Ardını oxu...
Goranboy rayon Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov kənd əhalisinin canını boğazına yığıb. Goranboy rayon Qızılhacılı qəsəbəsinin sakinlərinin problemlərini dinləyib, onlara lazımı tədbirlər görən qurum tapılmır.

Belə ki, adı çəkilən Qızılhacılı qəsəbə sakinləri içməli suyun 6 kub metrinə 25 manat ödəyib aldıqlarını iddia edirlər. Qızılhacılı qəsəbəsinə içməli su xətti 2000-ci ildə çəkilsə də borulara su buraxılmır. Qəsəbə sakinləri torpaq sahələrində çox əziyyətlə pambıq əkib - becərirlər. Bəzi hallarda su qıtlığından pambıq sahələri yanır. Ancaq isti yay aylarında su borularını təmir edirlər, amma qış və yaz fəsillərində təmir işləri aparılmır sual yaranır niyə aparılmır?

Goranboy rayon sakinləri bildirir ki, Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov kimsəni saymır. Kimə şikayət edirsiz, edin deyir. Bununla bağlı Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılova edilən şikayətlərin də nəticəsi olmayıbdır.

Qəsəbədə yaranmış su problemi ilə dəfələrlə Prezident İlham Əliyevə ərizə və şikayətlər göndərmişik. Lakin qəsəbə sakinlərinin şikayətlərinə baxılması təmin olunmayıbdır.

Qızılhacılı qəsəbəsinin sakinləri bildirirki, Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov qəsdən su qıtlığı yaradır, bunun qarşılığında qazanc əldə edir.

Sakinlərin sözlərinə görə, Goranboy rayon Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov bildirir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılovun və Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev həmin "bazar"dan xəbəri var. O, əlavə edib ki, adıçəkilən şəxslərin də "paylar"ını sa çatdırır.

Goranboy rayon sakinləri Prezident İlham Əliyev cənablarına müraciət edib, köməklik istəyirlər.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq...
 //hurriyyet.az//




Ardını oxu...
"Azərbaycan Hava Yolları” QSC-nin Lənkəran Beynəlxalq Hava Limanının direktoru 40 min manat mənimsəmədə ittiham olunur.

Limanın rəisi Anar Axundov Lənkəran şəhər Ağsaqqallar Şurasının sədri Eldar Hüseynovdan aldığı 40 min manatı geri qaytarmayıb.

Eldar Hüseynov iddia edib ki, iki il əvvəl Anar Axundovun səmimiliyinə, tanışlığına, onu aldatmayacağına inanaraq 40 min manat borc verib. Lakin liman rəisi aldığı pulu geri qaytarmır, 2 ildir onu get-gələ salır, hər dəfə müxtəlif bəhanələr deyir.

Anar Axundov ona ötən ilin oktyabr ayının sonuna kimi borcu ödəyəcəyinə söz versə də, bunu etməyib. Artıq məhkəmə Eldar Hüseynovun tələb etdiyi 40 min və ödənilmiş dövlət rüsumuna görə 210 manatın Anar Axundovdan tutulması barədə iddianı təmin edib.

11 mart 1941-ci ildə Lənkəran rayonunun Vilvan kəndində anadan olan Eldar Hüseynov 2000-ci ildən 2020-ci ilə kimi Lənkəran bələdiyyəsinin sədri olub, 2021-ci ildə Lənkəran şəhər Ağsaqqallar Şurasının sədri seçilib.

Xatırladaq ki, "Bakı Metropoliteni”nin keçmiş rəisi Tağı Əhmədov yaxın dostu, professor Soltan Əliyev vasitəsilə Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşova ümumilikdə 2 milyon manata yaxın pulu sələmə verməsi də böyük səs-küyə səbəb olmuşdu.

AZƏRBAYCANREALLIĞI.COM


 
Ardını oxu...
Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə

MÜ R A C İ Ə T

Bir neçə gün öncə Bakı şəhərinin Nərimanov rayon ərazisinbdə Ceyhun Hacıbəyli 30 ünvanda tikintisi 2004-cü ildən Bakı şəhər İcra hakimiyyəti tərəfindən yarımçıq dayandırılmış binan sökülməsinə başlanıb. Bu binada hal hazırda mənzil almaq üçün pul köçürüb və əllərində binanı tikən “Əlincə” MTK ilə bağlanmış müqaviləsi olan 68 vətəndaş var. Bu adamların arasında mənim də yaxın qohumlarım var. Onlar da 2004-cü ilin sentyabr ayında bu binadan, binanı tikən “Əlincə” MTK-ya tam dəyərini ödəyərək iki mənzil alıblar. Onlara vaxtilə bu binada mənzil almağı mən tövsiyyə etdiyimdən (bina şəhərin ən görkəmli yerlərindən birində inşa edilirdi), 18 ildir ki, mən də bu binanın tikintisi üçün onu tikən “Əlincə” MTK-nın təsisçiləri ilə danışıqlar aparıram. Uzun illər ərzində aparılan danışıqlar nəticəsində hər dəfə kooperativ rəhbərliyi bildirirdi ki, binanın tikintisinə yaxın vaxtlarda icazə veriləcək, yox əgər bu baş verməsə, onda hökumət sizlərə ya başqa yerlərdə mənzil verəcək, ya da kompensasiya ödəyəcəkdir.
Aldadılan 68 vətəndaş “Əlincə” MTK-dan kompensisiya tələb edir - MÜRACİƏT - FOTOLAR


Artıq binanın söküntüsünə başlansa da mənzil almaq üçün “Əlincə” MTK-ya pul köçürüb, müqavilə bağlamış şəxslərə kompensasiya ödənişi ilə bağlı konkret heç nə deyilmir. On səkkiz il mənzil almaq üçün əllərində müqavilə gözləyən adamlar sonda böyük ziyanla üzləşə biləcəklərindən çox narahatdırlar və onlardan bir qrupu (yaxın qohumlarım da daxil) bu məsələnin həlli məqsədilə, onların səsini yuxarılara çatdırmağı məndən xahiş ediblər.


Bu durumda mən də “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi Qeyri Hökumət Təşkilatının sədri və ziyalı alim kimi bütün hökumət yetkililərinə və ilk növbədə Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə müraciət edirəm. Bu insanların heç bir günahı yoxdur ki, onların mənzil almaq istədikləri binanın tikintisi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 18 il bundan öncə dayandırılıb. Əgər hökumət bu ərazidə dövlət əhəmiyyətli hər hansı bir layihəni reallaşdırmaq istəyirsə (verilən məlumatlara görə bu ərazidə park salınması nəzrdə tutulur), onda, sökülən binadan mənzil almaq üçün “Əlincə” MTK ilə müqavilə bağlamış 68 vətəndaşa kompensasiya ödənilməlidir. Vətəndaşın vaxtilə mənzil almaq üçün ödədiyi pul vəsaiti onun mülkiyyəti olub və deməli vətəndaşın müqavilə bağlayıb, pul ödəyərək almaq istədiyi mənzil də onun mülkiyyətidir.


Vətəndaşların mülkiyyət hüququ ölkənin Konstitutsiyası ilə qorunur. Bu insanların mülkiyyət hüquqlarına hörmətlə yanaşmaq hər bir məmurun, ilk növbədə Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinin vəzifə borcudur. Onlar insanların mülkiyyət haqqının tapdalanmasına yol verilməmsi üçün yaranmış vəziyyəti olduğu kimi dövlət başçısına və Birinci vitse-prezidentə məruzə etməlidirlər.

Apardığım müşahidələr nəticəsində mənə məlumdur ki, bu günə qədər ölkə rəhbərliyi buna bənzər hallarda bir dəfə də olsun insanların haqlarının tapdalanmasına izin verməyibdir.

Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələri ilə qorunan mülkiyyət hüquqlarının təmin edilməsi üçün Bakı şəhər İcra hakimiyyətinin rəhbərliyindən müvafiq tədbirlər görməsini xahiş edirəm.

Fikrət Yusifov

“Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar
İctimai Birliyinin sədri, sabiq Maliyyə naziri,
iqtisad elmlər doktoru, professor,

P.S. “Əlincə”MTK-nın inşa etdiyi bu binanın tikintisinin davam etdirilməsi üçün kooperativə üzv olan insanların ölkə rəhbərliyinə etdikləri müraciətlərdən birini bu yazıya əlavə edirəm.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Bank icra məmurunun göstərişi ilə Qarabağ qazisinin pensiyasını kəsə bilər?
Qarabağ qazisi Koroğlu Cəfərov illərdir doğma Vətəni müdafiə edərkən aldığı xəsarətlərdən yatağa məhkum edilib. Son bir ildə isə Ədliyyə Nazirliyinin icra məmurları “sms”lərlə qazini məhkum etmək yolunu tutub, intihar həddinə çatdırıblar. Naməlum nömrələrdən qazinin telefonuna “icra işi üzrə” şöbəyə gəlmək tapşırılır, polislə gətiriləcəyi xəbərdarlığı edilir. Bir ildir aldığı yaralardan yataqdan qalxa bilməyən qazi, barəsində olan qərarın verilməsini tələb edir, hələ də qanuni tələbinə əməl edilmir. Vətəndaş bilmir ki, kimin qərarı ilə, kimə borclu edilib, niyə barəsində qərar qəbul ediləndə ona deməyiblər, niyə dövlət hesabına vəkillə təmin etməyiblər niyə qərar hələ də verilmir , qərardan şikayət vermək hüququna niyə qadağa qoyulub. Ancaq hədə - qorxu gəlinir, “ultimatum” verilir : gəlməsən, məcburi gətiriləcəksən , həbs olunacaqsan və s. və i. a. Yəni ənənəvi icra özbaşınalığı, zor dili.
Hətta yeni il qabağı Qarabağ əlilinin pensiya kartının icra məmurlarının sifarişi ilə boşaldılması məlum olub. DSMF-dən pensiyanın tam həcmdə köçürülməsini öyrənən savaş əlili , “Kapitalbank”a müraciət edəndə, pensiyasının icra məmurunun göstərişi ilə icra şöbəsinin hesabına köçürüldüyü deyilib. Bəyəm bankın belə hüququ var ki, ona dövlətin Qarabağ əlilinə verməyə ayırdığı vəsaiti başqasına versin? Bank pensiya ödəyən dövlət qurumu ilə pensiyaçı arasında vasitəçi rolunu oynayır. Bankın nə ixtiyarı var dövlətin əlilə ayırdığı pula yiyəlik edib, sərəncam versin? ! Konkret şəxsin adına gələn pul onun bank kartına yox, başqasına ödənilməsi, yaxud verilməsinə qadağa qoyulması ciddi qanun pozuntusudur və inzibati, cinayət məsuliyyəti (də) yaradır. Şəxs müharibə əlili olduqda isə məsuliyyət daha da ağırlaşır. Deyə bilərsiniz ki, bəs konkret şəxsin adına gələn vəsaitlərə həbs qoyulması faktları var. Belə halların yalnız məhkəmə qərarı ilə baş verdiyini diqqətə çatdıraq. Həmin hallarda da müharibə əlilliyinə görə pensiya məbləğindən söhbət belə gedə bilməz və istənilən halda bankdakı vəsaitdən borc adına pul tutulması, həbs qoyulması yalnız və yalnız təqdimat əsasında məhkəmə qərarı ilə ola bilər. Beləliklə, Qarabağ qazisinin pensiyasından bankın hansısa icra məmurunun göstərişi ilə pul tutması qanuna ziddir. Buna əmanətə xəyanət deyilir.
Müharibə ilə, xidmətlə bağlı məbləğlərdən borc adına vəsait tutulmasının yolverilməzliyini isə “İcra haqqında” qanunun 68.1.2 maddəsi doğrulayır :” TƏLƏB BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİ İCRA EDƏRKƏN ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZ”!
Vətənin müdafiəsindəki xidmət zamanı yaralanan, əlil olan şəxslərin pensiyasını, müavinətini, təqaüdünü hansısa icra məmuru hansısa bank, dövlət orqanı və s. vasitəsilə borc adına tələb edirsə, onda bu qanun niyə qəbul edilib?
“İcra haqqında” qanundan əlil-qazinin xəbəri olmaya bilər, qaz canının hayındadır, bəs icra məmurlarının özlərinin masaüstü qanunlarından niyə xəbərləri yoxdur? Banklar, sosial təminat orqanları bilmir ki, onlar dövlətin pensiyasını pensiyaçıya çatdırmaq funksiyasını yerinə yetirirlər? Niyə qazilərin qanpulusu borc adına yeyilməlidir?
Biz icra məmurlarının adını çəkmədik. Hələlik. Özbaşınalığa, qanunsuzluğa son qoyulmasa, etiraz tədbirlərinə start veriləcək. Qarabağ qazisi K. Cəfərovu icra məmurlarının özbaşınalığı səbəbindən əl atmaq istədiyi intihardan daşındırmağın başqa yolu var?
Qarabağ qaziləri :
Məmməd Əliyev, Xaliq Abbaszadə,Rövşən Soltanoğlu, Güloğlan Süleymanov, Eldar Rəsulov,
Müşfiq İsmayılov , Faiq Qurbanov və b.
 
Ardını oxu...
1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovun işdən çıxarılması 3 saylı Uşaq Evi ilə bağlı qalmaqalın daha da böyüməsinə səbəb olub.

Qaynarinfo xatırladır ki, 3 saylı Uşaq Evində qalan Məhəmməd Hacıyev müəssisədəki təminatdan şikayət edib. Bundan sonra o, 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib. Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov isə Məhəmməd Hacıyevin ruhi xəstə olmadığını deyib. Bu açıqlamadan bir gün sonra isə işdən çıxarılıb.

Ağahəsən Rəsulovun işdən çıxarılması sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Bu hadisə Məhbubə Hüseynovanın hansısa qüvvələr tərəfindən himayə olunduğu barədə mülahizələrə səbəb olub.

Qeyd edək ki, bu hadisə 3 saylı Uşaq Evi ilə bağlı birinci qalmaqal deyil.

Ötən il mediada sözügedən müəssisə və onun direktoru Məhbubə Hüseynova barəsində daha dəhşətli faktlar tirajlanıb. Faktları həmin vaxt 3 saylı Uşaq Evində tərbiyəçi köməkçisi işləyən Gülcan Nağıyeva ictimailəşdirib.

O bildirib ki, uşaqlar müəllimləri tərəfindən incidilir, döyülür, onlara etinasız və qeyri-rəftari münasibət sərgilənir.

Həmçinin müəssisəyə dövlət tərəfindən təmin olunan ərzaq uşaqlara verilmir. Hətta Qurban bayramında Uşaq Evinə imkanlı şəxslər tərəfindən gətirilən qurbanlıqlar Məhbubə Hüseynovanın sürücüsü tərəfindən evinə daşınır.

Gülcan Nağıyeva iddiaları ilə bağlı görüntülər təqdim edib.

Həmin görüntülərdən birində 6 yaşlı bir uşağın qızdırma içində bədəninin bütün nahiyəsində yara tökdüyü əks olunur. Görüntüləri lentə alan Gülcan Nağıyevanın bildirdiyinə görə, gecə növbəsində çalışdığı üçün uşağın nə vaxt səpdiyindən xəbəri olmayıb. Növbəti gün işə gələndə uşağın ağır durumda olduğunu görüb və tibb bacısına yaxınlaşmaq istəyib. Amma Uşaq Evində nə həkim, nə də tibb bacısı tapa bilib.

Gülcan Nağıyeva daha sonra Məhbubə Hüseynovanı ittiham edib: "Məhbubə Hüseynova dəfələrlə tənbeh olunub, hətta bir dəfə 1500 manat məbləğində cərimələnib. Amma özünə gəlmir. 72 yaşı var, hələ də öz maraqlarına xidmət edir”.


3 saylı Uşaq Evi ilə bağlı daha bir qalmaqa 2021-ci ildə baş verib. Həmin ilin oktyabrında Respublika Gigiyena və Epidemiologiya Mərkəzi sözgedən müəssisədə araşdırma aparıb. Uşaq Evində bəzi nöqsanlar müəyyən olunub. Aşkar olunmuş nöqsanlara görə müəssisə rəhbəri Məhbubə Hüseynovaya intizam tənbeh tədbiri olaraq, töhmət verilib və müəssisənin fəaliyyəti ciddi nəzarətə götürülüb.
Ardını oxu...
Naxçıvan şəhəri, Küznüt kəndinin adlarının açıqlanmasını istəməyən bir qrup sakini tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər Naxçıvan şəhər 10 saylı tam orta məktəbin direktoru Fərqanə Əliyeva və müavini Vüsalə Qənbərovadan şikayətçidirlər. Onlar iddia edirlər ki, adlarını çəkdiyimiz hər iki şəxs AMEA prezidenti İsa Həbibbəylinin qardaşı Əli Həbibbəylinin kadrlarıdır. Həmçinin, Vüsalə Qənbərovanın Təhsil Nazirliyinin aparat rəhbəri Rəşad Əlizadənin qohumu olduğu deyilir:

“Yazaraq sizdən xahiş edirik ki, bizim problemimizi işıqlandırıb, səsimizi lazımi qurumlara çatdırasınız. Deməli, nəzərinizə çatdırırıq ki, yeni təyin olunan direktor Fərqanə Əliyeva və onun sifarişi əsasında qeyri-qanuni şəkildə Küznüt məktəbindən birbaşa həm müəllim, həm də təlim-tərbiyə işləri üzrə direktor müavini təyin olunan Vüsalə Qənbərovanın məktəbdə etdikləri qanunsuzluqların, həddi-hesabı yoxdur. Bu iki qadın haqqında Təhsil Nazirliyinə şikayət gedəndə isə, şikayətimiz əsassız sayılır.

Məktəbdə V-Xl siniflər üzrə 16 sinif var. Onların sinif rəhbərlərinin demək olar ki, əksəriyyəti məktəbin vəzifəli müəllimləridir. Deməli, “5 a” sinfinin rəhbəri - kitabxana müdiri, “6 a” sinfinin rəhbəri - təlim-tərbiyə işləri üzrə direktor müavini, “6 b”, “8 a” sinfinin rəhbəri-psixoloq, “8 b” sinfinin rəhbəri -7-ci uşaq birliyinin direktoru, “11 b” sinfini rəhbəriyini isə hərbi rəhbər icra edirlər. Sənədlərdə isə adi dərs müəllimlərinin adı qeyd edilir. Maaş vaxtı isə alınan pullar sahiblərinə verilir.

Bu məktəbdə problem, haqsızlıq o qədər çoxdur ki, yazmaqla bitirmək olmur.

Uşaq birliyinin rəhbəri Məmmədova İlahə iki dəfə sertfikasiya imtahanından kəsildiyi halda, ona 12 saat və məktəbə hazırlıq qrupunda daha 12 saat dərs verilib və 7-ci sinfin rəhbəridir.

Məktəb üzrə Naxçıvan, Ortaq türk və Zəfər tarixi, dərsdənkənar məşğələ saatlarını isə direktor mənimsəyib, amma tədris etmir.

Məktəb üzrə şahmat dərslərinin bir qismi ibtidai sinif müəllimi Leyla Əliyevanın adına yazılır, amma psixoloq Pərvanə Vəliyeva nəzarət edir. Sənədləşməni aparır, jurnalı işləyir, onun da pulu direktora çatır.

Bu arada qeyd edim ki, Pərvanə müəllimə İsa Həbibbəylinin gəlininin qohumudur. Məktəbdə olan 4 “ölü can” yanvar ayından “dirilib”, işə çıxırlar.

Deməli, Küznüt məktəbindən bizim məktəbə gətirilən direktor muavini düzgün yazı yaza bilmir. Belə ki, Azərbaycan dili müəllimi olan bu xanım jurnalların arxasında aparılan qeyd bölməsində yazdığı yazılarda çox sayda hərf səhvləri edir.

Müəllimlər həmin hərf səhvlərini oxuyub gülürlər. Bunu bildikdə isə həmin səhifə cırılır, yox edilir. Dəfələrlə nazirliyin əməkdaşlarına onların savadsızlıqlarını çatdırsaq da, heç bir tədbir görülmür.

Məktəbin bufetində direktor özünə ad günü edir. Baxan, maraqlanan yoxdur.

Dərs vaxtı direktor aylıq pul qarşılığında hazırlıq keçir, uşaqları dərsdən yayındırır. Bundan əlavə, direktor həftənin 6-ci günləri məktəbdə kurikulumdan, tarixdən müəllimlərin sertfikasiyası üçün hazırlıqlar keçir”.

P.S. Qeyd edək ki, yazıda adları çəkilən direktor və müavinlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //“Hürriyyət”//
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Azərbaycan Dövlət Aqrar Universitetinin sabiq rektoru İbrahim Cəfərovun oğlu təlbəyə qarşı dələduzluq edib?
Bu haqda Dünyanınsəsi.Az saytının e-mail ünvanına Baytarlıq fakültəsinin tələbəsi olmuş Ürfət Quluyev tərəfindən göndərilmiş olan şikayətdə qeyd edilir.

Şikayətçi bildirir ki, sabiq rektorun oğlu Cavid Cəfərov ondan 2020-ci il tarixdə 3 min dollar civarında ondan pul alıb ki, smestr imtahanlarında həm qiymətlərin yazılacaq həm də diplom işin həll ediləcək.
Bu günə kimi rektorun oğlu üzərinə götürmüş olduğu nə öhdəliyi həll edə bilib nə də ki, təlbədən almış olduğu pulları geri qaytarıb.Məhz buna görə çarəsiz qalan vətəndaş məcburiyyət qarşısında qalaraq mətbuat vasitəsilə hüquq-mühavizə orqanlarına mürüciət etməyə qərar verib.
Onu da qeyd edək ki, Cavid İbrahimovun tələb etdiyi miqdarda vəsait ona məxsus olan kart hesabına köçürülüb.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Sonda Gəncə sakini mətbuat vasitəsi ilə Gəncə şəhər Baş Polis İdarəsinin rəhbərliyindən ona qarşı “dələduzluq” etmiş şəxs barəsində qanunamüvafiq formada ölçü götürülməsinə göstəriş verməsini xahiş edir.
Məlumat üçün qeyd edək ki, İbrahim Cəfərovun oğlu Cavid bu cür hərəkətlərə görə AMEA-da yeni düzəldiyi Daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsindən də çıxarıldığı bildirilir.
Səsləndirilən ittihamla bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
Cavid İbrahimovun göndərmiş olduğu AUDİOFAKTI təqdim edirik:
 Dünyanınsəsi.Az
Ardını oxu...
Heç kimə sirr deyil ki, bütün sferalarda rüşvət və korrupsiya halları var. Amma bir məsələni bilməliyik. Korrupsiyanın səviyyəsi və miqdarı bütün nazirliklərdə eyni miqyasda deyil.
Məsələn dəfələrlə qeyd etmişik ki, “Qaçqınkom”da korrupsiyanın “razmeri” loru dildə desək 7-8 rəqəmilidirsə, başqa bir dövlət qurumunda 3-4 rəqəmli olur.
Bunun da səbəbi neçə illərdir ki, milyonlarla qaçqın və məcburi köçkünlərə verilən müavinət, mənzillərin, binaların, şəhərciklərin salınması və s məsələlərdir. Əbəs yerə deyil ki, son illər Müdafiə Nazirliyinin yüksək rütbəli xeyli sayda məmuru həbs olunub.
Niyə, səbəb nədir..?
Hamıya bəllidir ki, bütün dünyada müdafiə sahəsinin xərcləri daha böyükdür, yəni maxinasiyanın ölçüsü çox böyükdür.
Vaxtilə, MN-nin Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayev qətlə yetiriləndə onun kabinetindən külli miqdarda pul tapılmışdır. Bu hələ cəmiyyətə bəlli olan hissə idi.
İndi haqqında bəhs edəcəyimiz zavod da vaxtilə Rail Rzayevin kurasiyasında olub. Söhbət Gəncə şəhərindəki Gəncə Aviasiya Təmiri Zavodundan gedir. Daha doğrusu, zavodun milyonlara sahib olan direktoru Hacı Etibar Həsənovdan. Bu günədək bu zavodda külli miqdarda yeyintiyə yol verilsə də, hətta bu məsələnin üstü açılsa da Hacı Etibarın barəsində heç bir tədbir görülməyib. Hətta mediada yayılan məlumatlardan bəlli olur ki, Hacı Etibar Həsənov dövlətin 5 milyardını mənimsəyib.
Təsəvvür edirsiniz, Etibar Həsənov eks rabitə naziri Əli Abbasovla əlaqəyə girərək Gəncədəki ATS-i alıb və yerində «Məşədi İbad» hamamı, otel tikdirib. Adından bəlli olduğu kimi, zavodun əsas fəaliyyəti vertolyotların mühərriklərinin təmiri ilə bağlıdır. Zavod ən bahalı ehtiyat hissələrini, avadanlıqları alır, amma kağız üzərindəki qiymətlə real qiymət arasındakı fərq dəfələrlə şişirdilir və dövlətin hər ay milyonları mənimsənilir.
Bəli, dövlət hər vertolyatların təmiri üçün 10 milyonlarla vəsaiti zavoda ayırır. Ancaq özünü Hacı hesab edən zavod direktoru işçilərə qarşı çox pis davranır, onların haqqını yeyir. Özünü Hacı hesab edən, işçilərin haqqını yeyən Hacı dəbdəbəli həyat tərzi sürür. Oğlu Orxan da atası ilə bərabər gecələr onlara məxsus “Park İNN”də olur. Zavod direktorunun Çexiyada Marinskdə kazinoyla üz-üzə dəyəri milyonlarla ölçülən əzəmətli evi var. Hacının özünün və övladlarının sürdüyü ən ucuz avtomobillərin dəyəri 150-200 min manatdır. Hələ bu harasıdır...?
Hacı özünə məxsus hamamdan otelə “xod” açdırıb. Və hələ üstəlik yaxınlıqda yerləşən muzeyi də özəlləşdirib. Bütün bunlar ortada olduğu halda görəsən, Müdafiə Nazirliyinin rəhbərliyi hara baxır, niyə tədbir görmür..?
Bu artıq bizim səlahiyyətimizdə olan məsələ deyil. Bizi izləyin. Yaxın zamanda Hacı Etibarın başqa əməlləri barədə də yazacağıq. //gundelik-baku.com//
 
Ardını oxu...
Azərbaycanda büdcədən maliyyələşən qurumların sifarişçi olduqları dövlət satınalmalarının keçirilməsi proseslərində qanun pozuntularının olması barədə kifayət qədər yazılıb.

Zaman-zaman yerli mətbuatda araşdırmaçı jurnalistlərin və iqtisadçı ekspertlərin təqdim etdiyi xəbərlərdə dövlətdən maliyyələşən əksər qurumların sifarişçi olduqları satınalmalarda öncədən sövdələşmə, "otkad" və digər neqativ halların olması barədə faktlar yer alıb.

Qlobal.az xəbər verir ki, keçirdiyi satınalmaları şübhə doğurduğu iddia edilən dövlət təşkilatlarından biri də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyidir.

Agentlik 29.03.2023-cü il tarixində "Mətbuatda elan, bildiriş və reklamların verilməsi; Reklam məqsədilə təbliğat-təşviqat xarakterli video və audio materialların hazırlanması və yayılması; məlumatlandırıcı videoçarxların çəkilməsi işlərinin satın alınması" lotu üzrə sifarişçi olduğu tenderə yekun vurub.

Tenderin məbləği 193.300 manat təşkil edir.

Agentliyin sifarişçi olduğu tenderdə "Tag Consultangy" (2005409031) Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

"Tag Consultangy" - Agentliyi bəzər, özü "lüt gəzər"

Aqrar Kredit və İnkişaf Agentliyinin sifarişçi olduğu 193 min manatlıq tenderinin qalibi elan edilən "Tag Consultangy" MMC 2019-cu ilin yanvar ayının 15-də dövlət qeydiyyatına alınıb.
Ardını oxu...
On beş manat nizamnamə kapitalı olan "Tag Consultangy" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Vinqtau ev 11 A, mənzil 89 ünvanı, şirkəıtin qanuni təmsilçisi isə Quliyev Həsən Camal oğludur.

"Tag Consultangy" MMC-nin fəaliyyət profili, lisenziyaları, faktini ünvanı, əlaqə telefonları və texniki imkanları barədə açıq internet resurlarında məlumat yoxdur.

2019-cu ilin yanvar ayında yaradılan "Tag Consultangy" MMC-nin feysbuk sosial şəbəkəsində 127 nəfər izləyicisi olan "Tag Consultangy" adlı səhifəsində isə ən son paylaşım 2019-cu ilin mart ayının 20-də olub.

Şirkət bu paylaışmında Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.

"Tag Consultangy" MMC satınalma müqaviləsinə görə Aqrar Kredit və İnkişaf Agentliyinə 150 sayda təbliğat xarakterli video materiallar, 30 sayda maarifləndirici foto xidməti, 150 sayda sosial media marketinq fəaliyyəti, 80 sayda tv verilişin hazırlanması və yayımı, 24 sayda bölgələrdə fermerlərlə görüşlərin təşkili və mediada işıqlandırılması xidmətini göstərəcək.
Ardını oxu...
Texniki bazası barədə açıq internet resurslarında heç bir məlumat verilməyən, feysbuk səhifəsində son paylaşımı 4 il əvvəl olan "Tag Consultangy" MMC-nin Aqrar Kredit və İnkişaf Agentliyinə tender müqaviləsi üzrə hansı keyfiyyətdə xidmət göstərəcəyi xeyli suallar və şübhələr yaradır.

Qalib şirkətin rəhbəri kimdir?

Aqrar Kredit və İnkişaf Agentliyinin 130 min manatlıq tenderinin qalibi olan "Tag Consultangy" MMC-nin Kənd Təsərrüfatı nazirliyinə heç də yad olmayan təşkilat olduğu deyilir.

"Qlobal.az"ın əldə etdiyi məlumata görə "Tag Consultangy" MMC-nin qanuni təmsilçisi Quliyev Həsən Camal oğlunun Kənd Təsərrüfatı nazirliyinin bəzi yüksək vəzifəli şəxsləri ilə dostluq münasibəti var.

İddialara görə Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayevin Həsən Quliyevlə xüsusi münasibətlərinin olduğu bildirilir. "Tag Consultangy" MMC-nin Aqrar Kredit və İnkişaf Agentliyinin mart ayının 29-da yekun vurduğu satınalmada qalib elan edilməsində də bu münasibətlərin mühüm rolunun olduğu vurğulanır.

Daha bir məlumatda isə "Tag Consultangy" MMC-nin qanuni təmsilçisi Həsən Quliyevin də Kənd Təsərrüfatı naziri İnam Kərimovun müşaviri olduğu iddia edilir.

"Qlobal.az" məsələ ilə bağlı "Tag Consultangy" MMC-dən mövqe öyrənib.

Şirkətin qanuni təmsilçisi Anar Quliyev uzun illərdir iqtisadi və təhsil sahəsində çalışdığını, tagrom.az adlı layihələrinin olduğunu bildirdi. AKİA-nın sədri Seymur Mövlayevlə heç bir əlaqələrinin olmadığını vurğulayan A.Quliyev tagrom.com, tagrom.ru, tagrom.az layihələrinin Azərbaycan iqtisadiyyatına ciddi dəstək verdiklərini bildirdi.
Ardını oxu...
Atasının Azərbaycanın Milli Qəhrəmanı olduğunu bildirən MMC rəhbəri çoxsaylı startap layihələrinin olduğunu deyir.

Aqrar Kredit və İnkişaf Agentliyi isə sözügedən 193 min manatlıq satınalma üzrə xidmətləri "Tag Consultangy" MMC-nin hansı texniki baza ilə yerinə yetirəcəyinə aydınlıq gətirmədi.

Agentlik tenderdə iddiaçı qismində daha hansı şirkətlərin iştirak etdiyi barədə olan sualımızı da cavablandırmayıb.
Ardını oxu...
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayevdir.
 

Dünyapress TV

Xəbər lenti