Ardını oxu...
Şamaxı rayon İqbal Rəsulov adına Muğanlı tam orta məktəbinin direktor müavini Rəsmiyyə Mirzəyevanın yeniyetmə yaşlı oğlu ilə bağlı paylaşılan video ikrah doğurib.

Belə ki, uşaq qəlyan çəkərkən görüntülənib.

Bu barədə sosioloq-jurnalist Elçin Bayramlı paylaşım edib.

O qeyd edib ki, bununla bağlı ona müraciət göndərilib. E.Bayramlı bununala bağlı tədbir göndərilməsi ilə bağlı müvafiq orqanlara çağırış edib.
Həmin müraciəti olduğu kimi təqdim edirik: "Müvafiq orqanların nəzərinə. Mənə göndərilmiş bir müraciətə baxın və tədbir görün.
Salam hörmətli Elçin müəllim !
Videoda gördüyünüz QƏLYAN çəkən oğlan Şamaxı rayon İqbal Rəsulov adına Muğanlı tam orta məktəbinin direktor müavini RƏSMİYYƏ MİRZƏYEVA-nin həmin məktəbin 7-ci sinfində oxuyan oğlu TƏVƏKKÜL MİRZƏZADƏ-dir. Dəfələrlə məktəbdə baş verən tərbiyəsizliklər, özbaşınalıqlar və qanun pozuntuları ilə bağlı lazımi qurumlara məlumat verilsə də heç bir ölçü götürülmür.
Nəzərinizə çatdırım ki, bu məktəbdə QƏLYAN ÇƏKƏN aşağı sinif şagirdi təkcə bu oğlan deyil ! Xahiş edirəm, kömək edin, ölçü götürün. Bu videonun rəsmi qurumlara çatmasında köməklik göstərin.
Xahiş edirəm, kömək edin!
Gələcəyimiz olan uşaqları o məktəbda baş verən pis əməllərdən xilas edin!"

 

 
Ardını oxu...
 
Zaman-zaman dövrü mətbuatda vəzifəsindən sui-istifadə edərək rəhbərlik etdiyi təhsil müəssisəsini öz şəxsi məqsəd və maraqları üçün qazanc obyektinə çevirən xanım məktəb direktoru barədə çeşidli məlumatların şahidi olmuşuq. Bu cür məlumatlara bu gündə rast gəlirik. Hətta daha betərlərinə belə. RealMedia.az bu dəfə də Beyləqanda daha bir qadın məktəb direktorunun, əndazəni aşan hərəkətləri barədə ilginc məlumatlar əldə edib.
Belə ki, redaksiyamıza daxil olan məlumatlarda Beyləqan rayon F.Quliyev adına Eyvazallar kənd tam orta məktəbin drektoru Günel Cavadlının məktəbdə şagirdlərə 44 günlük Vətən müharibəsi şəhidlərinin fotolarını satdığı vurğulanır.
Valideynlərdən verilən məlumatlara görə, Günel Cavadlı Beyləqan şəhidlərinin fotolarını xüsusi çərçivəyə saldırmaqla, bayrağımızla birlikdə 20 (iyirmi), bayrağsız isə 19 (on doqquz) manata şagirdlərə satır. Bu iyrənc alverin təşəbbüskarı və “ideya müəllifi” xanım direktorun özüdür.
Xanım direktorun Vətən qəhrəmanlarımızın fotolarını alver predmetinə çevirməsi kənd sakinləri tərəfindən etirazla qarşılansa da,
kənd ağsaqqalları və ziyalıları bu etirazı alovlanmağa qoymayıb, qarşısını alıblar.
Bildirilir ki, xanım direktorun əri Rüfət Ələkbərli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) dələduzluq maddəsi ilə həbs edilib.
Xatırladaq ki, hələ 04 noyabr 2022-ci ildə saytımızda “Beyləqanda məktəb direktorunun əri barədə cinayət işi açılıb – Həbsli axtarış verildi” sərlövhəli yazı dərc edilib. Hələ o vaxtı Beyləqan rayon Eyvazalılar tam kənd orta məktəbinə yeni təyin olunmuş xanım direktorunun ərinin barəsində həbsli axtarış elan olunduğunu yazmışdıq.
Həmin vaxt xanım direktor Günel Cavadlının həyat yoldaşı olan Rüfət Ələkbərliyə qarşı Azərbaycan Respublikası CM-nin 178.2.4 və 342-ci (hərbi hissəni özbaşına tərk etmə)maddələri ilə barəsində cinayət işi açılıb və Rüfət Ələkbərli barəsində həbsli axtarış verilmişdir. O, Qarabağ qazisinə 28.000(iyirmi səkkiz min) manatlıq dələduzluq etməkdə iittiham olunurdu. Həmçinin, həmin yazımızda Rüfət Ələkbərli barəsində 26 000 min manat mülki idda barədə məhkəmə qətnaməsinin olduğu da qeyd edilmişdir.
Hər halda əri dələduzluq və hərbi hissəni öz başına tərk etmə maddəsi ilə həbs olunan xanım dirlektordan bundan başqa nəsə gözləmək də olmaz. Görünür, o da ərini həbsdən çıxarmaq üçün Beyləqan şəhidlərinin fotoları üzərində alver etmək qərarını verib.
Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
RealMedia.az
 
Ardını oxu...
İllərdir ki, susuzluqdan danışılanda hamımız bir ağızdan "Yezidə lənət" oxuyuruq ki, susuzluqdan yanan peyğəmbər ailəsinin üzvlərinə bir içim su verməyib. Hamımız da lap uşaqlıqdan düşünürdük ki, "İlahı sudan bol nə var ki, onu Yezid onu imamlardan əsirgəyib"...

Amma , sən demə su da tükənən nemət imiş. Qurban olduğum Rəbbim bəlkə də elə bizi - bütün insanları bir-birinə tanıtmaq üçün su qıtlığı siqnalını verdi. Bir balaca su azalan kimi içimizdəki "Yezidlər"i tanımağa başladıq.

Ömrü boyu özləri də "Yezidə lənət" deyən, "müəllim" deyə hörmətlə müraciət etdiyimiz, məclislərdə, tədbirlərdə sayıb, yuxarı başa keçirdiyimiz "Yezid müəllim"lərlə yavaş-yavaş aramız dəyməyə başladı.

Müasir dövrün "Yezid müəllim"lərinin inanıb, itaət etdikləri isə nə bir daşdır, nə də taxta parçası. Onların bir inancı, "səcdəgəh"ı var, o da pul - rüşvət.
Hər halda, bunu son 4-5 ilin şikayətçisi olan fermerlər deyirlər. Doğrusu inanılması mümkünsüz iddia da deyil.

Əlqərəz...

Bir yandan deyirik mövzunu çox uzatmayaq, digər yandan da hər il əkin vaxtı su ola-ola susuzluqdan təsərrüfatı məhv olan, xərci və zəhməti hədər gedən kəndlilərin fəryadı ilə sızıldayan vicdanımız bu sahədəki səlahiyyətli şəxslərin layiq olduqları ifadələri qələmə almağa məcbur edir.

Bir müddət əvvəl Saatlı rayon sakinlərinin su tələbi ilə aksiya keçirdiklərini yəqin ki, çoxunuz xatırlayır. Amma, görünür Saatlı rayon Suvarma Sistemləri idarəsinin müdiri Tahir Rzayev, Su Təsərrüfatı birliyinin sədri olduğu deyilən Fərahim Qurbanov, 4 nömrəli Regional Sukanal İdarəsinin Saatlı Sukanal Sahəsinin rəisi olduğu deyilən Əlirza adlı şəxs və Tahir Rzayevin Bəylik kəndinə işçi təyin etdiyi 85 yaşlı ağsaqqal Səfdər kişi çoxdan unudub..

Bəli, biz bu adları təsadüfi çəkmədik.

Ötən həftənin şənbə günü "DogruXeber.az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14"ün canlı efirində "Kamalın zamanı" proqramına bağlanan Saatlı rayon Bəylik kənd sakini Əlimirzə Kazımov özünün və onun kimi bir neçə kənd sakinlərinin təsərrüfatının susuzluqdan məhv olmasında məhz bu adları çəkib və onları günahlandırıb.

Əlimirzə Kazımov bildirir ki, Saatlı rayon Suvarma Sistemləri idarəsi işini düzgün aparmır. 70-80 ha torpaq sahəsi əkən sahibkarlar var ki, o qədər torpaq sahəsini 1-2 günə tamamilə suvarıb bitirir, mənim kimi 2-3 ha əkin sahələri olanlar isə günlərlə sürünsək də çox zaman su əldə edə bilmirik, nəticədə əkin sahələrimiz susuzluqdan yanır. Həmkəndlimə dərdimi danışıram, deyir, "hamı pulunu verib suvarır, sən də ver".
Deyirəm, mən də hər ha üçün 8 manat pul ödəyirəm, deyir, "biz hər ha üçün 10-20 manat veririk, bizə su verirlər."

Yeri gəlmişkən, Əlimirzə Kazımov onu da bildirdi ki, - "Mən ələ pul verməyə narazılıq etdim, dedim kodlarımı (ödəniş üçün hesab nömrəsi) verin, özüm terminaldan ödəyəcəm. Mənə kodu göndərib, dedilər hər ha üçün 8 manat ödəyəcəksən. Deyirəm, suyun kubu 2.70 manatdır, 8 niyə ödəyirəm? Mən nazirliyə müraciət edəcəm, mənə deyirlər nazirlik bilmir, onu biz özümüz hesablayırıq."

Baxın, Əlimirzə Kazımovun sözlərinə görə onlar su tapmasalar belə, hər suvarma vaxtı ödəniş edirlər. Özü də su bəndlərinə nəzarət edən (camaat arasında suyu bölüşdürən) 85 yaşlı Səfdər kişi necə hesablayırsa hər ha üçün 8 manat düşür.

Əlimirzə bəyin iddiasına görə heç kimin əkin sahəsinin yanında su sayğacı yoxdur, amma onlardan müəyyən kub hesabı ödəniş tələb olunur.

Qeyd edək ki, Əlimirzə Kazımovun müraciətində adı çəkilən şəxslərin də mövqeyini dinləmək məqsədilə elə canlı yayımdaca ilk növbədə Suvarma Sistemləri İdarəsinin müdiri Tahir Rzayevə zəng etdik, zəng çatmadı. Ardından Su Təsərrüfatı Birliyinin rəisi olduğu deyilən Fərahim Qurbanova zəng etdik, o da dəstəyi qaldırmadı. Onun ardından da adı çəkilən digər səlahiyyətli şəxslə - Saatlı rayon Sukanal İdarəsinin müdiri Əlirza adlı şəxslə telefon əlaqəsi saxladıq.

Düzdür, Əlirza bəy telefona cavab verdi, amma kaş ki, verməsəydi...

Bizim hörmətlə "müəllim" deyə xitab etdiyimiz şəxs, sən demə heç mətbuat nümayəndəsi ilə necə danışmalı olduğunu belə bilmirmiş, o ki, qaldı sıravi sakinlər ola...

Tələm-tələsik məsələni Su Təsərrüfatı Birliyinin rəisi Fərahim Qurbanovun üzərinə yönləndirib, telefonu söndürdü.

Əlimirzə Kazımovun sözlərinə görə idarə müdiri Əlirza onun telefon nömrəsini bloklayıb ki, ümumiyyətlə ondan zəng gəlməsin.

Kiçik - böyük səlahiyyət sahiblərinin özlərini bu qədər "əlçatmaz" hesab etmələri, hamıya yuxarıdan aşağı baxmaları, vətəndaşlarla kobud davranışları onu deməyə əsas verir ki, qəsdən vətəndaşlarda dövlətə-dövlətçiliyə qarşı narazılıq yaratmağa, onları kütləvi aksiyalara qaldırmağa çalışırlar.



Gördüyünüz kimi Bəylik kənd sakini adlarını çəkdiyi şəxslərin, eləcə də Su idarəsinin işçisi kimi tanıdıqları, lakin rəsmi işçi olub-olmadığını bilmədikləri 85 yaşlı Səfdər kişinin də vəzifələrindən, eləcə də vətəndaşlardan necə istifadə etdiklərindən bəhs edir.

Amma, bildirmək istəyirik ki, bu hələ hamısı deyil. Necə deyərlər, bu hələ "jurnalın üz qabığıdır".

Saatlı rayon sakini Asim Əliyev az müddət əvvəl bir neçə müstəqil saytların elektron ünvanlarına Tahir Rzayevin digər "gəlir yerləri" haqqında geniş tərkibli müraciət məktubu və videomateriallar göndərmişdi.

Sözügedən müraciətdə Saatlı rayon Suvarma Sistemləri İdarəsinin bağladığı tender müqavilələrindən və idarənin texnikalarının sahibkarlara günlük icarəyə verilməsindən bəhs edilib.

Diqqət etdinizsə, Əlimirzə Kazımov da uzun müddətdir su kanallarının və kollektorların təmizlənmədiyini vurğuladı.
Elə biz özümüz də məlumatı dərc etmədən əvvəl internet üzərindən bu barədə hər hansı bir yeni xəbərin olub-olmadığını araşdırdıq. Saatlı rayonunda kollektorların təmizlənməsi barəsində 2021-ci ildən bəri heç bir yeni məlumata rast gəlmədik.

Asim Əliyev mətbuat vasitəsilə ölkə başçısına və Birinci Vitse-prezidentə ünvanladığı müraciətində dəfələrlə bu barədə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Zaur Mikayılova və Azərbaycan Respublikasının Baş Prokurorluğuna məktub vasitəsilə müraciət etdiyini də qeyd etmişdi.

Bundan əlavə, "DogruXeber.az" informasiya portalında, eləcə də "Kanal14"ün canlı yayımında Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri Əhliman Kərimovun da idarənin texnikalarını icarəyə verməsindən, "ölü canlar" saxlamasından, "tender oyunları"ndan dəfələrlə bəhs etmişdik. Üstəlik bütün bunlar barəsində redaksiyamız adından Azərbaycan Respublikasının Baş Prokurorluğuna da rəsmi müraciətlər ünvanlamışdıq.

Lakin, buvaxta qədər Baş Prokurorluq tərəfindən sözügedən idarənin rəhbəri barəsində hər hansı bir qanuni tədbirin görülməsinə dair heç bir məlumat almamışıq.

Sabirabad rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şafiq Heydərov də eyni "iş metodu" ilə çalışır ki, bunun da barəsində məlumatlar Sabirabad sakinləri tərəfindən "Kanal14" canlı efirində səsləndirilmişdi. Hətta, Sabirabad rayonunun ziyalı sakinlərindən biri olan Kazım (Cəbrayılov) Ağamikayıloğlu canlı yayımda Sabirabad rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şafiq Heydərovun oğlunun narkotik istifadəçisi kimi adının hallandırıldığını, eyni zamanda sözügedən idarənin rəhbərinin və məsul əməkdaşlarının içki düşkünü olduqlarını, iş saatlarında sərxoş olduqlarını, o idarənin də texnikalarının özəl şirkətlərə günlük icarəyə verildiyini bildirmişdi.






Bəlli ki, bütün bu qeyri-qanuni "ruzi"ni rayon Suvarma Sistemləri İdarələrinin müdirləri təkbaşına yemirlər. Elə olsaydı "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Zaur Mikayılovun buvaxta qədər gözü də görmüşdü, səsi də çoxdan çıxmışdı. Hələ onun maşın kolleksiyaları, ölkə xaricində (Londonda) villaları olan müavinlərini demirik.

Məlumdur ki, Zaur Mikayılovun Londonda 1 milyon manata yeni villa alması ilə media gündəmindən düşməyən müavini Rafiq Aslanov nə o villaları, nə də avtomobil kolleksiyasını "halalca maaşı" əldə etməyib.

Belə olan halda isə qurumun tez-tez bağladığı tender müqavilələrinin və bölgələrdə vətəndaşlardan alınan rüşvətlərin, "sahibsiz" maaş kartlarının, icarəyə verilən texnikaların, rüşvətə "satılan sular"ın kimlərə xidmət etdiyi barəsində qaranlıq sual qalmır.

Yeri gəlmişkən, Saatlı rayon sakini Asim Əliyev də bölgədə təxirə salınmış təmizləmənin səbəbinin texnikaların icarəyə verilməsi ilə Tahir Rzayevin özünə və özündən "yuxarıdakı adamı"na "çörək qazanması" olduğunu açıqlamışdı. (Bu barədə ətraflı məlumatlar sosial mediada)

Qeyd edək ki, Əlimirzə Kazımovun müraciətindən bəri başı "qazanc sezonu"na möhkəm qarışan Saatlı rayon Suya cavabdeh şəxslərindən heç biri redaksiyamızla əlaqə saxlayıb mövqe bildirməyiblər.

Biz yenə də öz adımızı və obyektivliyimizi qoruyaraq, adıçəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Mövzuya yenidən qayıdacağıq.

DogruXeber.az
 
Ardını oxu...
Dənizkənarı Bulvar İdarəsi 2008-də yaradılıb, yaradılan gündən ziyanla işləyirdi, 2022-ci ildə isə mənfəətlə başa vurub – o boyda idarə 102 min manat mənfəət əldə edib.
Bu il yanvarın 1-nə DBİ-nin aktivləri 359 milyon 416 min manat olub, idarə Dənizkənarı Milli Parkın, Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət və onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Yəni, o boyda “obyekti” işlədə bilmirlər, 2021-də 5 milyon 514 min manat zərər etmişdilər, keçən il yəqin utanıblar, cəmi 102 min manatlıq mənfəət göstəriblər. Bulvarda nə obyekt var bu idarəyə baxır, istənilən satış nöqtəsinə icazəni də bunlar verir, gedin soruşun yay mövsümündə, məsələn, dondurma və su satan köşk ayda nə qədər icarə haqqı ödəyir, rəsmi yox ha, bəlkə də rəsmi müqavilədə “5-10” manat göstəriblər, amma real ödəniş 4 rəqəmlə ifadə olur. Bulvar ərazisində onlarla elə köşk, obyekt var.
Hələ mən iri obyektləri, kafeləri, restoranları, velosiped və “samokat” icarəsini demirəm, mühafizəsin təşkili üçün müqavilə ilə büdcədən alınan vəsaitdən danışmıram – yəni, işlətməyi ağıllı, əsl biznesmenə versələr illik əməliyyat gəlirlərinini azı 50-60 mln. manata çatdırar (2022-də əsas əməliyyat gəlirləri 19 milyon 398 min manat olub), xalis mənfəət ilə 102 min manat deyil də, 20 mln. manat olar, bir ilə özünə tək Bakıda deyil, Dubayda da ev alar...
Natig Cəfərli
Səsləndirilmiş iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
Hər kəsin bilməsini zəruri hesab etdiyimdən təfərrüatlara diqqət yetirilməsini xahiş edirəm
Mahiyyət belədir ki əksəriyyətimiz idarəetmədəki utanc gətirən təfərrüatlardan ancan dedi qodu və qeybət səviyyəli çıxışlar etməklə vəzifəsini bitmiş hesab edir.
Unudulur ki, bu metodologiya ilə harınlamış və qudurğan bir çox məmurlara nüfuz etmək mümkünsüzdür
Bu gün yaşadığım bir hadisə ilə demək istədiyimi diqqətlərinizə çatdırıram.
Mahiyyət belədir ki əzizlərimdən birisi iş yerində müvazinatını itirərək baş nahiyəsindən ciddi zədə almışdır. Yəni kəllə sümüyü iki yerdən ciddi çart vermişdir
Teref.az yazır ki, bunu feysbukda sosial şəbəkə istifadəçisi Aslan Vəliyev yazır. Başına gələnləri danışmaqda davam edən Aslan bəy daha sonra yazır:
İş yoldaşları təcili yardım maşını ilə onu 3 saylı şəhər poliklinikasına aparmış və travmatoloq həkim ona yardım göstərməkdən {heç bir müayinə etmədən mən boyun qırğına baxmıram adı ilə} imtina etmişdir.
Mənim yaxınlarımın müdaxiləsi nəticəsində həmin "həkimi" məcbur etmişlər ki müvafiq göndəriş imzalasın ki xəsarət alanın haraya aparılması müəyyən edilsin.
Beləliklə uzun uzadı təfərrüatlardan sonra baş nahiyəsindən ağır travma alması müəyyən edilmişdir.
Mən güvənc hissinin möhkəmləndirilməsi üçün özəl Gəncə mərkəzi klinikasına müraciət edərkən xəsarət alanın boyun damarlarının da dopler olunmasını tövsiyyə etdilər.
Bunun üçün aidiyyatı üzrə dövlət klinikasına müraciət etdikdə mənə izah etdilər ki sığorta əsasında bu işi yerinə yetirmək üçün növbə gözləməliyəm. Yəni təxminən 3 ay.
Mən vəziyyətin ciddiliyini onlara izah etmək istəməyim heç bir əhəmiyyət kəsb etmədiyindən şəhər səhiyyə idarəsinə getməli oldum.
Orada da eynən mənə eyni şeyi izah edəndə xatırlatdım ki göndərişi özəl klinikalardan birinə versinlər
Dedilər ki biz bunu edə bilmərik çünki Bakı buna qarşıdır.
Onlara izah etdim ki BAKININ bu davranışı insanlığa zidd davranışdır odur ki şifahi qaydada mənə deyilənləri rəsmən bildirsinlər. Qarşılığı olaraq gülünc doğuran müxtəlif istiqamətlər tövsiyyə etdilər.
Teref.az sosial sığorta sistemimizin acınacaqlı vəziyyətrini və bu sistemə nəzareət edən və həyata keçirdən məsul şəxslərin məsuliyyətsiz davranışlarını qeyd edərək yazır:
Yəni sivil mübarizənin yolunu bağladılar.
Mən qarşılığı olaraq polisin çağrılmasını təkidlə xahiş etdim.
Onlar səbəbini sorduqda izah etdim ki indi mən sivil qaydalardan kənar davranışlara yol verəcəyəm və bunun qarşılığı mənim həbsim olacaqdır.
Mən könüllü olaraq sizin yaramaz davranışlarınıza görə həbsə düşməyə razıyam.
Bu Sözlərimdən sonra polisi dəvət etməkdən vaz keçərək məsələnin həllinə yönəlik addım atmaq məcburiyyətində qaldılar.
Mən həmişə demişəm ki başımıza gətirilənlərdə ilk səbəbkar özümüzük.
Bu sadə həqiqət ölkə səviyyəsində qəbul olunmadığından mən dəfələrlə sosial şəbəkələrdə bəyan etmişəm ki,
Mən belə bir ölkədə yaşamaqdan xəcalət hissi keçirdirəm.
 
Ardını oxu...

Uzun müddətdir ki, dərdinə çarə tapılmayan Qazax Mərkəzi Rayon Xəstəxanasının stomotoloji şöbəsində çalışanlar, bu gün də özləri üçün “qaz vurub qazan doldurmaqla” məşğul olurlar. Yəni, “burda mənəm Bağdadda kor xəlifə” zərb- məsəli, deyəsən bu ünvanda lap yerinə düşür. Məsələn, redaksiyamıza şikayətçi Rəşad Əlisgəndərov adlı şəxs müraciət edərək bildirir ki, “Qazax MRX-ı dövlət səhiyyə müəssisəsi olsa da, burada hər kəs öz bildiyi kimi hərəkət edir. Yəni, ötən günlərin birində kəskin diş ağrısı səbəbindən yaxın qohumum ilə birlikdə Qazax MRX-nın stomotoloji şöbəsinə müraciət edik. Saat təqribən 18:00 radələri olardı, şöbənin qadın həkimləri iş otaqlarında xəstə qəbul edib işləyirdilər. Yaxınlaşıb onlara yaxın qohumumun kəskin diş ağrısı olduğunu və buna görə köməklik göstərilməsinin lazım olduğunu bildirdim. Qeyd edim ki, həmin vaxt diş həkimi iki nəfər qadın idi. Onlar bizə “Biz diş çəkmirik” deyərək, sanki bizi başlarından etmək istədilər. O halda onlara, siz bu şöbədə nə işlə məşğul olursunuz deyə sual etdim. Qadın həkimlərdən biri “Biz bura “zakaz”a gəlmişik” dedi və “sən mənim vaxtımı alma” deyib məni acıladı. Daha sonra o, “siz dəlisiniz, dəlixana Qazaxın o biri başındadır, gedin ora müraciət edin” dedi və bu yolla bizi təhqir etməkdən də çəkinmədi. Heç cür başa düşə bilmədik ki, həmin həkim belə bir ixtiyarı, belə bir arxayınçılığı kimdən və hardan alıb? Görəsən gecə-gündüz Qazax MRX-nın stomotoloji şöbəsində şəxsi ciblərinə işləyən həmin həkimlər, heç olmazsa səhiyyə naziri cənab Teymur Mustafayevi unudublarmı ki, onlar belə bir formada danışırlar?”

Ardını oxu...Ardını oxu...Ardını oxu...

Maraqlı məqam o oldu ki, həmin vaxt bu səhiyyə müəssisəsində çalışan bir neçə nəfər işci bizə yaxınlaşaraq “Qaqa, stomotoloji şöbədə bütün avadanlıqlar həkimlərin şəxsi vəsaitləri hesabına alınır. Ona görə də bu şöbədə həkimlər haqqını verib işləyirlər. Heç RİH-nin başçısı Rəcəb Babaşov da bu şöbəyə girişə bilmir. Cünki, həkimlər haqlıdırlar. Gecə saat 24:00-a kimi həkimlər burada özəl klinikada çalışanlar kimi işləyirlər. Bəli, biz az sonra onu da öyrəndik ki, Qazax səhiyyəsinin direktoru Sevda xanım Məmmədovanın bacısı və qardaşı oğlu da stomotoloji şöbədə həkim işləyirlər. Ona görə də “arxalı köpək qurd basar” prinsipi bu şöbədə ayaq tutub yeriyir. Şikayətçi Rəşad Əlisgəndərov onu da bildirir ki, “RİH-nin başcısı məzuniyyətdə olduğundan hələlik gözləmə mövqeyindəyik. Onsuz da iş günlərinin birində Rəcəb Babaşovun qəbulunda olacağıq və bununla bağlı aidiyyətı üzrə dövlət qurumlarına da  müraciət edəcəyik”. Dövlət səhiyyə müəsisəsinin gecə saat 24:00-a kimi işləməsi bir yana, burada işləyənlər stomotoloji şöbəni sanki ata-baba yurdu hesab edirlər. Onsuz da Qazax səhiyyəsindən ardarda mətbuatda tənqidi  məqalələr yayımlanır. Amma, baş verənlərdən bir kimsə nəticə çıxarmır. Bəlkə ölkəmizin səhiyyə sahəsi rəhmətə gedib, mənim xəbərim yoxdur. Ola bilər ki, xəbərim olmasın!

Düşündürücü haldır ki, Qazax MRX-nın stomotoloji şöbəsində yerli sakinlərə baha qiymətə tibbi xidmət göstərənlər, xalqdan olsalar da, onlar bu gün xalqı bəyənmirlər. Çünki, harınlamış həkimlərə bir kimsə “dur” demir. Yəqin ki, bu cür gedişlə harınlamış həkimlərə ya icra hakimiyyəti və ya səhiyyə şöbəsi, ya da ki, nazirlik şərait yaradırlar. Deməli, Qazax MRX-nın stomotoloji şöbəsində çalışan həkimlər varlandıqca onların gözləri ayaqlarının altını görməyəcək. Çünki, bu şöbədə çalışanlar imkansız xəstələrə “dəlixana”ya getmələrini məsləhət bilirlər P. S. Səslənən ittihamlarla bağlı baş həkim Allahverdi müəllimə zəng edib mövqeyini öyrənmək istədik. Bildirdi ki, mən burada heç kiməm, gedin nə sualınız varsa xəstəxananın direktoru Sevda həkimə ünvanlayın. Sevda xanım isə sualımıza anormal bir cavab verdi. «Bizim diş həkimləri diş çəkmirlər, müalicə edirlər. Birdəki mən araşdırdım, xəstəni gətirən vətəndaş içkili olub. Yaxşı ki, həkimlərimiz onları polisə verməyiblər»

Onu öyrənə bildik ki, xəstəni dəli adlandıraraq təhqir edib otağından qovan Günay və Nərmin həkim olub

Mövzuya qayıdacağıq.

Deryaz.az

 

Ardını oxu...
 
Ötən yazımızda Dövlət Notariusları və onların rəhbərləri haqqında reportaj hazırlamışdıq. Biz elə bilirdik ki, bu sahədə baş verən özbaşınalıqlardan, bu notariusa rəhbərlik edən şəxslərin xəbəri yoxdur. Hətta, yazıda Ədliyyə Nazirliyinin bu məsələyə cavabdeh olan şəxslərinə müraciət də olunmuşdur. "Biz inanırıq ki, Ədliyyə Naziri cənab Fikrət Məmmədov, Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov, Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəis müavini Mehman Soltanov bu məsələlərə ciddi yanaşaraq, bütün günahkarların cəzalandırılması üçün müvafiq addımlar atacaqlar. Zərərçəkmişin hüquqları tam müdafiə olunacaq".
Sən demə, hər bir notarius gördüyü qeyri-qanuni işə görə, özündən yuxarı rəhbərliyə hesabat verir. Bu hesabatlarda görüləcək işlərin miqyası bildirilir, həm də o da açıq-aşkar göstərilir ki, hansı əməliyyat aparılacaq.
Ötən yazımızda onu da bildirmişdik ki, Binədə yerləşən 31 saylı Dövlət Notariusun rəisi Ramiz Hümmətovla Yevlax şəhərində yerləşən Dövlət Notariusunun rəhbəri Elxan Hüseynovun arasında əvvəlcədən razılaşma olub və bu şəxslər gecə saatlarında xaricdə yaşayan, Azərbaycanda olmayan vətəndaşın adına etibarnamə veriblər. Onu da bildirmişdik ki, bu məsələ Ədliyyə Nazirliyinin Notariat İdarəsinin rəisi İlqar Məmmədov və Mehman Soltanovun nəzarətində olacaq və araşdırılacaq. Ötən yazımızda da bildirmişdik ki, Ramiz Hümmətov və Elxan Hüseynov Ədliyyə Nazirliyində kimlərəsə arxayın olmasalar, belə qeyri-qanuni işlərə imza atmazlar. 
Bəli, ötən yazımızda Ramiz Hümmətovun gördüyü qeyri-qanuni işlər haqqında məlumat vermişdik. Onu da bildirmişdik ki, Ramiz Hümmətov, Məmmədli qəsəbəsində qeyri-qanuni yolla əldə etdiyi geniş torpaq sahəsində saldığı fərdi yaşayış evləri kompleksini qəsəbədə icra nümayəndəsinin müavini vəzifəsində işləyən qardaşı oğlu İlkin Hümmətovun adına rəsmiləşdirib. Hələ bunlar harasıdır ? Ramiz Hümmətovun elə əməlləri var ki, oxuyanda adam dəhşətə gəlir. Bu adam vətəndaşın adına olan qanuni avtomobili onun razılığı və imzası olmadan başqasına satıb. Bu əsl möcüzədir. 
Bəli, bu saxtakarlıq əməli 31 saylı notariat kontorunun rəhbəri Ramiz Hümmətovun əli ilə həyata keçirilib. Və 31 saylı notariusda avtomobilin alqı-satqısı baş tutub. 
İndi gördünüzmü, Ramiz Hümmətov kimilər üçün Azərbaycan qanunları nədir?

Ramiz Hümmətovun gördüyü qeyri-qanuni işlərlə bağlı dünyanın bütün mirzələrini yığıb siyahı hazırlatsaq belə, ona vaxtımız çatmaz. 
Ötən yazımızda Suliyeva Nabatın Azərbaycan Respublikası Bakı şəhəri, Nazim Hikmət küçəsi ev 32, mənzil 2-də yaşadığını bildirmişdik. Həm də Suliyeva Nabat Muğan bankda öz adına 100 min manat vəsait qoyduğunu da göstərmişdik. Xaricdə yaşaması ilə əlaqədar olaraq, Nabat xanım öz adından nəvəsi kimi çox istədiyi bir şəxsə etibarnamə də verir. Bu şəxs Nabat xanım üçün həmişə dəyərli və istəkli olaraq qalır. Nabat xanımın həmin şəxsə verdiyi etibarnamə qüvvədə ola-ola nədənsə birdən-birə 31 saylı Notariusun rəisi Ramiz Hümmətov peyda olur. Sonradan necə ola bilər ki, Nabat xanımın başqa bir adama etibarnamə verdiyi bir halda Ramiz Hümmətovun vasitəçiliyi ilə etibarnaməsi olan şəxs axtarılır, Ramiz Hümmətov vəzifəsindən sui istifadə edərək, həmin etibarnaməsi olan şəxsin şəxsi məlumatlarını qeyri-qanuni olaraq, sistemdən əldə edir, hələ bu da azmış kimi həmin şəxslə telefon əlaqəsi yaradaraq, onun başqasına etibarnamə verməsini tələb edir. Gördükdə ki, həmin şəxs bu məsələdən imtina edir, Ramiz Hümmətov işi həmin şəxssiz qeyri-qanuni həyata keçirərək, xarici ölkədə olan Suliyeva Nabatın adından başqa şəxsə etibarnamə yazır. Məsələnin ciddiliyini bax burada nəzərə almaq lazımdır.
09.06.2023-cü ildə gecə saat 23.59-da, Suliyeva Nabatın adından, Hacıyev soyadlı bir şəxsə etibarnamə verilir. Gecə saat 23.59-da, xarici ölkədə yaşayan Suliyeva Nabatın adından verilən etibarnamə, elə həmin saniyə də də sistemə daxil olur, həmin sənəd sistemə daxil olan kimi də təsdiq edilir. Budur, Binə 31 saylı Dövlət Notariusunun rəhbəri Ramiz Hümmətovla, Yevlax rayon Notariusunun rəisi Elxan Hüseynovun qanunsuz əməlləri. 
Qeyd edək ki, 81 yaşlı hal-hazırda xarici ölkədə yaşayan Suliyeva Nabat heç bir Mobil Notariat Proqramından istifadə edə bilmir, onunla qanunsuz olaraq, Whatsapp vasitəsilə əlaqə saxlanılıb. Etibarnaməsi olan şəxs isə etibarnamə əlində qalaraq gözləyir. Yevlax rayon notariusu işləyən Hüseynov Elxan İlyas oğlu da Ramiz Hümmətovla bu işdə birgə saxtakarlıq ediblər. İncə məqamlardan biri də odur ki, 31 saylı notariusun rəisi etibarnaməsi olan şəxsə zəng vuraraq, hətta rüşvət də təklif edib. Ramiz Hümbətovun əlimizdə olan səs yazısı bütün məsələlərə aydınlıq gətirmək üçün sübutdur. Muğan bankdan 100 min manat pulun qeyri-qanuni yolla çıxarılmasında  əli olan bütün şəxslərin məsuliyyətə cəlb olunması üçün əlimizdən gələni edəcəyik.

Bəli, ötən yazımızda biz qeyd etmişdik ki, məsələ ilə bağlı Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş idarəsinin rəisi İlqar Məmmədov, Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəis müavini Mehman Soltanov bu məsələlərə ciddi yanaşacaq. Sən demə, Mehman Soltanov həm Ramiz Hümmətovu, həm də Elxan Hüseynovu ciddi cəhdlə müdafiə edir. Mehman Soltanovun bu məsələdə nə üçün belə canfəşanlıq etməsi bizim üçün qaranlıq qalan məsələlərdəndir. Bəlkə də burada Gürcüstanda yerləşən "Kazino söhbətləri" rol oynayır. Amma bu gün Ədliyyə Nazirliyi ilə bağlı cənab Prezidentimiz tərəfindən verilən sərəncam Mehman Soltanovlara bir xəbərdarlıq mesajı olmalıdır. Bu haqda növbəti yazımızda.

 

Ardını oxu...
 
2021-ci ildə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən polis mayoru Elşən Talıbov Masallı Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini təyin olunub. Elşən Talıbov daha əvvəl Masallı RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin rəisi olub. Onun əvvəllər işlədiyi və tutduğu vəzifələrlə heç bir işimiz yoxdur. Hal-hazırda Elşən Talıbovun Masallı şəhərində hörmətli nazirimizin etimadını necə doğrultmasından bəhs edəcəyik..? Konstitusiyamızda göstərilir ki, qohumların bir yerdə işləməsi qanuna ziddir. 
Masallı o qədər həssas bölgədir ki, bu bölgədə həmişə Hüquq Mühafizə Orqanlarının işlək fəaliyyəti vacib sayılır. İnsaf naminə qeyd etmək lazımdır ki, Masallı şəhərində polis şöbəsinin rəisi başda olmaqla asayişin qorunması ən yüksək səviyyədədir. Hansısa bir şəxsin yarıtmaz fəaliyyətinin və ya işində olan nöqsanlara görə bütün şöbə məsuliyyət daşımalı deyildir. Biz bir mətbu orqan olaraq, görülən müsbət işlərə kölgə salan şəxslərin fəaliyyətini işıqlandırmaqla, öz üzərimizə düşən məsuliyyətli vəzifənin öhdəsindən gəlirik. Bizə göndərilmiş məlumatda Masallı Rayon Polis Şöbəsinin rəis müavini Elşən Talıbovun öz vəzifə səlahiyyətlərindən istifadə edərək bir sıra qanunsuzluqlara yol verildiyi bildirilir. 
Düzü, daxil olan məlumatlar onu deməyə əsas verir ki, Masallıda polisin nəzarət etməli olduğu bir çox məsələlər ürək açan deyil. Narkomanların gündən-günə artması, sələmçilərin qara camaatı sözün əsl mənasında yükləməsi, küçə ticarətinin genişlənməsi əsas verir ki, deyilənlərə inanaq. Amma media üzərindən də apardığımız araşdırma zamanı bildik ki, rayon məktəblərində keçirilən tədbirlərin çoxunda rəis müavini Elşən Talıbov narkomaniyaya, dini radikalizmə, erkən nikahlara, əxlaqsızlığa qarşı pafoslu çıxışlar edir, gənc nəsilə öyüd-nəsihət verməyə çalışır. Çox bəyənilən məsələdir. 
Buradan üzümüzü tuturuq rəis müavini Elşən Talıbova və soruşuruq: Cənab rəis müavini, məktəblərdə maarifləndirici çıxışlar edirsən, çox gözəl biz sizi alqışlayırıq, amma rəis müavini işlədiyin RPŞ-nin və ASAN Xidmətin binası ilə üzbəüz GÖYƏRÇİN kafesində baş verənlərdən xəbərin yoxdur..? Necə ola bilər ki, Masallının düz girişində, hamınızın gözü qarşısında GÖYƏRÇİN kafesində baş verənlərdən bizim xəbərimiz olur, ordan-ora siz onu görmürsünüz? 
Biz Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədova, Masallı rayon Polis Şöbəsinin rəisi Azay Ağayevə, Masallı rayonunda fəaliyyət göstərən iş adamlarına, Millət vəkillərinə, Hacılara, bütün ziyalılara, jurnalistlərə müraciət edərək bildiririk ki, Masallı rayonunda baş verən və qarşısı alına biləcək bütün problemləri önləmək lazımdır. İlk öncə, meşə zolağını qeyri-qanuni zəbt edərək 15-ə yaxın "bisetka" yerləşdirən, adı Qırmızı Kitaba düşən, ağacları kəsərək rəqs meydançası yaradan şəxsləri cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Əxlaqsızlıq kafesi kimi fəaliyyət göstərən GÖYƏRÇİN kafesini yerli dibli bağlatdırmaq lazımdır. Bir məsələni də xatırladım ki, bu baş verənlərin hər birindən Elşən Talıbovun xəbəri var. 
Əlbəttə, xəbəri var. Və o bilir ki, adı kafe, ictimai-iaşə obyekti olan Göyərçin kafesi neçə vaxtdlr ki, əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir. Bunu az qala bütün Masallı camaatı bilir. 
Hörmətli Elşən Talıbov bəlkə, Masallının girişində rayondakı vəzifəli şəxslərin, polisin, prokurorun, məhkəmə hakimlərinin, icra hakimiyyəti nümayəndələrinin gözü qarşısında baş verən olaylardan heç xəbəriniz yoxdur..? Yaxud Göyərçin kafesinin yanında, ASAN Xidmətlə üz-üzə yenicə tikilmiş, hələ adı olmayan obyektin sənə məxsus olduğunu da inkar edəcəksən..? 
Həmin qeyd etdiyimiz ərazilərdə yaşlı ağacların, Qırmızı Kitaba düşən ağacların qırılmasından, dəqiq desək 50-yə yaxın ağacın məhv edilməsindən və yerində 15-ə yaxın bisetka, mətbəx, tualet, ayrıca kabinet, rəqs meydançasının tikilməsindən də xəbəriniz yoxdur..? Hansı ki, bu obyektlərin heç birinin rəsmi sənədi yoxdur. Bu yenicə tikilən obyektin bütövlükdə Elşən Talıbova məxsusluğu hamıya məlumdur. Hətta Masallı camaatı deyir ki, Elşən Talıbov meşələri də zəbt edib. Talıbovlar təkcə meşələri deyil e, vəzifələri də zəbt ediblər. Belə ki, Elşən Talıbov özü Masallı Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavinidir, əmisi oğlu Zaur Talıbov Masallı Rayon Polis Şöbəsində Təhqiqatın rəisidir, başqa bir qohumu İxtiyar Talıbov isə Masallı Rayon Polis Şöbəsində rəisin Şəxsi Heyət üzrə köməkçisidir. Görəsən, Masallıda başqa bir layiqli kadr yoxdur ki, vəzifələrə ancaq Elşən Talıbovla birbaşa eyni soyadı daşıyan qohum-əqrəbası doldurulub? Bunun özü korrupsiyaya yol açan haldır və qanuna ziddir. 
Biz yazının girişində  əbəs yerə yazmadıq ki, Elşən Talıbov məktəblərdə keçirilən tədbirlərdə narkomaniyanın əsrin bəlası olmağından, yetkinlik yaşına çatmayan qızların pis yola cəlb edilməsindən, hətta dini radikalizmdən danışır. 
Əziz oxucular nəzərinizə çatdıraq ki, Elşən Talıbov rayonda olan falabaxanlarla, dua yazanlarla o qədər sıx münasibətdədir ki, az qalır ki, onların öncə görmələrindən istifadə etsin. Masallıda küçə alverçiləri, yol qırağında vedrədə pomidor qoyub satanlar, sələmçilər hamısı Elşən Talıbovu yaxından tanıyırlar. Rayon ərazisində narkomaniya getdikcə güclənir. Narkotacirlərin rayon ərazisində olması yaxşı hal deyildir. 
Bir məsələni də qeyd edək ki, "Araz" və "Rahat" marketlərə girən bəzi əməkdaşlar yenicə aldıqları 211-lə başlayan nömrələrini tanışlıq üçün qadınlara, qızlara verirlər. Araşdırılsa ki, 211-lə kim yenicə nömrə alıb, hər şey aydın şəkildə bilinəcək. Hələ biz bağça müdirəsinin kimin adamı olmasını başqa bir yazının mövzusu olduğu üçün, qabartmırıq.
Sözün qısası, Masallı Rayon Polis Şöbəsinin rəis müavini Elşən Talıbovun əməllərinə hüquqi qiymət verilməsi üçün hörmətli nazirimiz Vilayət Eyvazovdan xahiş edirik ki, yuxarıda qeyd etdiyimiz məsələlər obyektiv və ciddi araşdırılsın. Unutmayaq ki, Masallı həssas bölgələrimizdən biridir.
P.S. Biz Masallı Rayon Polis Şöbəsinin fəaliyyətini alqışlayaraq orada olan bəzi şəxslərin haqqında sadəcə olaraq cənab Nazirimiz Vilayət Eyvazovu məlumatlandırdıq.
Ardını oxu...
Azərbaycan Dövlət Aqrar Universitetində təhsil almaq olduqca çətinləşib. Biz tələbələrə Azərbaycan xalqının təhsil alan gəncləri kimi və gələcəyin bir şəxsiyyəti kimi yox, sanki marketdə satılan hər hansı bir əşya kimi baxırlar. Universitetdə imtahan sessiyasında hörmətli rektorumuz Zəfər Qurbanovun sayəsində bütün imtahanlarımızı şəxsən onun rəhbərliyi və ciddi nəzarəti altında saf, təmənnasız və heç bir pul-rüşvət olmadan başa vurduq. Lakin imtahan sessiyasından sonra nəzarətsiz qalan tədris və istehsalat təcrübəsində bir qrup cəllad-rüşvətxor, dinsiz-imansız və Uca Allahdan qorxmayan, Azərbaycan Dövlət Aqrar Universitetinə təhqir və ləkə olan, ölkə rəhbərinin apardığı siyasətə xəyanət edən bir qrup müəllimlər təcrübəyə ticarət obyekt kimi baxaraq bizimlə yay-təcrübə bazarlığı etməyə qalxıblar. Biz tələbələr bu barədə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Azərbaycan Kənd Təsərrüfatı Naziri Cənab Məcnun Məmmədova və Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanova rəsmi mətbuat vasitəsilə müraciət etmək qərarına gəldik.

Bu barədə Tribunainfo.az-a Azərbaycan Dövlət Aqrar Universitetin Aqrobiznes və idarəetmə fakültəsi və Mühəndislik fakültəsinin bir qrup tələbəsi göndərdiyi şikayət məktubunda qeyd edib. Tələbələr bildirib ki, Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqrobiznes və idarəetmə” fakültəsinin Menecment (Alman proqramı üzrə) I və II kurs tələbələrinə 6-19 iyul 2023-cü il tarixində “Kənd təsərrüfatı texnikası” fənni üzrə təcrübə keçirilməlidir. Lakin Kənd təsərrüfatı texnikası və texniki servis kafedrasının müdiri Aydın İsayevin təcrübə əvəzinə tələbələrlə al-ver edir:

“Bir qrupda 17 və digər qrupda 20 nəfərik. Təcrübəyə gəldiyimiz ilk gündən kafedranın müdiri Aydın İsayev bizə istehsalat təcrübəsinin keçirilməsi barədə təlimat və proqram vermək əvəzinə, sanki bizlə marketdə malın qiymətini müəyyən etmək üçün bazarlıq aparır. Normal təcrübə keçmədikləri üçün bir çox tələbə pul verib təcrübədə iştirak etmədən gedir.

Biz aqrar sahədə menecment ixtisasına yiyələnmək istəyiriksə, əlbəttə təcrübə bizə çox məsuliyyətli və təcrübəli müəllimlər tərəfindən keçirilməlidir. Ancaq bunu düşünməyən Aydın İsayev haqqında yuxarı kurs tələbələri və magistrlər “ona heç kim bata bilməz” deyirlər. İstədiyini alır, istədiyini yazır və heç kimdən qorxmuram deyir.

Aydın İsayev kafedranın bir qrup müəllimi ilə (Ayaz Həsənov) dəfələrlə rüşvət, pul yığmağına baxmayaraq gözünün üstündə qaşın var deyən yoxdur. Belə ki, prorektorlar da onun müdafiəsinə qalxırlar. Dekanı belə təhqir etməkdən çəkinmədi. Belə çıxır ki, dəqiq də olmasa yuxarı kurs tələbələrin dediyinə görə yığdığı puldan prorektorlara da hesab verir.

Bizim ixtisasın dekanı Əlövsət Əsgərov da rüşvətxordur, vaxtilə korrupsiyada onun da adı hallanırdı.

Ticarəti beynəlxalq səviyyədə və müasir şəraitdə bacaran Aydın İsayev mətbuatda qeyd edildiyi kimi müvafiq qurumların hesab faizini verməyi bacarır. Bu barədə deyilənə görə, rüşvət üstündə müdirlik vəzifəsindən qovulan Ayaz Həsənov da Aydın İsayevə özünün köhnə təcrübəsindən istifadə etməyi öyrədib. Həmin peşəkarlıqdan istifadə edərək heç kimdən çəkinməyən kafedra müdiri indi bizdən təcrübəyə gələndən 100-150 manat, gəlməyəndən isə 200-300 manat müqabilində pul istəyir. Hətta kimə belə desək bizi hədələyirlər”.

Tələbələr bu problemi universitetin rektoru Zəfər Qurbanovdan başqa heç kəsin həll edə bilməyəcəyini bildirir və ondan kömək gözləyirlər:

“Biz ölkə rəhbəri hörmətli Prezidentimizdən, Kənd təsərrüfatı nazirimizdən və rektorumuzdan xahiş edirik ki, bizim Kənd təsərrüfatı texnikası fənni üzrə təcrübənin normal şəraitdə keçirilməsini, sonda hesabat və gündəliyin şəffaf qiymətləndirilməsini nəzarətə götürəsiniz və Aqrar Universitetə ləkə və təhqir sayılan, ixtisasını belə bilməyən, bazarkom kimi tanınan Kənd təsərrüfatı texnikası və texniki servis kafedrasının müdiri Aydın İsayevin əməlləri və özbaşınalığı barədə tədbir görəsiniz”.
 //Tribunainfo.az//
 
Ardını oxu...
Gəncədə 5 ədəd çoxmərtəbəli binanın sakinləri üçün nəzərdə tutulan oyun və istirahət meydançasının çəpərlənməsinə başlanılıb. Sakinlər iddia edir ki, onların etirazlarına baxmayaraq ərazidə yeni binanın tikintisi planlaşdırılır.

Xezerxeber.az-ın məlumatına görə, Gəncənin Mahrasa bağı yaşayış massivində yerləşən bir neçə binanın sakinləri iddia edir ki, şirkət inşaat işlərinə başlamaq üçün oyun meydançasını dağıdıb.

Sakinlərin sözlərinə görə, əslində MTK ərazidə tikinti işlərinə bir neçə ay başlamağa cəhd edib, ancaq onlar buna mane olmağı bacarıb.

Binanın arxa tərəfində də eyni sahibkar tərəfindən daha əvvəl 3 binanın tikildiyini deyən sakinlər bunu sağlamlıq üçün zərərli hesab edirlər.

Özünü "Səma - 4” MTK-nın nümayəndəsi kimi təqdim edən Güllübəyim Səfərova isə ərazidə hələ ki, tikinti aparılmadığını və sakinlərin onun yerini zəbt etdiyini iddia edib.

Gəncə Şəhər İcra Hakimiyyətindən "Xəzər Xəbər”in sorğusuna cavab olaraq bildirildi ki, sözügedən ərazi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən çıxarış əsasında "Səma - 4" MTK -ya 5 il müddətinə icarəyə verilib: "Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sözügedən ərazidə hər hansı bir tikintinin aparılmasına icazə verilməyib. Belə bir cəhd edilərsə, bu, qanunsuz hesab olunacaq”.

 

Dünyapress TV

Xəbər lenti