Ardını oxu...
İcra başçılarının torpaq mülkiyyəti hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur! (?)
Bələdiyyə torpaqlarının idarə edilməsinin , bələdiyyələrin özü kimi, icra hakimiyyət(lər)inin müstəsna “hüquq”larından olmasını bilməyən yoxdur. Bir ölkədə ki bələdiyyə sədri icra başçısına “rüsum” qarşılığında “seçilə” , hansı özünüidarəetmədən danışmaq olar? Onda qala, bələdiyyə torpaqlarının idarəetməsi ola? ! Hələ bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən ədliyyə orqanının qanunvericiliyin tələblərindən xəbərsizliyini, torpağın icra hakimiyyətinə verilməsini bələdiyyənin müstəsna hüququ kimi sırımasını demirik.
Heydər Əliyev fondunun sosial proqramlarından, aztəminatlı ailələrin, əlil, qazi, şəhid ailələrinə diqqət və qayğısından hamı bilgilidir. Ölkədə o məktəb, o uşaq bağçası yoxdur ki, Fondun vəsaiti ilə yenidən tikilməsin , bərpa olunmasın. Elə əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial təminatları ilə bağlı da layihələri gerçəkləşdirməkdə Heydər Əliyev fondunun xidməti misilsizdir. Nə yazıq, icra hakimiyyəti orqanları sosial layihələrdən də şəxsi maraqları naminə yarararlanırlar. Ağsuda olduğu kimi.
Torpaq hüququ “Torpaq islahatı haqqında” , “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və digər qanunvericilik aktları ilə doğrulanan mülkiyyət hüququdur və Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu hüquqa qadağa qoyula bilməz. Torpaq uğrunda savaşda əlil və şəhid olanların isə bu hüquqdan , necə deyərlər, ikiqat, əlavə güzəştlə yararlanmaları da qanunla doğrulanıb. İndi təsəvvür edin, Ağsu rayonu, Pirhəsənli kəndinin yeganə zabit 1-ci dərəcəli Qarabağ əlilinin nəinki ikiqat torpaq hüququ təmin olunub, əksinə, istifadəsində olan torpaq sahəsi də RİH başçısının, Pirhəsənli kənd icra nümayəndəliyinin və bələdiyyəsinin vəzifə səlahiyyətlərindən sui-istifadəsinin qurbanına çevrilib. Ağsu RİH bu boyda rayonda uşaq bağçası tikməyə yer “tapmayıb” , Pirhəsənli kəndinin yeganə torpaq sahəsi ayrılmayan yeganə zabit 1-ci dərəcəli Qarabağ qazisinin torpağını özünün uşaq bağçası biznesinə ayırıb. Özbaşınalığa, qanunsuzluğa, qərəzə, şərəfsizliyə baxın, torpaq uğrunda canını qoyan qaziyə nəinki torpaq hüququ tanınır, hətta istifadəsində olan torpaq da şəxsi bizneslərinə, Göyçay regional ədliyyə idarəsinin sədri Elnur Əsədovun bildirdiyi kimi, müstəsna hüquq kimi ayrılır! (?) Özü də Heydər Əliyev fondunun vəsaiti hesabına.
Xəbər verdiyimiz kimi, sözügedən bağça biznesi çöküb. Nədən 60 yerlik uşaq bağçasına verməyə bir nəfər də olsun uşaq tapılmır . Allah sənə rəhmət eləsin, Mirzə Cəlil, “bu kənddə heç yerli – dibli uşaq olmayıb”.
Milli Məclis sədrinin göstərişi ilə Ağsu prokurorluğuna göndərilən 1-ci dərəcəli Qarabağ qazisinin şikayətinin araşdırılması prokurorluqdan Göyçay regional ədliyyə idarəsinə, oradan da Pirhəsənli bələdiyyəsinə yönləndirilib. Bələdiyyə də 05.04.2023-ci ildə ədliyyə idarəsinə bildirib ki, kəndin yeganə zabit 1-ci dərəcəli Qarabağ qazisinin torpaq hüququ olmayıb, yoxdur və olmayacaq. Çünki bələdiyyə “müstəsna hüququndan” yararlanıb, torpaq sahəsini icra başçısının 60 yerlik uşaq bağçası biznesinə ayırıb. Bu biznes çöksə də, torpağın yiyəsi yenə icra başçısıdır. Azərbaycan Respublikasında icra başçılarının torpaq mülkiyyəti hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur .Qarabağ qazisinin hüquqsuzluğu kimi ...
Məğrur Bədəlsoy
Ardını oxu...
 

Ardını oxu...
“ASAN xidmət” mərkəzlərinin yaradılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlardan biridir. Bu mərkəzlər dövlət orqanları tərəfindən göstərilən dsaymətlərin vahid və formada həyata keçirilməsini təmin edən qurumlardır. “ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.

Mərkəzlərimizin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulub. “ASAN xidmət” mərkəzlərinin yaradılmasında məqsəd vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması, peşəkarlıq səviyyəsinin artırılması, dövlət strukturlarına etimadın daha da gücləndirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadə olunması, bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılmasıdır.
Lakin “ASAN xidmət”in sıralarına düşən “təsadüfi” adamlar bu qurumun qarşısına qoyulan vəzifələrin öhdəsindən axıra kimi gələcəyinə, cəmiyyət arasında nüfuzunu sonadək qoruyub saxlaya biləcəyinə şübhələr doğurur. Belə “təsadüfi” şəxslərdən biri də “ASAN Xidmət”in Bakı şəhəri Yasamal rayonunda fəaliyyət göstərən 3 saylı filialının notariat xidmətində hüquqşünas vəzifəsində işləyən Əliyeva Nüşabə Akif qızıdır. O, “SSM Hüuquq-Servis” MMC-nin icraçı direktoru işlədiyi vaxt öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olduğu bir qrup şəxslə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə ziyan və xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, “SSM Hüquq-Servis” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə Hacıyev Səbuhi Səxavət oğlu və qeyrisi ilə qabaqcadan əlbir olan bir şəxs halında Cəfərova Çimnaz Aydın qızının əmlakını ələ keçirmə məqsədi ilə etibarından sui-istifadə edib onu Gigiyena və Epidemiologiya Mərkəzinə işə düzəlməsinə köməklik göstərəcəyi adı ilə aldadaraq 23 yanvar 2016-cı ilə tarixdə Bakı şəhəri Nizami rayonu Azadlıq prospekti 80-b saylı ünvanda yerləşən “SSM Hüquq-Servis” MMC-nin ofisində həmin dövrün məzənnəsi ilə 2408 manat təşkil edən 1500 ABŞ dolları və 1600 manat pulunu ələ keçirib zərərçəkmiş şəxs Cəfərova Çimnaz Aydın qızına ümumi 4008 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Əliyeva Nüşabə Akif qızı təkrarən “SSM Hüquq-Servis” MMC-nin icraçı direktoru işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə Hacıyev Səbuhi Səxavət oğlu və qeyrisi ilə qabacadan əlbir olan bir qrup şəxs halında Ağamalıyeva Qətibə Nəriman qızının əmlakını ələ keçirmə məqsədi ilə etibarından sui-istifadə edib onun qızı Kərimova Səidə Yəhya qızını uşaq bağçasına müdirə vəzifəsinə işə düzəılməsinə köməklik göstərəcəyi adı ilə aldadaraq 11 fevral 2016-cı il tarixdə MMC-nin ofisində 15020 manat pulunu ələ keçirib zərərçəkmiş şəxs Ağamalıyeva Qətibə Nəriman qızına 15020 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 fevral 2018-ci il tarixli 1(101)-220/2018 nömrəli məhkəmə hökmü ilə Əliyeva Nüşabə Akif qızı və Hacıyev Səbuhi Səxavət oğlu AR CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Azadlıq məhrum etmə cəzası hissəsində AR CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzaları şərti hesab edilmişdir. Onlara bir il sınaq müddəti təyin edilmiş, öz davranışları ilə islah olunmalarını sübut etmək vəzifələri qoyulmuşdur. Barələrində xüsusi müsadirə tətbiq edilməmişdir. Onların barəsində çıxarılmış məhkəmə hökmünün bunca humanist olması törətdikləri cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanların tam ödənilməsi, zərərçəkmiş şəxslərin sonucda onlardan şikayətçi olmaması ilə, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin onların ailələrini ciddi məhrumiyyətlərə düçar edə biləcəyi ilə izah olunmuşdur.

Göründüyü kimi, Əliyeva Nüşabə Akif qızının bioqrafiyası “ASAN Xidmət”in nüfuzu, müsbət imici ilə tərs mütənasibdir.
 //aktualxeber.az//
 
Ardını oxu...
Tovuz Suvarma Sistemləri İdarəsindən ŞİKAYƏT
Tovuz rayon Dondar quşçu kənd sakini Vəliyev Həzi Abbasəli oğlu tərəfindən məktub göndərilib.
Faktinfo.az saytının elektron poçtuna göndərilən məktubda Tovuz rayon Suvarma Sistemləri İdarəsinin rəisi Nəsrəddin Aslanovdan şikayət olunur,Həzi Vəliyev suvarma sezonunda taxıl sahəsini suvara bilməməsindən bəhs edir.

Şikayətçi:"Bildirirəm ki, mən özümə məxsus taxıl sahəsini suvara bilmirəm.Səbəb nədir? Bu suala aidiyyatı qrumlar Tovuz rayon Suvarma Sistemləri İdarəsinin rəisi Nəsrəddin Aslanovdan cavab almalıdırlar.Deyə bilərəm ki,Tovuz çayı üzərində 2 su anbarı var.Hər 2 anbarın müdiri Nəsrəddin müəllimdir.Yuxarıdakı anbar bizim əraziləri suvarmaq üçündur. Digər anbar isə oliqarxların sahələrini suvarmaq üçün nəzərdə tutulub.Nəsrəddin Aslanov rəyyətin əkin sahələrini suvarmaq üçün anbarda su yığılan kimi sevincək olur.

Belə ki,sadə insanlar üçün nəzərdə tutulan anbarda su yığılan kimi,suyu gecə ilə buraxırlar digər anbara.Hər dəfə bir bəhanə ilə "anbarın qapısı yaddan çıxıb açıq qalıb,su axıb gedib" kimi fikirlər səsləndirirlər və əslində su gedib çıxır imkanlı şəxslərin sahələrini suvaran anbara.Həmin anbar vasitəsi ilə də özlərinin 1000 hektarlarla ərazilərini suvarırlar.Bizdən də 1hektar ərazini suvarmaq üçün 20-50 manat pul alırlar.Halbuki,dövlət rüsumu heç 5 manat deyil."

Şikayətçi onu da bildirir ki,ona və şəhid övladı,qardaşı oğlu Vəliyev Sərxan İlyas oğluna növbə çatanda nədənsə kanalda su qurtarır.Tovuz rayon Suvarma Sistemləri İdarəsinin rəisi Nəsrəddin Aslanov deyə bilər ki,anbarda su yoxdu problem də buradan qaynaqlanır,su olanda verəcəm.Ona bəri başdan cavab olaraq bildirirəm ki,su olanda niyə vermirdin və ya taxılın suvarılma müddəti ötdükdən sonra mən neynirəm verilən suyu.

"Biz mətbuat vasitəsi ilə uzun illərdir davam edən bu haqsızlığın ictimailəşdirilməsini istəyirik.Eləcə də bu haqsızlığın qarşısının alınmasında Azərbaycan respublikasının prezidenti İlham Əliyev cənablarından kömək etməsini xahiş edirik",-deyərək Həzi Vəliyev qeyd edir.

Faktinfo.az məsələyə münasibət öyrənmək üçün Tovuz rayon Suvarma Sistemləri İdarəsinin rəisi Nəsrəddin Aslanovla əlaqə yaratmağa çalışıb.İdarə rəisinə edilən davamlı zənglərə cavab verilməyib.Qarşı tərəfin mövqeyini də dərc edə bilərik.
 //Faktinfo.az//
Ardını oxu...
RegionXəbərlərocom.az-ın elektron poçtuna İmişli rayon Qulubəyli kənd sakini Nağıyev Qalib Qaraseyid oğlu tərəfindən şikayət məktubu daxil olub.Narazı vətəndaş mətbuat vasitəsi ilə ölkə başçısına şikayətini çatdırır.

Cənab Prezident şikayətim İmişli rayon Qulubəyli kənd tam orta məktəbin direktoru Mirsahib Tağıyev barəsində və direktorun qanunazidd cinayət tərkibli əməllərini müdafiə edən Mil-Muğan Regional Təhsil idarəsinin müdiri Rəşad Musayev haqqındadır.

Şikayət ərizələrimdə göstərdiyim faktlar əsasında Mil-Muğan Regional Təhsil idarəsi tərəfindən İmişli rayon Qulubəyli kənd tam orta məktəbində aparılan yoxlama zamanı məktəb direktoru Mirsahib Tağıyevin yeddi illik fəaliyyəti dövründə çoxsaylı cinayət tərkibli kobud qanun pozuntuları aşkar olunsada onun barəsində qanuna müvafiq tədbir görülməmişdir. Mil-Muğan Regional Təhsil idarəsinin müdiri Rəşad Musayev direktor M.Tağıyevin cinayət tərkibli əməllərinin üstünü ört-basdır etmək məqsədilə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən direktora töhmət verilmişdir.Əslində mövcud vəziyyət nəzərə alınmaqla "a" bəndi deyil.Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "ç" bəndində göstərildiyi kimi əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv edilməliydi. Müraciətimdə göstərdiyim faktlarla əlaqədar Baş Prokurorluğa surəti isə mənə ünvanlanmaqla Elm və Təhsil Nazirliyinin Aparatına göndərilmiş məktubda göstərilir ki, "cinayət əməlləri olan faktların aşkar olunacağı təqdirdə müvafiq sənədlərin hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilməsi xahiş olunur"

Belə olan təqdirdə direktorun cinayət tərkibli əməllərini təsdiq edən sənədlər niyə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmir?

2021-ci ilin əvvələrində Mirsahib Tağıyev İmişli şəhər 1 saylı tam orta məktəbində boş qalmış direktor vəzifəsinə görə direktorların diaqnostik qiymətləndirilməsində iştirak etsədə heç bir bal toplaya bilməmişdir.Direktor M.Tağıyev ən adi elementar sualları belə cavablandırmaq iqtidatında deyildir.

Bu ilin mart ayının sonlarında həftə ərzində ayrı-ayrı vaxtlarda Oulubəyli kənd tam orta məktəbində dərs vaxtı şagirdlər arasında mübahisə yaranmış, nəticədə bir nəfər şagirdin qolu sınmış digər şagird isə baş nahiyəsindən xəsarət almışdır

Direktor M.Tağıyev baş vermiş hadisə ilə əlaqədər hüquq-mühafizə orqanlarına məlumat verməmişdir.Bakı şəhərində xəstəxanada əməliyyat olunan şagirdin həkimi hadisə barədə daxili işlər orqanlarına məlumat vermişdir.

Cinayət tərkibli qanun pozuntularının bir qismi aşağıdakılardır

1. Mirsahib Tağəyev işlədiyi 7 il müddətində tədris edilməyən dərnəkdə fərdi məşğələ saatlarının müəllimə dövlət büdcəsindən əmək haqqının ödənilməsi dərs saatlarının diaqnostik qiymətləndirmə nəticələrinə uyğun olaraq bölüşdürülməsi kimi hallar mövcud olmuşdur

2. Məktəbdə olan vakant boş dərs saatları müəllimlərin işə qəbul üzrə müsabiqəyə çıxarılmayaraq müəllimlər arasında bölüşdürülərək qanunsuz olaraq onların dərs saatlarına əlavə olunmuşdur.

3.İllər keçsədə direktor M.Tağıyevin sayəsində məktəbdə dərs jurnalları və proqramlarının mövzularının saatları qətiyyən uyğun gəlmir hər müəllim dərs proqramını öz bildiyi kimi tərtib edir hətta bir çox müəllimlər keçmiş illərin proqramlarından da istifadə edirlər.

4.Məktəbdə summativ qiymətləndirmələr düzgün aparılmır müəllimər özləri hazırlayıb şkaflara yığırlar.

5.Məktəbə qədər müəssisələrindən isə heç danışmağa dəyməz, heç bir iş yoxdur olmamışdır. Məktəbin müəllimi də şagirdi də məhz direktor Mirsahib Tagiyev özü olmuşdur.

6.Məktəbdə şagirdlərin bir qismi dərsə gəlmir.Rayon mərkəzinə müəllim yanına dərs öyrənməyə gedən şagirdlər istisna olmaqla qalanlarının bilik səviyyəsini yox dərəcəsindədir .

7.Daxil olan inventar və materialların uçotu kitabı əsas vəsaitlərin qeydiyyat kitabı qəsdən korlanmış, məktəb daxilində invertar və materialların paylanmasının ucotu kitabı isə yoxdur

Xahiş edirəm Maliyyə Nazirliyinin Dövlət maliyyə nəzarəti xidməti tərəfindən məktəbdə yoxlama aparılsın .

Xahiş edirəm müraciətim barəsində qanunamüvafiq tədbir görülsün

RegionXəbərləricom.az olaraq yazıda adları keçən şəxslərində mövqeyini dərc etməyə hazırıq...

RegionXəbərləricom.az
Ardını oxu...
Göyçay rayonu Məlikkənd kənd sakini Aprel döyüşləri iştirakçısı Mahmudov Sənan Gündüz oğlu tərəfindən ünvanlanan müraciətdə deyilir:

"Göyçay Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşları Rəşad Cavadov, Tahir Eminov və Şahin Muradov məni Azərbaycanda yaşamağıma peşman edərək intihar həddinə çatdırıblar. Belə ki, gündəlik muzdlu işlərdə çalışaraq qəpik-qəpik pul yığıb, bu ilin avqust ayında "VAZ" 2106 markalı avtomobil almışam. Lakin, avtomobili aldığım vaxtdan etibarən yuxarıda adlarını qeyd etdiyim YPX əməkdaşları əsassız olaraq məni gözüm çıxdıya salmağa başladılar. Tez-tez onlar məni saxlayır, guya idarə etdiyim avtomobildə konstruksiya dəyişikliyi olduğu iddia edirdilər. Heç bir şey tapa bilmədikdə isə "5-10 manat hörmət elə, get" - deyərək rüşvət verməyimi istəyirdilər. Ancaq mən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 312-ci maddəsində bildirildiyi kimi, rüşvət verməyin məsuliyyət daşımaq olduğunu nəzərə alaraq onlara heç nə vermirdim. Məhz buna görə də bu gün, yəni 17.04.2023-cü tarixdə saat 10:57 radələrində məni şəhərin Nizami küçəsində saxlayaraq avtomobildən düşməyimi istədilər. Mən də öz növbəmdə bütün sənədlərimin qaydasında olduğunu və avtomobilimdə konstruksiya dəyişikliyi olmadığını bildirərək haqqımı tələb etmək üçün onlara öz etirazımı bildirdim. Bu zaman onlar fiziki zorakılıq göstərərək məni təhdid etdilər və olduqca kobud səslənən sözlər işlətdilər. Beləliklə də mənə içərisindəkindən xəbərsiz olduğum hansısa sənədə zorla imza atdıraraq avtomobilimi "Rəisin əmridir", - deyib Göyçay Rayon Polis Şöbəsinə apardılar. Halbuki bu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309-cu maddəsinə əsasən, vəzifə səlahiyyətlərini aşma hesab edilir. Bəlkə də onlar həqiqətən də "Rəisin əmridir", deməsində haqlıdırlar. Çünki Göyçay Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi Vüsal Həsənov demək olar ki, hər gün rayon ərazisində öz şəxsi avtomobili ilə gəzib-dolaşaraq şikarlarını axtarır. Gözünə xoş görünməyən avtomobillər barəsində YPX əməkdaşlarına məlumat verərək həmin şəxsləri polis bölməsinə aparmaları üçün tapşırıq verir. Bunu tək mən iddia etmirəm, sakinlərin əksəriyyəti bilir. Yoxlama aparsanız şahidi olacaqsınız.
Müraciətin əvvəlində bildirdiyim kimi, fəhləlik edərək maddi ehtiyaclarımızı qarşılayıram. Özüm də Aprel döyüşləri iştirakçısıyam. Bu ayın 11-də övladım dünyaya gəlib. Hazırda ailəmin zəruri ehtiyacı olduğu halda, əsassız bəhanələrlə avtomobilimi polis şöbəsində saxlayaraq 150 (yüz əlli) manat cərimə yazıblar. Hansıki bir daha vurğulayıram ki, avtomobilimdə konstruksiya dəyişikliyi etməmişəm və necə almışamsa, elə həmin vəziyyətdədir.
Sizdən çox xahiş edirəm, Vüsal Həsənov başda olmaqla, adlarını qeyd etdiyim YPX əməkdaşları haqqında ciddi tədbirlər görülməsi, əsassız yazılmış 150 (yüz əlli) manat cərimənin silinməsi və mənim təhlükəsizliyimin təmin edilməsi üçün tapşırıq verəsiniz. Ümid edirəm ki, müraciətimə dərhal baxaraq lazımi tədbirlər görüləcəkdir. Sizə çox minnətdarlığımı bildirirəm."
Teref.az olaraq şikayət məktubunda toxunulan iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini dinləmçəyə hazırıq!
Teref.az

Ardını oxu...


Ötən yazılarda bildirdiyimiz kimi, AQTA-nın aprelin 6-da kolbasa və sosiska istehsalçısı olan nüfuzlu şirkətlərinə qarşı «Səlib yürüşü»nün əsl səbəbi bəlli oldu… Budur, AQTA istehsalçıları stressə salan məlum məlumatında yazırdı: «…İstehlakçılara müraciət edirik ki, satış şəbəkələrində təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanan bu kolbasa-sosiska məhsulu partiyalarını istehlak etməsinlər!!!».

Təbii ki, bu məsləhətin fəlsəfəsi təqdirəlayiqdir. Lakin sonradan məlum olanda ki, AQTA dünən kolbasa və sosiskalarını yeməməyi tövsiyyə etdiyi şirkətləri bir gün sonra, özü də məhz istehlakçılardan xəbərsiz olaraq, təmizə çıxarması təəssüf hissi doğururdu.

İndi keçirik faktlara: AQTA «M&T" Ltd şirkətinin də adını əvvəl qara siyahıya salmışdı. Bu barədə ilk dəfə yayımlanan, yəni ictimailəşdirilən cədvəldə şirkət barədə AQTA yazırdı: «M&T» Ltd firması, "Sevimli Dad" əla növ südlü sosiska, 05.02.2023-də-ki laborator analizdə üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb».

Təsəvvür edirsinizmi, belə çıxırdı ki, şirkət bizə mal əti sosiskasını satır, alırıq, özümüz və uşaqlarımıza bu südlü deyilən sosiskadan yedirdirik, AQTA-nın araşdırmasından sonra bəlli olur ki, içində mal ətindən əsər-əlamət yoxdur… Nəticədə, istehsalçı bu anti-reklamdan təbii ki, istehsalçı infarkt keçirməli, istehlakçı isə şok keçirməlidir!!!

Amma və lakin… Bir gün sonra məlum olur ki, AQTA istehlakçı etibarına xəyanət edib. Bu da sonradan xəlvəti olaraq AQTA tərəfindən həmin «qara siyahı»ya edilən düzəliş: ««M&T» Ltd firması, "Sevimli Dad" əla növ südlü sosiska, 05.02.2023-də aparılmış laborator analiz. Üzərində mal və donuz əti bəyan edilsə də, tərkibində yalnız donuz DNT-si aşkarlanıb».

Bu qədər də qanunsuzluq və etibara xəyanət olarmı???

Bəs bunlar niyə və nədən baş verib??? Bu barədə növbəti yazıda təqdim ediləcək. Çünki AQTA-dan redaksiyamızın elektron poçtuna sensasion məlumatlar göndərilib…

«Təzadlar»ın Araşdırma Qrupu

Ardını oxu...Son illər Azərbaycanda tikinti şirkətlərinin sayı kəskin azalsa da, onların dələduzluq əməllərindən əziyyət çəkən vətəndaşların sayı azalmayıb.

Çünki hakimiyyətdə, hüquq mühafizə orqanlarında güclü himayəçiləri olan MTK rəhbərləri nə haqqını oğurladıqları vətəndaşların pulunu, əmlakını verir, nə də cinayət məsuliyyətinə cəlb edilirlər.

2000-ci illərin əvvəlindən bu günədək yüzlərlə tikinti şirkəti bir mənzili bir neçə nəfərə satmaqla, vətəndaşların payçı olduqları əmlakı mənimsəməklə, pilot layihələrdə ağılasığmayan digər fırldaqlarla böyük sərvət qazanıblar. Bəzilərinin yolu qısa müddətdə həbsxanadan keçsə də, törətdikləri cinayətlərə görə adekvat cəza almayıblar. Himayəçiləri hələ də güclü olan MTK rəhbərləri isə öz çirkin oyunlarını davam etdirilər.

Təxminən bir ay əvvəl mediada qalmaqallı tikinti maqnatlarından biri, “İnşaat konstruksiyaları” MMC-nin rəhbəri Rauf Əliyevin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanlıdğı yazılmışdı. Amma bir həftə sonra onu müəmmalı şəkildə həbsdən azad ediblər, amma illərdir süründürdüyü vətəndaşların problemi həll edilməyib.

Rauf Əliyevin rəhbərlik etdiyi MTK Bakının bir sıra bahalı yerlərində çoxmərtəbəli binalar tikərək satıb. Amma onun layihələrinin heç biri qalmaqalsız, mübahisiz yekunlaşmayıb. Bəziləri ümumiyyətlə öhdəliklərə zidd olaraq istifadəyə verilməyib, çünki mənzillər sahibdən əlavə bir neçə nəfərə satılıb. Məsələn, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 2538 ünvanında yerləşən komplekslə bağlı qalmaqal mediada dəfələrlə işıqlandırılıb. Belə ki, tikintisi 2017-ci ilin avqustundan başlayan bina layihədə 15 mərtəbli nəzərdə tutulsa da, Rauf Əliyev tikinti normalarını kobud şəkildə pozaraq onu bir qədər “ucaldaraq” 18 mərtəbəyə çatdırıb. “İnşaat Konstruksiyaları” MMC müqavilədə binanı 2019-cu ilin avqustun 8-də təhvil verilməsini öhdəsinə götürüb. Amma bu tarixdən uzun müddət sonra mənzil sahibləri R.Əliyevin qanunsuzluqlarına etiraz edərək MMC-nin qarşısında etiraz aksiyaları keçirirdi. Sakinlər bildiriblər ki, tikinti maqnatı vədlər versə də heç biri özünü doğrultmayıb, üstəlik bir mənzili bir neçə nəfərə sataraq dələduzluq edib. Təəssüf ki, vətəndaşların hüquq mühafizə orqanlarına, yerli icra hakimiyyətinə çoxsaylı müraciətləri də nəticəsiz qalıb. Rauf Əliyevin Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllə, ev 33 ünvanında tikintiyi 17 mərtəbəli binada da eyni problemlər yaşanıb. Bu tikinti ona məxsus olduğu bildirilən “Dərəçiçək” MMC tərəfindən həyata keçirilib. Ötən ilin noyabrında yerli mətbuata müraciət edən sakinlər bildiriblər ki, sözgedən binanın tikintisi 2009-cu ildən başlasa da yekunlaşmayıb. Nəticədə yüzlərlə sakin isə evsiz-eşiksiz, ümidsiz vəziyyətdə qalıb, onların hüquq mühafizə orqanlarına, Prezident Administrasiyasına çoxsaylı müraciətləri də cavabsız qalıb. Payçılardan biri mətbuata açıqlamasında deyib ki, 2009-cu ildə “Dərəçiçək” MTK-nın tikdiyi binadan mənzil almaq üçün rəsmi müqavilə bağlayaraq bir dəfə 98 min ABŞ dolları, sonra isə 80 min manat pul köçürüb və bu ödənişləri Rauf Əliyev öz imzası və möhürü ilə təsdiq edib. 13 ildən sonra məlum olub ki, MTK rəhbəri həmin vətəndaşa məxsus mənzilləri başqasına satıb. Bu əməllərə baxmayaraq Rauf Əliyev dövlət tərəfindən dəstəklənən pilot layihələr də yol tapa bilib. Medianın yazdığına görə, ona məxsus şirkət tərəfindən pilot layihələri çərçivəsində Xətai rayonu, Mehdi Mehdizadə küçəsində yerləşən 2 saylı arxitekturalı bina sökülüb. Binada yerləşən 46 mənzilin sakinləri “İnsəşaat Konstruksiyaları” MMC ilə alqı-satqı müqavilələri bağlayaraq evlərini tərk ediblər və kirayə mənzillərə köçürülüblər. Sakinlərə bildirilib ki, onların mənzillərinin yerində “pilot layihə” çərçivəsində yeni 18 mərtəbəli yaşayış binası inşa ediləcək və onlara da həmin binada mənzillər veriləcək. Medianın yazdığına görə hələ 2018-ci ildə “İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və özbaşına tikinti işləri aparmalarına əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 222-1.1-ci (özbaşına tikinti işləri aparma) maddələri ilə cinayət işi başlanıb. Amma 5 ildir ki, Rauf Əliyev məsuliyyətə cəlb olunmayıb. Bundan əlavə, məhkəmə sözgedən şirkəti İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb. Beləliklə, maraqlı sual yaranır, bu qədər qanunsuzluğun, şikayətlərin müqabilində R.Əliyev niyə məsuliyyətə cəlb edilmir?

 

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, MTK rəhbərinin “krışası” keçmiş Baş prokuror Zakir Qaralov olub. Məhz onun dəstəyi ilə aldadılan, haqqı əlindən alınmış sakinlərin şikayətləri nəticəsiz qalıb. Bunun müqabilində R.Əliyev də Qaralova borclu qalmayıb, tikidiyi binlardan ona onlarla mənzil verib. Eyni zamanda Baş prokurorun “tapşırdığı” bir prokurorluq əmədaşına da bahalı mənzil bağışlayıb. Görünür, Z.Qaralov vəzifədən getsə də hakimiyyətin müəyyən dairələrində təsir imkanlarını saxlayır, əks təqdirdə barəsində bu qədər ittihamlar olan MTK rəhbəri niyə azadlıqda olsun ki?! Qeyd edək ki, “İnşaat Konstruksiyaları” MMC-nin intern ünvanı – “inshaat-konstruksiyalari.az” və “Faceook” səhifəsi bir neçə ildir istifadəsizdir.

R.Əliyevlə əlaqə saxlamaq isə mümkün deyil.

İttihamlarla bağlı onun mövqeyini və hüquq mühafizə orqanlarının açıqlamasını dərc etməyə çalışacağıq. //Gununsesi.info// 

Ardını oxu...
 
 

Bir qrup bağça müəlliminin verdiyi məlumata görə, onları Elm və Təhsil Nazirliyinin qarşısına aparan səbəb əmək haqqlarının kəsilməsidir:

 

"Bağçalarda acınacaqlı vəziyyət yaranıb, iki aydır bütün müəllimlərin əmək haqqları kəsilib. 400-dən çox bağça müəllimlərindən ibarət qrup yaratmışıq. Bu qrupda bütün bölgələrdən müəllimlər bir-birinin problemini eşidə və müzakirə edə bilir. Qeyri-ixtisaslı müəllimlərin işdən kənarlaşdırılması absurddur. Bizim ən azı 15-20 il iş təcrübəmiz var. Hətta elə müəllim var ki, 30 ildir işləyir, uşaqların və valideynlərin sevimlisidir. İndi biz qeyri-ixtisaslı olduğumuz üçün iki aydır ki, maaşlarımızı kəsiblər, hamımızı 14-cü dərəcədən 10-cu dərəcəyə endiriblər. Bu, yolverilməzdir və qanunsuzdur”. 

Bağça müəllimləri daha sonra qeyd edir ki, baş verən çatışmamazlıqla bağlı Elm və Təhsil Nazirliyində olaraq, nazirliyin rəsmi şəxslərinə məlumat veriblər, lakin məsələyə heç bir müsbət cavab verilməyib.

"Amma mühasibatlıqdan deyirlər ki, onlara belə göstəriş gəlib. Bütün müəllimlərin maaşları 76-100 manat arasında kəsilib. Maaşları kəsilən müəllimlər belə qərara gəlmişik ki, Elm və Təhsil Nazirliyinin qarşısına növbəti dəfə yığışaq, aksiya keçirək və şikayətimizi yenidən nazirə çatdıraq. Biz geri çəkilmək fikrində deyilik. Hüquqlarımızı qoruyacağıq. Maaşlarımızın kəsilməsi qanunsuzdur. 100 manat az pul deyil, ailəmizin bir probleminin həllidir. İşə həvəsimiz ölüb, bilmirik nə edək, nə uşağa yaxın dura bilirik, nə evimizdə dinclik tapırıq. Bizi gör nə vəziyyətə salıblar?! İşə piyada gedirik ki, yola verdiyimiz pulu evimizə çörək alaq, bunlar da 70-100 manatımız kəsirlər. Bu pul mənim dərmanımın aylıq puludur, 30 gün səhər tezdən işə gedirəm, hər uşağın nazı ilə oynayıram, axı o pulu niyə kəsirsiniz? İndi maaşımız kəsirlər, gələn aydan da bizi işdən çıxara bilərlər. Bu boyda müəllim ordusunu işdən çıxartmaq olar? Günahımız nədir? Evimizdə xəstələrimiz var. İşimizin öhdəsində yüksək səviyyədə gəlirik”. 

Hazırda çalışan bağça müəllimləri məktəbəqədər ixtisası bitirənlərdən daha təcrübəlidirlər:

"Onlar heç uşaqla davranışı belə bilmirlər, təcrübələri yoxdur, bizlər isə bu işə on illərimizi vermişik”. (Xeberekspress.az)

İddia olunanlarla bağlı Xalqxeber.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq..

 

XalqXeber.Az
Ardını oxu...
Ermənistan höküməti “Qarabağ şərti” olmadan Azərbaycanla sülh sazişi imzalamağa hazırdırsa, niyə bu məsələ uzanır?
Baş nazir Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra Qarabağ yükünü daşımadığına dair açıqlamalar verib, parlamentdə bununla bağlı çıxış edib, ancaq ortada yenə də sülh sazişi yoxdur.
Çünki Nikol Paşinyan dediklərini etmir, sözü ilə əməli üst-üstə düşmür, müxtəlif dövlətlərin və güc mərkəzlərinin dəstəyinə arxalanaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq sənədə müqavimət göstərir.
Ancaq Paşinyan onu da anlayır ki, İran, Rusiya və ya Fransa olsun, həmin güc mərkəzlərindən aldığı dəstək Azərbaycanı durdurmur, sülh sazişinin imzalanmasının uzanması Ermənistanın durumunu ağırlaşdırır.
Azərbaycan sərhəddə istehkamlar qurur, strateji yüksəkliklərdə möhkəmlənir, təxribatlara adekvat cavab verir.
Elxan Şahinoğlu
Teref.az
 
Ardını oxu...
"Şikayətim "Sooft" Göz Mərkəzindəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımda giley olunur.

Ardını oxu...
Narazı vətəndaş yazır: "Müayinəyə 40 manat alırlar, deyirlər, 1 ay müddətinə keçərlidir.

20 gündən sonra zəng edib kontrola çağırırlar... Gedirsən, yenidən 40 manat tələb edirlər.

Deyirlər, ilk verdiyim 40 manat 14 gün keçərlidir... Əməliyyat olunanlara 1 ay keşərlidir.

Beləliklə, hamının cibinə girirlər.

Dərmanlarının da heç bir xeyri də olmayıb. Adi sual vermək istedik ki, dərmanlarınızın xeyri yoxdur... Dedilər, 40 manatı ödəyib, sual verməlisən..."

İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

Dünyapress TV

Xəbər lenti