Ardını oxu...
“AAAF İnşaat” MMC-nin təsisçisi şirkətin rəhbərini özbaşınalıqda suçlayır.

Yenicag.az-a “AAAF İnşaat” MMC-nin təsisçisi Mövləddin Ramazanovun Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevə, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinə və Fövqəladə Hallar Nazirliyinə (FHN) ünvanladığı şikayət məktubu daxil olub.

Mövləddin Ramazanovun məktubunda “AAAF-İNŞAAT”ın ərazisi olan, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında, giriş hissədə inşa edilmiş 7 mərtəbəli yaşayış binasının yan tərəfində, ara məsafəsi saxlamadan naməlum şəxs tərəfindən qanunsuz olaraq əsaslı tikinti işlərinə başlanıldığı, özbaşına hasarlanma işlərinin həyata keçirildiyi qeyd olunub.

“Mən bir təsisçi olaraq bu tikintidən, satılmış torpaq sahəsindən heç bir xəbərim yoxdur, ümumiyyətlə, “AAAF-İNŞAAT” MMC-nin apardığı tikinti işlərinin layihələrində, ərazinin baş planında belə bir tikintinin aparılması nəzərdə tutulmayıb. Buna kim icazə verir, kim nəzarət edir, bu, nə özbaşınalıqdır?”, – deyə o vurğulayıb.
Ardını oxu...
Tofiq Heydərov

Ramazanovun yazdığına görə, ərazidə olan yaşayış binalarının sakinləri də haqqında danışılan qanunsuz hasarlama ilə bağlı kəskin narazılıqlarıni bildirərək, aidiyyatı qurumlara dəfələrlə yazılı və şifahi müraciətlər ediblər.

Yeri gəlmişkən, “AAAF Park” Yaşayış Kompleksinin 7 mərtəbəli və 215 mənzilli 24-cü binasının sakinləri ərazidə piyada və avtomobil hərəkətini tamamilə məhdudlaşdıran qanunsuz tikintinin ləğv edilməyəcəyi halda, ərazidən keçən yolu bağlayacaqları və nəticə olmasa, daha radikal addımlar atacaqlarına dair xəbərdarlıq etsələr də, “AAAF-İNŞAAT”ın preezidenti Tofiq Heydərov nə onların şikayətinə, nə də xəbərdarlığına məhəl qoyur. Bu isə sakinləri daha da hiddətləndirir.

Sakinlər bildirirlər ki, binada yanğın baş versə, yaxud təcili tibbi yardıma ehtiyac yaransa, həmin xidmətlərin avtomobillərinin əraziyə daxil olması mümkün deyil. Bu isə sakinlərin həyatı və sağlamlığı üçün çox böyük riskdir. Ona görə də sakinlər son həftədə, demək olar ki, hər gün ərazidə bir araya gələrək qanunsuz tikintiyə etirazlarını bildirirlər. Sakinlərin qanunsuz tikinti barəsində dəqiq məlumatları olmasa da, bu işlərin Ceyhun Musayev adlı şəxs tərəfindən aparıldığını öyrənə biliblər.

Nə qədər təəccüblü olsa da, Abşeron Rayon İcra Hakimiyyətindən sakinlərin müraciətinə cavab olaraq ərazidə hər hansı tikintiyə icazə verilmədiyi bildirilsə də, sözügedən tikintinin qarşısının alınması üçün rayon rəhbərliyi tərəfindən heç bir tədbir görülmür. Binanın qarşısından edilmiş çəkilişlərdən də göründüyü kimi, həmin tikinti nəinki ərazinin yolunu, həm də sakinlərin pəncərəsini və binaya giriş yollarını bağlayıb. Bəli, tikinti sahiblərinin girişlərdən birində quraşdırdığı avadanlığın səsindən Qarabağ qazisi olan sakinin ailəsinin rahatlığı tamamilə pozulub.

Sakinlərlə yanaşı, ərazidəki mikrotəbiət də qanunsuz tikintidən zərər çəkməkdədir. Binada yaşayanların əkdiyi və 10 il qulluq edərək min bir əziyyətlə böyütdükləri ağaclar da qanunsuz tikintinin güdazına gedir. Binanın həyətindəki ağaclardan artıq 3-ü kəsilib. Qanunsuz tikinti yay tətilinin dadını çıxarmalı olan uşaqların da istirahətini alt-üst edib. Onlar bu tikinti üzündən oynamağa yer tapmırlar.

“AAAF-İNŞAAT”ın təsisçisi bəhs edilən “hasarlama işi”nin Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 1 avqust tarixli Fərmanının, eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələblərinə tamamilə zidd olduğunu diqqətə çatdırıb.

Mövləddin Ramazanov məktubunda qeyd olunan məqamları əsas götürərək “AAAF-İNŞAAT” MMC-yə məxsus yaşayış kompleksinin layihə sənədlərində, ərazinin baş planında nəzərdə tutulmayan, qanunsuz, özbaşına aparılan tikinti işlərinin qarşısının alınmasını, həmin hallarla əlaqədar ətraflı araşdırma aparılmasını, ərazidəki qanunsuz tikinti işinə göz yuman və şərait yaradan şəxslərin hərəkətləri barəsində qanunamüvafiq qaydada ölçü götürülməsini və onların qanunsuz əməllərinə hüquqi qiymət verilməsini xahiş edib.

Mövləddin Ramazanovun məktubunda yer alan ittihamların ciddiliyini nəzərə alaraq “AAAF-İNŞAAT” MMC-nin mövqeyini öyrənmək üçün şirkətlə əlaqə yaratmağa yönəlik davamlı cəhdlərimiz nəticəsiz qaldı. “AAAF-İNŞAAT”ın rəsmi internet resurslarında qeyd edilən sabit telefon nömrələrinin operator bilgisinə əsasən, “işləmədiyi”, mobil nömrələrin isə “təyin edilmədiyi” üzə çıxdı.

Bununla belə, təmsilçilərinin müraciət edəcəyi təqdirdə, “AAAF-İNŞAAT” MMC-nin də mövqeyini işıqlandırmağa hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ağdan icra hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev özünə ancaq günorta istirahəri üçün istifadə etdiyi dəbdəbəli ev tikdirib.

Məmurların qanunsuz olaraq bizneslə məşğul olmaları ilə bağlı demək olae ki, həe gün yazılar dərc olunur. Amma bu demək olar ki, heç nəyi dəyişmir və məmur biznesi çiçəklənməykdə davam edir. Bu bir tərəfdən qanunlarda olan boşluqlarla əlaqəlidirsə, ölkəmizdə topdağıtmaz məmur bizneslərinin ayaq tutub yeriməsinin digər və əsas səbəbi onların elə məmur olmalarıdır.

Qanunsuz biznesə sahib olan məmurları cəzalandıracaq şəxslərin də məmur olmaları və onların da çox saylı biznes obyektlərinin olması ölkədə bu sahədə cəzasızlıq “preambulası” formalaşdırıb. Yəni heç kəs “öz oturduğu budağı baltalamaq istəmədiyi” üçün yaranmış vəziyyət də normal, hətta təbii qəbul olunur. Ancaq gözdən düşdüyünə görə vəzifədən getmiş məmurlardan qanunsuz biznesə görə hesab sorulur ki, bu da problemin nə qədər dərində olmasından xəbər verir.

Ancaq biz media olaarq öz işimizi görməli və vətəndaşın “boğazında kal armuda” dönüşən məmurların qabunsuz bizneslərini xalqın diqqətinə çatdırmalıyıq. Bu da bizim vəzifə borcumuzdur.

Bu günkü “qonağımız” isə Ağdam rayon İcra Hakimiyyətinin birinci müavini Allahverən Əliyevdir. Öncəliklər tanışlıq üçün qeyd edək ki, ağdamlıların “pendir kralı” dedikləri Allahverən müəllim çox-çox uzun illərdir ki, Ağdamda başçını birinci müavini işləyir və o, çoxlu sayda başçı yola salıb. Amma nə hikmətdirsə, yeni gələn heç bir başçı Allahverən müəllimi yola sala bilməyib. Başçılar Allahverən müəllimin təsiri altına düşüb işləyirlər və bəlkə də buna görə onları tez birzamanda vəzifələrini itirirlər. Demək olar ki, heç biri də başqa rayona transfer olunmur, sadəcə evlərinə yola salınırlar.

İşlədiyi uzun illər boyunca Allahverən Əliyev vəxifə səlahiyyətlərində sui-istifadə edərək özünə və ailə üzvlərin çox saylı qanunsuz bizneslər qurub, mülklər tikdirib.

Biz bu bügün Allahverən müəllimin ancaq Ağdamda hamı tərəfindən bilinən biznesini təqdim edirik. Bu bizneslərin və mülklərin hamısı Allahverən Əliyevin yaxın ailə üzvlərinin adına açılıb. Bunların arasında Allah verən müəllimin dəbdəbəli istirahət evi (bu evdən cənab Allahverən Əliyev ancaq günorta saatlarında istifadə edir), yüzlərlə hektar torpaq sahəsi, böyük heyvandarlıq kompleksləri, mağaza və marketləri, pendir istehsal edən sexləri (yerli sakinlər bu oendir sexlərinin çirkab suyundan cana doyublar) və digər biznes obyektləri aiddir.

Siyahını şəkillərlə təqdim edirik:
1.Allahverən Əliyevin istirahət evi
Ardını oxu...
2.Allahverən Əliyevin Çəmənli kəndindəki pendir sexi
Ardını oxu...
3.Allahverən Əliyevin Çəmənli kəndindəki mağazasıAğdamın
Ardını oxu...
4.Allahverən Əliyevin Çəmənli kəndindəki formasıAğdamın
Ardını oxu...
5.Allahverən Əliyevə məxsus ferma
Ardını oxu...
6.Allahverən Əliyevə məxsus əkin sahələri
Ardını oxu...
Qeyd edək ki, bunlar yalnız Allahverən Əliyevin Ağdamda mövcud olan mülk və biznes, torpaq sahələridir. Onun qonşu rayonlarda və Bakı şəhərində də çox saylı mülkləri və biznes obyektləri var.

Bunlardan əlavə “pendir kralı”nın şaxta diplomlu oğlu Sahil Əliyev pambıq məntəqəsində işləyərkən 170 min manatlıq yeyintiyə görə ona qarşı istintaq işi aparılsa da, sonradan o işdən heç bir xəbər çıxmadı. Bu haqda da növbəti yazımızda ətraflı yazacağıq.
realmedia

“PATRUL.AZ” media şirkətinin rəhbəri Səməndər Niftəliyev bildirir ki, Koreyadan 2015-ci il istehsalı olan Kia Carnival marka modelli avtomobili 7700 dollara alıb. Avtomobilin Azərbayacana gətirilməsi üçün də 2530, yəni ümumi 10230 dollar ödənilib. Avtomobilin rəsmi alış sənədi, bank yolu ilə ödəniş qəbzlərində də qeyd olunan məbləğlər öz əksini tapıb. Lakin avtomobili qeydiyyata saldırmaq istəyərkən ona əvvəlcə 13500, çox xahiş-minnətdən sonra isə dırnaqarası güzəşt edilərək 12500 dollar qiymət təyin olunub. Soruşa bilərsiniz ki, “bu qiymət necə təyin olunub?” Qısa, konkret : “Gömrük əməkdaşının ürəyi belə istəyib”.  Əməkdaşın ürəyinin belə istəməsi isə ortada vətəndaşın ziyanına olaraq 694 manat 26 qəpik fərq yaradır. Yəni vətəndaşın əlində olan rəsmi ödəniş qəbzləri ilə dövlət gömrük komitəsinin rəsmi saytında hesablama etdikdə gömrük rüsumu kimi 11443.26 manat çıxır, ancaq gömrük əməkdaşının ürəyi istəyən qiymətlə hesabladıqda 12138.24 manat. 
Hə, onu da deyə bilərsiniz ki, “bəs vətəndaş nəyə görə əməkdaşa etirazını bildirməyib”? Sözsüz ki, bildirib. Cavab isə “ürəyin kimə istəyir şikayət elə olub”. Görünən odur ki, bu əməkdaşa görə ölkə yazılı qanunlarla yox, kimin ürəyi nə cür istəyir elə idarə olunur. Bizim isə ürəyimiz istəyir ki, bu vətəndaş qanunamüvafiq şəkildə, rəsmi qaydada göstərilənə uyğun olaraq öz avtomobilini rəsmiləşdirib qeydiyyata salsın. 
Əgər dövlət gömrük komitəsi səlahiyyətlilərindən kiminsə ürəyi istəyib cavab mövqeyi bildirmək istəsə işıqlandırmağa hazırıq.

 

 

Hörmətli Məhkəmə Hüquq Şurasının rəhbərliyi!
Xahiş edirəm bizə kömək edin. Oğlum Xəyal Yahyayevə ailəsilə görüşə, Zəngə qadağa qoyulub. Qadağaların aradan qaldırılması üçün Sizdən əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinə ərizə ilə müraciət etmişəm, sədrlə görüşmüşəm. Ali Məhkəməyə müraciət etmişəm, lakin hakim mövqeyini dəyişməyib.
Xahiş edirəm müdaxilə edin. Ombudsmana 100 dəfə qaynar xəttə zəng edib demişik, həkim göndərməyib, müdaxilə etməyib.
Qadağanın əsassız qanunsuz olduğu fakt ortadadır. Xəyal Yahyayev Apellyasiya şikayəti verib onu da ört basdır ediblər, baxılmağa yönəltməyiblər. Bu nə yanaşmadır, Məhkəmədə Xəyala danışmağa imkan vermədiyi kimi ailəsilə də danışmağa, görüşməyə hakim imkan vermir, qadağa qoyub. Bu nə Gestapo rejimidir, dinləyiciləri də gözüm çıxdıya salırlar.
Yüzlərlə Ağır Cinayətlər Məhkəməsində 178 maddə ilə işlərə baxılır müttəhimlər hamısı evlə danışır, yad adamlarla da danışır, hətta ev dustaqlığına buraxılır, insanların pullarını geri qaytarmağa şərait yaradırlar. Mənim oğlum 146 000 insanı necə aldada bilər, özü də fəaliyyət göstərdiyi 2 il müddətində? Ocos Token olaraq indi də var, oğlum içəridədir, çöldə minlərlə oğlum tanımadığı insanlar alqı-satqı edir, öz tronlink hesabını dolrurur. Şirkət insanların öz yatrımlarını qaytarmalıdır. Bəs niyə hakim imkan vermir, niyə verilən bütün vəsatətlər rədd edilir, obyektiv araşdırılmır. Bir iş qurmuşdular onu da görməzdən gəlirlər, necə ki özünü zərərəçəkmiş adlandıran şəxslər fakt ifadə verəndə yalan danışdıqları aşkarlanır, amma hakim yalan ifadəyə görə tədbir görmür. Vəkillər vəsatət qaldırır ki, ev dustaqlığına buraxılsın vəsatəti rədd edir. Şəxsən Müttəhim Gülarə Abdullayeva və qeyriləri Azad Məcidova, işi birtətəfli aparmasına etiraz edir, bu hal dəfələrlə təkrarlanır hakim yenə də heç nə olmamış kimi iclasa sədrliyi davam edir və Zərərçəkənlərin istəyini yerinə yetirir, müttəhimləri təhqir edir, təhid edir.
Mən Ərizə ilə müraciət etdiyimə görə Azad Məcidov daha da aqressivləşib, Xəyal Yahyayevə deyib ki, sən nə vaxt pulları gizlətdiyin yerdən gətirib 1 zərərçəkmişə versən onda baxarıq zəngə icazə verək yoxsa verməyək. Mənim gözümün ağı qarası oğlum Yahyayev Xəyal Xanış oğlunun iki azyaşlı uşağı var. Uşaqlar ruhən sarsılıb, ağlayır və xəstə düşüb ataları ilə danışmaq istəyir. Zərərçəkənlər Xəyal Yahyayevin hardansa səsini əldə edib və onun dedikləri sözləti təhrif edirlər, hakimə şikayət edirlər ki, Xəyal bizi qorxudur, içəridən çölü idarə edir, içəridə oturub çöldən pul yığır, insanları aldadır.. Əgər hakimin dediyi kimi istədiyi insanların pullarının geri ödənilməsidirsə vəkillərin ev dustaqlığı vəsatətini niyə təmin etmir?!. Əgər hakim dediyi kimi insanların pullarının qaytarılmasına çalışırsa bu səsdə Xəyal Yahyayev pulların verilməsindən, şəxsən çıxıb kimin nə qədər verdiyini şəxsi kabinetlərə daxil olub yoxladıqan sonra verəcəm demişdi. Oğlum Haqq- hesab edəcəm sözünü demişdir, Hakim ona deyib: “Sən haqq hesab edəcəm deyirsən, adamlara hələ bir hədə qorxu gəlirsən?! İndi sənin səsini kəsəcik, bəsdir milləti aldadıb pul yığdığın”. 20.11.2021-ci ildən bu günə kimi Xəyal Yahyayev Kürdəxanı İstintaq Təcridxanasında saxlanılır. 1 il istintaq getdi. 2022-ci ilin dekabr ayından isə işi Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun icraatındadır. Mənim oğluma Məhkəmə iclaslarında l fikir ifadə etməyə imkan vermir, hər dəfə təhdid edir və insanların içində aşağılayır. Bəlkə də proses tam videolentə alınmır, alınsaydı bu qədər basqılarla iclas apamazdı. Mənim danışmağa icazə verilsin deyə yazdığım ərizəni Hakim məhkəmədə elan edib və zərərçəkmişlərdən soruşur icazə verəkmi Xəyal ailəsilə danışsın? Bir bir fikrinizi bildirin. Zərərçəkmişlər də bir bir durub deyib ki, istəmirik danışsın, qadağanı qüvvədə saxlayın. qoy elə evdəkilər də özü də xəstə düşsün.
Məhkəmə Hüquq Şurasının diqqətinə onu da çatdırıram ki, zəng qadağasını məhz eyni şikayətçilər hakimdən tələb edib. Bu o şəxslərdir ki, məhkəmədə yalan ifadə verdiklərinə görə hakim tərəfindən tədbir görülmür. Onlar pulu sistemə könüllü yatırım edib, şəxsiyyət vəsiqəsini üzlərinə tutub onlayn qeydiyyatdan keçiblər, verdikləri pul səhifədə öz kabinetində anında görsənib, 24 saata Şirkətdən referal bonuslar da alıb, özləri komanda yığıb, istintaqa bir rəqəm, Məhkəmədə isə tamam artıq bir rəqəm deyirlər. Hakim proses iştirakçısı olmayan sadəcə məhkəməyə dinləyici qismində qatılan şəxsləri də sorğu-suala tutur, adamların şəxsiyyət vəsiqələrini alır, sonra da mühafizəçinin vasitəsilə zaldan çıxardır. Heç bir məhkəmədə Hakim dinləyici qismində zalda sakit oturan şəxsi qaldırb sorğu sual edib qorxudub çölə çıxartmır, amma bu hakim edir. Hər kəs qazanc əldə etdiyi səhifəyə görə bank vasitəsilə xidmət haqqı ödəyib, şikayətçilər o pulları da tələb edirlər. Hakim o bank əməliyyatlarını da heçə sayır və deyir o xidmət haqqı deyil, rüşvətdir, deyin rüşvət alıb. Xahiş edirəm Xəyalın SƏSİNİ DİNLƏYİN. 4 divar arxasında Təcridxanada hava almağa macal olmadığı bir halda mənim oğlum həbsdə necə pul yığa bilər, içəridən çöldəki insanları necə aldada bilər, içəridən çölü necə idarə edə bilər, çöldəkiləri qapalı yerdən necə təhdid edə bilər? Və əgər dedikləri kimi səsilə təhdid edibsə o təhdid nədən ibarətdir, nə deyib təhdid edib və hansı sözü cinayət tərkibi yaradıb təhdid hesab olunub. Bu ittihamlar Xəyaldan çox Penitensiar Xidmətin fəaliyyətinə kölgə salır. Bir şəxs İstintaq Təcridxanasndan bunların dedikləri özbaşınalıqları necə edə bilər?! Fakt Xəyal Yahyayev etməyib nə də edə bilməz. Xahiş edirəm bütün bu məsələlərə aydınlıq gətirin və qanunla Ədalətlə yoluna qoyun. Artıq dözülməz haldır bu müsibətlər davam etməsin.

M.Yahyayeva

Ardını oxu...

Ardını oxu...
DİA.AZ: - Keçən günlərdə FHN şefi Kəmaləddin Heydərova sığınan Qəbələnin icra başçısı Səbuhi Abdullayevin Şəhid ailəsinin haqqına girməsi ilə bağlı giley dolu yazını təqdim etmişdik.

Şəhid ailəsi başçıdan HAQQINI TƏLƏB EDİR... - FHN şefinə güvənən başçı...

Yazıdan aydın olurdu ki, hazırda Mingəçevirdə yaşayan Şəhid ailəsi Qəbələdə onlara dövlət tərəfindən ayrılmış torpaq sahəsinin zəbt olunmasını bu günlərdə biliblər. Bu işin altında isə icra başçısı Səbuhi Abdullayevin imzası var.

Redaksiyamıza şikayət edən şəhid ailəsi Gülmayə Mövsümovanın üzləşdiyi problemlə bağlı ölkə rəhbərliyinə müraciət etməyə hazırlaşır.

Amma qeyd edək ki, bizim ilkin olaraq təqdim etdiyimiz materiala (halbuki həmin materialda məsələyə üzdən toxunmuşduq və çalışdığımız o idi ki, icra hakimiyyətinin hansısa aqressiyası olmadan Şəhid ailəsinin problemi həll olunsun - dia.az) Qəbələ rayon icra hakimiyyəti tərəfindən olduqca maraqlı reaksiya verildi.

Adətən mətbuatdan qaçan Səbuhi Abdullayevin kantoru adından DİA.AZ-a ünvanlanan açıqlamada bir cümlə qeyd olunurdu: "Məlumat üçün bildiririk ki, qeyd etdiyiniz məsələlər həqiqətə uyğun olmayaraq, qərəzli şəkildə yazılmışdır".

Bəli diqqət etdinizsə, heç bir normal izahatı olmayan (ola da bilməz) Qəbələ RİH-in mübarək çalışanları hətta OĞRU ELƏ BAĞIRDI Kİ, DOĞRUNUN BAĞRI YARILDI prinsipindən çıxış edərək, bizi QƏRƏZLİ olmaqda da ittiham edib. Halbuki biz dəfələrlə məsələ ilə bağlı Qəbələ RİH-in açıqda olan telefonlarını yığsaq da, kimsə ya telefonu qladırmayıb, ya da az qala səsimizi eşitdikdə dəstəyi yerə asıb.

Digər tərəfdən, ONLAYN MEDİA əsridir... istənilən halda istənilən xəbərə operativ müdaxilə imkanı var. Əgər Şəhid ailəsinin iddiası ilə yazı hazırlayan bizlər qərəzli idiksə Qəbələ RİH bu olaya dərhal reaksiya verib, aydınlıq gətirə bilərdi.

Amma hzırki cavablarını bizlər CƏFƏNGİYYAT VƏ QURU SÖZ olaraq qəbul edirik. Şünki Şəhid ailəsi bizə dərdini təkcə sözlə yox, həm də sənəd-sübutla anladıb...

Və həmin sənədlərin bəzilərini təqdim edirik:

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Məsələ diqqətimizdədir, dia.az olaraq Səbuhi müəllimin kantorundan istənilən birisinin ağıllı izahatını dinləməyə hazırıq. Yoxsa Şəhid ailəsi öz haqqını daha yuxarı instansiyalarda tələb etməyə israr göstərəcək...

Ardını oxu...
17 iyul 2023-cü il tarixində FHN-nin saytında “Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikintilərin qarşısı alınıb (video, foto)” başlıqlı yazı yayımlanmışdı.

Yazıda bildirilirdi ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir:

“Belə ki, Bakı şəhəri, Səbail rayonunun Bayıl qəsəbəsində, Yasamal rayonunun Əsəd Əhmədov küçəsi, 24B ünvanında, Yardımlı rayonunun Çayüzü kəndində, Gəncə şəhərinin Əsgər Mərdanov küçəsi və Şıxzamanlı qəsəbəsində heç bir icazəverici sənəd olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyektlər sökülüb”.

Həmçinin, saytda foto və video görüntülər paylaşılmışdı.

Həmin görüntüləri təqdim edirik:



Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Yasamal sakinlərinin AzToday.az-a verdiyi məlumata görə, Əsəd Əhmədov küçəsi, 24B ünvanında FHN-nin sökdüyü obyekt yenidən tikilib istifadəyə verilib.

Obyektin son görüntüsünü təqdim edirik:

Ardını oxu...

Görünür, FHN obyekt sahibi ilə sonda “razılaşa” bildiyindən onun biznesinə “yaşıl işıq” yandırılıb. Razılaşmanın hansı miqyasda baş tutduğunu demək çətin olsa da, “fövqəlnazir” Kəmaləddin Heydərovun bu işdən yaxşı qazandığına şübhə yoxdur. Əks halda, 10 gün keçməmiş tikintinin yenidən həyata keçirilməsinə imkan verilməzdi...
 //AzToday.az//
Ardını oxu...

2023-2024-cü dərs ilinin başlanmasına hələ iki aya yaxın müddət qalıb. Şagirdlər də, valideynlər də bu isti yay günlərində tətilin dadını çıxarmaqdadırlar. Amma ola bilsin ki, yeni dərs ili bütün məktəblərdə heç də eyni gündə başlamasın. Daha doğrusu ehtimal var ki, Bakının Nəsimi rayonu ərazisində yerləşən 164 saylı tam orta məktəbdə tətillər sentyabrın 15-dən sonra da davam etsin. Amma bu baş verərsə, sözügedən məktəbdə sentyabr tətilləri tam fərqli mahiyyət kəsb edəcək. Bu barədə 164 saylı məktəbin bir qrup müəllimi tərəfindən AİA.Az-a ünvanlanan müraciətdə məlumat verilir. Həmçinin məktubda vurğulanır ki, redaksiyamıza müraciət etməklə müəllimlər qarşılaşdıqları problemləri mətbuat vasitəsilə Elm və təhsil naziri Emin Əmrullayevin və birbaşa ölkə rəhbərliyinin diqqətinə çatdırmaq niyyətindədirlər.

Məktəbin pedaqoji heyətini təmsil edən müəllimlər konkret olaraq bildirirlər ki, bu orta təhsil müəssisəsinə rəhbərlik edən direktor Kəmalə Qədirova onları qeyri-etik davranışı, kobud rəftarı, təhdid və hədələri ilə əməlli-başlı bezdirib. Buna görə də müəllimlər qərara gəliblər ki, əgər yeni tədris ili başlayana qədər Təhsil Nazirliyi tərəfindən məktəbin direktoruna qarşı ciddi tədbirlər görülməsə, sentyabrın 15-də bütün pedaqoji heyət ilk dərs gününü boykot edərək qeyri-müəyyən müddətə tətilə başlayacaqlar. Hərçənd elə müraciətin özündə də şikayətçilər bildirirlər ki, Təhsil Nazirliyi tərəfindən direktor Kəmalə Qədirovaya qarşı hər-hansı tədbirin görüləcəyinə çox az ümid edirlər. Bunun da öz subyektiv səbəbi var və bir qədər sonra biz bu məsələyə qayıdacağıq. Hələlik isə, 164 saylı məktəbdə direktor-müəllim münasibətlərinin hansı əsaslar üzərində formalaşmasına dair redaksiyamıza daxil olan müraciətdə təqdim edilən açıqlamaları nəzərdən keçirək.

 

Ardını oxu...

İlk növbədə məlumatda qeyd olunur ki, 2022-2023-cü təhsil ilndə sözügedən məktəbdə rus və Azərbaycan bölmələrində ümumilikdə 53 sinifdə 1500 nəfərə yaxın şagird təhsil alıb. O cümlədən 22 ibtidai sinifdə şagirdlərin sayı 600 nəfərdən çox olub. Bu şagirdlərə dərs deyən müəllimlərin sayı isə 120 nəfərə yaxın olub. Əlbəttə ki, bu statistik göstəricilər direktorun müəllimlərə qarşı kobud rəftarı üçün əsas və yaxud da bəhanə ola bilməz. Amma bizə olunan müraciətdə təqdim edilən növbəti rəqəmlər barədə bunu demək olmaz. Çünki bu rəqəmlər artıq necə deyərlər, “qara mühasibatlıq” göstəricilərinə aiddir. Beləliklə, təqdim olunan məlumatlarda bildirilir ki, direktor Kəmalə Qədirova ibtidai sinif müəllimlərinin böyük əksəriyyətindən, təxminən 18-20 müəllimdən hər ay 200 manat məbləğində “aylıq haqq” tələb edir və alır. Kəmalə xanım bu tələbi belə əsaslandırır ki, həmin müəllimlər bəzi şagirdlərini dərs saatlarından sonra əlavə hazırlıq məqsədilə saxlayırlar. 5-11 siniflərə dərs deyən fənn müəllimlərinə isə fərqli “tariflər” tətbiq olunur. Müəllimlərin İddiasına görə direktor onlardan dərsdən əlavə hazırlaşdırdıqları şagirdlərin sayına görə, 50 manatdan 100 manata qədər pul alır. Bu “maliyyə proqramı” da təxminən 40 nəfərdən artıq müəllimi əhatə edir. Əlbəttə ki, 10-cu və 11-ci sinif şagirdlərinin hazırlıq tələbatları bir qədər fərqli olur. Əksər hallarda onlar ümumiyyətlə təhsil aldıqları orta məktəbə gəlməməyə və həmin zamanı müxtəlif tədris-hazırlıq kurslarında keçirməyə üstünlük verirlər. Aldığımız məlumata görə, 164 saylı məktəbdə gənclərin bu tələbatlarının da qarşılanması mümkündür. Əlbəttə ki, onların valideynlərinin pulları hesabına. Müəyyən ödəniş qarşılığında şagird məktəbə gəlmir, amma bu barədə sinif jurnalında qeydiyyt aparılmır. Onun qiymətləri isə yeri-yerində yazılır. Amma bizə təqdim edilən məlumatlara görə, Kəmalə Qədirovanın valideynlərdən pul almaq üçün başqa bəhanələri də var. Bu bəhanələri isə direktor hər gün telefonla zəng edərək məktəbə çağırdığı və öz kabinetində qəbul etdiyi valideynlərə bağlı qapı arxasında, həm də individual qaydada təqdim edir.

İddialara görə Kəmalə xanımın daha bir maxinasiyası da məktəbə, xüsusilə də rus bölməsinə qəbulla bağlıdır. Son illər ölkəmizdə rus dilinə marağın artması nəticəsində bəzi məktəblərdə rus bölməsi üzrə şagird yerlərinin müəyyən edilmiş sayı tələbatdan aşağı olur. Bu kimi hallarda da Kəmalə Qədirova rəhbərlik etdiyi məktəbin əhatə dairəsindən kənar ərazilərdə yaşayan valideynlərin “köməyinə” gəlir. Əlbəttə ki, yenə də müəyyən ödəniş müqabilində. Həmin valideynlər öz uşaqlarını əvvəlcə ərazi üzrə məktəblərdə qeydiyyata aldırırlar. Sentyabrın sonlarında isə, həmin uşaqlar 164 saylı məktəbə köçürülürlər. Əgər Kəmalə xanımın buna necə nail olduğu ilə maraqlanırsınızsa, bu barədə də bir qədər sonra məlumat verəcəyik. Həmçinin müəllimlərin iddiasına görə, Kəmalə Qədirova valideynlərə qəbul yerləri məhdud olan elitar lisey və gimnaziyalara qəbul məsələlərində də vasitəçi xidmətlərini təklif edir. Qeyd edək ki, aldığımız məlumatlarda məktəb direktorunun işə qəbul və rus dili müəllimlərinin sertifikatlaşdırılması məsələlərini də özü üçün gəlir mənbəyinə çevirə bildiyi iddia olunur. Hətta bu məqsədlə direktora pul verdikləri iddia edilən bir neçə müəllimin də adları təqdim olunur. Lakin bu məqamla bağlı hələ ki, araşdırma apardığımıza görə, etik qaydalara riayət edərək həmin müəllimlərin adlarını çəkməyi məqsədəuyğun hesab etmirik.

Təbii ki, bütün bu qeyri-qanuni əməllər böyük pullar gətirir. Təqdim olunan məlumatda iddia olunur ki, bu böyük pullar sayəsində Qədirovlar ailəsi 10-dan artıq daşınmaz əmlakın, o cümlədən metronun “28 may” stansiyasının yaxınlığında, “Grand Market”in yerləşdiyi yeni tikili binada, Dillər Universitetinin yaxınlığında yeni tikili binada, rəhbərlik etdiyi məktəbə yaxın ərazidə yerləşən daha bir yeni tikili binada hər biri bir milyon manat civarında qiymətləndirilə biləcək iri sahəli mənzillərin, Sumqayıt zonasında, dənizkənarı ərazidə fəaliyyət göstərən “Amor” istirahət mərkəzinin yaxınlığında dəbdəbli villanın, metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında yerləşən və hazırlıq kursları kimi fəaliyyət göstərən böyük bir obyektin sahib olublar. Ailənin hər bir üzvünün isə şəxsi bahalı avtomobili var. Əlbəttə, bəlkə də böyük bir ailə biznesinə sahib olan insanlar üçün bu sərvətə sahib olmaq normal hesab edilə bilər. Amma məsələ bundadır ki, Kəmalə Qədirovanın həyat yoldaşı da elə təhsil sahəsində çalışır. Yəni bu insanların aylıq məvacibləri heç bir halda onlara belə bir var-dövlətə sahib olmaq imkanı verə bilməz.

Ardını oxu...

Hə, elə bu məqamda da Kəmalə Qədirovanın yuxarıda bəhs edilən çoxsaylı maxinasiyaları necə həyata keçirə bilməsinə dair aldığımız açıqlamanı təqdim etmək istərdik. Məsələ bundadır ki, Kəmalə xanımın həyat yoldaşı Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirovdur. Aldığımız məlumatlarda da vurğulanır ki, məhz onun sayəsində 164 saylı məktəbin direktoru yuxarıda qeyd olunan bütün qanunsuzluqları rahatlıqla və tam cəzasızlıq şəraitində həyata keçirə bilir. Fərzəli Qədirov nazirlikdə hələ sabiq nazir Misir Mərdanovun vaxtından işləyir. Nə məsələdirsə, Təhsil Nazirliyinin strukturlarında indiyədək aparılan heç bir kadr islahatları Fərzəli müəllimin mövqelərini zəiflədə bilməyib. Əksinə, ildən-ilə onun özünün də, Kəmalə xanımın da işləri daha yaxşı gedir. Redaksiyamıza təqdim olunan məlumatda bildirilir ki, məktəb direktoru rəhbərlik etdiyi kollektivin üzvlərini də məhz Fərzəli müəllimin “qisası” ilə təhdid edir. Buna görə də müəllimlər Təhsil Nazirliyi tərəfindən Kəmalə Qədirovaya qarşı hansısa tədbirin görüləcəyinə çox da ümid bəsləmirlər. Yeri gəlmişkən deyilənə görə, Fərzəli Qədirov öz oğlunun da məhz elə mövcud əlaqələri sayəsində İngitərədə doktoranturada dövlət proqramı üzrə təhsil almasına nail olub. Bu isə dövlətimizə 350 000 manata başa gələcək.

Sonda bir məqamı da qeyd edək ki, Fərzəli Qədirov barəsində internet resurslarında məlumat axtararkən çox maraqlı materiallara rast gəldik. Məsələn, hələ 2017-ci ildə dərc olunmuş bir materialda Təhsil Nazirliyinin “QARANLIQ ADAMI” adlandırılan Fərzəli Qədirovdan çoxsaylı şikayətlərin olduğu və onun öz ailəsinin də bu sektorda imkanlarını genişləndirdiyi bildirilir. Belə çıxır ki, ötən 6 il ərzində Qədirovlar öz cəzasızlıqlarını təmin edə biliblərsə, deməli onların indi də “sudan quru çıxma” ehtimalları kifayət qədər yüksəkdir. Görəsən bu vəziyyət həqiqətən də 164 saylı məktəbdə müəllimlərin tətilinə səbəb ola bilərmi?

P.S.
Qeyd etdiyimiz kimi, bu material redaksiyamıza Bakının Nəsimi rayonu 164 saylı tam orta məktəbin bir qrup müəllimi tərəfindən ünvanlanmış müraciət əsasında hazırlanıb. Materialı dərc etməzdən öncə onun mətnini Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə və Bakı şəhəri üzrə Təhsil idarəsinə münasibət bildirmələri üçün göndərdik. Bakı şəhəri üzrə Təhsil idarəsindən aldığımız cavabın mətnini olduğu kimi təqdim edirik.

 

Ardını oxu...

164 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, müraciət məktəbin və pedaqoji kollektivin nüfuzuna xələl gətirmək, məktəbin nailiyyətlərinə kölgə salmaq, təhsilin inkişafı naminə fədakarlıqla çalışan kollektivi ruhdan salmaq, qarşıya qoyulmuş vəzifələrin qanunauyğun, keyfiyyətlə və obyektiv yerinə yetirilməsinə mane olmaq məqsədi daşıyır. Müraciətdə irəli sürülən iddialar əsassız və qərəzlidir.
Məktəb barədə yazılan müraciətdə heç bir müəllimin adı göstərilməyib. “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən, yazılı müraciət vətəndaş tərəfindən imzalanmalı, vətəndaşın adı, soyadı, atasının adı, ünvanı və yaxud işlədiyi yer göstərilməlidir. Həmin məlumatlar göstərilmədikdə müraciət anonim sayılır və qanunvericiliyə əsasən, anonim müraciətlərə baxılmır.

P.S Beləliklə, mətnin özündə də qeyd olunur ki, Bakı şəhəri üzrə Təhsil idarəsinin redaksiyamıza ünvanladığı cavab heç bir araşdırma aparılmadan, sadəcə olaraq 164 saylı məktəbdən təqdim olunan məlumat əsasında hazırlanıb. Aydındır ki, həmin məktəbin direktoru istənilən halda ona ünvanlanan sorğuya fərqli cavab verməyəcək. Ən azından, alıdığımız müraciətdə irəli sürülən ittihamların məhz ona qarşı olduğuna görə. Gözləmək olardı ki, müraciətdə yer alan iddiaların yoxlanması məqsədilə Təhsil idarəsinin rəhbərliyi tərəfindən hansısa bir işçi qrup və ya komissiya yaradılar və həqiqətin müəyyən edilməsi üçün müvafiq araşdırma aparılar. Lakin bu baş vermədi. Operativliyin təmin edilməsi naminə məsələyə Təhsil idarəsinin deyil, müəllimlər tərəfindən ittiham edilən məktəb direktorunun münasibəti bizə təqdim olundu. Əlbəttə ki, bu da onların öz haqqlarıdır. Hətta obyektivlik şübhə altında qalsa da.
Öz tərəfimizdən biz yalnız bir məqama aydınlıq gətirmək istəyirik. Dövlət idarələrinə ünvanlanan müraciətlə kütləvi informasiya vasitəsinə olunan müraciət bir qədər fərqli mahiyyət daşıyır. Bizə verilən cavabın müəllifi israr edir ki, müraciət edənlərin adları göstərilmədiyindən həmin şəxslərin müraciətləri anonim sayılır. Bu, yanlış yanaşmadır. Ona görə ki, müraciət edənlər bizə özlərini təqdim ediblər. Sadəcə olaraq, artıq məqalənin özündə göstərilən səbəblərdən hələ ki, adlarının açıqlanmasını istəmirlər. Bu isə tamamilə qanunidir. Məsələ bundadır ki, Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanununun II Fəsilinin (Kütləvi informasiya azadlığının əsasları) 11-ci Maddəsinin (İnformasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən xüsusi hallar) 1-ci hissəsinin 2-ci bəndində deyilir: kütləvi informasiya vasitəsi redaksiyasının və ya jurnalistin adının bildirilməməsi şərtilə məlumat vermiş şəxsin kimliyini göstərməsinə yol verilmir.
Həmin maddənin 2-ci hissəsində deyilir: kütləvi informasiya vasitəsinin məlumatın dərc olunmasına (efirə verilməsinə) məsul redaktoru və (və ya) jurnalist istintaqda, yaxud məhkəmə icraatında olan işlə əlaqədar qanunla müəyyən edilmiş hallardan başqa, informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməz.
Həmin maddənin 3-cü hissəsində deyilir: Redaktor və ya jurnalist aşağıdakı hallarda məhkəmə tərəfindən öz mənbəyini açıqlamağa məcbur edilə bilər:
insan həyatının müdafiəsi üçün;
ağır cinayətin qarşısını almaq məqsədilə;
ağır cinayət törətməkdə ittiham olunan, yaxud təqsirli bilinən şəxsin müdafiəsi üçün.

Ümid edirik ki, Elm və Təhsil Nazirliyi tərəfindən problemə fərqli yanaşma nümayiş etdiriləcək və məsələnin obyektiv şəkildə araşdırılması təmin olunacaq.

AİA.Az

Ardını oxu...
Bakıda ağacların məhv edildiyini əks etdirən videogörüntü yayılıb.

TEREF.AZ Oxu.Az-a istinadla xəbər verir ki, görüntülərin bu gün Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində qeydə alındığı iddia edilir.

Şikayətçi bildirir ki, Neft Akademiyasının tabeliyində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecində özbaşınalıq baş alıb gedir:
“Burada çalışan elm adamları təhsil yox, ağacların məhv edilməsi ilə məşğuldurlar”.
Ardını oxu...
2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi torpaqlarımızın 30 illik işğaldan azad olunması ilə nəticələndi, milli qürurumuzu möhkəmləndirdi, Azərbaycanın üzərindən “məğlub ölkə” damğasını götürdü. Amma eyni zamanda Vətənin minlərlə igid övladı şəhid oldu, qazi oldu.
Bəli, müharibə hətta qalibiyyətlə nəticələnsə də belə ölüm deməkdir, çoxlarının qorxduğu ölüm. “Münaqişə bitdi” desək də, savaşdan sonra da Vətən ara-sıra şəhid verməkdə davam edir, erməni millətçiləri hələ də revanşist hisslərlə yaşayır, sərhəddə, təmas bölgələrində təxribatlar törədirlər. Münaqişə ocağının odu öləzisə də, külü hələ közərməkdə davam edir. Bu közü hərdən körükləyənlər də tapılır.
Müharibədən, ölüm-itimdən qorxanlar yenə də müxtəlif yollarla oğullarını hərbi xidmətdən yayındırmağa çalışırlar. Bu hədəfə yetişməyin bəlli və ənənəvi üsullarından biri və bəlkə də birincisi çağırış yaşlıların hərbi xidmətə tam yararsız və ya məhdud yararlı olmalarına dair şəhadətnamə almaqdır. Sağlam adamın buna nail olmasının yolu isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məmurları və həkim komissiyasınınüzvləri ilə sövdələşmədən keçir.
RealMedia.az xəbər verir ki, aşkar müşahidə olunmaqdadır ki, Vətən müharibəsindən sonra “voenkomatlar” qiyməti qaldırıblar. Məsələn, Füzuli rayonunun bir çox sakinlərinin çayxanalarda, xeyir-şər məclislərində etdikləri “Allah-bəndə söhbətlərini” dinləyəndə adamın qulağı mütləq çalır ki, SHXÇDX-nin Füzuli rayon şöbəsi İndi “komissovat” olunmağın pulunu müharibəyəqədərki 2500-3000 manatdan 6000-8000 manata qaldırıb. Camaat bunu çəkinmədən danışır. Çünki az qala hamı qonum-qonşuda, dost-tanışda kimciyəzində rüşvət verib belə bir iş düzüb-qoşduğunu eşidib. Belə söz-söhbətlərin artması isə həqiqi vətənpərvər gənclərdə də ikrah hissi doğurur və xoşagəlməz atmosfer yaradır.
Yadınızdadırsa, Vətən müharibəsi dövründə və ondan sonrakı ilk aylarda vəzİyyət bam-başqa idi. Gənclər arasında Silahlı Qüvvələrin sıralarında müddətdən artıq xidmət keçməyə meyl güclü idi. Amma indi Azərbaycan Ordusunda xidmət etməyin şərəf tərəfi tərəzidə nə qədər ağır gəlsə də, təhlükəsi də bir o qədər çoxalıb. Yaxud da, çoxalmış kimi təqdim olunur.

Ramin Məhəmmədoğlu,
RealMedia.az

Ardını oxu...
DİA.AZ: - Göyçay şəhəri sakinləri adından ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Bir qrup şəxs əlbir olaraq gübrə və kənd təsərrüfatı təyinatlı dərmanlara ayrılmış vəsaitlərin qanunsuz olaraq nəğdləşdirirərək cinayət əməli törədirlər.Hansı ki, dövlət büdcəsindən hər il kənd təsərrüfatı məhsullarının əkilməsi üçün küllü miqdara vəsait ayrılır güzəştli gübrə verilir.Bir qrup şəxs həmin gübrəni aşağı qiymətə kəndlilərdən nəgd pula alıb satışa çıxarırlar.Bu isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatına küllü miqdarda ziyanlar vurur.Məsələnin kökü əkilməyən torpaqlara qanunsuz olaraq subsidiya yazan vəzifəli şəxslərdədir.Bu korrupsiya şəbəkəsinin törətdiyi ağır cinayətin obyektiv araşdırılıb təcili tədbirlər görülməsinə zərurət var.
Göyçay və İsmayıllı rayonlarında bu cinayətkar şəbəkəni vəzifəli şəxslər himayə edirlər.Çünki bu qanunsuzluqla küllü miqdara vəsait əldə edirlər.İtirən isə Azərbaycan Dövləti olur ki, nəticədə də Kənd Təsərrüfatına ciddi ziyanlar dəyir.
Həmin gübrələr maqazinlərdə baha qiymıtı satışa çıxarılır.İsmayıllı rayonunda bu işə Sədyar adlı şəxs və iki oğlu baxır.Göyçay rayonunda isə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Göyçay şöbəsinin rəis müavini Rafael Əliyevin ailə üzvü Abid Əliyev baxır.Abid Əliyev bir neçə il əvvəl özünə 2-ci dərəcələ müharibə əlili dərəcəsi təyin etdirə bilib.Hansı ki, Abid Əliyev yaralanmayıb onda heç bir əlillik əlaməti yoxdur.
Belə şəxslər əlbir olub Azərbaycan Dövlətinə küllü miqdarda ziyanlar vursalarda onların barəsində heç bir tədbir görülmür.

Sizdən xahiş edirəm bu şəxslərin cinayət əməllərinə hüquqi qiymət verəsiniz və qanunu tədbirlər görəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

Dünyapress TV

Xəbər lenti