Ardını oxu...
Bu gün Azərbaycanda müxtəlif sferalarda, təhsildə, səhiyyədə, nəqliyyat sahəsində və s problemlər mövcuddur. Amma tikinti sektorundakı problemlər demək olar ki, cəmiyyətin səbr kasasını artıq son həddə çatdırıb. Hansısa məmur xalqdan və dövlətdən oğurladığı milyonların hesabına şəhərin istədiyi yerində uca mərtəbəli binalar tikir, bir mənzili bir neçə nəfərə satır, tikinti qaydalarını pozur və daha nələr. Bütün bunlardan ən dəhşətlisi odur ki, bu Mənzil-Tikinti Kooperativləri tikinti gedən ərazidəki sakinlər üçün dəhşətli problemlər yaradırlar. Axı, ətrafda yaşayan insanların günahı nədir ki, gecə-gündüz, yay-qış dayanmadan səs-küyün içərisəndə ömür sürməli, başına qum-çınqıl-palçıq tökülməlidir. Axı, bu MTK-lara kim icazə verib ki, insanların istirahət, yaşayış hüquqlarını pozsunlar..?
Təsəvvür edirsiniz, MTK-lar məhəllədaxili əraziləri də zəbt edib, insanlar məhəllə daxilində dincəlməyə, nəfəs dərməyə 1 metr yer tapmırlar. Bu hələ harasıdır..?
"Bizim Ev" Tikinti şirkətinin Yasamal rayonu, Zərdabi küçəsində "Məhsul" stadionunun yaxınlığında, fabrikin ərazisinin qeyri-qanuni satıldığı yerdə, aparılan tikintinin qorxusundan valideynlər uşaqlarını həyətə buraxa bilmirlər. Uşaqların həyətdə oynaması ona görə təhlükəlidir ki, tikinti aparılan ərazidə heç bir təhlükəsizlik qaydalarına əməl olunmur.
Sakinlər bildirirlər ki, biz o qədər dəhşətli dərəcədə təhlükə içərisində yaşayırıq ki, tikinti aparılan binanın hansısa bir materialı həyətdə hərəkət edən sakinlərin başına düşsə, bədbəxt hadisənin baş verməsi qaçılmazdır. Onu da bildirək ki, "Bizim Ev" MTK-nın ucaltdığı binanın altında, uşaq bağçasının həyətdə uşaqların oynaması üçün, oyun meydançası quraşdırılıb. Binadan qopan xırda bir əşya uşaqların faciəsi ilə nəticələnəcək hadisəyə səbəb ola bilər.
Axı, ötən yazımızda qeyd etdiyimiz kimi bütün dünyada tikinti şirkətləri fəaliyyət göstərir, amma ölkə qanunları daxilində. Bəs, bizdə niyə bu sahədə dəhşətli xaos, qanunsuzluq, cinayət əməlləri baş alıb gedir. Bəs, Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Ekologiya Nazirliyi, Arxitektura Komitəsi və s qurumlar hara baxır. Bu MTK-lar hər gün onlarla ağacı, yaşıllıqları məhv edirlər. Hansısa bir iradı bildirəndə, ağızlarını möhkəmdən açaraq deyirlər ki, kimə nə lazımdır vermişik, işimizi də görürük. Lap "Bizim Ev" MTK-nın şəriklərindən biri Həbib müəllimin dediyi kimi. "Bilirsiniz, Fövqaladə Halların, Arxitektura Komitəsinin, İcra Hakimiyyətlərinin bu binada nə qədər payı var? Əşi biz paylamışıq, özümüzə heç nə qalmayıb. 22 mərtəbəyə söz vermişdilər, 12-ci mərtəbədə dayandırdılar. Gedin əlinizi hara istəyirsiniz, ora qoyun. Ölümdə olsa biz işimizi dayandıran deyilik". Amma biz Həbib müəllimə bildirmək istəyirik ki, siz kim olursunuzsa, olun, kimin adamı olursunuzsa, olun, kimin cibini doldurursunuzsa, doldurun, amma unutmayın ki, bu ölkənin vətəndaşlarının hər birinin konstitusiyada nəzərdə tutulmuş hüquqlarını qoruyan Prezidentləri var. Sizin çoxlu pulunuz ola bilər, camaatın hüquqlarını pozmaq üçün vəzifəli adamlarınız ola bilər, amma sizin və sizin "krışa"larınızın səlahiyyətləri Prezidentdən üstün ola bilməz.
“Bizim Ev” MTK Mədəniyyət Nazirliyinin nəzdində olan fabrikin ərazisini hansı yollarlasa əldə edərək, yerində bina tikməsindən əlavə, üstəlik idman stadionunun ərazisini də zəbt edərək qanunsuz ikinci binanı tikir. Hətta sakinlər bildirirlər ki, gör bu "Bizim Ev" MTK-nın sahibi Həbib adlı şəxs kimlərəsə, hansı dərəcədə arxayındırsa bir icazə ilə iki bina tikir. Buna nə ad vermək olar?
Ötən yazımızda qeyd etdiyimiz kimi, bütün dünya, o cümlədən dövlət başçımız idmanın inkişafına çalışır, bu tərəfdən isə "Məhsul" adlı stadionun ərazisini Həbib və Mürşüd adlı şəxslər zəbt edərək bina tikir.
Qısa məlumat üçün qeyd edək ki, vaxtilə adı “Məhsul” olan stadion indi Yasamal rayonu İdman-Sağlamlıq Kompleksi adlanır.
Ən dəhşətlisi odur ki, stadionun qanuni sahibi olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ( sədri, millət vəkili Səttar Möhbalıyevdir ) deyir ki, tikintidən xəbərimiz yoxdur. Axı, söhbət “iynə axtarmaqdan” getmir ee, ərazidə az qala 20 mərtəbəli bina tikilir, stadionun sahibi deyir xəbərimiz yoxdur...
Onu da qeyd edək ki, söhbət konkret olaraq Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 69D ünvanında olan 1,26 hektar ərazidən gedir. Yuxarıda qeyd etdiyimiz kimi, “Bizim Ev” MTK ətrafda yaşayan insanlar üçün dözülməz vəziyyət yaradıb.
Bəli, indi bizə məlum olur ki, tikilən binaya görə, Mədəniyyət Nazirliyinin əməkdaşları həbsə atılıblar. Amma satan bəlli, oğurluq ərazini alan bəlli, zərərçəkən Azərbaycan dövləti amma ortada nəticə yox.
Bəli əziz oxucular, soruşa bilərsiniz ki, artıq o yeri satan həbs olunub. Yeri satan həbs olunsa da, yeri alan da onu geri qaytarmalı, dəymiş zərər, yəni dövlətdən oğurlanaraq, hansısa iş adamına satılan ərazi dövlətə geri qaytarılmalıdır. Hesab edin ki, oğurluq edilir, oğurluq edən həbs olunur, oğurluq vasitəsilə əldə olunan gəlir isə, hamının gözü qarşısında açıq şəkildə oğrular tərəfindən bölünür. İndi isə qayıdaq "Bizim Ev" MTK-nın tikdiyi hündürmərtəbəli bina ilə bağlı sakinlərin çəkdiyi məşəqqətlərə.
Təsəvvür edirsiniz, vətəndaşların keçib getdiyi yolun düz ortasında hündür kran ( 06-BD-200 ) dayanıb, insanlar yolu keçə bilmirlər. Əgər sabah bu kran aşıb insanları məhv eləsə, bunun məsuliyyətini kim daşıyacaq, cənab vəzifə sahibləri..? Ərazidə tikinti materiallarının qalıqları, toz-torpaq, zir-zibil əlindən tərpənmək olmur.
Təsəvvür edin ki, sakinlərin keçdiyi yola xeyli sayda mişar daşları düzülərək yolu hasara alıblar... MTK-nın sahibi isə sakinlərin şikayətini heç vecinə də almır. Hələ üstəlik deyir ki, pulumu vermişəm, yer almışam, icazə almışam, özüm bilərəm necə tikirəm...
Baxın, bu adam kağız üzərində olsa da Mədəniyyət Nazirliyindən oğurlanmış torpağın üzərində 1 binaya icazə alıb, amma hazırda ikinci binanı da tikir.
Biz bir media olaraq Bakı Şəhər İcra Hakimiyyətinə, Yasamal Rayon İcra Hakimiyyətinə, Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizlik Xidmətinə və bütün qurumlara səslənirik. "Bizim Ev" MTK-nın gördüyü qanunsuz işlərə son qoyulsun. //gundelik-baku.com//
 

Ardını oxu...
Vətəndaş Abdullayev Natiq Yadulla oglu ve Həziyev İnqilab Turab ogluna mexsus olan Füzuli rayonun Haramı duzu adlanan ərazidəki buğda sahəsindən oğurluq olub.

Şikayətçilər "Azərbaycan Reallığı"na bildirirlər ki, oğurluq edən şəxsləri Füzuli rayon icra başçısı Alı Alıyev himayə edir. Bildirilir ki, dövlətdən müqavilə əsasında icarəyə götürülmüş Haramı düzündə yerləşən səhədə 100 hekta taxıl, 30 hektar arpa məhsulu Abbasov Elməddin İsmayıl oğlu, Abbasov Ələmşah İsmayil oglu və Abbasov Nəcməddin İsmayil oğlu tərəfindən biçilərək götürülmüşdür.

Şikəyətdə qeyd olunur ki, Elməddin Abbasov digər qardaşları Nəcməddin və İsmayılla birlikdə 6-8 iyun tarixlərində Füzuli rayon icra başçısı Alı Alıyevə arxalanaraq gizli şəkildə 130 hektar sahəni biçdirərək vətəndaşa külli miqdarda ziyan vurublar. Hadisədən xəbər tutan sahibkarlar əraziyə gələrək oğurluq biçimin qarşısını almağa çalışsalarda Elmədddin Abbasov, qardaşları və 10-a yaxın kəndlisi ilə onlara hücum edərək rayon icra başçısı Alı Alıyevin bu sahəni onlara verdiyini bildiriblər.

Oğurluq edən şəxslər Alı Alıyevin adından danışdıqlarını, şikayət və narazılıqlarını isə icra başçısına deməyi tövsiyyə ediblər. Şikayətçilər bildirirlər ki, məsələ ilə bağlı Füzuli rayon polis idarəsinə məlumat verdikdən sonra, 13 iyun tarixində polis əməkdaşları və kənd icra nümayəndəsinin iştirakı ilə əraziyə baxış keçirildi.

Keçirilən baxışda isə məlum oldu ki, 100 hektar buğda, 30 hektar arpa məhsulumuzu biçib oğurlayıblar. Baş vermiş oğuluqla bağlı akt tətbiq olundu və hadisə ilə bağlı Füzulu rayon icra başçısının qəbuluna düşmək istəsəkdə Alı Alıyev bizi qəbul etməkdən imtina etdi. Şikayətdi bildirir ki, icra başçısının bizi qəbul etməməsindən sonra isə polis idarəsində də şikayətimizə baxan olmadı.

Məsələ ilə bağlı qarşı tərərfin də mövqeyini dərc etməyə hazırıq

AZƏRBAYCANREALLIĞI.COM
 
 
 

Ardını oxu...


"Azərbaycan Texniki Universitetinin (AzTU) təcrübəli müəllimlərindən bir qrupu yenə də yalnız universitetimizdə deyil, həm də ölkəmizin aşağıdan yuxarıyadək bütün təhsil sistemində yaranmış vəziyyətlə və bu vəziyyətin nəticələri olan faktlarla Respublika ictimaiyyətinə, əlaqədar rəsmi dövlət təşkilatlarına və vəzifəli şəxslərə müraciət etmək məcburiyyətindədir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalənin ƏVVƏLİ BURADA: Bu VİLAYƏTİN VALİSİ yoxdurmu? - AzTU-ya müdaxilə edən olacaqmı?

Məqalənin davamında deyilir: "Bu ilin – 2023-cü ilin fevral ayında isə xəbər tutduq ki, hazırkı 2-ci kurs magistrantların bir il yarım bundan əvvəl verilməli olan DİSSERTASİYA MÖVZULARI HƏLƏ HEÇ VERİLMƏYİB! Magistrantların təhsil müddəti 2 il, yəni 4 semestrdir. Yenə təkrar edirik ki, mövcud təlimata əsasən 1-ci kurs magistrantlar dərslərə başlayandan 3 ay müddətində onların dissertasiya mövzuları təsdiq edilməlidir ki, tələbələrin dissertasiya üzərində işləməyə 2 il vaxtı olsun. Onlar isə 3-cü tədris semestrini bitirmək üzrə idilər, qarşıda yalnız bir semestr qalırdı. Adətən bu vaxtlar onların dissertasiyaları artıq hazır vəziyyətə yaxın olurdu. İndi isə onlara nə mövzu verilmiş, nə də elmi rəhbər təyin edilmişdi və magistrantlar təlaş içində idilər. Nə isə, nəhayət, fevral ayının sonuna yaxın dissertasiya mövzuları və rəhbərlər təsdiq edildi, yenə də qrup halında – 5 nəfər magistranta 1 ümumi mövzu verilməklə. Bundan sonra tələbələrin dissertasiya üzərində işləməyə ən yaxşı halda 3 ay vaxtları qaldı. Dissertasiya üzərində işləmək isə nə deməkdir, bunu izah edək ki, rektor, elmlər doktoru, professor, Əməkdar Elm Xadimi Vilayət Vəliyev də bilsin. Bəlkə o, bunları bilmir. Dissertasiya üzərində işləmək isə – problemin mahiyyətini və müasir elmi vəziyyətini öyrənmək, tədqiqat qarşısında qoyulan vəzifələri formulə etmək, tədqiqatın özünü aparmaq və nəticələr almaq, həmin nəticələri təhlil edib, dissertasiyanın ümumi nəticələrini formulə etmək və nəhayət, dissertasiyanın mətnini yazıb, tərtib etmək deməkdir. V.Vəliyev özü bunları 3 ayda edə bilərdimi? Niyə, hansı məqsədlə o, hər il magistrantları bu cür fəlakətli vəziyyətə salır? Bunu adicə qayda-qanuna riayət etməklə eləmək olmazmı? Sonra da o, ağız dolusu danışır ki, magistr dissertasiyası mövzuları real istehsalatdan götürülməlidir, tələbələr bu mövzuları özləri işlədikləri yerdəki (???) texniki problemlərin həllinə həsr etməlidirlər, əsl elmi tədqiqat olmalıdır və s. Özləri işlədikləri yerdəki texniki problemlərin həllinə həsr etməlidirlər? V.Vəliyev heç olmasa bilirmi ki, onun magistrantları haralarda işləyirlər? Bəlkə o, elə bilir ki, onlar Boeing və ya Microsoft şirkətlərində işləyirlər ki, oralardan da elmi tədqiqat mövzuları götürsünlər? Əgər tutaq ki, keçən il magistr dissertasiyası mövzuları səhvən, təcrübəsizlikdən tələbələrə vaxtında verilməmişdisə, biz ki, bu haqda yazdıq və məlumat verdik, bəs bu il niyə yenidən eyni hal təkrarlandı? Bütün bunlara universitetdəki tədris prosesini QƏSDƏN, BİLƏRƏKDƏN DAĞITMAQDAN BAŞQA BİR AD VERMƏK OLMAZ! Bu, tədrisə qarşı, universitetə qarşı, son nəticədə isə ÖLKƏMİZƏ QARŞI TƏXRİBATDIR!
Magistr dissertasiyalarının müdafiəsi haqqında da çox danışmaq istəmirik. Aydındır ki, belə vəziyyətdə 3 aya hazırlanan dissertasiyada heç bir elmdən, elmi tədqiqatdan söhbət gedə bilməz. Dissertasiyalar referativ formada, yalnız məlumat toplusundan, internetdən və ədəbiyyatdan götürülmüş icmallardan ibarət idi. Deyilməz dərəcədə formal və səviyyəsiz, tragikomik müdafiələr keçdi.
Yeri gəlmişkən, magistrantların işləməsi haqqında. Universitetə daha çox magistrant cəlb etmək üçün (əslində, daha çox maliyyə vəsaiti əldə etmək üçün) magistrantların dərsləri axşam saat 18:30-da başlanır ki, onların gündüz işləmək imkanları olsun, baxmayaraq ki, tələbələrin əyani tədris formasında işləməsi düzgün deyil. Bir axşamda 2 qoşa saat dərs olur. Tələbələr isə işlədiklərindən, heç bu vaxtda da dərsə gəlib çata bilmirlər, çoxu saat 19:00-dan da gec gəlir. Buna görə də 1-ci qoşa saatda da çoxu praktiki olaraq, dərsdə iştirak etmirlər. Bundan başqa, magistraturadakı dərslərin çoxu laboratoriyalarla, elmi-tədqiqat yönümlü fənlərlə əlaqədardır, axşamın bu vaxtında isə nə laboratoriya, nə elmi-tədqiqat? Beləliklə, magistratura dərsləri çox formal xarakter daşıyır.
Yeni tədris ili üçün isə V.Vəliyev magistraturanın tədris planlarını bir qədər də “təkmilləşdirib”. Kafedralara harada müzakirə olunduğu, harada qəbul edildiyi məlum olmayan yeni tədris planları göndərilib. Əvvəlki tədris planlarına əsasən magistrant 4 semestrin 3-də (yəni bir il yarım) auditoriya dərsi keçirdi, 4-cü semestr isə iki təcrübədə olurdu. Dissertasiya üzərində isə paralel olaraq 2 tədris ili müddətində işləyirdi. Yeni tədris planlarında magistraturada tədris əvvəlki kimi 2 ildə nəzərdə tutulub, ancaq, auditoriya dərsləri yalnız 1-ci tədris ilində (2 semestr) yer alıb. 2-ci tədris ilində isə hər biri 1 ay müddətində keçirilən Elmi-tədqiqat təcrübəsi və Elmi-pedaqoji təcrübə vardır, vəssalam. Yəni tələbələr 2-ci il demək olar ki, heç dərsə gəlməyəcəklər. Bəs nə ilə məşğul olacaqlar, axı iki ildir ki, rektor onların dissertasiya mövzularını universiteti bitirməyə 3 ay qalmış təsdiq etdirir? Bu sualın cavabı rektor V.Vəliyevin “sirridir”. Yenə tədrisdən kəsmək. Belə kəsilə-kəsilə hara qədər gedəcəyik?
Yuxarıda qeyd etdik ki, 2020-ci ildə təsdiq edilən “yeni” bakalvr tədris planları üzrə tələbələrin həftəlik tədris saatı 22 saata endirildi. Bəs bu real olaraq nə deməkdir? Əvvəlki tədris planları üzrə həftəlik tədris saatları 28 saat idi. İndi isə ixtisaslar birləşdirilsə də, həftəlik tədris saatları 22 saata endirilib. Ədalət naminə deyək ki, bunu V.Vəliyev etməyib, Təhsil Nazirliyi edib. Müqayisə üçün deyək ki, əgər yadınızdadırsa, bir vaxtlar sovet dövründə məktəb və institutlarda tədris həftənin 6 günü, hər gün adətən 6 saat olmaqla keçirilirdi. Bu isə həftədə 36 saat deməkdir. İndi isə − cəmi 22 saat. Bir də müqayisə üçün yada salaq ki, ibtidai məktəbdə, 1-ci sinifdə (!!!) məktəblilər 5 gün olmaqla, hər gün 4 akademik saat (hər bir akademik dərs saatı isə 45 dəqiqə olmaqla), yəni cəmi 20 akademik saat dərsdə otururlar. Deməli, bugünkü universitet tələbəsi bakalavriat demək olar ki, 1-ci siniflərin dərs rejimi üzrə oxuyur və real olaraq, 7 semestr, yəni 3 il yarım dərs keçir. Yekun buraxılış işi, kurs işi, kurs layihəsi də yoxdur. Ancaq hələ bundan da inciyən tələbələr (və rektorlar da) var.
Məsələyə başqa tərəfdən baxaq. 22 saatlıq tədris həftəsi o deməkdir ki, həftənin 4 günü 4 auditoriya saatı (iki qoşa saat), qalan bir gün isə 6 saat (3 qoşa saat) dərs keçilir. Yəni, saat 9:00-da dərsə başlayan tələbə saat 11:50-də dərslərini bitirib (iki qoşa saat), evə gedir. Saat 11:50 hələ demək olar ki, səhərdir, gün təzəcə başlayıb. Lap 1-ci sinif şagirdləri kimi. Belə də universitet olar? Buna görə də bütün günü boş qalan tələbə iş tapmağa, işləməyə çalışır. İşləyəndə də bu iki qoşa saatlıq dərsə gəlməyi də çətinləşir, dərsdən soyuyur... İndi AzTU-da bir çox fakültələr dərs saatları az olduğundan, hətta 4 günlük tədris həftəsinə keçiblər, dörd günün 3 günü 3 qoşa saat və bir günü 2 qoşa saat. Həftənin 3 günü isə tələbələr boşdur. Belə universitetdən hansı tələbə inciyər ki? Buna görə də V.Vəliyev universitetin auditoriya fondunu dağıdır, tədris auditoriyalarını öz şəxsi məqsədləri üçün boşaldır, yenicə alınmış partaları hesabdan silib, aparıb hara isə atır. Bəs bu 22 saatlıq tədris həftəsini kim qanuna salıb? İnsafən deyək ki, V.Vəliyev yox, Elm və Təhsil Nazirliyi (onu Elm və Təhsilsizlik Nazirliyi adlandırmaq daha doğru olardı)".

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Ardını oxu...
DİA.AZ: - Qəzənfərova Nərmin Rahim qızı ölkə başçısına müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mətbuatın ictimailəşdirməsini istədiyim müraciətim vasitəsilə bildirmək istəyirəm ki,Respubilka Dəri-Zöhrəvi Mərkəzinə TƏBİB tərəfindən Muşviq Zeynalovun baş həkim təyin edilməsindən narazı olan tək mən deyiləm.Orada narazı salınıb,irzikdirilən onlarla həkim tibb müəissəsini tərk etmək məcburiyyətində qaldı.Yəni sizin dəfələrlə vurğuladığınızın,tövsüyyələrinizin əksinə gedildi,65 yaşı tamam olan bir çox peşəkar həkimlərlə əmək müqaviləsinin uzadılmasına baş həkim Muşviq Zeynalov razı olmadı.

Beləcə zaman ötdü və baş həkim TƏBİB-də özünə tərəfdarlar topladı,orada yüksək vəzifədə çalışan qohumlarının xətti ilə "adamı" ,pulu,olmayan işçiləri də çörəyindən etdi.Onlardan biri də mənəm.

Belə ki,Respubilka Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Muşviq Zeynalov məni(Qəzənfərova Nərmin Rahim qızı) işlədiyim operator işindən kərgüzarlıq işinə keçirtdi.Oturduğum otaqdan çıxarıldım,toz-torpaq basmış,təmirsiz,giriləsi olmayan arxiv otağına keçirildim.Övladlarım üçün bir tikə çörək məcburiyyətindən dözdüm,arxiv otağını da öz hesabıma təmir etdirdim.Lakin bir müddət sonra eşitdim ki,baş həkim Muşviq Zeynalov məni kərgüzarlıq işindən də azad edib,xidmətçi kimi rəsmiləşdirib.Mən xidmətçi işinə keçirilməyimi 2 ay sonra bildim və buna narazılığımı bildirdim.Lakin o, "adın xidmətçi gedəcək,amma işləməyəcəksən,oturarsan öz otağında gəl razılaş.Yox kərgüzarlıq işində qalsan şənbə və bazar günləri də işə çıxmalı olacaqsan.Mən isə bildirdim ki,hansı qanunda var ki,bazar günü mən işə çıxımalıyam.Bu qanunu kim qəbul edib.Qaldı,şənbə gününə işim olarsa təbii gələrəm.Bu fikrimlə razılaşmadı.Özün bil,əks təqdirdə ərizəni yazacaqsan,yoxsa səni əmək məcəlləsinin 70 Ç maddəsi ilə işdən çıxardacağam",-deyərək məni hədələdi.

Mən isə onun təklifi ilə razılaşmadım,bu qərarından şikayət edəcəyimi bildirdim.Bu zaman o,tələm-tələsik məni təkrar kərgüzarlıq işinə qaytardı.Bir müddət sonra məlum oldu ki,guya mən işə aylarla gecikdiyimdən töhmət almışammış.Bunu necə rəsmiləşdirdilər bilmirəm.Həmin arada baş həkim Muşviq Zeynalov mənə izahat yazmağımı da bildirdi.

Baş həkimə "bir dəfə işə gecikmişəm,onda da azyaşlı oğlum yanımda olub.Buna görə,işçiyə töhmət yazarlarmı,heç olmasa xəbərdarlıq edəydiniz,bilirsiniz ki,kreditim var,kirayədə yaşayıram,qaçaraq övladlarımı məktəbə qoyub işə gəlirəm vəs."-fikrimi bildirdim.

Hörmətli cənab prezident!

Qarşı tərəf ədalətli və humanist davranmadı,31.08.2022-ci il tarixində Respubilka Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Muşviq Zeynalov tərəfindən Əmək Məcəlləsinin 70 ç maddəsi ilə işdən çıxarıldım,çox böyük haqsızlıqla üz-üzə qaldım.Qəribəsi də odur ki,mənim yerimə kadrlar şöbəsinin müdiri Nuridə Almazovanın qohumu işə götürüldü.O,iş saatlarını Nuridə Almazovanın otağında oturmaqla başa vurur.Sonradan anladım ki,baş həkim məni niyə kərgüzarlıq işindən çıxartmaq istəyirmiş.Çünkü bütün "işlərdə" kadrlar şöbəsinin müdiri Nuridə Almazova Respubilka Dəri-Zöhrəvi Mərkəzində Muşviq Zeynalov üçün öndə gedən 3 isimdən biridir.Ümumiyyətlə,orada çalışanların,işləyənlərin əksəriyyəti kadrlar şöbəsinin müdiri Nuridə Almazovanın,baş həkimin müavini Sevil Yusifovanın və baş həkimin qohumları,tanışlarıdır.Son 2 ildə orada aparılan "islahat" önününküləşdirmə,mənimsəmə,rüşvət alma prinsipləri üzərində qurulub.Buna görə də savadlı,mövqeyi olan bütün həkimlər oranı tərk etmək məcburiyyətində qaldılar.Çünkü pullu xəstələrin Muşviq Zeynalov tərəfindən özünə yaxın həkimlərə yönləndirilməsi baş verirsə,orada pasiyentlər qorxudulub onlara yüksək məbləğlər "oxunursa",arayış 10-15 manata satılırsa,xəstələrə normal dərmanlar verilmirsə,ən pullu vəzifələrdə baş həkimə yaxın şəxslər işləyirsə,ştat vahidlərinə müdaxilələr olursa,daha nələr-nələr yazmağa,utandığımdan deyə bilmədiyim hallar baş verirsə, təbii orada qalıb işləməyin nə dərəcədə çətin olduğunu təsəvvür etmək çətin deyil.Nümunə üçün deyə bilərəm ki,Kadrlar şöbəsinin müdiri Nurudə Almazova mənə yazdığı mesajı mən ifadə etməyə utanıram.

Baş həkim Muşviq Zeynalova bayramlarda,ad günündə konvertlər verilir,istədiyi xəstəyə istədiyi dərmanı verdir,orada istənilən işçinin davamiyyətinə göz də yumulur.Amma 2 uşaq anası,həyat yoldaşı demək olar işsiz olan,banklara krediti qalan mənə gəlincə -işdən çıxardılmalı oldum.Nəticədə şəhərdən gedib ucuz bir bağ evində yaşayası oldum,uşaqlarım normal məktəbə gedə bilmədilər,bir neçə xəstəliyimi müalicə etmək üçün pulum olmadı.Hansı əziyyətlərə qatlaşmalı oldum,ifadə etməyim çox çətindir.Baş həkim Muşviq Zeynalov Mənə zlüm etdi.

Beləliklə deyə bilərəm ki,Əmək Məcəlləsinin 70ç maddəsi ilə işdən çıxarıldığıma görə,bugünkü günə qədər heç yerdə işə düzələ bilmirəm.Dəfələrlə aidiyyatı qrumlara,hüquq-mühafizə orqanlarına müraciət etmişəm,hələki mənə dair edilən özbaşnalığa,pozulmuş hüququma obyektiv qiymət verən yoxdur.Odur ki,bu kimi laqeyid münasibətdən istifadə edən baş həkimin əməllərindən sizə-Azərbaycan Respubilkasının prezidenti İlham Əliyev cənablarına müraciət etmək məcburiyyətində qaldım.

Hörmətli cənab prezident!

2023-ci il Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.Ümummilli liderin yubileyi münasibətilə yüzlərlə kimsəsizlərə,əl tutulur,haqq-və hüququ pozulmuş şəxslərin haqqı özünə qaytarılır,inanıram onlardan biri də mən olacağam.İnanıram ki,Respubilka Dəri-Zöhrəvi Mərkəzində ştat vahidlərinə edilən müdaxilələrlə bağlı,ora ayrılan dövlət vəsaitinin təyinatı üzrə xərclənməsinin yoxlanılması üçün Azərbaycan Respubilkasının Maliyyə Nazirliyinə göstəriş verəcəksininz.İnanıram Respubilka Dəri-Zöhrəvi Mərkəzinin yenidən təşkilinə,orada həkimlərin və məni kimi bir tikə çörəyini qazanan şəxslərin nə səbəbə,hansı maraqlardan irəli gələrək işdən çıxardılmasının araşdırılması üçün hüquq-mühafizə orqanlarına göstəriş verəcəksiniz.Çünkü mənim elə pulum yoxdur ki,Əmək Məcəlləsinin 70ç maddəsi ilə işdən çıxardılmağımı məhkəmə müstəvisində həll edəm.Eləcə də TƏBİB-ə,ƏƏSMN-yə etdiyim müraciətlər Muşviq Zeynalovun lehinə həll edildiyindən bu qrumlara təkirar-təkirar müraciət etməyimdə heç bir məna görmürəm.Mən nə qəbahət etmişdim ki, Əmək Məcəlləsinin 70ç maddəsi ilə işdən çıxardılmışdım məntiqinə bu qrumlardan müsbət cavab ala bilmədim.Respubilka Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Muşviq Zeynalovun pulu,TƏBİB-də adamları var,bir sözlə "əli uzundur,hər yerə çatır",mənim isə göydə ALLAH,yerdə ümüd etdiyim SİZSİNİZ.Bu səbəbdən ancaq və ancaq mətbuat üzərindən şəxsinizə müraciət etməyi məqsədə uyğun bilirəm.Allahın lütfü böyükdür,inanıram birgün haqq öz yerini tutacaqdır.Mənə bu dünyanı dar, 2 balamı isti evindən,bir tikə çörəyindən edənlər sizin sayənizdə cəzalarını alacaqlar".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Gəncə şəhər sakini 26 il istifadəsində olan 30 sot torpaq sahəsinin zorla əlindən alınaraq bir neçə şəxsə ev tikmək üçün satıldığını iddia edib.

Sabir Quliyev “Xəzər Xəbər”ə bildirib ki, 1988-ci ildən Gəncə Şəhər İcraiyyə Komitəsinin qərarı ilə 30 sot ərazidə yaradılan “Stroitel” kooperativinin sədri olub.

1993-cü ildə isə kooperativi “Sabit” müstəqil kooperativi kimi qeydiyyatdan keçirib. 26 il həmin ərazidə bağçılıqla məşğul olub və bir sıra xidmətlər göstərib. Ancaq 2014-cü ildə vəziyyət dəyişib.

Onun iddiasına görə, həmin vaxtlarda bu cür halla üzləşərək zərər çəkən yeganə şəxs o deyil.

Ərazidə torpaq sahəsi alaraq ev tikənlər də bu məsələ ilə bağlı özlərini təqsirli bilmirlər.
Qeyd edək ki, Gəncə sakininin torpaq sahəsini qanunsuz zəbt edərək satmaqda ittiham edilən Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Məharət Mustafayev və Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin keçmiş müdiri Əli Rüstəmov üç ildir ki, korrupsiya cinayətlərinə görə həbsdədir.

Gəncə Şəhər İcra Hakimiyyəti isə əvvəlki illərdə bu cür hallarla üzləşən sakinləri hüquqlarını məhkəmə yolu ilə bərpa etməyə çağırıb.

Daha ətraflı süjetdə:

 
Ardını oxu...
Təkrar-təkrar Ulu Öndərin fikirlərini sitat gətiririk: “Bir ağacın budağı kəsiləndə elə bil qolumu kəsirlər”. Ulu Öndərin bu barədə daha kəskin fikirləri də var: “Bakıda bir ağacı əkib-böyütmək, bir övladı böyütməyə bərabərdir. Vaxtilə Bakıda ağaclar yox idi. Bakıxanov, Badamdart qəsəbələrində, Xalqlar dostluğu parkında nə boyda əziyyətin hesabına yaşıllıqlar saldıq, becərdik. Bunu xalq üçün, millət üçün, Bakının iqlimi üçün edirdik. O ağacları kəsib yerini baqqalxanaya çevirənlər bu ölkəyə xəyanət ediblər. O ağacları bərpa etmək indi çox çətindir. Hesab edin ki, o ağacları kəsənlər mənim balalarımın başını kəsiblər. Onlar haqq-ədalət məhkəməsi qarşısında cavab verməlidir. Orada gəlib baqqal dükanı salanlar, xüsusi mülklər tikənlər var, onların hamısını dağıtmaq, qovmaq, uçurtmaq lazımdır..”
Bəli, Ulu Öndər ağacları kəsib yerində baqqal dükanı, xüsusi mülklər, nə bilim restoranlar, şadlıq evləri tikənlər üçün konkret cəza tələb edirdi: Həmin şəxslər haqq-ədalət məhkəməsi qarşısında cavab verməli və onlar həbs olunmalı idilər. Həmin obyektlər isə qeyri-qanuni olduğu üçün məhkəmənin qərarı ilə sökülməli, dağıdılmalı, uçurulmalı idi…
Bəli, Ulu Öndərin buyurduğu kimi uçurdulub, dağıdılmalı obyektlərdən biri də Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan 19 ünvanda yerləşən “Bulaq” restoranı, Bulaq Palace-dir.
Ardını oxu...
İndi gəlin izah edək ki, bu obyektlər niyə və nə üçün dağıdılmalıdır..?
Onu da qeyd edək ki, restoranın sahibi əslən Ağcabədidən olan Quliyev Eldar Müseyib oğludur. Sahəsi 9503 kvadratmetr olan torpaq sahəsi natamam sənədlər əsasında Biləcəri bələdiyyəsi tərəfindən 15 avqust 2005-ci il tarixli müqaviləyə əsasən park və ictimai iaşə məqsədləri üçün "Bulaq" restoranının sahibi Quliyev Eldar Müseyib oğlunun istifadəsinə verilib. Mediada yayılan rəsmi xəbərlərdən o da bəlli olur ki, 2017-ci ildə "Bulaq" restoranı ərazisində ağacların məhv edilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Həmin ünvandakı yaşıllıq sahəsinə keçirilən baxış zamanı restoranın həyətində 20-44 sm diametrliyində 67 ədəd Eldar şamının kökü üstə qurumuş vəziyyətdə olduğu və 2 ədəd ağacın isə kəsilmiş kötükləri aşkar olunub. Nəticədə təbiətə 57 min 360 manat məbləğində ziyan vurulması müəyyən edilib. Ağacların quruma səbəblərini müəyyənləşdirmək məqsədilə ağacların dibindən torpaq nümunələri götürülərkən torpaq səviyyəsindən 5 sm dərinlikdə ağacların dib kötüyünün həlqəvi olaraq 5-6 sm enində kəsici alətlə boy artımının dayandırılması dərəcəsinədək ciddi zədələndiyi, kötüklərinin yandırıldığı, həmçinin ağacların dibinə məqsədli şəkildə kristallaşdırılmış NaCl-Natrium Xlorid duzu tökülərək məhv edildiyi müəyyən olunub.
Həmin faktla bağlı Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə), 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. İstintaq zamanı “Bulaq” restoranının sahibi Quliyev Eldar Müseyib oğlunun gələcəkdə yenidənqurma işləri aparmaqla iaşə obyektinin gəlirliliyini artırmaq, əlavə köşklər tikmək, mövcud olan sahəni genişləndirmək və bununla da ərazidəki yaşıllıqları qəsdən məhv etməsi müəyyən olunub. Və Eldar Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, 57 min manat cərimə olunub. Bəs sonra nə olub..? Sanki qurbağa gölünə daş düşüb. Və bu barədə ölkə mediasında bircə cümlə də yoxdur.
Redaksiyamıza daxil olan məlumata görə, Eldar Quliyev bir neçə aydan sonra azadlığa çıxıb və köhnə əməllərini davam etdirməyə başlayıb. Birincisi, bizim məlumatımıza görə, həmin ərazidə 67 ədəd deyil, yüzlərlə şam ağacı məhv edilib. Bəs nə üçün Eldar Quliyev 57 min cərimə və 3-4 aylıq həbslə canını qurtara bilib..? Bu həbs olunma və buraxılma bir neçə dəfə olub..? Bunları oxuyanda adam düşünür ki, vallahi müdriklər düz deyib ki, Quran oxumaqla o darıdan çıxan deyil. Çünki bu boyda cinayət əməllərindən sonra Eldar Quliyev azadlıqda əməllərini davam etdirir və obyektlər də fəaliyyətini... Adam utanır yaza ki, dəyirman bildiyini edir...çaxçax...
Nə isə Eldar Quliyevə deyirik ki, biz boş yerə başımızı ağrıdanlardan deyilik, sənin haqqında bildiklərimizin 100-də birini yazdıq, heç olmasa get kəsdiyin ağacların yerində yaşıllıqlar yarat, düşünmə ki, bəzi adamları susdurduğun kimi, bizi də susdura bilərsən. //gundelik-baku.com//
 
Ardını oxu...
Lənkəran rayonu, Haftoni qəsəbə sakini Rüstəmov Hikmət Əlizadə oğlu tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, əlində ciddi sübutları olmasına baxmayaraq, onun şikayətinə baxılmır:

"Mən, Rüstəmov Hikmət Əlizadə oğlu, yazaraq diqqətinizə çatdırıram ki, 9 ilə yaxın Haftoni qəsəbəsində, Soltan Əliyev adına məktəbdə işləmişəm. Məktəbin direktoru Ağayeva Sevər Adil qızının çirkin əməllərinə qarşı gəldiyim üçün, məni şərə salıb məktəbdən uzaqlaşdırdı. Halbuki, mənə şər-böhtan atanlar haqqında əlimdə yüzlərlə sübütüm var.

Mən Lənkəran rayonu Haftoni qəsəbə məktəbində təsərrüfat işləri üzrə direktor müavini işləmişəm. Direktorun korrupsiya əməllərinə etiraz etdiyim üçün işbirliyində olanlarla birləşərək, məni şərləyib işdən çıxartdılar.

Direktorun qardaşı Vüqar Məmmədov icra başçısı Taleh Qaraşovun müavini vəzifəsində işləyir deyə, o, Lənkəranda “at oynadır”. Başçının müavini Rəsilə xanım da onlara yardım edir. Məhkəmə, polis sanki mənim əlimdə heç bir sübütum yoxmuş kimi davranırlar.

12.07.2023-cü il tarixində yenidən məhkəmə olacaq. Belə fikirləşirəm ki, məni yenə şərləyib həbs etdirəcəklər. Bu səbəbdən, sizdən xahiş edirəm ki, mənim müraciətimi işıqlandırın.

Məni 12.03.2021-ci ildə işdən çıxarıblar, həmin vaxtdan etibarən bütün kamera görüntülərini siliblər. Rüşvət aldıqları açıq-aşkar idi. Hakimə və yaxud da heç bir polisə maraqlı deyil ki, kamera görüntüləri niyə silinib? 9 ildə oduna, təmirə, dəftərxanaya və s. üçün ayrılan vəsaitlər mənim imzam atılaraq mənimsənilib.

3 ildir işsizəm, 3 övladım var. Ailəmi dolandırmaqda çətinlik çəkirəm. Həmin direktorun əlimdə səs yazıları var, amma baxmırlar. Direktor Sevər Ağayeva məni məcbur edirdi ki, xadimələrdən 50 manat pul yığım. Əlimdə bunun sübutu da var. Üzümə durmağa qoyulan şəxslərdən biri olan Hüseynov Tofiq xadimə vəzifəsində olsa da, əslində, məktəbin bufetini 30 ildən artıqdır işlədən adamdır. Bütün bunlarla yanaşı, direktor hamilə xadimələrin pulunu da mənimsəyirdi. Bu qədər biabırçılığa göz yumulur, səbəb isə direktorun qardaşının başçının yanında işləməsidir”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...





 
Ardını oxu...
İyunun 29-da Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus “Uğur-2” yaşayış kompleksində liftin sıradan çıxması nəticəsində 6 nəfərin müxtəlif bədən xəsarətləri alması geniş rezonans doğurdu.

Qəzadan sonra zərərçəkənlərlə bağlı qısa açıqlama verən TƏBİB-dən bildirilib ki, qurumun tabeliyində olan Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları çağırış əsasında hadisə yerinə cəlb edilib:

“Dörd nəfər qadın müxtəlif travmalarla TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub”.

Daha sonra yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

Bundan başqa, “Uğur-2” yaşayış kompleksindəki binalarda baş verən hadisə ilə əlaqədar Sabunçu Rayon Prokurorluğunda araşdırma aparıldığı qeyd olunub. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində şəxslərin xəsarət alması və xəsarətin dərəcəsi təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən müəyyən ediləcək.

“Hadisənin baş vermə səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”.

Qeyd edək ki, bu, baş verən hadisə və onun ətrafında cərəyan edən proseslərə yanaşmanın rəsmi tərəfidir. Ancaq məlum hadisənin görünməyən tərəfləri də var və onlarla bağlı çox ciddi məqamlar üzə çıxıb.

“Uğur-2” yaşayış kompleksidir, yoxsa əhalinin talandığı yer?

Əvvəlcə bir məsələyə aydınlıq gətirək. “Uğur-2” yaşayış kompleksi 2005-ci ildən istifadəyə verilib və “Akkord” Sənaye və Tikinti Korporasiyasının Bakıxanov qəsəbəsində inşa etdiyi 8 binadan ibarət yaşayış kompleksidir.

Hər biri 20 mərtəbədən ibarət olann 8 binanın birinci mərtəbələri ticarət məqsədi ilə istifadə edilir. Ümumilikdə isə kompleksdəki 1850 mənzildə 7 min nəfərə yaxın sakin məskunlaşıb. Bundan əlavə, kompleksin 3 binasının altında 700-1000 maşının yerləşə biləcəyi avtomobil parkı də fəaliyyət göstərir.

Elə bu səbəbdəndir ki, “Uğur-2” tez-tez ya əl dəyişikliyi, ya da şirkət dəyişikliyinə məruz qalıb. Çünki sözügedən yaşayış kompleksi “Akkord”dakı “görünməyən şəbəkə” üçün külli miqdarda gəlir mənbəyi olub və hazırda da bu “funksiya”nı yerinə yetirir.

Bu “şəbəkə”yə daxil olan şəxslərin sayı olduqca məhduddur. Görünür, elə bu səbəbdəndir ki, həmin qrup çoxlarının nəzərindən yayına bilib. Lakin son hadisə, yəni məlum lift qəzası nəticəsində bir neçə şəxsin xəsarət alması həmin “şəbəkə”nin ortaya çıxmasına, narahat olmasına və təbii ki, qorxuya düşməsinə səbəb olub. Hərçənd onlar özlərini yenə “pərdə arxası”nda saxlamaq üçün önə başqalarını veriblər. Halbuki həmin adamların sözügedən “şəbəkə” üçün pul yığmaqdan başqa heç bir funksiyalarının olmadığı bəllidir. İndi isə keçək əsas mətləbə və işin detallarına.

Quraşdırılan liftlərin istismar müddəti bitibmi?

Hazırda “Uğur-2” yaşayış kompleksində istismar olunan liftlər hələ 2005-ci ildə quraşdırılıb. O vaxt dövlət başçısı İlham Əliyev kompleksin açılışına qatılacağı səbəbindən liftlərin quraşdırılması tez-tələsik həyata keçirilib. Hətta bu iş o qədər sürətlə icra edilib ki, texniki təhlükəsizlik qaydalarına əməl olunması heç kimin ağlına gəlməyib.

Çin istehsalı olan liftlərin istismar müddəti isə demək olar ki, bitib. Çünki uzun zamandır düzgün quraşdırılmayan və lazımi səviyyədə təmir olunmayan liftlər hələ xeyli əvvəldən sakinlər üçün problemə çevrilib. Bununla bağlı yaşayış kompleksinin komendantlığına edilən saysız-hesabsız müraciətlərin də heç bir nəticəsi olmayıb. Ona görə ki, komendantlıq məhz “Akkord”da kök atmış qrupun təlimatına əsasən liftləri dəyişmək əvəzinə, onları kosmetik təmir etməklə kifayətlənib. Bunun səbəbi isə çox sadədir: Quraşdırılandan bəri “lift pulu” adı ilə yığılan pulların təyinatı üzrə xərclənməyərək mənimsənildiyi iddia olunur. Üstəlik, yığılan pullar heç bir rəsmi hesabata daxil edilməyib.

Sakinlər çox əvvəldən liftlərin durumunun pis olduğunu, bunun faciə ilə nətəcələnəcəyi barədə rəhbərliyə xəbərdarlıqlar ediblər. Hətta bir neçə il bundan əvvəl kompleksdəki binalardan birində analoji qəza baş versə də, haqqında danışılan “şəbəkə” hadisənin ictimailəşməsinin qarşısını ala bilib. İkinci hadisədən sonra isə narahatlıq yaransa da, onlar elə zənn edirlər ki, məsələni yenə “ənənəvi üsul”larla qapalı saxlamağa nail olacaqlar.

Qədirovun “jeton” biznesi

Qeyd edək ki, hal-hazırda “Uğur-2” yaşayış kompleksinə Həşim Qədirov rəhbərlik edir. Konkret desək, o, kağız üzərində mövcud olan “ProLife” MMC adlı şirkətin idarəçisi funksiyasını həyata keçirir.

Qədirov uzun müddət “Uğur-2”də fəhlə və adi əməkdaş kimi fəaliyyət göstərib. Lakin fərdi “bacarığı” və “uzaqgörənliyi” sayəsində komendant postuna qədər yükəslib. Düzdür, bu yüksəlişdə yalnız sadaladığımız məziyyətlər deyil, həm də onun digər xüsusiyyətləri mühüm rol oynayıb.Qədirovun fəaliyyətinin əsas istiqamətlərindən biri də onun “Uğur-2”də uzun müddətdir, müxtəlif “eksperiment”lər həyata keçirməsidir. Həmin “eksperiment”lərdən biri də komendantın “jeton” biznesidir.

Adi plastik düymədən ibarət olan və “Sədərək” Ticarət Mərkəzində satılan 10-15 qəpiklik bu “jeton”lar Qədirov və himayəçilərinin asan gəlir mənbələrindən biridir. Belə ki, vurğulanan “jeton”lara sahib olmadan liftdən istifadə etmək mümkün deyil. 6 aydan bir məqsədli şəkildə dəyişdirilən ”jeton”ları isə sakinlərə 10 manata satırlar. Təsəvvür edin ki, 8 yaşayış binasında 1850 mənzil var. Hər mənzildə ən azı iki nəfər bu “jetona” ehtiyac duyur. Bu isə o deməkdir ki, “eksperiment” müəllifləri bu biznesdən hər 6 ayda 37 min, ildə isə 74 min manat pul qazanırlar.

Elə zənn etməyin ki, bu pullar komendant Qədirovun təbirincə desək, “liftlərin təmiri və ya yenidən qurulmasına sərf olunur”. Əksinə, həmin pullar Qədirov və onu himayə edənlərin əlavə qazanc mənbələrindən biridir. Məhz bunun nəticəsidir ki, “Uğur-2” kompleksinin komendantı qısa müddətdə qiyməti 60 min manat olan “BMW f10” markalı avtomobilə sahib olub. Bu siyahıya dəyəri 100-150 min manat olan ticarət obyektlərini də əlavə etsək, o zaman yığılan pulların hara xərcləndiyini görmək mümkündür.

Xatırladaq ki, sakinlərə məcburi qaydada “jeton” satılması qanuna ziddir, qadağandır. O “jeton” sakinlərə pulsuz verilməlidir. Bunu özləri də bilirlər, lakin sakinlərin sadəlövhlüyündən yararlanaraq bu yolla varlanmağa davam edirlər.

Kommunal pulu hara gedir?

“Uğur-2” yaşayış kompleksində hər ay mənzilbaşına minimum 27 manat kommunal pulu yığılır. Bu məqsədlə yığılan hər ay 50 min manata (illik isə təqribən 600 min manat) yaxın pulun çox az qismi zibillərin daşınmasına və kompleksin həyətinin abad saxlanılmasına sərf olunur. Bundan başqa, elektrik və su israfına də aylıq pul yığılır. Ancaq nə qədər qəribə olsa da, hazırda da “ProLife” MMC-nin sudan istifadəyə görə dövlətə borclu olduğu deyilir. Yeri gəlmişkən, kompleksdə kommunal xidmətlər üzrə pulların yığılması prosesinə Qədirovun bacısı oğlunun rəhbərlik etdiyi deyilir.
Həmin pulların yığımı heç də hər hansı ödəniş terminalı vasitəsilə həyata keçirilmir. Sakinlər özləri komendantlığa gələrək, orada ödəniş edir və əvəzində çek alırlar. Qanuna əsasən isə yaşayış kompleksini idarə edən “ProLife” MMC sakinlərə ödəniş müqabilində çek verməməlidir. Sakinlər ödəniş üçün vəsaiti konkret hesaba köçürməlidirlər. Bunun üçünsə xüsusi bank hesabı olmalı və MMC də həmin hesabdan pul çəkərək, lazım olan xərcləri qarşılamalıdır.

Lakin Həşim Qədirov və onun himayədarları qanuni yolla həyata keçirilməli olan ödənişlərdən qazanc əldə edə bilmədiklərindən, elə “dədə-baba qaydası”na üstünlük verirlər. Təqdim etdikləri çeklərin isə nə kökü var, nə də qanuni əsası. Yığılan pullar bir kassaya toplanır. Əsl “əməliyyat” bundan sonra başlayır. Hesabı-kitabı olmayan o pullar ayrı-ayrı şəxslərin “ehtiyac”larına, məqsədlərinə sərf olunur.
Normalda isə yığılan pullar kompleksin abadlığına, liftlərin yenilənməsinə, habelə, bu qəbildən olan digər işlərə sərf olunmalıdır. Lakin Qədirov və himayədarları üçün bu sadalanan işlərin heç bir əhəmiyyəti yoxdur.

Ayda 30 min gəlir gətirən parkinq xidməti

Yuxarıda qeyd etmişdik ki, “Uğur-2” yaşayış kompleksinin nəzdində 700-1000 maşınlıq tutumu olan avtomobil parkı mövcuddur. Bu parkinq ərazisində avtomobilini saxlamaq istəyən sakin hər ay 30 manatından keçməlidir. Bu da ayda 30 min manata yaxın əlavə gəlir deməkdir. “Uğur-2”nin komendantlığı bu pulları da tam həcmdə rəsmi qeydiyyata salmır. Rəsmi hesabata həmin vəsaitin sadəcə, cüzi hissəsi daxil edilir. Bu da ona görə lazımdır ki, yerdə qalan vəsaiti asanlıqla mənimsəmək mümkün olsun.

Bütün bunlar “Uğur-2” yaşayış kompleksində baş verən qanunsuzluqların yalnız bir qismidir. Məsələn, kompleksin idarə olunması üçün ildə 4 MMC dəyişdirmək kimin ağlının məhsuludur? Həmin MMC-lərin 1,5 milyon manatlıq vergi borcu niyə gizlədilir və Sabunçu Vergi Xidməti İdarəsinin bu məsələnin üzə çıxarılmamasında hansı marağı var?

Bütün bunlar azmış kimi, kompleksin bir sıra sakinləri “köhnə kommunal borc” şantajı ilə üz-üzə qalıb. Niyə? Yaxud Ailə TV internet provayderi “Uğur-2” kompleksində ötürücü stansiya quraşdırmaq üçün illik nə qədər pul ödəyir? Nəhayət, ən əsası “Akkord”un baş ofisində bu işlərə rəhbərlik edən şəxs kimdir?

Bunlar ritorik yox, konkret cavab tələb edən aktual suallardır.

www.yenicag.az
 
Ardını oxu...
Yazıya giriş olaraq onu qeyd edək ki, mediada Qobustan Rayon Mərkəzi Xəstəxanasında ( RMX ) baş verən qanunsuz əməllər barədə kifayət qədər yazılıb. Belə ki, Qobustan RMX-də xəstəlik kağızı, sürücülərə tibb arayışları verilməsi adı altında pullar yığılır. Xəstəxanada cari xərclər, yanacaq təminatı adı ilə hər ay xeyli miqdarda dövlət vəsaiti mənimsənilir. Daha sonra bu xəstəxananın adı mediada saxta əlillik dərəcəsi verilməsi ilə bağlı dəfələrlə hallanıb. Hətta yalandan hər ay 50 nəfərin guya xəstəxanada yatmasını ( ambulator müalicə ) kağız üzərində yazıb, onlara ayrılan qida və ərzaq məhsullarını satırlar. Bundan əlavə Qobustan Rayon Mərkəzi Xəstəxanasında işçi kimi adları qeyd edilmiş, lakin iş yerinə gəlmədən yalnız staj toplayan 30 nəfərə yaxın tibb işçisinin maaşları da mənimsənilir.
Sözün qısası, Qobustan Rayon Mərkəzi Xəstəxanası sanki cinayət məkanıdır. İndi görək, Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin inzibati məsələlər üzrə müavini Kərimov Bəhman Bəxtiyar oğlu kimdir, nəçidir, hansı əməlin sahibidir..?
Məlumat üçün onu da qeyd edək ki, Bəhman Kərimov Azərbaycan Dövlət Tibb Universitetini deyil, özəl Azərbaycan Beynəlxalq Universitetini bitirib. Sonra ikinci ali təhsil alıb. Deməli, baş həkimin müavini saxta yol vərəqələri yazaraq olmayan təcili yardım çağırışları adı altında kifayət qədər pul mənimsəyir. Bu hələ harasıdır..?
Deməli, Qobustan rayon Mərkəzi Xəstəxanasında Bakıdan gələn həkimlər də çalışır. Baş həkimin müavini Bəhman Kərimov uzaqdan gələn həkimlərə nəqliyyat servisi adı altında hər ay hər həkim üçün 100 manatı mənimsəyir, həmin maşınlara sərf olunan benzin isə dövləti vəsaiti hesabına ödənilir.
Bəhman Kərimov yuxarıda qeyd etdiyimiz kimi, yalandan təcili yardıma çağırış vərəqələri yazaraq hər ay kifayət qədər yanacaq, benzin silir, hələ üstəlik ehtiyyat hissələri üçün pullar ayırıb mənimsəyir. Bütün bunlar azmış kimi bu adam bütün fırıldaqlara əl atıb və sonda... Guya işıq sönməsi səbəbi ilə alternativ olaraq generatorlardan, dizel yanacağından istifadə etmək adı ilə xeyli miqdarda dövlət vəsaitini mənimsəyib. Hansı ki, sabah Azərişıq tərəfindən xırda bir araşdırma aparılsa, bəlli olacaq ki, ümumiyyətlə, həmin günlər işıq sönməyib.
Sözün qısası, Qobustan Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Bəhman Kərimovun cinayət əməlləri bitmək bilmir. Və ona kimsə irad bildirsə, deyir ki, mənim arxamda TƏBİB boyda qurum var, kimsə mənə heç nə edə bilməz. Daha dəqiq desək, Bəhman Kərimov, hər yerdə TƏBİB-in İnzibati idarəetmə departamentinin rəhbəri Nurlan Quliyevin adını hallandırır, deyir ki, mən Nurlanın adamıyam.
Bütün bunlardan bizim bir media olaraq xəbərimiz varsa, görəsən, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun xəbəri nə üçün olmasın...? Bəs, TƏBİB-in departament rəhbəri Nurlan Quliyev bu barədə nə düşünür..?
Amma Qobustan rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin müavini Kərimov Bəhman Bəxtiyar oğlu bilmir ki, Qobustan rayonunda "Azərişıq"dan başqa alternativ enerji istehsal edən qurğular da var. Burada təbii fəlakət olmasa, dizel yanacağına ehtiyac olmur. Hətta hörmətli Bəhman həkim bilməlidir ki, ABU-dan qazandığı diplomun əsasında 2-ci təhsil aldığı vaxtda, yəni həmin ərəfədə "Kapital Bank"da işləmişdir və "Kapital Bank"dan işdən çıxarkən də "Kapital Bank" tərəfindən mənfi xarakterizə olunmuşdur.
Qobustan xəstəxanasında işçilərlə, sanki Qobustan həbsxanasının dustaqları kimi rəftar edən, Bəhman həkim, onunla hesablaşmayan işçilərin üzünə adam durquzaraq, işdən çıxarmaqla hədə-qorxu gəlir. Bəhman Kərimov 2022-ci ilin oktyabr ayından həmin vəzifəyə təyin olunduğu vaxtdan hansı vasitələrlə deyə bilmərik, özünə aldığı son model "KİA SORENTA" maşınına 77-KB-779 nömrəni almaq üçün kiməsə 6000 dəfə sag ol deyib.
Baxın, demək olar ki, Kərimov Bəhman 77-777-yə yaxınlaşmaq istəyib, amma buradakı maraqlı və diqqət çəkən məqam nömrənin orta seriyası KB, yəni Kərimov Bəhman. Olsun, biz hamının maşınının olmasına sevinirik.
Bundan əlavə, Kərimov Bəhman vəzifəyə təyin olunar-olunmaz özünə Qobustan rayonu ərazisində Bakı-Şamaxı yolunun kənarında böyük bir restoran tikib.
Biz inanırıq ki, belə getsə Bəhman Kərimov Qobustan rayon Mərkəzi Xəstəxanasını da özəlləşdirəcək. Bəhman Kərimov özünün malını-mülkünü, rayonun sayılıb-seçilən şəxslərinin səviyyəsinə çatdırmağa da and içərək dayanmadan pul qazanmaqla məşğuldur.
Biz isə bir media qurumu olaraq, malını-mülkünü artırmağa and içən Bəhman Kərimovdan soruşuruq, sən rəsmi olaraq həkim adını almısanmı? Almısansa Hippokrata and içmisən...? And içməmisənsə təcili Hippokratı tap, sonrası...
Bəli, Qobustan xəstəxanasında durum biz gözlədiyimizdən də ağır imiş. Amma Hüquq Mühafizə Orqanlarımızın orada aparılacaq yoxlamaları, dövlət büdcəmizdən yayındırılan hər qəpiyin, onu oğurlayan şəxslərə geri qaytarılmağını məcbur edəcək. Ardı var... //gundelik-baku.com//
 

Dünyapress TV

Xəbər lenti