Ardını oxu...
Elsun Xudaverdiyev DSMF-nin Qazax-Tovuz regional filialına müdir təyin olunandan sonra həmin regionala daxil olan rayonlarda(Tovuz, Qazax, Ağstafa) DSMF sahəsində saxtakarlıq tüğyan edir. Əsasən də Ünvanlı Sosial Yardımda. Hazırda vəziyyət elədir ki, rüşvətini ver, sosial yardımını al. Eyni hal sosial pensiya sahəsində də aktivdir.

Aztəminatlı ailələr qalıb kənarda, maddi durumu yaxşı olan, rüşvət verməyə gücü çatan sosial yardım alır. Bir müddət əvvəl Tovuz rayonunda onlarla saxta sosial yardım alanların siyahısını dərc etmişdik. DSMF məsələyə reaksiya verdi, yoxlama aparıldı. Həmin şəxslərin əksəriyyətinin saxta sosial yardım aldığı müəyyən edildi və sosial yardımları vaxtından əvvəl dayandırıldı. Lakin bu saxtakarlığa yol verənlər barədə hüquqi addım atılmadı. Görünür cəzasızlıq yeni saxta sosial yardım alanların siyahısının formalaşmasına rəvac yaradıb.

Tovuzda yenidən bir qrup vətəndaşa saxta sosial yardım təyin edilib. Bunlar arasında Rusiyada işləyənlər, adına bir neçə maşın olanlar, villada yaşayanlar, dövlət təminatı olanlar və s. var. Onlardan bir neçəsini təqdim edək:

1. Abdıyeva Günay Mehman qızı. G.Abdıyeva Tovuzun Alakol kəndində həyat yoldaşı, qayınatası, qayınanası ilə birlikdə yaşayır. Saxta sosial yardım alması üçün Günay xanımı İbrahim Hacılı kəndinə yazıblar. Ailə tərkibini saxtalaşdırıblar və İbrahim Hacılı kəndində tək yaşadığını qeyd ediblər. Bununla da, saxta sosial yardım almasına şərait yaradılıb.

2. Ələkbərova Ceyhunə Famil qızı. C.Ələkbərova Tovuzun İbrahim Hacılı kəndində yaşayır. Qayınatasının maşını var, həyat yoldaşı Rusiyada işləyir. Ceyhunə xanımın da ailə tərkibi gizlədilib. Xanım və iki övladı Qovlar qəsəbəsində yaşadığı qeyd edilərək saxta sosial yardım təyin etdiriblər.

3. Hüseynova Ülviyyə Fəxrəddin qızı. Ailəlidir. Həyat yoldaşı Rusiyada işləyir. Ülviyyə xanım qayını, qayının həyat yoldaşı, qayınatası və iki övladı ilə Tovuzun Düz Qırıqlı kəndində eyni evdə yaşayır. Ailə tərkibi gizlədilib. Ülviyyə xanımı iki övladı ilə birlikdə ata evinə yazmaqla saxta sosial yardım təyinatına müvəffəq olublar.

4. Məmmədova Gültəkin Şahin qızı. Tovuzun Alakol kəndində həyat yoldaşı, qayını, onun ailəsi, qayınanası ilə eyni evdə yaşayır. Onun yaşayış yerinin Alakol kənd icra nümayəndəliyi ilə üzbəüzdə yerləşən boş evə yazmaqla sosial yardım almasını təşkil ediblər.

5. Əsgərov Rəfail Əsgər oğlunun da ailə tərkibində oğlu Əsgərov Nazirin adı gizlədilib və sosial yardım alır. Gizlədilmə səbəbi odur ki, Əsgərov Nazir Rəfail oğlu Alakol kəndində Ocaq restoranında işləyir.

6. İsayeva Nərminə Yaqub qızı. N. İsayeva da saxta sosial yardım alır. Belə ki, dövlət təmanatında olan şəxslər sosial yardım ala bilməz. Bunlara həbsdə, uşaq evlərində, əsgərlikdə olanlar daxildir. Nərminə xanımın övladı İsayev Rəcəb Amin oğlu əsgərlikdədir və dövlət təmanatında olmasına baxmayaraq onu sənədləşmədə şagird kimi qeyd edərək saxta sosial yardım təyin etdiriblər.

7. Həsənova Hava. Düz Qırıqlı kənd sakinidir. 57 yaşında 3 uşaqlı ana kimi saxta sosial pensiyaya çıxarıblar. Halbuki Hava xanımın adına yararlı torpaq sahəsi var. Qanunla sığorta uçot nömrəsi, VEÖN-i, iş yeri olan şəxsə sosial pensiya şamil edilmir. Siyahı çox olsa da, burda dayandıraq.

Hazırda Tovuzda sosial yardım alan aztəminatlı ailələrin sosial yardımı kəsilir. Onların əvəzinə rüşvət verənlər təyinata göndəriləcəyi planlaşdırılır. Villada yaşayan sosial yardım alır, daxmada yaşayanların sosial yardımı min bir bəhanə ilə kəsilir. Eyni zamanda növbəlilik prinsipi pozulur. İki ayına razı olanları növbədən kənar təyinata göndərirlər və vaxtından əvvəl təsdiq edilir. Haqqı olanlar isə aylarla növbəsini gözləyir.

Əldə etdiyimiz məlumata görə, Tovuz, Qazax, Ağstafa rayonlarında saxta sosial yardım almaq üçün yardımın iki ayını DSMF-nin 2 saylı Qazax-Tovuz Regional Filialına verməlisən. Bu işə də həmin idarədə dövlət qulluğu imtahanından keçməyən və işdən kənarlaşdılan işçilər baxır. Kənarda ofis açmaqla makler xidməti göstərirlər.

DSMF-nın Gədəbəy rayon şöbəsinin keçmiş müdiri Elsun Xudverdiyevə sürücü işləyən İsfəndiyar Qələndərov hazırda DSMF-nin 2 saylı Qazax-Tovuz Regional Filialında müdir işləyən E.Xudaverdiyevə qeyri-rəsmi işçi kimi xidmət edir. Əvvəllər Tovuzun kəndlərindəki sosial yardım düzəldən maklerlə əlbir olaraq saxta sosial yardım düzəltdirirdi. İndi bu işini bir az rəsmiləşdirib. Tovuz rayon icra hakimiyyətinin yaxınlığında ofis açaraq saxta sosial yardım düzəltmə xidməti göstərir. Tovuzda da günü-gündən saxta sosial yarım alanların sayı artır. Hazırkı statistikaya görə Tovuz rayonu sosial yardım alanlara uyğun olaraq kasıblıq həddi 8.2 faizdir. Amma Tovuzdan qat-qat kasıb olan rayonlar kasıblıq həddi 2, 3 faizdir. Gədəbəydə kasıblıq 3.6 faizdir, Daşkəsəndə kasıblıq həddi 4.1 faizdir, Lerikdə kasıblıq həddi 2.2 faizdir.

Ardını oxu...
Tovuzda 3146 nəfər sosial yardım alır, 175000 nəfər əhalisi var. Ölkə üzrə ailə sayı orta hesabla 4.6 nəfər nəzərdə tutulur. 3146×4.6=14.471,6.

14.471,6:175000=0,0826948571.

0,0826948571×100=8,26948571.

Bu hesabla Tovuz rayonunda yoxsulluq həddi 8.2 faizdən artıqdır.

Eyni üsulla hesablayanda Lerikdə yoxsulluq həddi 2.2 faizdir.

Ardını oxu...
Göründüyü kimi Sahil Babayev Tovuzdan qat-qat kasıb rayonlar olan Gədəbəyin, Daşkəsənin, Lerikin kasıb əhalisinin sosial yardım haqqını Tovuzun varlı əhalisinə verir.


Qeyd edək ki, Prezident İlham Əliyev ölkə üzrə yoxsulluq həddini 5 faiz olduğunu elan edib.

Sahil Babayev həmin 5 faizi bu formada tamamlayır. Üstəgəl həmin tamamlanmadan milyonlar silinir və dövlət büdcəsində qara dəlik yaradılıb. Belə ki, varlı əhaliyə rüşvətlə normadan artıq sosial yardım paylanılır, kasıb əhaliyə isə normadan az sosial yardım verilir. Nəticədə kasıb əhalinin az alması, varlı əhalinin çox almasının ortaq məxrəci 5 faiz tamamlayır.

Qərb bölgəsində DSMF-nin iki filialı yerləşir:
1. DSMF-nin 1 saylı Qazax-Tovuz regional filialı. Rəhbəri Adil Cəfərovdur. Şəmkirdə yerləşir. Şəmkir, Gədəbəy, Daşkəsən rayonlarını əhatə edir.
2. DSMF-nin 2 saylı Qazax-Tovuz regional filialı. Rəhbəri Elsun Xudaverdiyevdir. Tovuzda yerləşir. Tovuz, Qazax, Ağstafa rayonlarını əhatə edir.

Eyni bölgədə və eyni ölkədə yerləşməsinə baxmayaraq bu iki idarədə qanunlar fərqlidir. Sahil Babayev bu idarələrə ayrı-ayrılıqda səlahiyyət verib.
Belə ki, DSMF-nin tabeçiliyində yeni idarə yaradıldı. Həmin idarə sosial yardıma müraciət edənlərin maddi-məişət şəratinin müayinəsi ilə məşğuldur. Ümumrespublika üzrə sosial yardımın yoxlanılmasını həyata keçirir. Tək Tovuz rayonun yerləşən DSMF-nin 2 saylı Qazax-Tovuz regional filialında yoxlaya bilmir. Sahil Babayevin göstərişi ilə həmin idarə özü, yəni Elsun Xudaverdiyev yoxlayır və təyinata göndərir. Lakin DSMF-nin 1 saylı Qazax-Tovuz regional filialında elə deyil, yoxlama Bakıdan gəlir. Görünüdüyü iki idarədə fərqli qanun icra edilir. Elsun Xudaverdiyevin şəxsi münasibətləri qanunlardan üstün tutulur. Bununla da, Tovuzda əksəriyyəti saxta olmaqla 3146 nəfərin sosial yardım almasına yaşıl işıq yandırır.

Qeyd edək ki, bir neçə gün bundan öncə DSMF-nin sədri Himalay Məmişov saxta sosial yardım alanlardan danışdı. Saxta sosial yardım düzəldən maklerləri tənqid etdi. Nədənsə H.Məmişov saxta sosial yardım düzəldənlərə və maklerlərə şərait yaradanlardan danışmadı , ya da danışmaq istəmədi.

H.Məmişovun sözügedən çıxışını təqdim edirik:

Zaur Qənbərov/Sarkazm.az
 
 
 
Ardını oxu...
Həkimlər deyir ki, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında çəkişmə xəstəxanalaradək ayaq açıb.

“Bölgələrdə ciddi həkim çatışmazlığı var. Səhiyyə Nazirliyinin dövründə müasir tibbi avadanlıqlar alınıb. Amma avadanlıqları toz basıb, çünki işlədə biləcək kadrlar yoxdur”.

Bunu Meydan TV-yə adlarının mətbuatda açıqlanmasını istəməyən bir neçə həkim deyib. Həkimlərin sözlərinə görə, maaş az olduğundan, o cümlədən xüsusilə kəndlərdə tibb məntəqələri qəzalı vəziyyətə düşdüyündən rayonlara, kəndlərə işləməyə gedən yoxdur:

“TƏBİB bu problemi aradan qaldırmaq əvəzinə bir-iki ay əvvəl xarici ölkələrdə çalışan azərbaycanlı həkimlərin simpoziumunu keçirdi. Həmin tədbirdə iştirak edən onlarla şəxsin bütün xərcləri qarşılandı, milyonlarla manat vəsait silindi. Halbuki ölkədə ciddi dərman çatışmazlığı var, şəkərli diabet xəstələrindən dərmanla bağlı hər gün şikayətlər daxil olur. Desmopressin, insulinin dozası kifayət etmir”.

Rayonların birindəki tibb ocağının rəhbərliyində təmsil olunan həkim qeyd edib ki, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında çəkişmə xəstəxanalaradək ayaq açıb. Həkimlərdən biri danışıb ki, sənəd yazmaqdan xəstə qəbul etməyə vaxt qalmır:

“Bir xəstəxana ay ərzində neçə dəfə yoxlanar? TƏBİB yoxlayır, sonra agentlik yoxlama aparır. Birinin tapşırığını digəri qəbul etmir. Məzuniyyətdə olan həkimə təbii ki, bonuslar hesablanmır, yalnız maaş verilir ki, bu da olduqca cüzi məbləğdir”.

Narazılıqlardan biri də poliklinikalarda iş saatının 6-dan 8-dək artırılmasıdır. Baş tibb bacılarına 2 saat əlavə işdə olmaları tapşırılıb. Həkim deyib ki, xəstə olmadığı halda işdə otururlar, halbuki təcili xəstə qəbulu təcili tibbi yardım xidmətinin işidir:

“Təcili tibbi yardım həkimlərinə isə avtomobildə gözləməyi tapşırıblar, guya həkim məntəqədə olanda çağırışa gecikir. Kameralarla nəzarət edirlər”.

Həkimlərdən biri danışıb ki, təkcə cənub bölgəsində onlarla həkim və tibb bacısına ehtiyac var. 3 həkimin işi birinə yüklənib, ancaq bunun qarşılığında maaşlar yüksək deyil. Lerik Rayon Mərkəzi Xəstəxanasında cərrah da daxil olmaqla 47 həkim və 60 tibb işçisi, Astara rayonunda 50 həkim ştatı boşdur.

TƏBİB-dən isə Meydan TV-nin sorğusuna cavab olaraq bildirilib ki, dövlət tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən TƏBİB-in tibb müəssisələrində 17 minə qədər həkim, 58 minə qədər tibb işçisi çalışır.

Hazırda dövlət tibb müəssisələrinə xaricdə təhsil alan və çalışan həkim-mütəxəssislərin cəlb olunmasına hesablanan “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” çərçivəsində müxtəlif ixtisas üzrə 100-dək həkim-mütəxəssis tibb müəssisələrində fəaliyyət göstərir.

Eyni zamanda, dövlət strategiyamıza uyğun olaraq, gənc kadrların potensialını gücləndirmək, onlara özlərini inkişaf etdirə biləcək bir meydan vermək, gənc həkim mütəxəssislərin Azərbaycan səhiyyəsinə qazandırılması üçün TƏBİB Azərbaycan Tibb Universiteti ilə birgə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində universitetin yuxarı kurs tələbələri tabeliyimizdəki tibb müəssisələrində işlə təmin olunur.

Stimullaşdırma tədbirlərinə gəlincə, həkimlərin vəzifə öhdəliklərinin xarakterindən və müvafiq həkim ixtisası (vəzifəsi) üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətlərindən asılı olaraq həkimlərə həvəsləndirici əlavələr sabit aylıq həvəsləndirici əlavələr və ya işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində verilir.

TƏBİB-in tabeliyindəki Lerik Rayon Mərkəzi Xəstəxanasında 94 həkim ştatından 43-ü tutulub, 51-i vakantdır. 206 orta tibb işçisi ştatından isə 151-i tutulub, 55-i vakantdır.
 
Ardını oxu...
Bəli, səhv eşitmədiniz, hörmətli oxucular.Söhbət yaxın keçmişdə respublikamızda Semaşko xəstəxanası adı ilə tanınan dünənin nüfuzlu tibb ocağından gedir.Vaxtilə ölkə əhalisinin əksəriyyəti səhhəti ilə bağlı üzləşdiyi problemin həlli üçün məhz Semaşko xəstəxanasına üz tuturdular.Buna nail olmaq isə heç də asan deyildi.Əlbəttə, ilk növbədə yüksək ixtisaslı tibbi personal, keyfiyyətli tibbi xidmət, insanlara diqqət və qaygılı münasibət idi bu axının səbəbi . Hal hazırda isə Təcili Tibbi Yardımdan bir gündür 70 xəstə daxil olur,bu qədər insana baxmaq üçün cəmi bir həkimin ayrılması əslində əsil faciədir.Bu əslində heç mümkün olan iş deyil.Daxil olan xəstələrə getmək üçün adicə korvolol və ya buz belə tapılmır.Biz hansı əsrdə yaşayırıq, ilahi? Yeri gəlmişkən bu günlərdə baş vermiş avtomobil qəzası hadisəsi ilə bağlı bir məsələni də qeyd etmək yerinə düşərdi.
Həmin avtomobil qəzası nəticəsində zərər çəkmiş bir şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.
Mərkəz də nə mərkəz.Adi ambulatoruya ondan min dəfə keyfiyyətli xidmət göstərər pasiyentlərə desək,səvə yol verdiyimizi zənn eləməyəsiniz, hörmətli oxucular.
Travma almış, özündə olmayan,az qala bəlkə də stress yaşamış bir insana xəstəxanada ən yüksək tibbi xidmət göstərilməli, müayinə və müalicəsinə xüsusi diqqət yetirilməlidir.
Amma Tibbi Mərkəzdə çalışanlardan belə diqqət və qayğı görmək çox müşkül məsələdir .Təsəvvür edin ki,gün ərzində təcili tibbi yardım maşını ilə Mərkəzə ən azı 70 xəstə gətirilir.Onlar tibbi xidmət göstərməkdən ötrü isə cəmi bir həkim ayrılıb.İndi özünüz deyin, bir həkim bu sayda insana hansı tibbi yardım edə bilər? Deməli agır xəstələr arasında həyatını itirmiş olanlar heç də az olmayacaq və olmur da.
Gətirilən xəstənin yarasına qoymaga nə buz, nə də ki,adicə korvolol tapılmayıb.Bunları ən ucqar kəndlərimizin ən kasıb evinin qapısını döyüb istəsən, həmən gətirib vardım göstərər.Bu o deməkdir ki, burada insanlar taleyin ümidinə buraxılıb.Mərkəğzdə təcili tibbi yardım işinin səviyyəsi sıfra bərabərdir.Utancverici ,bağışlanmaz haldır.
Bu da hələ hamısı deyil.Xəstə KT və digər müayinələrdən keçib.Onun alın sümüyünün sag hissəsində sınıq,sol hissəsində isə qanama oldugu aşkarlanıb.Belə vəziyyətdə olan xəstələr yataq rejimində olmalıdır.Amma nədənsə həkimlər zərərçəkənə bunu bildirməyi və ona ayaq üstdə olmagı qadağan etməyi unudurlar.Təkcə agrıkəsici vurmaqla işlərini bitmiş hesab ediblər.
Qəribə burasıdır ki, həkim rəyində Xatirə həkim “yenilik”icad edib.Analiz kağızında xəstənin vəziyyətinin nə yerdə olduğunu göstərən qeydlərə necə deyərlər “əl gəzdirib”, və orada qeyd olunanların tam əksini yazıb . Məsələn, acıq beyin travmasını qapalı beyin travması kimi qeyd esib.Bunun adına təhrifmi, sui-istifadəmi , qəsdən rəsmi sənədə müdaxilə etməkmi deyək, bilmirəm.Bu, cinayət tərkibli əməl deyilmi?Onun belə bir addım atmaqda məqsədi nədir? Yoxsa… qəzanı törədən sürücüyə “yazıgı”gəlib? Yəqin ki, Tibbi Mərkəzdə tezliklə həkimin niyə belə bir addım atmasının səbəbinə aydınlıq gətirilər.
Qarşı tərəfin mövqeyin də dərc etməyə hazırq. //aktualxeber.az//
Ardını oxu...
Gədəbəy Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş həkimi Etibar Hüseynov əvvəlcədən planlaşdırdığı fikri həyata keçirmək üçün 06.07.2023 tarixdə xəstəxananın tibb bacısı Hacıyeva Vüsalə Əfraim qızını öz iş otağına çağıraraq, ona “pis təklif” etmişdir, müqavimət gördükdə ona zor tətbiq edərək müqavimətini qırmağa çalışmış, qollarından tutaraq qeyri etik hərəkətlər etmiş, onu zorakılığa məruz qoymuşdur.
Vüsalə Hacıyeva Etibar Hüseynova müqavimət göstərmiş, onun əlindən çıxaraq dəhlizə qaçmış və 102 qaynar xəttinə zəng vuraraq yardım istəmiş və şikayət etmişdir.
Bundan başqa zərərçəkmiş Vüsalə Hacıyeva Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsindən zorakılq əlamətləri haqqında rəy alaraq Gədəbəy Rayon Polis Şöbəsinə təqdim etmişdir.
Baş həkim Etibar Hüseynovun bu qeyri-etiq əməli haqqında nə Səhiyyə Nazirliyində nə də ki, DİN-də heç bir tədbir görülmür….. Görmək fikirləri də yoxdur.
Ardını oxu...
Ardını oxu...
Səsləndirilən ittihamlarla bağlı maraqlı tərəflərin də mövqeyini dərc edə bilərik.
Mənbə:Fb İCTİMAİ NƏZARƏT “QƏRB REGİON TV” V.Axmedov.
/dunyaninsesi.az/

Ardını oxu...
DİA.AZ: - Ucar rayon sakinləri tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Ucar rayonunda icra başçısı Mənsur Məmmədov və onun müavini Vaqif Mehdiyevin törətdikləri vəzifə cinayətlərinə görə işsiz gənc və sağlam insanlar işlə təmin oluna bilmirlər.Hansı ki, iş yerləri olan kimi bu korrupsioner cütlük öz qohum-tanışlarını ora təyin etdirirlər. Ucarda gənc, sağlam və əmək qabiliyyətinə malik olan insanlar işsiz olduqları üçün acınacaqlı vəziyyətdə yaşayırlar. Ancaq imkanlı, qoca və xəstə adamlar “DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında adları işdə gedir özləri bir gündə olsun işə gəlmədən hər ay maaş alırlar.Buna isə şəraiti icra başçısı Mənsur Məmmədov və onun müavini Vaqif Mehdiyev yaradırlar ki, bu korrupsiya cinayətidir.

İcra başçısının qohumu Ucar rayon sakini 2-ci dərəcəli əlil Ələkbərov Şahlar Xəlil oğlunun və onun həyat yoldaşı İsrayılova İradə Əvəz qızının hər ikisinin 68 yaşları var.Bu qoca yaşında ciddi xəstə olan ər və arvad “DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında adları işdə gedir. Ancaq özləri bir gündə olsun işə gəlməyib qanunsuz davamiyyət yazılıb hər ay maaş alırlar.Eyni vaxtda bu ər və arvad həmdə qocalığa görə təqaüddə alırlar.Həmçinin qeyd edim ki, Şahlar Ələkbərov ciddi xəstə olmaqla 2-ci dərəcəli əlildir həyat yoldaşı İradə İsrayılova da sağalmaz xəstəliyin daşıyıcısıdır.

Ələkbərov Şahlar Xəlil oğlu "Serebral ateroskleroz, araxnoidit,ataksiya vestilubyar pozğunluq, şəkərli diabet orta ağır forma şəkərli diabet,xroniki pilonefrit xəstəliyi diaqnozu ilə Ucar rayon Mərkəzi Xəstəxanasıda qeydiyyata alınmışdır.

Serebral ateroskleroz hərəkət pozğunluqlarla, ifliclər, əzələ zəifliyi, koordinasiya pozğunluqları, qeyri-iradi hərəkətlərlə xarakterizə olunan ruhi xəstəlikdir. Belə xəstələrdə əqli debillik, hərəkət qabiliyyəti və yaddaşları pozulmuş olur.Araxnoidit, ataksiya vestbulyar pozğunluğu beyinin və ya onurğa beyinin hörümçək toruna bənzər qişasının iltihabıdır.İradi hərəkətlərdə tez-tez koordinasiya pozulması, kəmağıllılıq baş verir. Pielonefrit isə böyrək iltihabı xəstəliyidir.

Həmçinin İsrayılova İradə Əvəz qızının bronxial astma infeksion allergik forma, hipertoniya xəstəliyi 2 st sağ əlin yuxarı 1/3-nin, sol dirsək büküşünün, bazunun ön səthinin və sol yanaqda yanaqdan sonrakı keloid çapığı diaqnozu ilə Ucar rayon Mərkəzi Xəstəxanasında dispanser qeydiyyatda olması həmin sağlamlıq haqqında tibbi arayışda qəsdən, qanunsuz olaraq göstərilməyib, gizlədilib.
Belə ciddi xəstələrin “DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatına işə qəbul edilməsi özü cinayət hesab edilir.Həttda bu iki nəfər qeydiyyatda olan xəstə şəxslərə Ucar rayon Mərkəzi Xəstəxanası tərəfindən sağlamlıq haqqında arayış verilib.Həmin arayışda onların xəstəlikləri gizlədilərək sağlam kimi qeyd ediliblər.

Bu qoca, xəstə olan ər və arvadın imkanları çox genişdir oğlanları Bakı şəhərində bizneslə məşğul olurlar, rayondakı evləri möhtəşəm villadır.Ancaq Ucar rayonunda çoxlu sayda kasıb gənc və sağlam insanlar var ki, işsizdilər.Hansı ki, onlar belə sosial işlərə cəlb edilməlidirlər. Qeyd etdiyim faktlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ucar rayonuna ezam olunmuş əməkdaşlarının 2023-cü ilin iyun ayında apardıqları yoxlama zamanı subut olundu.
Ancaq indiyə qədər heç bir tədbir görülməyib.Çünki 68 yaşlı qoca ər-arvad Ucar rayon İcra Hakimiyyəti başçısının müavini Vaqif Mehdiyevin yaxın qohumlarıdır. Buna görə qoca və xəstə olan bu ər və arvad 68 yaşında işə qəbul olunub işə gəlmədən hər ay qanunsuz maaş alsalarda nazirlikdə onların qarşısında acizdir.

Prezident cənab İlham Əliyev “DOST” İş Mərkəzini yaratdı ki, Respublikada kasıb imkansız cavan və sağlam insanlar işlə təmin olunub işləyib ailələrini dolandıra bilsinlər.Çox təssüf ki, Mənsur Məmmədov və Vaqif Mehdiyev cütlüyü öz maraqlarını prezidentin dövlət maraqlarından üstün tutub “DOST” MMC-ni imkansız işsiz Ucar sakinlərinə düşmən etdilər.

İcra başçısı Mənsur Məmmədov və onun müavini Vaqif Mehdiyevin cinayət əməlləri bununla bitmir.Onların bütün fəaliyyəti başdan ayağa korrupsiya cinayətidir, talançılqdır, qohumbazlıqdıq və özbaşınalıqdır ki, ciddi araşdırlmasına zərurət var.
Cənab Prezident sizdən xahiş edirik şikayətimizdə göstərdiyimiz faktları obyektiv araşdırıb “DOST” İş Mərkəzinin Ucar rayonunda fəaliyyətini, korrupsiyaya bulaşdırmış icra başçısı Mənsur Məmmədovun, onun mavini Vaqif Mehdiyevin və bu işdə onlarla əlbir olan nazirliyin əməkdaşlarının barəsində ciddi tədbirlər görəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
"'Azercell' bütün işlərimi yarımçıq qoydu. 10 manat kontur yükləmişəm nömrəmə... Kartımdan pul çıxıldı, amma kontur yüklənmədi". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında narazı vətəndaş gileyini ifadə edib.

Şikayətçi daha sonra yazır: "10 dəqiqə keçdi, gördüm reaksiya gəlmir. Zəng elədim "*1111" nömrəsinə... guya ki problemi deyəcəm. Bu biri nömrəmdə olan kontur da qurtardı. Heç kimə düşə bilmədim. 4 dəqiqə xətdə gözlədim. Əlavə 1 manat da yüklədim ki, bəlkə düzələ.

Xeyrı olmadı... Bank sağ olsun... operativ cavab verdi, əlaqə saxladım dedilər, bizdən ödəniş uğurludur. Bir sözlə, biabırçılıq...

Mənim bütün işim zənglə idi. Hamısı qaldı belə.

Ayıb olsun. Biri pis vəziyyətdə olsa, zəng eləmək lazım olsa, bilin ki son pulunuzu "Azercell"ə yükləməyin. Çox belə məsuliyyətsiz operatordur".

İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Şamaxı rayonundan olan İkinci Qarabağ müharibəsi vetreranı Ömərli Şərəfxan Ağadadaş oğlu Azinforum.az-a müraciət edərək “Qayalı” marketlər şəbəkəsinin Şamaxı filialının işçiləri tərəfindən mağazada döyüldüyü barədə məlumat verib. Müharibə veteranı redaksiyamıza aldığı xəsarətləri əks etdirən fotoları da təqdim edib. Onun sözlərinə görə, baş verənlərlə bağlı Şamaxı Rayon Polis İdarəsinə müraciət edib. Ömərli Şərəfxan əlaqədar qurumlardan bu işin obyektiv araşdırılmasını xahiş edir.
Bu iddialarla bağlı biz “Qayalı” ticarət şəbəkəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlkin Şirinovun da mövqeyini öyrəndik. Biz bu mövzu ilə bağlı obyektiv mövqe tutaraq hər iki tərəfin mövqeyini təqdim edirik. Qoy doğru nəticəni vətəndaşların özü çıxarsın:

Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
“Badamdar şossesində, Bəyoğlu şadlıq sarayı yaxınlığındakı ağaclıq ərazidə 20-dən artıq eldar şamını qurudublar ki, orada obyekt tiksinlər. İndidə ərazini hasara alıblar”.

AzToday.az xəbər verir ki, bu barədə “Ecofront” məlumat yayıb.

“Ecofront”un yaydığı görüntülərdən aydın olur ki, ağaclar qəsdən qurudulub. Ümid edirik ki, aidiyyati qurumlar ana təbiətə qarşı edilən cinayət faktı ilə bağlı adekvat tədbirlər görəcək…

Görüntüləri təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində üzərlərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirə bilirmi?

Ölkəmizdə ən çox istifadə edilən ərzaq növü olan çörəyin istehsalında, daşınmasında və satışında sanitar-gigeyenik normaların pozulmasının kifayət qədər geniş miqyas aldığı çoxdan bəllidir. Nəinki bölgələrdə, eləcədə də Gəncəbasarda yol kənarlarında üst-başı çirkli qadınların işlədiyi, heç bir sanitar-gigeyenik normalara uyğun gəlməyən təndirlər, yaxud qida istehsalı üçün normal şərait yaradılmayan kiçik çörək sexləri, çörəyin sınıq-salxaq maşınların yük yerlərində daşınması və çörəyin piştaxtalara çatdırılanacan dəfələrlə insan əli ilə təması-bunlar hamının çoxdan vərdiş elədiyi adi situasiyadır.

Göygöl -Daşkəsən -Goranboy rayonlarının hər yerində, yol kənarında fəaliyyət göstərən, üzərinə “İsti təndir çörəyi”, “Nənəmin təndiri”, “Kəlbəcər lavaşı” və s. bu kimi lövhələr vurulmuş kiçik sexlərdən, təndirlərdən uzaqdır. Məsələn, Gəncə -Göygöl yolunun Toğanalı kəndinə tərəf gedən yolun üstündə hər addımbaşı təndirlərə rast gəlinir, çörək, qutab və toyuq bişirilib satılır.

Bu məkanlarda çirkli vedrələrdə xəmir yoğrulur, qadınların alın təri xəmirə qarışır, xəmirin üstünə çirkdən rəngi seçilməyən parça örtülür. Yolun toz-torpağı da bir yandan çörəyə hopur.Anoloju vəziyyət Goranboy rayonun Qaraçinar-Ağcakənd yolu üzərində də antisanitar vəziyyət hökm sürür.

Belə sexlərdən birində çörək bişirən qadın deyir ki, onlara təmizlik, sanitar-gigeyenik normalarla bağlı irad bildirən yoxdur. Baxmayaraq ki, sahibsiz itlər kabab iynə təndirin ətrafına toplanıb, ac pişiklər isə qadının az əvvəl xəmir yoğurduğu vedrənin altını-üstünə çeviriblər. “Əsasən yayda – Göygöl Milli Parkına istirahət mövsümü başlayanda alıcılar çox olur. Hətta kafe və restoranlar da bizdən alver edirlər”-qida təhlükəsizliyi normalarından bixəbər qadın deyir.

Qida Təhlükəsizliyi Agentliyi Gəncə Regional Bölməsi, şəhərdə heç bir reyd aparmır. Bunun nəticəsində küçə ticarəti, çörək və şirniyyat mağazaları, çörək zavodları, restoran, kafelər sanitariya-epidemioloji cəhətdən əziyyət çəkir. Belə ki, adı çəkilən dövlət qurumu şəhərin mərkəzindən tutmuş, digər yerlərdə küçə ticarətinə göz yumur. Şəhərin mərkəzində yəni ki, piyada keçidlərinin qarşısında, kiçik marketlərin qarşısında, böyük bazar dörd bir yanında, hətta şəhərin mərkəzində yaşayış binalarının yaxınlığında küçə ticarəti piyadaların gediş-gəlişinədə maneələr yaradır.

Qoşqar Təhməzlinin rəhbərlik etdiyi qurumun Gəncə Regional Bölməsinin əməkdaşları rüşvət almaqda və cinayətlərə göz yummaqda günahlandırılır. Bu gün Azərbaycanda korrupsiyaya ən çox bulaşmış dövlət orqanı - Qida Təhlükəsizliyi Agentliyidir. Daha dəqiq desək, agentliyin Gəncə Bölməsidir. Bölmənin əməkdaşları hər ayın axırı şəhərin canına düşüb bütün kafe və restoranlardan rüşvət yığırlar. Halbuki beynəlxalq təşkilatların rəyinə görə, Azərbaycanda qida təhlükəsizliyi problemi katastrofik durumdadır.

Restoran və dönərxana sahibləri bu qara nöqtənin əsas müştərilərindəndir. Qida Təhlükəsizliyi Agentliyi bu qara bazardan rüşvət alır və belə cinayətlərə göz yumur... Bu agentliyin Gəncə Bölməsinin fəaliyyəti ciddi nəzarətə götürülməlidir. Xeyli müddətdir agentliyin Gəncə Bölməsi fəaliyyətdədir, amma gördüyü iş, qidaların təhlükəsizliyi üçün atdığı addımlar nəzərə çarpmır. “Leş mafiyası” əvvəl hansı qaydada işləyirdisə, indi də həmin qaydada fəaliyyətdədir. Yəni qara bazara leş ət daşınması dayandırılmayıb.

Ortada qara bazarda satılan leş ətlərdən QTA-ya pay çatması iddiası da var! “Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Bölməsi bu qara bazardan rüşvət alır və belə cinayətlərə göz yumur...” iddiası çox ciddidir, agentliyin korrupsiyaya bulaşması ümumilikdə prezident səviyyəsində vətəndaşların qida təhlükəsizliyinin təmini ilə bağlı qərarına kölgə salır. Qeyd edək ki, illərdir rayonlardan Bakıya at, eşşək, hətta caynaqlı quşların, heyvanların ətləri gətirilərək digər heyvanların, quşların əti adı altında, yarımfabrikat şəklində satışının təşkilini dayandırmaq mümkün olmur.

Leş mafiyası ilə bağlı ən uğurlu fəaliyyəti Daxili İşlər Nazirliyi görüb: “Agentliyin Gəncə Regional Bölməsi ictimaiyyətdən gizlənmək əvəzinə ictimaiyyətlə işləməli, sıx təmasda olmalıdır. Bunun üçün körpü rolunda KİV və ictimai təşkilatlarla əlaqələrdən istifadə edilməlidir. Əks halda, bu cür pis nəticələr olacaq”. Leş mafiyasının fəaliyyəti bu gün də davam edir:

“Rayonlarda, kəndlərdə heyvanlar xəstəlikdən, qocalıb öləndə zəng vururlar, leş yığanlar gəlir və ölmüş, murdar olmuş cəsədi götürüb aparırlar. Leş əti Bakıda satanlarla yanaşı, onu alanlar da məsuliyyətə cəlb olunmalıdır”. Sahibkarlar bildirirlər ki, bu gün elə bir vəziyyət yaranıb ki, ət kəsimi məntəqələrinin heyvan aparıb kəsdirməyin anacaq quruca adı var.Ancaq bu vəziyyətdən sui-istifadə edib pul qazanan vəzifəli şəxslər var.

Hər gün onların nümayəndələri satış məntəqələrinə gəlib ət və ət məhsullarına möhür vurub haqqını almaqla işlərini görmüş hesab edirlər. Amma realda ölkə ərazisində iri və xırda buynuzlu heyvanların kəsimi müvafiq olaraq stasionar, modul və mobil tipli müasir ət kəsim məntəqələrində həyata keçirilməlidir. Bunu çıxışlarında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli dəfələrlə səsləndirib. Amma bu günə kimi Gəncə və ətraf rayonları əhatə edən ət kəsimi məntəqlərinin adlı siyahısı açıqlanmayıb.

Halbuki, Gəncə şəhərinin, həm də rayonların əhalisinin sayına və orada yerləşən heyvandarlıq təsərrüfatlarına görə müəyyənləşdirilməlidir ki, hər bir zonada neçə ət kəsimi məntəqəsi fəaliyyət göstərməlidir. Gəncəbasar ərazisində hazırda fəaliyyət göstərən ət kəsim məntəqələrinin sayı və onların sanitar-gigiyenik durumu, vəziyyəti barədə bir dəfə də olsun ki,monitorinq aparılmayıb.Aparılıbsa da, bu barədə ictimaiyyətə məlumat verilməyib. Əgər verilməyibsə,səbəb nədir? Hazırda fəaliyət göstərən məntəqələrin sayı nə qədərdir və Azərbaycan ərazisi üzrə nə qədər kəsim məntəqələrinə ehtiyac var.

Belə olan halda həmin kəsim məntəqələrinin stasionar, modul və ya mobil tipli olmasını sahibkarları özləri müəyyənləşdirəcək. Əhalidə yanlış düşüncə tərzi yaranıb ki, iri və ya xırda buynuzlu heyvan onun gözü önündə kəsilirsə, bu daha yaxşı ət hesab olunur.Əslində isə belə deyil. Qida məhsulları risklərə görə müəyyənləşdirilir, bunlar arasında ən yüksək riskli məhsullar heyvan mənşəli məhsullar hesab olunur. Bilavasitə zonoz infeksiyalarının yayılması isə əhalinin sağlamlığını ciddi təhlükə qarşısında qoya bilər.

Müvafiq sanitar qaydalara görə ət kəsimi məntəqələrində kəsilən ətdə hər hansı problemin mövcudluğu öncədən müəyyənləşdirlməlidir. Konkret desək, iri və xırda buynuzlu heyvanlar kəsildiyi andan baytarlıq nümunələri götürülməlidir(kağız üzərində yox, əməli olaraq).Çünki onların daşıdıqları zonoz infeksiyaları həddindən artıq təhlükəlidir. Heyvanı kəsən və alan şəxslər bilməlidir ki həm özlərini, həm ailə üzvlərinin sağlamlığını ciddi təhlükə qarşısında qoyurlar.

Ət kəsimi məntəqələrində müvafiq baytarlıq, sanitar ekspertiza laboratoriyaları təşkil olunmaqla kəsimdən sonra da heyvanların sağlamlığı ciddi ekspertizalara cəlb olunmalıdır. Bundan sonra satışa və ya istehsala ət məhsulları yönəldilə bilər. Bəs görəsən yuxarıda qeyd etdiyimiz qaydalara zidd olaraq ət kəsiminə Gəncə Regional Bölməsi niyə göz yumur?

Sözügedən regional bölmənin nəzarətinə aid rayon və kəndlərdə qəssablar ət kəsimini keçmişdəki qaydalarla-baytarlıq-sanitar və sanitar-gigiyenik normaların ciddi şəkildə pozulduğu, antisanitar şəraitdə aparırlar. Ətlərin daşınmasında heç bir sanitar-gigiyenik qaydalar gözlənilmir. Xüsusi geyim formalarından demək olar ki, istifadə olunmur. Başları açıq, üzləri tüklü, əlləri kirli qəssablar əhalinin sağlamlığını göz görə-görə təhlükəyə atır. Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional Bölməsi isə öz aləmindədir.

İnfeksiyanın tüğyan etdiyi bu dönəmdə əhalinin sağlamlığının hər an təhlükədə olması onların heç vecinə də deyil. Redaksiya olaraq apardığımız müşahidələr zamanı o da məlum oldu ki, Regional bölmənin haqq-hesab yığanları qəssab dükanlarına gəlib kəsilmiş ətə möhür vurmaqla işlərini bitimiş hesab edirlər. Necə deyərlər onları vətəndaşların sağlamlığı deyil, rahatlıqla qazandıqları paralar düşündürür.

Məlumat üçün bildirək ki, iri və xırda buynuzlu heyvanlar spesifik nəqliyyat vasitələrində daşınmalıdır. Həmin heyvanların daşındığı andan sonra dincəlməyə buraxılmalı, onların bədənində keçirdikləri həyacan hissi nəticəsində yaranan adrenalinin miqdarı azaldıqdan sonra onların əti istifadə üçün qənaətbəxş ət hesab oluna bilər. Amma yenə də suallar biri-birini əvəz edir. Bu qaydalara kim və necə nəzarət edir? Gəncə Regional Bölməsi niyə öz xalqının sağlamlığına düşməncəsinə yanaşır?

AZƏRBAYCANREALLIĞI.COM
 

           
Ardını oxu...
Sözün düzü, Qafqaz Müsəlmanları İdarəsinin ( QMİ ) Tovuz rayonu üzrə SABİQ səlahiyyətli nümayəndəsi, Tovuz Rayon Dini Icmasının sədri, rayonun KEÇMİŞ axundu, Hacı Nəriman Behbud oğlu İbayev barəsində sosial şəbəkədə yayılan video və məlumatlarla tanış olanda məəttəl qaldıq. Guya Allah adamı olan hacı Nəriman şəhid və qazi ailələrinə qarşı hörmətsizlik edir. Bu hələ harasıdır..?
Özünü Allah adamı kimi qələmə verən Hacı Nəriman İbayev Allahın evi olan məscidi natəmiz, antisanitariya vəziyyətində saxlayır. Bu adama başa salan yoxdur ki, Peyğəmbər Əfəndimiz Məhəmməd Rəsulullah buyurub ki...TƏMİZLİK İMANDANDIR...yəni təmizlik olmayan yerə imandan danışmaq yersizdir... Bütün bunlarla bərabər Hacı Nəriman İbayevin dövlətin üçrəngli bayrağını ayaqlar altına atması dözülməzdir. Və üstəlik Hacı Nəriman İbayev hətta dövlətin birinci şəxsi ilə bağlı kitabları da ayaqlar altına atıb...toz-torpaq içərisindədir...
Bəli, belə bir adamı keçən il, yəni 2022-ci ilin dekabrında Tovuz rayonundan çıxarıb Bakı şəhərinə gətirdilər. Bəli, artıq Tovuz camaatı Hacı Nərimanın əlindən bezmişdi və onsuz da onu rayondan qovacaqdılar...
Deməli, Qafqaz Müsəlmanları İdarəsi HACI Nəriman İbayevi Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsinin axundu təyin edib. Və bütün problemlər də bundan sonra başlayıb. Redaksiyamıza təşrif buyuran Zabrat sakinləri deyir ki, axund Nəriman İbayev məscidə gələn sakinləri, namaz qılmaq istəyənləri şantaj edir, onları hədələyir, hətta deyir ki, 15-ci Polis Bölməsinə deyərəm gəlib sizi apararlar...Axund öz çirkin məqsədləri üçün müxtəlif hüquq-mühafizə orqanlarının adından istifadə edir... Yəni bu adam Allah adamından çox şantaşyora oxşayır. Hacı Həriman bir az da uzağa gedərək “siyasi quş” buraxır və deyir ki, buranı Nardarana çevirərəm haa... Hacı Nəriman barəsində Zabrat sakinlərindən olan bir ziyalı yazır ki, bu təyinat Zabratlılara arxadan vurulan xəncər kimi ağırdır: “Bakının 32 kəndi haqqında yazılan bir meyxanada Zabratın AMAN YERİ yeri olması xüsusilə vurğulanır. Bu qəsəbənin yerli sakinləri, həqiqətən də, aman əhlidilər. Xüsusilə də, burada yaşamağa gələn imkansız insanlara qarşı. 60 illik ömrümün son 40 ili bu qəsəbədə keçib. Həyat yoldaşım bu kənddəndir. Övladlarım bu kənddə böyüyüb boya-başa çatıblar. Tam səmimi şəkildə deyirəm ki, Zabrat camaatında olan qürur hissini mən başqa regionlarımızda görməmişəm. Lap acından ölsələr də belə nəinki özgəyə, heç doğma adamlarına belə əl açmazlar. Bu cammaat heç öz dərdi - sərini həll etmək üçün hökuməti belə NARAHAT ETMİR. Zabratlı ziyalı yazır ki, Zabratın axundunu dəyişib onun yerinə Nəriman İbayevi təyin etmək Zabrat camaatına təhqirdir: “Məlum olan budur ki, özü İmişlidəndir. Hansı yollasa Tovuzda bir məcidə axund təyin edilib. Axund olduğu məscidi çox bərbad vəziyyətə salıb. Əhali ilə dil tapa bilməyib oradan uzaqlaşdırılıb”.
Sözün qısası, Zabrat məscidində vəziyyət gərgindir. Zabratlılar deyir ki, müqəddəs məkanı Nəriman kimilərə etibar etmək olmaz.
gundelik baki.com
 

Dünyapress TV

Xəbər lenti