Barat Yusibovun “Yeni Klinika” macəraları: Vüqar Qurbanova güvənib nələr edir?
Yeni Klinikada kütləvi işdən çıxarmalara başlanılıb.

Cumhuriyyet.az-a daxil olan məlumata görə, TƏBİB-in İdarə heyətinin sədri Vüqar Qurbanovun Yeni Klinikaya təyin etdiyi Barat Yusibovun təyinatından sonra klinikada ciddi şəkildə işdən cixarmalar həyata keçirilir.

Məlumat üçün onu da bildirək ki, səhiyyə sistemində peşəkarlığına görə nüfuz qazanmış C.Paşayevin B.Yusibovla əvəzlənməsi birmənalı qarşılanmamışdı. Çünki Barat Yusibovun adı dəfələrlə müxtəlif qalmaqalda hallanıb. Məsələn, 2021-ci ildə Bakıda fəaliyyət göstərən "EGE Hospital”da əməliyyat olunan Fatimə Əli qızı Xuçinayeva komaya düşüb. Xəstənin qızı Eren Xuçinayeva o zaman mətbuata açıqlamasında bildirmişdi ki, anasının bu vəziyyətə düşməsində "EGE Hospital”ın təsisçisi Barat Yusifov, onun xanımı Gültəkin Yusifova və baş həkim Aqil Ağakişiyev təqsirkardır. Bu ilin martında isə həkim nefroloq Barat Yusubovun səhlənkarlığı ucbatından sevilən aparıcı, pedaqoq Rəna Bayramqızı həyatını itirib. Belə bir şəxsin "Yeni Klinika” kimi tibb müəssisəsinə rəhbər təyin olunması təəccüb doğurmaya bilməz.

Amma ötən ayın əvvəllərində TƏBİB-in direktor vəzifəsini icra edən Cavid Paşayevin müqaviləsinə xitam verildikdən sonra V.Qurbanov Yeni Klinikaya öz adamını yerləşdirməyi bacarır. Cavid Paşayev ilə elə də isti münasibətləri olmayan V.Qurbanov direktor vəzifəsini icra edən Baş Həkim C.Pasayevin müqavilə müddətini uzatmir. Eyni zamanda cumhuriyyet.az-a daxil olan məlumata görə B.Yusibovun təyinayindan sonra klinikada hər gün kütləvi işdən cixarmalar olur. İşdən çıxarılan işçilərə isə ərizə yazaraq öz istəkləri ilə işdən çıxmaları ilə bağlı bildiriş edilir. İşçilər də münaqişəyə getməyərək öz ərizələri alinaraq işdən çıxarılır. İyulun son 20 günündə demək olar ki, əsas şöbə müdirlərinun ərizələri alinaraq işdən çıxarılıb. Yeni rəhbərlik bütün əsas strateji postlara öz adamlarını yerləşdirməyi hədəfləyiblər…

Bölmənin digər xəbərləri

05 Fevral 2025 Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..
02 Fevral 2025 Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? - Yegerin oğlu dəstə yaradıb
02 Fevral 2025 Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
02 Fevral 2025 Baba Rzayevin "özəl" kadrı Yusifov Üzeyir 2 qız övladına niyə sahib çıxmır.. İTTİHAM/FOTO
01 Fevral 2025 “Kristal Abşeron”da “Dövlət içində dövlət qurublar…”-Şikayət

Dünyapress TV

Xəbər lenti