Ardını oxu...
22 iyul Azərbaycanda milli mətbuat və jurnalistika günü kimi qeyd olunur. 149 il qabaq 1875-ci ilin bu günündə Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin ana dilində nəşr olunması mətbuatımızın milliliyinin əsasını qoyub. Toplam 56 sayı işıq üzü görən “Əkinçi”nin “əkdiyini” millətimiz cəmi iki il “biçmişdi”. İndi milli mətbuatımız nə “əkir”, onun “əkdiyini” kim necə biçir? Nə yazıq, bu gün peşəkar “əkinci”lərin qələmləri qandallanıb, səsləri qazamatdan da eşidilmir. İndiyədək Azərbaycanın həbsxana divarları bu qədər jurnalistə hasar olmamışdı.
Bizdə jurnalistlər günü son on ildə dövlət hesabına mənzil təminatı ilə yadda qalıb. Di gəl... Azərbaycan Respublikasının Prezidentinin jurnalistlər üçün nəzərdə tutduğu 3-cü binanın təməlini qoymasından 7 il keçir. Bina 2020-ci ildən jurnalistlərin istifadəsinə hazır olsa da, 2023-cü ilin sonlarında təyinatının dəyişdirildiyi , şəhid ailələri və qazilərə veriləcəyi bildirildi. Dəyişikliyin səbəbi kimi mənzilə ehtiyacı olmayan, əvvəlki iki binadan bütün qohum-əqrabalarını, sürücülərini, katibə-məşuqələrini mənzillərlə təmin edən “görkəmli” mediator”ların rəhbərliyə müraciəti göstərilir. Gerçəkdə isə bu səbəbin bəhanə olduğu, “hamam suyu ilə dost tutmaq” yetkisi bağışladığı gizlin deyil. Özgə əmlakı ilə, başqasının hesabına şəhid-qazi ailələrinə “diqqət və qayğı” sərgiləməyə nə var ki?! Özü də “yetim-yesir” jurnalistlərin hesabına! Belə “diqqət və qayğıkeşlik” prokurorlar üçün ( 2021-ci ildə Xətai rayonunda 160 mənzilli bina istifadəyə verilib), PA işçiləri üçün ( həmin ünvanda 6 girişli 20 qatlı bina) ... tikilən evlərə niyə göstərilmir? Ah, yazıq evsiz-eşiksiz jurnalistlər, peşə bayramınız mübarək, nə yaxşı varsınız! Yoxsa, sizin adınıza tikilən evlərdən məmurlar necə rüşvət qazanardı?
Nə isə, girişdən keçək binanın özünə. Əlbəttə, keçə bilsək. Deyilənə görə, bina ƏƏSMN-in sərəncamına verilib. Di gəl, necə bölünüb, kimlərə verilib, hələ də gizlin saxlanılır. Bu gizlinliksə binanın növbəti yol gizlincə satıldığını ortaya qoyur. Şəffaflıq olmayan yerdə isə korrupsiyanın olması sübuta ehtiyacı olmayan aksiomdur. 5 il qabaq Nizami rayonu, Çobanzadə küçəsində əlil və şəhid ailələrinə tikilən evin gizlin bölgüsündə olduğu kimi. Hələ də bu evin kimə bölündüyü, necə və neçəyə verildiyi bildirilmir. Niyə bildirilsin ki, deməzlər “Qaçqınkom”un mənzillə təmin etdiyi məcburi köçkün əlillərə , Bakının ortasında neçəyə mənzil satmısan?
ƏƏSMN-in jurnalistlərə diqqət və qayğısını danmaq olmaz. Təkcə onu vurğulamaq yetər ki, əvvəllər təkcə nazirliyin özündə bircə mətbuat xidməti vardısa, indi ƏƏSMN tabeliyində yaradılan hər agentliyin, hər filialın özünün ayrıca ən azı üç nəfərlik mətbuat komandası media orqanlarının xidmətindədir. Bircə jurnalist əlil və şəhid ailələrinə nazirliyin mətbuat xidmətində yer yoxdur. Elə jurnalistlərin adına tikilən binada da. Nə qədər Qarabağ qazisi jurnalistlər var, niyə 3-cü “Jurnalistlər evi”ndən mənzillə təmin olunmadılar? Amma nə bilək, bəlkə alıblar, xəbərimiz yoxdur?! Axı bölgü, daha düzü, satış gizlin keçirilib!
149 il qabaq ilk toxumu Həsən bəy “ƏKİB”, millətimiz hələ də “BİÇİR”, məmurlar “YEYİR”...”Əkinçi”lər qazamatla ödüllənir...
Məğrur Bədəlsoy,
Soçi, 22.07. 2024
 
Ardını oxu...
Artıq seçki kampaniyasına start verilib. Namizədlərin sayı durmadan artır. Cənab Prezident İlham Əliyev siyasi iradəni ortaya qoyub ki, özünü buraxmış parlamentə seçkilər ədalətli və azad şəraitdə keçiriləcək.

Lakin hələ seçki təbliğatı başlamamış Ramiz Mehdiyevin ssenarisi işə keçməkdədir. Belə ki, Ağdam 119 saylı Dairədən namizədliyini vermiş Bəxtiyar Əliyevin qutudan deputat kimi çıxacağı barədə əcaib tapşırıqların verildiyi deyilir. Məsələyə aydınlıq gətirilməsi üçün, araz.az olaraq, Ağdamın başçısı Vaqif Həsənovla əlaqə yaratmaq mümkün olmasa da, namizədlərdən biri — Asif Mərzili ilə əlaqə saxladıq. O belə bir halı eşitdiyini təsdiqlədi: “Hazırda rayondayam, dəqiqləşdirib ətraflı məlumat verərəm…”

Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbiri.
 
Ardını oxu...
Vay o günə ki, səhvən Azercell-in internet şəbəkəsinə qoşulasan. Çünki, səhv edib bu sistemə qoşuldun, o halda cibindən çəkilən pulların geri qaytarılması müşkül məsələ olacaq. Bəli, son vaxtlar hər kəs o haqda məlumatlar əldə edir ki, Azercell özünəməxsus oğurluq əməllərindən əl çəkmir, yaxud da əl çəkmək fikrində deyil. Məlumat üçün qeyd edək ki, bugünlərdə WhatsApp vasitəsilə yarım saatlıq danışığımızı, bu Azercell şirkəti bizə çox gördü. Yəni, yarım saat ərzində bu şirkət jurnalist-müştərisini nə az, nə çox, düz 331 manat 33 qəpik xərcə salır. Bu kimi əməllərin nəticəsidir ki, artıq əksər insanların düşüncəsində bu mobil şəbəkəyə qarşı müəyyən inamsızlıq hissi formalaşmaqdadır. Unutmaq olmaz ki,
Azercell şirkəti bir himə bənddir ki, uzun illər ərzində müştərisi olanlara maddi ziyan vursun. Amma, şirkət rəhbərləri bir məqamı unudurlar ki, onlar bü cür gedişlə, yəni müştərilərinin ciblərinə girməklə çox da uzağa gedə bilməyəcək.
TEREF yazır ki, bunu "Gundem Xeber" öz sosial şəbəkə profilində paylaşıb. "Gundem Xeber" daha sonra yazır:
Qeyd edək ki, yaşanan belə bir problemlə bağlı 13-14 iyul 2024-cü il tarixlərində Azercell-in "Qaynar xətt" xidmətinə (012 -490 -52-52; 012-490-49-40) zəng edib lazımi məlumatları versək də, bu günə kimi qarşı tərəfdən heç bir cavab verilməyib. Bu da onu göstərir ki, Azercell-in səlahiyyətlilərini müştərilərinin üzüzə qaldıqları problemlər maraqlandırmır. Şirkət əməkdaşlarını maraqlandıran hal isə, məhz müştərilərin ciblərinə daha hansı yollarla girməyi bacarmaqdır. Əhsən, əhsən, əhsən !!!
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Prezident İlham Əliyev Şuşada keçirilən II Qlobal Media Forumunda çıxış edib

Əlbəttə, insan bəzən çətin qərarlar verməli olur. Şəxsən mən Qarabağı azad edərkən 17 il idi Prezident idim və lazım olsaydı, biz daha 17 il gözləyərdik ki, torpaqlarımızı azad edək. O zaman fərqi yoxdur kim Prezident olacaqdı. Yəni, bunun heç bir fərqi yoxdur.

AYNA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.

Dövlətimizin başçısı, həmçinin deyib: “Bəlkə də bu hadisə 50 il sonra baş verəcəkdi. Yəni, burada insan eqoist olmalı deyil. Bu, mənimlə bağlı deyil. Fərq etməz, lider və prezident kimdir, bu, ləyaqət məsələsi idi”.
 
 
 
Ardını oxu...
“Mən Prezidentlə görüşmüş adamam” deyən Nizami sakini yüzlərlə insanın həyatını təhlükəyə atıb...
Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 51/57 ünvanında yaşayan sakinlər tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət daxil olub.

Şikayətçilər bildirirlər ki, göstərilən ünvanda yerləşən doqquz mərtəbəli binann 3-cü mərtəbəsində yerləşən 41 saylı mənzilin sahibi Məmmədova İradə və onun yoldaşı Məmmədov Beyrək mənzillərini təmir etdirərkən söküntü zamanı daşıyıcı divarlara zərər vermiş və bu divarları dağıdıb ləğv etmişlər. Binanın aid olduğu “Nizami-14” MMMC-nin sədri Ülviyyə Şükürovanın mənzil sahibinə xəbərdarlıq etməsinə və sakinlərin narazılığına baxmayaraq, ev sahibi heç nəyə məhəl qoymur və öz işinə davam edib. Mənzil sahibinin həyat yoldaşı Məmmədov Beyrək, “Mən Prezidentlə görüşmüş adamam” deyərək MMMC sədrini təhdid edib və saymamazlıq nümayiş etdirib. Artıq 41 saylı mənzilin üstündə 4-cü mərtəbədə yerləşən 43 saylı mənzilin divarlarında eyni istiqamətdən çat yaranmağa başlayıb. Birbaşa nazir Kəmaləddin Heydərova şikayət məktubu və teleqramla müraciət edilməsinə, habelə nazirliyin qaynar xətti ilə əlaqə saxlanılmasına baxmayaraq, reaksiya yoxdur.

“Biz sakinlər bildiririk ki, Türkiyədəki zəlzələdən sonra ölkəmizdə də bu məsələyə həssas yanaşılır və belə də olmalıdır. Amma hələ ki, nazirlik bu qanunsuz insidentə müdaxilə üçün qurumun yetkili şəxslərini göndərməyib. Ümid edirik ki, heç olmasa məsələnin işıqlandırılmasından sonra bu məsələyə lazımi reaksiya veriləcək”, - deyə şikayətçilər narazılıqlarını ifadə edirlər.
 
 
 
Ardını oxu...
Plastik cərrahiyyə ilə məşğul olan həkimlər ixtisas üzrə sertifikasiya prosesini keçməlidir. Əhalinin sağlamlığının qorunması haqqinda qanunun 48-ci maddəsinə uyğun olaraq, müvafiq ixtisas üzrə sertifikata malik həkim-mütəxəssislər bu sahədə praktiki tibb fəaliyyəti göstərə bilər. Amma bundan öncə həkimlər Səhiyyə Nazirliyinin özünün təşkil etdiyi kurslarda iştirak edir. Kursları başa vurandan sonra nazirliyin Kadr Komissiyası qiymətləndirmə aparır və təlim iştirakçılarının sertifikasiyaya buraxılıb-buraxılmaması barədə rəy verir.
Bizimyol.info xəbər verir ki, ötən il təlimlərin iştirakçısı olan həkimlərdən bir neçəsi haqqında komissiya müsbət rəy versə də, onlar indiyədək sertifikasiyaya buraxılmamalarından şikayətçidir.

Sözügedən həkimlərdən Bariz Zeynalov, Rəvan Əliyev, Vüsal Abdullayev bildirir ki, onlar Səhiyyə Nazirliyinin təşkil etdiyi kurslarda iştirak ediblər, 2023-cü ilin dekabrında müvafiq komissiya onların haqqında müsbət rəy verib. 30-a yaxın digər kurs iştirakçıları plastik cərrahiyyə ilə bağlı sertifikasiyaya buraxılsa da, üç nəfər həkim buraxılmır.

Həkimlər bildirir ki, onların sertifikasiyaya buraxılmamasıyla əlaqədar heç bir səbəb göstərilmir.

Həkimlərin hüquqlarını müdafiə edən vəkil Samir Xudaquliyev baş verənləri aydınlaşdırmaq məqsədilə Səhiyyə Nazirliyinə sorğu göndərsə də, uzun müddət ona heç bir cavab verilməyib. Üstündən xeyli vaxt keçəndən sonra vəkili Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Babayev qəbul edib: “Tural Babayev Səhiyyə Nazirliyinin Kadr Komissiyasının qərarını qəbul etmədiyini və bu həkimləri sertifikasiya imtahanına buraxmayacağını bildirib. Vəkil baxmayaraq ki, uzun müddət gözlədiləndən sonra Aparat rəhbərinin qəbulunda olub, amma verdiyi sorğulara cavab ala bilməyib. Aparat rəhbəri özünün şəxsi, subyektiv fikirlərini söyləyib. Qanunun norması var və vəkil də bunu onun nəzərinə çatdırıb. Amma Aparat rəhbəri israr edib ki, həmin maddə köhnədir, bu 3 həkimə aid deyil”.

Həkimlər bildirir ki, faktiki ayrı-seçkiliyə məruz qalırlar, hüquqları pozulur. Üstəlik, bu pozuntu fəaliyyətlə məşğul ola bilməmələrinə, nəticədə həm maddi, həm də mənəvi zərər almalarına gətirib çıxarır.

Adları çəkilən həkimlərin şikayətlərilə bağlı bir sıra məsələlərə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətilə öncə telefon vasitəsilə əlaqə saxladıq. Bildirildi ki, sorğu rəsmi qaydada elektron poçt vasitəsilə göndərilərsə, cavablandırılacaq.

Elektron poçt vasitəsilə də nazirliyə sorğunu göndərdik. Üstündən bir həftə keçməsinə baxmayaraq, Səhiyyə Nazirliyi sorğunu cavablandırmadı.

Beləliklə, komissiyanın müsbət rəy verdiyi üç həkimin hansı səbəbdən sertifikasiyaya buraxılmadığı, yaxud da onlarla birlikdə təlim keçmiş digərlərinin hansı əsasla buraxıldığı aydınlaşmamış qaldı.
 

Ardını oxu...
"Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vəzir Həsənovun 04.12.2023 tarixli 3-33-3300/2-B-000036/1-10/2023 nömrəli və Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Kənan Aşurlunun 06.12.2023 tarixli 3-33-5600/2-000976/2023 nömrəli cavablarından görünür ki, məndən əlavə 100 manat alan qurum özünü gömrük orqanına məxsus olduğunu göstərsə də, əslində adi dayanacaq xidməti göstərir və gömrük orqanlarına heç bir aidiyyəti yoxdur"

"Təzadlar"a Bakı şəhər sakini Bağırzadə Anar Sahib öğlunun Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova ünvanladığı şikayət ərizəsinin surəti daxil olub.

A.Bağırzadə yazır:

"Şəxsi istifadəm üçün xaricdən daşıyıcı şirkət tərəfindən Azərbaycana gətirdiyim nəqliyyat vasitəsi gömrük rəsmiləşdirilməsi üçün 18.10.2023-cü il tarixində müvafiq orqana təqdim edilib. Bu tarixdən öncə yolunu gözlədiyim nəqliyyat vasitəsinin gəlib-gəlmədiyini öyrənmək məqsədilə gömrük ərazisindəki dayanacaqlara tez-tez baş çəkirdim. Dayanacaqlarda olduğum zaman orada göstərilən xidmətlərə dair informasiya lövhəsi olmadığı üçün işçilərdən əraziyə aid rüsumları soruşdum. Bir günü 10 manat olduğunu dedilər. Ona görə də avtomobilimi götürəcəyim gün xərclərimi əvvəlcədən hesablayıb gömrük və DYP-dəki işlərimi bitirib dayanacağa yaxınlaşdım.

24.10.2023 tarixində saat təxminən 15:30 radələrində dayanacaqda 6 gün üçün 60 manat ödəniş edərkən xəzinədar əlavə 100 manat da ödəyəcəyimi bildirdi. Xəzinədardan əlavə 100 manatı hansı xidmətin müqabilində ödəməli olduğumu soruşdum. O, cavabında bildirdi ki, əlavə məlumatı dayanacağın ərazisindəki 4-cu otaqdan öyrənə bilərəm. 4-cu otaqda özünü dayanacağın rəsmisi kimi təqdim edən şəxs də nəyə görə 100 manatı ödəməli olduğumu izah edə bilmədiyinə görə xahiş etdim ki, bununla bağlı yazacağım ərizəni qəbul etsin. Dayanacağın həmin səlahiyyətlisi mənə ərizəni Avtomobil Gömrük Terminalının rəhbərliyinin adına yazdırdı. Ərizə yazsam da, o, əlavə 100 manatı ödəməsəm avtomobilimin orada girov qalacağını bildirdi. Buna baxmayaraq, ərizəmdə mənə məxsus məlumatları qeyd edib, xahiş etdim ki, avtomobilimi girov saxlamasınlar və 100 manatı nəyə görə ödəməli olduğumu yazılı izah etsinlər, hüquqşünaslarla məsləhətləşim, əgər qanunudirsə, ödəyərəm. Ancaq heç nəyə baxmayaraq avtomobilimi girov saxlamağa qərar verdilər. Bu barədə DİN-in 102 xidmətinə iki dəfə müraciət etdim. Bir müddət sonra yaxınlarımın vasitəsilə məcburi 100 manatı ödəyib avtomobilimi girovluqdan azad etdik.

Heç bir xidmət göstərmədən pul tələb etmək, tələb edilən ödəniş üçün rəsmi açıqlama verməmək, ərazi üzrə göstərilən xidmətlərə dair qiymət lövhəsi vurmamaq, ödənişin açıqlaması tələb edənin əmlakını girov götürmək hüququmun pozulmasıdır. Dayanacağın fəaliyyəti və qeyri-qanuni əməllərinə görə Daxili İşlər Nazirliyinə vəİqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nazarət Dövlət Xidmətinə müraciət etdim.

Araşdırmalar zamanı məlum oldu ki, məndən qəbz üzrə ödənişləri alan şirkət VÖEN:1406396001 qanuni təmsilçisi İbrahimxəlilov Sərvan Babaxəlil oğlu, hüquqi ünvanı AZ1014, Bakı ş., Nəsimi r-nu, Bülbül pr., ev 30, m.11 olan "İ.S.B Terminal" MMC-dir. Müraciətlərə verilən Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vəzir Həsənovun 04.12.2023 tarixli 3-33-3300/2-B-000036/1-10/2023 nömrəli və Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Kənan Aşurlunun 06.12.2023 tarixli 3-33-5600/2-000976/2023 nömrəli cavablarından görünür ki, məndən əlavə 100 manat alan qurum özünü gömrük orqanına məxsus olduğunu göstərsə də, əslində adi dayanacaq xidməti göstərir və gömrük orqanlarına heç bir aidiyyəti yoxdur. Bunu gömrük orqanının rəsmi cavabı sübut edir. Əmlakımı girov saxlamaqla məndən məcbur 100 manat alınması "rəsmiləşdirmə" kimi qələmə verilir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nazarət Dövlət Xidmətinə dəfələrlə müraciət etsəm də, sözügedən dayanacağın mənim istehlak hüququmu pozub-pozmadığı sualıma cavab verilmədi. Bu barədə Baş Prokurorluğa müraciətim cavablandırılması üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nazarət Dövlət Xidmətinə göndərilib, ancaq yenə də cavab ala bilməmişəm.

Göründüyü kimi, dayanacaq üzərinə düşən öhdəlik üçün aldığı 60 manatdan əlavə məni 100 manat ödəməyə məcbur edərək aldığı vəsaitə görə aylardır nə mənə, nə də rəsmi orqanlara açıqlama verməməklə mənə 100 manat məbləğində ziyan vurub.

Odur ki, xahiş edirəm, qeyd etdiklərimi nəzərə alıb Azad İstehlakçılar Birliyi olaraq vətəndaşlardan məcburi, zorla yığılan ödənişlər qanunsuzdursa, əlavə ödənişimin geri alınmasına və məsələnin içtimailəşdirilməsinə, eyni zamanda aidiyyəti dövlət qurumlarının rəhbərliklərinin diqqətinə çatdırılmasına kömək edəsiniz. Əvvəlcədən təşəkkür edirəm".

Məsələ ilə bağlı şikayət ərizəsində adı çəkilən tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Ardını oxu...
"Şikayətim "Ayan" revmatoloji bərpa mərkəzi, Professor dr. Nadir Hüseynovdandır". Dia-az.İnfo bildirir ki, bu barədə Könül Qurban adlı narazı vətəndaş gileylənir.

Şikayətçi bildirir: "Bildiyim qədər klinika da özünə məxsusdur. Revmatoid artiritim var, bu xəstəlikdə hamilələr kontrol altında olmalı, müalicə uşağın və ananın sağlamlığı düşünülərək edilməlidir.

4 aylıq hamilə olanda mənə bu "həkimi" məsləhət görmüşdülər. Getdim, heç bir analiz verdirmədən çox kobud və savadsız şəkildə "sən ana ola bilməzsən, ümumiyyətlə uşaq götürülməlidir" deyib, zərərli peraparatlar təyin etdi.

Mən təbii ki müalicəsini rədd edib, başqa revmatoloqla davam etdim yoluma. Və hazırda özüm də yaxşıyam, övladım da artıq 1 yaşındadır.

Bəlkə də neçə xanımın ana olmaz arzusunu ürəyində qoyub bu şəxs.

Paylaşmaqda məqsədim odur ki bu hal ilə rastlaşanlar qətiyyən bu həkimə müraciət edib inanmasınlar.

Mən şanslı idim ki xəstəliyim və onun müalicəsi barədə məlumatım var idi..."

Ardını oxu...
 
Ardını oxu...
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) sahibkarlarla AQTA arasında yaranan problemlə bağlı açıqlama yayıb.

Assosiasiyadan redaksiyamıza daxil olmuş açıqlamada bildirilir:

“Azərbaycan quşçuluq təsərrüfatları ölkənin ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Əhalinin qida rasionunda kifayət qədər yüksək paya malik yumurta və toyuq əti istehsalında davamlı artımı təmin etmək üçün quşçuluq təsərrüfatları investisiyaları artırmalı, müasir texnologiyaların tətbiqini genişləndirməlidirlər. Lakin hazırda bir sıra ciddi problemlər təsərrüfatların bu fəaliyyətləri icra etməsinə imkan vermir. Bu problemlər ən qısa müddətdə həllini tapmazsa, ölkəmizdə ərzaqlıq yumurta və toyuq əti istehsalında tənəzzül qaçılmaz olacaq. Bu isə qiymətlərin bahalaşmasına, hər iki məhsullar təminatda idxaldan asılılığın yaranmasına gətirib çıxaracaq.

Belə ki, quşçuluq sahəsində istehsal prosesi üçün həyati əhəmiyyət kəsb edən yem və yem qatqıları, preparatlardemək olar ki, bütünlüklə xaricdən idxal olunur. Uzun illərdir Azərbaycan quşçuluq təsərrüfatları bu məhsulları Çinin dünyada tanınan şirkətlərindən alırlar.

Son altı ayda Azərbaycan Qida Təhlükəsizliyi Dövlət Agentliyi (AQTA) “Qida təhlükəsizliyi haqqında” qanuna istinad etməklə, təsərrüfatların xaricdən aldığı külli miqdarda yem əlavəsini istehsalçı şirkətin qeydiyyatı olmadığını əsas gətirib sərhəddən ölkəyə buraxmır. Bizi narahat edən əsas məsələ budur ki, Agentlik Avropa və MDB-də istehsal olunan qatqılara qeydiyyat tələb etmir, amma Çin və Türkiyə istehsallı məhsullara belə qeydiyyatı tələb edir. Halbuki yem qatqılarının əsas istehsalçısı Çin və Türkiyədir, əksər Avropa istehsalçıları baza komponentləri Çindən alaraq, müəyyən əlavələr edib bizim bazarlara satırlar.Bura L-Lysine HCL, L-Threonine, Cholıne Chlorıde və digərləri aiddir. Avropa şirkətləri bu maddələri əsasən Çindən alaraq, müəyyən qatqılar əlavə edib digər ölkələrə satırlar.

AQTA belə ayrı-seçkilik qoymaqla yanaşı, istinad etdiyi “Qida təhlükəsizliyi haqqında” qanun qüvvəyə minməzdən əvvəl idxalına icazə verdiyi qatqıları da ölkəyə buraxmır. Halbuki ölkəmizdə qanunun geriyə qüvvəsi yoxdur.

Digər tərəfdən, Agentlik tələb edir ki, istehsalçı Avropa şirkəti olsun, Bolqarıstan da Avropa ölkəsidir, oradan gətirilənləri də buraxmır. Türkiyədən idxala da ayın 1-dən qadağa qoyub, heç bir şirkətə xəbərdarlıq edilmədən. Oradan mal alıb gətirilib, sərhəddən buraxılmır.

AQTA tələb edir ki, ya alınan maddələrin istehsalçıları Azərbaycanda qeydiyyatdan keçsin, ya da təsərrüfatlar qeydiyyatı tələb olunmayan şirkətlərin məhsullarını alıb gətirsinlər. Əvvəla, qeydiyyat üçün ödəniləcək rüsum çox yüksəkdir və onu ödəyən şirkət xərcini bizə satdığı məhsulu bahalaşdırmaqla çıxaracaq. Yəni faktiki olaraq bu məbləği biz ödəyəcəyik.

İkincisi, şirkətlərin qeydiyyatını gözləyənə, yaxud yeni məhsulu tapıb, müqavilə bağlayıb alıb gətirənə qədər azı 2 ay vaxt keçəcək. Hətta bu zaman da onların ölkəyə buraxılacağına təminat yoxdur. Üstəlik, bu uzun müddətdə təsərrüfatlar quşlara zəruri qatqıları verə bilməyəcəklər ki, bu da istehsalda fasilənin yaranmasına, həcmin azalmasına və ölkə bazarında həm yumurta, həm də toyuq əti qıtlığına səbəb olacaq.

Bütün bunları nəzərə alaraq, quşçuluq təsərrüfatları istehsalda fasilə yaranmaması üçün AQTA-nın idxalına icazə vermiş olduğu maddələrin ölkəyə buraxılmasını və istehsalçılara çatdırılmasını təklif edir. Bu, təsərrüfatlara zərər vurmadan AQTA-nın irəli sürdüyü tələblərə uyğunlaşmanı təmin edə bilər.

Eyni zamanda hesab edirik ki, hansı maddələrin Azərbaycana idxalına icazə verilib, hansılara verilməməsi məsələsi qanunda tam dəqiq əksini tapmalıdır. Bu, sahibkarların öz biznesini planlaşdırması, zəruri malların vaxtında alınıb-gətirilməsi, dövlət qurumlarının qanunvericilikdəki boşluqlardan sui-istifadə etməsinin qarşısını almaq baxımından son dərəcə vacibdir. Bu gün sahibkarlar xaricdən mal alıb gətirəndə istinad etməyə dəqiq hüquqi baza tapa bilmirlər.

Daha bir narahatedici məsələ budur ki, hazırda AQTA-nın quşçuluq təsərrüfatlarından tələb etdiyi analiz, ekspertiza və sair fəaliyyətlər üçün tətbiq olunan rüsumlar bir təsərrüfata il ərzində ödədiyi vergilərdən daha yüksək məbləğdə xərc yaradır. Biz faktiki olaraq, ödədiyimiz vergilərdən daha yüksək məbləğdə vəsaiti AQTA-nın xidmətləri üçün ödəməli oluruq. Bu isə kifayət qədər ağır maliyyə yüküdür və bu yük getdikcə artırılır.

Buna görə də hökumətimizdən bu məsələyə diqqət yetirilməsini, AQTA-nın tətbiq etdiyi rüsumların göstərilən xidmətə adekvatlığı, xüsusilə də quşçuluq təsərrüfatları üçün yaratdığı maliyyə yükünün gəlir əmsalına adekvatlığı ilə bağlı araşdırmanın aparılmasını xahiş edirik”.
 
 

 


Dünyapress TV

Xəbər lenti