Ardını oxu...
“Başçı özü ilə bərabər daha iki nəfəri rayona gətirib. Bir nəfər sürücü, bir nəfər də köməkçi. Rayonu da az qala onlar idarə edirlər”.

Lerikdən olan şikayətçilər Jamaz.info-ya belə deyiblər. Onların sözlərinə görə, başçının köməkçi Rauf Vahabzadə demək olar ki, rayonun bütün imkanlı adamlarını “tanıyır”. Şikayətçilər iddia edirlər ki, London təhsilli yeni başçı Əkbər Abbasov gözləntləri doğrultmayıb, əksinə, indi o, rayonun özünü nüfuzlu elan etmiş İmanovların Rayon Maliyyə İdarəsin müdiri Hafiz İmanovun göstərişi ilə oturub-durur, məhz onun xeyir-duası ilə vəzifələr paylayır:

“Cəmiyyətdə və yoldaşlar arasında nə sözünü, nə də davranışını bilən Rauf Vahabzadə öz səviyyəsində olan uşaqları başına yığıb icra başçısını da aldadır. Bu iyrənc hərəkətlər artıq insanlarda qıcıq yaradır”.

Leriklilər qeyd edirlər ki, icra başçısı ilə maliyə idarəsinin müdiri Hafiz İmanovun qardaşı Heybət İmanov arasında dostluq əlaqələri var. Heybət İmanov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyir. O, Əkbər Abbasovun Şamaxı regional idarəsinin müdiri olan qardaşını himayə edir. Əvəzində, Hafiz İmanov da Lerikdə Əkbər Abbasov üçün “ağsaqqallıq” edir, əksinə, bununla da onu uçuruma aparır:

“Onu da qeyd edək ki, Hafiz İmanov sovetdən qalma saxtakardır. 30 ildən artıqdır ki, rayonun büdcəsini yeyib talayır. Əvvəl həmin idarədə baş mühasib, sonra isə müdir işləyir. Doğma yeznəsi, yəni qızının əri Ramal Məstiyev də Rayon İcra Hakimiyyətinin Lerik Şəhər İnzibati Ərazi dairəsinin nümayəndəsidir. Hafiz pulu ona köçürür, o da yavaş-yavaş xırdalayır. Rayon İcra Hakimiyyətinin baş mühasibi Asiman Tağızadə də Rauf Vahabzadə ilə məsləhətləşərək rayonun abadlığı üçün ayrılmış pulları xərcləyir. Bu təcrübəsiz və vəzifə üçün bişməyən icra başçısı və köməkçi axır başa düşər ki, onu lerikli “məmur qurdlar” necə aldadıblar”.

“İcra başçısı bu günə qədər hələ heç bir iş görməyib. Ancaq yerlərdə əhali ilə saxta görüşlər keçirir, yalan vədlər verir, kombayna oturub güya kombayn sürür, özünü reklam edir və vaxt qazanır. Daha başa düşmür ki, əhalinin səbr kasası dolandan sonra, o, əhaliyə hesabat verməlidir”, – deyə şikayətçilər bildirir.

Şikayətçilər onu da deyir ki, icra başçısı İcra Hakimiyyətində çalışan təcrübəli şəxslərə də imkan vermir, uzun illər bu strukturda çalışan məmurları təcrübəsiz məmurlar vasitəsilə sıxışdırır: “Faktiki Lerik bir neçə ac qurdun və təcrübəsiz uşağın əlinə qalıb”.
 
Ardını oxu...
7 saylı xüsusi rejimli cəzaçəkmə müəssisəsinin ərazisinin bir hissəsi zəbt olunaraq yerində qeyri-yaşayış obyekt tikilib. Bu barədə "Azərbaycan Reallığı"na sözügedən ərazidə yaşayan sakin fotoşəkil göndərib. Adının çəkilməsini istəməyən vətəndaş bildirir ki, fotoda gördüyünüz bir neçə kvadratmetrlik tikintisi olan obyek qeyri-qanuni tikilib.
Ardını oxu...
Buna etiraz edəndə isə qəribə cavab alıblar. Tikinti sahibi bildirib ki, buranı bizə həbsxana rəisi satıb. Göründüyü kimi yeni tikili obyektin üzərinə çıxsan həbsxanaya rahatlıqla daxil olmaq olar. Həmçinin həbsxana ərazisində mühafizə edən əsgərin mühafizə zolağının cəmi bir neçə metrliyindədir. Bir sözlə, həbsxana üçün ciddi fəsadlar və problemlər törədilməsi mümkündür.

Ümidvarıq adiyyəti qurumlar məsələni araşdıracaqə
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
“Ağstafa Aqrar Sənaye Kompleksi” MMC məhkəməlik olub. 32gun.az-ın məlumatına görə, adıçəkilən MMC “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən məhkəməyə verilib.

Gəncə Kommersiya Məhkəməsində hakim Gülnaz Quliyevanın icraatına verilən məhkəmə işinin mahiyyəti Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələrdən ibarətdir.

Bildirək ki, nizamnamə kapitalı 1 milyon 617 min 600 AZN olan “Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-nin qanuni təmsilçisi sahibkar Anar Orucovdur. Anar Orucov Ağstafa Aqrar Sənaye Kompleksinin (AASK) Müşahidə Şurasının sədri, Almaniyanın “RAO Global Group” şirkətinin direktoru, iqtisadçı, hüquqşünas Rəsul Orucovun oğludur.

Mətbuatda gedən məlumatlarda R.Orucovun vergiləri ödəməkdən yayındığı üçün həbs olunduğu, sonradan ev dustaqlığına buraxıldığı bildirilib.

Aqrarkredit”in bazar payı 25 faiz təşkil edir” | marja.azNizamanmə kapitalı 45338981.74 AZN olan "Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatının rəhbəri iş adamı Məmməd Musayevdir.


Mənbə: demokrat.az
 
Ardını oxu...
Sumqayıt şəhər sakini Ramil Əfəndizadə “Doktor.az” klinikasından şikayətçidir.
O, Bakupost.az -a deyib ki, “Doktor.az” klinikasında həkim səhlənkarlığı ucbatından qızı ölümlə üzləşib, sağlamlığına ciddi ziyan vurulub.
Belə ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 1-ci kurs tələbəsi Z.Əfəndizadə iyunun 2-də mədə-bağırsağında narahatlıq hiss edib. O anası ilə birlikdə Sumqayıt şəhərində yerləşən “Doktor.az” klinikasına gedib. Kassada 180 manat ödəniş edilməsi tələb olunub.
Pul köçürüldükdən sonra 17 yaşlı qızı kran suyu ilə klizma etmək istəyiblər. Anası irad bildirdikdən sonra isə həmin su distillə olunmuş su ilə dəyişdirilib.

Daha sonra pasiyentə narkoz verilib, mədə-bağırsağı endoskopik diaqnostika ilə müayinə edilib. Atasının sözlərinə görə, yeniyetmə narkozdan ayıldıqdan sonra evə buraxılıb. Evdə isə onun halı pisləşib:
“Uşaq narkozdan ayılandan 5 dəqiqə sonra evə buraxıblar. Xəstəxanadan evə 20 dəqiqəlik yol var. Uşaq evə çatdıqda halı pisləşib, təzyiqi 0-a düşüb. Məlum oldu ki, narkozdan anafilaktik şok keçirib. Dərhal 13-cü mikrorayondan təcili tibbi yardımı çağırdıq. Onların həkimi evin içində saat yarım ərzində uşağın həyatını xilas etmək üçün mübarizə apardı. Daha sonra oksigen balonu olan əlavə təcili tibbi yardım gəldi. Uşağı bir az özünə gətirdilər, təzyiqini 0-dan 40-a qaldırdılar”.
Ramil Əfəndizadə bildirib ki, uşaq özünə gəldikdən sonra onu Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına aparıblar:
“Günorta saat 2-də oraya gəldik. Orada baş həkim Rauf və daha 3-4 həkim uşağa əllərindən gələn ilkin yardımı göstərdilər. Axşam saat 7-ə qədər ona iynələr, sistemlər vuruldu. Uşağı özünə gətirə bilmirdilər ki, Bakıya, Mərkəzi Klinikaya aparaq. 5 saatlıq həkim mücadiləsindən sonra qızım bir az özünə gəldi”.

Z.Əfəndizadə yalnız bunda sonra qızının Bakıya - Mərkəzi Klinikayaa aparıldığını bildirib:
“Qızım 4 gün orada yatdı. Baş həkim Kamran doktor və digər həkimlər onun vəziyyəti ilə bağlı bütün bilgilərə sahib idilər. 4 gün sonra Kardiologiya şöbəsinin müdiri Firdovsi həkim dedi ki, uşaq təcili olaraq Türkiyəyə aparılmalıdır. Uşağın anafilaktik şok keçirdiyini, ürəyinin zədələndiyini, qanının zəhərləndiyini, bütün bakteriya və virusların oyandığını bildirdi”.
Yeniyetmənin atası bildirib ki, qızı İstanbul şəhərində yerləşən “Medical Park” klinikasında 1 həftə ərzində müalicə alıb və sağalıb:
“Gecə saat 5-də təcili tibbi yardımla hava limanına yola düşdük. Yoldaşım, mən və qızım Türkiyənin İstanbul şəhərinə getdik. Oranın hava limanında da bizi təcili tibbi yardım maşını qarşıladı. Qızım İstanbulda “Medical Park” xəstəxanasında qan zəhərlənməsi, Anafilaktik şok səbəbilə 6 gün yatdı. Uşaq bu müddət ərzində sağaldı. 2-3 gün onun tam özünə gəlməsini gözlədikdən sonra evə qayıtdıq. Hazırda vəziyyəti qənaətbəxşdir. Nə yaxşı demək olar, nə də pis”.
Ramil Əfəndizadə “Doktor.az” klinikasının anestezioloqu Şakir Baxşəliyevin məsuliyyətdən boyun qaçırdığını bildirib:
“Şakir həkim deyir ki, mənlik bir şey yoxdur. Mənim günahım deyil”.
Şikayətçi məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN), Sumqayıt şəhər prokuroluğu, Sumqayıt Şəhər Baş Polis İdarəsinin 1-ci polis bölməsinə məlumat verdiyini də qeyd edib:
“Hadisə baş verən kimi DİN-in 102 qaynar xəttinə 3-4 dəfə ard-arda zəng edib şikayətimi bildirmişəm. Travmatologiya Xəstəxanasında olanda Sumqayıtın 1-ci polis bölməsinin əməkdaşları ora gəlib. Onlara da izahatımı və ərizəmi vermişəm. Qurban bayramından iki gün öncə də Sumqayıt şəhər prokurorluğuna lazım olan bütün sənədləri və ərizəmi təqdim etmişəm. Bütün sənədlər əlimdədir. "Doktor.az"ın bizə verdiyi ilk kağız da var. Bu sənəddə qızımın narkoza girməzdən əvvəl müayinə edildiyi və sağlam olduğu qeyd olunub. Bunu klinikanın özünə də təqdim etmişəm”.
Zərəçəkmişlər aidiyyəti qurumların məsələyə diqqət göstərilməsini,onlara maddi və mənəvi ziyan vuran şəxslərin ağır şəkildə cəzalandırılmasını tələb eder.
Məsələ ilə bağlı “Doktor.az” klinikasına ünvanlanan suallarımız cavabsız qaldı.
***
20:15
"Doktor.az" klinikasının direktoru Cəmaləddin Kəlbalıyev Bakupost.az -la əlaqə saxladı.
O, məsələ ilə bağlı Prokurorluğun araşdırma apardığını bildirib:
"Xəstə sterilləşdirilmiş su ilə imalə olunub. Lakin hamı bilir ki, lazım olanda istənilən su ilə imalə olunmada problem yoxdur. O, buradan sağlam ayrılıb. Onu saat 6-7 radələrində təcili tibbi yardım aparıb. Təzyiqi müəyyən qədər düşüb. Lakin təzyiqin 0-a enməsi barədə məlumat yalandır. Təzyiqi 0-a düşən insan yaşaya bilər? Xəstənin atasına izah etmişik ki, gedin, hüquq-mühafizə orqanlarına müraciət edin. Həkimin bir günahı varsa, cəzasını çəkəcək. Mərkəzi Klinika da, Türkiyədəki həkim də deyir ki, bizim həkimdə günah yoxdur. Hal-hazırda məsələ ilə bağlı bütün sənədləri Prokurorluğa təqdim etmişik, araşdırma aparılır. Hər şei araşdlrmanln nəticələrində bəlli olacaq".
Direktor vurğulayıb ki, şikayətçinin verdiyi məlumatlar şantaj xarakterlidir:
"Uşağın anasının da 1-2 il əvvəl kardioloji problemi olub, Bakıda hansısa klinikada stend qoyublar. Daha sonra onları da şantaj edib pullarını alıblar. Bizə də deyirlər ki, 15 min dollar xərcimiz çıxıb, onu ödəyin. Xəstənin atası Türkiyədəki həkimlərə deyib ki, sənəddə filan şeyləri qeyd edin, gedib pul tələb edəcəm.
Müayinə zamanı anası da yanında olub. Deyib ki, iynəni niyə tibb bacısı vurdu, həkim vursun. Bu cür bəhanələr gətirirlər. Yalanlarını öz sözləri ilə təsdiq edirlər. Deyirlər ki, həkim narkotik qəbul edib. 35 ilin həkiminə o sözü demək olar? İndi həkim də iddia qaldırıb, yoxlansın, o da təzminat tələb etsin? Biz onların üzərinə getmirik, xalqın xidmətində durmağa çalışırıq.
Biz onu dəvət etmişik ki, həkim tanışınız varsa, gəlin, bizim həkimlərlə müzakirə etsinlər. Həkimin problemi olubsa, cəzalansın. Heç bir həkimlə gəlməyib. Bir gün deyir, pula görə gəlməmişəm, bir gün deyir, pulumu verin, bir gün deyir, Prokurorluq da işə düzgün baxmır".
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Salyan Rayon İcra Hakimiyyəti Başçısının Salyan şəhəri üzrə Nümayəndiliyi “A+H Təmir Tikinti” MMC ilə satınalma müqaviləsi imzalayıb. Müqavilədə Salyan şəhərnin küçələrinin işıqlandırılması işləri üzrə materialların alınması nəzərdə tutulur. Buna görə qurum şirkətə 45 024.08 AZN ödəyəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “A+H Təmir Tikinti” MMC 28 oktyabr 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 AZN olan şirkətin hüquqi ünvanı Şirvan şəhəri, Rəsulzadə küçəsi, ev 27V/1T-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Abasov Vüqar Mehman oğludur.
“A+H Təmir Tikinti” MMC 11 ildir fəaliyyət göstərməsinə baxmayaraq açıq mənbələrdə barəsində hər hansı məlumat yoxdur. Şirkətin əlaqə telefonları və saytına da rast gəlinmir.
Dövlət satınalmalarının vahid internet portalına nəzər saldıqda məlum olur ki, şirkət əsasən Salyan Rayon İcra Hakimiyyəti və sözügedən rayondakı qurumların tenderlərinin qalibi olur.
Şirkətin qalibi olduğu tenderlərin şərtlərinə diqqət etdikdə MMC-nin çoxfprofilli olduğu üzə çıxır. Məsələn, Salyan şəhər icra nümayənliyinə işıqlandırma ilə bağlı materiallar satan şirkət ötən il Salyanda kənd yollarının təmir ilə bağlı Salyan Rayon İcra Hakimiyyəti ilə 150 min manatlıq müqavilə imzalayıb.
Yaxud da şirkətin ötən il Salyan Suvarma Sistemləri İdarəsi ilə bağladığı 30 min manatlıq müqavilədən aydın olur ki, şirkət həm də buldozer təmir edir.
Beləliklə, “A+H Təmir Tikinti” MMC inşaat şirkəti olsa da, elektrik materialları, maşın mexanizmləri, nəqliyyat vasitələri üçün ehtiyat hissələri və tikinti materialları da satır.
MMC-nin “çoxprofilli” olması müəyyən şübhələrə yol açır. Ekspertlər bildirir ki, adətən bu tip şirkətlər tender oyunlarında iştirak üçün yaradılır.(reportyor.info) Xatırladaq ki, bundan əvvəl S.Hətəmov qalmaqallı görüntülərlə gündəmə gəlmişdi. Həmin videokadrları diqqətinizə çtdırırıq:

 
Ardını oxu...
Dünən başında Balababa Rzayevin dayandığı “Azərenerji” ASC ilə bağlı bir məlumatı paylaşdıq. Xəbərdən də aydın olurdu ki, "Azenerji" 6/10/35/110 kV-luq xətlərdə elektrik enerjisinin ötürülməsi, qəbul olunması, çevirilməsi və paylanılması üçün müxtəlif malların satın alınması ilə bağlı tenderə yekun vurub.

DİA.AZ-ın məlumatına qeyd olunurdu ki, tələblərə cavab verən, ən aşağı qiymət təklif edən “Smart Energy Solutions” QSC tenderin qalibi müəyyən olunub.

Qalib gəlmiş təşkilatla müvafiq satınalma müqaviləsi imzalanıb. Onu da bildirək ki, ilk dəfə deyil ki, başında Balababa Rzayevin dayandığı həşəmətli "Azenerji" milyonları “Smart Energy Solutions” QSC-yə ötürür. Aydın olurdu ki, “Smart Energy Services” MMC şirkəti 2022-ci ilin təkcə son 6 ayında Balababa müəllimin yedək "kantoru" olan «Azərişıq» ASC-dən 30 milyrn manata yaxın həcmdə tender sifarişi alıb...

Daha ətraflı aşağıdakı metrialda:

Balababa Rzayevin bala-bala tender oyunları... - BU DA FAKT!!!

İndi isə aydın olur ki, tenderi tenderə calayan "Aznereji" daha bir şübhəli ortağa büdcə pullarını ötürməkdədir.

Aydın olur ki, "Azərenerji" ATSC "Müxtəlif növ inşaat mallarının satınalınması" tenderinin nəticələrini elan edib.

DİA.AZ xəbər verir ki, qalib "Constructor Supply Services" MMC (VÖEN: 3101632501) olub.

Şirkətlə 978 869 manat məbləğində müqavilə imzalanıb.

Biz dia.az olaraq sözügedən şirkətlə və ümumiyyətlə "Azenerji"nin digər tender partnyorları ilə bağlı araşdırma materialı hazırlayırıq və yaxın günlərdə həmin materialı təqdim edəcəyik.

Buna qədərsə, dözlətin müvafiq qurumlarının gərəkən təftişi keçirəcəyinə də ümid edirik. Hər halda, sonuncu olaraq tender qazandırılan "Constructor Supply Services" MMC də "az aşın duzu deyil"...

Bu barədə növbəti yazıda.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Ardını oxu...
Salyanın ictra başçısının saysız mülkləri Yardımlıdan Bakıya, Bakıdan Ağcabədiyə qədər uzanır...

Günümüzün reallıqlarından biri də hazırda bir sıra mühüm dövlət postlarına keçmiş biznesmenlərin təyin olunmasıdır. Elə ölkəmizdə siyasətə və ya dövlət idarəçiliyinə biznesdən gələn kifayət qədər şəxs var ki, onların fəaliyyəti yalnız müsbət dəyərləndirilir.

Amma bir reallıq da var ki, bu həmişə belə olmur. Hər halda bu yazımızın qəhrəmanı olan Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovla bağlı sitiuasiya tamamilə fərqlidir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatlara görə bir vaxtlar daş karxanasının müdiri işləmiş Sevindik Hətəmov icra başçısı təyin olunandan sonra da özünü “karyer müdiri” kimi aparır, bu sahədəki biznesini durmadan genişləndirir, Salyanın problemləri isə “dizə çıxıb”.

Xatırladaq ki, 1997-ci ildən “Güzdək” daş karxanasına direktor vəzifəsinə yiyələnən S.Hətəmov burada özünə əməlli-başlı “gün ağlaya” bilib. “Güzdək” daş karxanasındakı fəaliyyəti artıq ona böyük kapital, hörmət və lazımı dairələrə giriş fürsəti tanıtmışdı. 2005-ci ildə deputat mandatı qazanan S.Hətəmov artıq sıradan biri deyildi. Bir müddət YAP Laçın rayon təşkilatının sədri, daha sonra Prezidenti Administrasiyasında baş məsləhətçi vəzifəsində çalışan Sevindik Hətəmov 2012-ci ilin aprel ayında Yardımlı rayonuna, 4 mart 2016-cı il tarixdə isə Salyana icra başçısı vəzifəsinə təyin olunur və bu günə qədər də həmin vəzifədə çalışır.

Əslən laçınlı olan icra başçısının hansı vəzifələri tutmasından asılı olmayaraq hər zaman “karyer biznesi”nə sadiq qalıb və hazırda da onun bir neçə daş karxanası var. Onu da bildirək ki, Yardımlıda, ardınca Salyanda “hakimi mütləq” olan S.Hətəmovun karxana biznesi problemsiz ötüşməyib. Məsələn bir neçə il öncə Güzdəkdəki karxanasında Abşeronun icra başçısı Zakir Fərəcovun təzyiqi ilə üzləşərək məğlub olan S.Hətəmov daha sonra eyni aqibəti Qaradağın icra başçısı Süleyman Mikayılovla yaşayıb.

Sevindik Hətəmovun qarşısına ölkə başçısı ciddi tapşırıqlar qoyduğu halda, icra başçısı isə öz şəxsi maraqlarının əsirinə çevirilib. O, yaxın qohumu, həmin vaxt “Zamin bank” ASC-nin Gənclik filialının direktoru işləyən Mahir Abbaszadənin Laçın rayonundan millət vəkili seçilməsi üçün milyonlar xərcləyib. Ona görə də M.Abbaszadə də hər zaman onu yuxarı dairələrdə müdafiə edir.

Sevinsik Hətəmov yaxın qohumları üçün də ağ gün ağlayıb. Belə ki, bacısı Nəsilənin əri Fərruxu Bakı şəhərində yerləşən Laçın köçkün məktəbinin direktoru təyin etdirib. Digər bacısının əri Oktay onun Qaradağdakı daş karxanalarını idarə edir. Oktayın oğlu Cəmil Məmmədovu Sumqayıt şəhərində Hərbi Prokurorluğa işə düzəldib .

S.Hətəmov Ağcəbədi rayonu ərazisində Laçın rayonuna aid qış yatağında 250 baş iri-buynuzlu və 1400 baş xırda-buynuzlu heyvandan ibarət böyük bir ferma yaradıb. Həmin heyvandarlıq fermasını qayınatası Cənnət kişinin adına rəsmiləşdirib və hətta həmin ferma üçün Sahibkarlığa Kömək Milli Fondundan xeyli kredit də ayırtdırıb.

Bakıda Həsən Əliyev küçəsində “milyonerlər” məhəlləsində bacısı Lətifənin adına 4 mərtəbəli villa alıb.

Oğlu Xətainin öz şəxsi nüfuzundan və əlaqələrindən istifadə edərək Bakı şəhəri 3 saylı “Asan Xidmət” Mərkəzinə müavin vəzifəsinə təyin etdirib. Qızı Günayı isə Neftçilər xəstəxanasında UZİ aparatı üzrə həkim vəzifəsinə yerləşdirib. Oğlu Xətai və qızı Günay isə dəyəri 150 min dollar son model “Range-Rover” markalı maşınlarla işə gedirlər.

Sevindik Hətəmov Nabranda möhtəşəm bir istirahət mərkəzini yeznəsi Oktayın adına alıb. Bakının mərkəzində S.Hətəmovun 8 yerdə topdansatış mağazalar şəbəkəsi var.

BDU-nun yaxınlığında “Meqa-Siti” yaşayış kompleksində ikisi 4, üçü isə 3 otaqdan ibarət 5 mənzili alıb.

Kompleksdə yerləşən “İdman-sağlamlıq” mərkəzini də bacısı Nəcibənin adına alaraq icarəyə verib. Həmin yaşayış kompleksi ilə üzbəüz gözəllik salonu da Sevindik Hətəmova məxsus obyektlərdən biridir.

Bütün bunlardan əlavə yazmadığımız daha bir çox mülklərə sahib olan icra başçısı barədə daha geniş məqaləni yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.

Xatırladaq ki, həbs olunan icra başçıları da çoxlu obyektlərə və başqalarının adına rəsmiləşdirilmiş bizneslərə sahib idilər. Aktualxeber.az olaraq bildirək ki, bizim bu yazımız yəqin ki, əlaqədar orqanlar və DTX üçün də maraqlı sayıla bilər. Qarşı tərəfi də dinləməyə hazırıq.

pia.az

Ardını oxu...
DogruXeber.az: - Şapka” Mamed kimi tanınan Məmməd Musayevin ömür yoluna nəzər salanda məlum oldu ki, bu adam 52 yaşında alim olub. Bilənlər bilir ki, alim olanlar 28-30,uzağı 35 yaşında alim olur. Bu günkü alimlərin çoxu məmur olub milyonlar qazanandan sonra saxta yolla alimlik dərəcəsi almaq üçün müdafiə edib alim olanlardır. Sizi inandırıram ki, “Şapka” Mameddən soruşan olsa ki, hansı mövzuda müdafiə etmisən, müdafiə etdiyin mövzunun adı nə olub, yəqin ki, bilməz. Bütün bunları bir kənara qoyub, Məmməd Musayevin bankir kimi fəaliyyətinə nəzər salaq. 1992-ci ildə AXC hakimiyyəti dövründə Dövlət Bankının Qaradağ şöbəsinin, Aqrar Sənaye Bankının Əməliyyat idarəsinin rəisi, 1992-ci ildən Respublika Səhmdar Kommersiya Aqrar Sənaye Bankının İdarə Heyətinin Sədri olan,Məmməd Musayev AXC hakimiyyətdən gedəndən sonra da karyerasını davam etdirib.2001-ci ildən isə hal-hazıradək "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin Sədri vəzifəsində çalışır. Bəli, Azərbaycanda aqrar sahəyə ayrılan 100 milyonları mənimsəyən Məmməd Musayev məhz həmin dönəmdə “Şapka” ləqəbini qazanıb. Belə ki, aqrar sahədə
çalışanlara,sahibkarlara verilən kreditin “şapka”sını alaraq onlara kredit verib. İndi özünüz düşünün ki, aqrar sahədə çalışanlar bu cüzi kreditlə nə edə bilərdi..?
Bu gün kənd təsərrüfatı məhsullarının baha olmasının bir səbəbi də budur. Hələ bu harasıdır..? Məmməd Musayevin şəxsən təşəbbüsü ilə 1995-ci ildə Türkiyə Respublikasının "Ziraat" Bankı və Aqrar Sənaye Bankının birgə təsisçiliyi ilə "Azər-Türk Bank" Birgə Səhmdar Kommersiya Bankı yaradılmışdır. Bu həmin “Ziraat” Bankdır ki, “Şapka” Mamedlə birgə dövlətin Kənd Təsərrüfatı Nazirliyinə ayırdığı milyonlarla krediti mənimsəyib. Və “Ziraat” Bankın neqativ fəaliyyəti ölkədə hamıya məlumdur. Hansı ki, o milyonlar regionlarda aqrar sahənin inkişafına, yeni iş yerlərinin açılmasına və ən əsası ƏRZAQ BOLLUĞU üçün ayrılmışdı. “Şapka” Mamed özünü Azərbaycan cəmiyyətinə XEYRİYYƏÇİ kimi sırımağa çalışır. Hansı ki, öz həmyerliləri, yəni Qazax camaatı dəfələrlə mediada Məmməd Musayevin ünvanına nələr deməyiblər. Qazax rayon sakinləri yazır ki, özünü xeyriyyəçi adlandıran Məmməd Musayev rayondakı imkansız şəxslərin torpaq sahələrini, evlərini ələ keçirir...
Hətta bu adam öz dədə-baba evini ona satmaq istəməyən yaşlı qadına təzyiq üçün onun həbsxanadakı qızına da təsir yolları tapıb. İndi bu adamın mənəviyyatını təsəvvür edin... Həbsxanadakı əli-qolu bağlı qadına “kişilik göstərmək”. Bu nəinki milli-mənəvi dəyərlərə, heç insanlığa, kişiliyə yaraşan hal deyil. Məmməd Musayevin korrupsiya əməlləri barədə sabiq Baş prokuror Zakir Qaralova yazılan şikayətləri bir yerə yığsalar böyük təpə yaranar. Amma heç bir nəticə olmayıb. Savadlı bank mütəxəssisləri bilir ki, Məmməd Musayev qeyri-peşəkar, səriştəsiz, savadsız bank rəhbəri olub və həmişə öz mənfəətini güdüb. Əslində Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyev həbs ediləndə “Şapka Mamed” də həbs olunmalı idi.
Onu da qeyd edək ki, Məmməd Musayevin sahibi olduğu “Turanbank”ı oğlu Fuad Musayev idarə edir. “Şapka” Mamed utanıb-qızarmadan onun barəsində şikayət edənlərə deyir ki, mənim Prezidentlə şəklim var, məni şəxsən tanıyır, bütün işləri yuxarılarla danışıb həll edirəm... Məmməd Musayevin tanınmış ekstrasens Zirəddin Rzayevə sponsorluq etməsi, kimlərinsə dilini-ağzını bağlatması barədə də mediada çox yazılıb.
İndi isə Məmməd Musayevlə bağlı keçək lap son xəbərə. 3 gün öncə ölkə mediasında yayılan xəbərdən bəlli oldu ki, Məmməd Musayev “Türk-Azərbaycan” klinikasını alıb və qızı Xuraman xanımı klinikaya rəhbər təyin edib. Ən dəhşətlisi odur ki, “Şapka Mamed” klinikanın tanınmış həkimlərini işdən çıxartmaq üçün onları hədələyir. Bəli, sosial şəbəkədə tanınmış həkim-psixiatr Abdulla Şıxlinskinin "Şapka Mamed" kimi tanınan Məmməd Qurban oğlu Musayevin “Türk-Amerikan” klinikasını alması, onu qanunsuz olaraq işdən çıxarması və hədələnməsi haqda müraciəti yayılıb. Şikayətçi yazır ki, Məmməd və qızı Xuraman xanım həkimlərin maaş kartlarını özlərində saxlayıb, həmin kartlarla hansı özbaşınaqlıqları etdikləri məlum deyil.
Deməli, klinikada həkimlərin qəbulu üçün otaq çatmadığı bir vaxtda Xuraman xanım böyük bir otağı təmir etdirib, özünə istirahət otağı düzəltdirib. Həkim şikayətində yazır ki, klinikaya sığorta ilə gələn xəstələrə xidmət göstərilmir: “Pulsuz, xeyirsiz xəstələrdir” deyib başdansovdu yanaşılır. Klinikada həkim-terapevtin otağı axşam 20.00-dan sonra şəxsi qohumlar üçün görüş otağı kimi istifadə olunur. Psixiatr yazır ki, mən ona deyəndə ki, sənin qızın problemlidir, inanmır... İndi gördünüzmü, bankirin klinika almasını, klinikanı hansı məkana döndərməsini, onun qızının problemli olmasını və daha nələri...
Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//

Ardını oxu...
DİA.AZ: - "Azərbaycan Texniki Universitetinin (AzTU) təcrübəli müəllimlərindən bir qrupu yenə də yalnız universitetimizdə deyil, həm də ölkəmizin aşağıdan yuxarıyadək bütün təhsil sistemində yaranmış vəziyyətlə və bu vəziyyətin nəticələri olan faktlarla Respublika ictimaiyyətinə, əlaqədar rəsmi dövlət təşkilatlarına və vəzifəli şəxslərə müraciət etmək məcburiyyətindədir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalənin ƏVVƏLİ BURADA: Vilayət müəllimin ƏYALƏT TƏFƏKKÜRÜ... - BUNUN BAŞQA ADI YOXDUR...

Məqalənin davamında deyilir: "Bu işlərin maliyyə tərəfləri hələ bir tərəfə qalsın, təhlükəsizlik aspektindən danışaq. V.Vəliyev özünün iqtisadçı təfəkkürü ilə elə düşünür ki, əgər divarlar daşıyıcı divarlar deyilsə, yəni binanın ağırlığını öz üzərində saxlamırsa, onları təhlükəsiz sökmək olar. Ancaq biz ona izah etməyə çalışaq ki, daşıyıcı olmayan divarlar da binanı horizontal müstəvidə deformasiyalardan, texniki dil ilə desək, horizontal müstəvidə rəqslərdən qoruyur və bu divarlar olmadıqda, bina yalnız dirəklər üzərində qaldıqda, bina horizontal müstəvidə, yəni eninə istiqamətdə çox yaxşı bir rəqsi hərəkət edən sistemə çevrilir. Yəni sadə dil ilə desək, azacıq zəlzələ baş versə, həmin bina dirəklər üzərində o yana, bu yana yellənəcək və çox güman ki, dirəklər bu rəqslərə davam gətirməyəcək və bina uçacaq. Bu təhlükə isə Türkiyədə bir neçə ay əvvəl baş verən zəlzələ fonunda bu gün çox aktualdır. Nəzərə alın ki, həmin binanın yuxarı mərtəbələrində bütün gün ərzində yüzlərlə, bəlkə, minlərlə tələbə otaqlarda dərs keçir, işçilər otaqlarda işləyir. Bu anda zəlzələ baş versə, nə ola bilər? Bakıda 2000-ci ildə baş verən 6,8 bal gücündə zəlzələ hələ də bizim yadımızdan çıxmayıb.
Deyirlər ki, Türkiyədəki zəlzələnin səhəri günü V.Vəliyev gəlib öz söküntülərini gəzib, gözdən keçirirmiş. Bəs görəsən Fövqəladə Hallar Nazirliyi bunlardan xəbərdardırmı və həmin binanı yoxlayıbmı? Bina artıq 1 ildir ki, belə sökülmüş vəziyyətdədir və yəqin ki, azı bir o qədər də belə qalacaq. Aşağıdakı fotoşəkildə həmin binanın 1-ci mərtəbəsi göstərilmişdir.

Ardını oxu...
Yeni tədris binasında 1-ci mərtəbədə binanın bu başından baxanda, o biri başına qədər açıq görünür. Ara divarlar sökülüb, bina yalnız dirəklər üzərində dayanır.

V.Vəliyev demək olar ki, bütün tədris binalarının 1-ci mərtəbələrini boşaltdırıb, oradan kafedraları, laboratoriyaları, müəllimlər otaqlarını sıxlaşdıraraq, yuxarı mərtəbələrə daşıtdırır. Xüsusən küçəyə çıxışı olan binaların 1-ci mərtəbələri onun gözüdoymayan tamahına tuş gəlir. Maraqlıdır, görəsən V.Vəliyev bu sahələri neyləyəcək. O özü belə bir xəbər buraxır ki, guya bu ərazilərdə elmi-tədqiqat institutları yaradacaq və elmlə məşğul olacaq və bu işlərə tələbələri də cəlb edəcək. Əvvəla ona sual veririk ki, o, AzTU-nun müəllimlərinin, texnika elmləri doktorlarının, professorların necə deyərlər, “qaymağını”, ən fəal və elmli nümayəndələrini universitetdən qaçırıb-dağıdıbsa, uzaqlaşdırıbsa, gələn gündən AzTU-nun elmi kadrlar potensialına müharibə elan edibsə, bu elmi-tədqiqat institutlarında kimləri işlədəcək? İkincisi, bir danışdırıb görsün onun universitetinin əksəriyyəti 200-250 bal ilə qəbul edilən tələbələri nə gündədirlər, heç olmazsa Azərbaycan dilində danışa bilirlərmi, heç olmazsa məktəb fizikasından Om qanununu, Nyuton qanunlarını bilirlərmi ki, elmlə də məşğul olsunlar? Onlarda heç olmazsa oxumaq həvəsi varmı ki, sonra da elmlə məşğul olsunlar? Həm də V.Vəliyev “yaratmaq arzusunda olduğu” bu elmi-tədqiqat institutlarının siyahısını və adlarını bu 4 ildə bəlkə 40 dəfə AzTU Elmi Şurasının qərarı ilə dəyişdirib. Görünür, əsas məqsəd başqadır: birincisi, gözdən pərdə asmaq və ikincisi, artıq məlum olub ki, 2-ci tədris binasının boşaldılmış 1-ci mərtəbəsi AzTU-nun hesabına təmir edilir ki (yenə də bu sonu görünməyən təmirlər), xarici şirkətə icarəyə verilsin. Baxın, küçəyə çıxışı olan binaların 1-ci mərtəbələri ona bu məqsədlə lazımdır. Yeri gəlmişkən qeyd edək ki, V.Vəliyev bu əməliyyatı, yəni universitet ərazilərini kənara icarəyə verməyi ADNSU-nin rektoru Mustafa Babanlıdan öyrənib. M.Babanlının bu sahədə çox “zəngin” təcrübəsi var.
V.Vəliyev özünü populyarlaşdırmaq, müasir dillə desək, özünə piar yaratmaq üçün Türkiyə faktorundan geniş istifadə edir, özünü “Turkiyəpərəst” kimi göstərməyə çalışır, halbuki, mahiyyətcə, praktiki əməlləri ilə 5-ci kolonun (keçmiş imperiyanın) maraqlarına xidmət edir. Cari tədris ilində o, əsabələri ilə birlikdə 3 dəfə Türkiyəni bu başdan o başa səfərə çıxıb, o universitet qalmayıb ki, onunla ikili diplom, birgə elmi-tədqiqat işləri (???) və əməkdaşlıq haqqında memorandum imzalamasın. Hər dəfə də fotoşəkillərini çəkdirib, universitetin saytına yerləşdirib. Türkiyədən Bakıya kim qonaq gəlirsə, V.Vəliyev dərhal onu AzTU-ya dəvət edir, əsabələri ilə birlikdə universitet söküntülərinin və xərabəliklərinin ərazisinə onları ekskursiyaya çıxararaq, bu ərazilərdə yaxın gələcəkdə görüləcək “gözəl-gözəl işlərin” planlarından onlara nağıllar danışır, yəni, “bağ belə, bostan belə”, bu yerlərdə filan-filan işlər görüləcək, dünya səviyyəsində elmi işlər qaynayacaq, hələ bəlkə, AzTU-nun həyətində kosmik gəminin start meydançası da qurulacaq və tələbələrimizin yaratdığı peyk kosmosa, yerətrafı orbitə çıxarılacaq... Hansı tələbələrin, o tələbələrin ki, AzTU-ya 200-250 bal ilə qəbul olunurlar və heç Nyuton qanunlarını bilmirlər, kvadrat tənliyi həll etməyi bacarmırlar?
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov da özünün 5-ci kolona xidmət etməsi faktlarını ört-basdır etmək və guya ki, özünün qərb yönümlü olduğunu göstərmək üçün yəqin ki, universitetin adının ingilis abreviaturası ilə UNEC adlandırılmasına nail olub".

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Ardını oxu...
     

Şəkildə gördüyünüz bu zabit oğlanı iki gün əvvəl nazir Kəmaləddin Heydərovun əmri ilə FHN sıralarından uzaqlaşdırıblar. Leytenant Məmmədov Toğrul Elşən oğlu FHN-nin tabeliyindəki Xüsusi Risqli Xilasetmə Xidmətində qulluq edib.

Atası Elşən Məmmədov Azinforum.az İnformasiya Portalına verdiyi eksklüziv videomüsahibədə oğlunun işdən çıxarılma səbəbini maraqlı və heyrətdoğuran amillərlə izah edib. Bildirib ki, oğlunun xidməti iş yeri olan ərazidə FHN-nin başqa iki qurumu da fəaliyyət göstərib. İnzibati bina Suraxanı rayonu ərazisində yerləşib.
Ardını oxu...
Toğrul görürki ərazi üzrə Yanğından Mühafizə İdarəsinin rəisi Vüqar İsmayılov özünün və atasının şəxsi maşınını inzibati binanın həyətində tabeçiliyindəki işçilərə yuduzdurur. Maşını yuyanların sırasında 44 günlük müharibənin iştirakçısı, 7 medalla mükafatlandırılan bir veteranın da olduğunu görəndə Leytenant Məmmədov dözə bilmir və rəis Vüqar İsmayılova öz iradını bildirir. Rəisin isə cavabı belə olur: “Ged öz işinlə məşğul ol”.
Ardını oxu...
Bundan sonra leytenant Məmmədov bütün bu mənzərənin fotolarını əldə edərək, yaşanan özbaşınalıqla bağlı nazir Kəmaləddin Heydərova şikayət ünvanlayır. Təbiidir ki, şikayətə faktı sübut edən fotoşəkilləri də əlavə edir. Atasının dediyinə görə, elə bundan sonra da Toğrulun qara günləri başlayır. FHN-nin Daxili Təhqiqat İdarəsinin apardığı yoxlamanın sonunda belə qərar verilir ki, şikayətdə qeyd olunan faktlar öz təsdiqini rapmadı. (?)
Ardını oxu...
Sonra şikayətçi leytenanta Vüqar İsmayılovla barışmaq təklif edilir, ancaq Toğrul yenə də məsələnin obyektiv araşdırılmasını tələb edir. Sonda çanaq Toğrulun başında çartlayır və onu nazirin əmri ilə işdən azad edirlər. İşdən çıxarılma ilə bağlı əmrin sürəti hələ də Toğrula təqdim olunmur. Yalnız rəhbərlikdən sevincək şəkildə gəlib deyiblər ki, özünə aid nə varsa götür və bunanı tərk et, sən tutduğun vəzifədən azadsan.

Şərh bölümündə Toğrul Məmmədovla olan videomüsahibənin və deyilən mənzərəni əks etdirən fotoları da təqdim edirik. Azinforum.az olaraq, müsahibədə adları çəkilən hər bir şəxsin də mövqeyinə yer verməyə hazır olduğumuzu bildiririk.

Dünyapress TV

Xəbər lenti