Ardını oxu...
Qafqazinfo saytı tərəfindən yayılan məlmata görə, Xəzər rayonu, Şağan kənd bələdiyyəsinin sədri Sevinc Atayeva və bir qrup keçmiş əməkdaşı barəsində cinayət işi başlanıb.
Məlumata görə, təqsirləndirilən şəxslər sənəd saxtalaşdırmaqda və külli miqdarda dələduzluqda təqsirləndirilirlər.

Sevinc Atayeva Cinayət Məcəlləsinin 320-ci (saxta sənəd hazırlama), Əli Cahangirov, Ruslan Məmmədov, Elçin Xalıqov və Elşən Xanlarov 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurlar. Onların hər biri barəsində həbsə alternativ qətimkan tədbiri seçilib. İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

TEREF.AZ bildirir ki, özünü Xəzər rayonu, Şağan kənd bələdiyyəsinin kargüzarı kimi təqdim edən şəxs Cebhe.info-ya məlumatı təkzib edib. Adının açıqlanmasını istəməyən şəxs məlumatın yanlış olduğunu bildirib:

“Sevinc xanım işinin başındadır, yayılan məlumatlar yanlışdır. Əsası olmadan, araşdırılmadan yayılmış məlumatdır. Sevinc Atayeva neqativ məsələləri araşdırmaq üçün özü hüquq-mühafizə orqanlarına müraciət edib. Saxta sənədlər, köhnə möhürün kimdə olması, kimə təhvil verilməsinin araşdırılması üçün müraciət edib. Sadəcə, Sevinc xanımın adını hallandırıb, onun imicinə xələl gətirən məlumat yayıblar”.

Kənd bələdiyyəsindən hazırda Sevinc Atayevanın tədbirlə bağlı işdə olmadığını qeyd ediblər:

“Sevinc xanım burada ictimai əsaslarla çalışır, hazırda tədbirlə əlaqədar burada deyil. Amma hər zaman işinin başındadır. Sevinc Atayeva bir ildir fəaliyyət göstərir və gələn gündən burada baş verən neqativ hallarla bağlı, vətəndaşlardan daxil olan saxta sənədləri araşdırıb və ona uyğun olaraq da müraciət edib. Köhnə möhürün təhvil verilməsinə görə də müraciət edib. Köhnə möhürün kimdə olması məlum deyil. İş aparılır, yekunlaşdıqdan sonra məlumat veriləcək”.
 
Ardını oxu...
Bakı Təhsil İdarəsinin şübhəli tenderləri - Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2023-cü ilin iyul ayının 12-də "İstehlak yönlü müxtəlif xidmətlərin satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

TEREF.AZ Qlobal.az-a istinadən xəbər verir ki, bu satınalmanın məbləği 153.128 manat, qalibi isə "Formul" (Vöen: 1307189931) Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Ardını oxu...

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sifarişçi olduğu satınalmada qalib elan etdiyi "Formul" MMC 2021-ci ilin iyun ayının 10-da dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi, ev 202, mənzil 14 ünvanı, qanuni təmsilçisi isə Əhmədov Cəlil Mirqiyas oğludur. "Formul" MMC-nin fəaliyyət profili, müvafiq lisenziyaları barədə açıq internet resurslarında məlumata rast gəlinmir.

Bakı Təhsil İdarəsinin şübhəli tenderləri -

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2023-cü ilin iyul ayının 12-də "İstehlak yönlü müxtəlif xidmətlərin satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmada qalib elan etdiyi "Formul" MMC heç də sifarişçi müəssisəyə yad olan təşkilat deyil. "Formul" MMC-nin qanuni təmsilçisi Əhmədov Cəlil Mirqiyas oğlunun qanuni təmsilçisi olduğu daha bir MMC Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sifarişçi olduğu satınalmada qalib elan edilib.
Ardını oxu...

Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2022-ci ilin sentyabr ayının 29-da "Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən müxtəlif tədbirlərin və layihələrin satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. 94.926 manat smetası olan bu satınalmada "MACİS CONSULTİNG" (VÖEN: 2005840331) Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

"MACİS CONSULTİNG" MMC 2019-cu ilin sentyabr ayının 20-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani, ev 17, mənzil 17, qanuni təmsilçisi isə Əhmədov Cəlil Mirqiyas oğludur.

Ardını oxu...

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müxtəlif layihələr və tədbirlər təşkil edəcək "MACİS CONSULTİNG" MMC-nin də fəaliyyət profili, müvafiq lisenziyaları, işçi qüvvəsi, maddi bazası barədə açıq internet resurslarında məlumat yoxdur.

Fəaliyyət profilləri və lisenziyaları barədə açıq internet resurslarında məlumat olmayan, qanuni təmsilçisi eyni şəxs olan "Formul" və "MACİS CONSULTİNG" MMC-lərin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin iki lot üzrə ümumilikdə 248.054 manatlıq satınalmada qalib elan edilməsi bir sıra suallara yol açır.
Ardını oxu...
Qlobal.az məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən mövqe öyrənib. İdarənin açıqlamasında deyilir:

"Hər iki müsabiqə "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilmişdir. Sözügedən müsabiqələrdə iştirak edən iddiaçıların təqdim etdiyi bütün qiymət təklifləri tender komissiyası tərəfindən qiymətləndirildikdən sonra "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanununun 6-cı maddəsində göstərilən tələblərə uyğun gələn və ən sərfəli təkliflə çıxış edən şirkət (şirkətlər) qalib elan olunmuşdur. Tenderin nəticələri haqqında yekun protokol tərtib edildikdən sonra protokolun surəti "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.5-ci maddəsinin tələbinə əsasən müvafiq dövlət qurumlarında qeydə alınmışdır. Nəzərinizə çatdırırıq ki, keçirilən müsabiqələr barədə ictimaiyyətə açıq olan məlumatlar Dövlət satınalmalarının vahid internet portalının müvafiq bölmələrində yerləşdirilmişdir. Bundan əlavə, qanunvericiliyə əsasən müxtəlif illərdə və müxtəlif müsabiqələrdə iştirak edən şirkətlərin təsisçisinin eyni şəxs olması həmin şirkətlərin müsabiqələrdə iştirakını məhdudlaşdırmır. Müraciətinizdə qeyd olunan digər iddialar da tamamilə əsassızdır. Onu da qeyd etmək lazımdır ki, keçirilən tender prosedurlarında şəffaflıq və dövlət büdcəsinə qənaət edilməsi prinsipləri, eyni zamanda qanunvericiliyin tələbləri hər zaman diqqət mərkəzində saxlanılır".

Ardını oxu...
Mehriban Vəliyeva

Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevadır.

O, 2020-ci ilin dekabr ayında bu vəzifəyə təyin edilib.
 
Ardını oxu...
“Kristal Abşeron” hər gün müxtəlif layihələrini reklam edir. Bu piar fonunda isə onun Qaradağ rayonundakı “Qobu Park – 2” proyekti hələ də problemlər girdabında bərq vurur. Lakin nədənsə, media resurslarında bu binanın mövcud təhlükələri, sakinlərin üzləşdiyi problemlər əvvəlkitək yada düşmür. Nədir bu susqunluq? Vətəndaşların şikayətləri həllini tapdımı? Qətiyyən!
İndi məlum olur ki, “Qobu Park – 2” layihəsinin bitməyən problemləri davam etməkdədir, sadəcə, KİV bu mövzuya qayıtmağa üstünlük vermir. Səbəb sadədir, “Kristal Abşeron” şirkəti gözə xoş görünməyə çalışır. Yerli sakinlərdən gələn xəbərlərdə isə heç də vəziyyət ürəkaçan görünmür: sürüşmə riski, binanın qəzalı olması ucbatından yenidən təhlükəli şərait potensialı, susuzluq dərdi…
Tribunainfo.az yazır ki, bu məsələlər, problemlər aktuallığını itirməyib, sadəcə, müəmmalı şəkildə mətbuatın gündəmindən çıxarıldı. Şirkət isə Qaradağdakı bu uğursuz projesinin problemlərini səthi yoluna qoymaqla, çoxlarını susdurmağa çalışıb. Təsəvvür edin ki, yeni tikilən bina qəzalıdır. Nə deməkdir bu ? Yeni bina nə üçün qəzalı olsun ki? Deməli, “Qobu Park -2” layihəsi böyük yeyintilər, keyfiyyətsiz tikinti ilə başa vurulub. Sakinlər deyirlər ki, indi media onlara diqqət ayırmır, qəribə formada sükutla üstündən keçirlər. Hazırda binanın özülünə beton tökülüb. Guya təhlükəsizliyin qarşısını almağa çalışırlar. Əyilmiş binaya beton tökülməsi nə dərəcədə doğrudur?
Bina tikilməmişdən öncə torpağın tərkibi öyrəniləndə səhvlər buraxılıb. Yeraltı sular o istiqamətə axıb, təməlini yuyub. Bununla yanaşı ola bilər ki, müxtəlif yer təkanları zamanı süxurun strukturu dəyişib. İnsan səhvi də ola bilər. Araşdırma aparılmalıdır. Rəy verilməlidir ki, orada sakinlər yaşaya bilərlər, yoxsa yox…
 
Ardını oxu...
"Sahil - S İnşaat" MTK-nın 165 ailəsi Baş Prokuror Kamran Əliyevə və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisi Nazim Rəcəbova müraciət edib. Fırıldaqçı tikinti şirkətinin rəhbəri Taley Alaverdiyevlə illərdir ki, başı bəlada olan sakinlər onun həbsindən sonra indi də qardaşı Şükür Alaverdiyevin qanunsuz əməlləri ilə üzləşiblər. Anaxeber.info-ya verilən məlumata görə, sakinlər Baş Prokurordan və İdarə rəisindən həbs edilmiş dələduzun qardaşı Şükür Alaverdiyevin şirkəti idarə etmək üçün saxta möhür-ştamp hazırlamasını araşdırmağı xahiş ediblər. Məlum olub ki, indi də şirkətin başına keçmək və özbaşınalıqları davam etdirmək üçün Taley Alaverdiyevin qardaşı çırmanıb. Sakinlər bildiriblər ki, onun MTK-nı idarə etməyə heç bir səlahiyyəti çatmır, hər hansı hüququ yoxdur. Çünki baş vermiş hadisələrdən sonra MTK rəhbərliyi həbs olunub, onların cinayət əməlləri barədə istintaq sübutlar ortaya qoyub, məhkəmədə hökm oxunacaq. "Bunun ardınca biz sakinlər olaraq kollektiv bir idarəçilik təsis etmişik, cəmiyyət qurmuşuq və birgə idarəetmə mövcuddur. Yəni sakinlər MMC yaratmaqla özləri binanın yarımçıq qalan tikinti işlərini, kommunal məsələlərini, lift quraşdırılması və digər infrastruktur işlərini həyata keçiriblər. Bütün bunlar öz resurslarımız hesabına, kifayət qədər ağır və çətin proseslərdən keçməklə mümkün olub. Biz 165 ailə olaraq öz mənzillərimizə köçmək üçün dəridən-qabıqdan çıxmışıq, uzun müddət mübarizə aparmışıq, dövlət də sağ olsun ki, hər zaman yanımızda olub. Lakin cənab prokuror, indi də bu dələduzun qardaşı peyda olub. Görünür ki, Taley həbsdən Şükürə təlimat verib, bu adam da qanunsuz şəkildə saxta möhür yaradıb işin başına keçməyə hazırlaşır. Ona görə də Sizdən rica edirik, bu məsələni araşdırıb yoluna qoyun. Çünki bir mənzili bir neçə adama satmış dələduz Taleydən sonra qardaşı Şükür min oyundan çıxmağa başlayacaq. Biz binanı özümüz idarə edə bilirik, hər bir məsələni qanun çərçivəsində həll etməyə nail oluruq, burada bütün narazılıqlara özümüz son qoymağa çalışırıq, amma yenə də kənardan hansısa haram əllər saxta yolla müdaxilə edir, bizə əngəl olur. 165 ailəni illərlə öz halal mənzilinə köməkdən məhrum etmiş bu dələduzları yaxın buraxmaq olmaz. Uşaqlarımız aylarla, illərlə təzə evə köçməyi gözləyiblər, indi belələri gəlib suyu bulandırmağa çalışır". Sakinlər Baş Prokuror Kamran Əliyev və İdarə rəisi Nazim Rəcəbovdan köməklik göstərilməsini xahiş edirlər.

Anaxeber.info
 

Ardını oxu...
     

Ötən yazımızda Elvin Abbasovun saxta diplomla Beyləqan təhsilində at oynatmağından bəhs etmişdik və bu yazımız Elm və Təhsil naziri Emin Əmrullayevə bir müraciət kimi də qəbul edilə bilər. Çünki bu sahədə pis nə baş verirsə, buna görə daha çox qınanılan, tənqid edilən də məhz cənab Əmrullayevdir. Bu gün Azərbaycan təhsil sistemində bütün baş verən proseslərin məsuliyyətini Emin Əmrullayev bir nazir olaraq öz üzərinə götürüb. Ona görə də o verdiyi qərarlarda, imzaladığı sənədlərdə, hətta əmr verərkən belə diqqətli olmalı, adi bir səhvə belə yol verməməlidir.

Məlum məsələdir ki, təhsil hər bir dövləti, xalqı aydınlığa, inkişafa aparan tərəqqi yoludur. Buna görə də təhsil strategiyasına uyğun şəkildə mütərəqqi islahatlara imza atılmalı, təhsilin keyfiyyətinə təsir edən mühüm amillər üzərində qərarlar qəbul edilməlidir. Bunun üçün də ilk növbədə kadrların təyinatı məsələsində diqqətli olmaq vacibdir. Əlbəttə ki, təhsilə yad və kənar şəxsləri gətirib strateji-ideoloji sahəyə, yumşaq ifadə ilə desək, yerləşdirəndə söz yox ki, təhsili öz əlimizlə mənəvi terrora sürükləyirik. Buna görə də həm Elm və Təhsil Nazirliyi, həm də dövlətin ayrı-ayrı qurumları kadr təyinatı məsələlərində mütləq diqqətli olmalıdır. Ölkənin tərəqqisi də, tənəzzülü də məhz həmin kadrlardan asılıdır.

Xatırlayırsınızsa, ötən yazımızda Elvin Abbasovun özbaşınalığı haqqında yazmışdıq.

“Beyləqan təhsil sektoruna müdir təyin olunan Elvin Abbasov necə və hansı tələblərlə sektora müdir təyin edilib? Və yaxud Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev diplomun legitimliyinə şübhə doğuran və bu əsasla da bir neçə il əvvəl öz ərizəsi ilə işlədiyi məktəbdən işdən azad olunan Elvin Abbasovun sənədlərini Təhsil Nazirliyindən necə keçirdib?

Bəri başdan deyək ki, Beyləqan rayon təhsil sisteminin bəxti əzəldən gətirməyib. Ta əzəldən, təhsil şöbəsinə təyin olunan müdirlər rayon təhsilini mənəvi terrora sürükləyib, bu sahəyə yalnız və yalnız gəlir mənbəyi kimi baxmaqla varlanmaq niyətini güdüblər. Yəni, Beyləqan təhsili tarixən çörəkli yer olub. Amma onu deyək ki, Elvin Abbasov əvvəlki təhsil müdirlərindən çox fərqlənir. Biz inanmırıq ki, o bu sahəyə qazanmaq, varlanmaq, qaz vurub-qazan doldurmaq üçün gəlib. Amma onun əvvəlki sələflərindən bir fərqi var. Nədir o fərq? Məsələn, əvvəlki təhsil müdirlərinin diplomu ilə bağlı ictimaiyyətdə hər hansı bir dolaşıq söz-söhbətlərə rast gəlməmişəm. Ancaq bu gün, Beyləqanda onu tanıyanlar Elvin Abbasovun diplomunun dövlət sənədi olmamasını danışırlar. Hətta Elvin bəyi yaxından tanıyanlar onun necə və nə vaxt, harda oxuduğuna da “mat-məəttəl”qalıblar.
Onu tanıyanlar bildirir ki, Elvin Abbasov taksi sürücüsü kimi fəaliyyət göstərib. Sonradan isə sələmçiliklə, yəni faizə pul verməklə məşğul olurdu. Məhz o, bu yolla, haram (sələmçiliklə) pul qazanmaqla varlandı. Yəni, hazırda Elm və Təhsil Naziri Emin Əmrullayevin müvafiq əmri ilə Beyləqan rayon təhsil sektorunun müdiri vəzifəsinə təyin olunan Abbasov Elvin Sevdimalı oğlu rayonda müəllim kimi yox, “sələmçı Elvin” kimi tanınıb. Belə bir şəxsin birdən-birə bir rayonun təhsil sektoruna müdir təyin edilməsi olduqca qəribə görünür. İnsanlar haqlı olaraq sual edirlər ki, sələmçi hara, təhsil müdiri hara. Əslində bu insanların haqlı mövqeyidir. Əslində biz Elvin Abbasovun faizə (sələmə) pul verməsini, sələmçiliklə pul qazanmasını qəbul edirik. Olsun! Zatən ölkənin ən iri məmurları bunu edirlər. Görün, ölkədə nə qədər mərc oyunlarından pullar qazanılır. “Azərlotereya” ASC bütün bölgələrdə qumarxanalarla açıq-aşkar ciblərə girirlər “Poz, qazan” küçələrə daşınıb və ölkədə açıq qumar gedir. Hər gün avtobus dayanacaqlarında, lotoreya satış nöqtələrində xüsusilə kasıb təbəqədən olan vətəndaşların böyük həvəslə “Qızıl 2”, “Şans ulduzu” və “Brilliant” ani lotereyaları almasının şahidi oluruq. Bu səbəbdən də Elvin Abbasovu qınamırıq. Və hesab etmirik də ki, onun sələmçi kimi ad çıxarması“ karyera yüksəlişi” yolunda onun üçün ciddi əngələ çevrilə bilər.

Bizim üçün maraqlı olan Elvin Abbasovun diplomunun saxta olması ilə bağlı dolaşan söz söhbətlərdir. Əldə etdiyimiz məlumata görə, Elvin Abbasov Azərbaycan Müəllimlər İnistutunun Zaqatala filialının tarix-corafiya ixtisası fakultəsindən oxumaya-oxumaya diplom əldə edib. Başqa bir mənbənin bilgisinə görə isə, Müəllimlər İnistutunun Zaqatala filialında ümumiyyətlə belə bir ixtisasın olmadığı vurğulanır. Bəs yaxşı, onda belədirsə, Elvin Abbasov bu diplomu necə əldə edib? Məsələnin digər tərəfi ondan ibarətdir ki, Elvin Abbasovun diplomunun saxta olduğunu Elm və Təhsil Nazirliyi də bilir. Yəni, bu qədərmi bəsitdir hər şey, cənab nazir?
Daxil olan başqa bir məlumatda vurğulanır ki, Elvin Abbasov hələ Regional Təhsil İdarələri yaranmamışdan əvvəl direktor işləmək üçün TN-ə müraciət edib. Lakin nazirlik onun diplomu ilə bağlı mübahisələrə görə müsabiqədə iştirak etməsini təmin etməyib. Ancaq Regional Təhsil İdarələri yaranandan sonra Elvin Abbasov Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayevin köməyi ilə əvvəlcə Beyləqan şəhər 8 saylı məktəbə direktor, az müddətdən sonra isə Beyləqan təhsil sektoruna müdir təyin edilib. Yəni, bu qədər bəsit bir şey!
Bu xüsusda əldə etdiyimiz məlumatlarda o da qeyd edilir ki, hələ bir neçə il əvvəl Elvin Abbasovun diplomunun saxta olması ilə bağlı məsələ mətbuatın gündəmində olub. Bundan sonra, o, öz ərizəsi ilə işlədiyi Beyləqan şəhər 3 saylı tam orta məktəbdən işdən çıxıb. Və bir müddət repetitorluq edib. Bu gün isə yenidən Beyləqan rayon təhsil sektoruna qayıdıb. Özü də yüksək vəzifəyə - Beyləqanın baş müəllimi vəzifəsinə.

Məlumdur ki, universitetə qəbul imtahanı imtahanı vermək və ali təhsil müəssisəsini bitirdikdən sonra diplom almaq üçün Dövlət İmtahan Mərkəzində qeydiyyatda olmalısan. Elvin Abbasovun adının Dövlət İmtahan Mərkəzində qeydiyyatda olmaması da sübutdur ki, Elvin Abbasov qanunsuz üsullarla saxta diplom alıb.
Bundan əlavə şəkillərdən göründüyü kimi, bir çox insanlar yaltaqlıq edərək Elvin Abbasovu tərif yağışına tutublar. həyatını məddahlıq üzərində quran, yaltaqlığı həyat tərzinə çevirən yaltaq insanlar Elvin Abbasovu elə müdafiə edirlər ki, sanki ovsunlanıblar. Bu yaltaqlığı edənlərin haqq-ədalət, vicdan, insanlıq yadlarına düşmür.
Azərbaycanda demokratik imic daşıyan şəxslərin əksəriyyəti bu yaltaqlıq virusunun daşıyıcısıdır.

Elə xalqı aldatmağın özü də bir yaltaqlıqdır. Saxta diplomla təhsil sahəsinin inkişafı üçün çalışdığını söyləyən sektor müdirinin olması da böyük qanunsuzluqdur.
İndi hamı kimi bizə də maraqlıdır: sələmçi və saxta diplomlu Elvin Abbasov hansı gözə görünməz qüvvənin “sehrli çubuğ”u ilə təhsil müdiri təyin edilib? Doğrudanmı, Elvin Abbasovu Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev himayə edir?

Güman edirik ki, ölkənin aidiyyəti qurumları, DTX, Baş prokurorluq, Elm və Təhsil Nazirliyi bu məsələyə biganə qalmayacaq, Elvin Abbasovun Azərbaycan Müəllimlər İnistutunun Zaqatala filialına qəbul olub - olmamasını, olubsa, neçə balla qəbul olmasını, eləcə də Müəllimlər İnstitutunun Zaqatala filialında tarix-coğrafiya fənni üzrə ixtisasın olub - olmamasını aydınlaşdıracaqlar.
Mənbə: Realmedia.az

Ardını oxu...
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Əhəd Abıyev Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

TEREF.AZ Pravda.az-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə Əhəd Abıyevin var-dövlətinin siyahısı yayılıb.

Mənzilləri:

– Daşkəsən rayonu 20 Yanvar, ev 8 ünvanında mənzil,

– Nəsimi rayonu, S.Vurğun küç. ev 58 ünvanında mənzil,

– Nərimanov rayonu M.Qaşqay, ev 102 ünvanında mənzil,

– Nərimanov rayonu, M.Qaşqay küç. 100 ünvanında yerləşən 20 sota yaxın torpaqda inşa etdirdiyi 4 mərtəbəli villası,

– Milyonerlər. məhəlləsi kimi tanınan Teymur Əliyev küçəsində villası,

– Gəncədə, Göygöldə mənzilləri, bağ evləri,

– Badamdarda 3 ədəd villası,

– Novxanı qəsəbəsində milyonlarla manat qiyməti olan bağ evi,

– Qaxda, Nabranda, Xaçmazda, Qubada istirahət mərkəzləri, otelləri.

Obyekt və əmlakları:

1. Masallı şəhərində keçmiş “Raykopittifaq”a məxsus 2 mərtəbəli bina 0,23 ha ərazisi ilə birlikdə 27.02.2004-cü il tarixdə Əhəd Abıyevin qardaşı Abıyev Səməd Mikayıl oğlunun adına özəlləşdirilmiş və əvvəllər DSMF Masallı rayon şöbəsinə icarəyə verilmişdi.

2. Masallı şəhər Həmid Sultanov küçəsində köhnə YDM və dəyirman 0,50 ha torpaq sahəsi ilə birlikdə 28.06.2004-cü il tarixdə Ə.Abıyevin qardaşı Qadir Abıyevin adına özəlləşdirilib və əvvəllər “Azər-Altay qardaşları” daş bazarı kimi fəaliyyət göstərib.

3. Masallı şəhərində yerləşən köhnə “Aqrokombinat”ın 3 mərtəbəli binası 0,33 ha torpaq sahəsi ilə birlikdə Ə.Abıyevin qardaşı Nadir Abıyev adına özəlləşdirilib. Həmin binada Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı şöbəsinin yerləşməsinə və həmin vaxt Nadir Abıyevin Torpaq şöbəsinin müdiri olmasına baxmayaraq, bu bina dəyərindən çox-çox aşağı qiymətə özəlləşdirilib və şöbənin işçiləri bu binadan çıxarılıb.

4. İstisu zonasında yerləşən keçmiş “Mətləbbulağı” (indiki adı “İslam bulağı”) istirahət mərkəzi əvvəlki sahibindən qanunsuz və təzyiq yolu ilə alınaraq Abıyevlərin mülkiyyətinə keçirilib.

5. İstisu zonasında 10 ha ərazidə yerləşən “Turkan” sağlamlıq mərkəzi əvvəlki sahibi Adəm Nüsrətovdan qanunsuz və təzyiq yolu ilə alınaraq Abıyevlərin mülkiyyətinə keçirilib.

6. Masallı şəhərində 0,20 ha torpaq sahəsi 22.12.2005-ci il tarixdə Səməd Abıyevin qaynı Tağıyev Mirinin adına sənədləşdirilib.

7. Masallı şəhərində köhnə cörək kombinatı 0.70 ha torpaq sahəsi ilə birlikdə Ə.Abıyevin yaxınlarından sayılan Piriyev Məmmədbağırın adına özəlləşdirilib, sonradan həmin yer Ə.Abıyevin ən yaxın adamı olan 70 saylı Masallı şəhər seçki dairəsinin əvvəlki sədri Elxan Məmmədovun adına sənədləşdirilib.

8. Masallı şəhərində 0,60 ha torpaq sahəsi 05.12.2005-ci il tarixdə Abıyev Nadirin yaxın qohumu Eyvazov Fərhad Saleh oğlunun adına sənədləşdirilib.

9. Masallı şəhəri Talışxanov prospektində 0,10 ha torpaq sahəsi Abıyev Nadir Mikayıl oğlunun adına sənədləşdirilib.

10. Masallı şəhərində 320 kv.m-lik dükan yeri Nadir Abıyevin kürəkəni Nadirov Manaf Abı oğlunun adına 25.03.2002-ci il tarixdə sənədləşdirilib.

11. Masallı şəhərində 130 kv.m-lik dükan yeri 10.10.2002-ci il tarixdə Nadir Abıyevin oğlu Abıyev Siyab Nadir oğlunun adına sənədləşdirilib.

12. Masallı şəhəri “Xan Çinarı” bazarının arxasında yerləşən 3,15 ha torpaq sahəsi 04.03. 2005-ci il tarixdə Nadir Abıyevin adına sənədləşdirilib.

13. Masallı şəhərində yerləşən univermaq binası 0.19 ha ərazisi ilə birlikdə, Səməd Abıyev “Raypoittifaq”ın müdiri işləyərkən orada mühasibi işləmiş Abıyevlərin yaxın adamlarından olan Məmmədov Əhməd Məmmədağa oğlunun adına 12.02.2007-ci il tarixdə dəyərindən çox aşağı qiymətə özəlləşdirilib.

14. Bala Təklə kəndi ərazisində 6 ha torpaq sahəsi 15.05.2006-cı il tarixdə Əhəd Abıyevin qardaşı oğlu, Dövlət Yol Polisində məsul vəzifədə çalışan Abıyev Kamal İsrafil oğlunun adına sənədləşdirilib. Sonradan bu torpaq sahəsi Masallının İstisu ərazisində yerləşən “İslam bulağı” istirahət mərkəzinin yerləşdiyi ərazi ilə qeyri-qanuni dəyişdirilib.

15. Masallı şəhərində 0,34 ha torpaq sahəsi və 150 kv.m dükan yeri Əhəd Abıyevin əmisi nəvəsi Alışov Xalid Nizami oğlunun adına sənədləşdirilib.

16. Masallı şəhərində 144 kv.m dükan yeri 02.12.2003-cü il tarixdə Əhəd Abıyevin əmisi oğlu Alışov Nizami İsgəndər oğlunun adına sənədləşdirilib.

17. Masallı şəhər “Xan Çinar” bazarının yanında 0,10 ha torpaq sahəsi Abıyev Nadir Mikayıl oğlunun adına sənədləşdirilib və daha sonra satılıb.

18. Masallı şəhərində 72 kv.m-lik dükan yeri 25.08.2004-cü il tarixdə Abıyev Nadirin qaynı Qasımov Bahəddin Qafur oğlunun adına sənədləşdirilib.

19. Masallı şəhərində 0,20 ha torpaq sahəsi 10.07.2001-ci il tarixdə Əhəd Abıyevin bacısı oğlu Salmanov Tapdıq Müzəffər oğlunun adına sənədləşdirilib.

20. Masallı şəhərində 720 kv.m-lik dükan yeri 30.11.2001-ci il tarixdə Əhəd Abıyevin əmisi oğlu Alışov Nizami İsgəndər oğlunun adına sənədləşdirilib.

21. Masallı şəhərində 400 kv.m-lik dükan yeri 30.10.2002-ci il tarixdə Qadir Abıyevin qayını İsmayılov Tahir Sahibəli oğlunun adına sənədləşdirilib.

22. Masallı şəhərində 3311 kv.m-lik torpaq sahəsi 16.04. 2002-ci il tarixdə Abıyev Nadir Mikayıl oğlunun adına sənədləşdirilib.

23. Masallı şəhər Əlibala Əliyev küçəsində 0,60 ha torpaq sahəsi 28. 12. 2005-ci il tarixdə Nadir Abıyevin qayını Qasımov Bahadur Qafur oğlunun adına sənədləşdirilib.

24. Masallı şəhərində 505 kv.m-lik torpaq sahəsi 20.04.2003-cü il tarixdə Qadir Abıyevin qayını İsmayılov Tahir Sahibəli oğlunun adına sənədləşdirilib.

25. Şərəfə kəndi ərazisində yerləşən köhnə Yemçilik Birliyi 4,5 ha torpaq sahəsi və tikililəri ilə birlikdə Abıyev Nadir Mikayıl oğlunun adına, dəyərindən çox aşağı qiymətə özəlləşdirilib.

26. Masallı şəhəri ərazisində yerləşən “Moskiviç” maşın təmiri emalatxanası 1 ha torpaq sahəsi ilə birlikdə Əhəd Abıyevin bacısı oğlu Salmanov Tapdıq Müzəffər oğlunun adına özəlləşdirilib.

27. Masallı şəhərində yerləşən köhnə “Kitab Evi”nin 2 mərtəbəli binası dəyərindən aşağı qiymətə özəlləşdirilərək Abıyevlərin mülkiyyətinə keçirilib.

28. Viləş çayının yatağında dövlət mülkiyyətində olan ümumilikdə 3 ha torpaq sahəsi Abıyev Siyab Nadir oğluna və Abıyev İbrahim Mikayıl oğluna 2004-cü il tarixdən icarəyə verilib.

29. İstisu avtomobil yolu üzərində “Şır-şır” bulağının kənarında 6 ədəd kottec və geniş bir meşə ərazisi Abıyevlərin mülkiyyətindədir.

30. Əhəd Abıyevin qardaşı Qadir Abıyevə məxsus “Azər-Altay qardaşları” şirkətinin ərazisi 16 nəfərin həyətyanı torpaq sahəsi olmasına baxmayaraq, bu torpaqlar qanunsuz olaraq Abıyev Qadir Mikayıl oğlunun adına sənədləşdirilib.

31. Masallı şəhər bələdiyyəsinə məxsus olan və Həsənli kəndinə yaxın ərazidə yerləşən 100 ha torpaq sahəsi qanunsuz olaraq Abıyev Abı Mikayıl oğlunun adına özəlləşdirilib.

32. Viləşçay su dəryaçasının kənarında, İsi kəndində 0,50 ha torpaq sahəsi və 3 mərtəbəli ev Qadir Abıyevin adına özəlləşdirilib.

33. Bakı-Astara magistral yolunun kənarında meşə zolağına bitişik 2 ha torpaq sahəsi qeyri-qanuni olaraq Abıyev Qadir Mikayıl oğlunun istifadəsindədir.

34. Bakı-Astara magistral yolunun Təzə Alvadı kəndində, meşə zolağında qanunsuz olaraq tikilmiş “Görüş” restoranı Əhəd Abıyevin kürəkəni Cəfər Gözəlovun adına özəlləşdirilib.

35. Dəniz kənarında yerləşən və Çaxırlı kəndinə məxsus olan geniş torpaq sahələri və ferma binaları qanunsuz olaraq Abıyevlərin mülkiyyətinə keçirilib.

36. Abıyev Nadir Mikayıl oğlu Rayon Torpaq şöbəsinin müdiri işlədiyi vaxt Qızılağac kəndində yerləşən Südçülük Kompleksini ərazisi ilə birlikdə qanunsuz şəkildə satıb.

37. “Xan Çinar” bazarı ilə üzbəüz tikilən Abıyevlərə məxsus bazar, Əhəd Abıyevin əmisi oğlu Alışov Nizami İsgəndər oğlunun adına sənədləşdirilib.

Qohumluqlar:

– Qardaşı Zəfər Abıyev DİN Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə müdirinin müavinidir.

– Qardaşı oğlu Nəriman İbrahim oğlu Abıyev Sumqayıt Şəhər Məhkəməsinin hakimidir.

– Qardaşı Qadir Abıyev Astara Gömrük Məntəqəsinin əməkdaşıdır.

– Qardaşı Nadir Abıyev isə uzun müddət Masallı rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

– Qardaşı oğlu Heydər Abıyev DTX-nın Quba rayon şöbəsinin rəisi olub. O, həm də sabiq nəqliyat naziri Ziya Məmmədovun bacısının kürəkənidir.

– Kiçik qardaşı Səməd Abıyev “Telekom”un rəisidir.

– Qardaşı oğlu Abıyev Kamal İsrafil oğlu Dövlət Yol Polisində məsul vəzifədə çalışır.

– Digər bir qardaşı Səməd Abıyev Masallı rayon Masallı Telekommunikasyia Qovşağının rəisidir.

– Qohumu Abıyev Sədulla Vəli oğlu 64 №-li Mənzil Kommunal İstismar Sahəsinin (JEK) rəisidir.
 
Ardını oxu...
Teref.az-ın poçtuna daxil olan şikayət məktubunu oxuculara təqdim edirik. Şikayətçi yazır:
Göyçay rayonu Çərəkə kənd sakini Mütəllimov Ceyhun Tofiq oğlu tərəfindən

ŞİKAYƏT

Şəki Penitensiar Müəssisəsinin rəisi Fərhad Hüseynov dövlət idarəsində bazar açıb şıdırğı alver edir.Nəticədə də imkansız olan kasıb məhkumlar zülm-əziyyət çəkirlər.
5 ildən çoxdur ki, Fərhad Hüseynov Şəki Penitensiar Müəssisəsinə rəis vəzifəsinə təyin olunub.Həmin gündən müəssisədə cəza çəkən məhkumlar əziyət çəkməyə başlayıblar.
Müəssisəyə ilk daxil olan məhkum 14 günlük karantindən vaxtından əvvəl çıxmaq üçün 500 manat verməlidir, iki nəfərlik kamerada qalmaq üçün 3000 manat pul verilməlidir, istənilən vaxt yuyunmaq üçün pullu hamam 10 manat, istənilən vaxt telefonla danışmaq dəqiqəsi 5 manat, saç saxlamaq üçün ayda 100 manat, tibb məntəqəsində qalmaq üçün ayda 2000 manat, karsa düşməmək üçün 500 manat, vaxtından əvvəl ailə üzvülərinlə görüşmək 300 manat və sairə hamısına pul ödənilməlidr.
Müəssisədə fəaliyyət göstərən maqazində ərzaqlar 3 qat artıq qiymətə satılır.Misal üçün azadlıqda 1 kq kartof 80 qəpik və ya 1 manat olduğu halda müəssisədə bu qiymət 3 manat təşkil edir.Bütün ərzaqlar beləcə 3 qat artıq qiymətə satılır.Səbəb isə müəsisədə məhkumlar üçün bişirilən yeməklərin mundar qoxulu zay gündə olmasıdır.Məhkumlara bişirilən yeməyi heyvan belə yeyə bilməz ancaq imkansız məhkumlar acından ölməmək üçün məcburiyyət qarşında qalıb həmin yeməyi iyrənə-iyrənə qəbul edirlər.Buna görə bir az imkanı olan məhkumlar məcbur olub müəssisənin maqazinindən 3 qat baha qiymətə satılan ərzağı alıb yeməyi özləri bişirib yeyirlər.
Müəssisəyə dövlət tərəfindən verilən ərzaq məhsullarının yaxşısı maqazində elə məhkumların özlərinə satılır.
Müəssisənin həyətində pullu kafe, bərbərxana fəaliyyət göstərir.
Korrupsiya yolu ilə qazanılan bütün çirkli pullar müəssisənin rəisi Fərhad Hüseynova çatır.
Fərhad Hüseynov korrupsiya yolu ilə əldə etdiyi kapital hesabına Bakı şəhərində çoxlu sayda ticarət obyektinə, restoranlara, bahalı avtomobillərə və möhtəşəm evlərə sahib olub.
Onun Şəki Penitensiar Müəssisəsində yaratdığı özbaşınalığa qanunsuzluğa görə məhkumların özləri və ailə üzvüləri çox əziyyət çəkirlər.
Fərhad Hüseynovun özünün törətdiyi cinayət əməllərinə görə həbs olunaraq məhkum edilib cəza çəkib islah olmasına zərurət var.
Buna görə Ədliyyə Naziri cənab Fikrət Məmmədovdan və Penitensiar xidmətin rəisi Mirsaleh Seyidovdan xahiş edirik şikayətimizi yerində obyektiv araşdırıb təcili tədbirlər görsünlər.
Teref.az olaraq şikayətdə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etm əyə hazırıq!
Teref.az
 
Ardını oxu...
Eldəniz Mustafayev heç bir təhsili olmayan qohumlarını Yevlax şəhər Mədəniyyət Mərkəzində müxtəlif vəzifələrə təyin edib...

Yəqin ki, oxucularımız məşhur “Bəxtiyar” filmindəki Ağabala orazını yaxşı xatırlayırlar. Azərbaycan kinosunun qızıl fondunda yer alan filmin süjeti isə hazırda Yevlax şəhər Mədəniyyət Mərkəzində təkrarlanır.

MilliYol-a daxil olan məlumatda bildirilir ki, Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayev yaxın qohumlarını Mədəniyyət Mərkəzində müxtəlif vəzifələrdə yerləşdirib. Qeyd edək ki, bu barədə sosial şəbəkələrdə də məlumat yayılıb.

Qeyd edilir ki, 67 yaşlı Elədniz Mustafayev vəzifə səlahiyyətlərindən sui istifadə etməklə tabeliyində olan mədəniyyət müəssisələrinə bütün ailə üzvlərini yerləşdirib. Maraqlıdır ki, Eldəniz Mustafayevin müxtəlif mədəniyyət qurumlarında çalışan ailə üzvlərinin heç birinin ali təhsili yoxdur. Siyahını təqdim edirik:

1. Heç bir təhsili olmayan bacısı Mədəniyyət mərkəzinin bədii rəhbəri vəzifəsində çalışır;

2. Oğurluq və narkotikə görə iki dəfə həbsdə olan, diplomu olmayan orta təhsilli oğlu Teymur Mustafayev klub müdiridir;

3. Diplomu olmayan orta təhsilli gəlini Salatın Mustafayeva isə Yevlax şəhər Mədəniyyət Mərkəzin bədii hissə müdiri və aktrisa olaraq çalışır;

4. Elədniz Mustafayevin digər bacısı isə Mədəniyyət Mərkəzində xadimə işləyir;

5. Bakıda əyani oxuyan qızı Aynur Mustafayevanı Yevlax Mədəniyyət Mərkəzinin tabeçiliyində olan mərkəzin Diyarşünaslıq Kulubunun 6 nömrəli filalında 3 il müdir vəzifəsində çalışıb. 30.01.2023-cü il tarixdə cinayət məsuliyyəti yaradan bu əməlin üstü açılandan sonra isə öz öz xahişi ilə işdən azad olunmaq üçün ərizə verib və bu ərizəyə əsasən Eldəniz Mustafayev qəzənı işdən azad edib. ilə onu tez işdən azad edib və əməllərini gizləməyə çalışıb. İşlədiyi üç il müddətində dövlətdən qanunsuz aldığı 15 min manata yaxın məbləğ isə büdcəyə qaytarmayıb.

Bundan başqa məlumatda qeyd edilir ki, Eldəniz Mustafayev orta təhsili belə olmayan Zöhrə Adıgözəlova nı Yevlax Yaradıcılıq evinin direktor təyin edib və bu azmış kimi, Zöhrə Adıgözəlova həmçinin Mədəniyyət Mərkəzinin idarəetmə sistemində əsas fiqur olaraq tanınır.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
2007-ci ildən “Əmək pensiyaları haqqında” qanunla DSMF-ə keçən pensiya ödənişlərinin sosial, maliyyə, nəzarətedici qurumların yeminə çevrilməsi korrupsiyası getdikcə daha qabarıq formada üzə çıxır. Korrupsiyanın qabarıqlığına baxın, “ Əmək pensiyaları haqqında” qanunla Qarabağ əlillərinə, qazilərə nəzərdə tutulan əlavələr təyinatı üzrə verilmir, məhkəmə yolu ilə pensiyasının əlavəsinə nail olanların müıkiyyət hüququna (pensiya mülkiyyət növüdür- M.B.) isə illər sonra borclu qurumun dövlətin adından çıxarılan məhkəmə qərarının icrasını özbaşına dayandırması ilə qəsd edilir. Bəyəm DSMF-in hansısa qurumunun, özü də məhkəmə qərarı ilə borclu edilən qurumunun , dövlətin adından çıxarılan məhkəmə qərarını, özü də 6 il sonra, ləğv etmək hüququ var ? Korrupsiya özbaşınalığına fikir verin, Prezidentin , Milli Məclisin, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin ləğv edə bilmədiyi qərarı DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı , özü də 6 ildən sonra LƏĞV EDİB !(?)
05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin dövlətin adından çıxardığı qərarla 1-ci dərəcəli Qarabağ əlili kimi pensiyaya “Əmək pensiyaları haqqında” qanunun 19.2.5 maddəsinə əsasən , yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi həcmində (hazırda 110 manat) əlavə hesablanması öhdəliyi cavabdeh DSMF-in Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə edilib. 2023-cü ilin aprelinə kimi qərarın icrası həyata keçirilib. Lakin 4 aydır borclunun hüquqi varisi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı özbaşına qərarın icrasını dayandırıb ki, “Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsi 2021-ci ildən ləğv edilib. Konstitusiyaya daha bir hörmətsizlik : FİLİAL BİLMİR Kİ, KONSTİTUSİYANIN 149-CU MADDƏSİNİN VII HİSSƏSİNƏ GÖRƏ, QANUNUN GERİYƏ QÜVVƏSİ YOXDUR və 129-CU MADDƏYƏ GÖRƏ DÖVLƏTİN ADINDAN ÇIXARILAN MƏHKƏMƏ QƏRARININ İCRASI MƏCBURİDİR ?! Deyəsən, Xüsusu Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial nə qanun tanıyır, nə Konstitusiya.
Bakı İnzibati Məhkəməsinin hakimi, xanım Günel Sevdimalıyevanın 19.06.2023 tarixli məktubla Filialdan 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı qərarın icra vəziyyəti və qaydası barədə ətraflı məlumatın qısa müddət ərzində məhkəməyə təqdim olunması TƏLƏBİNƏ hələ də saymazlıq göstərilir. Filialın direktor müavini Elnur Qurbanov 17.07.2023 -cü ildə verdiyi 07.07.2023 tarixli məktubla tələbkar 1-ci dərəcəli Qarabağ əlilinə “it ilində” cavab verildiyini yazıb. İndi söz Bakı İnzibati Məhkəməsinindir, İPM-in 120-ci maddəsi əsasında borclu inzibati orqana 50 min manadək cərimə tətbiq etmək məhkəmənin ixtiyarındadır. Cərimə tətbiq edilməsə, Filial özbaşınalığından əl çəkən deyil ; verdiyi əndrabadi cavabdan bəlli edir.
DSMF-in icbari şəxsi sığorta məsələləri departamenti də ötən ildən Qarabağ əlillərinə verilən birdəfəlik ödəmələri – qanpulunu yeyir. Qanpulu yeməyə baxın, sözügedən departament ilyarım ərzində heç bir problem olmadığını, “Xəstəlik haqqında” şəhadətnamənin ƏƏSMN altsisteminə inteqrasiya edilməli olmasını bildirib, bundan sonra özündən saxta kağız tərtib edib ki, “Azərsığorta” guya 1-ci dərəcəli Qarabağ əlilinə 19.03.2019-cu ildə 8800 manat ödəyib. Ödəniş sənədini 1 il 5 aydır “tapmayan” Dövlət Sığorta Kommersiya Şirkəti (DSKŞ) və Dövlət Sosial Müdafiə Fondu 4 aydır mütəşəkkil cinayətlə Ədliyyə Nazirliyinin Binəqədi icra şöbəsindən saxtalığı təsdiq edən arayış almağa girişiblər. DSKŞ-nın idarə heyəti sədrinin müşaviri Ayaz Əliyev 09.06.2023 tarixli məktubla, 3 ay qabaq 10.03.2023 tarixli məktubla başqa müşavir Ceyhun Qurbanlı kimi, DSMF-in dövlət icbari şəxsi sığorta məsələləri departamentinin müdiri Kənan Hüseynov 19.06.2023 tarixli (bu məktub bir ay sonra 17.07.2023-də verilib) məktubla Ədliyyə Nazirliyinin Binəqədi icra şöbəsinə sorğu verildiyini bildirib, hələ də “qara otaqda olmayan qara pişiyi tapmaqla” boşuna süründürməçilik edirlər. Yəqin nəzarətedici qurumların da payı çatıb, yoxsa gərəksiz adi bir sorğuya 4 aydır cavab verilmirsə, “torbada pişik olduğunu” müəyyən etmək nə çətin işdir ki?!
Məğrur Bədəlsoy
P.S. Bakı İnzibati Məhkəməsi (qərarı qəbul edən Şərafət Məmmədova və hazırkı hakim Aygün Abdullayeva) borclu ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin rüşvəti ilə 20.06.2016 tarixli, 2-1(81)-1095/ saylı qərarının icrasını 7 ildir nəinki təmin edir, heç icraya belə yönəltməyib. Məhkəmənin keçmiş sədri Rəşid Rzayev özbaşınalığını indi də Xətai məhkəməsinə rüşvətə sədrlik etməklə sürdürür. Xətai məhkəməsinin 26.05.2009 tarixli 2(011)-451/09 saylı qətnaməsi ( yeri gəlmişkən, qətnaməni çıxaran hakim Toğrul Əliyev bu günlərdə Məhkəmə Hüquq Şurasına üzv seçilib) 15-ci ildir, 21.06.2011 tarixli, 2(011)-855/11 saylı qətnamədi isə 13-cü ildir, nəinki icra olunur, əksinə , tələbkar 1-ci dərəcəli Qarabağ qazisinə icranı tələb etdiyinə görə işgəncə verilməsi icra edilir.
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
Azərbaycan Dillər Universitetinin professoru,flilologiya elmləri doktoru Həbib Zərbəliyevlə həmin universitetin rektoru Kamal Abdulla arasında yaşanan münaqişəni aradan qaldırmaq üçün dostlarından birinin israrını Həbib Zərbəliyev nəzərə alıb. Tərəflər görüşüblər.
Professorun görüşdən sonra fesbuk səhifəsində "Qoçu" başlığı altında yazdığı fikirləridən aydın olur ki,tərəflər anlaşa bilməyiblər.

Faktinfo.az Həbib Zərbəliyevin məlum iktərəfli görüşdən sonra yazdığı qeydləri təqdim edir:

QOÇU

Dost-tanışların bir çoxu, Universitetdən olan həmkrlarımdan bəziləri mənə rektor Kamal Abdullayevlə aramızda olan münaqişəni danışıqlar yolu həll etməyi məsləhət görürdülər. Mən isə belə görüşdən boyun qaçırırdım. 40 ildən artıq müddətdə tandığım bu şəxslə danışmağın heç bir faydası olmayacağını yaxşı bilirdim.Amma dostlar israr edir, mütləq nəticə olacağını deyirdilər. Axır ki, onların sözünü dinləməli oldum.

Prorektorlardan biri ilə onun kabinetində görüşdük. Öz ambisiyasına uyğun şəkildə “Hə, nə istəyirsən?”,-dedi. Sonra dialoqumuz belə davam etdi (ixtisarla):

- Mənim xüsusi bir istəyim yoxdur. Normal Universitetdə, vəzifələrin seçkilərlə tutulduğu, əməkdaşların təhqir edilmədiyi, normal əməkhaqqının olduğu bir universitetdə işləmək istəyirəm. İstəyim budur.

- Vəzifələr seçki ilə tutulmur?

- Xeyr, necə tutulduğunu siz daha yaxşı bilirsiniz. İctimaiyyət də məlumatlıdır.

- ... Sən şöbə müdiri olanda müəllimlərdən birinə şeir demisən.

- Mən gətirilən elmi işlər, məqalələr və s. haqqında məqamı gələndə təkcə şeir yox, kiçik hekayə də deyirdim. Burada nə var ki?!

- Səni şöbənizin əməkdaşı olan xanımla otaqda tək görüblər.

- Bu, normal haldır. İş prosesində belə hallar həmişə olur. Onda hər şöbəyə, kafedraya bir nəzarətçi qoymaq lazımdır ki, işçi öz müdiri ilə otaqda tək qala bilməsin.

- Deyirlər, sənin balıq hovuzun var.

- Deyirlər yox, lap varımdır. Bu, qanunla qadağan edilir məgər?! (şərh: Yeri gəlmişkən, o, bunu sənədlə sübut etməsə, onu böhtanda ittiham edəcəyəm).

- Mən səni məhkəməyə verəcəyəm və Ezop dili ilə yazdıqlarının mənim haqqımda olduğunu sübut edəcəyəm. Əvəzində səndən kompensasiya tələb edəcəyəm və onu alıb tələbələrə paylayacağam (şərh: yəni onlardan aldıqlarımın bir qisminin əvəzini çıxacaq, həm də özümü reklam edəcəyəm).

- Verin, qoy məhkəmə araşdırsın.

- Mənim haqqımda yazanlarla, mənə qarşı çıxanlarla məsələmiz sonraya qalsın. İndi rektoram, əlim-qolum bağlıdır. Rektorluqdan çıxdıqdan sonra mən onlarla məsələmi məhəllə səviyyəsində həll edəcəyəm.

Bu, “əsl rektor, akademik cavabı”ndan, açıq təhdiddən sonra söhbəti davam etdirməyin lüzumsuz olduğunu görüb oradan uzaqlaşdım. Onun bu sözlərini belə şərh etmək olar: Rektorluqdan çıxdıqdan sonra məhəlləmizin qoçularını başıma yığıb, yaxud killer kirayələyib sizinlə hesabı çürüdəcəyəm.

İndi bu səviyyədə rektorla, akademiklə işləməyin nə olduğunu özünüz qiymətləndirin.

P.S. Kamal Abdullayev bu yazdıqlarımın uydurma olduğunu deyərsə, mən ona bütün danışığımızın səs yazısını təqdim edərəm. Həmin səs yazısına görə hüquqi məsuliyyət yoxdur, çünki söhbətimizin başlanğıcında o özü “gərək söhbətimizi diktofona yazaydıq” dedi. Mən isə hazırlıqlı gəlmişdim.

****

Azərbaycan Dillər Universitetinin professoru,flilologiya elmləri doktor Həbib Zərbəliyevlə həmin universitetin rektoru Kamal Abdulla arasında yaşanan münaqişə dərinləşir və Həbib Zərbəliyev hüquq-mühafizə orqanına da müraciət edir.

Faktinfo.az Həbib Zərbəliyevin fesbuk səhifəsində yayımladığı müraciətini təqdim edir:



Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə

(surəti)

Azərbaycan dillər Universitetində baş verən korrupsiya və rüşvət halları ilə bağlı aşağıdakı məlumatları bildirmək istəyirəm.

2017-ci ildə akademik Kamal Abdullayev Azərbaycan Dillər Universitetinə (ADU) rektor təyin olunduqdan az sonra bu universitetdə rüşvət və korrupsiya son həddə çatmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığım məktubda da göstərdiyim kimi, rektor Kamal Abdullayev Prezident Administrasiyası, hüquq mühafizə orqanları və məhkəmə sisteminin vəzifəli şəxslərinin qohum və yaxınlarını ADU-da işə götürməklə ətrafında sipər yaratmışdır. Bu yolla o, əməkdaşlarda vahimə yaradaraq haqsızlığa etirazını bildirənləri susdura bildiyindən buradakı rüşvət və korrupsiya halları haqqında məlumatları müvafiq strukturlara çatdırmaqdan hamı çəkinir.

ADU-da vəzifələrə təyinat üçün xüsusi mexanizm mövcuddur. Bunu bütün kollektiv bilir. Bir neçə fərdi halda vəzifəyə görə rüşvət verilməsinin isə şəxsən mən özüm şahidi olmuşam. Tələbələrdən rüşvət alınmasının yolları müxtəlifdir Mən onların bir qismini sadalayıram.

Qaydalara görə, tələbə bir semestr ərzində 6-dan çox kəsir ləğv edə bilməz. Araşdırma göstərir ki, Universitetdə tələbələrin kəsirlərinin sayı ilə diplom aldıqları vaxt arasındakı zaman məsafəsi həmin kəsirlərin ləğvi üçün kifayət etmir. Üstəlik, tələbələrin kəsiri qalmış fənlərin xeyli hissəsi davam edən fənlərdir. Sonrakı mərhələlərin kəsirlərinin ləğvi üçün əvvəlki mərhələlərdə olan kəsirlər aradan qaldırılmalıdır. Bu isə əlavə vaxt tələb edir. Bundan başqa, VI, hətta VII ilə böyük sayda kəsirlə gəlib çıxmış tələbələrin birdən-birə ildırım sürətilə kəsirlərini “ləğv edə bilməsi”də ortada rüşvət amilinin olduğunu göstərir. Məsələn:

Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi üzrə:

1. T.R.Cabbarov – Beynəlxalq münasibətlər ixtisası üzrə, 445 r qrupu . 2018-ci ilin yanvarında IV kursda olarkən onun 36 kəsiri olmuşdur. Təhsilinin VI ilinin sonunda, yəni 5 semestr sonra – 15.07.2021-ci il tarixində rektorun 3/342 saylı əmri ilə ona diplom verilmişdir. Halbuki bu müddət ərzində davam edən fənləri, 4 ildə 36 kəsiri olan tələbənin birdən-birə hər semestr 6 kəsir ləğv edə bilməsini nəzərə almasaq belə, o yalnız 30 kəsir ləğv edə bilərdi, yəni ən yaxşı halda onun 6 kəsiri qalmalı idi.

2. F.E.Şərifli – Regionşünaslıq (ərəb ölkələri) ixtisası üzrə (459-cu qrup). 2018-ci ilin yanvarında onun 23 kəsiri olmuşdur. Bu tarixdən ona diplom verilənə qədər müddət 3 semestrdir. Semestrlərdən biri isə bütövlükdə istehsalat praktikasına ayrılır. Bu müddər ərzində o, ən yaxşı halda 12 kəsir ləğv edə bilərdi. Beləliklə, 03.07.2019-cu il tarixli, 04 saylı protokol əsasında 12.07.2019-cu il tarixli, 3/48 nömrəli əmrlə ona 11 kəsirlə diplom verilmiş, yəni 11 kəsir saxta yolla ləğv edilmişdir.

3. Q.R.Qurbanov – Çinşünaslıq ixtisası üzrə (458-ci qrup). 2018-ci ilin yanvarında onun 18 kəsiri olmuşdur. Diplom verilənə qədər olan 3 semestrdən sonuncusu praktika üçün nəzərdə tutulur. Beləliklə, o, 2 semestr ərzində yalnız 12 kəsir ləğv edə bilərdi. Eyni protokol əsasında eyni əmrlə ona 6 kəsirlə saxta diplom verilmişdir.

4. M.C.Seyidov – Beynəlxalq münasibətlər ixtisası üzrə (445-ci qrup, rus bölməsi). Bakı Mühəndislik Universitetindən 27 fərq imtahanı ilə köçürülmüşdür. 2018-ci ilin yanvarında onun fərqlərlə birlikdə 27 kəsiri olmuşdur. İstehsalat praktikasında iştirak etmədiyindən onun burada da kəsiri qalmışdır. 2 semestr ərzində 12 kəsir ləğv edə biləcəyini nəzərə alsaq, ona 21.06.2019-cu il tarixli, 01 nömrəli protokol əsasında 12.07.2019-cu il tarixli, 3/48 nömrəli əmrlə 15 fəndən və istehsalat praktikasından kəsirlə diplom verilmişdir.

Filologiya fakültəsi üzrə:

1. Ş.F.Qurbanov – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə (441-ci Aqrupu). Pedaqoji praktikadan kəsirlə 03.07.2019-cu il tarixli, 05 nömrəli protokol əsasında 12.07.2019-cu il tarixli, 3/435 nömrəli əmrlə ona 21 krediti yerinə yetirmədən diplom verilmişdir.

2. A.M.Hacıyeva – Dil və ədəbiyyat müəllimliyi (ingilis dili) ixtisası üzrə VII il tələbəsi (430-cu B qrupu). 12.07.2019-cu il tarixli, 3/435 nömrəli əmrlə (03.07.2019 tarixli, 7 nömrəli protokol əsasında) 7 fəndən və pedaqoji praktikadan kəsirlə ona diplom verilmişdir.

Bunlar yalnız nümunədir, siyahı isə çox böyükdür. Təkcə 2018-2019-cu tədris ilində Beynəlxalq münasibətlər və regionqşünaslıq fakültəsində bir əmrlə ümumlikdə 453 kəsirlə 68 tələbəyə, Filologiya fakültəsində 144 kəsirlə 35 tələbəyə diplom verilmişdir. Başqa sözlə, Beynəlxalq münasibətlər və regionqşünaslıq fakültəsində 68 tələbə, Filologiya fakültəsində isə 35 tələbə saxta diplom almışdır. Həmin tədris ili ərzində Beynəlxalq münasibətlər və regionqşünaslıq fakültəsində 5 tələbənin istehsalat praktikasından kəsiri olmuş, lakin onlara diplom verilmişdir. Pedaqoji praktika üçün 21 kredit nəzərdə tutulur. Bu, o deməkdir ki, 5 tələbə toplamalı olduğu 240 kreditdən yalnız 219 kredit yerinə yetirmiş və saxta diplom almışdır. Həmin dövrdə Filologiya və jurnalistika fakültəsində 9 tələbənin, Təhsil fakültəsində isə (o zaman 1 təhsil fakültəsi var idi) 20 tələbənin pedaqoji praktikadan kəsiri olmuşdur. Lakin onların hamısına saxta diplom verilmişdir.

Başqa illər üzrə göstəricilər də buna bənzərdir.

İmtahan cədvəlinə əslində heç kimin tanımadığı tələbələrin adları daxil edilir. Məsələn, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin 176-cı qrupunun (İndoneziyaşünaslıq) 2020-2021-ci tədris ilinin payız və yaz semestrləri üçün imtahan cədvəlinə heç kimə məlum olmayan O.Vəliyevin adı daxil edilmiş və payız semestrində imtahana qədər olan müddətdə onun guya 34 bal topladığı göstərilmişdir.

Bundan başqa, sənədlər üzərində ADU-da işlədiyi göstərilən, əslində isə özləri olmayan əməkdaşlar vardır. Məsələn, təkcə Ümumi dilçilik kafedrasında iki belə əməkdaş vardır.

Ümumiyyətlə, ADU-da edilmiş saxtakarlıqlar saymaqla bitməz.

Göstərilənləri nəzərə alaraq, bu universitetdə təhqiqat aparılması, qanun pozuntularının üzə çıxarılması üçün müvafiq addımlar atılmasını xahiş edirəm.
 
 
 

Dünyapress TV

Xəbər lenti