Ardını oxu...
Azərbaycanda fəaliyyət göstərən kommesiya banklarının filiallarında vətəndaşlara məxsus əmanətlərin mənimslənilməsi halları hələ də qalmaqdadır.

Qeyd edək ki, bankarın müxtəlif filiallarına rəhbərlik edən şəxslər oradakı əmanətləri talan edir.

Təbii ki, sonu həbslərlə yekunlaşsa da nəticədə vətəndaş illərlə əziyyət çəkməli olur.

TEREF.AZ bildirir ki, Gununsesi.info-ya daxil olan bir xəbərdə eyni halın “Unibank”da baş verdiyi deyilir.

Məlumata görə, bankın Yasamal və bir neçə rayondakı filialında belə hallar baş verib. Bildirilir ki, bank rəhbərliyi olayın ictimailəşməməsi üçün əmanətləri mənimsənilən vətəndaşlardan möhlət istəyib.

Məsələ ilə bağlı adıçəkilən bankdan münasibət öyrənmək cəhdlərimiz baş tutmayıb.

Xatırladaq ki, buna bənzər olay bir neçə il əvvəl “Texnikabank”ın Binəqədi filialında Zal Yusifovun rəhbərliyi ilə baş vermişdi. Banka əmanət qoyan onlarla müştərinin milyonlarla vəsaiti Zal Yusifov və onun oğlu tərəfindən talan edilmişdi.

Hər iki ata-oğul buna görə uzun illər həbsə məhkum edilib.
Ardını oxu...
Xeyli müddətdir ki, Tərtər Mərkəzi Rayon Xəstəxanasında yaşanan ab-hava, yəni bu səhiyyə müəssisəsində baş alıb gedən qanunsuzluqlar, süründürməçilik halları, həddi-hüdudu bilinməyən biabırçılıqlar, sakinlərin etdikləri giley-güzarlar və s., əksər media qurumlarının gündəmini zəbt edən əsas mövzulardan birinə çevrilib. TEREF.AZ yazır ki, pressdent.az saytının vcerdiyi xəbərə görə bugünlərdə isə redaksiyamıza daxil olan sensasion məlumatlar sırasında Tərtər MRX-da şöbə müdiri vəzifəsini daşıyan Gülarə Əhmədovanın adı daha çox hallanmaqdadır. Belə ki, daxil olan məlumatlarda vurğulanır ki, xanım şöbə müdiri bu gün də bir kimsəni “priznavat” etmir və o, çalışdığı səhiyyə müəssisəsini, sanki “kolxoz bazarı”na çevirib. Bir sözlə, MRX-da gəlirli sahələrdən birinə rəhbərlik edən bu xanım, hələ ki, bir kimsədən ehtiyat etmir və daşıdığı vəzifəsinin imkanlarından yararlanaraq hər işdən pul çıxarır. Belə bir səbəbdəndir ki, Gülarə Əhmədovanın adı yerli sakinlər arasında “rüşvətxor şöbə müdiri” deyə hallanır.

Bütün bunlar haqda hər kəsi yaxın günlərdə məlumatlandırmağa çalışacağıq. Bizi izləyin.
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
Ardını oxu...
Milli Məclisin daha bir deputatının saxta diplomlu olması ilə bağlı şübhəli məqamlar üzə çıxıb.

Demokrat.az xəbər verir ki, sözügedən şəxs Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin kürəkəni olan Əliabbas Salahzadədir (Milli Məclisin sabiq deputatı hacı Qalib Salahzadənin oğlu).

Belə ki, Əliabbas Salahzadə özünün Vikipediya səhifəsində 1995–1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində (ABU) təhsil aldığını qeyd edib. Ancaq özü də unudub ki, ABU-nun əsası 1995-də deyil, 1997-ci ildə qoyulub.
Ardını oxu...
Bəs əsası 1997-ci ildə qoyulmuş universitetə Əliabbas Salahzadə 1995-ci ildə necə qəbul olunub?

Buradan aydın olur ki, Əliabbas Salahzadə ya 2 illik ali təhsil alıb, yaxud da hansısa yollarla ABU-nun saxta diplomunu əldə edib.

Daha sonra Əliabbas Salahzadə özünün Vikipediya səhifəsində qeyd edir ki, o, 2002-ci ildə Azərbaycan Respublikası Milli Aviasiya Akademiyasının Beynəlxalq Hüquq fakultəsində ikinci ali təhsili başa vuraraq hüquqşünas ixtisasına yiyələnib.

Həmçinin, Əliabbas Salahzadə ABU-dan aldığı saxta diplomun hesabına 2002–2003-cü illərdə cəmi 12 aylıq hərbi xidmət çəkib.

Bildirək ki, 2010-cu il sentyabrın 1-də təhsil naziri Misir Mərdanovun müvafiq əmri ilə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırılıb.

Xatırladaq ki, bir neçə gün öncə Milli Məclisin deputatı Cavid Osmanovun orta məktəbi bitirdikdən sonra saxta diplom və hərbi bilet alması barədə Demokrat.az-da araşdırma yazı dərc olunub.

P.S Məsələ ilə bağlı deputat Əliabbas Salahzadə İnformasiya Sorğumuza cavab verməyib.
 

Ardını oxu...
Toxumçu fermer Nəsibov Adil Museyib oğlu Ağstafa DAİM-in direktoru Ramiz İmanovdan, Aqrar Xidmətlər Agentliyinin (AXA) Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Tovuz Regional Mərkəzinin direktoru Ədalət Yadigarovdan şikayətçidir.
Toxumçu fermer tərəfindən Faktinfo.az saytına göndərilən məlumatda deyilir:

"2008-ci ildən toxumçu fermerəm. Kənd Təsərrüfatı Nazirliyinin nəzdində arpa-buğda əkmişəm. Bu illər ərzində aqrotexniki normalara əməl etməklə, yüksək məhsuldarlıq əldə etmişəm. Mənə 2022-ci ilin payız əkini üçün noyabr ayında KTN tərəfindən "qırmızı gül" buğda sortu olan 6 ton elit toxum verilib. Öz hesabıma isə Samux rayon Toxumçuluq Təsərrüfatı İdarəsindən 12 ton "qırmızı gül" R1 sortu olan buğda toxumu alıb, 200 hektar torpağa səpmişəm. Eləcə də, əkdiyim 200 hektar torpağın dövlət aktını, toxumun ilkin sənədlərini Ağstafa DAİM-də Tovuz Regional Mərkəzinin nümayəndəliyinə vermişəm. Daha sonra 200 hektar buğda əkininin sənədinin bir nüsxəsini özümdə saxlamaqla, Tovuz Regional Mərkəzinin direktoru Ədalət Yadigarova da təqdim etmişəm. Hazırda portala 200 hektar əkin sahəsinin 22 hektarı vurulub, 178 hektar buğda əkini qeydiyyata alınmayıb. Beləliklə, toxumçu fermer kimi əkdiyim 200 hektar ərazinin 178 hektarına görə veriləcək subsidiyadan, eləcə də məhsul subsidiyasından məhrum edilmişəm. Bəlkə bilmirəm, halal haqqım olan 200 hektar əkinin qeydiyyatına görə, Aqrar Xidmətlər Agentliyinin (AXA) Laboratoriya, Ekspertiza və Sertifikatlaşma Tovuz Regional Mərkəzinin direktoru Ədalət Yadigarov, mərkəzin Ağstafa DAİM-də oturan nümayəndəsinə rüşvət verməliyəmmiş? Əgər, təmənnaları yox idisə, 200 hektar buğda sahəsi üçün qanuna müvafiq verilməli subsidiya nədən zəhmətimin qarşılığında mənə verilməsin ki?

Deyə bilərlər ki, elektron sistemdə şəxsi kabinetimə bəyan verməli idim. Yəni, əkin bəyanını sistemdə şəxsi kabinetimə oturtmalı idim. Bununla da qeydiyyat aparılmalı idi. Yaxşı, əgər mən şəxsi kabinetimdə bəyanı sistemə oturtmamışdımsa, (digər tərəfdən bunu etməyə də bilərəm, çünki 200 hektar buğda əkininin rəsmi sənədlərini Tovuz Regional Mərkəzinə təqdim etmişəm) hardan alıb yazıblar 22 hektarı? Bunu texniki səhv bilirlərsə, yazaydılar 222 hektar. Niyə 200 hektarı 22 hektar kimi qeyd edirdilər ki? Tutaq ki, mən yazıb oxuya bilmirəm, mənim sənədim doğru, düzgün sistemə vurulmamalıdır?! Axı, Ağstafa DAİM-də EKTİS otağında 4-5 şəxs bu iş üçün ayrılıb! Onlar nə işlə məşğuldurlar? Digər tərəfdən, kağız formasında Tovuz Regional Mərkəzinə sənədim qəbul olunub, Ədalət Yadigarov da sənədin bir surətini Bakıya baş idarəyə təqdim edib. Yəni, hamısı eyni vaxtda səhv edə bilərdilər, bir düşünsünlər.

Bu yazıqlar normal bir uyğunluq olmasını da unudublar. Mənə KTN tərəfindən 6 ton elit "qırmızı gül" buğda sortu verilib. Bu toxum 30 hektar əkin sahəsinə səpilməsi üçün nəzərdə tutulub. Bəs sabah nazirlikdə bir ağıllı tapılmaz ki, desin: "Sizə 6 ton elit "qırmızı gül" buğda sortu verilib ki, toxumu 30 hektar əkin sahəsinə səpin. Siz isə bunu 22 hektar torpağa səpmisiniz. Neynəmisiz, elit "qırmızı gül" buğda sortu olan toxumun qalan hissəsini, toyuq-cücəyə yedirtmisiz?"

Deməzlərmi? Deyərlər! Bu məntiq özü belə mənə qarşı qərəzin göstəricisi deyilmi?! Bu o anlama gəlmirmi ki, toxumçu fermer kimi buğda əkdiyim 200 hektar ərazinin 178 hektarını qeydiyyata almamaqla məni "bankrot" etmək istəyirlər?! Bəlkə bazara yeni toxumçu "fermer" çıxartmaq fikrləri var?

Ötən il əkdiyim sahədən 180 ton toxum satmışam, 15 ton toxumu öz torpaq ərazimə səpməyə saxlamışam. Mən bölgədə strateji məhsul hesab edilən buğdanın istehsalı ilə məşğul olan barmaqla sayılacaq fermerlərdənəm. Bunlar mənə sağol deməkdənsə, maneə və əngəl törədirlər. Ağstafa DAİM-dəkilər məsuliyyəti boynundan atır, eyni yanaşmanı Ədalət Yadigarov sərgiləyir. Hər il 40-45 sentiner məhsul əldə edən toxumçu fermerin bu il Tovuz Regional Mərkəzi 200 hektar elit və R1 repreduksiyalı əkinini nədən qeydiyyata almayıb,sualının Ədalət Yadigarova verilməsi üçün ölkə rəhbərliyinə, digər dövlət orqanlarına müraciət etmişəm."

Məsələyə münasibət öyrənmək üçün Ağstafa DAİM-in direktoru Ramiz İmanovla əlaqə saxlanılıb. Ramiz İmanov yaranmış problemin Tovuz Regional Mərkəzinə və mərkəzin Ağstafa DAİM-də yerləşən nümayəndələrinə aid olduğunu bildirib. Tovuz Regional Mərkəzinin direktoru Ədalət Yadigarov isə yaranmış problemi toxumçu fermer Nəsibov Adil Museyib oğlunun özü ilə əlaqələndirib. Direktor bildirib ki, fermerin şəxsi kabineti var. Sənədləri düzdürsə, fermer elektron sistem üzərindən şəxsi kabinetində əkin bəyanını göstərməli idi. O səbəbdən də onun əkdiyi taxıl sahəsinin 22 hektarının qeydiyyatı aparılıb. Bizlik deyil, heç bir məsuliyyətimiz yoxdur, -deyə o, bildirib.

FAKTİNFO.AZ
Ardını oxu...
Yevlax rayon aran qəsəbəsində, yeni tikilən yüksək gərginlik olan elektrik xətti, yerin altı ilə getmək əvəzinə, qəsəbəyə gələn suyun ana borusunun içi ilə gedir.

Bu haqqda Yevlax rayon aran qəsəbəsinin sakini "Azərbaycan Reallığı"na video şikayət göndərərək problemin ictmailəşdirilməsini xahiş edib. Bizdə öz növbəmizddə vətəndaşın müraciətini olduqu kimi oxucuların və səlahiyyətli qurumların nəzərinə çatdırırıq.

Sözü gedən elektrik xəttinin gücü, 35 min kv elektrik xətti suyun içindədir, izoliasiya olunmuş elektrik xəttləri, qanunla yerin altı ilə keçməlidir.

Çünki sözü gedən ərazidən, qəsəbə sakinləri və heyvandarlıq təsərrüfatı ilə məşğul olan sakinlərin mal-qarası keçir. Hər an baş verə biləcək bədbəxt hadisə qaçılmazdır.

Həmçinin sözü gedən sudan qəsəbə sakinləridə istifadə edir,görünən tərəfi odur ki, sözü gedən qəsəbəyə elektrik xəttinin çəkilməsi üçün ayrılan vəsait aidiyyatı üzrə xərclənməyib.

Korrupsioner məmurlar ciblərini doldurmaq üçün qəsəbəyə çəkilən elektrik xəttinin daha asan yolunu kəşf ediblər

Teref.az sözü gedən video faktı təqdim edir:

 
Ardını oxu...
Qarabağ veteranı Seyidov Məmməd Təvəkkül oğlu BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə direktor təyinatına narazılıq bildirir, yaşıllaşdırma sahəsi üzrə mütəxəssis olmasına rəğmən işdən çıxarılmasını da qəbul etmir.
Onun Faktinfo.az saytına göndərdiyi şikayət məktubundan anlaşılır ki, şəxs hazırda ölkə rəhbərliyinə də şikayət məktubları göndərir, teleqramlar vurur.

O, sayta göndərdiyi məlumatda bildirir ki, mütəxəssis olmasına rəğmən, BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Hövsan yaşıllıq sahəsindən işdən çıxarılıb. Məmməd Seyidov bu barədə Azərbaycan Respublikasının Birinci vitseprezidenti Mehriban Əliyevadan kömək istədiyini də qeyd edir, bu gün Yaşıllaşdırma Təsərrüfatı Birliyinə aidiyyatı olmayan şəxslərin işə götürülməsinin yolverilməz olduğunu bildirir. Sitat: "Bu gün Yaşıllaşdırma Təsərrüfatı Birliyində işə qəbul edilənlər qeyri-peşəkarlardır, yaşıllaşdırmadan, ağacdan, gül kollarından anlayışı olmayan şəxslərdir."

Şikayətçi hesab edir ki, Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı qərarının 3.2.9 bəndinə əsasən, idarə və təşkilatlarda şəhid ailələri, Qarabağ veteranlarına üstünlük verilməlidir, onlar işdən çıxarılmamalıdır. Amma onun iş qabiliyyətinin olmasına rəğmən bu nəzərə alınmayıb.

Qarabağ veteranı Seyidov Məmməd Təvəkkül oğlu bu sahədə mütəxəssis olmasını əsas gətirərək, BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə direktor təyinatına da narazılığını ifadə edir. Şikayətçi: "Yaşıllaşdırma Təsərrüfatı Birliyinə 70 yaşlı ixtisasca müəllim, SSRİ dönəmində Hərbi Komissarlıqda çağırış vərəqi göndərən Mirdamət Seyidov təyin edilib. Amma Əmək Məcəlləsinin 10-1.1 maddəsinə görə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. O cümlədən, Məcəllənin 10-1.2-ci maddəsində qeyd edilib ki, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Bu 5 il müddəti əhatə edə də bilər, əgər həmin şəxsə həqiqətən ehtiyac varsa. O cümlədən, Əmək Məcəlləsinin digər bəndində göstərilib ki, təqaüd yaşında olan işçi ilə xüsusi hallarda müqavilə uzadılsa belə, şəxs idarəyə rəhbər təyin edilə bilməz. Mirdamət Seyidov isə 70 yaşında Yaşıllaşdırma Təsərrüfatı Birliyinə direktor təyin olunub. Bu necə olur? Yenə ixtisası uyğun gəlsə idi, bunu başa düşərdik.

Yaşıllaşdırma Təsərrüfatı Birliyindəki hazırkı duruma gəlincə, direktor Mirdamət Seyidov idarəyə rəhbər təyin olunan kimi idarə işçilərindən, sahə rəislərindən işdən çıxmaq haqqında məcburi ərizə almağa başlayıb. Bu məcburiyyət qanunla yolverilməzdir. Mirdamət Seyidov elə bilir ki, bura hərbi komissarlıqdır, bildiyini edə bilər. O hazırda şəhərdə çəmənlik işinə əl qoyub, lazım oldu-olmadı "qazonları" dağıdır, yenilərini döşəyir. Dövlət vəsaitinin israf edilməsinə şərait yaradır. Məqsədi nədir? Əgər onun bu yanaşmasının qarşısı alınmazsa, bir neçə ildən sonra yaşıllaşdırma sahəsindən əsər-əlamət qalmayacaqdır," -şikayətçi qeyd edir.

Faktinfo.az saytından BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru Mirdamət Seyidovla əlaqə saxlanılıb.Mirdamət Seyidov bildirib ki,şikayətçi Seyidov Məmməd Təvəkkül oğlunu o,işdən çıxartmayıb. "Qəribədir ki,evdə oturan adam buradakı işçilərin əvəzindən də şikayət edir.Mənim 68 yaşım var,o,yazır ki,70 yaşındayam.Eləcə də,mən Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru təyin edilməmişəm,müavinəm bu vəzifəni icra edirəm.Qaldı sualınızın cavabına, idarə işçilərindən,sahə rəislərindən ərizələrinin alınması onların işdən çıxardılmasına dəlalət eləmir.Heç kim işdən çıxardılmayıb.Bu qanundan irəli gəlir. Şikayətçinin "lazım oldu-olmadı "qazonları" dağıdır" fikirlərinə gəlincə,şəhərdə gördüyümüz işlərə nəzər yetirə bilərsiniz,hər görülən iş yaxşılığa doğrudur.İdarə və şəxsimlə bağlı yazılanları qəbul etmirəm,Seyidov Məmməd Təvəkkül oğluna öz işləri ilə məşğul olmağı məsləhət bilirəm,"-Mirdamət Seyidov qeyd edib.

FAKTİNFO.AZ
 
Ardını oxu...
Hər il ötən ilə nisbətdə yol-nəqliyyat hadisələrinin sayı artmaqdadır. Buna səbəb olaraq insanların və nəqliyyatın sıxlığının artması, sürücülərin və piyadaların diqqətsizliyi kimi amilləri göstərə bilərik. Belə cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir.

Təsirli tədbir dedikdə, bu sırada həm də qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinin düzgün müəyyən edilməsi başa düşülür. Cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “Hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər”ə ayrıca fəsil həsr olunub. Bu fəsildə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasının hansı halda cinayət tərkibinin yaratması, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozulması, sürücülərin yol nəqliyyat hadisəsi yerindən qaçması, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salma və başqa cinayətlər və həmin cinayət əməllərinə görə təyin oluna biləcək cəzalar qeyd olunub.

Nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Təbiidir ki, zərər yetirən tərəf özünün törətdiyi əməlin cinayət deyil, inzibatti məsuliyyət yaratmasında maraqlıdır və bundan ötrü istər hadisənin səbəbini müəyyənləşdirən vəzifəli şəxslərlə (tibb ekspertizası), istərsə hadisəyə hüquqi qiymət verən vəzifəli şəxslərlə (hüquq-mühafizə orqanları əməkdaşları), istərsə də zərərçəkmişin (on un qanuni təmsilçisinin) özü ilə sövdələşməyə (bəzən korruptiv əlaqəyə girməyə) meylli olur.

İndi çəkəcəyimiz misalda belə korruptiv sövdələşmədən şübhələnməyə əsaslar vardır:

Dəryaza verilən məlumata əsasən Avqustun 21-də Şəmkir-Tovuz şossesində yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat – 1 qəsəbəsi, Yeni Məhəllə ünvanda yaşayan Elçin Xaliqi adlı gənc bir neçə gün sonra dünyasını dəyişmişdir. Maşında onunla birgə olan anası da kəllə-beyin travması alaraq koma vəziyyətinə düşmüş, hazırda Bakıdakı Neyrocərrahiyə xəstəxanasındadır. Yol-nəqliyyat hadisəsinin iştirakçısı olan qarşı tərəfin isə çəkdiyi ziyan barədə məlumat yoxdur.

Redaksiyamızın əməkdaşı Zabratda, mərhumun hüzn mərasimində iştirak etmiş və orada öyrənmişdir ki, Elçin də qəzadan sonra bir gün koma vəziyyətində qalıb, sonra ayılıb özünə gəlib, lakin həyata qayıda bilməyib. Bildirilir ki, mərhumun ölümünü Tovuz rayon mərkəzi xəstəxanasında birbaşa qəza ilə deyil, xeyli vaxtdır ki, müalicə aldığı hepatitlə (böyrək və qaraciyər çatışmazlığı) əlaqələndiriblər. Söz gəzir ki, hətta guya həkimin rəyinə görə, qəza baş verməsəymiş belə mərhumun ölümünə onsuz da üç ay vaxt qalıbmış.

Bundan başqa, öyrənmişik ki, yol-nəqliyyat hadisəsinin iştirakçısı olan qarşı tərəfin adamları mərhumun yaxınlarına hüzn xərclərini yola vermək üçün yüksək məbləğdə “əza pulu” da təklif ediblər. Amma mərhimun qohumları onları qovaraq təklifdən imtina ediblər.

Məsələ ilə bağlı araşdırma apararkən ilk növbədə mərhumun qəzadan sonra dərhal götürüldüyu Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradovla əlaqə saxladıq. Paşa həkim baş redaktorumuzla fikir mübadiləsi aparanda bildirib ki, heç bir həkim insan sağlamlığına vurulmuş zərərin, xüsusilə ölümün səbəbini gizlətməyə kömək etməməli, hətta öz səhlənkarlığını, məsuliyyətsizliyini gizlətmək üçün də haqqı nahaqqa qurban verməməlidir.

Sonra isə Paşa Muradov baş redaktorumuzu mərhuma qəzaya uğradıqdan sonra ilkin diaqnoz qoymuş Mahirə həkimlə əlaqələndirib. Mahirə həkim isə Elçinin ölümünün avtoqəza nəticəsində deyil, məhz xəstəlik səbəbindən baş verdiyini deyib-durub.

Onsuz da gec-tez hamı öləcək. Belə çıxır ki, Elçin Xaliqinin xəstəliyi üç aydan sonra onun ölümünə səbəb olacaqdıysa, o halda onun məhz indi ölümünün səbəbi, yaxud, ölümünü sürətləndirən səbəb ciddi araşdırılmamalıdır? Axı burada insan həyatından söhbət gedir! Bir qarışqanı belə yarada bilməyən Mahirə həkimin məntiqindən belə çıxır ki, adam üç ay sonra öldü, ya indi öldü – heç bir fərqi yoxdur. Xeyr, adam ömrünün sonuna vur-tut üç ay qaldığını bilsə, həmin üç ayı səmərəli keçirməyə çalışar, ömrünü daha da gödəldəcək risklər etməz, yaxud, kimlərəsə yaxşılıq eləyə bilər ki, savab işlərinin sayını artırsın. Bizi qınamayın, şübhələnməyə əsas tapırıq ki, burada niyyət ya ağır nəticəyə səbəb olmuş sürücü ehtiyatsızlığını, ya da həkim səhlənkarlığını gizlətməkdir. Bir nüansa da diqqət yetirməyə dəyər: Əgər həkimlərin sözünə inansaq, yəni, mərhumun məhz xəstəlik səbəbi ilə dünyasını dəyiuşdiyini qəbul etsək, onda belə çıxır ki, Elçin Xaliqi paytaxt Bakıda müalicə olunmağa tibb müəssisəsi tapmayıb, üzünü tutub Tovuz əyalət xəstəxanasına – inandırıcı deyil. Fakt ortadadır ki, mərhumun ölümündən əvvəl Tovuz xəstəxanasına düşməsinin səbəbi məhz qəzada aldığı xəsarətdir.

İndi söz Səhiyyə Nazirliyinin, TƏBİB-in və əlbəttə ki, sözügedən yol-nəqliyyat hadisəsini araşdıran hüquq-mühafizə və cinayət təqibi orqanlarınındır. Nəzərə alınmalıdır ki, hətta ekspertiza rəyinin belə digər sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur.Yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə yalnız məhkəmə iclasında araşdırılmış sübutların hüquqi qiymətləndirilməsindən sonra verilə bilər. (Deryaz.az)

Turantv.az
Ardını oxu...
Bu ölkədə hakimiyyət, məmurlar da xalqı başıqapazlı edir, iş adamları da. Nə istəyirlər, nə verib ala bilmədikləri var axı bu yazıq xalqdan!

Cənub bölgəsinin “böyük bəla”sı – iqtisadiyyat düşməni olan pambıq “baronu” Bahəddin Leysanov.

Leysanov 30 ilə yaxındır cənub bölgəsinin qeyri-rəsmi “qubernator”u olaraq çıxış edir.

Cənub bölgəsinin “Don Karleone”si və toxunulmaz xaç atası. Cənub rayonlarının icra başçıları, prokurorları və polis rəisləri Leysanovdan niyə çəkinirlər, onunla razılaşır, onun tovsiyyələriylə işləyirlər???

Bu müasir qolçomaq kimə güvənir və arxasında hansı məmur var?!

Bahəddin Leysanov İlham Əliyevim söz etdiyi “böyük bəla”nı yaradanlardan biridir…
Cənab Leysanov 30 ildən artıqdır ki, cənub bölgəsinin pambıqçılıq rayonlarında hökmranlıq edir, buna baxmayaraq o, özünü kölgədə saxlamağı bacarır. O, cənub bölgəsində baş verən bütün prosseslərə müdaxilə edir, lakin bu hiss olunmur.

İlham Əliyev Nazirlər Kabinetinin hər ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında kölgə iqtisadiyyatının ölkə iqtisadiyyatına vurduğu ziyandan danışıb. Ölkə iqtisadiyyatını xərçəng kimi saran kölgə iqtisadiyyatı “böyük bəla” adlandırıb. Lakin, çox təəssüf ki, hər kəsin gözü qarşısında özünü məğlubedilməz sayan Leysanovdan xəbər tutmur.

İlham Əliyev vurğulayıb ki, aparılan iqtisadi islahatların əsas vəzifələrindən biri və birincisi kölgə iqtisadiyyatına ziyan vurmaqdır: “Mən tam əminəm ki, aparılan islahatlar nəticəsində həm bizim gəlirlərimiz artacaq, biz kölgə iqtisadiyyatına böyük zərbə vurmuş olarıq. Bu, böyük bəladır və biz bu bəla ilə bağlı çox ciddi mübarizə aparırıq. Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır. Düzdür, elə bir ölkə yoxdur ki, orada kölgə iqtisadiyyatı olmasın. Biz kölgə iqtisadiyyatına qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq”, deyə İlham Əliyev Nazirlər Kabinetinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun nitqində bildirib.

Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycanda kölgə iqtisadiyyat ölkə iqtisadiyyatının 60-70 faizini təşkil edir. Elə bu üzdən də adam başına düşən gəlir sitatistikasında Azərbaycan artıq Gürcüstandan geridə qalıb, Ermənistanla isə demək olar ki, bərabərdir. Əslində isə Azərbaycanda adambaşına düşən gəlirin əsas hissəsi məhz kölgə iqtisadiyyatda gizlənib və bu üzdəndə biz qonşularımzdan geridə qalırıq, xüsusən də bədnam qonşumuzdan geridə qalmaq üzrəyik.

Heç kimə sirr deyil ki, kölgə iqtisadiyyatı əsasən məmurların dəstəyi ilə və birbaşa iştirakı ilə çiçəklənməkdədir. Bir çox yerlərdə isə sovet dönəmində varlamış idarə müdirləri kölgə iqtisadiyyatının başında durur və genişləndirirlər. Belələrindən biri də artıq 30 ilə yaxındır ki, cənub bölgəsinin qeyri-rəsmi “qubernator”u olaraq çıxış edən Bahəddin Leysanovdur.

Cənub bölgəsinin pambıq “baronu” Bahəddin Leysanov kimdir?

Leysanov Bahəddin Dəyyan oğlu Masallı rayonunda doğulub. O zamankı İnşaat institutunu bitirib və Neftçalaya təyinat alıb. Həmin vaxt Neftçala rayonunun Aşağı Qaramanlı kəndində inşa olunan Pambıq zavodunda “prorab” olaraq əmək fəaliyyətinə başlayıb. Həddindən artıq xoşqılıqlı adam olan Leysanov həmin dönəmdə təkcə Neftçalada deyil, bütün Azərbaycanda nüfuzlu şəxs kimi tanınan, Sosialist Əməyi Qəhrəmanı Nuruş Əliyevin qılığına girib və bir müddət sonra məhz Nuruş Əliyevin köməyi ilə Neftçala Pambıq Zavodunun müdiri təyin olunub. Və gənc Leysanovun əvvəl Neftçalaya, sonra isə bütün cənub bölgəsinə sirayət edən hakimiyyəti başlayıb. 80-ci illərin əvvəlindən başlayaraq o, Neftçalada artıq qeyri-rəsmi milyoner olaraq tanınrdı.

Xalq Cəbhəsi dönəmində Leysanov (cənub bölgəsində onu hamı soyadı ilə tanıyır) yeni hakimiyyətə gələn gənc cəbhəçilərlə dil tapmağa cəhd edir. 1993-cü ildə isə Leysanov yeni azərbaycanlıların düşərgəsində yer alır.

Kolxozların ləğvindən sonra pambıqçılığın tam iflas etməsi ilə hamı düşünür ki, Leysanovun erası bitir. Lakin bu heç də olmadı. Leysanov kolxozların ləğvindən sonra Neftçalada torpaqları ələ keçirməyə başladı. Bir ildən sonra bəlli oldu ki, Neftçalada əkinə yararlı bütün bələdiyyə dövlət torpaqları, həmçinin geniş örüş sahələrinin yarıdan çoxu 99 illik müqavilə ilə Leysanova verilib. Həmin torpaqlar hələ də Leysanovun mülkiyyəti altındadır.

Lakin Leysanov təkcə Neftçala ilə kifayətlənmir. Bu gün Salyan rayonunun bələdiyyə və dövlət torpaqlarının yarısından çoxu Q.Məmmədovun verdiyi şəhadətnaməyə əsasən 99 illik müddətdə onun mülkiyyətindədir. Düşünməyin ki, Leysanov Salyan və Neftçala rayonları ilə kifayətlənib. Xeyr,bu belə deyil. Leysanov Biləsuvar, Cəlilabad, Masallı rayonlarında da minlərlə hektar torpağı özünüküləşdirib. Daha əvvəl Neftçalada dostluq münasibətləri qurduğu Taleh Qaraşov həmçinin Lənkəranda da ona ayrıcalıq saxlayır. Bundan başqa Leysanovun əli Sabirabada və İmişliyə qədər də uzanıb.

Eyni zamanda Bahəddin Leysanov Neftçala, Salyan, Şirvan, Sabirabad və Biləsuvar Pambıq Zavodlarının səhmlərinin 50 faizdən çoxuna sahibdir.

Əslində bu pambıq zavodları bütövlükdə Leysanova məxsusdur. Çünki bu günə qədər Leysanov pambıq zavodlarının keçmiş işçilərinə məxsus olan səhmlərə görə bir qəpikdə olsun dividend ödəməyib. Zavodlar yenidən qurulsa da, son 20 il müddətində ziyanla işləyir. Hər halda Bahəddin Leysanov belə iddia edir.

O özünü “Don Karleone” kimi aparır

Cənab Leysanov 30 ildən artıqdır ki, cənub bölgəsinin pambıqçılıq rayonlarında hökmranlıq edir, buna baxmayaraq o, özünü kölgədə saxlamağı bacarır. O, cənub bölgəsində baş verən bütün prosseslərə müdaxilə edir, lakin bu hiss olunmur.

Cənub bölgəsində Leysanovla bağlı aparılan araşdırmada onu gördük ki, bu rayonların əhalisi Bahəddin Leysanovu özlərinin bir nömrəli istismarçısı olaraq görürlər. Lakin buna baxmayaraq heç kim ona qarşı çıxmağa cəsarət eləmir. Bunu heç düşünmür də. Çünki Leysanovun Cənub bölgəsindəki əlaqələrini və gücünü hər kəs bilir. İstənilən adamı istənilən anda həbs etdirmək gücünə sahib olduğunu da hər kəs bilir.

Bahəddin Leysanovun yerlərdə gücü və şəbəkəsi o qədər böyükdür ki, cənub rayonlarına təyinat alan icra başçıları, polis rəisləri, prokurorlar onunla razılaşmağa, hətta onun tövsiyyələri ilə işləməyə məcburdurlar. Əks təqdirdə həmin vəzifəli şəxs təxribatla üzləşər və vəzifəsini itirər. Yəni Bahəddin Leysanov həm də cənub bölgəsinin bildiyimiz “Don Karleone”sidir və bölgənin xaç atası olaraq toxunulmazdır.

Biləsuvardan, Neftçaladan və Salyandan toplanan məlumatlara görə Leysanov təkcə bu rayonlarda minlərlə hektar torpağı “işğal” etməyib. Eyni zamanda Leysanov bütün cənub bölgəsində kölgə iqtisadiyyatın “baron”udur. Əldə edilən məlumata görə Bahəddin Leysanova çalışanların çox böyük əksəriyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq çalışmırlar. Buna baxmayaraq həmin adamlar bölgənin ən varlı və nüfuzlu ailələri olaraq bilinirlər. Ardı var…

Redaksiya olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq…

1-ci hissə. Əfqan Sadıqov

Turantv.az
Ardını oxu...
Sabiq dairə sədrinin Neftçalada yaralara yod sürtmək planı

Neçə günlərdir internet saytlarında əks-səda doğuran xəbərlərdən biri də Neftçalada din xadimlərinin məmur kimi və bir məmurun sanki din xadimi olması xəbəri yayılıb.

Məlumat üçün bildiririk ki, Neftçalanın əvvəlki axundu Mirseymur Əliyev may ayının əvvəllərində vəzifəsındən azad edilib. Həmən gündən etibarən o, bir iki şəhid atasını özünə yoldaş seçərək 61 saylı seçki dairəsinin sədri Zaur Kərimovla dostluq və qardaşlıq münasibətinə başladı. Hər gün səhər açılanda Mirseymurun aftomobili Zaur Kərimovun bahalı aftomobilinin yanında dayanırdı. Hətta Neftçalalılar belə güman edirdilər ki, Mirseymur da seçki dairəsinin əməkdaşıdır.

Mirseymurun gözləntisi o idi ki, Kərimov ona kömək edəcək. Çünki Zaur Kərimov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun tələbə yoldaşı və çox yaxın dostudur. Amma işlər başqa istiqamətə cərəyan etdi və Z.Kərimov rayondakı əməllərinə görə Dairə sədrliyindən uzaqlaşdırıldı, digər tərəfdən oğlu Bəxtiyar Taleh Qaraşovun tapışırığı ilə Lənkəran Dövlət Universitetinə qəbul olsa da etimadları doğruldmayıb və atasının ünvanına danlaq gətirib.

Kərimovun əlindən iş gəlməsə də vəd verib baş aldatmağı peşəkarcasına bacarır. Kərimov seçki dairəsindən qovulsa da, indi Azəryolda icraçı direktor təyin olunmaq astanasındadır...

Bəlkə də yerinə düşər qanayan yaralara yod çəkər.

Qısası KƏRİMOV rayonda bütün sahələrin kuratoru olduğu üçün axundun işdən çıxarılması və təzə axundun gətirilməsində bir başa marağı və dəstəyi var.

Sabiq dairə sədri ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmadı.

Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

mediaxeberleri.az
Ardını oxu...
Narkotik qaçaqmalçılığına və satışı ittihamı ilə həbs edilərək 13 il müddətinə azadlıqdan məhrum edilən taksi sürücüsü Faiq Məmmədovun ailəsi onunla bağlı istintaqın qərəzli aparıldığı və ədalətsiz hökmün çıxarıldığını bildirir.

TEREF.AZ yazır ki, Azinforum.az-a müraciət edən anası Məhsəti Məmmədova bildirib ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Elxan Süleymanov da işi düzgün araşdırmayıb. Faiq Məmmədovun anası qeyd edir ki, məhkəmədə işə baxılan zaman oğlu və vəkili Faiqin narkotik qaçaqmalçılığı ilə məşğul olmasını təsdiq edən sübut olmadığını bildiriblər: “Müstəntiq özündən protokol tərtib edib ki, guya oğlumun telefonunda səs yazısı aşkar olunub və narkotiki göndərən şəxsə vatsapda səs göndərib. Vəkilimiz həmin səs yazısının təqdim edilməsini tələb edəndə məlum oldu ki, protokol saxtadır. Yəni, belə bir səs yazısı yoxdur, müstəntiq özündən protokol tərtib edib. Necə olur ki, Faiqlə birgə tutulan 2 nəfər azadlığa buraxılır, avtovağzalda maşına minən adam, ümumiyyətlə, araşdırılmır. Fakt budur ki, cinayəti etiraf edənlər azadlığa buraxılıb, amma taksi kimi işləyən adam günahı olmadığı halda 13 il həbs cəzası alıb. Məhsəti Məmmədov bildirib ki, hökmdən verilən şikayətə Şirvan Apellyasiya Məhkəməsinin hakimi Məmməd Bağırov tərəfindən baxılıb və hökm qüvvədə saxlanılıb”.

Məhsəti Məmmədova bildirir ki, istintaq dönəmində müstəntiq Nicat Acalov onlardan 25 min rüşvət alıb: “Faiq saxlanılandan bir neçə gün sonra Nicat Acalov onu həbsdən buraxmaq üçün vəkil vasitəsilə bizdən 25 min manat istədi. Kiçik oğlum qardaşı ilə görüşüb pul məsələsini deyib. Nicatın cavabı belə olub ki, “yuxarıdan məndən cavab gözləyirlər”. Nicat 25 min manat rüşvət almasını dəfələrlə etiraf edib, bunun səsyazıları da var. O, 2 il bizi müxtəlif vədlərlə aldatdı. İş məhkəməyə veriləndə yalandan deyirdi ki, iş hələ məndədir, Faiqi buraxacağam. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi (külli miqdarda rüşvət alma) ilə cinayət işi başlanıb. İş materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib və aprel ayının 3-də məhkəmə baxışı təyin edilib.
Teref.az.az Məhsəti Məmmədova ilə olan videomüsahibəni təqdim edir:


 

Dünyapress TV

Xəbər lenti