Lerik rayonu, Şingədulan kənd sakini Əbdülov Tofiq Gülağa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, rayon rəhbərliyi qanunu pozaraq, kasıbları yox, əlavə gəlir yerləri olan şəxsləri işlə təmin edir:
"Mən, Əbdülov Tofiq Gülağa oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Deməli, rayon rəhbəri və yerli rəhbərlər də qanunu pozaraq adamı “günahkar” edirlər.
İcra idarəsində xadimə işinə işçini rüşvətlə götürürlər. Dövlət müəssəsini özəlləşdirib, “rüşvət idarəsi” kimi işlədirlər.
İcra başçısının dəfələrlə qəbulunda olmuşam. Dəfələrlə teleqram vurmuşam. Amma heç bir nəticə əldə edə bilməmişəm.
Rayon İcra Hakimiyətinin başçısı Əkbər Abbasovun qəbulunda olarkən söz verdi ki, ədalətli qərar verəcək. Dedi, xadimə işi kimə düşsə, ona da verəcəm. Ancaq kurator Əlipənah Bayramovun dediklərini əsas tutaraq, rüşvət əsasında qanunu pozaraq, işi başqasına, sosial yardım alan şəxsə verdilər. Daha çox ehtiyacı olana, başqa gəliri olmayana vermədilər.
İcra başçısı cavan oğlandır, gələcəyi qabaqda olan şəxs olsa da çox yalancı, sözünün üstündə durmayan bir adamdır. Belə rəhbərlərdən nə gözləmək olar?! Bu məktubumu yazmaqda məqsədim odur ki, bəlkə bu yazı işıqlandırılandan sonra icra başçısı insafa gələr, ədalətli qərarlar verər".
Jalə FAMİLQIZI hgurriyet.az Redaksiyadan: Yazıda adları gedən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
DİA.AZ: - Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı olduqca ilginc bir faktın üstünü açıb. DİA.AZ bildirir ki, burada söhbət qosqoca dövlətin müvafiq qazlaşdırma siyasətinin, planlamasının yerdəki məmurlar tərəfindən AÇIQ ŞƏKİLDƏ ələ salınmasından gedir.
Açıqladığı faktla bağlı aidiyyatı üzrə xitab edən Mirvari Qəhrəmanlı bildirir: "Yazılanlar doğrudursa, bu halda qaz iyi, korrupsiya iyinə qarışmış olur!"
DİA.AZ olaraq NHMT sədrinin ona edilən müraciət əsasında açıqladığı biabırçı faktı təqdim edirik: "Ağsu Regional Qaz İstismar İdarəsinin Göyçay Xidmət Sahəsi üzrə rəis müavini işləyən Ruslan Buniyatov qaz xəttlərinin yerinin dəyişdirilməsi üçün müəyyən "razılaşma" ilə heç bir sənədləşmə aparmadan xəttlərin yerini dəyişir. Əsas işi sahibkarladı. Belə ki, Göyçay - Bərgüşad yolunun üstündə,Göyçay rayonu Cəyirli kəndi ərazisində yerləşən Emil Plazanın sahibi Nuriyev Aydınla "razılaşma" yolu sənədləşmə işi aparmadan,güya rayon ərazisində mövcud olan sızmaların aradan qaldırılması məqsədi ilə qaz verilişini dayandıraraq daşıyıcı d159 mm-lik qaz xəttini d76 mm-lik boru ilə yol kənarına çıxarmışdır. D159 mm-lik qaz xətti rayonun Cəyirli kəndini təbii qazla təmin edir. Bunu bilən kənd camaatı payız-qış mövsümündə qaz verilişində ciddi problemlər yaranacağını nəzərə alıb Dövlət Başçısına müraciət ediblər. Qeyd: - Ruslan Buniyatov 2011-2013 illər ərzində Qobustan Qaz İstismar İdarəsinin rəisi işləyib, Qobulənd İstirahət Mərkəzinə sənədsi qaz çəkilişi üçün ( ........ aldığı üçün) görə işdən qovulub -Dediyinə görə Ruslan Əliyevin komandasından deyil, adamı SOCAR da böyük vəzifədədir, ona Azəriqaz İB rəhbərlərinin gücü çatan deyil".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Bu ilin fevral ayında töhmət alan Bakı şəhərində fəaliyyət göstərən 49 nömrəli "İntellekt” məktəb-liseyinin direktoru Təhminə Əsədova ilə bağlı sosial şəbəkələrdə daha bir şikayət yayılıb.
DİA.AZ-ın Qaynarinfo-ya istinadən məlumatına görə, iddia edilib ki, məktəbin direktoru Təhminə Əsədova orada xanədanlıq quraraq, qohumlarını təhsil ocağına işə düzəldir, eyni zamanda, pul qarşılığında şagird yerini satır. Nəticədə orada təhsil almaq istəyən şagirdlər kənarda qalırlar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən oxu.az-a bildirilib ki, 49 nömrəli məktəb-liseyin direktoru haqqında qeyd edilən məsələ ilə əlaqədar idarə tərəfindən müvafiq araşdırma aparılır: "Araşdırmanın nəticələri barədə məlumat veriləcək. Qeyd olunan şagird təhsilini öz sinfində davam etdirəcək”.
Qeyd edək ki, bu ilin fevral ayında da 49 nömrəli "İntellekt” məktəb-liseyinin ingilis dili müəllimi Könül Həsənova rəhbərlik etdiyi sinfin valideyn qrupuna səs ataraq, valideynlərdən pul tələb edib. BŞTİ tərəfindən aparılan araşdırmanın nəticələrinə uyğun olaraq, məktəb-liseyin direktoruna Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Belə hallara təkrar yol verildiyi halda daha ciddi tədbirlər görüləcəyi bildirilib.
Qaynarinfo-nun araşdırmasına görə, 2000-ci ildən 49 nömrəli məktəb-liseyin direktoru olan Təhminə Əsədovanın bacısı Əsədova Tərminə Ağəli qızı da Bakıda məktəb direktorudur. O, şəhid Tərlan Heybətovun adını daşıyan 126 nömrəli tam orta məktəbin direktorudur.
Ataları Əsədov Ağəli Abduləli oğlu 1915-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında doğulub və yüksək vəzifələrdə çalışıb. Ağəli Əsədovun 9 övladı var.
Ötən yazımızda Dövlət Notariusları və onların rəhbərləri haqqında reportaj hazırlamışdıq. Biz elə bilirdik ki, bu sahədə baş verən özbaşınalıqlardan, notariuslara rəhbərlik edən şəxslərin xəbəri yoxdur. Hətta, yazıda Ədliyyə Nazirliyinin bu məsələyə cavabdeh olan şəxslərinə müraciət də olunmuşdur. Müraciəti də olduğu kimi dərc etmişdik. Həmin müraciətdə belə deyilirdi. "Biz inanırıq ki, Ədliyyə Naziri, cənab Fikrət Məmmədov, Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov, Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəis müavini Mehman Soltanov bu məsələlərə ciddi yanaşaraq, bütün günahkarların cəzalandırılması üçün müvafiq addımlar atacaqlar. Zərərçəkmişin hüquqları tam müdafiə olunacaq". Sən demə, hər bir notarius gördüyü qeyri-qanuni işə görə, özündən yuxarı rəhbərliyə hesabat verirmiş. Bu hesabatlarda görüləcək işlərin miqyası bildirilirmiş, həm də o da açıq-aşkar göstərilirmiş ki, hansı əməliyyat aparılacaq, hansı qanun pozuntuları olacaq və bu qanun pozuntularının üzərini Mehman Soltanov necə ört-basdır edəcək. Ötən yazımızda onu da bildirmişdik ki, Binədə yerləşən 31 saylı Dövlət Notariusunun rəisi, Ramiz Hümmətovla, Yevlax şəhərində yerləşən, Dövlət Notariusunun rəhbəri Elxan Hüseynovun arasında əvvəlcədən razılaşma olub və bu şəxslər gecə saatlarında xaricdə yaşayan, Azərbaycanda olmayan vətəndaşın adına etibarnamə veriblər. Onu da bildirmişdik ki, bu məsələ Ədliyyə Nazirliyinin Notariat İdarəsinin rəisi İlqar Məmmədovla Mehman Soltanovun nəzarətində olacaq və araşdırılacaq. Biz hətta onu da bildirmişdik ki, Ramiz Hümmətov və Elxan Hüseynov Ədliyyə Nazirliyində kimlərəsə arxayın olmasalar, belə qeyri-qanuni işlərə imza atmazlar. Bəli, mətbuatda zaman-zaman Ramiz Hümmətovun gördüyü qeyri-qanuni işlər haqqında məlumat verilib. O da bildirilib ki, Ramiz Hümmətov, Məmmədli qəsəbəsində qeyri-qanuni yolla əldə etdiyi geniş torpaq sahəsində saldığı fərdi yaşayış evləri kompleksini qəsəbədə icra nümayəndəsinin müavini vəzifəsində işləyən qardaşı oğlu İlkin Hümmətovun adına rəsmiləşdirib. Hələ bunlar harasıdır? Ramiz Hümmətovun elə əməlləri var ki, oxuyanda adam dəhşətə gəlir. Bu adam vətəndaşın adına olan qanuni avtomobili onun razılığı və imzası olmadan başqasına satıb. Bu əsl möcüzədir. Bilirsiniz, Ramiz Hümmətov Mehman Soltanova arxayın olmasa, heç bir addım atmaz, bu şansı Ramiz Hümmətova Mehman Soltanov verir. Hətta mətbuatda qeyd olunur ki, Mehman Soltanov xarici səfərlərə Ramiz Hümmətovla gedir. Ramiz Hümmətov Mehman Soltanov haqqında elə bilgilərə malikdir ki, Mehman Soltanov idarə rəisinin müavini olaraq, ona heçnə deyə bilmir. Əlbəttə ki, Ramiz Hümmətovun Mehman Soltanovla bağlı bilgiləri o qədər çoxdur ki, o, hər zaman notarius rəisinin qarşısında susur. Bilmirik bu bilgilər nədən ibarətdir, amma daşdan keçən bir məsələdir. Deyirlər, Mehman müəllim xarici ölkəyə, xüsusən də Gürcüstana gedərkən dərhal şəhər kənarında olan restoranları axtarır. Amma biz başa düşürük ki, şəhər kənarında olan restoranlara ümumilikdə "KAZİNO" deyirlər. Biz demirik aaa, Mehman Soltanov gününü kazinolarda keçirdir, sadəcə olaraq deyirlər ki, kazinoya gedir. Bu bizim üçün maraqlı deyil, Mehman Soltanov kazinoya getdi, orada hansısa bir addımı atdı. Bu bizim yazının mövzusu deyil. Bizim üçün maraqlı olan məsələ odur ki, Mehman Soltanov tabeçiliyində olan işçilərinə nəzarət edə bilmir. Yəqin bu da onunla əlaqədardır ki, Mehman Soltanov artıq yaşlanıb, təqaüd vaxtıdır. Onu da xatırladaq ki, Ramiz Hümmətov İlyas İsmayılovun kadrıdır və onun xeyir, duası ilə vəzifəyə gəlmişdir. P.S. Deyirlər, Mehman Soltanov bəzi saytlarda özü haqqında palaz-palaz tərifli yazılar yazdırır, nə işdi... //gundelik-baku.com//
Bu gün ölkəmizin elmlə məşğul olan gənclərinin böyük əksəriyyəti Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında qanunsuzluqların, rüşvət, korrupsiya hallarının baş alıb getdiyini, gənclərin elmə gedən yollarının qarşısında süni maneələrin yaradıldığını bildirir. Milli Elmlər Akademiyasının, nəhəng ali məktəblərin elmi seminarlarının, elmi və problem şuralarının görkəmli alimləri qarşısında imtahanlarından uğurla keçən gənclərin böyük əksəriyyəti Ali Attestasiya Komissiyasının müəyyən etdiyi “şərtləri” yerinə yetirə bilmədiklərindən elmi ad və elmi dərəcə ala bilmirlər. Təbii ki, kimin yaxşı əlaqələri, maddi imkanı var, onlar bu problemlə qarşılaşmır, əsasən elmi-tədqiqat institutlarında və tədris müəssisələrində cüzi əmək haqqı ilə çalışan, gecə-gündüz yatmadan tədqiqat aparan imkansız gənclər yaşayır bu problemi. Bu günlərdə redaksiyamıza gələn və artıq ikinci ildir AAK-dan diplomunu ala bilməyən bir qrup gənc Ali Attestasiya Komissiyası qarşısında piket keçirmək istədiklərini və AAK-ın sədri, əslində iqtisadçı, 90-cı illərdə isə çoxları kimi BDU-da hüquqşünas diplomu alan Famil Front oğlu Mustafayevə, onun əlaltılarına istefa tələb etmək istədiklərini bildirdilər. Həmin gənclərin şikayətlərini araşdırdığımız vaxt ölkə mətbuatında Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin açıqlaması yayıldı ki, Ali Attestasiya Komissiyasının iqtisadiyyat üzrə Ekspert Şurasının üzvü və katibi Şəfa Əliyev rüşvət alarkən yaxalanıb. Bunun ardınca isə eşitdik ki, xaricdə istirahətdə olan Famil Front oğlu Mustafayev təcili şəkildə ölkəyə qaytarılıb. İnformasiyada o da bildirilirdi ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat-axtarış işlərini davam etdirir və AAK-da yeni ciddi yoxlamalar aparmaq fikrindədir. Həqiqətən, bu gün AAK-da Baş Prokurorluğun əməliyyat-axtarış işləri davam etməkdədir. Amma həmin informasiyadan dərhal sonra Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası açıqlama verərək məsuliyyətə cəlb edilən mütəxəssis-ekspert Şəfa Əliyevin komissiyanın əməkdaşı olmadığını bildirərək günahı öz üzərindən götürməyə cəhd etdi. Fəqət iki səbəbə görə, biz AAK-ın bəyanatını sadəcə özünüsığortalama, yaxud faktı ört-basdır etmə addımı hesab edirik. Birincisi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bəyan edir ki, "hazırda iş üzrə qanunazidd hərəkətlərə yol vermiş digər şəxslərin müəyyən edilməsi istiqamətində də əməliyyat-istintaq tədbirləri davam etdirilir". Bu isə, o deməkdir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində AAK-da rüşvət halları ilə bağlı digər faktların ehtimalı da var. İkincisi, cəmiyyətdə AAK-ın elmi adları və dərəcələri müxtəlif qiymətlərə satması barədə ç0xdan və kifayət qədər geniş informasiyalar dolaşmaqdadır. Bəziləri adi fəlsəfə doktoru adı üçün qiymətin son dövrlərdə 10 min manatdan-40 min manata qədər qaldırıldığını bildirir. Həm də bu rəqəmləri adi insanlar deyil, Milli Məclisin deputatları, ölkənin tanınmış təhsil ekspertləri, görkəmli alimlər dilə gətirirlər. Ali Attestasiya Komissiyası açıqlamasında Şəfa Əliyevin onların əməkdaşı olmadığını, sadəcə olaraq seçimlərində yanıldıqlarını vurğulamaqla bunun təsadüfi fakt olmasını qabartmağa çalışır. Doğrudanmı bu təsadüfi faktdır? Cəmiyyətin elmlə maraqlanan böyük bir hissəsi bunu AAK üçün təsadüfi fakt hesab etmir. Çünki hələ bu ilin mart-aprel aylarında və ondan da xeyli öncələr ölkə mətbuatı həyacan təbili çalaraq AAK-da rüşvətin meydan suladığını, elmi ad və dərəcələrə görə böyük məbləğdə rüşvət tələb edildiyini yazırdı. Özü də təkcə iqtisadiyyat üzrə deyil, filologiya, tarix, hüquq və s. sahələrdə də vəziyyətin bu şəkildə olduğu bildirilir. Gəlin bəzi faktlara müraciət edək! Tribuna.az saytının hələ 15 mart 2023-cü ildə “Təhsil eksperti Ali Attestasiya Komisiyyasındakı korrupsiyadan danışdı” adlı məqaləsində deyilirdi: “AAK-da elmi adların verilməsində alimlərin qarşısına minimum 20 min manat tələb qoyulub”. Tanınmış alim, professor İdris Abbasov AAK-da rüşvətlə bağlı konkret rəqəmləri dilə gətirərək yazırdı: “20 min manatlıq elmi ad, 30 min manatlıq elmi dərəcə”. Sözçü.az adlı başqa bir saytda gedən “Attestasiya komissiyasında rüşvətxorluq, qohumbazlıqdır” adlı yazıda isə tanınmış təhsil eksperti Kamran Əsədov Azərbaycanda elmi adların daha çox məmurlara verildiyini bildirirdi. O, yazırdı: “Buna da səbəb AAK-dakı özbaşınalıq, rüşvət, qohumbazlıqdı. Məsələn, dəfələrlə şahidi olmuşuq ki, icra hakimiyyətində və yaxud dövlət strukturlarında çalışan şəxslər, deputatlar, dövlət qulluqçusu olan şəxslər elmi adları daha rahatlıqla ala bilirlər. Amma həqiqətən tədqiqatla məşğul olan, elmi işlə məşğul olanlar bu prosesdən kənarda qalıb”. Ekspert daha sonra AAK-ın lazımsız bir qurum kimi ləğv olunmasının zəruriliyini də bildirirdi. Ümumiyyətlə, AAK-da şəffaflıq olmaması, xüsusi “qara oppanentlərin” əli ilə qəsdən mənfi rəylərin yazdırılması, qurumun “gestapo” kimi qapılarını vətəndaşların üzünə bağlaması, şəffaflıqdan uzaq fəaliyyəti ilə bağlı alimlər çoxdan həyəcan təbili çalır və qurumun fəaliyyətində qaranlıq və şübhəli məqamlar olduğunu açıq-aşkar şəkildə bildirilirdi. Bunun əvəzində isə AAK qapıları daha kip bağlayır, polis rejimini gücləndirir, AAK-ın qapısında içəri yalnız yüksək ranqlı məmurların girişinə icazə verirdi. Son aylar hətta qurumda telefonlara da cavab verilmir. AAK-la əlaqə saxlamaq çox ciddi problemə çevrilmişdi. Sual doğur: Əgər sənin fəaliyyətin şəffafdılrsa, onda niyə qapılarını vətəndaşların, alimlərin üzünə bağlayırsan? Deputat Etibar Əliyev haqlı olaraq Milli Məclisin tribunasından rüşvət, korrupsiyadan başqa bir fəaliyyəti olmayan, elmə yalnız əngəl olan AAK-ı lazımsız qurum adlandıraraq onun ləğv olunmasını təklif etmişdi. Bütün bunlar bir daha göstərir ki, professor Şəfa Əliyevin AAK-ın Ekspert Şurasının üzvü və katibi kimi rüşvət üstündə yaxalanması heç də təsadüfi hadisə deyil. Əgər bu ilin mart ayında, aprel ayındaŞ iyun ayında mətbuatda AAK-da rüşvətlə bağlı materiallar gedibsə və iyul ayında AAK-ın katibi yaxalanıbsa, deməli bu, təsadüf yox, ardıcıl görülən işin nəticəsidir. AAK-ın isə günahı tələm-tələsik öz üzərindən atması, “o, bizim əməkdaş deyil, Sumqayıt Dövlət Universitetinin professorudur deməsi” özü də bu şübhələri qüvvətləndirir. AAK-ın açıqlamasında professor Şəfa Əliyevin Sumqayıt Dövlət Universitetində çalışdığı xüsusi vurğulanır, əslində isə, SDU-nun bura heç bir aidiyyatı yoxdur, çünki professor Şəfa Əliyev universitetdəki vəzifəsinə görə deyil, məhz AAK-dakı vəzifəsinə görə rüşvət alıb. Bu quruma isə, birbaşa Famil Front oğlu Mustafayev cavabdehdir. Keçək başqa bir fakta. Gəncə Dövlət Universitetinin dosenti, fəxri professor Cəfər İbrahimovun Asiya.az-a ünvanladığı məktuba nəzər yetirək: “Ali Attestasiya Komissiyasında dissertasiyanı pulu ilə yazdırıb, içindən xəbəri olmayan adamı Ekspert komissiyasından müsbət rəylə keçirib diplom verirlər. Dissertasiyasındakı uzun sözləri, çoxhecalı sözləri belə tələffüz edə bilməyən, pedaqogikanı bilməyən adam pulunu verib alim adı alır”. Yazı konkret fakta söykənir. “Qasımova Həmidə İsgəndər qızı 27.05.2022-ci ildə 5804.01 – “Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi” şifri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Yuxarı sinif şagirdlərində təşkilatçılıq qabiliyyətlərinin formalaşdırılması üzrə işin sistemi” mövzusunda dissertasiya işi müdafiə edib. Bu dissertasiya işini rüşvət müqabilində onun elmi rəhbəri, pedaqoji elmlər doktoru, professor Akif Abbasov yazıb”. Kimdir bu Həmidə Abbasova? Professor yazır: “AAK sədri F.Mustafayevin təməlini qoyduğu rüşvət və fırıldaq yollarla alim adı alan Həmidə Qasımova Gəncə Dövlət Universitetinin rekroru Yusif Yusibovun keçmiş katibəsidi”. Famil Mustafayevin rəhbərliyi altında fəaliyyət göstərən AAK, yuxarıda qeyd etdiyimiz kimi, daha çox məmurlara, onların qohum-əqrəbasına və katibələrinə xidmət edir. Sözü düz tələffüz edə bilməyənə diplom verilir, ciddi tədqiqat işləri isə illərlə rəflərdə saxlanır. GundemXeber.Az-ın apardığı araşdırmalardan məlum olur ki, AAK-da son dövrlərdə rüşvət və korrupsiyanın meydanı daha da genişlənmişdir. Bəzi faktlara müraciət edək, AAK eyni ali təhsil müəssisindən gəlmiş iddiaçılardan birinin sənədini qəbul edir, ona elmi dərəcə və diplomunu verir, digərinə isə, həmin ali məktəbin DİM-dən kənar qəbul apardığını bəhanə edərək imtina göndərir. Mən hazırda fəaliyyətinə xitam verilmiş İslam Universiteti ilə bağlı onlarla belə fakt göstərə bilərəm. Vaxtilə həmin universiteti “hansı yollasa bitirmiş” şəxslərin bəzilərinə elmi dərəcələr və adlar verilmiş, həmin universiteti bitirmiş və həqiqi tədqiqatla məşğul olan bir çox istedadlı gəncin işi isə “məhz həmin universitetdə təhsil aldığına görə” geri qaytarılmışdır. Ortada rüşvət faktı yoxdursa onda bu, nədir? İnanırıq ki, prokurorluq bu məsələlərə də aydınlıq gətirəcək. AAK son illərdə tərtib etdiyi sənədlərdə, tələbnamələrində qəsdən elə dolaşıqlığa yol verib ki, həmin baryerləri rüşvətsiz keçmək, demək olar ki, mümkünsüzdür. Və AAK həmin sənədlərdən çıxış edərək neçə-neçə istedadlı, ancaq imkansız, gəncə “sizin baza təhsiliniz, magistratura təhsiliniz müdafiənizə uyğun deyil” deyib imtina göndərdiyi halda, keçmiş dövlət məmuru Həsən Həsənovun diş texniki olan oğlu Zaur Həsənova tarix üzrə elmlər doktoru adı almaq üçün müdafiəyə icazə verir. Bu, necə olur? (Davamı var)
“Yağış yağanda sevinirik. Çünki bir-iki aydır havanın yağmurlu olmasına baxmayaraq, suvarma üçün su tapmırıq”.
TEREF.AZ bildirir ki, bunu Meydan TV-yə neftçalalı fermer Asif Məmmədov deyir. Onun sözlərinə görə, pambığın suvarılma vaxtı problemlər yaradılır. Belə ki, Kürdə suyun səviyyəsinin aşağı düşməsi səbəbindən su nasosları işləmir. Nasoslar suyu çəkib sahələrə vura bilmir. Fermer deyir ki, təkcə pambıq deyil, qarğıdalının ikinci əkini, yonca sahələri də suvarılmalıdır.
Sabirabadın Moranlı kənd sakinləri də kənddə yerləşən Haş kanalında suyun olmadığını deyirlər. Sakinlərin sözlərinə görə, suvarılma ilə bağlı problemlərini söyləmək üçün rəsmi şəxsləri iş yerində tapmırlar.
“Susuzluqdan torpaqlarımız şoranlaşıb. Nəinki torpaqları vaxtı-vaxtında suvara, hətta içməli suya olan tələbatımızı da ödəyə bilmirik. Su problemi səbəbindən kəndlərin çoxu boşalır”,– fermerlərdən biri deyib. Bildirib ki, mənbəyini Kürdən götürən bütün kanallara elektrik nasoslarla su vurulduğu halda Haş kanalına su vurulmur. Çünki kanal standartlara uyğun çəkilməyib, nasoslar üçün quraşdırılan transformatorlar kiçik həcmli olduğu üçün 4 nasos tam gücü ilə işləyə bilmir, tez-tez qısaqapanmalar baş verir.
Moranlı Kənd Bələdiyyəsinin sədri Müzəffər Qasımov isə Meydan TV-yə bildirib ki, bir neçə gün əvvəl sahələrə baxış keçirilib və suvarma ilə bağlı problem həll olunub. Sədr digər suallara cavab vermək istəməyib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən verilən məlumata görə, Kür çayının aşağı axımını qidalandıran ölkədaxili çaylarda suyun həcmi azalıb. Bu da Kür çayının aşağı axımında suyun səviyyəsinə təsir edib. Buna görə də Mingəçevir su anbarından buraxılan suyun həcmi saniyədə 80 km3 artırılıb. Yaxın bir neçə gün ərzində vəziyyət yenidən stabilləşəcək.
Bakı şəhərində fəaliyyət göstərən 49 nömrəli "İntellekt” məktəb-liseyi ilə bağlı daha bir şikayət yayılıb.
Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
İddia edilib ki, məktəbin direktoru Təhminə Əsədova orada xanədanlıq quraraq qohumlarını təhsil ocağına işə düzəldir, eyni zamanda, pul qarşılığında şagird yerini satır. Nəticədə orada təhsil almaq istəyən şagirdlər kənarda qalırlar.
Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxlanılıb.
BŞTİ-dən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 49 nömrəli məktəb-liseyin direktoru haqqında qeyd edilən məsələ ilə əlaqədar idarə tərəfindən müvafiq araşdırma aparılır:
"Araşdırmanın nəticələri barədə məlumat veriləcək. Qeyd olunan şagird təhsilini öz sinfində davam etdirəcək”.
Qeyd edək ki, bu ilin fevral ayında da 49 nömrəli "İntellekt” məktəb-liseyinin ingilis dili müəllimi Könül Həsənova rəhbərlik etdiyi sinfin valideyn qrupuna səs ataraq, valideynlərdən pul tələb edib.
BŞTİ tərəfindən aparılan araşdırmanın nəticələrinə uyğun olaraq, məktəb-liseyin direktoruna Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Belə hallara təkrar yol verildiyi halda daha ciddi tədbirlər görüləcəyi bildirilib.
Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavininin ərizəsi nəzərə alınmaqla əmək müqaviləsinə xitam verilib.
Aparılan araşdırma nəticəsində bir dəfə şiddətli töhmət alan direktorun təhsil ocağında qalıb-qalmaması bilinəcək.
Naxçıvan Muxtar Respublikası (MR), Şərur rayonu, Tənənəm kənd sakini Dünyamalıyev Həmzə Arif oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:
“Cənab Prezident!
Mən, Dünyamalıyev Həmzə Arif oğlu, Şərur rayon Tənənəm kəndində yaşayıram. Bizim 20 illik suyumuz kəndin icra numayəndəsi Qafarov Həsən tərəfində qəsdən kəsilib.
Fuad Nəcəfli şəxsən bizim kənddə olarkən, müraciətimizə uyğun olaraq suyun bərpası ilə bağlı göstəriş verdi. Hətta bu göstərişə əsasən, Şərur rayon icra başçısı Kamal Cəfərov suyun 2 gün ərzində bəpa olunacağını söylədi. Lakin həmin göstərişdən 24 gün sonra su bərpa olunmadı.
Bizim çoxsaylı şikayətlərimizə əsaslanıb, su iddialarımızı dəyişdirib, mənə və qardaşıma 10 sutka müddətinə həbs verdirdilər. Səbəsiz və yalan iddialarla.
Mən 2-ci qrup gözdən əlil olduğum halda Şərur Rayon Xəsdəxanasından adıma saxta sağlamlıq arayışı hazırlandı və 4 dəqiqəlik məhkəmə iclasında haqsız, sübutsuz yerə mənə və qardaşıma böhtan atılaraq, həbs edildik. Guya, biz kəndin icra numayəndəsinə və ailəsinə təhqiredici sözlər ünvanlamışıq.
Xahiş edirəm, həbs olunmamızdan 4 gün əvvəl yanımızda olan və həbs olunmağımıza şahidlik edən Eyvazov Mustafa Rəcəb oğlu və Eyvazov Sabir Rəcəb oğlu müəllim qardaşları dindirilsin və bizim kənd icra numayəndəsi, rayon icra başçısının 1-ci müavini İmran Əliyevin atasına təhqiredici sözlər ünvanlamağımızı sübüt etsinlər.
Cənab Prezident!
May ayının 4-də mən saatlarla rayon icra başçısını gözlədikdən sonra başçı və müavini ilə görüşdüm. Kamal Cəfərov və 1-ci müavini İmran Əliyevdən nə qədər xahiş etsəm də, yalvarsam da mənə məhəl qoymadılar. Başçı qeyd etdi ki, bu problemlə bağlı heç nə edə bilməz, bunu yalnız kəndin icra numayəndəsi Həsən Qafarov həll edə bilər.
Başçı getdikdən sonra, mən müavini İmran Əliyevlə söhbət etdim. O, Həsən Qafarovun oğlu - saxtakar, rüşvətxor DTX işçisi Sərxan Qafarovla telefon danışığı apardı. Sərxan Qafarov telefon danışığında bütün problemlərin, həmçinin aramızdakı anlaşılmazlığın da həll olunacağını söyləyərək, bizi məhkəməyə dəvət etdi. Məhkəmədə isə 4 dəqiqə ərzində yalançı şahidlərə Şərur rayon Daşarx sakini Əfsər və Aralıq kənd sakini Zaura əsaslanıb, qardaşımı və məni 10 gün müddətində həbs etdilər.
Sərxan Qafarovun saxtakarlığı və rüşvətxorluğu bütün kəndə və eləcə də Şərur rayonuna məlumdur. Sərxan Qafarov hal-hazırda DTX işçisidir. Kənd sakinlərindən eşitdiyimə və bildiyimə görə, onun erməni qohumları var və onlarla yaxın münasibətdədir. Belə ki, Sərxan Qafarovun xalası Sanver Qriqoryanın (Samir) yoldaşıdır. Belə fikirləşirəm ki, həqiqətən də qohumluğu varsa, deməli, bu insan təhlükəlidir. Və belə bir orqanda işləyirsə, daha da təhlükəlidir.
Cənab Prezident!
Sizdən xahiş edirəm, Naxçıvanı acgöz məmurların əlinə verməyin.
Və bu yazıdan sonra mən yenidən həbs edilsəm, yaxud da başıma nəsə gəlsə cavabdeh Sərxan Qafarovdur”.
Jalə FAMİLQIZI hurriyet.az
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Hörmətli oxucular, çiynində paqon daşıyan hər bir kəsin hamı tərəfindən nümunəvi şəxs kimi tanınması , xüsusilə davranış və rəftarı ilə ətrafdakılara necə deyərlər, əxlaqdərsi keçməli olduğu kimsəyə sirr olan bir məsələ deyil.O ki ,həmin şəxs polis işçisi, üstəlik yol polisi əməkdaşı ola.Bu kateqoriyadan olan şəxslər həmişə bir qayda olaraq öz məziyyətləri ilə diqqət çəkir, bütövlükdə həmin sahədə çalışanlar haqqında öz hərəkətləri ilə rəy yaratmış olurlar. İlk növbədə zahiri səliqə-sahmanı, nəzakətli rəftarı, diqqətcil və qayğıkeşliyi onları adamların gözündə böyüdür.Yol polisi əməkdaşlarının çətin durumda olan şəxslərə,agır xəstələri aparan avtomobillərə dəfələrlə lazımı ünvana çatmaqdan ötrü hər cür yardım göstərdikləri barədə dövri mətbuatda çoxsaylı yazıları fəxarətlə oxuyanda ürəyimizdən “Mənim polisim qanunu da məni də qoruyur “ifadəsini də az keçirməmişik. Amma təəssüf olsun ki, bəzən bu mühüm dövlət əhəmiyyətli sahədə də təsadüfi, yerində olmayan, insanlarda xoşagəlməz rəy yaradan yol polisi paqonu daşıyan əməkdaşlara rast gəlmək mümkündür. Özünü “avtoxuliqan”kim aparan,”yerində olmayan,avtoşou”göstərən yol polisi əməkdaşı görəndə beləsinin həmin təşkilatda özünə necə “yer”elədiyinə mat qalmaya bilmirsən. Əsl mədəniyyətsizlik nümunəsi olan belələrindən birisi Şamkir Dövlət Yol Polisi idarəsində “yuva qurubmuş”sən demə. 90yp231 nömrə nişanlı yol polisi avtomobilində həmin polisin necə özbaşnalıqlar etdiyinin şahidi olanlar az deyil. Həmin maşının bir qayda olaraq yol hərəkəti qaydalarına- işıqforda hansı işıgın yanmasına, qadağan olunmuş yerdən dönmə əməliyyatı keçirməsinə,öz “avtoşou”lugu ilə qəza şəraiti yaratmasına və s.nə ad vermək olar? Bu günlərdə həmin yol polisi avtomobilində xidmət aparan şəxs xidməti ərazidə bir avtomobili saxlayıb.Özü də dönmə əməliyyatını düzgün yerinə yetirmədən ona dur işarəsi verib.Saxladıgı avtomobil sürücüsündən “remeni”niyə taxmasıgını və buna görə cərimələndiyini bildirib.Qıribə burasıdır ki, həmin yol polisi əməkdaşı özü də qayış taxmayıbmış və saxlanılan maşının sürücüsü də bunu ona irad tutub. Axı dogrudan da heç olmasa adi mədəniyyət qaydaları var.Yol hərəkəti qaydalarını pozan sürücünü saxlayan polis ən azından utanıb həmin maşını gərək heç saxlamaya idi.Utancverici durumla üzləşən həmin əməkdaş isə heç utanıb -qızarmadan nə desə yaxşıdır? Bizə hər şey “palojnadır” Görəsən onun bu diliuzunlugunun səbəbi nədir? Kimə,nəyə arxayındır? Bəlkə hesab edir ki, onun özbaşınalıqlarının qarşısına sədd çəkən olmayacaq? Respublika Yol Polisi rəhbərliyi yəqin ki,bu məsələyə biganə qalmayacaq,həmin *avtoş “polis haqqında lazımi ölçü götürüləcək ,ona nəyin “palojna”olub -olmadıgını qanununun dili ilə başa salmış olacaqdır. //aktualxeber.az//