Ardını oxu...
Hörmətli oxucular,birdən elə zənn edərsiniz ki, respublikamızda təzə ,özü də bərkgedən yeni bir bazar açılıb, onun da başında çox hörmətli,izzətli, bazar qanunlarının mahir və nadir bilicilərindən olan, haqqında söhbət açmaq istədiyimiz Fazil Alməmmədov dayanır. Başlayarlar onunla əlaqə imkanlarını, bazarda münasib yer əldə etmək məqsədilə tanışlıq əlaqələrini axtarmaga. Yox canım, nə qoyub nə axtarırsınız. Fazil bəy elə xırda mal alveri edən kiçik ranqlı”sahibkarlardan “deyil.

F.Almımmədov “can alver”i edən tanınmış baqqallarımızdan “, yoxe, çaşdım,əlibıçaqlı, şərəfli, Hippokrat andlı ağxalatlı həkim olsa da,adamlara qara gün “yazan,”adına “ziyalı” deyilən birisidi.Özü də Bakıda dünənimizin məşhur tibb ocaqlarından olan Nərimanov rayonundakı 5 saylı xəstəxananın başbiləni, yəni baş həkimi vəzifəsini 2917-ci ildən, yəni əvvəlki baş həkim Ziya Əsədovun vəfatından sonra məngirlıyib.O zamankı səhiyyə naziri möhkəm dostluq əlaqələri olan Oqtay Şirəliyevin sayəsində “bəylər bəyi”olub.
Amma aradan neçə il keçməsinə baxmayaraq sosial şəbəkələrdə xəstəxananın rəhbər kadrlarının kimliyini araşdıranda köhnə kadrların ad və soyadları ilə üzləşirsən.Bunun niyə belə olduğunu ha baş sındırdıqsa da tapa bilmədik.Bəlkə tənbəllik ediblər indiki reallığı orada ifadə etməyə ?Bu və ya digər sizi maraqlandıran suallara cavab tapmaq üçün Fazil Alməmmədovla, və yaxud müavinləri ilə əlaqə saxlamaq fikrinə düşsəniz kefinizə əməlli başlı “soğan dogranacaq.”Nuyyətiniz ürəyinizdə qalacaq.Dəstəyi o başdan kimsə çətin ki, qaldıra.
“Bəylər bəyi”F.Almımmədov atalar demişkən “köhnə bazara təzə nırx qoyub”.
Fazil Alməmmədovun adamların “can bazarı” adlandırdıqları bu tibbi müəssisəsi əslində dövlət tabeliyində oldugu üçün pasiyentlərə pulsuz tibbi xidmət göstərilməlidir.Amma biz nə görürük?Bu xəstəxananın qapısından içəri girən hər kəsin cibləri gərək dolu ola.Tibb bacısını “gör”,sanitarkanı “gor”, həkimi “gör,”adi şprisdən dava -dərmana kimi qaç aptekdən al, bütün analizlərin, tibbi yoxlamaların -MRT,UZİ , əməliyyatın, dünyaya gələn uşağın və sairənin pulunu ödə, daha ,nələr, nələr…Elə zənn elə ki,”Sədərək”və ya”Binə”bazarına gəlmisən, nəyin var qoyub gedirsən.
İntəhası həmin bazarlardan cibiboş qayıtsan da,əlin dolu olur.’Bəylər bəyinin “bazarından isə canını salamat götürüb qaçanın adına “igid “söyləyirlər.
İndi bildinizmi ki, Fazil Alməmmədovun “igidləri”kimlərdir, hörmətli oxucular?
Hələ bu da hamısı deyil ha.
Bu tibb ocağına respublikanın hər yerindən insanlar üz tuturlar. Onların bir qisminə lazım olan əməliyyat və ya müalicəni almaq üçün aidiyyəti tibbi ünvana biradan göndəriş verib yollayırlar, bir qismi isə orada analizlər verib tibbi müayinələrdən keçirlər.Səhər tezdən axşama kimi növbə əlindən tərpənmək olmur, bir həngamə ,”dartma yaxam cırıldı”olur ki, gəl görəsən.Bu qələbəlikdən salamat çıxanların da adını”igid “çagırmamaq tərəfimizdən günah iş tutmuş kimi qiymətləndirilə bilərdi.
Bəli, bu xəstəxanada al, ver bir yana, yanlış müalicə , əməliyyat olunanların şikayət məktubu ünvanlamadığı insansya da qalmayıb.Cismani şikəst edilənlərin mənəvi şikəst F.Almmımmıdova “çox sağ olu”ancaq qarğış -nalədən ibarətdir Bu yerdə xəstəxana haqqında şikayət yazanların bitinin dedikləri yadıma düşdü.Bilmirsən güləsən,ya aglayasan o sözlərə.Yazır ki,bu tibb ocağında bədəninin bir üzvünü əməliyyat etdirmək istəyənin həmin üzvünün yerinə başqa üzvünü “operasiya”edir, yaxşı ki,başqa
şeyini kəsib götürmürlər.
Qulagımıza çatan söz -söhbətlərə görə deyəsən “igidləri”bəylər bəyini tezliklə ikiəlli bərk -bərk yapışdıgı vəzifə kredlosindan qoparmaq xətti götürüblər.Niyyətləri çin olar inşəallah.
 //aktualxeber.az//
Ardını oxu...
Ucar rayonu Alpı kənd sakini Rüstəmov Mikayıl Əlisaab oğlu tərəfindən

ŞİKAYƏT

Ucar rayon İcra və Probasiya Şöbəsinin rəisi Ziya Məmmədov vəzifəsindən sui-istifadə edərək rüşvət müqabilində mənim işlətdiyim traktorun üzərinə qanunsuz həbs qoyub.Buna görə əkinin qızğın bir vaxtında mən işsiz qalmışam.Hansı ki, himayəmdə iki əlil övladım var.

Belə ki, Azərbaycan Respubliaksı Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və Texniki Bitkilər Elmi Təhqiqat İnsitutu Ucar Şirvan Təcrübə Stansiyasına məxsus Lova markalı traktoru 2020-ci il tarixdən işlədirəm.
İdarənin dövlətə olan borcunun yerinə həmin Lova markalı traktorunun üzərinə həbs qoyulub.Hansı ki, idarədə Lovo traktorundan başqa yüzlərlə texnika və avadanlıqlar olduğu halda Ucar rayon İcra və Probasiya Şöbəsinin rəisi rüşvət müqabilində İdarəsinin rəisi Qəhrəma Qəhrəmanovun sifarişi ilə mənim idarə etdiyim Lovo markalı traktorun üzərinə həbs qoymuşdur.Hansı ki, idarədə çoxlu sayda avadanlıqlar texnikalar var.İdarəinin 44000 manat borcu var mənim idarə etdiyim Lovo markalı traktorun isə 140 000 manat qiyməti var.
Azərbaycan Respubliaksı Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və Texniki Bitkilər Elmi Təhqiqat İnsitutu Ucar Şirvan Təcrübə Stansiyasının direktoru Qəhrəman Qəhrəmanov əvvəllər məhkum olunub indi isə idarənin əmlakını talan etməklə məşğuldur.Təkcə bu il götürdüyümüz 140 ton taxılı sataraq mənimsəyib. Əkinin qızıgın bir vaxtında Lovo markalı traktorun üzərinə sifarişlə həbs qoyulması cinayət əməli hesab olunur ki, bunu Ucar rayon İcra və Probasiya Şöbəsinin rəisi Ziya Məmmədov etmişdir.

Mənim himayəmdə iki əlil övladım var.Mən Lovo markalı traktoru sürüb pul qazanıb ailəmi dolandırırdım.İki dələduz Ziya Məmmədov və Qəhrəman Qəhrəmanov əlbir olub dövləti içindən dağıdırlar.Onların fəaliyyəti obyektiv araşdırlarsa cinayət əməli ilə məşğul olmaları subut olunacaq.
Ucar rayon İcra və Probasiya Şöbəsinin rəisi Ziya Məmmədovun qanunsuz fəaliyyəti nəticəsində Ucarda çoxlu sayda məhkəmə qətnamələri indiyə qədər icra olunmayıb.Çünki o borclu tərəfdən pul alıb onlar barədə heç bir tədbir görmür.
Azərbaycan Respubliaksı Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və Texniki Bitkilər Elmi Təhqiqat İnsitutu Ucar Şirvan Təcrübə Stansiyasının direktoru Qəhrəman Qəhrəmanov isə saxta sənəlrə tərtib etməklə idarənin əmlakını talan edir.

Xahiş edirəm hər iki vəzifəli şəxsin fəaliyyəti tam, hərtərəfli və obyektiv yoxlanılıb barələrində ciddi tədbirlər görəsiniz.
Teref.az olaraq aadları çəkilən şəxslərində mövqeyini dərc etməyə hazırıq!
 
Ardını oxu...
Neçə müddətdir ki, ölkənin QHT sektorunda bir təlatüm müşahidə olunmaqdadır. Əsasən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyevin ünvanına səslənən ittihamlarla müşaiyət oluann bu proses müəyyən bir dönəmlik səngimiş kimi göründü. DİA.AZ bildirir ki, amma son açıqlamasında "Heç bır məsələ sakitləşməyib" deyən İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli olduqca ağır ittihamlar səsləndirməklə sözügedən prosesi yenidən canlandırmış olub.

"Cəmiyyətdən, dövlətdən, prezidentdən gizlədilən həqiqətləri bır-bır üstünün açılmasına çalışacağam" deyən İSBAM sədri eyni zamanda hüquq-mühafizə orqanlarını da açıqladığı faktların araşdırılmasına dəvət edir.

DİA.AZ Samir Adıgözəllinin məlum ittiham dolu və həm də anons xarakterli açıqlamasını təqdim edir: "Hazırda bır sualla QHT Agentliyinə , Agentliyin Müşahidə şurasına, sədr Azay Quliyevə, icraçı direktor Aygun Əliyevaya üzümü tuturam:

Ötən il "Şuşa ili " münasibətilə nəzərdə tutulmuş "Heydər Əliyevin Şuşa sevgisi " adlı layihənin taleyi necə olub?
Bilirəm bu suala heç bırınız cavab verə bilməyəcəksiniz Odur ki , bu məsələ ilə bağlı qısa məlumatı ictimaiyyətə açıqlayıram .
"Heydər Əliyevin Şuşa sevgisi " adlı layihəyə 35000 manat pul ayrılıb. Şuşada keçirilməsi nəzərdə tutulan tədbir keçirilməyərək saxta hesabatla ayrılan vəsait mənimsənilib.

Belə bır tədbirlə bağlı KİV də heç bır məlumat yoxdur.
Qeyd edım kı, mövzu QHT agentliyinin öz layihəsi olub.
Burada hansı formada saxtakarlıqlar həyata keçirildiyini faktlarla sübut edəcəm. Müvafiq dövlət qurumlarını məsələni ciddi araşdırmağa çağırıram".

Göründüyü kimi, bu, başlanğıcdır... Hələ daha konkret və ağır ittihamlar irəlidədir...

Məsələ ilə bağlı TEREF.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Ardını oxu...
Son günlər gündəmi işğal edən mövzulardan birinin və bəlkə də birincisinin Qarabağ savaşı ilə bağlı 2-ci dərəcə əlilliyi müəyyən edilmiş Binnət Əsədovun eldə “qanpulu” deyilən sığorta ödənişinin yarısının -3300 manatının Beynəlxalq Bankın borc adına mənimsəməsi olması manşetlərdən bəlli edir. Peşəkar müalicəyə , əməliyyata ehtiyacı olan zavallı Qarabağ qazisinin “qanpulu”nu yeyən Beynəlxalq Bank nə savaş əlilinin diləyinə baxır, nə də qanuna, Konstitusiyaya. Baxsaydı, özbaşınalıq etdiyinin “İcra haqqında” qanuna qarşı olduğunu bilərdi. Demirik utanardı, bank(lar)da utanan üz nə gəzir, bəlkə qanunun aliliyindən, məsuliyyət daşıyacağından çəkinərdi.
“İcra haqqında” Azərbaycan Respublikası Qanunun 68.1.2 maddəsində, rus demiş, ağ-qara xətlə yazılıb:
“TƏLƏB – BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİ İCRA EDƏRKƏN ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZ”
Bu qanun, bu Konstitusiya , bu da icra məmurlarının, bankların borc adına Vətəni müdafiə edən Qarabağ qazilərinin xəsarətlərinə görə ödənilən sığorta , pensiya, müavinəti – “qanpulu”nu mənimsəməsi. Bəs Qarabağ qazisinin hüququnu kim qorumalıdır? Beynəlxalq Bankın özbaşınalığına kim hüquqi qiymət verməlidir? Hələ ki nə dövlət hakimiyyəti, nə hüquq mühafizə orqanları, nə Ombudsman – insan hüquqları üzrə müvəkkil ( bu günlərdə Prezident əlillərin hüquqlarının qorunmasını da Ombudsmana tapşırıb – M.B.) konkret addım atır.
Mediada yayılan qanunsuzluqlarla bağlı , özəlliklə, hüquq mühafizə orqanlarının araşdırma aparması qanunvericiliyin tələbidir. Əlil-istehlakçı hüquqlarını bankın pozmasına görə isə, Mərkəzi Bankın, İqtisadiyyat Nazirliyinin uyğun qurumları məhkəməyədək müraciət etməyə borcludurlar. Düzdür, Beynəlxalq Bankın məhkəmə toxunulmazlığı “hüququ” var, amma baxır iddianı kim qaldırır: İstehlakçıların hüquqlarını qorumalı olan dövlət qurumu, yoxsa, yataqda canı ilə əlləşən, “qanpulu”ndan dələduzluqla məhrum olunan Qarabağ qazisi ?!
Bankın özbaşınalığına son qoyan , Qarabağ qazisinin “qanpulu”nu özünə qaytaran olacaqmı? Özbaşınalıq qarşısında qanun da, Konstitusiyada acizdir. Bəs qazilər baştacı idilər, niyə ayaqaltı edilirlər? Bəs əlil-qazi təşkilatları hara baxır? Suallar , suallar, ritorik suallar...
Məğrur Bədəlsoy
Ardını oxu...
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovka bağlı "tiktok"da paylaşılan bu video gündəm oluib.
Hurriyyet.Az xəbər verir ki, icra baçısının öz adlna olan 99 FF 099 dövlət nömrə nişanlı “Rang Rover” markalı avtomobili ilə çəkilmiş fotosunun da olduğu video rolik hazırlanıb.
Videoda "Elə rahat ol ki, narahat olsunlar!" sözləri qeyd edilib.
Həmin paylaşımın postunda bəziləri icra baçısını tərifləsə də, bəziləri onu qınayıb.
Qeyd edək ki, həmin avtomobilin bazar dəyəri 250 min manatdır.
Xatırladaq ki, Azərbaycanda icra başçılarının vəzifə maaşları 1500-1925 manat arasında dəyişir.

Həmin videonu təqdim edirik:

 
Ardını oxu...
Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyinin “Abadlıq işlərinin satınalınması” ilə bağlı ekan etdiyi tender baa çatıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, tenderin qalibi “QARA QAYA” MMC olub. Tərəflər arasında 571.962,2 AZN-lik müqavilə imzalanıb.

Bildirək ki, “QARA QAYA” MMC-nin nizamanmə lapitalı 2 AZN, qanuni təmsilçi Əliyarov Aydın Əliyar oğludur.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, 2010-cu ildən bu vəzifədədir.

Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin isə rəisi İsmayılov Namizəd Ismayıl oğludur.
 
Ardını oxu...
"Azərbaycan Reallığı"na videomüraciət edən Qaziyeva Sevinc Tofiq qızı bildirir ki, 2016 cu ildən 2020-ci ilə kimi "Ovçular Ət və Ət məhsulları MMC" -da eyni zamanda üç vəzifədə hələ üstəlik həkimlik vəzifəsində icra edib öz bilik və isdedadımla işimi lazım olan səviyyədə aparırdım, özüm kimya elimləri namizədiyəm.

Mən işə təzə başlayanda əti analizin etməyə icazə vermirdilər daha sonra Sevinc Qaziyeva bildirir ki, bir gün əti analiz edəndə ətdən mikrob çıxıb.

Bu barədə müdiriyyətə məlumat verdim, buna çox qeyi-adi bir münasibət bəslədi, məni dahada günahkar çıxararaq iradla bildirdi ki, Əti Qida Təhlükəsizlik yoxlayıb sən niyə yoxlayırsan? Xoş münasibət bəsləmədən direktor "mənə de, mal ətində ət olur?" deyib məni otaqdan çıxardılar.

Daha sonra müəssisəyə gələn əti məni bir daha yoxlamağa icazə vermədilər.

Baytar vəzifəsinə təyin olunandan sonra isə kəskin şəkildə dedilər ki, sən əti yoxlamayacaqsan. Mən də etiraz etdim, mən baytaram ətin emalını yoxlamağa niyə icazə vermirsiz? səbəbin izah edə bilmədilər daha sonra başa düşdüm bunlar oradan-buradan mənşəyi məlum olmayan ətlər alırlar, onun içində Leş Tofiqin də ətləri olur. Əsasən ətlər Leş Tofiq kimi tanınan şəxsdən alınır - deyə şikayərçi Sevinc Qaziyeva bildirib...

Daha ətraflı aşağıdakı videoda:



"Azərbaycan Reallığı"
 
Ardını oxu...
Bir çox sahələrdə olduğu kimi ölkənin təhsil sektorunda da məmur özbaşınalığı, vətəndaşların incidilməsi, rüşvət və korrupsiya faktları tüğyan edir. Mütəmadı olaraq bu cür faktlarla bağlı vətəndaşlar tərəfindən redaksiyamıza şikayət məktubları daxil olur. Bu şikayətlərdən biri də Xırdalan şəhər 9 nömrəli məktəb haqqındadır.

Qanunvericiliyimizdə də qeyd olunduğu kimi, məktəb direktorunun başlıca vəzifələrindən biri məktəbdə sağlam psixoloji mühiti qurmaqdır. Direktorla məktəb kollektivi arasında olan müzakirələr öz konfidensiallığını qorumalıdır.

Xırdalan şəhər 9 nömrəli məktəbin direktoru Həcər İbrahimova məktəbdə sağlam-psixoloji mühit qura bilmədiyi kimi, üstəlik xaotik vəziyyət yaradıb. Müəllimlər onun qanunsuzluqları barədə aidiyyatı qurumlara məlumat verdikdə həmin müəllimlərin həssas nöqtələrini taparaq onları hədələyir. Həmçinin bu şəxs iclas keçirdərək iclasda təhsil məsələlərini kənarda qoyub, onu şikayət edən müəllimlərin gözünü qorxutmağa çalışıb.

Həcər İbrahimova ona qarşı çıxan müəllimlərə qarşı direktor müavinləri ilə birlikdə məktəbdə təxribat yaradır. Təxribatın nəticəsidir ki, həmin müavinlər, müəllimlər səhlənkar və işini düzgün yerinə yetirməyən təhsil işçiləri kimi qiymətləndirilir. Təhsilimizi qara günə qoyan direktor Həcər İbrahimova onu şikayət edən müəllimlərin bütün şəxsi, gizli məlumatlarını paylaşır. Bu şəxs öz vəzifə səlahiyyətlərindən sui-istifadə edir. Sistemdə şagirdlərə imtina verilir. Bu səbəbdən məktəbdə şagird sayı azalır. Direktor müavini Kəmalə Cəfərova qeyri-qanuni olaraq sinif rəhbərliyi edib. Lakin bunu boynuna götürmür.
Direktor özünün adına 12 saat dərs saatı yazdırıb, lakin həmin dərsləri də tədris etməyib. Bununla bağlı heç bir tədbir görülmür.
Kollec təhsilli Kəmalə Cəfərova ibtidai siniflərin bağlanılmasını təklif edir. Bu direktor müavini gözünə xoş dəyməyən müəllimin sinfinin bağlanmasını tələb edir.
Məktəb direktoru və bəzi müavinləri məktəbi avtoritar rejimdə idarə edirlər.
Qanunvericiliyə əsasən məktəbdə normal əmək, elmi-pedoqoloji iş və təhsil şəraiti müasir standartlara cavab verən texnologiyalarla təmin olunmalıdır.
Lakin bu məktəbdə direktor sinif otaqlarını müəllimlərə öz evi kimi verir. İmkanı yaxşı olmayan müəllimlər icazə və xahişsiz, digər müəllimin razılığı olmadan invertarlardan, promethan lövhələrdən istifadə edə bilmirlər.

Vəzifə heç kimə ixtiyar vermir ki, avtoritar rejimlə iş prinsiplərini həyata keçirsin.
Hətta məktəbdə müəllimlər arasında dava da düşüb. Belə ki, tədris işləri üzrə direktor müavini Cəfərova Kəmalə ilə məktəbin riyaziyyat müəllimi arasında, ağır ittihamlarla, təhqirlərlə dolu söz davası olub. Onlar hər kəsin gözünün qarşısında nalayiq ifadələr işlədiblər.

Şəkillərdə göründüyü kimi, məktəb direktoru və direktor müavini himn oxunan zaman əllərini sinələrinə qoymayıblar. Bu da həmin məktəbdə dövlətçiliyimizə qarşı hörmətsizliyin əlamətidir.
Bu direktor və onun müavinlərinin qanunsuzluqları barədə aidiyyatı qurumlara məlumat verilib.
Ümid edirik ki, bu şəxslər barədə tezliklə tədbir görülər.



TƏHSİL MEDİA
 
Ardını oxu...
Yeni Klinikada kütləvi işdən çıxarmalara başlanılıb.

Cumhuriyyet.az-a daxil olan məlumata görə, TƏBİB-in İdarə heyətinin sədri Vüqar Qurbanovun Yeni Klinikaya təyin etdiyi Barat Yusibovun təyinatından sonra klinikada ciddi şəkildə işdən cixarmalar həyata keçirilir.

Məlumat üçün onu da bildirək ki, səhiyyə sistemində peşəkarlığına görə nüfuz qazanmış C.Paşayevin B.Yusibovla əvəzlənməsi birmənalı qarşılanmamışdı. Çünki Barat Yusibovun adı dəfələrlə müxtəlif qalmaqalda hallanıb. Məsələn, 2021-ci ildə Bakıda fəaliyyət göstərən "EGE Hospital”da əməliyyat olunan Fatimə Əli qızı Xuçinayeva komaya düşüb. Xəstənin qızı Eren Xuçinayeva o zaman mətbuata açıqlamasında bildirmişdi ki, anasının bu vəziyyətə düşməsində "EGE Hospital”ın təsisçisi Barat Yusifov, onun xanımı Gültəkin Yusifova və baş həkim Aqil Ağakişiyev təqsirkardır. Bu ilin martında isə həkim nefroloq Barat Yusubovun səhlənkarlığı ucbatından sevilən aparıcı, pedaqoq Rəna Bayramqızı həyatını itirib. Belə bir şəxsin "Yeni Klinika” kimi tibb müəssisəsinə rəhbər təyin olunması təəccüb doğurmaya bilməz.

Amma ötən ayın əvvəllərində TƏBİB-in direktor vəzifəsini icra edən Cavid Paşayevin müqaviləsinə xitam verildikdən sonra V.Qurbanov Yeni Klinikaya öz adamını yerləşdirməyi bacarır. Cavid Paşayev ilə elə də isti münasibətləri olmayan V.Qurbanov direktor vəzifəsini icra edən Baş Həkim C.Pasayevin müqavilə müddətini uzatmir. Eyni zamanda cumhuriyyet.az-a daxil olan məlumata görə B.Yusibovun təyinayindan sonra klinikada hər gün kütləvi işdən cixarmalar olur. İşdən çıxarılan işçilərə isə ərizə yazaraq öz istəkləri ilə işdən çıxmaları ilə bağlı bildiriş edilir. İşçilər də münaqişəyə getməyərək öz ərizələri alinaraq işdən çıxarılır. İyulun son 20 günündə demək olar ki, əsas şöbə müdirlərinun ərizələri alinaraq işdən çıxarılıb. Yeni rəhbərlik bütün əsas strateji postlara öz adamlarını yerləşdirməyi hədəfləyiblər…

  

Ardını oxu...
Daha bir rüşvət görüntüsü yayıldı:Nəqliyyat Departamentinin əməkdaşları sürücülərdən belə pul topladı – Gizli çəkiliş
Nəqliyyat Departamentinin Şəki rayonunda fəaliyyat göstərən əməkdaşları rayon ərazisində hərəkətdə olan nəqliyyat vasitələrinin sürücülərindən müxtəlif bəhanələrlə pul toplayır.

7Times.az-a Şəki rayon 1-ci Tala kənd sakini Canqayev Zəkəriyyə Şamil oğlu tərəfindən çəkilərək göndərilən göüntülərdə də departamentin xidmətdə olan Rəfael və Hüseyn adlı iki əməkdaşının sürücü Zəkəriyyə Canqayevi saxlayaraq ondan qeyri-qanuni olaraq pul almaları açıq aydın görünür.Sürücünün 7Times.az-a verdiyi məlumata görə həmin şəxslər ondan müxtəlif vaxtlarda dəfələrlə pul alıblar.

 
 
 

Dünyapress TV

Xəbər lenti