Ardını oxu...
“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları dönər satılan obyektlərdə reydlər apararaq, sahibkarlara xəbərdarlıq edirlər. Tələbləri isə budur ki, sahibkar dönər hazırlanarkən istifadə olunan ət məhsulunu mütləq şəkildə “Halal Pak” və “AzBanvit” şirkətlərindən almalıdır. Bunu guya mənşəyi məlum olmayan ətlərin bazara daxil olmasının qarşısını almaq məqsədi ilə etdiklərini deyirlər. Əks halda 900 və 5000 manat cərimə, növbəti dəfə eyni hal təkrarlanarsa cinayət məsuliyyətinə cəlb olunacağımızla bağlı bizi hədələyirlər”.

Bunları “AzPolitika.info”-ya müraciətində dönər biznesi sahəsində çalışan bir qrup sahibkar bildirib.

Onlar daha yaxşı və öz reseptləri əsasında hazırlanan ət məhsulunu satmaq istəsələr də, buna icazə verilmədiyini deyirlər. Sahibkarlar mövcud vəziyyətin inhisarçılığa səbəb olduğunu və bunun biznes fəaliyyətlərinə mənfi təsir etdiyini bidirirlər.

Məlumat üçün qeyd edək ki, 2012-ci ildə ölkədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 106 nömrəli əmri ilə dönərin hazırlanma standartları müəyyən edilib. Elə həmin ilin oktyabr ayından başlayaraq qərar tətbiq edilməyə başlanılıb. Həmin vaxt dönərxanaları ətlə təmin edən 3 şirkət müəyyən olunmuşdu. Onlar - “Azbanvit”, “Elba MMC” və “Çudo Peçka” müəssisələri idi.

Bir müddət sonra “Elba MMC” və “Çudo Peçka” şirkətləri bu sahədəki fəaliyyətlərini dayandırdıqlarını açıqlayıblar. 20 aprel 2018-ci il tarixdə isə Prezidentin qərarı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib. Bundan sonra dönər sahəsinə nəzarət Qida Təhlükəsizliyi Agentliyinə keçib.

Bu mövzuyla bağlı AQTA-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov “AzPolitika.info”-ya açıqlamasında bildirib ki, qurum tərəfindən dönərxanalarda planlı və plandankənar yoxlamalar aparılır:“Bu yoxlamalar Ədliyyə Nazilriyindən çıxarış və ya “Qaynar xətt”ə ünvanlanan şikayət əsasında keçirilir. Biz vaxtaşırı bu yoxlamalarla bağlı qurumun rəsmi saytında məlumat dərc edirik”.

İ. Kərimov qeyd olunan faktların araşdırılmalı olduğunu bildirib:“Bu məsələ araşdırılmalıdır. Dönərxanalarda xəbərdarlıq və ya tövsiyyə xarakterli belə məlumatlar verilə bilməz. Əgər bu faktlar öz təsdiqini taparsa, biz bununla bağlı ən sərt tədbirləri görəcəyik. Bu cür halla qarşılaşan sahibkarlar “1003 - Qaynar xətti”nə zəng vuraraq, şikayətlərini bildirməlidirlər”.

Qeyd edək ki, “AzBanvit”-in rəsmi səhifəsində qeyd olunur ki, şirkət 1996-cı ildən Azərbaycanda “Banvit” markasının nümayəndəsi kimi fəaliyyətə başlayıb. 2011-ci ilin yanvar ayından etibarən Azərbaycan şirkəti "AzProtein Foods Group” kimi “AzBanvit” markası adı altında dana əti istehsalı ilə məşğul olur. Fermaya 6 aylıq ikən gətirilən buzovların kəsim yaşına qədər burada yetişdirildiyi qeyd olunur.

“Halal Pak” şirkəti ilə bağlı isə internet resurslarında heç bir məlumata rast gəlmədik.

İqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, AQTA məhsul alımıyla bağlı sahibkarları hər hansı bir şirkətə yönləndirə bilməz:“AQTA yalnız ətin sertifikatının olub-olmaması ilə bağlı sahibkardan sənəd tələb edə bilər. Bu qida sənayesində normal bir haldır. Çünki alınan məhsul standartlara uyğun olmalıdır. Bu standartlara əməl olunmayan zaman bazara mənşəyi məlum olmayan ət məhsulları daxil ola bilir”.

Ekspert qeyd edir ki, Azərbaycanda həmin standartlara uyğun fəaliyyət göstərən cəmi iki şirkətin olması düşündürücüdür:“Ölkədə bu standartlara uyğun olan cəmi iki şirkət varmı, yoxmu? Bu, bilinmir. Əgər digər şirkətlər standartlara uyğun fəaliyyət göstərə bilirsə və AQTA onlardan deyil də, məhz bu şirkətlərdən ət almağı tələb edirsə, bu, qanun pozuntusudur. Hesab edirəm ki, ət satıcıları da işlərini AQTA-nın tələblərinə uyğun qurmalıdırlar”.

Məlumat üçün qeyd edək ki, hazırda təkcə paytaxt Bakıda 15 mindən artıq dönərxana fəaliyyət göstərir. Bu dönərxanaların böyük əkəsriyyətində AQTA tərəfindən verilən təhlükəsizlik sertifikatına rast gəlmək mümkündür. Sual olunur ki, əgər AQTA müsəssisədə satılan məhsulun təhlükəsizliyinə dair sertifikat verirsə, onda ikinci dəfə “təhlükəsizlik” adı altında sahibkarları niyə bu iki şirkətə yönləndirməyə çalışır?

Sözsüz ki, bu cür tələblər ölkədə sahibkarlıq və azad rəqabət mühitinə ciddi şəkildə mənfi təsir göstərmək, sahibkarları dövlətdən narazı salmaqdan başqa heç bir işə yaramır…
Ardını oxu...
Xaçmazın keçmiş başçısı Şəmsəddin Xanbabayevin dövründə dövlət büdcəsindən xortumlanan 150 min manata tikilmiş divar sökülüb.
Tribunainfo.az bildirir ki, hazırkı icra başçısı Elnur Rzayevin tapşırığı əsasında yerli camaatın “Berlin divar”ı adını verdiyi tikinti yerlə-yeksan edilib. Nəticədə 150 min manat daş-divara hörülərək yoxa çıxıb. Amma indi abadlıq adı ilə yenə büdcə pulları yağmalanacaq.
Məsələ budur. Yəni söküntü heç də müsbət addım deyil, bunun davamı kimi quruculuq adı ilə pul silib yeni işlər görəcəklər.

 
Ardını oxu...
Şəmkir rayonunun Ağlavaşlı kəndində artezian qiymətlərini birdən-birə adambaşına 50 manata qaldırıblar. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Kənd sakinləri bildiriblər ki, bu fantastik vəsaiti ödəməyə gücləri çatmır. “Üstəlik, bu vaxta qədər 0.70 qəpik olan ödənişin birdən-birə 50 manata qaldırılması anlaşılan deyil”.

Onlar qeyd ediblər ki, bu qiymət artımı təkcə sahə artezianlarına deyil, kənd daxilində içməli və texniki su imkanlarını qarşılayan artezianlara da aiddir. Məlumatda deyilir ki, həmin pulun, yəni hər artezian üzrə ailə üzvlərinin adambaşına 50 manat ödəməyəcəyi təqdirdə artezianların söndürüləcəyi, ayrıcdan aralanacağı bildirilib. Qiymətin isə rəsmi əsaslarla qaldırıldığı iddia olunur.

Qeyd edək ki, qiymətin bu həddə qaldırılması o deməkdir ki, Şəmkir rayonu üzrə milyonlarla manat əlavə pul yığılması nəzərədə tutulub. Sakinlər deyirlər ki, bu soyğunçuluqdur. “Bu bizə, sadə vətəndaşa və fermerə qənim kəsilmək deməkdir”.

Şəmkir rayon İcra Hakimiyyəti və Su-Meliorasiya Komitəsinin məsələyə münasibəti məlum deyil.
Ardını oxu...
Şəmkir rayonunun Ağlavaşlı kəndində artezian qiymətlərini birdən-birə adambaşına 50 manata qaldırıblar. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Kənd sakinləri bildiriblər ki, bu fantastik vəsaiti ödəməyə gücləri çatmır. “Üstəlik, bu vaxta qədər 0.70 qəpik olan ödənişin birdən-birə 50 manata qaldırılması anlaşılan deyil”.

Onlar qeyd ediblər ki, bu qiymət artımı təkcə sahə artezianlarına deyil, kənd daxilində içməli və texniki su imkanlarını qarşılayan artezianlara da aiddir. Məlumatda deyilir ki, həmin pulun, yəni hər artezian üzrə ailə üzvlərinin adambaşına 50 manat ödəməyəcəyi təqdirdə artezianların söndürüləcəyi, ayrıcdan aralanacağı bildirilib. Qiymətin isə rəsmi əsaslarla qaldırıldığı iddia olunur.

Qeyd edək ki, qiymətin bu həddə qaldırılması o deməkdir ki, Şəmkir rayonu üzrə milyonlarla manat əlavə pul yığılması nəzərədə tutulub. Sakinlər deyirlər ki, bu soyğunçuluqdur. “Bu bizə, sadə vətəndaşa və fermerə qənim kəsilmək deməkdir”.

Şəmkir rayon İcra Hakimiyyəti və Su-Meliorasiya Komitəsinin məsələyə münasibəti məlum deyil.
Ardını oxu...
Amerkalı alim Bencamin Franklinin belə bir sözü var “İnsan pulun saxtasını edər, pulda insanın”. Həqiqətən bəzi insanlar müəyyən iş qurub pullaşdıqdan sonra, ayaqları yer tutmur. Özlərinə onlarla bahalı maşınlar almaq sayı-hesabı bilinməyən evlər mülklər daha nələr…
Təbiki yaşam üçün şərait qurmaq normaldır, bunu bütün dünyada imkanı olan hər kəs edir. Deyir pul cib tutandan artıq olanda gec-tez özgəyə qismət olur. Axı sənin pulun var, bunu düzgün istqamətə xərcləmək elə də çətin iş olmamaldır. Haqqında bəhs edəcəymiz şəxs Xəlil Göyüşovdur. O, Xəlil Göyüşov ki, vətənimiz olan Azərbaycan adlı məmləkətimizdə, dövlət vəsaiti hesabına maliyyələşən «Körpü-Bina-Tikinti» adlı MMC-nin sədirdir. Bəli, düz eşitdiniz, sellər aparan, adı olub özü olmayan körpülərin. Jurnalistlər ondan bir cümlə yazan kimi, həbs etdirməklə hədələyən Xəlil Göyüşov. Biz deyək, siz eşidin.
Bəzi pullu adamlar özlərinin əyri yollarla qazandıqları milyonları qorumaq üçün daim “krışa” axtarışındadırlar. Amma bizim bu Xəlil Göyüşov haqqında danışılanlar onun barəsində mənfi obraz yaradır. Eşitdiyimizə görə, Xəlil Göyüşovun dəyəri 10 milyonlarla olan böyük obyektləri vardır. Ondan əlavə bildiyimizə görə, Xəlil Göyüşov cənab Prezidentin göstərişlərinə məhəl qoymayaraq, dənizin içərisinə girərək özünə böyük restoran tikib. Baxın, Xəlil Göyüşovun dövlət vəsaitindən istifadə edərək xalq üçün tikdiyi “sınıq-salxaq” körpüləri sel aparır, amma illərdir özü üçün dövlət büdcəsindən yayındıraraq özü üçün dənizin içində tikdirdiyi restoran, nə qədər duzlu suyun içərisində qalsa da, (özünün dediyi kimi) ona “Venesiya”-nı xatırladır. Hələ vəzifəyə yerləşdirdiyi qohum-əqrəbasından danışmırıq. Bu haqda növbəti sayımızda.
P.S. Deyirlər, Göyüşov qərbə meyilli olduğu üçün, özünə dəyərli olan hər şeyə QƏRB adını qoyur.turantv.az
Teref.az olaraq mə\qalədə səsləndirilən iddialarla bağlkı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
     

24 saylı Suraxanı Tibb Mərkəzinin kargüzar vəzifəsində çalışan əməkdaşı, 45 yaşlı Nurlana Cavadzadə bir neçə gün öncə intihara cəhd edib.

Demokrat.az xəbər verir ki, Nurlana Cavadzadənin intihara cəhd etməsinə səbəb Suraxanı Tibb Mərkəzinin direktoru Ələkbər Tağıyevin qərəzli töhmət qərarı verməsi olub.

Qanunsuz töhmət alan Nurlana Cavadzadə özünü Suraxanı Tibb Mərkəzinin direktor müavini Südabə Yaqubovanın 4-cü mərtəbədə yerləşən otağının pəncərəsindən atmaq istəyib. Südabə Yaqubova son anda onu intihardan xilas edib.

Nurlana Cavadzadə deyib ki, hadisə təxminən bir həftə əvvəl yaşanıb:

“Məni işdə təkləyiblər. Elə vəziyyətə çatdırıblar ki, direktor müavininin otağının pəncərəsindən özümü atmaq istədim. Məni 3 aydır işimdən uzaqlaşdırıblar, otağıma girməyə qoymurlar, kompüterimi əlimdən alıblar. Yerimə sığorta işçisini gətirib qoyublar. O, bütünlüklə mənim kompüterimə nəzarət edir, əvəzimə məktubları cavablayır. Mənə deyirlər ki, guya hansısa informasiyaları harasa ötürürəm. Əsassız səbəblərdən mənə töhmət veriblər. TƏBİB-ə şikayət məktubu göndərmişəm, yeddi günə rəsmi cavab verilməliydi, hələ də müraciətim cavabsız qalıb. Məni psixoloqa yönəltdilər. O da hansısa psixotrop dərmanlar yazdı. İstəyirdilər ki, həmin dərmanları içim, psixotrop maddənin təsiri altında intihara cəhd etdiyimi desinlər. Müdiriyyət dörd gün əvvəl məni çağırdı otağına. Kadrlar şöbəsinin müdiri Tahirə xanım, İnzibati işlər üzrə direktor müavini Xanlar Əlimuradov, Texniki təminat-təchizat idarəsinin müdiri Habil Rəhimov, Həmkarlar İttifaqının sədri Lalə xanım orada mənə qarşı yığışmışdılar. Hərəsi əlində bir aktla məni günahklar çıxarırdı”.

N.Cavadzadənin sözlərinə görə, onu rəsmi qurumlara yazdığı məktubları geri götürməyə vadar edirlər:
“Müdiriyyət mənə deyir ki, TƏBİB-ə yazdığım şikayət məktubundan imtina et, de ki, psixotrop maddənin təsiri altında intihara cəhd etmisən. Əgər haqlıdırlarsa, niyə məni şikayətimi geri götürməyə məcbur edirlər?!

İşimdə hər zaman məsuliyyətli olmuşam. Bu işdə keçmiş müdiriyyət Aybəniz Sanıyevanın birbaşa əli var. Kadrlar şöbəsinə dedim ki, əmrimi verin. Əmrin üzərinə yeni direktorun adını yazıblar. Kadrlar şöbəsinin müdiri məndən soruşur ki, əmrə kimin adını yazım? Dedim ki, indiki müdirin adını yaz. O isə imzalamaqdan imtina etdi ki, bu, mənim dövrümdə olmayıb. Əgər ştat cədvəlində mənim kargüzar vəzifəsində çalışdığım qeyd olunubsa, niyə mənim masamın arxasında başqa şöbənin əməkdaşı oturmalıdır?! Kollektivlə münasibətim yaxşı olub həmişə. Yeni müdir gələndə mənə dedi ki, haqqınızda eşitmişəm. Demək, sadaladığım şəxslər ona haqqımda yanlış məlumatlar veriblər”.

Məsələ ilə bağlı TƏBİB hələlik açıqlama verməyib.

Demokrat.az  


Ardını oxu...
Bir neçə gün bundan öncə 7 saylı xüsusi rejimli cəzaçəkmə müəssisəsinin ərazisinin bir hissəsi zəbt olunaraq yerində qeyri-yaşayış obyekti tikilməsi haqqında "Azərbaycan Reallığı" olaraq oxucularımıza məlumat vermişdik, sözü gedən ərazini həbsxana rəhbərliyi tərəfindən satıldığı iddia olnurdu. Həmçinin həbsxana ərazisində mühafizə edən əsgərin mühafizə zolağının cəmi bir neçə metrliyindədir. Bir sözlə, həbsxana üçün ciddi fəsadlar və problemlər törədilməsi mümkün olması barədə informasiya dərc olunmuşdur.

Aparsığmız araşdırma zamanı məlum oldu ki, həbsxana ətrafında və dövlət balansında olan boş qalmış yerlerdə həbsxana rəisi özü üçün şərait yaradır. Saytmıza göndərilən videoda tikilən obyektin inşaat-matereallarını həbsxanaya ayrılan əsgərlər harasa daşıyır, hətta bildirilir ki, aparılan tikinti işlərinin bəzi işlərində həmin əsgərlərə gördürürlər.

Digər iddiada bildirilir ki, Turmə rəisi türmənin ərazisini, postunun altın özü üçün ev tikdirir, hələ bu azmış kimi cəzaçəkmə müəssəsinin ərazisində mal-qara saxlatdırır, yay fəsili olduğu üçün ətrafa pis qoxular yaylır, bu da ətrafdan yaşayan sakinləri açıq-aşkar narahat edir. Məlumatlı məndə saytmıza bildirir ki, bu haqqda dəfələrlə şikayət olunsada həbsxana rəhbərliyi heçnəyə məhəl qoymayaraq həbsxananı öz şəxsi obyekti kimi istfadə edir.

Qeyd edək ki, sosial şəbəkələrdə və yerli KİV-də 7 saylı cəzaçekmə muəsəsi ən çox tənqid olunan müəsələrdəndir onun rəisi haqqında media vastəsilə ilə adiyyeti qurumlara dəfələrlə şikayətlər olnub.



"Azərbaycan Reallığı"

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Dövlət Gömrük Komitəsində malın gömrük dəyərini müəyyən etmək neçə illərdir ki, problemlidir və əsas narazılıq doğuran məsələdir. İdxal ilə məşğul olan sahibkarlar bəzən Çindən gətirdikləri malın az qala yarısı qədər gömrük ödənişi tələbi ilə üzləşdiklərini bildirirlər. Onların iddiasına görə, gömrük orqanları idxal edilmiş mallara dəyərindən daha çox gömrük rüsumu müəyyən edirlər.

Bunu Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz bildirib.

Onun sözlərinə görə, indiyədək gömrük dəyərinin hesablanması üçün ağlabatan bir üsul yoxdur.

Mərkəz rəhbəri xatırladıb ki, Gömrük Komitəsi (DGK) əvvəl bununla bağlı nəhəng bir departament yaratsa da, normal mexanizm qurulmayıb:

“DGK indiyədək xeyli faydalı rəqəmsal həllər və elektron xidmətlər formalaşdırıb. "Smart Customs" bir çox problemlərin dərhal həllinə kömək edir. Amma malın gömrük dəyərinin müəyyən edilməsi üçün daha effektiv olan rəqəmsal həll formalaşdırmağa diqqət yetirilməyib”.

O. Gündüz əlavə edib ki, ötən günlər DGK bu quruma olan müraciətlərlə bağlı bir məlumat paylaşıb. Bu statistikadan görünür ki, DGK-ya olan müraciətlərin az qala yarısı fiziki şəxslərin "İMEİ kodlar” və "Karqo” ilə, yəni vətəndaşların şəxsi məqsəd üçün gətirdiyi mallarla bağlıdır.

Mərkəz rəhbərinin ehtimalına görə, burada nəsə doğru deyil:

"Hazırda bu sektorda aparılan islahatlar, gömrük xidmətində struktur dəyişiklikləri, bu sektordakı strateji hədəflər daha çevik və effektiv mexanizmlərin yaradılmasını şərtləndirir. Beynəlxalq təcrübəyə nəzər saldıqda görmək mümkündür ki, bu tip məsələlər tam rəqəmsallaşıb. İndi hökumət gömrük dəyəri ilə bağlı yeni Qaydalar hazırlayır”.

O. Gündüz ümid edir ki, DGK-nın yeni rəhbərliyi uzun illərdən bəri mövcud olan bu problemin - malın gömrük dəyərinin qısa zamanda müəyyən edilməsi üçün ağlabatan bir mexanizm, rəqəmsal bir resurs formalaşdıra biləcək.

Onun fikrincə, gömrük xidmətində resurslar cari xarakterli işlərə deyil, gömrük proseslərinin rəqəmsal transformasiyasına yönəldilməlidir.//reyting.az//
Ardını oxu...
“Azərlotereya”nın satışdan gəlirləri ötən ilə nisbətən 487% artaraq 258,2 milyon manat təşkil edib…
Bəs lotereyadan qazanan insanların gəliri nə qədər artıb..?
Adına lotereya fəaliyyəti, idman mərc oyunları deyilən sahə bütün zamanlarda olub. Hətta yaşlı nəslin yaxşı yadında olar, o zamankı lotereyalar, istiqrazlar və s. Amma bütün hallarda bu sahə ciddi nəzarət altında olmalıdır. Çünki əsas məsələ satışdan gələn qazancın neçə faizinin uduşa buraxılmasıdır və digər məsələlərə də ciddi, şəffaf komissiya nəzarət etməlidir. Görəsən, Azərbaycanda lotereya fəaliyyəti sahəsində belə şəffaf, ciddi komissiya varmı..?
Məlumat üçün qeyd edək ki, ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru olan Azərlotereya Açıq Səhmdar Cəmiyyəti — Azərbaycan Respublikasında lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqlarının və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxilolmaların artırılması və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətinin daha da gücləndirilməsi məqsədi ilə 23 noyabr 2001-ci ildə yaradılıb. Və Azərlotereya ASC-yə nəzarəti Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir.
Detallara varmadan onu da qeyd edək ki, sonrakı dönəmdə, daha dəqiq desək... 2021-ci ildə "Azərlotereya" ASC Türkiyənin "Demirören Şans Oyunları Yatırımları A. Ş." şirkətinin törəmə cəmiyyəti olan "YMT Sans B. V." şirkətinə idarəetməyə verilmişdir. Və əvvəl “Azərlotereya”nın İdarə Heyətinin sədri Zafer Reisoğlu olub, hal-hazırda isə Osman Karakuşdur. Və neçə illərdir ki, “Azərlotoreya" ASC tərəfindən "5/36", "6/40", "4+4" tirajlı lotoreyaları və "Qızıl", "Şans ulduzu", "Brilliant" ani lotereyaları təşkil olunur. Amma, bir media olaraq bizi narahat edən məsələ odur ki, bu gün bütün metro çıxışlarında, avtobus dayanacaqlarında, şəhərin ən gur yerlərində POZ-QAZAN şüarı ilə hərə qabağına bir dəmir yeşik qoyub ( Rəfael Allahverdiyevin Bakı Şəhər Meriyasının rəhbərliyi dövründə olduğu kimi ) lotereya satır, orada apardığımız müşahidə zamanı görmüşük ki, udanların sayı çox azdır, nadir hallarda 5-10 manat olur. Və 1 manat verib lotereya satanların sifətinə, üst-başına fikir verəndə görmək olur ki, bura gələnlərin çoxu kasıb, imkansız, məzlum şəxslərdir, bəlkə də sonuncu 1 manatını verib nəsə qazanmaq istəyir...
Biz lotereyanın, idman mərc oyunlarının əleyhinə deyilik, amma milləti kütləvi şəkildə belə ziyanlı məsələyə yoluxdurmaq sonda yaxşı heç nə vəd etmir.
Təsəvvür edirsiniz, bu lotereya satanların əlindən şəhərdə yerimək olmur. Türk qardaşlarımıza demək lazımdır ki, bunun bir mədəni formasını tapmaq lazımdır... Digər tərəfdən, hər dəfə oyundan sonra guya kiminsə 500000 manat udduğu qeyd olunur. Amma sosial şəbəkələrdə bütün bunların yalan olduğu bildirilir, hətta “Azərlotereya”nı dələduz müəssisə adlandırırlar.
Başqa bir paytaxt sakini “Azərlotereya”dan 25 min manat udduğunu, lakin sözügedən məbləğin dələduzluq yolu ilə satıcı tərəfindən ələ keçirildiyini yazır, hətta polisə şikayət etsə də nəticə olmayıb. “Azərlotereya” ilə bağlı belə mənfi, neqativ fikirlər kifayət qədərdir.
İndi isə keçək “Azərlotereya”nın özünün açıqladığı rəsmi məlumata, daha dəqiq desək, maliyyə hesabatına: 2022-ci ildə “Azərlotereya”nın satışdan gəlirləri ötən ilə nisbətən 487 % artaraq 258,2 milyon manat təşkil edib.
Təsəvvür edirsiniz, 487 FAİZ... Ortaya sual çıxır ki, bəs lotereya alan o məzlum insanların uduşları nə qədər artıb..? Bax, əsas məsələ budur....
Ardı var... //gundelik-baku.com//
 

Dünyapress TV

Xəbər lenti