Ardını oxu...
Biz bir media olaraq dəfələrlə bəyan etmişik ki, gənclərin irəli çəkilməsini, yüksək vəzifələrə təyin olunmasını dəstəkləyirik. Ancaq nəzərə almaq lazımdır ki, dövlət idarəçiliyi savadla bərabər peşəkarlıq, təcrübə tələb edir. Yaxın keçmişimizdə, yəni sovet dövründə bir kadr komsomolda, partiyada uzun təcrübə keçəndən sonra vəzifəyə təyin edilirdi.
Digər vacib məsələ isə yüksək vəzifəyə təyin olunan kadrın ixtisas məsələsidir. Axı, idman müəllimi prokuror ola bilmədiyi kimi aqronom da pedoqoq ola bilməz. Tarix müəllimini baytar təyin etmək, yaxud ədəbiyyat müəllimini ekoloq təyin etmək absurd məsələdir.
Bir neçə gün öncə araşdırma zamanı deputatlarımızdan birinin avtobioqrafiyasına nəzər salası olduq. Xanım deputat Saratov Dövlət Universitetinin tarix fakültəsini bitirb və bitirən ildə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Gədəbəy rayon Torpaq şöbəsində işə düzəlib, sonra İdman Naziliyində məsləhətçi, daha sonra deputat seçilib. Axı, tarix müəllimi Torpaq şöbəsində necə inspektor işləyə bilər, yaxud İdman Nazirliyində necə məsləhət verə bilər..?
Dahi şairimiz Məhəmməd Hüseyn Şəhriyar yazırdı: Bizdən qabaqdadır avropalılar, İşi iş bilənə tapşırır onlar. Volterin əlindən qələmini al, Ona kamança ver, de: "Bir hava çal." Kim bilir, bəlkə də alar, çalardı. Fəqət bəşəriyyət onsuz qalardı.
Bəli, hər bir kadr bacardığı yerdə faydalıdır. Bütün bunları yazmaqda məqsədimiz odur ki, gənc kadrların yüksək vəzifəyə təyinatında ixtisas, peşə, təcrübə mütləq nəzərə alınmalıdır. Bir neçə gün öncə gənc kadrlarımızdan birinin yüksək mükafat alması diqqətimizi cəlb etdi və qeyri-ixtiyari onun barəsində xırda bir araşdırma aparmalı olduq. Söhbət “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilən İlham Süleymanovdan gedir.
Birincisi, bu cavan, 35 yaşlı insan nə yatdı ki, nə yuxu görə... İlham Süleymanov nə vaxt dövlətə qulluq elədi və hansı sahələrdə..?
Media üzərindən apardığımız araşdırma zamanı bəlli oldu ki, İlham Süleymanov 10 iyul 1986-cı ildə anadan olub. 2004-cü ildə 15 nömrəli məktəbi biirib. 2004-2008-ci illərdə BDU-da təhsil alıb. Vəssəlam. Bu adamın ixtisası nədir..? Necə yəni 2004-2008-ci illərdə BDU-da təhsil alıb..? Bu adam tarix müəllimidir, kitabxanaçıdır, hüquq təhsili alıb, yoxsa şərqşünasdır..?
İkincisi, bu adam vətən qarşısında öz borcunu yerinə yetiribmi, hərbi qulluqda olubmu..? Araşdırma zamanı bəlli oldu ki, İlham Süleymanov 2012-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində çalışıb. Yaxşı bu adam 2008-ci ildə BDU-nu bitirib, bəs 4 il harada olub, hansı sahədə çalışıb..?
Sonra bəlli olur ki, İlham Süleymanov 2018-ci ildən Kənd Təsərrüfatı Nazirliyində çalışır. İlham Süleymanov hazırda Kənd Təsərrüfatı Nazirliyinin Elm, Təhsil və Insan Resursları şöbəsinin müdir müavinidir.
Fikir verdinizmi ELM...TƏHSİL şöbəsi... Kənd Təsərrüfatı Nazirliyində fizika, riyaziyyat, yaxud filologiya elmindən söhbət getmir ee...heyvandarlıq...bitkiçilik...baramaçılıq...elmindən söhbət gedə bilər. BDU-da belə bir fakültə varmı, cənablar..? Bu adam əgər Aqrar Akademiyasını bitirmiş olsaydı... başa düşərdik. Bəli, belə düşünürük ki, işi iş bilənə tapşırmaq lazımdır.... //gundelik-baku.com//
 
Ardını oxu...
Azərbaycanda doxsanıncı illərin əvvəllərində hökm sürən xaos, dövlət nəzarətsizliyi infrastruktura, ekologiyaya ciddi zərbə vurdu. Ölkədə yaranmış xaosdan istifadə edən bəzi şəxslər dövlət mülkiyyətində olan inventarları, fabrik və zavodlara aid əraziləri satışa çıxardılar. Təəssüflər olsun ki, belə acınacaqlı məqamlara günümüzdə də rast gəlinir.

AzFakt.com xəbər verir ki, iddialara görə ərazisi satılan zavodlardan biri də Binəqədi rayonunda yerləşən Milli Aerokosmik Agentliyinin ərazisidir.

Bir neçə il öncə böyük əhəmiyyətə malik zavodun ərazisinin iş adamlarına satıldığı, hazırda həmin ərazidə yaşayış binalarının tikildiyi bildirilir.

AaFakt.com-un google-maps sistemindən əldə etdiyi məlumatda da zavodun ərazisində tikinti işlərinin aparıldığı açıq-aydın görünür.

Araşdırmamız zamanı məlum oldu ki, ərazidə tikilən yaşayış binalarının tikintisi artıq yekunlaşmaq üzrədir.

Azərbaycan Milli Aerokosmik Agentliyi Azərbaycanın kosmik tədqiqat proqramlarını idarə edən dövlət qurumudur.

Agentlik Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Futbolda növsümlərarası fasiləni maraqlı edən məqamlardan biri də transfer pəncərəsidir. Klublar bu dövrdə heyətlərini gücləndirmək və yeni mövsümə hazır olmaq yönündə addımlar atırlar.

Azərbaycan futbolunda da transfer dövrü maraqla izlənilir. Bu yay da belədir. Düzdür, aktivlik yüksək səviyyədə olmasa da, gözdən qaçmayan məqamlar var.

Çempionlar Liqasına hazırlaşan “Qarabağ”, ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Sabah”, “Neftçi” və “Qəbələ”nin transfer fəaliyyəti diqqət mərkəzindədir. Təkcə bu klublar deyil, digərlərinin də fəaliyyəti futbol ictimaiyyəti üçün maraq doğurur. Avrokuboklardan kənar qalan komandalar da aktivdirlər. Bu aktivliyin təbii və süni səbəbləri var.

Yay transfer pəncərəsi bəzi klublar üçün güclənmək, bəziləri üçün isə pullar xərcləmək və ya bu dönəmdən qazanclı çıxmaq baxımından önəmlidir. “Səbail” də belə klublardan biridir. Yarandığı gündən məqsədi, məramı, hədəfi, azarkeşi olmayan belə bir klub “qara bazar”ın əsas alverçisinə çevrilib. Xüsusilə klubun Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi idarəsinin (ASCO) nəzarətinə keçməsindən sonra bu hallar artıb. “Səbail”ə ASCO-nun sədri Rauf Vəliyev şəxsən nəzarət edir.

Ötən mövsüm klubun büdcəsi dövlət idarəsi hesabına 7-8 milyon manata qədər artırıldı. Bununla komandanın iddialı olacağı bildirildi. Bu istiqamətdə 8-i legioner olmaqla, 18 transfer edildi. Bu keçidlərə görə klub rəhbərliyi özlərinə yaxın olan menecerlərə külli miqdarda vəsait ödədi. Milyonlarla vəsait məhz onların vasitəsiylə büdcədən silindi. Futbolçuların məvacibləri və transfer qiymətləri olduqca şişirdilirdi. Bütün bunlar azmış kimi qışda növbəti legionerlər heyətə cəlb olundu. Yayda transfer edilənlərdən biri isə göndərildi. “Səbail”də edilən saxtakarlıqların nəticəsi ölkə çempionatında öz əksini tapdı. Ayağı top tuta bilməyən legionerlərin transferinə ayrı-ayrılıqda 200-300-400 min manat xərcləyən komanda yalnız son turda yerli futbolçulardan ibarət komandaya - "Şamaxı"ya qalib gəlməklə elitada qaldı.

Bu o deməkdir ki, mövsüm ərzində xərclənən 4-5 milyon manat istiqaməti üzrə sərf edilmədi. Bu vəsait səviyyəli transferlərə xərclənsəydi, komanda mövsümü güc-bəla ilə 9-cu deyil, daha yuxarı pillədə bitirərdi.

2022/2023 mövsümünün transferləri:

Gələnlər:

Yay transfer dövründə:

Franko Mazurek, Petro Stasyuk, Ağabala Ramazanov, Emil Balayev, Fakundo Kardoso, Qoba Zakpa, Qustavo de Fransa, Emil Martinov, Mirabdulla Abbasov, Rafael Məhərrəmli, Samir Abdullayev, Emin Zamanov, Vüqar Həsənov, Nihad Qurbanlı, Vüsal Qənbərov, Kizito, Maksim Çex.

Qış transfer dövründə:

David Qomes, İlkin Muradov, Mirəli Əhmədov, Matiya Luyiç.

Gedənlər:

Fakundo Kardozo, Emin Zamanov, Tural Bayramlı.

"Səbail"də indi də bu prosesə davam edir. Mövsüm bitən kimi 12 futbolçu ilə yollar ayrılıb. Büdcəsi 9 milyon manata qədər qaldırılan “dənizçilər”in göndərdiyi oyunçulardan 8-i legionerlər olub. Bu o deməkdir ki, klub rəhbərliyi üçün milyonlarla vəsait qazanmaq üçün özünə şərait yaradıb. 11 futbolçu heyətinə qatan “Səbail” yenə ənənəvi qaydada kluba yaxın menecerlərin “xidmət”indən yararlanır. Bu da imkan verir ki, dövlət büdcəsindən ayrılan vəsaiti rahatlıqla "yumaq" mümkün olsun.

Bu hələ harasıdır? Sizə elə bir transfer oyunundan bəhs edək ki, mat-məəttəl qalın. İyunun 21-də "Səbail" Coşqun Diniyevi heyətinə qatdığını açıqlayıb. 2 gün sonra isə qəribə hadisə yaşanıb. "Dənizçilər"in baş məşqçisinin oğlu Türkiyə təmsilçisi "Ümraniyespor"a keçib. Bildirildi ki, Diniyevin "Səbail"lə müqaviləsində xarici ölkə təmsilçisindən təklif alacağı təqdirdə "dənizçilər"dən hər hansı şərt olmadan ayrıla biləcəyi barədə müvafiq bənd yer alıb. Bu səbəbdən futbolçu azad agent statusu ilə Birinci Liqa təmsilçisinə keçib.

2 günlük transfermi olar? Klub rəhbərliyi bu oyunla kimin başını aldatmağa çalışıb? Bir günün içində Türkiyədən təklif gəldi və futbolçu da getdi. Bilinmirdi ki, bu futbolçuya Türkiyədən təklif var? Müqaviləyə salınan bənd də təsadüf idi? Bəs futbolçuya verilən imza pulu, menecerə ödənilən vəsait necə oldu? Deməli, bir günün içində böyük bir vəsait klubun büdcəsindən silindi. Həmin pulların hamısı və ya bir hissəsi kiminsə şəxsi cibinə qayıtdı. Bundan Rauf Vəliyevin xəbəri olmaya bilərmi?

2023/24 mövsümünün transferləri (davam edir)

Gələnlər: Yusif Nəbiyev, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Səlahət Ağayev, Coşqun Diniyev, Bahadur Həziyev, Amil Yunanov, Nir Bardea, Yadin Luqasi, Pedro Nuno, Valdemar Almeyda-Pana

Gedənlər: Emil Martinov, Zakra Qoba, Luvaqa Kizito, Qustavo de Fransa, Franko Mazurek, Petro Stasyuk, Ruslan Hacıyev, Maksim Çex, Matiya Lyuçiç, Mirabdulla Abbasov, Nihad Qurbanlı, Emil Balayev, Coşqun Diniyev ("Ümraniyəspor", Türkiyə)

Hələlik 4 legioner transfer edən "Səbail"in fəaliyəti yəqin ki, yay boyunca davam edəcək. Futboldakı transferlər milyonlarla vəsaiti dövlətdən oğurlamaq üçün ən ideal şəraitdir. Çünki buna görə heç kimə hesabat verilmir. Nəzərə alaq ki, qeydlərimiz sadəcə transfer fəaliyyətini əks etdirir. Kluba aid digər sahələrdə də böyük pulları mənimsəmək imkanı var. Yəqin ki, "Səbail"də bu imkan da əldən buraxılmaz. (Publika.az)
Ardını oxu...
Azərbaycanda dövlət büdcəsindən mədəniyyət sahəsinə ayrılan vəsaitlərin mühüm hissəsinin vəzifəli şəxslər tərəfinən mənimsənilməsi barədə mediada çox yazılıb.

Dövlət Təhlükəsizlik Xidmətinin 2020-ci ilin may ayının 9-da Mədəniyyət nazirliyində keçirdiyi xüsusi əməliyyat zamanı Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs edilərkən ictimaiyyətə açıqlanan videomateriallarda büdcədən ayrılan vəsaitlərin müxtəlif maxinasiyalarla mənimsənildiyinin bir daha şahidi olduq.

DTX-nin ötən ilin noyabr ayında Mədəniyyət nazirliyində keçirdiyi daha bir əməliyyat zamanı da çoxsaylı vəzifəli şəxslər həbs edildi. Həmin əməliyyat zamanı Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də həbs edildi.

Acınacaqlı məqam odur ki, mədəniyyət sahəsində olan büdcə talama siyasəti DTX-nin keçirdiyi əməliyyatdan sonra da davam etməkdədir. Strukturda piramida formasında baş verən büdcə talama nazirliyin ən kiçik müəssisələrinədək uzanır.

AzFak.com-un əldə etdiyi məlumata görə Mədəniyyət nazirliyi sistemində qanunsuzluğun, yeyinti hallarının hökm sürdüyü daha bir müəssisə F.Köçərli adına Respublika Uşaq Kitabxanasıdır.

Respublika Uşaq Kitabxanasında xeyli sayda işçinin işə gəlmədiyi, maaş kartlarının isə rəhbərlikdə olduğu iddia edilir. Doqquz şöbənin olduğu kitabxananın bəzi şöbələrinin isə ümumiyyətlə “ölü canlar”dan ibarətdir.

Məlumata görə kitabxananın təşkil etdiyi layihələrdə və kitabların nəşrlərində də maxinasiyalara yol verərək vəsaitlər mənimsənilir.

Respublika Uşaq Kitabxanasının fəaliyyət üzrə təqdim etdiyi hesabatların isə sadəcə rəqəmlər yığınından ibarətdir. Maraqlıdır ki, 2022-ci ildən artıq 7 ay keçməsinə baxmayaraq, Respublika Uşaq Kitabxanası hələ də ötən ilin hesabatını tərtib edə bilməyib.

Respublika Uşaq Kitabxanasında baş verən bütün qanunsuzluğun başında isə kitabxananın direktoru Şəhla Qəmbərovanın dayandığı bildirilir.

Uzun illərdir Respublika Uşaq Kitabxanasına rəhbərlik edən Şəhla Qəmbərovanın maaşı ilə uzlaşmayan qlamur həyat yaşadığı da iddialar arasında yer alır.

Qeyd edək ki, Respublika Uşaq Kitabxanası 3 filial, 9 şöbədən ibarətdir.

Araşdırmalarımız davam edir… //AzFak.com//
 
Ardını oxu...
Qazi Cahangirov İlqar Əlsafa oğlu tərəfindən
ŞİKAYƏT
Prezidentin tapşırıqlarına məhəl qoymayan Abşeronun icra başçısı Abdin Fərzəliyev.
Mənim müraciətim cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident
Mehriban xanım Əliyevayadır.
Mən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və
konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci qrup əliləm. Ali Baş
Komandan Cənab İlham Əliyevin göstərişi ilə 2021-ci ildə Bakı şəhərində mənzillə
təmin olunmuşam. Qüsursuz xidmətə görə 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla
təltif olunmuşam. Silahlə qüvvələrin 90, 95 və 100 illiyi yubiley, Azərbaycan
ordusunun yaranmasının 10 illiyi yubiley, hərbi xidmətdə fərqlənməyə görə 3-cü
dərəcəli, Füzulinin, Cəbrayılın, Xocavəndin, Şuşanın azad olunmasına görə,
döyüşdə fərqlənməyə görə və vətən müharibəsi iştirakçısı medalları ilə təltif
olunmuşam. Atam Əlisafa Cahangirov birinci Qarabağ müharibəsinin iştirakçısı
olub, anam Zəminə Cahangirova qəhrəman ana adını alıb və ömürlük 1-ci qrup
əlildir. İki qardaşımdan biri Altay Cahangirov birinci Qarabağ döyüşlərində
yaralanıb, ömürlük 2-ci qrup əlildir və digər qardaşım Fərahim Cahangirov birinci
Qarabağ müharibəsi veteranıdır. Bir sözlə biz ailəlikcə vətənimizə və dövlətimizə
bağlı şəxslərik.
Cənab Prezident İlham Əliyev bir çıxışında bunları söyləmişdi:
"Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün
dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara
yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla,
bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik.
Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb
edirəm. Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox
hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara
hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi
pozurlar. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozurlar.
Özünü xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar. Ona görə belə hallar
mənə məruzə ediləndə dərhal müvafiq göstərişlər verilir və bu insanlar ya inzibati
qaydada cəzalandırılır, ya da ki, cinayət məsuliyyətinə cəlb edilir. Ona görə
rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır, bu birincisi. İkincisi, rəhbərin mənəvi
haqqı olmalıdır ki, öz tabeliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu
mənəvi haqq yoxdursa, nə istəyirsiniz deyin, nə istəyirsiniz edin, sizə nə hörmət, nə
də ki, rəğbət olacaq".
Görünən odur ki, Abşeron rayon İcra Hakimiyyətinin Başçısı Fərzəliyev Abdin
Ələskər oğlu, cənab Prezident İlham Əliyevin tapşırıqlarına məhəl qoymayaraq
özünü ağa kimi, xan kimi apararaq vətəndaşlara yuxarıdan aşağı baxır. Təsəvvür
edin mən 2022-ci ilin dekabr ayından bu günə qədər Abşeron rayon İcra
Hakimiyyətinin Başçısı Abdin Fərzəliyevin qəbuluna düşə bilmirəm. Hər dəfə
Abşeron rayon İcra Hakimiyyətinə getdikdə Abdin məllim burada yoxdur,
iclasdadır falan filan bəhanələri ilə məni yola salırlar. Mən icra başçısının qəbuluna
gedirəm lakin məni qapıda duran polis qəbul edib yola salır. Çox utanc verici bir
haldır sadəcə.
Abdin Fərzəliyevin özünü ağa kimi aparmağı qalsın bir tərəfə hələ onun
müavinləri də özlərini ağa kimi apararaq məni qəbul etmir. Qaziyə qoyulan hörmət
budursa görün vətəndaşlar nələr çəkir Abdin Fərzəliyevdən. Maraqlıdır ki, cənab
Prezident İlham Əliyevin tapşırıqlarına məhəl qoymayan Abdin Fərzəliyev bu
hərəkəti ilə nə demək istəyir? Əgər ölkənin Prezidenti vaxtını ayırıb qazilərlə görüş
keçirə bilirsə, icra başçısı nə üçün qazini qəbul etməməlidir? Bəlkə də, Abdin
Fərzəliyev özünü Cənab Prezidentdən üstün şəxs hesab edir! Hesab edirəm ki, bu
müraciətimə hüquqi qiymət verilərək Abdin Fərzəliyev barəsində Qanuni ölçü
götürülər!
Mən buradan Abşeron rayon İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyevə sual
verirəm: Cənab Prezident İlham Əliyev sizi o vəzifəyə nə üçün təyin edib və nəyə
görə cənab Prezidentin tapşırıqlarına məhəl qoymursuz?
Cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım
Əliyeva! Sizdən xahiş edirəm ki, Abşeron rayon İcra Hakimiyyətinin Başçısı
Abdin Fərzəliyevə tapşırıq verəsiniz ki, məni qəbul edərək problemlərimin həlli
istiqamətində mənə köməklik göstərsin. Öncədən təşəkkür edirəm.
Müraciətlərimi davam etdirəcəyəm...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bakı şəhərinin Abbas Səhhət, Nəsib bəy Yusifbəyli, Mustafa bəy Topçubaşov küçələrində, Vaqif prospektində mənzil tikinti şirkətləri bina inşa etdiyi əraziləri hasarlayarkən piyada səkilərini də zəbt edir, insanların rahat və təhlükəsiz hərəkətinin qarşısını alırlar. Nəticədə piyadalar avtomobil yoluna çıxır, bəzi hallarda yolun ortası ilə hərəkət edirlər.

Bu da sürücülər üçün əlavə problemlər yaradır, piyadaların həyatını da təhlükə altında qoyur. Tikinti şirkətlərinin bu davranışı normaldırmı?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Ardını oxu...
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, yol hərəkəti sisteminin təşkilində ən önəmli komponent, ən önəmli şəxs piyadadır. Onun sözlərinə görə, piyadanın təhlükəsizliyi hər kəs üçün prioritet olmalıdır:

“Piyadaların həyatına, hərəkətlərinə çətinlik yaratmaq “Yol hərəkəti haqqında qanun”un vətəndaş və cəmiyyət üzərinə qoyduğu öhdəliyin birbaşa pozulması deməkdir. Hər hansı səbəbdən avtomobil yolunda hərəkəti məhdudlaşdırmaq, istiqaməti dəyişmək olar, amma piyada üçün hərəkəti məhdudlaşdırmaq yolverilməzdir. Yol infrastrukturunda piyadaların sağlamlığı, təhlükəsizliyi üçün nəzərdə tutulmuş infrastruktura ümumilikdə xələl yetirmək olmaz. Fiziki və hüquqi şəxslər hər hansı tikinti işi apararkən piyadaların təhlükəsizliyinin təmin olunması üçün piyada səkilərinin qorunmasına, hərəkətin təhlükəsizliyində onların oynadığı rola xüsusi həssaslıqla yanaşmalıdırlar”.

Baş inspektor qeyd edib ki, əgər piyada səkisinin yaxınlığında inşaat işləri gedirsə, yaxud binanın fasadında hər hansı təmir-bərpa işi aparılırsa, piyadaların hərəkət etdiyi səkinin üstü xüsusi vasitələrlə bağlanmalıdır:

“Elə edilməlidir ki, səki ilə hərəkət edən piyadanın üzərinə nə isə düşməsin, o, tam təhlükəsiz və rahat qaydada hərəkətini davam etdirə bilsin. Əgər inşaat işi piyada səkisinin zəbt edilməsi, mövcud imkanların məhdudlaşması ilə müşayiət olunursa, belə halların hər biri aidiyyəti üzrə qanun pozuntusudur. Müvafiq icra hakimiyyəti orqanları, o cümlədən tikintiyə icazə verən, onun aparılmasına nəzarət edən qurumlar bu qanun pozuntusunun aradan qaldırılmasına çalışmalıdırlar. Bu, yol polisinin işi deyil. Yol polisi piyada səkilərini zəbt edən, oradan dayanacaq kimi istifadə edən avtomobillərlə, sürücülərlə qanun çərçivəsində mübarizə apar bilər”.
Ardını oxu...
Yerüstü Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, Bakı şəhərində piyada səkilərinin vəziyyətinə dair aparılan təhlillər zamanı aşkar edilən çatışmazlıqlardan biri də tikinti şirkətlərinin səkiləri zəbt etməsidir. Agentliyin məlumatına görə, bu hal piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətinə risk yaratmaqla ümumilikdə şəhərin piyada mühitinə mənfi təsir göstərir:

“Bəzi tikinti şirkətləri tərəfindən yol verilən bu cür hərəkətlər eyni zamanda inzibati məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 354-cü maddəsində avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına görə məsuliyyət nəzərdə tutulub. Bilavasitə yolun hərəkət hissəsinə, səkilərə və yolun digər konstruktiv elementlərinə qanunsuz olaraq süni maneələr (material və predmetlər) yerləşdirilmiş müvafiq şəxslər barəsində Agentlik tərəfindən inzibati xəta haqqında protokollar tərtib edilib və baxılması üçün məhkəmələrə göndərilib. Məhkəmələrin müvafiq qərarları ilə indiyədək yeddi hüquqi şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilib”.

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev söyləyib ki, inşaat işləri aparılarkən yaxınlıqdakı piyada səkiləri üzərində müvəqqəti keçidlər yaradılmalıdır. O bildirib ki, inşaat işlərinin tam qanuni aparılmasına, hansı müddəti əhatə etməsinə dair ilk növbədə təsdiqlənmiş plan olmalıdır:

“Beynəlxalq təcrübəyə görə, harada tikinti işi aparılırsa orada təhlükəsizlik riskləri yaranır. Bu risklər nəzərə alınmaqla, piyadaların həmin ərazidən keçidi, təhlükəsizliyi təmin olunmalıdır. Yəni piyadaların yolunu dəyişmədən, uzatmadan səkinin üstündə xüsusi qurğu qurulur, bu, hərəkət edən insanların üzərinə nə isə düşməsinin qarşısını alır. Amma təqdim edilən fotolardan göründüyü kimi, Bakıda qeyd etdiyiniz ünvanlarda inşaat işi aparılarkən bəzi hallarda piyada səkiləri tamamilə zəbt olunub. Bunun nəticəsində insanlar avtomobil yolu ilə hərəkət edirlər. Bir halda isə səkinin üzərində sadəcə görüntü xatirinə, əlavə xərc çəkmədən, yüngül konstruksiya qurulub. Halbuki hər iki halda səkinin üzərində, yaxud ona ən yaxın yerdə təxminən tuneli xatırladan keçid inşa edilməli idi. Bu, döşəmədən tavana kimi dəmir konstruksiyadan, taxtadan yığıla bilər. Bununla müvəqqəti, təhlükəsiz keçid təmin olunur. Ərazidə müvəqqəti keçid qalereyaları da qurula bilər ki, biz bunun nümunəsini xarici ölkələrdə görmüşük. Düzdür, belə konstruksiyalar xərc tələb edir. Lakin nəzərə almaq lazımdır ki, ən dəyərli insandır, onun həyatıdır, təhlükəsizliyidir”.

Ardını oxu...
Hüquqşünas Ülvi Məmmədov deyib ki, bu məsələ Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənməlidir:

“Tikinti işləri aparılan zaman səkilərin zəbt edilməsi halı “Müfəssəl plan”ın pozulmasıdır. Bu tələblər pozulduğu təqdirdə isə şəhərsalma və tikinti fəaliyyəti sahəsində müvafiq qanunvericiliyin norması pozulmuş olur”.

Hüquqşünas deyib ki, piyada səkilərini zəbt edən tikinti şirkətinin əməlləri İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinin təsiri altına da düşə bilər:

“İnzibati Xətalar Məcəlləsinin 394-cü maddəsi şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunvericiliyin pozulması hallarını özündə əks etdirir. Əgər Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozularsa, fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir”.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun qardaşı oğlu Rəşad Ədalət oğlu Şahbazovun illər sonra əsgəri xidmətindən yayındığı üzə çıxıb.
Bu haqda redaksiyamıza danışan rejissor Orxan Aslan bildirib ki, Rəşad Şahbazov uzun illər Rusiyanın paytaxtı Moskva şəhərində yaşayıb. O, nə Rusiyada, nə də Azərbaycanda hərbi xidmətdə olub. Rəşad Şahbazov Azərbaycana gələrək rüşvət verərək hərbi xidmətdən yayınıb və yararsız hərbi bilet əldə edib.
Hazırda Rəşad Şahbazovla məhkəmə çəkişməsinin davam etdiyini deyən Orxan Aslan, bu məsələlərin hamısın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində araşdırıldığını və təsdiq edildiyini bildirib.
İndi Cəlilabad rayonunda özünü “YouTube” kanalı olan “Baş kanal media qrupunun” rəhbəri kimi insanlara təqdim edən Rəşad Şahbazov rayonda təxribat xaraklertli şəkilişlər edərək rayon əleyhinə mənfi imic yaratmaqla məşğuldur.
Tez-tez feyzbuk səhifəsində canlı yayım edən Rəşad Şahbazov Cəlilabadda qəsdən vəziyyətin çox pis olduğunu iddia edir. Belə canlı yayımlarının birində isə o vətənpərvərlik mövzusunda danışmağa cəhd edib və bu vətəni hamımızın sevməli olduğunu bildirib. Bu çıxışlarının ardından onu tanıyanlar bildiriblər ki, adam hərbi xidmətdən yayınıb, vətənə olan borcunu verməyib. Gülünc vəziyyətə düşən Rəşad Şahbazov dərhal həmin çıxışını sosial şəbəkədən silib və xəstə olduğu üçün əsgər getmədiyini bildirib. İndi bu xəstənin özünü “jurnalist” kimi cəmiyyətə sırımağı nə qədər doğrudur? Ona inanlar da elə xəstədir.
Cəlilabadda hektarlarla torpaqları zəbt edən, üzüm bağı salan, icarəyə torpaq verən Rüstəm Şahbazov görəsən niyə qardaşı oğlunu torpağa olan borcunu verməyə göndərə bilməyib?
Araşdırmamız davam edir və gələcək yazılarımızda Rəşad Şahbazovun digər qohumlarının da hərbi xidmətə gedib-getməməsini araşdırıb dəyərli oxucularımıza təqdim edəcəyik.
Teref.az olaraq rejissor Orxan Aslanın qaldırdığı iddialarla bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
Ardını oxu...
Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində "Yeni Həyat Şirkətlər” Qrupunun inşaa etdirdiyi "Park Azure” yaşayış kompleksində yaşan şəxs liftdə olan məlumat lövhəsindəki kağızları cıraraq, yaşayış kompleksinin dəhlizinə atdığı üçün polis tərəfindən saxlanılıb.

Qaynarinfo-nun məlumatına görə, buna səbəb isə vətəndaşın yaşadığı binanın 12-ci mərtəbəsinə qalxması üçün lift katının deaktiv edilməsi olub.

1977-ci ildə Xaçmaz rayonunda anadan olmuş Samir Əliyev (ad-şərti) yaşadığı binada 2 aydır ki, qanunsuz olaraq lift kartı deaktiv edilib. "Park Azure”a rəhbərliyi lift daxilində onun məlumatını yerləşdirərək göstərmədikləri xidmət haqqına görə pul tələb edib. O, həmin məbləği ödəməkdən imtina etdiyi üçün lift kartı deaktiv edilib.

İki ay müddətində özü və 3 uşağı yaşadığı 12-ci mərtəbəyə hər gün piyada düşüb-qalxmağa məcbur olublar. Dəfələrlə səlahiyyətli şəxslərə müraciət etsə də, problemi həll etməkdən imtina ediblər.

Bu hadisələrdən təngə gələn Samir 24 iyun 2023-cü il tarixdə liftdə olan məlumat lövhəsindəki kağızları cıraraq, yaşayış kompleksinin dəhlizinə atıb. "Reception” bölməsində işləyən Nuranə adlı işçini isə tənqid edib.

"Park Azure”a rəhbərliyi Samirin hərəkəti ilə bağlı polisə məlumat verib. Polis onu saxlayıb və protokol yazaraq, baxılması üçün məhkəməyə göndərib.

Samir Əliyev bildirib ki, "Park Azure” rəhbərliyinin liftə məhdudiyyət qoyması qanunsuzdur: "Tamerlan Əliyev və Elina Əliyeva adlı 2 azyaşlı uşağım var. Bir övladım da Vətən müharibəsi iştirakçısıdır və "Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib".

"Yeni Həyat Şirkətlər Qrupu”nun sədri vəzifəsini müvəqqəti icra edən Babək Babayev bildirib ki, vətəndaşın 1700 manat kommunal xidmətlərə görə yaranmış borcunu siliblər, lakin liftdən istifadəyə görə borcu ödəmədiyinə görə lift kartı deaktiv edilib: "24 iyun 2023-cü il tarixdə liftdə olan məlumat lövhəsindəki kağızları cıraraq, yaşayış kompleksinin dəhlizinə atıb, "reception” bölməsində işləyən Nuranə adlı işçi ilə mübahisə edib, nalayiq ifadələr işlədib, bukletləri götürərək nümaişkarcasına yerə atıb”.

Məhkəmənin qərarı ilə Samir Əliyev İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 50 manat məbləğində cərimə tətbiq edilib.

Qeyd edək ki, şirkət Bakı şəhərində "Grand Hayat”, "Park Azure”, "Yeni Hayat Residence”, "Yeni Hayat Plaza”, "Azure” və "MegaFun” kimi iri daşınmaz əmlaklara sahibdir.
 

Dünyapress TV

Xəbər lenti