Ardını oxu...
Çörək haqqında nə qədər yazsaq da, desək də azdır. Müdriklərimiz çörəyə and içib, kiminləsə çörək kəsməyi əhd-peyman hesab ediblər və s. Böyük şairimiz isə deyib ki...Çörək bol olarsa, basılmaz vətən.
Sözün qısası, çörək həm də strateji məsələdir və həmişə dövlətin nəzarətində olub. Düzdür, 1991-ci ildən sonra, yəni müstəqillik dönəmində şəxsi çörək sexləri, hətta çörək zavodları da yarandı. Təəssüf ki, bu çörək zavodlarının bişirdikləri çörəyin içindən elə əşyalar çıxır ki, adam yazmağa utanır. Hələ bu harasıdır..?
Çox yox, bir müddət əvvəl Bakıda “İsrafiloğlu” MMC-yə məxsus “NUR” çörək zavodunda xadimə işləyən yaşlı qadın xəmir qarışdıran dəzgahı təmizləyərkən qurğu işə düşdü və qadını sözün həqiqi mənasında doğradı və qadın yerindəcə dünyasını dəyişdi. Həmin prosesin videosu saytlarda yayılıb və adam baxanda dəhşətə gəlir. Görəsən, Əmək Müfəttişliyi hara baxır...?
Axı, belə vəziyyət olmaz. Xadiməni xəmir aparatı doğrayır, fəhlə binadan yıxılıb ölür və daha nələr. Axı, həmin şirkətlər istifadəyə veriləndə işçilərin əmək təhlükəsizliyi tam təmin olunmalı idi... Adın da nə qoysalar yaxşıdır...Fəhlə ehtiyatsızlıqdan...öldü... Və nəticədə NUR çörək zavodunda ehtiyatsızlıq edən başqa bir fəhlə qadın Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirləndiriləndirilərək aylıq qazancından hər ay dövlət nəfinə 20 faiz pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edildi. Görəsən, bununla problem həll olundumu..? Kim təminat verir ki, NUR çörək zavodunda bir daha belə hal baş verəməyəcək..? Bəs zavodun rəhbərliyi niyə cəzalandırılmadı..?
NUR çörək zavodunun reklamlarına fikir verəndə adam bəh-bəh deyir, amma reallıqda vəziyyət tam fərqlidir. Guya NUR zavodu çörəyin istehsalında kimyəvi qidalardan istifadə eləmir, mayadan 3 dəfə az istifadə olunur və daha nələr... Amma əslində NUR çörək zavodu çörəyin çəkisində və keyfiyyətində alıcıları aldadır. Bəs görəsən, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hara baxır..?
Bəli istehlakçıların çoxu “NUR” çörəyinin çəkisinin 650 yox, 500-550 qram olduğu barədə şikayətlənirlər.
Şikayətçilər yazır ki, “NUR” çörəkləri adı altında satılan çörəklərin içindən nə desən çıxır, çörək 1-2 gün qaldıqdan sonra elə bir vəziyyətə düşür ki, adam onun 2 gün əvvəl alınan çörək olduğuna inana bilmir. Bu çörəklər mədədə ağırlıq yaradır, həzm olunmur. Lakin müəssisə rəhbərliyi belə halların aradan qaldırılması əvəzinə, 2 gün qaldıqda əcaib iy verən palçıq kimi çörək bişirib satmaqla məşğuldurlar. Üstəlik, satışdan qayıdan çörəkləri müxtəlif üsullarla yenidən çörək və digər məhsullar formasında satışa qaytarmaqla öz işlərini başa çatmış hesab edirlər. Bu isə, əsl cinayətdir. Hələ bundan başqa "NUR" çörəklərinin istehsal olunan zavoddan, satış nöqtələrinə daşınması o qədər müşkül məsələdir ki, o səhnəni görən hər bir dövlət qurumu "NUR" çörək zavoduna cərimə protokolu tərtib etməsə keçməz.
Dəfələrlə mətbuatda və sosial şəbəkələrdə “NUR” çörəklərinin köhnə, çirkli maşınlarda antisanitar şəraitdə daşınması ilə bağlı fotolar da yayılıb. Lakin müəssisə rəhbərliyi belə tənqidləri qulaqardına vurub.
Sözün qısası, çörəyimizə HARAM qatanlara qarşı ciddi tədbir görməyin vaxtı çoxdan çatıb, cənablar...

gundelik baki
 
Ardını oxu...
Araşdırma yazımıza keçməmişdən öncə bildirməyi özümüzə borc bilirik ki, adətən Azərbaycan mediasında "yıxılana balta vurmaq" ənənəsinə dərhal əməl etməyi xoşlayırlar. Yəni dəfələrlə və dünən də müşahidə etdik ki, hansısa məmur işdən azad olunduqdan ən geci 1 sutkadan sonra onun dövlət məmuru olduğu dövdə talançılıqla əldə etdiyi əmlakların siyahısı ictimaiyyətimizə təqdim edilir. Amma biz hesab edirik ki, insanlara sağlığına qiymət vermək lazım olduğu kimi, talançı və oğru məmurlara da vəzifədə olanda "QİYMƏT" vermək lazımdır. Yəni, ictimaiyyət təbii sualı verməlidir ki, "Ay məmur, sən necə zirək birisi oldun ki, 1500 manatla qısa müddətdə bu qədər varidatlara sahib oldun?". Adicə bir kvadrat tənliyi həll etmək savadı olmayan bu məmurciyəzlər yaxşı olardı ki, çörəklə sınağa çəkilən sadə insanlarımız qarşısında özlərini bir az adam kimi aparsalar yaxşı olar.
Məsləyə bu konteksdən yanaşaraq növbə ilə talançı məmurlarımızın ictimaiyyətə indiyədək məlum olmayan varidatları barədə silsilə yazılarla məlumatlar verməyi planlaşdırırıq. Lakin çox təəəssüflə qeyd etməliyik ki, planımızdan xəbərdar olan məmurlar "sapı özümüzdən olan "media kapitanları" vasitəsilə bizə ultimativ formada xəbərdarlıqlar göndərirlər. Bizi gözləyən təhlükəyə qarşı adekvat olaraq dövlət başçısına, hüquq-mühafizə orqanları rəhbərlərinə və beynəlxalq insan hüquqları təşkilatlarına da biz xəbərdarlıq edirik ki, bizə qarşı təşkil olunacaq hər hansı şərləmə kampaniyasına, fiziki cəzalanmamıza sifariş verən məmurlar onarı tənqid etdiyimiz talançılardır.


Saleh Məmmədovun İsmayıllı rayonun Zərgəran kəndi yaxınlığında 1 ha meşəlik ərazidəki villaları gücləndirilmiş rejimlə qorunur
Sabiq təhsil naziri olmuş Misir Mərdanova məxsus və dəyəri 4 milyon manat dəyərində olan 1.5 ha meşə ərazisində “Zərgəran” restoranı İsmayıllı rayonundakı Zərgəran kəndi yaxınlığında yerləşir. Restoran 2004-cü ildən fəaliyyət göstərir.
Ardını oxu...
Sabiq nazir Misir Mərdanovun "ZƏRGƏRAN" restoranı

Bu restoranın günbatar hissəsində isə 1 ha meşə fondu torpağından cənab “Azəravtoyol” şefi sabiq ETSN naziri Hüseynqulu Bağırovun razılığı əsasında qanunsuz olaraq 2016-cı ildə özünə və yaxın qohum əqrəbalarına eyni dizayn və arxitekturada 5 ədəd villa inşa etdirmişdir.
Ardını oxu...
Zərgərən yaxınlığındakı villanın giriş qapısı

Villalar hər tərəfdən 3.5 m hündürlüyü olan daş hasrala əhatəyə alınmışdır. Villanın həyətlərində çoxsaylı köpəklər, xaricində isə 4 nəfər idman cüssəli mühafizəçilər tərəfindən gecə-gündüz qorunmaqdadır. Villaların hər tərəfi kamerlarla təchiz edilmişdir. Bu villaların hər birinin ayrıca qiyməti 3-5 milyon manat civarında dəyərləndirlir. Vilallar 40.732639, 48.364163 döngə nöqtələrindəki koordinatda yerləşir.
Ardını oxu...
Ardını oxu...
Vilanın peyk görümtüsü Məşhur villanın yoldan görünüşü

Misir Mərdanov və Saleh Məmmədovun meşə fondunda yerləşən obyektlərindən fərqli olaraq həmin ərazinin 700 metrliyində, məşhur “Bədo” bulağından Qəbələ yolu istiqamətində, şosse yolun alt hissəsində yerləşən 12 ha ərazinin isə “AZAL” prezidenti cənab Cahangir Əsgərova məxsus olduğu bildirlir. C.Əsgərov digər məmurlardan fərqli olaraq İsmayıllı ərazisindəki meşə fondunu məhv edərək yerində özəl əmlaklar inşa etməmiş, əksinə, magistral yolun sol tərəfində 2 km uzunluğunda küknar ağacları əkməklə ərazidəki landşaftı artırmışdır. Bir neçə milyon manata əldə etdiyi həmin ərazidə “AZAL” şefi təbiətə münasibətdə fərqli mövqe sərgiləyərək heç bir qanunsuz tikinti işləri aparmamışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Dövlət Ekolji Təhlükəsiz İdarəsi rəhbərliyi isə passiv tamaşaçı kimi İsmayıllı rayonun Zərgərən kəndi yaxınlığındakı meşə fondu torpaqlarında özəl əmlaklar inşa edib istifadə edən məmurlara qarşı qanunvericiliyin tələblərini maddi maraqları ucbatından təmin etmirlər.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Saleh Məmmədovun “Milyonçular məhəlləsində” ki “Villa in Hotel” ində gecələr daha çox canlanma olur

AAYDA sədri Saleh Məmmədova məxsus olduğu qeyd edilən, Bakının Nərimanov ərazisində, konkret olaraq Ceyhun Hacıbəyli küçəsi ilə Teymur Əliyev küçəsinin kəsişməsi yaxınlığında 3 mərtəbəli dəbdəbəli 4 ulduzlu “Villa in Hotel”ə sahibdir. Xəlvəti yerdə yerləşən bu hoteldə hansı “qonaqlar”ın qarşılandığını dəqiq demək mümkün olmasa da, hotel gecələr daha çox fəaliyyət göstərir. Qiymətlərin münasib olduğu qeyd edilir.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
“Azəravtoyol” şefinin qaynı Şəfiyar Duman oğlu Quliyevə məxsus 7 ha ərazisi olan qum karxanası

Şəki şəhərinin Salman Mümtaz küçəsində, daha dəqiq desək, yeni açılışı olmuş “LUK OİL” YDM-nin arxasında yerləşən, 7 ha əraziyə malik, dəyəri 2.4 milyon manat olan, bütün lazımi avadanlıq və qurğulara malik nəhəng qum karxanası digər saysız hesabsız obyektlər kimi cənab Saleh Məmmədovun qaynı Səfiyar Duman oğlu Quliyevin adına rəsmiləşdirlmişdir.

Növbəti sayımızda yenə də ictimaiyyətə indiyədək bəlli olmayan cənab S.Məmmədovun İmişli-Lerik yolundakı, Göygöldəki, Xaldan-Zaqatala yolundakı, Binəqədi-Novxanı yolunun üstündəki SOCARa icarəyə verilmiş və SMS adlı YDM-dən, Mingəçevirdə "Kür" Olmipiya Mərkəzilə üzbəüz yerləşən 3 mərtəbəli villadan, Qax rayonun Qaxbaşı qəsəbəsindəki aqlay üzlüklü 3 mərtəbəli villadan, Novxanıdakı dəyəri 8 milyon manatlıq villadan bəhs ediləcək. Əmlaklrın çoxu S.Məmmədovun qaynı Şəfiyar Duman oğlunun adına sənədləşdirildiyi bildirilir. Bizi izləyin.
İfadetv.com-un araşdırma qrupu
 
 
 
Ardını oxu...
44 günlük müharibədə Arzu Rəhimov və “voyenkom”lar gecə-gündüz kabinetdə pul sayırdılar...
Arzu Rəhimovun ölkədən çıxışına qadağa qoyulmalıdır...
Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki Arzu Rəhimov haqqında qısaca onu qeyd edək ki, o, Ramiz Mehdiyevin köməkliyi ilə, Azərbaycan Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargah rəisi (2006–2007), Dövlət Miqrasiya Xidmətinin rəisi (2007–2012), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi (2012–2023) vəzifələrində çalışıb. Hər üç vəzifənin miqyası, çəkisi-vəzni Arzu Rəhimovun bu gün malik olduğu imkanları açıq-aşkar göstərir. Digər vəzifələrini bir kənara qoyaq, təkcə, Arzu Rəhimovun 11-12 il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində olması yetər ki, onun necə OLİQARX olması barədə fikir yürüdək.
Bəli, məhz OLİQARX. Əks təqdirdə Arzu Rəhimov dövlətin verdiyi maaşla heç bahalı araba da ala bilməzdi. Həm də unutmaq olmaz ki, Arzu Rəhimov müharibənin qızğın çağlarında bu mühüm dövlət qurumuna rəhbərlik edib. Belə ki, müharibənin qızğın çağlarında məmurlar, biznesmenlər, imkanlı şəxslər öz övladlarını hərbi qulluqdan xilas etmək üçün nələrə əl atmırdılar.
Təkcə son bir neçə ildə Arzu Rəhuimovun yerlərdəki nümayəndələrinin, yəni Rayon Hərbi Komissarlarının həbslərinə nəzər salsaq vəziyyət tam aydın olar. Çox yox, bir neçə rayona nəzər salaq.
Bir həftə öncə rəsmi xəbər oxuduq: SHXÇDX-nin Xaçmaz Rayon Şöbəsinin rəisi həbs edilib - Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Xaçmaz Rayon Şöbəsinin rəisi Ağayev Rahim Əlifağa oğlunun qanunsuz əməlləri ifşa olunub. Əməliyyat-İstintaq Tədbirləri ilə Rahim Ağayevin həmin vəzifədə işləyərkən çağırışçının sağlamlıq vəziyyətilə əlaqədar həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan tələb etdiyi 8 min manat məbləğində pul vəsaitinin 5 min manatını rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Və onun barəsində həbs qətimkan tədbiri seçilib. Bu hadisədən bir müddət əvvəl eyni hal Sabunçuda baş verdi. Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş Əməliyyat-Axtarış Tədbirləri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin vəzifəli şəxsləri vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıb. Sabunçudan öncə eyni hal Xəzər rayonunda baş verdi. Hamısı da külli miqdarda rüşvət hesabına hərbi qulluqdan yayınma. Bu siyahını az qala hər rayon üzrə davam etdirə bilərik.
BUYURUN, TANIŞ OLUN, 3 İLLİK MÖHLƏT HÜQUQU ALMAQ ÜÇÜN NƏSİMİ RAYONUNDA 15 MİN MANAT, BİNƏQƏDİ RAYONUNDA 13 MİN MANAT, XƏTAİ RAYONUNDA 15 MİN MANAT, SƏBAİL RAYONUNDA 16 MİN MANAT, YASAMAL RAYONUNDA ADİ BİR ARAYIŞ ÜÇÜN 1500 MANAT RÜŞVƏT ALAN ŞƏXSLƏR HAQQINDA DƏFƏLƏRLƏ YAZMIŞIQ. BU ADAMLAR O QƏDƏR ARXAYIN OLUBLAR Kİ, YOXLAMALAR BELƏ, BUNLARI NARAHAT ETMƏYİB.
ARZU RƏHİMOV RAMİZ MEHDİYEVLƏ ABŞERON RAYONUNDA, BAĞ QONŞUSU OLDUĞU ÜÇÜN HƏR GÜN İŞƏ RAMİZ MEHDİYEVİN MAŞININDA GƏLİRDİ. ARZU RƏHİMOV HANSI ŞƏXSLƏRİN, TORBASININ TİKİLMƏSİNİ RAMİZ MEHDİYEVİN XİDMƏTİ MAŞININDA HƏLL EDİRDİ. HƏRBİ KOMİSSARLAR DA ARZU RƏHİMOVA ARXAYIN OLUB, KORRUPSİYAYA BULAŞMIŞ RÜŞVƏTXOR ADDIMLARINI ATIRDILAR.
Görəsən rayon hərbi komissarlarının bu əməllərindən Arzu Rəhimovun xəbəri olmayıb. Nəinki xəbəri olub, hətta rüşvətin miqdarı, “neqodnu”ların siyahısı həmişə Arzu Rəhimovun stolunun üstündə olub. Biz hələ təmir-tikinti adı altında rayon hərbi komissarlarını milyonlarla dövlət vəsaitini demirik. Arzu Rəhimov bütün bunların dəqiq haqq-hesabını bilir. Bütün baş verənlər ortada olduğu halda görəsən Arzu Rəhimov niyə həbs olunmur, onu Ramiz Mehdiyev yenədəmi qoruyur..?
Bu gün Arzu Rəhimovun özünün və yaxınlarının az qala divarları da qızıldandır. Arzu Rəhimovun evində qonaq olanlardan biri danışır ki, onun yataq otağında olan ayaqyolusunun unitazı qızıldan olmaqla bərabər, bütün aksesuarlar qiymətli metallardandır. Azərbaycan mətbuatında həmişə öz sözünü cəsarətlə demiş jurnalistlərdən biri Arzu Rəhimov haqqında 2015-2016-cı illərdə elə tükürpədici məqalələr dərc etmişdir ki, bircə yoxlama Arzu Rəhimovun və onun rüşvətxor komandasının həbsinə səbəb ola bilərdi. Amma həmin illərdə Ramiz Mehdiyev Arzu Rəhimovun arxasında elə dayanmışdır ki, ona heçnə etmək mümkün olmurdu. Hətta, Arzu Rəhimovun ən yaxın adamı olan Qobustanın keçmiş komissarı Anar adlı şəxs açıq mətnlə mətbuatda çıxış edərək, Arzu Rəhimovu tam ifşa etməsinə baxmayaraq, yenə də Arzu Rəhimovun rüşvət maşınına heç kim mane ola bilmədi, çünki Ramiz Mehdiyevlə Arzu Rəhimov rüşvət müqabilində qazanılan hər şeyə şərik idilər.
Sonrakı mərhələdə isə, Arzu Rəhimovu mətbuatda ifşa edən komissar və jurnalistlər həbs olundular. İndi isə, Arzu Rəhimov və Ramiz Mehdiyevin kürklərinə elə bir üşütmə düşüb ki, rüşvətlə əldə etdikləri son qəpiyi belə xilas edə bilməyəcəklər.
Bir neçə gün öncə, Arzu Rəhimovun "Bəs sən deyirdin narahat olma, hamını yığdılar içəri, mən nə edəcəyəm?" sualına bu görüşlərimizi hələlik təxirə sal cavabı verilib. Amma Arzu Rəhimov, sənə çox gözəl bəllidir ki, yaradılmış komissiya işini o qədər yüksək səviyyədə qurub ki, sənin gördüyün qara işlərin bu gün səsi Daşkəsən rayonundan gəlir. Görürsənmi, yaradılmış komissiya Aparatın elə bir şöbələrindən təşkil olunub ki, sənin ora heç bir təzyiq etmək gücün çatmır. Zamanında həmin qəzetdə yazılmışdır ki, bardan gətirilən qız komputerdə sənə məxsus olan bütün işləri aparır. Biz həmin qızın da adını, soyadını tapıb ictimaiyyətə təqdim edəcəyik. Sənin həbsin reallaşmayana qədər, biz bu işdən əl çəkən deyilik. Sən elə bilirsən ki, "bircə inəyimiz vardı, onu da satıb uşağı əsgərlikdən qurtardıq", cavabı yaddan çıxıb. Bunu sənə heç vaxt bağışlamayacaqlar, çünki sən rüşvətə, korrupsiyaya bulaşmış Ramiz Mehdiyevin pul daşıyanı olmusan.
Arzu Rəhimov və onun Rayon Hərbi Komissarlarında rüşvət hesabına qazanılaraq əldə olunan pullar o qədər çoxdur ki, onun miqdarını bilənlər, dövlətimizin büdcəsi ilə müqayisə edərək, təəssüf hissi ilə başlarını bulayırlar. Rayon Hərbi Komissarları, İdarə və Şöbə rəisləri, hətta gizirlər istintaqa cəlb olunaraq, həbs olunsalar da, onlar hələlik istintaqda Arzu Rəhimovun əleyhinə ifadə vermirlər. Amma bildirmək istəyirik ki, bir müddət sonra, həmin şəxslər Arzu Rəhimovun üzünə duracaqlar. Ona görə də, Arzu Rəhimovun bu gün ölkədən çıxmasına tam gücümüzlə mane olmalıyıq, onun Ramiz Mehdiyevin xaricdəki havadarları ilə birləşməsinə imkan verməməliyik. Arzu Rəhimovun ən yaxın adamlarının birinin dediyinə görə, o, yaxın günlərdə ölkəni tərk etməyə hazırlaşır. Hüquq Mühafizə Orqanlarımız onun ölkədən çıxışını qadağan etməlidirlər.
Bəli, bir daha bəyan edirik ki, Arzu Rəhimov və onun Hərbi Komissarları 44 günlük müharibədə gecələr də kabinetlərində olurdular, imkanlı valideynləri qəbul edərək, milyonlar qazanırdılar. Onlar müharibə vaxtı möhlət hüququ oldu, olmadı ucdan tutma hamını çağıraraq, 100 nəfərdən 99-dan külli miqdarda rüşvət alırdılar. Hamı da elə bilirdi ki, Arzu Rəhimov kabinetində oturub, müharibənin gedişini izləyir. Arzu Rəhimov kabinetlərdə oturtduğu komissarların yığdığı rüşvətin qədərini öyrənmək üçün orada idi. Məhz buna görə də, Arzu Rəhimovun həbsi labüddür, çünki belə şəxslərin azadlıqda qalması daha təhlükəlidir.
P.S. Maraqlıdır Arzu Rəhimov, 2016-cı ilin dekabrın 6-da işdən birbaşa sevinə-sevinə Ramiz Mehdiyevin bağ evinə getdiyin günləri xatırlayırsanmı? Həmin günki görüşdə Ramiz Mehdiyevin bağındakı "bisetka"da Zakir Qaralovun, Mədət Quliyevin, Arzu Rəhimov sənin və həmişə özünüzə ata bildiyiniz Ramiz Mehdiyevə "Axır ki, inandırdınız", deyəndə nəyi nəzərdə tuturdunuz? Amma mən deyirəm, siz birləşərək yalandan kimisə inandırdınız. Amma Prezident Aparatında 3 şöbədən ibarət yaranmış kamissiya inandırdığınız adama hər şeyin düzünü deyəcək, çünki onlarla bərabər mətbuat da işləyir.
gundelik baki
 

Ardını oxu...
 
 

 

Binə və Buzovna qəsəbələrində yerləşən qanunsuz tikililərin söküntüsü zamanı qalmaqal yaşanıb.

Sakinlər onlardan evlərini sökməmək üçün 10 min manat pul tələb edildiyini iddia ediblər.

Onlar tikililərə aid müəyyən sənədlərin olduğu halda evlərinin sökülməsinə etiraz ediblər.

Daha ətraflı Baku TV-nin süjetində:

13:12

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

APA xəbər verir ki, Bakı şəhərinin Xəzər rayonu ərazisində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyektlər sökülüb.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müfəttişi Adil Bayramov açıqlamasında bildirib ki, dəfələrlə xəbərdarlıq edilməsinə rəğmən sökülən obyekt sahibləri heç bir sənəd təqdim etməyiblər:

“Xəzər rayonu Buzovna qəsəbəsində Nizami küçəsində dəfələrlə xəbərdarlıq edilməsinə rəğmən qanunsuz tikintiyə davam etdirilib. Tərəfimizdən qanunsuz tikilən obyektlərə qarşı söküntü edilməsi qərarı verilib. Bundan başqa Qala qəsəbəsi Südçülük sovxozu ərazisində də iki dənə qanunsuz obyektin söküntüsü aparılacaq”.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi qanunsuz ev və obyektlərin tikintisinə qarşı tədbirləri davam etdirilir.

 

Ardını oxu...
 
 

 

Bakı şəhərində fəaliyyət göstərən 49 nömrəli “İntellekt” məktəb-liseyi ilə bağlı daha bir şikayət yayılıb. 

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

İddia edilib ki, məktəbin direktoru Təhminə Əsədova orada xanədanlıq quraraq qohumlarını təhsil ocağına işə düzəldir, eyni zamanda, pul qarşılığında şagird yerini satır. Nəticədə orada təhsil almaq istəyən şagirdlər kənarda qalırlar. 

Ardını oxu...

Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.

BŞTİ-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 49 nömrəli məktəb-liseyin direktoru haqqında qeyd edilən məsələ ilə əlaqədar idarə tərəfindən müvafiq araşdırma aparılır:

“Araşdırmanın nəticələri barədə məlumat veriləcək. Qeyd olunan şagird təhsilini öz sinfində davam etdirəcək”.

Qeyd edək ki, bu ilin fevral ayında da 49 nömrəli “İntellekt” məktəb-liseyinin ingilis dili müəllimi Könül Həsənova rəhbərlik etdiyi sinfin valideyn qrupuna səs ataraq, valideynlərdən pul tələb edib.

BŞTİ tərəfindən aparılan araşdırmanın nəticələrinə uyğun olaraq, məktəb-liseyin direktoruna Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Belə hallara təkrar yol verildiyi halda daha ciddi tədbirlər görüləcəyi bildirilib. 

Ardını oxu...

Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavininin ərizəsi nəzərə alınmaqla əmək müqaviləsinə xitam verilib.

İlhamə Əbülfət


Ardını oxu...
Amerkalı alim Bencamin Franklinin belə bir sözü var "İnsan pulun saxtasını edər, pulda insanın". Həqiqətən bəzi insanlar müəyyən iş qurub pullaşdıqdan sonra, ayaqları yer tutmur. Özlərinə onlarla bahalı maşınlar almaq sayı-hesabı bilinməyən evlər mülklər daha nələr...

Ardını oxu...

Təbiki yaşam üçün şərait qurmaq normaldır bu bütün dünyada imkanı olan hər kəs edir. Deyir pul cib tutandan artıq olanda gec-tez özgəyə qismət olacaq. Axı sənin pulun var bunu düzgün istqamətə xərcləmək elə də çətin iş olmamaldır. Haqqında bəhs edəcəymiz şəxs Xəlil Göyüşovdur Xəlil müəllim «Körpü-Bina-Tikinti» MMC sədirdir. O, fotolarda təqdim etdiymiz Xətai rayon NZS qəsəbəsi Pivə zavod adlanan ərazinin yaxınlığı Zakir Yusifov küçəsin demək olar ki, tam işgal edərək böyük bir ərazidə özünə sayı-hesabı bilinməyən villalar tikib . Hətta Xəlil müəllim sözü gedən mülkləri elə bir proyektlə tikib ki, onları ətraf insanlardanda gizlətməyi düşünüb. Demək olar villanın ətraf hasarlarının hündürlüyü 7-8 metirdir.

"Azərbaycan Reallığı" olaraq bu məlumat daxil olduqdan sonra, bir neçə jurnalistlə əraziyə yollandıq. Çəkliş zamanı ətrafda olan insanlarla bir qədər söhbət etdik. Onlar villaların sahibinin Bakıda katlavan körpülər tikən bir şəxsin olduğun bildirdilər. Bir-neçə nəfər isə bu müllklərin Xəlil müəllimin olduğunu da təsdiq etdi. Bildirirlər ki, on ildən artıqdır bu villalar tikilib. Sakinlərin dediklərinə gözə çox sürətlə tikinti işləri davam etdi Heç bir il olmadı ki, bu fərqli-fərqli proyektdə tikilən bu müllklər peyda oldu. Amma tikləndən heç kim yaşamır. Ayda ildə bir dəfə Xəlil Müəllim bir neçə nəfərlə burada görünür. Ərazini yalnız bir nəfər fərdi şəxs muhavizə edir.

Mülklərin ətraf hasarları hündür olduğu üçün foto və video çəkiliş aparmaq mumkun olmadı. Sadəcə göz qamaşdıran villalara adam saatlarla baxır ki, Ölkədə insanların sosial durumu ağır olan bir vaxtda bir «Körpü-Bina-Tikinti» maqnatının bu qədər mülklərə sahib olmasın hansı siyahıya salasan?

Məlumatlı mənbələrdən biri "Azərbaycan Reallığı"na bildirir ki, Xəlil Müəllimin son zamanlar maliyyə böhranı yaşadıqı üçün sözü gedən ərazidə ki, vilları satışa çıxarıb. O, əvvəllər bu villanın birinin qiymətini 450 min manata qoymuşdursa, alıcı olmadığı üçün indi təxminən 350 min manata qədər qiymətində endirim edib.

Deyir Pulların səpildiyi yerdə təmizliyə riayət etmək çox çətindir. Biz nə deyirik yazdıq çəkdik göstərdik. Bu hələ tək «Körpü-Bina-Tikinti» MMC-nin sədri Xəlil Göyüşovun mülkləridir. Dəyəri millyonlarla ölçülən bu mülkləri Xəlil müəllim necə və hansı yolla əldə etməsini Ümüd edək müəyyən qurumlar araşdırıb sorğu-sual edəcək. Axı bu ölkədə xalqın sərvətin talayan icra başçılarının, genralların min-bir maxnasıyyalar edən qeyri-qanunu yollarla varlaşan iş adamlarının, sonradan yol verdikləri nöqsanlara görə qollarına qandal vurulmasın çox görmüşük. Bahalı villalarda, evlərdə yaşayan bahalı maşınlarda gəzənlərində yerlərini sonda həbsxanada görmüşük indi isə söz sizindir cənablar...

Sözü gedən villaların fotolarnı təqdim edirik:
 //"Azərbaycan Reallığı"//

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Ardını oxu...
İki ilə yaxındır ki, Bakı Slavyan Universitetinin ( BSU ) sabiq şöbə müdiri ilə bağlı istintaq və məhkəmə işi davam edir. İki gün öncə Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. İttiham aktında göstərilib: BSU-nun sabiq şöbə müdiri 123 tələbədən 226 min manat rüşvət alıb.
Təsəvvür edirsiniz, söhbət yüz minlərlə rüşvətdən gedir. Və Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ittiham aktı elan olunub. İttihama görə, Dürdanə Əliyeva Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin keçmiş müdiri olan zaman 2018-2021-ci illərdə ümumilikdə 123 tələbədən təhsil haqqı ödənişləri adı altında 226 min manat pul alıb. Dürdanə Əliyeva məhkəmədə bildirib ki, qoy şahidlər dindirilsin, sonra mən ifadə verəcəm.
Qısa məlumat üçün qeyd edək ki, Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) Əlavə və Qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb. Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb. İki ilə yaxındır ki, davam edən istintaq və məhkəmə prosesində Dürdanə Əliyeva tələb edir ki, BSU-nun o zamankı rektoru Nurlanə Əliyeva istintaqa gəlsin və izahat versin. Dürdanə Əliyeva onu da bildirib ki, mən aldığım pulları rektor Nurlana Əliyeva ilə bölmüşəm, pulun çoxunu rektora vermişəm. Dürdanə Əliyeva hətta təkcə rektorun deyil, həm də BSU-nun mühasibinin də məhkəməyə çağırılmasını tələb edir. Amma... Əmması odur ki, bir ildən artıq müddətdə sabiq rektor Nurlana Əliyevanı məhkəməyə gətirmək mümkün olmadı. Gah yazdılar ki, o, ölkədən qaçıb, gah yazdılar kui, xaricdə müalicə olunur və s.. Sözün qısası, Azərbaycan məhkəmə-hüquq sistemi adi bir rektoru məhkəmə prosesinə gətirə bilmirdi. Axırda medianın təzyiqlərindən sonra MƏCBURİ QAYDADA məhkəməyə gətirilən BSU-nun sabiq rektoru Nurlana Əliyeva qəribə açıqlama verdi. O bildirib ki, rektor olduğu vaxtda Universitetin Səfirlikərlə güclü əlaqələri olub: “Təmir zamanı universitetin muzeyi quruldu. Kembric və Oksford universitetləri ilə əlaqələr qurulub. 1 kompüteri olmayan universitetdə mənim dövrümdə bütün auditoriyalar kompüterlərlə təmin olundu.
Mən haqqımda səsləndirilən ittihamlarla razı deyiləm. Mən heç vaxt Universitetin büdcəsinə əl atmamışam. Mən Dürdanə Əliyevanı tanımıram. Ödənişli əsaslarla təhsil alan bütün tələbələr təhsil haqqını verirdilər. Təhsil haqqı bir başa sistemə oturdulurdu. Nağd şəklində dekana pulun ödənilməsi faktı ilə qəti razı deyiləm. Mənim dövrümdə tələbə qəbulu artmağa başlayıb. Ola bilməz ki, bizdə tələbə təhsil haqqını ödəməməyə görə Universitetdən qovulsun. Tələbələrin təhsil haqlarını ödəyib-ödəməməsi ilə bağlı məlumatı dekan və mühasibatlıq şöbəsi bilirdi. Məhz mənim dövrümdə pandemiya səbəbindən 826 tələbə dövlət imtahanından, təcrübə qiymətlərindən azad olundu. 5 tələbə akademik borcdan azad olundu. Dürdanə Əliyeva ilə aramda hər hansı bir pul razılaşması olmayıb. Mən Universitetdən çıxana qədər 5 min tələbə təhsil alırdı. 200-ə qədər isə əlavə qiyabi təhsil alan tələbə var idi”. Rektor sonra deyib ki, mən rektor olanda YAP-çıların sayı Universitetdə 2 dəfə artıb. Bu adam-rektordan soruşan yoxdur ki, BSU-da YAP-çıların sayı artıb, yaxud azalıb, bunun məsələyə nə dəxli var..? Yaxud rektor deyir ki, BSU-nun xarici səfirliklərlə güclü əlaqələri olub... Ay, Ramiz Mehdiyevin, Fatma Abdullazadənin qoyduğu rektor.... BSU-nun dekanı deyir ki, aldığı pulların çoxunu sənə verib...sən bu barədə danış...
Sözün qısası, komediya davam edir... dekan bir söz deyir, rektor isə özünü lallığa qoyub...
Bəli, Nurlana Əliyevanın həyat yoldaşı Prezident Adminstrasiyasında işləyəndə, onun haqqında ancaq biz tənqidi material dərc edə bilirdik, başqaları nədənsə Nurlana Əliyevanı hey tərifləyərdilər.
Hörmətli Nurlana Əliyeva, rektor olduqdan sonra, nədənsə birdən-birə Təhsil naziri olmaq fikrinə düşdü. Amma ola bilmədi... İndi isə, Elm və Təhsil Naziri olmaq üçün qızğın mübarizə gedir. Bu mübarizədə bir neçə şəxsin adı hallansa da, əsas fiqur kimi, Xarici Dillər Universitetinin rektoru Kamal Abdullanın adı çəkilir. O Kamal Abdulla ki, Bakı Slavyan Universitetində baş vermiş cinayət hadisəsinin kökünün onun dövrünə təsadüf etdiyi bildirilir. Amma nədənsə Kamal Abdullanın bu işdə adı çəkilmir. Mövzunun ciddiliyini nəzərə alaraq, həmin dövrdə Kamal Abdulla ilə çiyin-çiyinə işləmiş, çox hörmətli professorun müsahibəsinə hazırlanmış geniş məqaləni növbəti yazımızda dərc edəcəyik.
 //gundelik-baku.com//

Ardını oxu...
Hörmətli oxucular, çiynində paqon daşıyan hər bir kəsin hamı tərəfindən nümunəvi şəxs kimi tanınması , xüsusilə davranış və rəftarı ilə ətrafdakılara necə deyərlər, əxlaqdərsi keçməli olduğu kimsəyə sirr olan bir məsələ deyil.O ki ,həmin şəxs polis işçisi, üstəlik yol polisi əməkdaşı ola.Bu kateqoriyadan olan şəxslər həmişə bir qayda olaraq öz məziyyətləri ilə diqqət çəkir, bütövlükdə həmin sahədə çalışanlar haqqında öz hərəkətləri ilə rəy yaratmış olurlar.
İlk növbədə zahiri səliqə-sahmanı, nəzakətli rəftarı, diqqətcil və qayğıkeşliyi onları adamların gözündə böyüdür.Yol polisi əməkdaşlarının çətin durumda olan şəxslərə,agır xəstələri aparan avtomobillərə dəfələrlə lazımı ünvana çatmaqdan ötrü hər cür yardım göstərdikləri barədə dövri mətbuatda çoxsaylı yazıları fəxarətlə oxuyanda ürəyimizdən “Mənim polisim qanunu da məni də qoruyur “ifadəsini də az keçirməmişik.
Amma təəssüf olsun ki, bəzən bu mühüm dövlət əhəmiyyətli sahədə də təsadüfi, yerində olmayan, insanlarda xoşagəlməz rəy yaradan yol polisi paqonu daşıyan əməkdaşlara rast gəlmək mümkündür. Özünü “avtoxuliqan”kim aparan,”yerində olmayan,avtoşou”göstərən yol polisi əməkdaşı görəndə beləsinin həmin təşkilatda özünə necə “yer”elədiyinə mat qalmaya bilmirsən. Əsl mədəniyyətsizlik nümunəsi olan belələrindən birisi Şamkir Dövlət Yol Polisi idarəsində “yuva qurubmuş”sən demə.
90yp231 nömrə nişanlı yol polisi avtomobilində həmin polisin necə özbaşnalıqlar etdiyinin şahidi olanlar az deyil.
Həmin maşının bir qayda olaraq yol hərəkəti qaydalarına- işıqforda hansı işıgın yanmasına, qadağan olunmuş yerdən dönmə əməliyyatı keçirməsinə,öz “avtoşou”lugu ilə qəza şəraiti yaratmasına və s.nə ad vermək olar?
Bu günlərdə həmin yol polisi avtomobilində xidmət aparan şəxs xidməti ərazidə bir avtomobili saxlayıb.Özü də dönmə əməliyyatını düzgün yerinə yetirmədən ona dur işarəsi verib.Saxladıgı avtomobil sürücüsündən “remeni”niyə taxmasıgını və buna görə cərimələndiyini bildirib.Qıribə burasıdır ki, həmin yol polisi əməkdaşı özü də qayış taxmayıbmış və saxlanılan maşının sürücüsü də bunu ona irad tutub.
Axı dogrudan da heç olmasa adi mədəniyyət qaydaları var.Yol hərəkəti qaydalarını pozan sürücünü saxlayan polis ən azından utanıb həmin maşını gərək heç saxlamaya idi.Utancverici durumla üzləşən həmin əməkdaş isə heç utanıb -qızarmadan nə desə yaxşıdır?
Bizə hər şey “palojnadır”
Görəsən onun bu diliuzunlugunun səbəbi nədir?
Kimə,nəyə arxayındır? Bəlkə hesab edir ki, onun özbaşınalıqlarının qarşısına sədd çəkən olmayacaq?
Respublika Yol Polisi rəhbərliyi yəqin ki,bu məsələyə biganə qalmayacaq,həmin *avtoş “polis haqqında lazımi ölçü götürüləcək ,ona nəyin “palojna”olub -olmadıgını qanununun dili ilə başa salmış olacaqdır.
 //aktualxeber.az//
Ardını oxu...
Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 55/57 ünvanlarında yaşayan sakinlər "MAHAL" MTK-nın pilot layihəsi fırıldağına etiraz əlaməti olaraq Nazirlər Kabinetinin qarşısında aksiya keçiriblər. Belə ki, adı çəkilən bu tikinti şirkəti 2017-ci ilin may-iyun aylarında sakinləri yaşadıqları mənzillərindən zorla çıxarıb üzərinə lazımi öhdəliklər götürsə də, bu gün də həmin öhdəlikləri yerinə yetirmir. Yəni, həmin vaxtlarda sakinlərlə "MAHAL" MTK tikinti şirkəti arasında rəsmi qaydada müqavilə sənədləri bağlansa da, hal-hazırda bu tikinti şirkətinə rəhbərlik edən Elvin müəllim düşündüyü, yaxud da planlaşdırdığı addımlarını atmaqda davam edir. Bir sözlə, bu şəxs hansısa dövlət qurumunu, hansısa vəzifəli şəxsi saya salmır.

GundemXeber.Az-ın əldə etdiyi məlumatlara görə, "MAHAL" MTK-ya rəhbərlik edən bu şəxs hər sakinə bir cür "yağlı vəd"ini verir, amma bir kimsənin problemini həll etmir. Belə bir səbəblərdəndir ki, bu gün sakinlər haqq səslərini daha yuxarı instansiyalara çatdırmaq üçün, məhz belə bir addımlarını atmağa məcbur olurlar. O halda sual oluna bilər ki, görəsən bu MTK-nın rəhbərliyinə bir kimsə "DUR" deyəcək, yoxsa? ...
Söylənilənlərə görə bu şəxs orda-burda danışıb ki, "mənə daha yuxarı instansiyada vəzifə sahibi olan şəxs arxa-dayaq durur. Ona görə də sakinlər nə qədər etiraz etsələr də, aksiya keçirsələr də, nəyəsə nail ola bilməyəcəklər". Görəsən, bu həqiqətən də belədir?
Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Mövzuya qayıdacağıq.
 //GundemXeber.Az//

 

Dünyapress TV

Xəbər lenti