə səfərbər etdilər. Hüquq mühafizə orqanları “qızışdırıcılıq xidməti”nə də hüquq qiyməti vermədilər. Əli Nağıyev nazir postundan gedənə kimi bütün güzəşt və hüquqlarım “girovluqda , işğalda” qaldı. Təsəvvür edin, Prezident Heydər Əliyevin dediyi kimi, onun özünə də “gücü çatan”, millət vəkili, akademik Cəlal Əliyevin deputat sorğusuna da hörmətsizlik edildi .
… Nizami RİH-ə başçı təyin edilən Tahir Budaqov keçmiş həmkarı Əli Axundovu ictimai – siyasi şöbənin müdiri təyin etməsilə köhnə qərəz sürür. İndi də Ombudsmana, AMEA -ya, ali dövlət hakimiyyəti orqanlarına haqqımda yalan bilgi verilir. Hətta məhkəmənin mənə verdiyi otaqları borclu Nizami RİH başqasına satıb, qanunla nəzərdə tutulan torpaq hüququma və s. qadağa qoyulub. Məhkəmə təminatı hüququma qadağadan heç danışmağa dəyməz.
Nizami məhkəməsində Əli Axundovun “Yeni Azərbaycan” qəzetində yaydığı şər – böhtana görə xüsusi ittiham qaydasında verdiyim şikayətlərə on ilə yaxındır baxılmır. Öncə şikayət baxılması üçün aidiyyatı üzrə Yasamal məhkəməsinə göndərildi, CPM-in tələblərinə uyğun olaraq aidiyyatı üzrə göndərilən işə baxılması məcburi olduğu halda, təqsirləndirilən Əli Axundov məhkəməyə rüşvət verib şikayətimi it-bata saldırdı. Nə apellyasiya və ali instansiya məhkəmələri, nə də Məhkəmə Hüquq Şurası qeyri-prosessual ilişgiyə qiymət verdi .
Nizami məhkəməsinə yenidən verdiyim şikayət isə elə it-bata salınıb ki, heç bir qərar verilməyib. Beşillik şikayətlərim də sonuc vermir. Məsləhətçi Ceyhun Bayramov gah şikayətin yolverilməzliyini, gah imzalanmadığını bildirir. Bəyəm cinayət işinə məhkəmə baxmır, məsləhətçi cinayət işinə hakim təyin olunub ? Bəlkə Əli Axundovun toxunulmazlıq hüququ var? Hər halda, başqa nəsə fikirləşmək olmur. .
Özüm yazdım, imzamla doğrulayıram :
Məğrur Bədəlsoy
Teref.az
Ardını oxu...


 
Ardını oxu...
Bakıda fəaliyyət göstərən “Şərq Bazarı” kompleksinin bərpa və yenidənqurma işləri ilə bağlı qalmaqal yaşanır. Kompleks ötən il istifadəyə verilib və ölkə başçısı İlham Əliyev obyektin açılışında iştirak edib. Lakin bərpa və yenidənqurma işlərini həyata keçirən subpodratçı şirkətlər – “MV Group” MMC, “MECC” MMC və “İdea Yapı” MMC pullarını ala bilmir.
Qaynarinfo xəbər verir ki, bu barədə şirkətlərin nümayəndələri aprelin 13-də keçirdikləri mətbuat konfransında bildirib.
“MV Group” MMC-nin layihə rəhbəri Fatih Turan bu məsələdə “6-cı mərtəbə” MMC-ni ittiham edib. Onun sözlərinə görə, “6-cı mərtəbə” MMC layihədə podratçı şirkət olub: “Biz də bu şirkətlə müqavilə imzalayıb işə başlamışıq. Lakin hələ də pulumuzu ala bilmirik. Müxtəlif bəhanələrlə gördüyümüz işin haqqı ödənilmir. Bundan başqa, layihənin icrasında bizdən asılı olmayan səbəblər üzündən gecikmələr olub. Bu gecikmələrə görə ziyan çəkmişik. Ödəniş olunmalıdır. Lakin “6-cıl mərtəbə” MMC ümumiyyətlə bu barədə danışmaq istəmir. Layihənin icrası dövründə inşaat materiallarının qiymətində artım olub. Bu da nəzərə alınmır. Halbuki, “6-cı mərtəbə” MMC bütün bunlara görə sifarişçidən ödənişləri alıb. Yəni, bizim əsas sifarişçidən narazılığımız yoxdur. Pulumuzu verməyən “6-cı mərtəbə” MMC-dir”.
O, həmçinin qeyd edib ki, “6-cı mərtəbə” MMC yubanmaya görə işin daha sürətli görülməsini tələb edib: “Təsəvvür edin ki, 24 saat işləmişik. Üstəgəl, bu yubanma bizim, eyni zamanda digər şirkətlərin işinə də müəyyən problemlər yaradıb. Bəzən bir yeri bir neçə dəfə təmir etmək məcburiyyətində qalmışıq. Gecikmələrə səbəb isə metal konstruksiya işini görən podratçı ilə digər podratçı şirkət, yəni “6-cı mərtəbə” şirkəti olub. Müqavilədə nəzərdə tutulan işi icrası 9 ay gecikdirilib. İş olmasa da, “6-cı mərtəbə” bizdən, yəni subpodratçı şirkətlərdən işçilərin daim inşaat ərazisində olmasını tələb edib. Yəni mütəxəssislər və fəhlələr görməsə də, biz onlara maaş ödəmişik, yemək xərclərini qarşılamışıq”.
“MECC” MMC-nin direktor köməkçisi Salman Salmanzadənin sözlərindən isə aydın olub ki, “6-cı mərtəbə” MMC-nin onlara nə az, nə çox 1 429 330 AZN borcu var.
Salman Salmanzadə və Fatih Turanının sözlərinə görə, dəfələrlə “6-cı mərtəbə” MMC-nin rəhbərliyi ilə bu məsələ müzakirə olunub: “30-a yaxın görüşümüz olub. Hər dəfə bir bəhanə gətiriblər. Bizi günahkar çıxarmaq istəyirlər. “6-cı mərtəbə” MMC-nin prezidenti Atəş Təhməzli hər dəfə eyni şeyi deyir. Qısası, bu müzakirələrin heç bir nəticəsi olmayıb. Ona görə də məsələni ictimailəşdirmək qərarına gəldik”.
“İdea Yapı” MMC-nin direktor köməkçisi Hüseyn Yıldırımcanın sözlərinə görə, “6-cı mərtbə” şirkətilə təmsilçisi olduğu şirkət arasında 2 milyon 702 min 689 manat dəyərində müqavilə bağlanıb: “10 ay ərzində avans ödəmələri edilməyib, təsdiq edilmiş layihə sifarişçi tərəfindən yenilənib, inşaat sahəsində işlərin görülməsi gecikdirilib. Gecikmə nəticəsində malların qiymətləri artıb, layihənin yenidən işlənməsi ilə əlaqədar gözlənilən zamanda işçiləri əmək haqqı və yemək xərcləri, gücləndirilmiş iş şərtlərinə görə işçilərin xərcləri qarşılanmır. Gecikmələrə görə ödənişləri ödəməkdən imtina edir. “6-cı mərtbə” şirkəti müqavilə şərtlərini vaxtında yerinə yetirilmədiyi üçün “İdeya Yapı” MMC-yə 1 milyon 278 min 929 manat dəyərində zərər dəyib”.
İş adamları deyib ki, problemlə əlaqədar ölkə rəhbərliyinə, eyni zamanda məhkəməyə müraciət etmək niyyətindədirlər.
“6-cı mərtəbə” MMC 9 may 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN-dir. Şikrətin qanuni təmsilçisi Nəbiyev Yunis Nəbi oğludur. Açıq mənbələrdə Yunis Nəbiyev barəsində hər hansı məlumat yoxdur.
“6-cı mərtəbə” MMC-nin adı ilk dəfə gündəmə 2021-ci ildə gəlib. “Şərq Bazarı” komplkesinin bərpası və yenidəqurma işlərində çalışan fəhlələrə mediaya müarciət edərək pullarını ala bilmədiklərini deyiblər. Onlar bu məsələdə şirkətin prezidenti Atəş Təhməzlini ittiham ediblər.
İddialara görə, Atəş Təhməzli Azərbaycan Qida Təhlükəsizliyi (AQTA) Agentliyinin sədri Qoşqar Təhməzovun qardaşıdır. Onun digər qardaşı Fərhad Təhməzov isə Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) tabeliyində fəaliyyət göstərən “MİDA” MMC-nin direktorudur.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
"Bəlkə ümumiyyətlə Balaxanıneft ƏŞ-ni ləğv edib,bütün neft quyularının ağzını bağlayıb verəsiniz ərazinin qeyri rəsmi sahiblərinə?" DİA.AZ bildirir ki, bunu etirazında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmışç hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ifadə edib.
"Müvafiq qurumlar tərəfindən araşdırılmasına ehtiyac duyulur" deyə vurğulayan M.Qəhrmanlı daha sonra konkret faktlara istinad edib:
"Əlavədəki video və şəkillər Balaxanı ƏŞ-nin ərazisində çəkilib. Ərazi SOCAR-a məxsus olan kontrakt ərazisidir.(2010-cu ilin iyun ayında (SOCAR), SOCAR-ın “Ortaq Neft Şirkəti” (ONŞ) və Sinqapurun “UQE-Lancer PTI. Ltd” şirkəti arasında Hasilatın Pay Bölgüsü haqqında” Saziş (UQE-Lancer PTİ Ltd - 75%, SOCAR ONŞ - 25%) bağlanıb.) Ərazidə həm işlək ,həm də bağlı neft quyuları var,yaşayış üçün risqlidir. Bununla bərabər risqli ərazi uzun illər müvafiq şəxslər tərəfindən qeyri qanuni hissə-hissə əhaliyə satılmış və satılmaqda davam edir. Videoların birində(əlavə etməmişəm) ərazidə yeni obyektlərin tikildiyi və həmin tikintinin Balaxanı ƏŞ-nin üç vəzifəli şəxsə aid olduğu bildirilir. Tikinti gedən əraziyə Sabunçu rayon icra başçısı Adil Vəliyevin də baş çəkdiyi bildirilir.
Məlumatda o da qeyd olunur ki, tikinti aparılan ərazidə mövcud olan neft buruğu da olub. Və tikintinin aparılması üçün müvafiq sənədlər yoxudr.Tikintiyə başlamazdan öncə həmin buruq demontaj olunub.Müvafiq qurumlar tərəfindən araşdırılmasına ehtiyac duyulur...
Əlavədəki video və şəkillər Balaxanı ƏŞ-nin ərazisində çəkilib. Ərazi SOCAR-a məxsus olan kontrakt ərazisidir.(2010-cu ilin iyun ayında (SOCAR), SOCAR-ın “Ortaq Neft Şirkəti” (ONŞ) və Sinqapurun “UQE-Lancer PTI. Ltd” şirkəti arasında Hasilatın Pay Bölgüsü haqqında” Saziş (UQE-Lancer PTİ Ltd - 75%, SOCAR ONŞ - 25%) bağlanıb.) Ərazidə həm işlək ,həm də bağlı neft quyuları var,yaşayış üçün risqlidir. Bununla bərabər risqli ərazi uzun illər müvafiq şəxslər tərəfindən qeyri qanuni hissə-hissə əhaliyə satılmış və satılmaqda davam edir. Videoların birində(əlavə etməmişəm) ərazidə restoran tikilməsi və həmin tikintinin Balaxanı ƏŞ-nin iki vəzifəli şəxsə aid olduğu bildirilir.
Məlumatda o da qeyd olunur ki, tikinti aparılacaq ərazidə mövcud olan neft buruğu da olub.Tikintiyə başlamazdan öncə həmin buruq demontaj olunub. Tikintinin aparılması üçün müvafiq sənədlər(icazə) yoxdur.Bununla əlaqadar müxtəlif qurumlara müraciət olunub..."
Ardını oxu...
Son dövrlər digər sahələrdə olduğu kimi, Daxili İşlər Nazirliyində də köklü islahatlar həyata keçirilib. Aparılan islahatlar sayəsində əldə olunan uğurlu nəticələr danılmaz bir faktdır. Daxili işlər orqanlarında çalışan əməkdaşların yorulmaz fəaliyyəti, ictimai asayişin yüksək səviyyədə qorunması, narkomaniyaya və cinayətkarlığa qarşı təxirəsalınmaz tədbirlərin mütəmadi olaraq keçirilməsi bunu deməyə əsas verir.

Lakin elə polis əməkdaşları da var ki, onlar bütövlükdə polisin fəaliyyətinə kölgə salır. Belələrinə Masallı rayon DYP əməkdaşlarının əksəriyyətini misal göstərmək olar.

KAİM.az xəbər verir ki, vətəndaş Mətləb Muradov Masallı rayon DYP əməkdaşlarının qanunsuz əməlləri barədə Daxili İşlər Naziri cənab Vilayət Eyvazova MÜRACİƏT ünvanlayıb.

M.Muradov müraciətində bildirib ki, Masallı rayonda 09.04.2023-cü il tarixdə idarə etdiyi 90 NR 870 dövlət nömrə nişanlı ford tranzit markalı yük avtomobilini marketə düşmək məqsədilə saxlayıb. Elə bu zaman Masallı rayon DYP əməkdaşları (biri özünü Vüsal kimi təqdim etdi) onun üzərinə sanki illərdir axtarışda olan cinayətkar kimi “şığıyıblar”. Qanunla müəyyən olunmuş qaydada özlərini təqdim etməyə ehtiyac duymayan DYP əməkdaşlarının biri maşının qapısını açaraq məni sanki cinayətkar yaxalayıbmış kimi avtomobildən düşürdü, o biri isə avtomobilin arxa qapısını açaraq, maşını axtarmağa başladı.

Yol patrul xidmətinin əməkdaşlarının maşının içərisini axtardığını ilk dəfə olaraq Masallıda gördüm. Maşını bütövlükdə axtardıqdan sonra məndən sənəd tələb etdilər. Mən sənədləri təqdim etdim. Avtomobili, idarə etmək üçün etibarnamə olmadığı üçün cərimə meydançasına apardılar.

Səhəri gün 4 saatdan artıq gözlədikdən sonra bir təhər Masallı rayon DYP rəisi Asəf Mustafayevin qəbuluna girdim. Rəis əvvəlcə dedi ki, etibarnamə olmadığı üçün maşını sənə verə bilmərik. Sonra isə fikrini dəyişərək məni Ramal Ağammədovun yanına göndərdi. Ramal bəy isə çox soyuqqanlı şəkildə, heç nədən çəkinmədən, özündən razı halda məndən soruşdu ki, ““Cərimə”ni RƏİS ödəyəcək, yoxsa SİZ?”

Mən Ramal bəydən nə qədər pul verməli olduğumu soruşduqda, o bildirdi ki, 54 manatdır, 50 manat ver, bəs edər. Məndən 50 (əlli) manat RÜŞVƏT aldıqdan sonra etibarnamə yaddan çıxdı. Heç bir protokol tərtib olunmadan avtomobili cərimə meydançasından buraxdılar.

Bu zaman iki sual məni düşünməyə məcbur etdi.

Birinci sual: Əgər qanunda etibarnaməsiz avtomobil idarə etmək hüququ varsa, onda niyə avtomobili cərimə meydançasına apardılar?

İkinci sual: Yox əgər qanunda etibarnaməsiz avtomobil idarə etmək hüququ yoxdursa, bəs onda niyə avtomobili cərimə meydançasından buraxdılar?

P.S. Əminik ki, bu müraciətdən sonra Masallı rayon DYP əməkdaşlarının bu və ya digər qanunsuz əməllərinə son qoyulacaq, vətəndaşların yersiz incidilməsi halları aradan qalxacaq.
 
 
 
Ardını oxu...

Tovuzun Aşağı Qoşçu kəndində 500 kvm-lik ərazidə 7 gecə klubu var

Ardını oxu...

Tovuzda Aşağı Quşçu kənd sakinləri kecə klublarına qarşı “üsyan etdilər”

  Sakinlərin iddialarına görə, Rasim Tağıyev yaşadıqları evə yaxın ərazidə “RR KLUB”u açıb

Ardını oxu...

     Son bir neçə aydır ki, Dəryaz qəzetinin redaksiyasına Tovuz rayonu ərazisində baş verən çoxsaylı qanunsuzluqlar, özbaşınalıqlar, büdcə vəsaitlərinin mənimsənilməsi, ayrı-ayrı vəzifə sahiblərinin səlahiyyətlərini aşması və s. kimi faktlarla bağlı xeyli sayda vətəndaş müraciətləri daxil olmaqdadır. Növbəti müraciətlərdən biri də, rayonun Aşağı Quşçu kənd sakinləri tərəfindən daxil olub. Sakinlər göndərdikləri müraciətlərində qeyd edirlər ki, “Bizim şikayətimiz gecə klublarının qanunsuzluğa söykənən fəaliyyətləri ilə bağlıdır. Qeyd edək ki, yaşadığımız evlərin yaxınlığında bir neçə gecə klubu var və onlar ayrı-ayrı şəxslərə məxsusdur. Məsələn, “1001 gecə” Həsənov Elman Aslan oğluna, “Praqa” və “Viktoriya” Hüseynov Sahil Səməd oğluna, bir qədər aralı məsafədə fəaliyyət göstərən “777” Həsənov Etibar Qəşəm öğluna, “Kral” Məmmədov Elqam Əliş oğluna, “Komfort” Həsənov Vahid İsaq oğluna, “RR KLUB” isə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Nağı oğlu Tağıyevə məxsusdur. Bir sözlə, təqribən 500 kvm-lik ərazidə 7 gecə klubu var ki, həmin klublarda müştərilərə hər növ xidmətlər göstərilir. Gecə klublarının axşam saatlarından gecə saat 3-4 radələrinə qədər fəaliyyət göstərmələri, bizə bu gün də heç cür rahatlıq vermir. Axşamlar hər klubda təqribən 8-10 “xanım” olur ki, onların ayrı-ayrı şəhər və rayonlardan gəldikləri bildirilir. Ən pis hal odur ki, gecə klublarında olan “xanımlar” ara-sıra elə bir geyimdə, elə bir görkəmdə küçəyə-bayıra çıxırlar ki, onların geyimlərini, hərəkətlərini gördükdə, sanki “ətimiz ət tökür”. Çox zaman onlar sərxoş vəziyyətdə olduqlarından özlərini idarə edə bilmirlər və küçədən ötüb-keçən hər kəsin yanında ən pis sözləri, nalayiq ifadələri və s. işlədirlər. Yəni, yolunu azan, ailəsindən acıq edib qaçan, bəlkə də müxtəlif əməllərinə görə axtarışda olan, lazımi yoxlamalar aparılarsa heç bir sənədi olmayan həmin “xanımlar”, gündəlik gecə klublarında olurlar. Belə bir səbəblərdən də, axşam saat 18-19 radələrindən sonra nə bayıra, nə də ki, küçəyə çıxa bilmirik. Yaşadığımız küçədə Vətən müharibəsində iştirak edən qazilər, müharibə veteranları, şahid ailələri, xəstələr və s. yaşayırlar ki, onların çoxu əsəbi vəziyyətdədirlər. Gecə klublarında musiqi səslərinin ətraf aləmi ağuşuna alması hər kəsə, ələlxüsus əsəb xəstəsi olanlara “gün verib işıq vermir”. Bir sözlə, xeyli müddətdir ki, elə bir rəzil günə-güzərana düşmüşük ki, artıq ailəlikcə yaşadığımız evləri satmaq haqda da düşünürük. Dəfələrlə aidiyyatı üzrə qurumlara, o cümlədən Aşağı Quşçu kənd bələdiyyəsinə, Tovuz RPŞ-nə, Tovuz RİH-nə və digər dövlət qurumlarına çoxsaylı şikayətlərimizi çatdırmışıq. Təəssüflər olsun ki, bizim bu yöndə etdiyimiz şikayətlərin heç bir nəticəsi olmayıb. Ona görə də, hal-hazırda Daxili İşlər Nazirliyinin, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin və Tovuz RİH Aparatının səllahiyyətli şəxslərindən, üz-üzə qaldığımız belə bir problemin həllində bizə köməklik göstərmələrini xahiş edirik”.

    Aşağı Quşçu kənd sakinlərinin etdikləri haqlı narazılıqların daha çoxu, məhz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin qeyri-qanuni əməlləri ilə bağlıdır. Belə ki, sakinlərin iddialarına görə, Rasim Tağıyev Aşağı Quşçu kəndində, hansı ki, yaşadıqları evə yaxın ərazidə “RR KLUB” açıb və bu klub gecə saatlarına qədər fəaliyyət göstərdiyindən, burada hər cür hoqqalara qol qoyulur. Baxmayaraq ki, Rasim Tağıyev dövlətimiz və xalqımız üçün strateji  əhəmiyyət kəsb edən dövlət qurumunun Tovuz rayon şöbəsinə rəhbərlik edir, amma o, bu gün də daşıdığı vəzifəsinin məsuliyyətini hiss etmir. İddialara görə Rasim Tağıyev, rəhbər şəxslərə yaraşmayan həyat tərzi də keçirir, spirtli içkilərə aludəçilik edir, əxlaqi dəyərlərimizdən uzaq əməllərə qol qoyur və digər xoşagəlməz addımlarını atır. Söz yox ki, bütün bunlar hər kəsi, daha çox Aşağı Quşçu kənd sakinlərini narahat etməkdədir. Elə ki, bu kimi məsələlərlə bağlı Rasim Tağıyevə sual verib münasibət bildirməsini xahiş edirsən, o halda o, “Mən heç bir klub-zad işlətmirəm” deyə cavab verir. Bəli, bu şəxs klub işlətmir, amma sakinlər iddia edirlər ki, “RR KLUB”u ona məxsusdur.  Yəni, Rasim Tağıyev sahib olduğu klubu işlətmək üçün, həmin obyekti özünə bağlı olan bir şəxsə verib və özü kənarda olsa belə, gündəlik idarəçiliklə bağlı bütün işlərə nəzarətini həyata keçirir. Buna baxmayaraq, “RR KLUB”da gecə saatlarında hər cür hoqqalara qol qoyulur. Söz yox ki, bu cür addımlar həm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin adına, həm də bu qurumu Tovuz rayonu üzrə təmsil edən şəxsin adına ləkə gətirməkdən başqa bir şey deyil. Ümidvarıq ki, indiki həssas vaxtlarda, ələlxüsus İran molla rejiminin ölkəmizdə casus şəbəkəsi vasitəsilə minbir hoqqalardan çıxdığı bir vaxtda, belə əməllərə qol qoymaq heç cür yolverilməzdir. Yazıda səslənən hər cür iddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Mövzu diqqətimizdədir.

Deryaz.az

Dünyapress TV

Xəbər lenti