Ardını oxu...
SOCAR-ın sabiq vitse-prezidenti 124 hektar torpağı mənimsəyib…
"2007-ci ildə Ağsu rayonu, Ərəbsarvan kənd Bələdiyyəsindən heyvandarlığın inkişaf etdirilməsi üçün 30 il müddətinə icarəyə götürdüyüm 124 hektar torpaq sahəsi qanunsuz olaraq əlimdən alınıb".
TEREF.AZ bildirir ki, bunu Bakupost.az -a açıqlamasında Ağsu şəhər sakini Elşən Məhəmməd oğlu Məmmədov bildirib.
Onun sözlərinə görə, icarə etdiyi torpaq sahəsi nüfuzlu və imkanlı şəxs tərəfindən zəbt olunub:
"Yuxarı Şirvan kanalının cənub tərəfində, Kürdəmir qobusu ilə su kanalının arasında yerləşən həmin ərazidə təyinata uyğun olaraq, mal tövləsi, iki qoyun damı, quzu damı, çoban evi, iki talvar, işçi otaqları və anbar olmaqla ümumilikdə 1437,8 kv.m-lik tikinti işləri aparıb".
E.Məmmədovun sözlərinə görə, digər işlərilə əlaqədar sonradan təsərrüfatın idarəçiliyini etibarnamə ilə qardaşı İbrahim Məmmədova həvalə edib. 2016-cı ilə qədər müqavilə rüsumunun ödənildiyini və işlərin tam qaydasında getdiyini bildirən şikayətçi qeyd edib ki, 2016-cı ilin əvvəlində qardaşı dünyasını dəyişib. Elə hər şey də bundan sonra başlayıb:
“Bir müddət başımız hüzürə qarışdı. Həm də özümün digər işlərimi qaydasına salmağa vaxt lazım idi. Ondan sonra əraziyə baş çəkdim. Gördüm ki, orada bütün tikintilər dağıdılıb. 30 il müddətinə icarəyə götürdüyüm ərazidə başqa adamların böyük tikinti işləri apardığının şahidi oldum. Onların kimliyi ilə maraqlandım. Dedilər, Mikayıl İsmayılov ərazini alıb. O, həmin vaxt SOCAR-ın vitse-prezidenti idi, hazırda Ekol Mühəndis Xidmətləri Qapalı Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədridir".

Ərazinin Mikayıl İsmayılova verildiyinin öyrənən Elşən Məmmədov məsələ ilə bağlı bələdiyyəyə üz tutub:
"O vaxtlar bələdiyyənin sədri Gülsüm Əhmədova idi. Ondan nə baş verdiyini soruşdum. O da bildirdi ki, guya qardaşım yeri Mikayıl müəllimə satıb. Dedim, qardaşım haqq dünyasındadı, yoxluğundan istifadə etməyin, 30 illik icarə müqaviləsi mənim adımadır, əgər qardaşımın elə bir fikri olsaydı, mənimlə məsləhətləşər, ailəsinə xəbər verərdi".
Elşən Məmmədovun sözlərinə görə, qardaşı ağır xəstəlik keçirdiyi üçün fermada saxladıqları heyvanları satmaq məcburiyyətində qalıb:
"Mənim bundan xəbərim vardı. Amma ərazinin satılması barədə heç bir məlumatım yox idi. Qardaşımın ailəsindən də soruşdum, dedilər ki, İbrahim nə torpağı satmağı, nə də əgər satıbsa, aldığı pul barədə bizə heç nə deməyib. Qarşı tərəf - Mikayıl İsmayılov isə qısa müddətdə sözügedən ərazidə böyük “Aqropark” inşa etmişdi. Maliyyə imkanlarım olmadığından, həm də Mikayıl İsmayılovun yüksək vəzifə daşıması səbəbindən məhkəmə çəkişmələrinə qoşulmadım. Sonradan Daşınmaz Əmlakın Şamaxı Regional Reystr Xidmətindən öyrəndim ki, mənimlə Ərəbsarvan bələdiyyəsi arasında 30 illiyə bağlanmış 14 mart 2007-ci tarixli, 09 saylı müqavilə əsasında əlimdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təsis etdiyi kadasr məlumatlarının kökü elektron bazadan silinib".
Elşən Məmmədov bildirib ki, 2016-cı ildə qardaşının ölümündən sonra həmin əraziyə Mikayıl İsmayılovun qardaşı Müşfiq İsmayılovun adına reystr xidmətindən çıxarış alınıb:
"Yəni, mənim xəbərim olmadan icarəmdə olan torpaq sahəsi Mikayıl İsmayılovun vəzifə səlahiyyətləri və külli-miqdarda var-dövlət sahibi olmasının güdazına getdi. Dünyasını dəyişən qardaşımın adından saxtakarcasına istifadə etdilər. Bizim həmin ərazidə dəyəri 100 min manatla ölçülən tikililərimiz qanunsuz şəkildə dağıdıldı".
Sahibkar bildirib ki, icarəyə götürdüyü torpaq sahəsinin qanunsuz yolla zəbt olunması ilə barışmayacaq:
“Həmin ərazidə mən və qardaşım halal zəhmətimizlə qazandığımız pulla 1437,8 kv.m sahədə tikinti işləri aparmışdıq. Həmin tikililərə hələ o vaxtkı pulla 100 min manata qədər pul yatırmışdıq. O cümlədən, hər il Ərəbsarvan Bələdiyyəsinin hesabına müqavilədə nəzərdə tutulan məbləğdə vəsait ödəmişik. Niyə hansısa dövlət məmuru vəzifəsindən sui-istifadə edərək, halal çörəyimizi zəhərə döndərir?! Çörəyə dəymək nə imandandır, nə də kişilikdən! Xüsusən də bir insanın ölümünün üstündən saxtakarlıq etmək, belə bir qanunsuz iş görmək heç bir ölçüyə sığmır! Əgər qardaşım o ərazini satmışdısa, Mikayıl İsmayılov onun sağlığında həmin ərazitə yerləşərdi. Niyə ölümünü gözləyirdi?! İkincisi, torpağın icarə sənədi mənim adımadır, yeri alanda sənədin sahibi kimi mənə xəbər edəydilər! Bunlar olmayıbsa, deməli, heç bir alqı-satqıdan söhbət gedə bilməz".

E.Məmmədov deyib ki, ümumiyyətlə, icarədər icarəsində olan icarədar sata bilməz. Buna görə də qardaşının torpağı satdığı barədə iddialar cəfəngiyyatdır:
"Torpağın əsas mülkiyyətçisi bələdiyyədir. Əgər icarədar müqavilənin şərtlərini pozur, yaxud könüllü şəkildə torpaqdan imtina edərsə, o zaman müqaviləyə xitam verilir.
Amma bunlar hər şeyi özbaşına həll ediblər. Hətta sənədi bazadanı siliblər. Əlbəttə, bu cinayətdə əsas günahkar bələdiyyə sədri, sonra torpağın icarəsinə dair sənədi bazadan silən məmur, ardınca da Mikayıl İsmayılov günahkardır. Əlimdə olan sənədlərin hələlik bir hissəsini ictimailəşdirmək. Əgər qarşı tərəflər hüquqlarımın bərpası üçün addım atmayacaqsa, məsələyə hüquqi müstəvidə qiymət verilməsinə çalışacaq, həm ölkə başçısına, həm də hüquq-mühafizə və məhkəmə orqanlarına müraciət edəcəym".
Məsələ ilə bağlı Ağsu rayonu, Ərəbsarvan kənd Bələdiyyəsinin sədri Əmiraslan Əsədullayevlə əlaqə saxladıq.
O, Bakupost az -a açıqlamasında bildirdi ki, sözügedən torpaq sahəsi ilə bağlı mübahisə yaranan vaxtlarda bələdiyyədə çalışmayıb:
“Bu məsələ ilə bağlı bizə müraciət olunmayıb. Həmin illərdə isə bələdiyyənin sədri Gülsüm Əhmədova olub. Müşfiq İsmayılovu tanıyıram, “Aqropark”da işləyir, fermerdir. Maraqlanıb, sizə məlumat verəcəm”.
2016-2019-cu illərdə Ağsu rayonunun Ərəbsarvan kənd Bələdiyyəsinin başçısı olmuş Gülsüm Əhmədova isə Bakupost.az -a açıqlamasında məsələdən xəbərsiz olduğunu dedi:
“Bu məsələdən xəbərim yoxdur. Başımdan əməliyyat olunduğum üçün 3 ildir bələdiyyədə çalışmıram. İndiyə qədər səlahiyyətlər məndə qala bilməz. O torpaqları Müşfiq İsamyılovgil özləri alıb, özləri sənədləşdiriblər. Mənim məlumatım olmayıb. Ola bilər ki, sənədin vaxtı bitib. İcarədə olan torpağın sənədi birdən-birə ləğv edilə bilməz”.
Məsələ ilə bağlı yazıda adı hallanan digər şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq. Mövzuya qayıdacağıq.
Ardını oxu...
Ehtiram Xəlilov Xaçmaz rayonun Nabran qəsəbəsində yerləşən vaxtilə məşhur “Atlant” istirahət və əyləncə zonasında bağban işləyir.
Hazırda ağır günvurma diaqnozu ilə Xudat xəstəxanasına düşüb. Günvurmanın səbəbi “Atlant”-ın müdriyəti tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının və Əmək qanunvericiliyinin əməyin mühafizəsi tələblərini qəsdən və kobud şəkildə pozulmasıdır.
Beləki, iyulun 15-i “Atlant”ın bağbanı Müslim Şixəliyev “Atlant”-ın icraçı direktoru Cavidanın göstərişi ilə Ehtiram Xəlilovu və Aydın ... günəş şuaları altında(kölgədə 36 dərəcə istidə) müəssisənin ərazisində yerləşən fındıq bağında ot biçmək və fındıqların dibini qazmaqla məşqul olublar.
Təxminən saat 15-də Ehtiramın halı pisləşib. O, müəssisənin həkimlərinə müraciət edib. Həkimlər ona günvurma diaqnozu qoyublar, günəşə çıxmamağı və kölgədə dincəlməyi tövsiyə ediblər. Lakin müəssisə rəhbərliyi Ehtiramı işləməyə məcbur edib. Bundan sonra onun halı daha da ağırlaşıb, gecə burnundan qan açılıb. Lakin səhərisi gün, iyulun 16-ı Ehtiram Xəlilovu bağban Müslim Şixəliyev yenidən açıq sahədə, günəşin altında işlədib.
Teref.az yazır ki, bunu müstəqil jurnalist Cəmil Məmmədli öz feyusbuk səhifəsində yazıb. Cəmil bəy daha sonra yazır:
Axşam Ehtiram işdən evə qayıdıb və bu gün onun halı yenidən pisləşib. Ailə üzvləri onu Xudat xəstəxanasına aparıblar.
Məsələ ilə bağlı ortaya bir sıra hüquq və humanitar suallar çıxır.
Ümid edirəm, aidiyati orqanlar “Atlant” rəhbərliyi qarşısında bu sualları qaldırıb, onlara qanunvericiliyə uyğun cavablar alacaqlar, günahkarlar cəzalandırılacaqlar, insan əməyinin bu dərəcədə qəddarcasına istismarına son qoyulacaq. Axı “Atlant” istirahət müəssisəsidir, islah-əmək müəssisə deyil.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
DogruXeber.az: - Təqribən 3-4 il əvvəl bəzi tanışlar tərəfindən bir iş təklifi aldım - Həmkarlar İttifaqı Konfederasiyasına üzv olmaq.

"İşim nədən ibarət olacaq", deyə soruşduğumda, cavab verdilər ki, - "Sənə vəsiqə veriləcək, o vəsiqə ilə gedib ictimai-iaşə obyektlərinə girəcəksən, vəsiqəni göstərib, pul alacaqsan.

Soruşdum, - "nə qədər və o pulu nə etməliyəm?"

Dedilər, "nə qədər ala bilirsən, al. Ayda 80 manat komitəyə vəsiqə pulu verəcəksən, qalanı da sənin".

Ağlım bu işdən bir şey kəsmədi deyə, arxasınca düşmədim.
Ötən il tibb işçisi olan rəfiqəm Həmkarlar İttifaqı Konfederasiyasından gileyləndi ki, "hər ay maaşımızdan komitəyə pul tutulur, putyovka (göndəriş) istəyəndə, başlarına daş düşür. 2-3 ay hər gün tələb edəndən sonra, gətirib Qubaya putyovka verdilər, ora da getdiyimə, o putyovkaya verdiyim pula yandım. Şərait bərbad, xidmət 0 (sıfır).

Mən başqalarından eşitmişdim ki, tibb işçilərinə və müəllimlərə putyovka yoxdur deyirlər, onlara düşən putyovkaları baha qiymətə başqalarına satırlar.

Odur ki, eşitdiklərimi dəqiqləşdirmək marağı ilə üz tutdum Paytaxt rayonlarından birindən fəaliyyət göstərən Həmkarlar təşkilatının qocaman sədrinin yanına.

Əvvəl çox ehtiyatla və qanunla danışdı. Biraz söhbət edəndən, tanışlıq verəndən sonra başladı ürəkli danışmağa.

Əvvəlcə qeyd edim ki, çoxdan tanıdığım bu adam komitənin üzvlük vəsiqəsini aylıq 50 (əlli) manata kirayə verirdi. Sonradan benzinin qiyməti qalxdı və vəsiqənin kirayəsi oldu 80 (səksən) manat. Hərçənd ki, benzinlə nə kimi əlaqəsi var idi anlamadım.

Ailə "səltənətinin" səfası... - VİDEO

Əlqərəz...

Əvvəlcə ondan tanışım üçün Günəşli sanatoriyasına putyovka istədim.

O dərhal həmin ərazi üzrə təşkilatla əlaqə saxlayıb, qiyməti soruşdu. 650 (altı yüz əlli) manat qiymət dedilər. Tanışım 300 (üç yüz) manat eşitmişdi və o qiymətə istəyirdi deyə, razılaşmadım.

Belə olan halda isə ağsaqqal qarşı tərəflə təkrar əlaqə saxlamağa ehtiyac duymadan, onun əvəzindən 580 (beş yüz səksən) manata qədər endirdi.

Üzvlük məsələsinə gəldikdə isə belə izah etdi ki, "əvvəlkinə baxma, əvvəl komitənin işini bilən yox idi deyə, gedən kimi pul verib yola salırdılar. İndi elə deyil, o dəqiqə götürüb polisə zəng edirlər. İndi belə işləyə bilərsən ki, gedib girirsən şirkətlərə, böyük marketlər və başqa obyektlərə, müdiriyyəti ilə danışıb, onlara üzvlük təklif edirsən. Əgər qəbul etsələr, elə ordan mənə zəng edirsən gəlib müqavilə bağlayıram. Onların hər ay komiteye ödədiyi pulun 10 faizi sənindir.

Mən:
- Təklifi necə etməliyəm?

Təşkilat sədri:
- Heç nə, deyirsən bizə üzv olun, bayramlarda sizin kasıb işçilərə ərzaq yardımı edək, ildə bir dənə, iki dənə putyovka veririk istirahət üçün, sanatoriya üçün.

Mən:
- Bəs üzvlük üçün onlardan tələbimiz nə qədərdir?

Təşkilat sədri:
- İşçi sayına görə pul ödəyir dəə onlar...

Təklifə baxın!
"Onların kasıb işçilərinə hərdən bayramlarda ərzaq yardımı edirik".

O "kasıb işçilər"in əmək haqqının iki faizi hər ay üzvlük haqqı çıxılır. Yəni, öz pulu ilə özünə hərdən bir yardım vermək. Hansı ki, milyonlarla həmkarlar üzvlərindən bu yardımları "gördüm" deyən də yoxdur.

Adama deyərlər, "kasıb işçilər"ın halalca maaşının "üzərinə qonub boğazına şərik" olmayın, öz pulu ilə minnətli yardıma gərək yoxdur.

Diqqət etdinizsə, sədrin təklifi yalnız pul və putyovka (o da ildə 1-2) bağlı oldu.

Halbuki ki, Azərbaycan Respublikası Konstitusiyasında - Həmkarlar İttifaqları haqqında qanunun ikinci fəsli - 10-11-12-13-cü maddələrində deyilir:

II fəsil
HƏMKARLAR İTTİFAQLARININ ƏSAS HÜQUQLARI

Maddə 10. Həmkarlar ittifaqlarının norma yaradıcılığında iştirakı

həmkarlar ittifaqları əmək, sosial, iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında iştirak edə bilər.

İşçilərin əmək, sosial və iqtisadi hüquqlarına dair qanun layihələrinə həmkarlar ittifaqları respublika birliyinin rəyi müzakirə edilməklə baxılır.

Həmkarlar ittifaqlarının respublika birlikləri işçilərin mənafelərini və həmkarlar ittifaqlarının hüquqlarını pozan qanunvericilik aktları, dövlət orqanlarının qərarları, sərəncamları barədə müvafiq qanunvericilik, icra və məhkəmə orqanlarına müraciət edə və şikayət verə bilərlər.

Dövlət və yerli özünüidarəetmə orqanları işçilərin əmək, sosial, iqtisadi hüquqlarına və mənafelərinə aid olan normativ aktları müvafiq həmkarlar ittifaqlarına azı 15 gün qabaq məlumat verməklə qəbul edirlər. [23]

Qanunvericiliklə nəzərdə tutulan hallarda həmkarlar ittifaqları respublika birliyi əmək və sosial-iqtisadi məsələlər üzrə qanunvericiliyin tətbiq edilməsi qaydalarını nizama salan normativ aktların hazırlanmasında iştirak edir. [24]

Maddə 11. Əmək hüququnun qorunmasında həmkarlar ittifaqlarının hüquqları

Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məşğulluğa kömək göstərilməsi tədbirlərin həyata keçirilməsində iştirak edirlər. [25]

İşəgötürənin təşəbbüsü ilə istehsalın səmərələşdirilməsi, əməyin təşkilinin təkmilləşdirilməsi, müəssisənin ləğv edilməsi, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, müvafiq həmkarlar ittifaqı orqanlarına qabaqcadan (azı 3 ay əvvəl) yazılı məlumat verməklə, işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmaqla həyata keçirilir.

Həmkarlar ittifaqları “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə uyğun olaraq məşğulluq sahəsində nəzarətin həyata keçirilməsində iştirak edirlər. [26]

Maddə 12. Əmək və həmkarlar ittifaqları haqqında qanunvericiliyə əməl edilməsinə nəzarətin həyata keçirilməsi sahəsində həmkarlar ittifaqlarının hüquqları

Həmkarlar ittifaqlarının işəgötürən tərəfindən əmək və həmkarlar ittifaqları haqqında, habelə sosial, iqtisadi məsələlər barədə qanunvericiliyə əməl olunmasını və aşkara .çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etmək hüququ var.

İşəgötürən bu tələblərə baxmağa və nəticələri barədə müəyyən edilmiş müddətdə, lakin bir aydan gec olmayaraq həmkarlar ittifaqına məlumat verməyə borcludur.

Müəssisənin (filialın, nümayəndəliyin, şöbənin və digər əlahiddə bölmənin) rəhbəri və onun müavinləri əmək qanunvericiliyini pozduqda, qüvvədə olan kollektiv müqavilənin (sazişin) şərtlərini (təəhhüdlərini) yerinə yetirmədikdə həmkarlar ittifaqları onların intizam məsuliyyətinə cəlb edilməsi barədə buna səlahiyyəti olan orqanlar qarşısında məsələ qaldıra bilərlər.

Həmkarlar ittifaqları öz üzvlərinin hüquqlarını müdafiə etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə və məhkəmədə nümayəndəlik vəzifəsini yerinə yetirə bilərlər.

Həmkarlar ittifaqları öz üzvlərinə hüquqi yardım xidmətlərini müstəqil surətdə təşkil edir və bu məqsədlə həmkarlar ittifaqları hüquq müfəttişliyi, hüquqi ekspert qrupları, firmaları və başqa orqanlar yarada bilərlər. [27]

Maddə 13. Əməyin mühafizəsi sahəsində həmkarlar ittifaqlarının hüquqları

Həmkarlar ittifaqları bu Qanunun, “Əməyin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ aktların tələblərinə uyğun iş yerlərində işçilərin əməyinin mühafizəsini tənzim edən qanunvericiliyə, istehsal zədələri nəticəsində əmək xəsarətinə görə zərərin ödənilməsinə, əmək şəraiti, istehsal sanitariyası normalarına işəgötürən tərəfindən əməl edilməsinə nəzarətin həyata keçirilməsində iştirak edirlər. [28]

Bu gün Azərbaycanda istənilən (istər dövlət, istərsə də özəl) idarə və müəssisə rəhbəri işsizlik reallığından sui-istifadə edərək, işçilərin əmək müqaviləsinin şərtlərini, həmçinin Əmək qanunvericiliyini kobud şəkildə pozur.

İşçilər çox zaman 11-12, hətta bəzən 13 saat işlədilir. İki növbənin işini bir növbə edir, bir növbənin işçilərinə gördürürlər.
Böyük şəbəkə marketlərin kassalarında əsasən hesab artıq çıxanda kassirə verilmir, amma əksik olduğu halda onların əmək haqlarından çıxılır, satıcılara 11-12 saat oturmağa icazə verilmir. Nahar fasiləsi yoxdur. Bir-birini əvəz etmək şərtilə hərə cəmi bir neçə dəqiqəlik nahara gedir, tez də qayıdır...

Ümumiyyətlə Azərbaycanda işçilərin hüquqlarının pozulması halları həddindən artıq çoxdur. Hüququnu tələb edən işsiz qalmalı olur. Odur ki, digər işçilər də "gözü çıxmış qardaşından öyrənib", susmağa məhkum olurlar.

Bugünə qədər kiminsə - yəni, hər hansı bir işçinin Həmkarlar ittifaqı tərəfindən hüququnun qorunduğu, yaxud bərpa edildiyi barəsində görüb, eşitmisinizmi?

Tikinti şirkətlərində çalışarkən yıxılıb xəsarət alan, yaxud dünyasını dəyişən ustalar, fəhlələr olur. Bu barədə sosial şəbəkələrdən, mediadan tez-tez oxuyuruq. S.Möhbalıyev onlar üçün hansı addımları atır? Özünün, yaxud ailəsinin hüquqlarının qorunması üçün nə edir?

Yaxud, Milli Məclisdə əyləşən - Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbaliyevin işçilərin hüquqlarının pozulmasına dair hər hansı bir təklif və tələbini gördünüzmü?

Yeri gəlmişkən, Həmkarlar İttifaqı haqqında qanunun 6-cı maddəsində o da deyilir ki...

Maddə 6. Həmkarlar ittifaqları birliklərinin sədrlərinin (sədr müavinlərinin) siyasi fəaliyyətlə məşğul olmalarına məhdudiyyətlər [14]

Həmkarlar ittifaqları birliklərinin sədrləri və ya onların müavinləri eyni zamanda siyasi partiyaların rəhbər orqanlarında ola bilməzlər. Siyasi partiyaların rəhbər orqanlarına seçilən, yaxud təyin edilən həmkarlar ittifaqları təşkilatının sədrləri və ya onların müavinləri öz istəyi ilə bu iki fəaliyyətdən birini davam etdirə bilərlər.

Maraqlıdır, bu qanun qurum rəhbərinə niyə aid edilməyib?

Yoxsa, qanunun bu maddəsini yoldaş Möhbaliyevin özü tərtib edib?!

"DogruXeber.az" olaraq qeyd edirik ki, Səttar Möhbaliyevin "ailə biznesi" sayılan bu qurumun fəaliyyətində əsas narazılıq yaradan tərəflərdən biri də Təhsil İşçiləri Azad Həmkarlar birliyidir.

Hansı ki, dəfələrlə olub ki, uzun illərdir təhsildə çalışan təhsil işçiləri "DogruXeber.az" informasiya agentliyinə müraciət edərək, yarandığı gündən bu günə qədər Həmkarlar İttifaqına üzvlük haqqı ödədiklərinə baxmayaraq, putyovka ala bilməməkdən gileyləniblər.

Özü də bu sahədə cavabdeh şəxsin kimliyini tapmaq üçün də ayrıca zaman və işçi qrupu sərf etmək lazım gəlir. Kimə zəng edirsən, o birinin üzərinə yönləndirir... Beləcə şikayətçi adamları arada yorurlar ki, bezsin, əl çəksin...

Amma, eşidirik ki, iş yeri olmayan şəxslər putyovka ilə əməllicə istirahət edirlər.

Bəs həmin putyovkaları hardan əldə edirlər?

Soruşanda da "ürəyiböyüklük" edib, "istəyirsən münasib qiymətlə sənin üçün də təşkil edim" deyə, hələ bir oradakı tanışları ilə fəxr də edirlər...

Nə isə...

Bu il də Yasamal rayon məktəblərində birində təlim-tərbiyə işləri üzrə müavin işləyən bir yaxınımızın müraciəti əsasında ötən ayın - yəni iyun ayının əvvəlində Yasamal rayonu Təhsil İşçiləri Azad Həmkarlar birliyi ilə əlaqə saxlayıb, putyovka istədik. Bizə cavab verdilər ki, direktor və müavinlərin "putyovka məsələsinə Turhan müəllim baxır".

Turhan bəyin telefon nömrəsini aldıq. Agentliyimizin rəhbəri Kamal Əsgərov Turhan bəylə telefon əlaqəsi saxlayıb, məsələni diqqətinə çatdırdı və xahiş etdi ki, iyul ayının 5-dən 10-na qədər lazımdır. O zamandan keçdisə gərək qalmır.

Turhan bəy bildirdi ki, bunun üçün e-mail ünvanımıza rəsmi məktubla müraciət edilməlidir.

Biz də bəyin dediyi qaydada rəsmi məktub hazırlayıb, özünün verdiyi elektron ünvana göndərdik, ardından da zəng edib çatıb-çatmadığını soruşduq, dedi çatıb.

Bir neçə gün gözlədik məktubumuza cavab gəlmədi. Belə olan halda yenidən Turhan bəyə zəng etdik. Lakin, təəssüflər olsun ki, o bir daha dəstəyi qaldırmadı.

Bu günlərdə putyovka üçün müraciət edən yaxınımızdan eşidirik ki, özü kimlərinsə əli ilə, başqa variantla putyovka tapıb,



30 ilə yaxındır həmkarlar ittifaqına pul ödəyən müəllim, halalca haqqı ola-ola hansısa başqa vasitələrdən istifadə edərək, putyovka əldə edir.

Belə olan halda adamın təhsil işçilərinə sözün əsl mənasında ürəyi ağrıyır.

Sual yaranır, bəs bu qurum bizim nəyimizə lazımdır?

Belə çıxır ki, həmkarlar ittifaqına üzvlük haqqı ödəyən bütün çalışanlar xeyriyyəçiliklə məşğul olur. Onlar hər ay Möhbaliyevin və onun səlahiyyətli işçilərinin yaxşı yaşaması üçün onlara öz əmək haqqlarından müəyyən faiz ayırırlar.

Bunun başqa adı yoxdur!

Qeyd edək ki, yazıda qeyd etdiyimiz bütün detallara aid səs yazısı və videogörüntüləri də mövcuddur. Lazım gələrsə, qarşıdakı günlərdə, mövzunun davamında onları da "DogruXeber.az" oxucularına təqdim edəcəyik.

Bundan əlavə, Həmkarlar İttifaqının otellər, istirahət mərkəzləri bağladığı müqavilələrin şərtləri, onların sahibləri, "iş prinsipləri" və sair barəsindəki araşdırmalarımızı da növbəti günlərdə dərc edəcəyik.

Diqqətiniz bizdə olsun!

Yazıda adı keçən hər kəsin mövqeyini dərc etməyə hazırıq.

DogruXeber.az
Jalə Asiman

 
Ardını oxu...
 

Daşdan səs çıxır, deputatdan səs çıxmır… 
Haqqında bəhs edəcəyimiz millət vəkili Kamran Bayramov barəsində qısa bir məlumat  verək. Deməli, 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsindən deputat seçilmiş Kamran Fərhad oğlu Bayramov 1979-cu ilin noyabr ayının 10-da Bakı şəhərində anadan olmuşdur. 1995-ci ildə Bakı şəhəri, Yasamal rayonunun 20 nömrəli orta məktəbi bitirərək, həmin ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. 1999-cu ildə həmin Universiteti bitirərək hüquqşünaslıq üzrə bakalavr dərəcəsini almışdır. 2008-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə magistraturaya qəbul olunmuş, 2011-ci ildə hüquq fakültəsinin magistr pilləsini fərqlənmə ilə bitirmişdir. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistraturaya qəbul olunmuş, 2016-cı ildə həmin təhsil müəssisəsini fərqlənmə ilə bitirmişdir. 1999-cu ilin sentyabr ayında təyinatla Ədliyyə Nazirliyinə işə qəbul olunaraq nazirliyin mərkəzi aparatının Beynəlxalq hüquq əməkdaşlığı idarəsinin inspektor vəzifəsinə təyin edilmiş; 1999–2006-cı illər ərzində Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq əməkdaşlığı idarəsinin inspektor, məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışmış; 2006-cı ilin sentyabr ayında İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini vəzifəsinə təyin olunmuş; 2007-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına işə keçirilərək İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilmiş; 2007–2013-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına işə keçirilərək İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində çalışaraq baş məsləhətçi vəzifəsinə qədər yüksəlmiş; 2013-cü ilin fevral ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri vəzifəsinə təyin olunmuş; 2015-ci ilin noyabr ayının 1-də keçirilmiş Milli Məclis seçkilərində 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Parlamentlərarası İttifaqda və NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür. Bu uzun  girişi  yazmaqda məqsədimiz odur ki,  bu adam ALİ HÜQUQ TƏHSİLİ alandan sonra bələdiyyə üzrə ikinci təhsil alıb. Niyə  və nəyə görə..? Digər məsələyə nəzər salaq. Biz deputatları  bəzi  media mənsubları kimi lal deputatlar-filan deyə bölmürük. Atalar demişkən, elə məsələlər var ki, susmaq daha düzgündür, nəinki mənasız danışmaq. Amma... Əmması odur ki, Daşkəsən camaatı yazır ki, bizim deputatımız da  bircə dəfə ağzını açıb seçicilərin problemindən danışsın... O da bildirsin ki, seçicilərin hansı problemləri var. Daşkəsəndən olan seçicilər deyir ki, Kamran Bayramov seçilən gündən indiyə qədər, neçə ildir ki, Millət vəkili kürsüsündə əyləşib, hələ bir dəfə də olsun camaatın heç bir problemini müzakirəyə çıxarmayıb, heç kimin yaralı barmağına bircə damcı da olsa yod vurmayıb... 
Seçicilər yazır ki, dəfələrlər işıq, qaz problemi ilə bağlı, yaxud yollarımızın vəziyyəti ilə bağlı deputatımız Kamran Bayramova müraciət etmişik....amma.... Daşdan səs çıxıb, deputat Kamran Bayramovdan səs  çıxmayıb... 
Sakinlər yazır ki, bu neçə ildə bircə dəfə də olsun deputatın sifətini görməmişik... Sözün qısası, Daşkəsən seçiciləri öz deputatlarını axtaır...
P.S. Hörmətli Millət vəkili Kamran Bayramov, dünən Binəqədidən seçilmiş Millət vəkili Hacı Madər Musayevi itirdik. Onun vəfatından təkcə Binəqədililər kədərlənmədi, çox adamlar kədərləndi, çünki Hacı Madər həmişə camaatın içində idi, onların problemləri ilə maraqlanırdı.

 
Ardını oxu...
 

Azərbaycanda Qida və Ərzaq Təhlükəsizliyi ilə bağlı problemlər o dərəcədə kəskin həddə çatdı ki, cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə 2017-ci ildə ölkədə qida təhlükəsizliyi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yaradıldı. 
Yəni konkret olaraq QİDA ilə bağlı. Biz çox dərinliklərə varmaq istəmirik. Amma QİDA məsələsi ciddi və strateji məsələdir. Və çoxlarının  anlamadığı kimi MİLLİ TƏHLÜKƏSİLİK MƏSƏLƏSİDİR. Bəli, çoxları Milli Təhlükəsizlik deyəndə elə bilir ki, söhbət terrordan-zaddan gedir....amma unudur ki, millətin təhlükəsizliyi onun sağlamlığından başlayır... Sən hər gün ölmüş at-eşşək əti ilə, yaxud kimyəvi dərmanlarla şişirdilmiş broyler toyuqları bizə yedirt sonra da...
Bəli, bu gün Azərbaycanda bir çox qida, istehlak məhsulları heç bir normaya uyğun deyil. Hətta bu günlərdə Beynəlxaq Su Cəmiyyəti bildirdi ki, Azərbaycanda içməli su kimi istifadə olunan su heç texniki istifadəyə layiq deyil. 
Təsəvvür edirsiniz, biz texniki istifadə üçün olan suyu  qida kimi istifadə edirik. İndi siz gələcək nəsillərin sağlamlığını təsəvvür edin... Biz hər dəfə  təkrar etmək istəmirik ki, Peyğəmbər Əfəndimiz  deyirdi.... BİZ YEDİKLƏRİMİZİN CƏMİYİK... Bunu nə qədər yazmaq olar, nə qədər demək olar... 
Bəli, bizim gələcək nəsillərimiz bu gün yedikləri qidalardan asılıdır... 
Məlumdur ki, Azərbaycan xalqının mətbəxində toyuq və toyuq məhsulları az qala birinci yerdə gedir. Amma... Əmması odur ki, son 20-30 ildə ölkəni bürüyən toyuq, broyler fabriklərindəki toyuqlardan söhbət getmir... 
Yaşlı nəsil bilir ki, sovet dövründə də toyuq broyler fabrikləri var idi...amma nəzarət DƏ HƏMCİNİN...toyuqların çəkisi üçün verilən qidaların tərkibinə nəzarət var idi... və s. Amma bu gün ölkədə dövlət tərəfindən nə qədər güclü nəzarət olsa da, işbazlar öz bildiklərini edirlər. Xalq nəzarəti azalıb, bundan istifadə edən iş adamları hər süni yolla QAZ VURUB QAZAN DOLDURMAQ istəyirlər. Və milyonlar qazanıb millətin gələcəyini məhv edirlər. Belə qida şirkətlərindən biri də “Mərcan” toyuq firmasıdır. 
Təsəvvür edirsiniz, bütün marketlərdə satılan “Mərcan” toyuqlarının çəkisini süni şəkildə artırmaq üçün qablaşdırmanın içinə ağırlığa təsir edəcək buz kütləsi qoyulur. 
Şikayətçilər yazır ki, “Mərcan” firmasına məxsus toyuğun paketindən az qala özü boyda buz parçası çıxır. Bunu çəkini artırmaq üçün edirlər. Yəni problem marketlik deyil, şirkətlə bağlıdır. Vətəndaşlar yazır ki, heç vaxt bu toyuqlardan almayın... 
Məlumat üçün onu da qeyd edək ki, “Mərcan” toyuq əti məhsullarının istehsalçısı “Azerbaijan Poultry Company” MMC (APC)dir. 
Təsəvvür edirsiniz, “Mərcan” toyuq fabrikində ibadət otağı var...burada namaz qılırlar və s. Məlumat üçün onu da qeyd edək ki, “Mərcan”ın direktoru Rüfət Məmmədzadə deyir ki, ayda 750-800 ton toyuq əti istehsal edirik. Onun sözlərinə görə, şirkət 2012-ci ildə, müasir texnologiyalar əsasında qurulub. Bütün bunlar hamısı yaxşı, amma millətin sağlamlığı ilə oynamayın, cənab Rüfət Məmmədzadələr...

Ardını oxu...
DİA.AZ: - "Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsini icra edən Orxan Mahmudov dövlətin ayırdığı vəsaiti özünü təriflətməyə xərcləyir.
Belə ki, 3 ay əvvəl Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsini icrasını Orxan Mahmudova həvalə ediblər. Orxan Mahmudov əvvəllər bankda işləyib yol verdiyi nöqsana görə işindən qovulub.İxtisası meliorasiya və suvarma sahəsinə aid deyil bu sahədən heç bir anlayışıda yoxdur. O, işinin öhdəsindən gələ bilmədiyi üçün rayonda ciddi narazılıqlar yaradıb deyə barəsində çoxlu şikayətlər var.Orxan Mahmudov bunun qarşısını alıb mərkəzi orqanları aldatmaq üçün yeni üsula əl atıb küllü miqdarda pul xərcləyir". Bu barədə DİA.AZ-a Göyçaydan göndərilən müraciətdə deyilir.
Müraciət müəllifləri daha sonra yazır: "Belə ki, Orxan Mahmudov idarəyə məxsus bir neçə texnikanı eyni kanalın təmizlənməsində istifadə edib video və foto şəkillər çəkdirib muzdlu torllar vasitəsi ilə sosial şəbəkələrdə və oxucusu olmayan reket saytlarda yaydırmaqla məşğul olur. Buna isə kifayət qədər vəsait xərclənir.Həttda idarəyə məxsus texnikaları onu tərifləyənlərin şəxsi təsərrüfatlarında, həyətyanı sahələrində şəxsi işlərə cəlb edir. Göyçay rayon Suvarma Sistemləri İdarəsində əməlli başlı özbaınalıq baş alıb gedir.
Hansı ki, özünü təriflətmək üçün trollara, yaltaqlara xərclənən vəsait hesabına çoxlu sayda su kanallarını təmizləmək olardı. Göyçay rayonunun Çərəkə, Müskürlü, Malllı-Şıxlı, Qaraman və digər kəndlərində kanallar təmizlənmədiyi üçün kənd sakinləri suszluqdan əziyyət çəkirlər.

Orxan Mahmudov yeni yaradılacaq Göyçay Su Ehtiyatları İdarəsinə müdir təyin olunmaq üçün belə saxtakarlıqlara əl ataraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılovu aldadır.Hər şey isə göz önündədir Göyçay rayon Suvarma Sistemləri İdarəsində hərc-mərclik baş alıb gedir. Orxan Mahmudov bu vəzifənin icrası həvalə edilən kimi qohum-dost və tanışlarını vızifəyə gətirdi. Hansı ki, həmin adamlar bu sahənin kadrları deyil bu sahədən anlayışları qətiyyən yoxdur. Təcrübəli kadrlar işdən çıxmağa məcbur edilir, bəziləri isə qanunsuz olaraq nöqsanla işdən çıxarılıblar.
Orxan Mahmudov məclislərin birində deyib ki, danışılıb pul çatdırılıb yeni yaradılacaq Göyçay Su Ehtiyatları İdarəsinə özüm müdir təyin ediləcəm.Meliorasiya və suvarma sahəsindən heç bir anlayışı olmayan Orxan Mahmudovu düşündürən ancaq nəyin bahasına olur-olsun dövlət vəsaitini talayaraq kapital əldə etməkdir.Bu isə ağır nəticələrə gətirib çıxaracaq.Qeyd edək ki, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin bundan əvvəl müdiri Şakir Əhmədov olub.Əslində camaat gözləyirdi ki, Şakir Əhmədov törətdiyi cinayət əməllərinə görə həbs edilib cəzalansın ancaq işdən çıxarılmaqla canını qurtardılar.Necə deyərlər biri itdi biri bitdi bir korrupsioneri digəri ilə əvəz etdilər.Yenə köhnə hamam köhnə tas.Orxan Mahmudov yeni yaradılacaq Göyçay Su Ehtiyatları İdarəsinə müdir vəzifəsinə təyin edilmək üçün bir iki saxta işlər görüb özünü hələ ki reklam edir.Vəzifəyə təyinat alandan sonra veridyi pulları çıxarmağa çalışacaq.
Ümüd edirik ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılov onun bu bəd niyyətinin kerçəkləşməsinə imkan verilməyəcək".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Xarici işlər naziri Ceyhun Bayramov Təhsil Nazirliyinin Aparat rəhbəri, daha sonra nazir müavini təyin olunanda o, həm də özəl hüquqi şirkəti olan "OMNİ" QSC-də direktor vəzifəsində çalışırdı.

Qanunvericiliyə görə, dövlət məmuru vəzifəsinin icrasına başlayanda biznesi ilə xudahafizləşməlidir. Amma C. Bayramov yalnız 2013-cü ilin sentyabrında özəl şirkətdə tutduğu vəzifəsini tərk edib. Amma səhmlərini 2017-ci ilin mayın 10-dək qoruyub saxlayıb. Daha sonra isə səhmlərini həyat yoldaşı Aygün Bayramovaya bağışlayıb.

"OMNİ" şirkətinin yolları Söyüdlü kəndində qızıl çıxaran “R.V. İnvestment Group Services” şirkəti ilə də kəsişib. İqtisadiyyat Nazirliyi 2019-cu ildə “R.V. İnvestment Group Services” şirkətinə məxsus payların alqı-satqı üsulunun həyata keçirilməsi ilə bağlı “OMNİ” şirkətindən məsləhət xidmətinin alınması üçün müqavilə bağlayıb.

Hüquq şirkətinə bundan ötrü 265.000 manat ödənilib. Müqaviləyə görə OMNİ şirkəti qızıl yatağının alqı-satqısı ilə bağlı hüquqi məsləhət verməli olsa da, Azərbaycan dövləti ABŞ şirkətinin istismarına verdiyi bu yataqları ondan geri almayıb. Əksinə, 2022-ci ildə hökumət daha üç yatağı –“Qaradağ”, “Xarxar” və “Dəmirli” əlvan metal yataqlarını onun müqavilə sahəsinə daxil edib.

/abzas.org/
 
Ardını oxu...
Azərbaycanda çıxarışı olan torpaq başqasına satılıb.

“Xezerxeber.az” xəbər verir ki, belə bir iddia ilə Lənkəran rayon Parakənd kənd sakini İlham Nuriyev çıxış edib.

Onun sözlərinə görə, ailəsinə 1998-ci ildə verilən 93 sot kənd təsərrüfatı təyinatlı pay torpağının 40 sotu əmisi oğlu tərəfindən zəbt olunub. Pay torpağa 2019-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən reyestır çıxarışı da verilib.

İ. Nuriyev iddia edir ki, reyestr çıxarışı verilən gündən torpağın yarısını onun əmisi oğlu Bayram Nuriyev qanunsuz çəpərə alaraq orada sitrus ağacları əkib.

Vətəndaş təkcə əmisi oğlundan şikayətçi deyil, o, kəndin bələdiyyə sədri Ələmşah Məmmədovdan da şikayətçidir. Onun torpağının bələdiyyə tərəfindən satıldığını iddia edir.
Torpağın hansı əsaslarla zəbt olunduğunu öyrənmək üçün qarşı tərəflə Bayram Nuriyevlə görüşdük. Bayram Nuriyev səslənən iddiaları qəbul etmədiyini, 40 sot torpağın 1995-ci ildən ona məxsus olduğunu bildirdi.

Hirkan Bələdiyyəsinin sədri Ələmşah Məmmədov isə bildirdi ki, İ. Nuriyevin torpağının bir hissəsinin bələdiyyə tərəfindən satılması əsassızdır və ona məxsus olan 93 sot torpaq yerindədir.

Mübahisəli torpaq məsələsinə baxılması üçün iş hazırda Şirvan İnzibati Məhkəməsindədir. Məhkəmənin qərarı növbəti ayda məlum olacaq və onda torpağın kimə məxsus olduğu bilinəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 
 
 
Ardını oxu...
Hələ ötən əsrdə Nizami rayon Bəkir Çobanzadə 220 ünvanında salınan yaşıllıq həm insanların asudə vaxtlarının səmərəli təşkilinə ,həm də havanın çirklənməsinin qarşısının alinmasına xidmət edirdi.

Lakin illər keçdikcə, Nizami rayon icra başçısının görməzdən gəlməsi nəticəsində böyük bir ərazini əhatə edən park fərdi şəxslər tərəfindən hasarlanıb, ağaclarin böyük hissəsi məhv edilib. Qalan ağaclar isə süni müdaxilə ilə qurudulur. Bunu ağacların gövdəsində olan neft və his izlərindən açıq -aydin görmək olar. Yaşıllığın böyük hissəsinin məhvi nəticəsində mənimsənilmiş ərazinin tikinti kralı Şərurlu İsfəndiya məxsus olduğu iddia olunur. Çəkiliş zamanı ərazidə olan tanimadığımız şəxslər peşə fəaliyyətimizə mane olmağa çalışsalar da buna Nail ola bilmədilər. Ərazidə yaşayan sakinlərin istifadə etdikləri yolun zəbt olunması bir başqa dərddir. Buna səbəb isə Azəriqaz -ın ərazidən keçən xətləridir. Daha da faciəli mənzərə isə həmin xətlərinin üzərində ərazidə olan yaşayış evlərinin hasarlarının altından keçirilməsidir. Həmin xətlər vasitəsi ilə ərazidə olan möhtəsəm restoran və şadlıq evləri qazla təmin olunur. Qaz xətlərinin yaşayış evlərinin bu qədər yaxınlığından keçməsi ,fərdi yaşayış evlərinə və iaşə obyektlərinə xustar usulla qaz xətlərinin çəkilməsi burada dəhşətli faciənin gözlə qaş arasında olmasından xəbər verir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.AzTimes.az

 
Ardını oxu...
Ötən yazımızda Elvin Abbasovun saxta diplomla Beyləqan təhsilində at oynatmağından bəhs etmişdik və bu yazımız Elm və Təhsil naziri Emin Əmrullayevə bir müraciət kimi də qəbul edilə bilər. Çünki bu sahədə pis nə baş verirsə, buna görə daha çox qınanılan, tənqid edilən də məhz cənab Əmrullayevdir. Bu gün Azərbaycan təhsil sistemində bütün baş verən proseslərin məsuliyyətini Emin Əmrullayev bir nazir olaraq öz üzərinə götürüb. Ona görə də o verdiyi qərarlarda, imzaladığı sənədlərdə, hətta əmr verərkən belə diqqətli olmalı, adi bir səhvə belə yol verməməlidir.

Məlum məsələdir ki, təhsil hər bir dövləti, xalqı aydınlığa, inkişafa aparan tərəqqi yoludur. Buna görə də təhsil strategiyasına uyğun şəkildə mütərəqqi islahatlara imza atılmalı, təhsilin keyfiyyətinə təsir edən mühüm amillər üzərində qərarlar qəbul edilməlidir. Bunun üçün də ilk növbədə kadrların təyinatı məsələsində diqqətli olmaq vacibdir. Əlbəttə ki, təhsilə yad və kənar şəxsləri gətirib strateji-ideoloji sahəyə, yumşaq ifadə ilə desək, yerləşdirəndə söz yox ki, təhsili öz əlimizlə mənəvi terrora sürükləyirik. Buna görə də həm Elm və Təhsil Nazirliyi, həm də dövlətin ayrı-ayrı qurumları kadr təyinatı məsələlərində mütləq diqqətli olmalıdır. Ölkənin tərəqqisi də, tənəzzülü də məhz həmin kadrlardan asılıdır.

Xatırlayırsınızsa, ötən yazımızda Elvin Abbasovun özbaşınalığı haqqında yazmışdıq.

Mənbə: Realmedia.az
“Beyləqan təhsil sektoruna müdir təyin olunan Elvin Abbasov necə və hansı tələblərlə sektora müdir təyin edilib? Və yaxud Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev diplomun legitimliyinə şübhə doğuran və bu əsasla da bir neçə il əvvəl öz ərizəsi ilə işlədiyi məktəbdən işdən azad olunan Elvin Abbasovun sənədlərini Təhsil Nazirliyindən necə keçirdib?

Bəri başdan deyək ki, Beyləqan rayon təhsil sisteminin bəxti əzəldən gətirməyib. Ta əzəldən, təhsil şöbəsinə təyin olunan müdirlər rayon təhsilini mənəvi terrora sürükləyib, bu sahəyə yalnız və yalnız gəlir mənbəyi kimi baxmaqla varlanmaq niyətini güdüblər. Yəni, Beyləqan təhsili tarixən çörəkli yer olub. Amma onu deyək ki, Elvin Abbasov əvvəlki təhsil müdirlərindən çox fərqlənir. Biz inanmırıq ki, o bu sahəyə qazanmaq, varlanmaq, qaz vurub-qazan doldurmaq üçün gəlib. Amma onun əvvəlki sələflərindən bir fərqi var. Nədir o fərq? Məsələn, əvvəlki təhsil müdirlərinin diplomu ilə bağlı ictimaiyyətdə hər hansı bir dolaşıq söz-söhbətlərə rast gəlməmişəm. Ancaq bu gün, Beyləqanda onu tanıyanlar Elvin Abbasovun diplomunun dövlət sənədi olmamasını danışırlar. Hətta Elvin bəyi yaxından tanıyanlar onun necə və nə vaxt, harda oxuduğuna da “mat-məəttəl”qalıblar.
Onu tanıyanlar bildirir ki, Elvin Abbasov taksi sürücüsü kimi fəaliyyət göstərib. Sonradan isə sələmçiliklə, yəni faizə pul verməklə məşğul olurdu. Məhz o, bu yolla, haram (sələmçiliklə) pul qazanmaqla varlandı. Yəni, hazırda Elm və Təhsil Naziri Emin Əmrullayevin müvafiq əmri ilə Beyləqan rayon təhsil sektorunun müdiri vəzifəsinə təyin olunan Abbasov Elvin Sevdimalı oğlu rayonda müəllim kimi yox, “sələmçı Elvin” kimi tanınıb. Belə bir şəxsin birdən-birə bir rayonun təhsil sektoruna müdir təyin edilməsi olduqca qəribə görünür. İnsanlar haqlı olaraq sual edirlər ki, sələmçi hara, təhsil müdiri hara. Əslində bu insanların haqlı mövqeyidir. Əslində biz Elvin Abbasovun faizə (sələmə) pul verməsini, sələmçiliklə pul qazanmasını qəbul edirik. Olsun! Zatən ölkənin ən iri məmurları bunu edirlər. Görün, ölkədə nə qədər mərc oyunlarından pullar qazanılır. “Azərlotereya” ASC bütün bölgələrdə qumarxanalarla açıq-aşkar ciblərə girirlər “Poz, qazan” küçələrə daşınıb və ölkədə açıq qumar gedir. Hər gün avtobus dayanacaqlarında, lotoreya satış nöqtələrində xüsusilə kasıb təbəqədən olan vətəndaşların böyük həvəslə “Qızıl 2”, “Şans ulduzu” və “Brilliant” ani lotereyaları almasının şahidi oluruq. Bu səbəbdən də Elvin Abbasovu qınamırıq. Və hesab etmirik də ki, onun sələmçi kimi ad çıxarması“ karyera yüksəlişi” yolunda onun üçün ciddi əngələ çevrilə bilər.

Bizim üçün maraqlı olan Elvin Abbasovun diplomunun saxta olması ilə bağlı dolaşan söz söhbətlərdir. Əldə etdiyimiz məlumata görə, Elvin Abbasov Azərbaycan Müəllimlər İnistutunun Zaqatala filialının tarix-corafiya ixtisası fakultəsindən oxumaya-oxumaya diplom əldə edib. Başqa bir mənbənin bilgisinə görə isə, Müəllimlər İnistutunun Zaqatala filialında ümumiyyətlə belə bir ixtisasın olmadığı vurğulanır. Bəs yaxşı, onda belədirsə, Elvin Abbasov bu diplomu necə əldə edib? Məsələnin digər tərəfi ondan ibarətdir ki, Elvin Abbasovun diplomunun saxta olduğunu Elm və Təhsil Nazirliyi də bilir. Yəni, bu qədərmi bəsitdir hər şey, cənab nazir?
Daxil olan başqa bir məlumatda vurğulanır ki, Elvin Abbasov hələ Regional Təhsil İdarələri yaranmamışdan əvvəl direktor işləmək üçün TN-ə müraciət edib. Lakin nazirlik onun diplomu ilə bağlı mübahisələrə görə müsabiqədə iştirak etməsini təmin etməyib. Ancaq Regional Təhsil İdarələri yaranandan sonra Elvin Abbasov Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayevin köməyi ilə əvvəlcə Beyləqan şəhər 8 saylı məktəbə direktor, az müddətdən sonra isə Beyləqan təhsil sektoruna müdir təyin edilib. Yəni, bu qədər bəsit bir şey!
Bu xüsusda əldə etdiyimiz məlumatlarda o da qeyd edilir ki, hələ bir neçə il əvvəl Elvin Abbasovun diplomunun saxta olması ilə bağlı məsələ mətbuatın gündəmində olub. Bundan sonra, o, öz ərizəsi ilə işlədiyi Beyləqan şəhər 3 saylı tam orta məktəbdən işdən çıxıb. Və bir müddət repetitorluq edib. Bu gün isə yenidən Beyləqan rayon təhsil sektoruna qayıdıb. Özü də yüksək vəzifəyə - Beyləqanın baş müəllimi vəzifəsinə.

Məlumdur ki, universitetə qəbul imtahanı imtahanı vermək və ali təhsil müəssisəsini bitirdikdən sonra diplom almaq üçün Dövlət İmtahan Mərkəzində qeydiyyatda olmalısan. Elvin Abbasovun adının Dövlət İmtahan Mərkəzində qeydiyyatda olmaması da sübutdur ki, Elvin Abbasov qanunsuz üsullarla saxta diplom alıb.
Bundan əlavə şəkillərdən göründüyü kimi, bir çox insanlar yaltaqlıq edərək Elvin Abbasovu tərif yağışına tutublar. həyatını məddahlıq üzərində quran, yaltaqlığı həyat tərzinə çevirən yaltaq insanlar Elvin Abbasovu elə müdafiə edirlər ki, sanki ovsunlanıblar. Bu yaltaqlığı edənlərin haqq-ədalət, vicdan, insanlıq yadlarına düşmür.
Azərbaycanda demokratik imic daşıyan şəxslərin əksəriyyəti bu yaltaqlıq virusunun daşıyıcısıdır.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Elə xalqı aldatmağın özü də bir yaltaqlıqdır. Saxta diplomla təhsil sahəsinin inkişafı üçün çalışdığını söyləyən sektor müdirinin olması da böyük qanunsuzluqdur.
İndi hamı kimi bizə də maraqlıdır: sələmçi və saxta diplomlu Elvin Abbasov hansı gözə görünməz qüvvənin “sehrli çubuğ”u ilə təhsil müdiri təyin edilib? Doğrudanmı, Elvin Abbasovu Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev himayə edir?

Güman edirik ki, ölkənin aidiyyəti qurumları, DTX, Baş prokurorluq, Elm və Təhsil Nazirliyi bu məsələyə biganə qalmayacaq, Elvin Abbasovun Azərbaycan Müəllimlər İnistutunun Zaqatala filialına qəbul olub - olmamasını, olubsa, neçə balla qəbul olmasını, eləcə də Müəllimlər İnstitutunun Zaqatala filialında tarix-coğrafiya fənni üzrə ixtisasın olub - olmamasını aydınlaşdıracaqlar.
Mənbə: Realmedia.az
https://tehsilmedia.az/sikayetler/3490-saxta-diplomla-gediln-ks-yol-beylqanin-cokmkd-olan-thsili.html?fbclid=IwAR1QjwFTynTr9ynPAMwe30k5sCHVxErD0eGrT_U_JSit1_wkbrASrRXupiw
 

Dünyapress TV

Xəbər lenti