Ardını oxu...
Səhliyalı MMC-nin “1000 Bərəkət Halal Nemət” markası ilə istehsal etdiyi kolbasa və sosiskaların tərkibi saxtalaşdırılır.

Sarkazm.az xəbər verir ki, bu barədə sosial şəbəkədə video yayılıb.

Sözügedən videoda adı çəkilməyən və Səhliyalı MMC-nin istehsal etdiyi kolbasa və sosiskaların tərkibinə insan orqanizminə zərərli qatqılar əlavə edildiyi bildirilir.

“Səhliyalı MMC kolbasa və sosiska istehsalında Avstriyadan gətirdiyi müasir avadanlıqları və xaricdə təcrübə keçən mütəxəsissləri reklam etməklə insanları aldadır. Həmin istehsal şirkəti “1000 Bərəkət Halal Nemət” markası altında istehsal etdiyi kolbasa və sosiskaları ölmüş və iylənmiş heyvan ətindən hazırlayır. Bu proses Xırdalan şəhərində baş verir. Belə ki, Xırdalan şəhərində taxta sexinin ərazisi hasara alınaraq ölmüş heyvanlar, at, eşşək cəmdəkləri yığılırdı. Bu qanunsuzluğa yüksək cinli bir polis zabiti himayədarlıq edirdi. Həmin vaxt Səhliya MMC-nin Xırdalan şəhərində iki istehsal sexi var idi.” – deyə videoda bildirilir.

Həmin videoda həmçinin bildirilir ki, Səhliyalı MMC xarici ölkələrdən üfünət iyi verən heyvan əti alır.

“Səhliyalı MMC ərəb ölkələrindən üfünət iyi verən və iylənmiş ət alır. Ətdən üfünət iyini yox etmək üçün onun tərkbinə müxtəlif ədvalar və digər zərərli maddələr vurur. Bununla da, üfünət iyini aradan qaldırır. Səhliyalı MMC öz rəsmi saytında ət məhsullarının hardan aldığını göstərmir. Səhliyalı MMC-nin Qafqaz Müsəlmanlar İdarəsindən aldığı halallıq sertifikatı da saxtadır” – deyə videoda qeyd edilir.

Məsələ ilə bağlı Səhliyalı MMC-nin mətbuat xidmətinin rəhbəri İlkin Mustafayev ilə əlaqə saxladıq. Yayılan video ilə bağlı heç bir fikir bildirmədi. Səsləndirilən ittihamları nə təsdiq, nə də təzkib etdi. Buna rəğmən Səhliyalı MMC-nin söz haqqını tanıyaraq yayılan video ilə bağlı mövqeyini dərc etməyə hazırıq.

Həmin videonu təqdim edirik:

 
Ardını oxu...
Səhliyalı MMC-nin “1000 Bərəkət Halal Nemət” markası ilə istehsal etdiyi kolbasa və sosiskaların tərkibi saxtalaşdırılır.

Teref.az yazdığına görə, Sarkazm.az xəbər verir ki, bu barədə sosial şəbəkədə video yayılıb.

Sözügedən videoda adı çəkilməyən və Səhliyalı MMC-nin istehsal etdiyi kolbasa və sosiskaların tərkibinə insan orqanizminə zərərli qatqılar əlavə edildiyi bildirilir.

“Səhliyalı MMC kolbasa və sosiska istehsalında Avstriyadan gətirdiyi müasir avadanlıqları və xaricdə təcrübə keçən mütəxəsissləri reklam etməklə insanları aldadır. Həmin istehsal şirkəti “1000 Bərəkət Halal Nemət” markası altında istehsal etdiyi kolbasa və sosiskaları ölmüş və iylənmiş heyvan ətindən hazırlayır. Bu proses Xırdalan şəhərində baş verir. Belə ki, Xırdalan şəhərində taxta sexinin ərazisi hasara alınaraq ölmüş heyvanlar, at, eşşək cəmdəkləri yığılırdı. Bu qanunsuzluğa yüksək cinli bir polis zabiti himayədarlıq edirdi. Həmin vaxt Səhliya MMC-nin Xırdalan şəhərində iki istehsal sexi var idi.” – deyə videoda bildirilir.

Həmin videoda həmçinin bildirilir ki, Səhliyalı MMC xarici ölkələrdən üfünət iyi verən heyvan əti alır.

“Səhliyalı MMC ərəb ölkələrindən üfünət iyi verən və iylənmiş ət alır. Ətdən üfünət iyini yox etmək üçün onun tərkbinə müxtəlif ədvalar və digər zərərli maddələr vurur. Bununla da, üfünət iyini aradan qaldırır. Səhliyalı MMC öz rəsmi saytında ət məhsullarının hardan aldığını göstərmir. Səhliyalı MMC-nin Qafqaz Müsəlmanlar İdarəsindən aldığı halallıq sertifikatı da saxtadır” – deyə videoda qeyd edilir.

Məsələ ilə bağlı Səhliyalı MMC-nin mətbuat xidmətinin rəhbəri İlkin Mustafayev ilə əlaqə saxladıq. Yayılan video ilə bağlı heç bir fikir bildirmədi. Səsləndirilən ittihamları nə təsdiq, nə də təzkib etdi. Buna rəğmən Səhliyalı MMC-nin söz haqqını tanıyaraq yayılan video ilə bağlı mövqeyini dərc etməyə hazırıq.

Həmin videonu təqdim edirik:

 
Ardını oxu...
Quba rayonunun ikinci Nüqədi kəndinin yaxınlığında yerləşən Macara İstirahət Mərkəzi demək olar ki, kənd sakinlərinin gününü göyə sovurub.
Belə ki, şəkildə göstərilən yol kənd sakinlərinin üzünə bağladıqları azlıq edirmiş deyə kanalizasiyasının axıntılarını kəndiçilərin həyətyani ərazilərini suvardıqları suya buraxırlar.
Əlavə olaraq onun da şahidi olduq ki, illərdir Qubalıların istirahət etdikləri və istifadə etdiyi Çənlibel Gölünü də sakinlərin əlindən alaraq onlar üçün pullu xidmət yaradaraq rayon sakinlərinin narazılıqlarına səbəb olublar.
SOCAR da kiməsə məxsus olduğu bildirilən Macara İstirahət Mərkəzi Qubalıların kütləvi narazılıqlarına səbəb olacaq addımlarını atmaqda davam edir. Bunun üçün də lazımı qurumların hərəkətə keçməsini Qubalılar səbirsizliklə gözləyirlər.
Nəsimi Quliyev
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
 

Abutalıbovun “qara mühasib”ində cəmlənən milyardlar dövlətə qaytarılmalıdır... 
Haqqında bəhs edəcəyimiz Hacıbala Abutalıbov 1995-2000-ci illərdə  Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı işləyib. 2001-ci ilin yanvar ayından 2018-ci ilədək Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 21 aprel 2018-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib və hazırda təqaüdçüdür. 
Birinci onu qeyd edək ki, adi fizika alimi olan və şəhər təsərrüfatından, tikintidən, inşaatdan  başı çıxmayan Hacıbala Abutalıbov Bakı şəhərinin tarixinə elə bir zərbə vurub ki, bunu heç vaxt aradan qaldırmaq mümkün olmayacaq. Bunu qoyaq  bir kənara. 
Təsəvvür edirsiniz, 18 il paytaxt Bakının rəhbəri olan Hacıbala Abutalıbov dövlətdən milyardları götürüb. Və bu gün sakit həyatını yaşayır... 
Təsəvvür edirsiniz, 2018-ci ildə işdən çıxacağını bilən Hacıbala Abutalıbov 12 sahibkarı aldadaraq onlardan 100 MİLYON MANAT pul alıb və  sonra vəzifəsi ilə vidalaşıb. Həmin aldanmış sahibkarlar neçə ildir ki, Hacıbala Abutalıbovu  TUTMAĞA çalışırlar. 
Bütün bu işlərin mərkəzində bir fiqur var, hal-hazırda milyardlarla dəyəri olan varidata malik olaraq, indiki halda öz kefinə baxan, Bakı Şəhər İcra Hakimiyyətinin “Qlavbuxu”, yəni “Baş mühasibi”... Özü də “Qara mühasibi...” Xahiş edirik, səhv salmayın, söhbət Bakı ŞİH-nin maliyyə İdarəsindən getmir... Söhbət şəhər meriyasının “qara  mühasibat”lığından gedir. İstər-istəməz ortaya sual çıxır ki, 18 ildə Bakının meri olan Hacıbala Abutalıbovun “qara mühasibi”, “qara kassiri” kim olub ki, həmin şəxsin əlində olan varidat hesabına Qarabağı bütöv tikib qurtarmaq olar..?
Əgər dövlət qurumları həqiqətən  bu məsələni ciddi və obyektiv araşdırmaq istəsə, biz  Hacıbala Abutalıbovun “qara kassiri”  barədə bildiklərimizi  dövlətçiliyimiz naminə bölüşə bilərik. Ki, dövlətdən oğurlanan və hazırda  “POÇT PULU”  deyilən şərti HESABDA olan milyardlar dövlətimizə qaytarılsın. Tez-tez  deyirmişlər ki, “poçta”  3, sonra 5, daha sonra 10.... “Poçta” daxil olan pulları müəyyən etmək lazımdır... Amma bu pulların hamısı həmin "qara kassa"nın özündə cəmləşib.
Biz hələ Hacıbala Abutalıbovun yüz milyonluq mülkləri barədə danışmaq istəmirik. 
Buyurun bu əmlakın bir qisminə nəzər salın: Nərimanov rayonundakı Yaşıl bazar və Keşlə bazarı. Füzuli  küçəsi 39 ünvandakı “sürüşən bina”nın birinci mərtəbəsi. Qış parkındakı Zanbaq, İnnab və Palıd kafe-restoranları. Bakıxanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsindəki Sütiş restoranı. Nəsimi rayonu 647 –ci məhəllədə yaxını Səmayə Abdullayevanın adına sənədləşdirilmiş 103 kvadratmetrlik sahə. Nərimanov rayonunda, Yusif Vəzir Çəmənzəminli küçəsində Səmayə  Abdullayevanın adına sənədləşdirilmiş 113 kvadratmetrlik sahə. Yasamal rayonu, “Ovçular evi” yerində salınan parkdakı “Özsüd” restoranı. Nizami rayonundakı Mehdi Abbasov küçəsində “Bakelektrikşəbəkə”nin anbarları və qarajını da özəlləşdirilib və hazırda icarə əsasında obyekt işləyir. Bakı Avtovağzal Kompleksinin qarşısında 3 mərtəbəli restoran. Rəşid Behbudov küçəsində, XDU-nin yanında 7 mərtəbəli Biznes mərkəzi. Hüseyn Cavid bağındakı çay evi. Nərimanov rayonunda Bakı şəhər Ticarət Departamentinin yerləşdiyi inzibati bina. Binəqədi rayonunda Heydər məscidinin yanındakı çoxmərtəbəli Mərasim evi. Balaxanı qəsəbəsində bir zavod. Yasamal rayonunun Qurban Xəlilov küçəsində, Vergilər Xidmətinin arxasındakı parkda bir neçə kafe. Və oğlu İsrafilin Londonda, Türkiyədəki 100 milyonluq mülkləri... 
Bəli, əlahəzrət məntiq deyir ki, Hacıbala Abutalıbovun bütün gizlinləri ortaya çıxmalıdır. Bu Hacıbala Abutalıbovun haqqında bildiklərimizin cüzi bir hissəsi. 
Gəlin görək, Hacıbala Abutalıbovun "qara mühasibi" olan təhsilsiz qohumunu vəzifəyə yerləşdirən bu şəxs kimdir? Bu şəxs kimdir ki, 800 manata yaxın məvaciblə Bakı şəhərinin ən görkəmli yerlərində böyük məbləğdə hesablanan mülklərə malikdir? Azərbaycanın əksər rayonlarında villalara, böyük torpaq sahələrinə sahiblənib. Külli miqdarda nəğd pula malikdir. Onlarla adamın həbsinə nail ola bilib. Əli Rüstəmovun adından necə istifadə edir? 
P.S. Bu və ya digər faktların daha dərindən araşdırılaraq, cəmiyyətə çatdırılması vətəndaşlıq borcumuzdur.
Ardını oxu...
AMEA Mətbuat və informasiya şöbəsi məlumat yayıb: "AMEA-dakı maliyyə pozuntuları 2011-2012-ci illəri əhatə edir ... Belə ki, 15.07.2011-ci il tarixli tender müqaviləsi üzrə 3 531 523 manat, 30.11.2012-ci il tarixli tender müqaviləsi üzrə isə 3 407 545 manat ödənişlər edilsə də, bu tender müqavilələrinin icrası tamamlanmamışdır."
AMEA rəhbərliyinə sualım: madam ki, araşdırma 2011-2012-ci illəri əhatə edir, onda 29 may 2012-ci ildə ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə Dilçilik İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi və dilçiliyin inkişafı məqsədilə ayırdığı 2 000 000 (iki milyon) manatın taleyinə aydınlıq gətiriləcəkmi? Mən hələ sonrakı illərdə ayrılan və yoxa çıxan külli miqdarda qrantları demirəm.
08.04.2021

İdris Abbasov
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, professor
DİA.AZ
Ardını oxu...





Azerinfo. media Xəbər İnformasiya Agentliyi bildirir ki, Azerinfotv.com xəbər saytına etibarlı mənbədən daxil olan məlumata görə,
Masallı rayon Yolağacı kənd sakini Ağammədov Məmməd Sahib oğlu artıq bir neçə ildir ki, kəndlərində kustar üsulla hazırlanan kömürləri respublikanın müxtəlif bölgələrinə daşıyır, yəni kəndlərində ki kömür mafiyasına ancaq o, başçılıq edir.

Masallı DYP-nin rəis müavini kapitan Ağammədov Ramal Məmməd oğlu atasının qanunsuz kömür biznesinə münbit şərait yaradır. Beləki, bu dırnaq arası kapitan atasının kömür dolu maşınların yoldakı postlardan rahatca keçitdirir.
Ramal hazırda tutduğu vəzifəyə qədər Cəlilabad və bir neçə rayonda Dölət Yol Polisi vəzifəsində çalışıb.

Onu da qeyd edək ki, Məmməd Ağammədov özünə məxsus maşınlarla bölgələrə kömür daşıyır:

99 BT 803 dövlət qeydiyyatlı nömrə nişanlı "Ford" markalı maşın,

99 BR 927 dövlət qeydiyyat nömrə nişanlı "Ford" markalı maşını isə əmisi oğlu Sövziyev Əlvan Mehman oğlu idarə edir və s.

Ramal Ağammədovun qohum-əqrəbəları, onun sayəsində sürücülük vəsiqəsi olmadan Masallı ərazisində avtomobil idarə edirlər. Məsələn, onlardan biri əmisi Sövziyev Nüsrət Sahib oğlu.

Növbəti yazılarımızda Məmməd Ağammədovun oğlanları- Ramal və Tural Ağammədov qardaşları haqda geniş məlumat verəcəyik.

Qeyd: Hər gün Məmməd Ağammədov Yolağacından paytaxt və digər bölgələrə 10 000 kisədən çox kömür
daşıyır.
Əgər maqıstral yollarda kı kameralar baxış keçirilsə, o zaman bu yazdığlarımız öz təsdiqini tapacaq.
Ümid edirik ki, Daxili Işlər Nazirliyi və Baş Prokurorluq bu işi nəzarətə götürüb bir tədbir görəcək.

Qarşı tərəfi dinləməyə hazırıq
Ardını oxu...
 
 

Qida Təhlükəsizliyi Agentliyi mediada gedən tənqidlərin nəticəsi olaraq aprel ayının əvvəlində "Ovçular Ət və Ət Məhsulları" MMC-nin zavodunda yoxlamaya başlayıb. Yoxlamanın məqsədi mediada yayılan məsələlərə aydınlıq gətirməkdən çox qeyd edilən firma ilə AQTA-nın məmurlarının iş birliyinin olmamasını göstərmək idi. Lakin yayılan informasiya medianın iddialarını əsasız olmadığını meydana çıxardı.

 

Medianın araşdırmalarında şok detalların yayılmasına yenidən rəvac vermiş olan AQTA-nın bəyanatı oldu. AQTA aprelin əvvəli "Ovçular Ət və Ət Məhsulları" MMC-nin zavodunda apardığı yoxlamaların fevral ayında aparılmış kimi göstərdiyinin maddi subutları məhs elə öz informasiyalarında yer almaqdadır. Bəyanatın yayılma tarixi 06.04.2023-cü il tarixidir. Lakin yoxlamaların guya 17.02.2023-cü il tarixində aparıldığı göstərilməkdədir. Bununla AQTA məqalələrin yayılmasından əvvəl guya tədbir gördüyünü qismən olaraq subut etməyə çalışır. Bunu daxili məlumatlardan bilirik ki, MMC daxilində AQTA yoxlama aparıb lakin 3 gün sonra həqiqəti əks etdirməyən tarixli paylaşımları reallıqdan uzaq oldu.

Bir media qurumu olaraq AQTA-nın sədri Qoşqar Təhməzli xatırlatma edək ki, bizim iddiamızda sizin təşkilatınızın əməkdaşı ilə zavodun himayadarlıq münasibətlərinin olması var bunun əksin subut edəcək maddi subutlarla çıxış etməyiniz daha ədalətli yanaşma olardı. Axı Ölkə başçısının sizə göstərdiyi etimadı bu cür doğrutduğunuzu hesab edirsiz...?
Ardını oxu...

- Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10 fevral 2017-ci il tarixli fərmanı əsasında yaradılmışdır. 25 dekabr 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qoşqar İlahi oğlu Təhməzli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsinə təyin edilib.

Agentliyin fəaliyyət istiqamətləri aşağıdakı kimidir:
- müvafiq sahədə vahid dövlət siyasətinin hazırlanmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
- müvafiq sahədə dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni həyata keçirir;
- müvafiq sahədə normayaratma fəaliyyətini, o cümlədən qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini) həyata keçirir;
- ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən subyektləri qida təhlükəsizliyi baxımından qeydiyyata alır və dövlət reyestrini aparır;
- qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə riayət edilməsinə dövlət nəzarətini həyata keçirir;
- qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatları verir;
- müvafiq sahənin inkişafını təmin edir.
Ardını oxu...

Ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən kolbasa və sosiska məhsullarından nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Belə ki, cari dövr ərzində 57-si kolbasa, 32-si sosiska olmaqla, ümumilikdə 89 adda məhsuldan nümunə götürülüb. Nümunələrin sınaq nəticəsinə əsasən, 80 məhsuldan götürülən nümunə normativ sənədlərin tələblərinə cavab verib. 6 istehsalçıya məxsus 9 məhsulda (6-sı kolbasa, 3-ü sosiska) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 4 məhsulda (3-ü kolbasa, 1-i sosiska) uyğunsuzluq təhlükəsizlik göstəriciləri ilə, 5-də isə (3-ü kolbasa, 2-si sosiska) etiket məlumatları ilə bağlıdır.

Nəzarət tədbirləri zamanı həmçinin, “Halal” adı ilə satışa çıxarılan kolbasa və sosiska məhsullarının analizi nəticəsində həmin məhsulların tərkibində donuz əti aşkarlanmayıb. Agentlik tərəfindən məhsullarının təhlükəsizlik göstəriciləri ilə bağlı uyğunsuzluq aşkarlanan istehsalçı müəssisələrdə qanunvericiliyə uyğun yoxlamalar həyata keçirilir, həmin məhsulların satış şəbəkələrindən geri çağırılması, məhdudiyyətlərin tətbiqi, inzibati məsuliyyət və digər tədbirlər görülür. Yoxlamaların nəticələri barədə ictimaiyyətə ətraflı məlumat təqdim ediləcək. Bununla yanaşı, AQTA istehlakçılara müraciət edir ki, satış şəbəkələrində təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulu partiyalarını istehlak etməsinlər və bazarlarda aşkarlandığı halda dərhal Agentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat versinlər. Uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulları və istehsalçıları ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Multimonitorinq Planının icrası məqsədilə kolbasa və sosiska məhsullarından götürülmüş nümunələrdə aşkarlanan uyğunsuzluqlara dair Nəticələr
"Səhliyalı" Kiçik Müəssisəsi,
"Səhliyalı" yarım hisə verilmiş "Servelat" kolbasası 10.02.2023 Tarixində Üzərində mal əti bəyan edilsə də, tərkibində toyuq DNT-si aşkarlanıb.

Rəhimovların Ailə Təsərrüfatı
"Kəndli" bişirilmiş hisə verilmiş kolbasa 22.02.2023 Tarixində Üzərində donuz əti bəyan edilmədiyi halda, tərkibində donuz DNT-si aşkarlanıb

"Sevilən Ad" MMC
"Dilim-Dilim" bişmiş "Lyubitelskaya" kolbasası 21.02.2023 Tarixində Təhlükəsizlik
göstəricilərində uyğunsuzluq aşkarlanıb
"Əsl Dad" bişmiş "Toyuq" kolbasası 10.02.2023
"Əsl Dad" bişmiş "Doktorskaya" kolbasası 20.02.2023 Tarixində

"Mir 2016" MMC

"Köhnə Dad" yarım hisə verilmiş "Servelat" kolbasası 04.02.2023 Tarixində Üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb

"M&T" Ltd firması

"Sevimli Dad" əla növ südlü sosiska 05.02.2023 Tarixində Üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb

"Səhliyalı" Kiçik Müəssisəsi

"Halal 5+" "Sacüstü" halal sosiska 04.02.2023 Tarixində Üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb

"Ovçular Ət və Ət Məhsulları" MMC

"Ovçular" "Külləmə" halal sosiska 17.02.2023 Təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanıb.

HAŞİƏ:AQTA-nın fevral ayında bəzi müəsisələrdə apardığı yoxlamalara nəticələri elan edilib. Beləki cəmiyyətdə böyük nüfuz sahibi olan şirkətlərin bəzi məhsullarında neqativ halların müəyyən edilməsi ilə bağlı qərarlar açıqlanıb. Həmin şirkətlərin hər birini sizə təqdim edirik. Təqdimatdan öncədə bildirək ki hər bir yoxlama kvartal olaraq aparıldığından "Ovçular Ət və Ət Məhsulları" MMC-nin yoxlama müddəti ya mart ayı yada aprelin əvvəlki günlərinə təsadüf etməli idi. Necə oldu heç bir aidiyyatı olmadan 06.04.2023-cü il tarixində agentlik "Ovçular Ət və Ət Məhsulları" MMC-nin yoxlaması ilə bağlı mənasız heç anlaşılmayan açıqlama ilə çıxış etdi. Bu çıxışın məqsədini agentliyin rəhbəri görən sorğuladımı? Əslində yox çünki Qoşqar Təhməzli hər şeydən bloklanıb informasiya axının qarşısı alındığından sədrin məlumatsız qalması təbiidir. Axı buna səbəb əməkdaşın MMC ilə işbirliyidir...

Məsələyə yenidən qayııdacağıq. Qarşı tərəflərin mövqe bildirmə haqqları var. Hələki araşdırmamız davam edir

 

XalqXeber.Az

 
Ardını oxu...
 

Deyəsən, bu məsələ 3 məhkəmə hakiminin və 1 məhkəmə sədrinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə nəticələnəcək.
İrandan Naxçıvan üzərindən Şirvana gələn narkotik kimindir..?  
Şirvanda “BAYRAM” tədbiri – Narkotacir Samir azadlığa çıxdı... 
Bəs, dövlət ittihamçısı niyə ağzına su alıb susdu, protest vermədi..? 
Sözün düzü, dövlətimizin bütün sferalarında az-çox islahatlar nəzərə çarpır. Amma min təəssüf ki, məhkəmə-hüquq sistemində islahatın izi-tozu da hiss olunmur. Bir neçə gün öncə uzun illər, daha dəqiq  desək  18 il  ( 2005-ci ildən ) Azərbaycanın “Baş hakimi” olan, Ali Məhkəmənin sədri Ramiz Rzayev vəzifəsindən azad edildi. Amma ondan sonra  ölkənin məhkəmə sistemində deputatların dili ilə desək, fəlakətli durum qaldı. Bəli, məhz fəlakətli durum.... 
Təsəvvür edirsiniz, birinci instansiya məhkəməsi kiməsə 7 il cəza verir və...yuxarı instansiya məhkəməsi həmin şəxsi azadlığa buraxır. Ortada ciddi arqument, sübut-dəlil də yoxdir. Əgər yuxarı instansiya məhkəməsi haqlıdırsa, birinci instansiya məhkəməsinin hakimi, yaxud müstəntiqlər niyə qanun qarşısında cavab vermirlər..? 
Yox, birinci instansiya məhkəməsi ədalətli qərar veribsə, yuxarı instansiya məhkəməsi hansı əsasla 7 il cəza verilən şəxsi azadlığa  buraxır..? 
Bu dediyimiz misal dənizdən damla kimidir ee.... 
Hələ məhkəmə sistemində elə iyrənc bazarlıqlar, ədalətsizliklər baş verir ki, bəlkə də bəşər tarixində belə hallar olmayıb... 
Nə isə, sözün qısası, məhkəmə sistemimiz ağlamalı gündədir. 
Yeri gəlmişkən, məhkəmə sisteminin bu gündə olmasının başlıca səbəblərindən biri də bəzi məmur-oliqarx ordusudur. 
Bəli, bəzi milyonçu məmurlar "əziyyət çəkib" öz qohum-əqrəbalarını, məhkəmə sisteminə doldurublar. Və bəzi hakimlər də məmurların “buyruqçu”suna çevrilib. Baxın, araşdırın, görün belə hakimlərdən neçəsi bu gün həbsxana həyatı yaşayır.
Bu gün Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun, ölkənin məhkəmə sistemində, böyük bir şəbəkəsi var. Onlardan biri də Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevdir. Əgər şübhəniz varsa, onun tərcümeyi-halına nəzər salın. Vəli Abdullayev 1994-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1994 – 1995-ci illərdə Sədərək Rayon Polis Şöbəsində müstəntiq, sahə müvəkkili, 1995 – 2000-ci illərdə Şərur Rayon Ədliyyə Polis Qrupunun böyük inspektoru, 2000 – 2003-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, 2003 – 2008-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Cinayət və inzibati xətalara dair işlər üzrə Apelyasiya Kollegiyasının sədri, 2008 – 2009-cu illərdə Gəncə Apelyasiya Məhkəməsinin hakimi olub. 2021 -ci ildən isə Şirvan Apellyasiya Məhkəməsinin sədridir. 
İndi inandınızmı, Vəli Abdullayev Vasif Talıbovun kadrosudur. 
İndi gəlin ikinci məsələyə nəzər salaq. Adətən, narkotiklərin qanunsuz dövriyyəsindən və satışından söhbət düşəndə, Cənub zonasına diqqət yönəlir. Amma çoxları bilmir ki, narkotik dövriyyəsinin yetərli hissəsi İrandan gələrək Naxçıvan üzərindən Azərbaycana, Şəkiyə, Bakıya, Şirvana yayılır... 
Bəli, Vasif  Talıbovun  şəbəkəsi İrandakı dostları vasitəsilə Azərbaycana uzun illərdir ki, “mal” daşıyır. Bu narkotiklərin əsas istifadəçilərindən, satışı ilə məşğul olan məkanlardan biri də Şirvan şəhərdir. 
İndi əsas mətləbə keçə bilərik. İnsaf naminə qeyd edək ki, ölkəmizdə istər DTX, istərsə də DİN tərəfindən narkotacirlərə qarşı aparılan mübarizə son zamanlar özünü daha kəskin şəkildə biruzə verir. İstər DTX-nın, istərsə də DİN-in rəhbərliyi altında son illər narkoşəbəkələrə, narkotacirlərə qarşı qəti, hətta amansız mübarizə gedir. Hüquq Mühafizə Orqanlarımızın işçliəri min bir çətinliklə, riskə gedərək narkotik alverçilərini həbs edir və iş sonda məhkəməyə gəlib çıxır. Sonu dəhşətli bir mənzərə. 
Bəli, bir müddət əvvəl Şirvan şəhərində özünü blogger, müxalifətçi hesab edən, əslində narkotacir olan İqbal Mikayılov adlı biri narkotik maddə ilə həbs olunmuşdu. 
Yeri gəlmişkən, onun sürücüsü, narkotacitlər arasında böyük nüfuza malik olan, geniş narkotik şəbəkəsinin rəhbərləri ilə əlaqəli olan, narkotacirlər arasında kod adı "BNT" kimi tanınan Samir Qasımov nəzərdə tutulur. Həmin o Samir Qasımov ki, bir müddət öncə, Şirvan polisləri tərəfindən külli miqdarda narkotiklə saxlanılmışdı. Və onlara qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülmüşdü, hətta Samir Qasımova qarşı CM-nin 234.4.3 maddəsi ilə ittiham irəli sürülmüşdü. Və Şirvan əhli sevinirdi ki, narkotikə qarşı mübarizə davam edir. Amma... 
Əmması odur ki, qısa müddət sonra İqbal Mikayılov azadlığa buraxıldı. Hələ bu harasıdır..? 
İqbalın sürücüsü kimi tanınan narkotacir Samir Qasımovu da azadlığa buraxıblar. 
Təsəvvür edirsiniz, barəsində CM-nin 234.4.3 maddəsi ilə cinayət işi açılan, birinci instansiya məhkəməsinin hökmü ilə barəsində həbs qətimkan tədbiri seçilən Samir Qasımovu Şirvan Apelyasiya Məhkəməsinin sədri Vəli Abdullayev  ( işə baxan hakim  İsmayıl Əhmədov ) elə məhkəmə zalından azadlığa, ev dustaqlığına buraxır. Bir soruşan yoxdur ki, axı bu adama qarşı ən ağır maddə ilə, külli miqdarda narkotiklə ( bəlkə də neçə ton ) tutulmağa görə, cinayət işi açılıb və barəsində məhkəmə hökmü var. Heç nə olmamış kimi onu azadlığa buraxmağın bircə adı var: CİNAYƏT ƏMƏLİ. Görəsən, Vəli Abdullayev hansı bazarlığın hesabına Samir Qasımovu ev dustaqlığına buraxıb..? Bəlkə, qohumu Vasif Talıbov tapşırıb..? 
Şahidlərin dediyinə görə, Samir Qasımovun çıxmasını gözləyən İqbal Mikayılov məhkəmənin qarşısında ağlayırmış. Hər şeyi, haqq-ədaləti-filanı bir tərəfə qoyaq. Axı, bu təhükəli cinayətkarları Şirvan Polisinin cəsarətli əməkdaşları min bir çətinliklə, riskə gedərək həbs edirlər və....sonra Şirvan Apelyasiya Məhkəməsinin sədri açıb buraxır. Bu insanlar arasında polisin nüfuzuna  vurulan ağır zərbədir. Bu təkcə polisin nüfuzuna deyil e, Azərbaycan dövlətinin nüfuzuna  zərbədir. Görəsən, bunu Vasif Talıbovun qohumu Vəli Abdullayev başa düşmür..? 
Bəlkə, bu qohumlar bunu bilərəkdən edirlər.... 
Şahidlərin  dediyinə görə, İqbal Mikayılovun və Samir Qasımovun azadlığa çıxmasında xidməti olanlardan biri də, yəni “işi düzüb qoşan”lardan biri də Vəli Abdullayevin işçisi kimi tanınan Rafiq adlı şəxsdir. Rafiqin atası aktiv müxalifətçidir, özü isə Şirvan Apelyasiya Məhkəməsində dəftərxanada çalışır. 
Şahidlərin dediyinə görə, Rafiq-İqbal cütlüyü hər gün Vəli Abdullayevin kabinetində nəsə müzakirə edirlər. Hətta deyilənə görə, Vəli Abdullayev deyirmiş ki, gəlin Samir Qasımovu buraxaq, yoxsa İqbal Mikayılov hay-küy salacaq. 
Bəli, İqbal Mikayılov rayonda narkotikə görə tutulanları Rafiqin, Vəli Abdulalyevin əli ilə buraxdırır və özünün narkotik satışını onların əli ilə davam etdirir. Bir sözlə, "mafiya" işini davam etdirir. Sözün düzü, Vəli Abdullayevin məhkəmənin nüfuzuna vurduğu zərbəni anladıq. Bəs məhkəmə zalında oturan dövlət ittihamçısı niyə ağzına su alıb susub, niyə bu boyda cinayətə qarşı protest verməyib..? 
Görürsünüzmü, məsələ heç də sadə  deyil... 
Bəli, Şirvanda narkoşəbəkənin başında duran İqbal Mikayılov və “kliçkası”-kod şifrəsi  BNT ( Böyük Narko Tacir ) olan Samir Qasımov azadlıqdadır.  Bu kimlər üçünsə bayramdlr. Amma  Şirvan sakinləri üçün fəlakət deməkdir. Buyurun, dünəndən Şirvandan, Hacıqabuldan, Sabirabaddan, Saatlıdan, Masallıdan, Lənkərandan və Azərbaycanın başqa yerlərindən olan bütün narkotacirlər İqbal Mikayılovun fermasındakı ofisində bütün qonaqları qarşılayırlar. Şirvandan olan məlumatlı şəxslər bildirirlər ki, dünəndən Samir Qasımov həbsxanadan çıxan dəqiqədən narkotik satıcıları çox fəallaşıblar. Hətta onlardan bəziləri deyiblər ki, böyüyümüzü tutub buraxdılar, artıq hamı bizim tərəfimizdədir, sərbəst fəaliyyət göstərə bilərik. Polisin bizimlə işi olmayacaq. Samir Qasımovun ətrafında olan şəxslərdən biri deyib ki, İqbal Mikayılovu bu gündən etibarən rəis deyə çağırın, çünki rəis İqbal Mikayılovu və narkobaron Samir Qasımovu həbs elədi, İqbal Mikayılov həm özünü, həm də narkobaron Samir Qasımovu həbsdən ev dustaqlığına çıxartdı. 
Görəsən, Şirvan Apelyasiya Məhkəməsinin hakimi İsmayıl Əhmədov hansı qlobal imtiyaz tapıb ki, Samir Qasımovu həbsdən azad edib? İctimaiyyət arasında belə bir söz-söhbət varki, biz dərhal bu hadisə ilə bağlı ölkə başçısına müraciət edəcəyik. Əgər, ictimaiyyət nümayəndələri narkobaronun azadlığa çıxmasından narahatdırlarsa, bu məsələ ictimailəşdirilməli və əsl günahkar cəzasını almalıdır. 
Deyəsən, bu məsələ 3 məhkəmə hakiminin və 1 məhkəmə sədrinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə nəticələnəcək.
Sonda üzümüzü dövlət rəsmilərinə tutub deyirik: 
Cənab nazir ! 
Cənab Ali Məhkəmənin sədri ! 
Cənab Məhkəmə-Hüquq Şurasının sədri ! 
Və digər cənablar ! 
Şirvan Apelyasiya Məhkəməsinin sədri Vəli Abdullayevin əməllərinə son qoyun. Ölkəmizin böyük bir bölgəsi olan Şirvanda gənclərin narkotiklə zəhərlənməsinə imkan verməyin.

Dünyapress TV

Xəbər lenti