Ardını oxu...
Bakı şəhəri R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə direktorla işçilər arasında mübahisə yaşanıb.

DİA.AZ APA-ya istinadla xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video paylaşılıb.

Qeyd olunur ki, məktəbin direktoru qapıları bağlatdıraraq, bir qrup müəllim və işçinin içəri daxil olmasına maneə yaradıb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Ardını oxu...
TEREF.AZ yazır ki, Bakı şəhər sakini Elmira Hümbətova Azinforum.az-a müraciət edərək bildirib ki, içməli su istehsalı ilə məşğul olan şirkət onu problemə salıb. Şikayətçinin sözlərinə görə, o, daima bir adda sudan istifadə edib. Bir neçə gün əvvəl, yenə su sifariş edib.

Suyun təchizatı ilə onu daim təmin edən Tapdıqov Famil Atəş oğlu adlı işçi bu dəfə xanıma “Çiçəkli” adda bir su gətirib. Brendin fərqli olduğunu görən vətəndaş buna etirazını bildirib. Şirkət təmsilçisi məsuliyyətdən yayınmaq üçün müştəri ilə mübahisəyə girib, hətta xanımı təhqir də edib.

Şikayətçinin sözlərinə görə, o, yaranmış vəziyyətlə bağlı Abşeron Rayon Polis İdarəsinə şikayət edib: “Məlum olub ki, Tapdıqov Famil öz iş yerini dəyişərək, “Çiçəkli”yə gələndə bütün müştəri bazasını da özü ilə gətirib. Bu minvalla köhnə müştərilərə “Çiçəkli” adlı suyu sırımağa başlayıb. Bu da istehlakçıların aldadılması anlamına gəlir.
Araşdırma zamanı məlum oldu ki, “Çiçəkli”nın buraxdığı sular heç lazımi standatlara da cavab vermir. Mən polisin də yanaşmasından razı deyiləm. Bu məsələyə mülki problem kimi baxırlar. Ancaq mənə qarşı edilən əməldə cinayət tərkibi var”.
Teref.az.az olaraq adları çəkilən hər bir şəxsin fikirlərinə yer verməyə hazırıq.

 

Ardını oxu...
Şəmkir rayon sakini Gülnar Rüstəmova saxta əmr əsasında işini itirdiyini deyir. O, rayonun Sabirkənd orta məktəbinin direktoru olub, 2022-ci il sentyabrın 5-də vəzifəsindən azad edilib. Onun sözlərinə görə, saxtakarlıq nəticəsində təkcə direktorluqdan yox, ümumiyyətlə, pedaqoji faəliyyətdən uzaqlaşdırılıb.

“Yeganə gəlir yerim işlədiyim məktəbdən aldığım maaş idi. Onu da Elm və Təhsil Nazirliyinin sayəsində itirdim. Direktorluqdan uzaqlaşdırıldım, bəs mənim müəllimliyim necə olsun? Məni müəllim kimi də işləməyə qoymurlar. Mən uşaqlarımı saxlaya bilmirəm…”, – Gülnar Rüstəmovanın sözləridir.

“Məhkəmə də saxtakarlığa göz yumdu”

Sabirkənd orta məktəbi Qarabağ döyüşlərində həlak olmuş şəhid Sahib Rüstəmovun adını daşıyır. O, Gülnar Rüstəmovanın əmisi oğludur:

“İllərlə o məktəbdə müəllim işləmişəm. Ən çox bal toplayan müəllimlərdən biri olmuşam. 2019-cu ilin sentyabrından məktəb direktoru kimi fəaliyyət göstərmişəm. Bu imtahanda da 60 mümkün baldan 54-nü toplamışam. Dövlət İmtaham Mərkəzinin “marker” müəllimiyəm”.

Gülnar Rüstəmova deyir k, onun işdən azad edilməsilə bağlı Həmkarlar Təşkilatının rəyi Şəmkir rayon Təhsil İdarəsinin rəhbərliyi tərəfindən təzyiq əsasında alınıb. Onun sözlərinə görə, təşkilatın iclası keçirilməyib. Rəyin alındığı tarix 16 iyun 2022-ci il göstərilsə də, əslində, həmin vaxt verilməyib.

“Təhsil İdarəsinin rəhbərliyinin qərəzinin, qanunsuzluğunun qurbanı olmuşam. Mənimlə bağlı baş verən qanunsuzluqlar, saxtakarlıqlar göz deşir, heç bir çərçivəyə sığmır. Çox təəssüf ki, məhkəmə də bunlara göz yumdu…”.

“Regional idarənin rəisinin təzyiqi ilə direktor haqqında rəy yazdım”

Gülnar Rüstəmova onun haqqındakı əmrin ləğvi və işə bərpa tələbilə Bakının Nərimanov Rayon Məhkəməsinə (Elm və Təhsil Nazirliyi bu rayonun ərazisində yerləşdiyinə görə) müraciət etsə də, iddiası təmin olunmayıb.

Məhkəməyə Şəmkir rayonu üzrə Təhsil sektorunun Həmkarlar Təşkilatının sədri Zülfiyyə Əhmədovanın ərizəsi də təqdim olunub. O, ərizəsində göstərib ki, Gülnar Rüstəmova haqqında rəyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdirinin təzyiqi altında yazıb.

“14 iyun 2022-ci ildə Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən məktəbdə monitorinq aparıldı. Monitorinqin nəticəsilə bağlı rəy bildirmək üçün mənə müraciət olundu. Dedilər ki, Gülnar Rüstəmovanın işdən çıxarılması haqda rəy bildirim. Birinci dəfə verdiyim rəylə razı olmadıqlarını dedilər. Regional Təhsil İdarəsi tərəfindən verilən təqdimata uyğun rəy yazmağı tələb edirdilər. Bildirirdim ki, artıq iclas keçirilib, iclasın protokolu var, xeyri olmadı. Təzyiq altında, affekt vəziyyətdə regional idarənin rəisinin tələb etdiyi formada rəy verdim…”, – Zülfiyyə Əhmədova bildirib.

Zülfiyyə Əhmədova məhkəmədə də dindirilib. Ancaq hakim Səbinə Nuriyeva onun dediklərini əhəmiyyətli hesab etməyib.

“Yaxşı ki, elektron məhkəmə sistemi tətbiq edilir. Məhkəm prosesi audio yazı ilə aparılır, ona görə protokolu saxtalaşdıra bilməyiblər. Məhkəmədə hakim niyəsə qanunlara, hüquqa münasibətdə saymazyanalıq nümayiş etdirdi. Heç bir sübuta hüquqi qiymət vermədi. Yalnız Elm və Təhsil Nazirliyinin verdiyi əsassız mülahizələri əsas götürüb, iddiamı təmin etmədi. Halbuki, eyni məhkəmə tam oxşar başqa bir iddianı təmin edib. Bu da açıq-aşkar ayrı-seçkilik…”, – Gülnar Rüstəmova əlavə edib.

O, qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib.

“Bir tərəfdən şagirdləri tədbirə çağırtdırır, o biri tərəfdən məktəbə yoxlama göndərir”

Məhkəmənin qərarında göstərilib ki, Sabirkənd orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini rayon Təhsil İdarəsinin müdiri Arslan Hacıyevə ərizə göndərib. Ərizə əsasında məktəbin direktorunun fəaliyyəti yoxlanılıb, nöqsanlar aşkarlanıb. Həmin nöqsanlar barədə Həmkarlar İttifaqına təqdimat göndərilib.

Həmkarlar İttifaqı da Gülnar Rüstəmovanın vəzifəsindən azad olunmasına etiraz etməməsi haqda qərar qəbul edib. Bundan sonra Təhsil İdarəsinin Gülnar Rüstəmova ilə əmək müqaviləsinin ləğv olunması barədə əsaslandırması əsasında elm və təhsil naziri əmr verib. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) onunla əmək müqaviləsinə xitam verilib.

Məhkəmədə Elm və Təhsil Nazirliyinin nümayəndəsi deyib ki, məktəbdə yoxlama zamanı dərsə davamiyyət, məktəbdə tədris prosesinin təşkililə bağlı akt tərtib olunub. Həmin aktları da Gülnar Rüstəmova direktor işlədiyi zaman imzalayıb.

“Mənim işdən çıxarılmağımla bağlı səbəblərdən biri guya şagirdlərin, xüsusilə yuxarı siniflərin davamiyyətilə bağlı olub. Bizi 1 iyun – Beynəlxalq Uşaq Günü münasibətilə tədbirə çağırırlar. Həmin vaxt yuxarı siniflərin şagirdləri də orada iştirak edir. Təhsil idarəsinin müdiri bir tərəfdən şagirdləri tədbirə çağırır, həmin vaxt da məktəbə yoxlama göndərib, davamiyyət yoxlatdırır. Bu, məqsədli şəkildə edilmiş bir hərəkətdir”, – keçmiş direktor bildirib.

Meydan TV

Ardını oxu...
 
 

Son zamanlar baş verən hadisələr ölkə gündəmini kökündən dəyişsə də, daxildəki bəzi məmurların qanunsuz və rüşvətxor əməlləri ilə bağlı iddiaları, ortada olan faktları və müraciətləri unutmamalıyıq. Məsələn, Şamaxının icra başçısı və onun ətrafına topladığı harın məmurların yarıtmaz fəaliyyəti haqda redaksiyamıza hələ də saysız-hesabsız məlumatlar daxil olur. İcra başçısı Tahir Məmmədovun və onun “qara kassa”sı rolunu oynadığı iddia edilən şöbə müdiri Mərdan Nəhmətovun əməlləri haqda yazdığımız silsilə materiallar saytımızda dərc olunub. Bundan sonra təhqir və təhdid dolu mesaj və zənglər aldığımız haqda isə ictimaiyyətə, eləcə də aidiyyatı orqanlara məlumat vermişik. Lakin bütün hədələrə baxmayaraq insanları dövlətdən incik salan, büdcə pullarını mənimsəyən, xirtdəyə qədər rüşvət və korrupsiyanın içində boğulan məmurlar haqda redaksiyamıza daxil olan məlumatları işıqlandırmaqda israrlıyıq. Bu dəfə bir neçə Şamaxı sakini icra başçısının və onun ətrafına yığdığı harın məmurların vətəndaşları necə incitməsi haqda məlumatları redaksiyamıza göndəriblər. Biz də öz peşə borcumuzu yerinə yetirməkdən dolayı onların bir neçəsi ilə əlaqə saxlamışıq. Öz problemi ilə bağlı Konkret.az-a danışan Şamaxı rayon sakini İbrahimov Kamran Fətəli oğlu uzun illərdir mal-qara saxlamaqla dolandıqlarını bildirib: “Atam Çuxur kolxozunda çoban və briqadir işləyib. Sovet imperiyası dağılan vaxtı fermalar satışa çıxarılanda biz yaylaq aldıq. Yəni hökumət yaylağı 25 illik müqavilə ilə bizə icarəyə verdi. Həmin müddət başa çatdıqdan sonra biz Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət edərək icarə müddətini uzatmaq istədik. Bizə pandemiya olduğunu bildirdilər və torpaq məsələsi ilə bağlı işlərin təxirə salındığını dedilər. Amma hələlik torpaqdan istifadə edə biləcəyimizi vurğuladılar. Hər il torpaqdan istifadəyə görə vergi ödəyirik. Bu il bizi Şamaxı Rayon Polis Şöbəsinə çağırdılar və bildirdilər ki, Abu adlı şəxs bizim mal-qara saxladığımız yaylağı alıb və torpaq artıq ona məxsusdur. Abu adlı bu şəxsin fermaları və yaylaqları var. Bizə bu il yaylağa getməməyi tapşırdılar. Çarəsiz şəkildə İcra Hakimiyyətinə gəldik və qəbula düşmək üçün növbəyə yazıldıq. Lakin 80 yaşlı atamı səhər saat 9:00-dan, axşam saat 16:00-a kimi İcra Hakimiyyətinin qabağında gözlətdilər və sonda heç kim bizi qəbul etmədi”.

 

Kamran İbrahimov ailədə 6 övlad olduğunu və hamısının təsərrüfatla dolandığını vurğulayıb: “Başqa işləyənimiz yoxdur. Bizə deyirlər ki, Abu adlı şəxs həmin yaylağı alıb, hətta sənəd də göstərirlər. Əgər bu torpağı hökumət icarəyə verirdisə, o zaman niyə bizim özümüzə satmadılar? Uzun müddət bu torpaqdan istifadə etmişik, vergi və sosial ödənişləri vaxtlı-vaxtında vermişik. İcra Hakimiyyətində bir nəfər şəxs bizi başqa şöbə əməkdaşının qəbuluna göndərdi. Lakin nə qədər gözləsək də, heç kim qəbul etmədi. Atam bu gün də İcra Hakimiyyətinə qəbula gedəcək və nəticə haqda sizə məlumat verəcəm”.

Şamaxının 63 yaşlı sakini Təvəkkül Abdullayev də saytımıza açıqlamasında fermer təsərrüfatı ilə məşğul olduğunu deyib: “Mənim 144 baş iribuynuzlu, 300 baş isə xırdabuynuzlu heyvanım var idi. Yay otlaq sahələrini icarəyə götürərək təsərrüfatımı idarə edirdim. Şamaxı Rayon İcra Hakimiyyətindən məni dəvət edərək yay otlaq sahəsi verəcəklərini bildirdilər. Şəxsən başçının özü bu sözü mənə deyib. Lakin Pirsaat çayında 3-5 gün heyvanımı saxladıqdan sonra mənə yer vermədilər. Beləcə təsərrüfatım məhv oldu, qalan heyvanlarımı isə kolbasa sexlərinə dəyər-dəyməzə verməyə məcbur qaldım. Oğlum Abdullayev Adəm müharibə iştirakçısıdır və bir çox rayonların işğaldan azad olunmasında iştirak edib. Cəbhədən qayıdan gündən indiyədək işsizdir. Demək olar ki, hər gün icra başçısının qəbuluna düşməyə çalışıram. Amma heç kim qəbul etmir, icra başçısını yalnız qapıda görüb yaxınlaşıram. Mənə, “get, iş olanda çağırarıq” deyib yola salırlar. Müavinlər isə vətəndaşları “yola vermək”lə məşğuldurlar.”

Təvəkkül Abdullayev 11 nəfər ailə üzvünün və işçi qüvvəsinin hazırda dolanışıqsız qaldığını vurğulayıb: “Məni aldatdılar, yoxsa özüm icarəyə torpaq götürüb mal-qaramı saxlayardım. Heç nədən bütün heyvanlarım tələf oldu. İcra Hakimiyyətinə gələrək mal-qaramı dövlətə təhvil vermək istədiyimi bildirəndə məni az qala həbs etdirəcəkdilər. Problemimlə bağlı başçıya dəfələrlə qapıda yaxınlaşaraq sözümü deməyə çalışmışam. Mal-qaramın tələf olduğunu demək istəyəndə məni təbliğat aparmaqda günahlandırıb. İcra Hakimiyyətinin şöbə müdiri olan Mərdan Nəhmətov isə yaxın qohumum olsa da, uzun illərdir onunla danışmıram. Hələ hərbi komissar işlədiyi vaxtlarda rüşvətxor kimi tanınıb. Mən İsmayıllıda Baş prokurorun da qəbulunda olmuşam, təsərrüfatımı məhv etdikləri haqda məlumat vermişəm. Hələ nəticəsi yoxdur. Heç olmasa 11 nəfər ailə üzvümü dolandırmaq üçün iş istəyirəm”.

Digər şikayətçi, Şamaxı rayon Həmiyəli kənd sakini Rahid Xəlilov isə rayondakı özbaşınalıqlar və hərc-mərclik haqda fikirlərini bölüşüb: “Rayonda hər bir sahədə rüşvətxorluq tüğyan edir. İcra başçısının Mərdan Nəhmətovla birgə qanunsuzluqları pik həddədir. Əvvəllər Şamaxıda səhiyyə şöbəsinin müdiri olan, lakin işində yol verdiyi nöqsanlara görə vəzifəsini itirən Ehtiram Rüstəmzadə adlı şəxs hazırda icra başçısı ilə qohumluq və yaxınlıq əlaqələri sayəsində humanitar şöbədə aparıcı məsləhətçi təyin edilib. Amma özü Bakıda oturub və bir gün də olsa işə gəlməyib. Bu şəxs Bakıda əyləşərək icra başçısı üçün pul toplamaqla məşğuldur. Hələ Şamaxıya Tahir Məmmədov kimi analoqu olmayan icra başçısı gəlməyib. Bu şəxs vəzifəyə təyin olunanda özü ilə bərabər 3 nəfər kassir gətirmişdi. Onlardan Yaqub adlı şəxs ərazi idarəetmə və bələdiyyələrlə iş şöbəsinin müdiri idi və bu sektorda ayrı-ayrı fərdləri işə düzəltmək üçün pul alırdı. Bibisinin həyat yoldaşı olan Akif adlı şəxs isə şəhərin abadlaşdırılmasına nəzarət edirdi və bu sahədə pulları mənimsəyirdi. Araz adlı digər şəxs isə ev tikmək istəyənlərdən pul toplayırdı. İndi isə Tahir Məmmədov özünə Mərdan Nəhmətovu yeni “kassir” təyin edib. Mərdan isə öz qohumlarını müxtəlif vəzifələrə yerləşdirməklə məşğuldur. Üstəlik saxta diplom alıb.

P.S. Əldə etdiyimiz son məlumatlara görə, rayon rəhbərliyi müxtəlif vədlər və şirnikləndirici təkliflər verməklə ortada olan fakt və iddiaları təkzib etmək üçün çirkin oyunlar qurmağı planlaşdırır, ictimaiyyətin diqqətini başqa səmtə yönəltmək istəyir. Cənablar, bu, keçməyəcək. Dövləti aldatmaq sizə müyəssər olmayacaq. Yeri gəlmişkən, İcra Hakimiyyətilə dəfələrlə əlaqə saxlasaq da, telefon zənglərinmizə cavab verən olmadı. Bütün bunlara baxmayaraq, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.pravda.az

 

XalqXeber.Az
Ardını oxu...
Son illər İran İslam Respublikasının Azərbaycana qarşı həyata keçirdiyi pozuculuq fəaliyyətinin qarşısının alınması, ayrı-ayrı sahələrdə yerləşdirilmiş casus şəbəkəsinin ifşa olunması və s. istiqamətində ciddi addımlar atılmaqdadır. Söz yox ki, ölkəmizin hüquq-mühafizə orqanı əməkdaşlarının bu yöndə həyata keçirdiyi tədbirlər, bu gün də hər kəs tərəfindən lazımınca dəyərləndirilir. Yayılan rəsmi məlumatlardan da aydın olur ki, İranı ölkəmizin daha çox əhəmiyyət kəsb edən sahələri maraqlandırır və bu dövlətin xüsusi-xidmət orqanı əməkdaşları, məhz həmin sahələrdən lazımi məlumatları əldə etməyə çalışırlar. Bu da onu göstərir ki, İranın ölkəmizə qarşı düşmən mövqeyi hal-hazırda da davam etməkdədir. Uzun müddətdir ki, ölkəmizin bir çox sahələrində olduğu kimi, dini sahədə də atılan addımlar və bu sahələrdə məsul vəzifə sahibi olan şəxslərin fəaliyyətləri heç də diqqətdən kənarda qalmır. Belə bir səbəbdəndir ki, adının çəkilməsini istəmədiyimiz şəxs tərəfindən Deryaz.az saytının elektron poçtuna göndərilən vətəndaş müraciəti də daha çox diqqətimizi cəlb etdi. Müraciətin mahiyyəti ilə tanış olduqdan sonra, onu olduğu kimi, yəni məzmununa, heçbir nöqtəsinə, hansısa vergülünə toxunmadan çoxsaylı oxucularımızın diqqətinə çatdırmağı özümüz üçün borc bildik. Vətəndaş müraciətində bildirilir:
Ardını oxu...
“Neftçala şəhər Sahib Əzzaman məscidinə Dini Qurumlarla iş üzrə Dövlət komitəsi tərəfindən yeni axund təyin olunsa da, heçnə dəyişməyib. Beləki təzə axund köhnə axund kimi öz qanunları ilə işləyir. Dünyasın dəyişənlərin yaxınları məsciddə onlardan alınan pula görə narazıdırlar. Paytaxt məscidlərində ölünün yuyulması və kəfənlənməsi birlikdə 50 manata olsa da, Neftçala Sahibəzzaman məscidinin imamı Cəfər Cəfərov 70 manat ölünün yuyulmasına, 50 manat kəfənə, 50 manat molla üçün dəfn etmək pulu, 40 manat cənazənin daşınması üçün maşın pulu, 40 manat qəbrin qazılması üçün pul tələb edirlər. Bəzən bir gündə 3-4 dəfn olur. Pulların kimlə necə bölünməsi çox marağlıdır.
Bu yığılan pulların məscidə aid olmaması bəllidir. Çünki, məscidin qaz borcu, işıq borcu üçün imkanlı şəxslərdən kömək istəyirlər. Sanki dünya malına bağlılıq bu məscidin təməlində qoyulub. Məscidin əvvəlki axundu Mirseymur Əliyev, Hüsnü Həsənov və Sənan Xəlilov bir neçə il əvvəl əlbir olub Neftçalanın kənd və qəsəbə axundlarından 2000-2500 mamat pul alaraq söz vermişdilər ki, onları maaşla təmin edəcəklər. Amma, buna gücləri çatmadığları üçün iki il keçdikdən sonra, özlərinə yaxın olan din xadimlərinin verdikləri pulu geri qaytarmağa başladılar. Hər iki axundun müavini olan Vüsal Hüseynovun da başı təsərrüfat işlərinə qarışıb. Hüsynovun yaşadığı qəsəbədə böyük təsərrüfatının olduğu bildirilir. Neftçalada dini sahənin demək olar ki, sahibi yoxdur. Birinin başı ölülərdən pul yığmağa qarışıb, birinin də başı quzulara”. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Mövzuya qayıdacağıq.

Deryaz.az
Ardını oxu...
Baş həkim Şəlalə Səfərova və ətrafı həkimdirlər, yoxsa qəssab?
10 ildir on xəstəlikdən əziyyət çəkən şəxsə əlillik dərəcəsi verilmir

Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 21, m. 37 ünvanında qeydiyyatda olan Bədəlov Zahid Xanmalı oğlu 2001- ci ildən şəkər xəstəsidir, qeydiyyatda olduğu ünvan üzrə 7 saylı poliklinikanın uçotundadır. Son 10 ildə çeşidli xəstəliklərdən əziyyət çəkir, vərəm , qan- damar , ürək xəstəsi kimi tibbi uçotda olmaqla, gözlərinin görməsi də pisləşib. Bu pisləşmə görmə qabiliyyətini itirmə həddinə çatdırğından altı ay qabaq gözləri əməliyyat olunub. Bunları sadalamaqda amacımız oxuyanları yormaq yox, adını “həkim” qoyan ağ xalatlıların qara əməllərini diqqətə çatdırmaqdır.
On ildir 7 saylı poliklinikanın baş həkimi Şəlalə Səfərova xəstədən rüşvət istəyib, ala bilmədiyindən TSEK-ə forma -88 göndərilməsinə qadağa qoyub. Qadağa üsulları da rəngarəngdir. Gah əlilliyin düşmədiyi, gah xəstəxanadan, gah müayinədən keçmədiyi bəhanə edilib. Ali dövlət hakimiyyəti , hüquq mühafizə orqanlarına, Səhiyyə Nazirliyinə , Ombudsmana şikayətlərə cavabın bəhanəsi isə QEYDİYYATDA OLDUĞU ünvanın DAYISININ EVİ OLDUĞU (??) olub ! (?) Elə bilirsiniz, şişirtmədir? Təsəvvür edin, Ombudsman insan hüquqları pozuntusun yoxlamasının sonucu olaraq şikayətçiyə rəsmi məktublarla bildirib ki, “ 7 saylı poliklinakının cavabı ilə müəyyən edilmişdir ki, 1987-ci ildən sözügedən ünvanda və poliklinikada qeydiyyatda olan şəxs DAYISININ EVİNDƏ “QONAQ STATUSUNDADIR” və bu səbəbdən doğulduğu rayona müraciət etməlidir” ! (?) Rüşvətin gücünə baxın görün insan hüquqlarının qorunmasını necə gerçəkləşdirir!
Nə isə, təzəsi olan yerdə, “köhnə palan içi sökməyək”. Çox şikayətlərdən sonra xəstə haqqında “UİX. Gərginlik stenokardiyası II f /s. AORTA KORONAR ŞUNTLAMA ×3 əməliyyatından sonrakı vəziyyət. QDÇ ( qan dövranı çatmazlığı) II dərəcə. Hipertoniya xəstəliyi II mərhələ. Şəkərli diabet tip 2. Keçirilmiş plevritdən sonrakı vəziyyət” diaqnozu ilə forma -88 TSEK-ə göndərilib. TSEK anında ona aid olmayan NK -nın 16.01.2020 tarixli 11 saylı qərarının 1.5 .1 bəndinə əsasən imtina edib ki, əlavə müalicəyə ehtiyacı var. Bir daha diqqətə çatdırırıq ki, TSEK ona aid olmayan NK qərarını tətbiq edib, halbuki TSEK-ə aid olan qərar eyni tarixli 12 saylı qərardır və TSEK ona göndərilən forma 88 əsasında əlilliyin qiymətləndirilməsini həyata keçirməlidir. TSEK-in, ümumiyyətlə, “ƏLAVƏ MÜALİCƏYƏ EHTİYACI VAR” “TƏYİNATI” QANUNVERİCİLİKDƏ NƏZƏRDƏ TUTULMAYIB.
NK-nın 16.01.2020 tarixli tibb müəssisələrinə aid 11 saylı və TSEK-ə aid 12 saylı qərarını diqqətə çatdırmaq da yardıma çatmayıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi xəstədən qanunsuz olaraq yenidən xəstəxanada (6 ay) yatmağı tələb edib. Halbuki NK-nın 16.01.2020 tarixli 11 saylı qərarına əsasən, tibb müəssisələrinin TSEK-ə forma 88 göndərməsi qaydası müəyyən edilib və vərəm xəstələrinə, anatomik çatmazlıqları olanlara 6 aylıq müalicə müddəti şərtinin tətbiq edilməməsi təsbit edilib. Yerində əyani müayinəsini tələb edən xəstənin şikayətlərinə iki il ərzində baxılmayıb.
2022-ci ilin sentyabrında 7 saylı poliklinika yenidən sənədləri toplayıb 38 saylı poliklinika vasitəsilə TSEK-ə göndərəcəyini bildirsə də 38 saylı poliklinikadan onlara heç bir sənəd daxil olmadığı bildirilib. 7 saylı poliklinika nə ürək, qan-damar, tənəffüs çatmazlığı, şəkər xəstəliyinin əlilliyə əsas vermədiyini, yalnız gözlə bağlı əlillik düşdüyünü iddia edir. Halbuki TSEK-ə forma 88 göndəriləndə bütün əsas və əlavə diaqnozlar, epikrizlər qeyd olunmalıdır. Şəkərli diabetə əlillik düşmürsə, niyə 22 ilin şəkər xəstəsinə dərman verilməsindən imtina edilib və xəstə əsəbdən az qalıb komaya düşsün? ! Bəli, bəli, 7 saylı poliklinika 22 ilin şəkər xəstəsinə dərman verməkdən imtina edib ki, əlillik dərəcəsi yoxdur! Xəstənin bu “qəssab” münasibətindən şəkəri kəlləçarxa qalxıb və pulu ilə ilə insulin vurdurmasa öləcəkmiş. Belə həkimlik olar? Yoxsa qəssablıq qaydaları hökm sürür? 7 saylı poliklinikanın baş həkimi Şəlalə Səfərovanın Səhiyyə Nazirliyində, Bakı Baş Səhiyyə Mərkəzində, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində, TƏBİB -də qoruyucusu kimdir ki, xəstəyə dərman verməkdən imtina etməsinə belə qiymət verilmir? Bu, konkret cinayət əməlidir və hüquq mühafizə orqanları qiymət verməyə borcludur.
M. Pirhəsənli
P. S. Bir neçə gün qabaq xəstə ağır ürək əməliyyatı keçirib. 7 saylı poliklinikanın kardioloqu Jalə xanım əməliyyatdan sonra epikrizi forma 88-ə əlavə edəcəyini deyib, amma baş həkimə imzalatmağa gedəndən sonra xəstəyə bildirib ki, əməliyyata əlillik düşmür. İndi özünüz deyin, bunlara həkim demək olar, yoxsa qəssab?
Məğrur Bədəlli
Teref.az
 
Ardını oxu...
"Xudat Balıq” ASC-də qaranlıq əməlləri, Əhəd Purun yaxın dostu, qardaşının İranla sıx əlaqəsi...

Bir neçə gün öncə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasovun iranlı iş adamı Əhəd Purla yaxın dost olması barədə mətbuatda ilginc məlumat yayıldı. Həmin xəbərdə bildirilirdi ki, Şəmsəddin Ababsovun "Xudat Balıq" ASC-nin özəlləşdirilməsi zamanı etdiyi "qəhrəmanlıq" onun Əhəd Purla yaxın dost olmasına şərait yaradıb.
Ardını oxu...
Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasovla bağlı apardığımız kiçik araşdırmada isə maraqlı məlumatlara rast gəldik.

AzFakt.com-un əldə etdiyi məlumata görə Şəmsəddin Abbasov bacısı oğlunun vasitəsi ilə avtomobil mühərriklərinin ehtiyyat hissələrinin təmiri sexi yaradıb. Avtomobil mühərriklərinin təmiri işi kiçik bir biznes sahəsi təsərrüatı yaratsa da, əslində çox ciddi gəlirli bir sahədir. Hər il dövlət və özəl şirkətlər avtomobillərinin təmiri üçün milyonlarla manat vəsait xərcləyirlər. Məhz bu sistemdə milyonlarla manat vəsaitin dövr etdiyini yaxşı bilən Şəmsəddin Abbasov vəzifə səlahiyyətindən sui-istifadə edərək dövlət qurumlarının və böyük şirkətlərin rəhbərləri ilə müxtəlif vasitələrlə əlaqəyə keçərək, təmir işlərini yaratdığı sexə verilməsini təşkil etdirir.

Qeyd edək ki, Şəmsədin Abbasova məxsus olan avtomobillərin təmiri sexinin hazırda Masazır qəsəbəsində, DYP rəisi Ramiz Zeynalova məxsus olduğu deyilən Moped.az şirkətinin ərazisində fəaliyyət göstərdiyi bildirilir.

Aldığımız digər məlumata görə Şəmsəddin Abbasovun təmir sexi işlədən bacısı oğlu həm də Masazır qəsəbəsi ərazisində torpaq sahələrini zəbt edərək, satışı ilə də məşğuldur. Belə ki, bacıoğlu dayısının himayədarlığı ilə Masazır qəsəbəsində torpaq sahələrini zəbt edir, heç bir sənədi olmadan evlər tikərək satır.

Qeyd edək ki, Sumqayıt şəhər Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasovun adı ölkə mətbuatına yad isim deyil. Onun adı bir neçə il öncə “Xudat Balıq” ASC-nin iş adamı Güləhməd Güləhmədovun əlindən alınması məsələsində hallanıb.

Həmin vaxt iş adamı Güləhməd Güləhmədov hakim Şəmsəddin Abbasovun cinayətləri barədə ədliyyə naziri Fikrət Məmmədova müraciət etmişdi.

Bundan başqa Şəmsəddin Abbasovun bizneslə məşğul olan qardaşının tez-tez İrana gedib-gəldiyi və bu ölkə ilə sıx əlaqədə olduğu deyilir.
 
Ardını oxu...
Həyat yoldaşı qara ciyər xəstəliyindən vəfat edən vətəndaş Kamran Əliyarov Mərkəzi Gömrük Hospitalı tərəfindən aldadıldığını iddia edir.
K.Əliyarov Reportyor.info-ya açıqlamasında bildirib ki, uzun müddət müalicələr aparılsa da, bir nəticə verməyib, həyat yoldaşının səhhəti düzəlməyib.
Nəhayət o, son ümid yeri kimi Mərkəzi Gömrük Hospitalına üz tutub. Hospitalda ona yoldaşının sağalacağı bildirilib. Mart ayının 17-də axşam saat 20:00-da K. Əliyearov həyat yoldaşı İlhamə Əliyarovanı Mərkəzi Gömrük Hospitalına yerləşdirib. Ondan 6 min manat depozit tələb edilib. K.Əliyarov deyilən məbləği ödəyib.
Ertəsi gün axşam saatlarında reanimasaiya şöbəsinin həkimi xəstəyə təcili traombositlazım olduğunu bildirib. K,Əliyarov bunu heç bir xəstəxanadan tapa bilmədikdə ona deyiblər ki, artıq donor tapılıb və bunun üçün depozitdən 800 manat silinəcək.
Vətəndaş deyir ki, həya yoldaşı 2 gün hospitalda saxlanılıb. Bu günlər ərzində isə xəstənin müalicəsi ilə bağlı faktiki heç bir addım atılmayıb. Martın 19-da isə K.Əliyarov həyat yoldaşını xəstəxanadan çıxarmnaq istəyib. Ondan əlavə olaraq 500 manat, daha sonra isə 1000 manat tələb edilib. K.Əliyarov 500 manatı ödəyib.

K.Əliyev deyib ki, yoldaşına süni oksigen aparatına qoşulub.Xəstəni aparatdan ayıran kimi isə o dünyasını dəyişib. Vətəndaş hesab edir ki, hospital onu aldadır. Onun fikrincə, yoldaşı həmin vaxt dünyasını dəyibmiş. Lakin hospital onun pullarını mənimsəmək üçün bu faktı gizlədib.

K.Əliyevin yoldaşı dünyasını dəyişməsinə baxnayaraq pulları qaytarılmayıb. Əksinə, həmin pulların analizlərə səfr edildiyi bildirilib.
K.Əliyev isə iki gün ərzində xəstədən bu qədər analiz götürülməsini mümkünsüz sayır.
Reportyor.info məsələ ilə bağlı Mərkəzi Gömrük Hospitalı ilə əlaqə saxlayıb. Bundan sonra K.Əliyev hospitala dəvət olunub, ona pulların geri qaytarıldığı bildirilsə də, deyilənə əməl edilməyib. //Reportyor.info//
 
Ardını oxu...
Abşeron rayonunda icra başçısı Abdin Fərzəliyev bir kabusa çevrilməkdədir. Bununla bağlı cumhuriyyet.az xəbər verir ki, onun Abşerona təyinatı ilə rayonda özbaşınalıq, kimin harda istəsə qanunsuz tikinti aparması daha da geniş vüsət alıb. Icra başcısının Mehdiabad qəsəbəsində insanların gediş-gəlişi üçün nəzərdə tutulduğu səkinin satmasına dair məlumat vermişdik. Səkinin satılması səbəbindən bir müddət öncə qız uşağının maşınla vurulmasına görə həyatını itirmişdi. Səkinin satılması Mehdiabad qəsəbəsinin sakinlərinin böyük narazılığına səbəb olur. Beləki, satılmış səkidə ticarət obyekti tikilib və bu da birbaşa Mehdibad- Fatmayı makistral yolunudur üstündədir. Demək olarki hər gün həmin ərazidə 2-3 avto qəza baş verir. Çünki makistiral yola çıxmaq istəyən maşınlar qarşı tərəfdən gələn maşınları görmür.
Hadisə yerindən cumhuriyyet.az olaraq əldə etdiyimiz şəkillərdən də açıq aydın görünür ki, maşınlar tez-tez qəza törədir. Abdin Fərzəliyev Mehdiabad qəsəbənin tən ortasında qanunsuz olaraq tikintilər səkiyə çıxarır, artırmalara yol verilir. Səkinin ticarət obyekti kimi satılmasını Abşeron rayonun Mehdiabad qəsəbəsi üzrə icra nümayəndəsi Əli adlı şəxs və Mehdiabad bələdiyyəsinin sədri Müstafa Süleymanovdur. Bütün bunları da məhz icra başçısının tapşırığı ilə satıldığı bildirilir. Baş vermiş qanunsuzluqla bağlı qəsəbə sakinləri Prezident İlham Əliyevə rəsmi müraciət ediblər. Qəsəbə sakinləri məcburiyyət qarşısında əsas makistiral yola çıxırlar və bu onların həyatı üçün çox böyük təhlküə törədir. Qəsəbə sakinləri hələdəi, ümüd edirlər ki, baş vermiş qanunsuzluqla bağlı Prezident İlham Əliyevə olunan müraciət qısa müddət ərzində araşdırılacaq və vətndaşların həyatına yaranmış təhlükə aradan qaldırılacaq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Bu il Azərbaycanda səs-küy doğuracaq kadr islahatlarının aparılacağı gözlənilir. Məlumata görə, 2023-cü ildə hazırda yüksək vəzifə tutan bəzi məmurların işdən azad olunması planlaşdırılır. Siyasi kluarlarda dolaşan müzakirələrdə deyilir ki, etimadı doğrultmayan və fəaliyyətində ciddi nöqsanlara yol verən məmurlar vəzifələri ilə vidalaşmalı olacaqlar. Onların arasında baronlaşmış icra başçılarının da yer alacağı bildirilir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, vətəndaşların narazı qaldığı məmurlardan biri Sumqayıtın icra başçısı Zakir Fərəcovdur. Sumqayıt Gəncədən sonra Azərbaycanın üçüncü böyük şəhəridir. Ancaq Sumqayıt kimi şəhərdə hələ də iş yerləri problemi mövcuddur. Bundan qabaq Naxçıvan üçün də deyilirdi ki, 400 min əhalidən cəmi 100 mini ərazidə qalıb, 300 min insan isə iş dalınca dünyanın digər ölkələrinə yönəlib. Bu baxımdan Sumqayıt sakinlərinin narazılıq etdiyi icra başçısı Zakir Fərəcovun Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovla əlaqəsi üzə çıxsa, bu heç kəsdə təəccüb yaratmaz. Ölkə də Naxçıvanda və Sumqayıtda uzun müddət “Bravo” mağazalar şəbəkəsinin qurulmaması da müəyyən ehtimallar yaradır. Sumqatıtda böyük cinayətkar şəbəkə formalaşdıran, icra hakimiyyətini korrupsiya mənbəyinə çevirən, qanunsuz yollarla dövlətin milyonlarını mənimsəyən, özünü Ramiz Mehdiyevin dostu, Bəylər Əyyubovun qohumu kimi təqdim edən icra başçısına siyasi münasibətin daha bir göstəricisi Birinci Vitse Prezidentin bu şəhərdə hər hansı bir açılışda iştirak etməməsidir. Məlumatlı şəxs bildirib ki, tezliklə vəzifəsi ilə vidalaşacaq şəxslərin siyahısında ilk yerdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov gəlir. Yeri gəlmişkən bildirək ki, bu günlərdə Sumqayıt şəhər İcra Hakimiyyətində yeni təyinat olub. Fərid Ələkbərov müvafiq sərəncamla Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini təyin edilib. 44 yaşlı F.Ələkbərovun bu təyinatadək digər dövlət qurumunda çalışdığı bildirilir. Məlumatlı mənbənin sözlərinə görə müavinlərin yenilənməsi əslində Z.Fərəcovun vəzifədən alınması prosesinin başlanğıcıdır. Bu prosesdən Fərəcov özü də xəbərdardır. Qocaman icra başçısı vəzifədən getdikdən sonra digərlər həmkarları kimi cinayət məsuliyyətinə cəlb olunmamağın yolların axtarır. Yayılan son məlumatlara görə, Sumqayıtın icra başçısı mülklərinin bir hissəsini satışa çıxarıb və həmin mülklərin digər qismi isə banklara girov qoyularaq, müqabilində böyük məbləğli kreditlər götürülüb. Fərəcovun mülklərini satmasının səbəbləri dəqiqliklə məlum deyil. Hərçənd icra başçısı öz yaxın adamlarına bunu başqa bir şəkildə izah etməyə çalışır. Məsələn, o, yaxın adamlarına deyib ki, guya, “yuxarılara pul lazımdır”. Hərçənd bu inandırıcı görünmür. Gələn xəbərlərdən aydın olan isə odur ki, Fərəcovun mülklərini satışa çıxarması və böyük məbləğdə kreditləri götürməsinin səbəbi tamam başqadır. İcra başçısı vəzifəsindən gedəcəyini bildiyindən mülklərini nağd pula çevirərək, onları xaricə ötürməyə başlayıb. Həmin iddialara görə, təkcə ötən ilin ikinci yarsında xaricə çıxarılan pulun məbləği qüz milyon manata yaxın olub. Həmin pullar isə xaricdə ya banklara yerləşdirilib, ya da mülklər alınıb. Bu mülklərin əsasən Çexiya , Serbiya və Bosniya-Hersoqovinada alındığına dair məlumatlar da mövcuddur. Xəbərlərdən belə başa düşülür ki, Fərəcov işdən çıxarıldıqdan sonra sərvətini təminat altına almaq üçün bu addımı atıb. Görünür, onun təmsil etdiyi hakimiyyətə güvəni yoxdur və bu səbəbdən də mülklərini pula çevirərək, onları xaricə daşımaqla məşğuldur.
Hazırda Z.Fərəcov üçün ən ciddi problem məşhur Saray bələdiyyəsinin qətli və Sumqayıtın abadlaşmasında iştirak edən sahibkarlara olan borcdur. Bu səbəbdən Z.Fərəcov vəzifədən alınanadək hər iki problemin həllinə çalışır. Bütün hallarda Zakir Fərəcov və onun “maliyyə işlərini” aparan isə keçmiş “kamaz şoferi” şəhərin memarı Adil Xudadatovun məsuliyyətdən yaxa qurtaracağı real görünmür.
Mövzunu davam etdirəcəyik.
 

Dünyapress TV

Xəbər lenti