Ardını oxu...
"Hazırda ölkəmizdə işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidəqurulması prosesi gedir. Bu işə hərə öz töhfəsini verməlidir - şəhid və qazilərimiz qanı, canı və sağlamlığı hesabina torpaqlarımızı işğaldan azad edib, xaplqın alnındapn "məğlubiyyət damğasını" silib. Sahibkarlarınız və əlində kapitalı olan biznesmenlər isə öz kapitalı ilə tikinti-bəroa işinə, şəhid və qazı ailələrinə dəstək verməklə bu işə öz töhfələrini verməlidirlər. Əksər sahibkarlarınız bu işi sevə-sevə edirlər.
Bu gün vətənini, xalqını qanı, canı qədər sevən, maddi imkanları olan hər bir
qeyrətli Azərbaycan vətəndaşı, iş adamı işğaldan azad olunmuş bölgələrimizin
yenidən qurulmasında, abadlaşmasında öz imkanlarını əsirgəməməlidir" - bu sözlər redaksiyamıza müraciət ünvanlamış bir qrup şuşalının məktubundandır.
Şuşalılar təəssürlə yazır ki, lakin Əbdülqasımov Tahir Nadir oğlu əslən şuşalı olsap da, Şuşanın qurulmasi prosesində iştirak etmir:
"O, heç olmasa öz ata-baba yurdunda belə bir ev tikmək fikrində deyil, Amma Bakıda "Şuşa" restoranı tikdirib. Çünki "Şuşa" restoranı ona milyonlar qazandırır. Şuşa özü mənəvi məsələdir, Tahir əfəndi görünür üçün isə mənəviyyat vacib deyil.

Bu gün onun qədər maddi imkanl olan ikinci bir iş adamı tapmaq çox çətindir. Ondan çox restoranı və gəlir gətirən digər obyektləri var (obyektlərin siyahısı əlavə
ediləcəkdir).
1992-ci ilin may ayının 8-də Azərbaycanın dilbər guşəsi Şuşa ermənilər tərəfindən işğal olunanda Tahir Əbdülqasımov indiki “Çanaqqala” restoranının ərazisində çadır qurub, kabab çatırdı. Ötən illər ərzində Tahir Əbdülqasımov əldə etdiyi sərvət-sərmayə hesabına 10-dan çox, hətta Şamaxı, İsmayıllı rayonlarında belə restoranlar aça bilmişdir. Amma bu qədər maddi imkanları olan iş adamı bu günə qədər bir nəfər yetimə, imkansıza, xüsusən də qazilərimizə və ya şəhid ailələrinə əl tutmayıb.
Onun kimliyi, hansı əməl sahibi olması ilə əlaqədar bircə faktı qeyd etmək kifayətdir - Tahir Əbdülqasımov dövlət qoruğu statusu olan "Şəhriyar" parkını zəbt edib. Qoruq ərazisində qeyri-qanuni ooaraq “Çanaqqala” restoranı tikib və 30 ildir işlədir, sərvət toplayır. Restoranda 30-dan çox yeniyetmə gənc səhər saat 8-dən gecə saat 12-00-ə qədər - 16 saat rəsmi əmək müqaviləsi olmadan, ac-susuz işləyirlər. Halbuki, Azərbaycan Respublikasının "Əmək Məcəlləsi"nə əsasən muzdlu işçilərlə əmək müqaviləsi bağlanmali, işçi sutka ərzində 8 saatdan çox işlədilməməlidir. T.Əbdülqasımov işçiləri normadan 2 dəfə çox işlədərək istismar edir. Üstəlik onlarla müqavilə bağlamayaraq, işçilərin sosial sığorta ödənişlərindən yayınır. Yəni T. Əbdülqasımov burda işləyən gənclərin yalnız bu gününü deyil, sabahını da əlindən alır. Ona görə ki, həmin gənclər 25-30 ildən sonra pensiyaya çıxmaq istəyəndə, onların sığorta kapitalı olmadığından pensiya ala bilməyəcəklər. Bunun üçün isə əmək müqaviləsi ilkin şərtdir.
Gün ərzində iki dəfə çox və qeyri-qanuni işlədilmələrinə rəğmən işçilərə gündə vur-tut 7 manat zəhmət haqqı verilir. Deməli, bu restoranda çalışan işçi ayın hər gününü, istirahətsiz işləsə, ayda 210 manat pul qazana bilər. Halbuki, ölkədə minimum əmək haqqı 345 manat təşkil edir. Bu məbləğ dövlət başçısının fərmapnı ilə ötən ilin yanvar ayındap təsdiqlənib. Bu o deməkdir ki, ayda 170 saat işləyən Azərbaycan vətəndaşına 345 manatdan az əmək haqqı vermək qadağandır. Tahir müəllim isə işçiləri qeyri-qanuni olaraq ayda 480 saat işlədərək onlara maksimum 210 manat əmək haqqı verir. Özü də onların haqqı çatmır ki, bir tikə quru çörək götürüb yesinlər".
Məktubda qeyd edilir ki, illər öncə məhkumluq həyatı yaşamış Tahir Əbdülqasımovun dini, imanı, həyatının mənası və məzmunu yalnız puldur, sərvətdir:
"Tahir Əbdülqasımov uzun illər bəd əməllərini ört-basdır etmək üçün belə
şaiyələr yayırmış ki, guya “Çanaqqala” keçmiş Daxili İşlər naziri Ramil Usubova
məxsusdur. Halbu ki, Ramil Usubovun adıçəkilən restoranla heç bir əlaqəsi olmayıb. Hazırda restoranı T. Əbdülqasımovun mərhum qardaşının oğlu idarə edir.
Bir sözlə, “Çanaqqala” restoranı 30 ildən çoxdur ki, qoruq ərazisinin zəbt etməklə, qanunsuz fəaliyyət göstərir.
Tahir Əbdülqasımov bu gün çox acınacaqlı vəziyyətdədir, iki yol ayrıcındadır. O, ya vətənpərvərlik nümaiş etdirib, gedib öz vəsaiti hesabına vətəni Şuşada bir əzəmətli sosial təyinatlı obyekt tikib, istifadəyə verməlidir, ya da təklifdən boyun qaçırıb, 30 ildən artıqdır ona xidmət edən, qeyri-qanuni fəaliyyət göstərən “Çanaqqala” restoranı sökülü, yerləyeksan edilməlidir"
Şuşalılar müraciətlərinə əlavə edir ki, təşəbbüs Tahir Əbdülqasımov tərəfindən icra olunana qədər silsilə yazılar davam edəcək və nüfuzlu saytlarda ictimailəşdiriləcək.
Tahir Əbdülqasımova məxsus restoranların siyahısı əlavə edilir:
Nərimanov rayonunda
1. “Çanaqqala” restoranı
2. “Şuşa” restoranı
3. “Qreen” kafesi
Nizami rayonunda
1. “Xan qızı” restoranı
2. “Xan Bağı” restoranı
Xətai rayonu
1. "Asiman” restoranı
Əlavə edilir ki, T. Əbdülqasımova məxsus Şamaxı və İsmayıllı rayonlarında adları bəlli olmayan restoranları da var.
Təkrar araşdırmalarımızdan sonra Tahir Əbdülqasımovun daha çox obyektləri bəlli olacaq.
Hörmətlə, çoxsaylı şuşalılar adından
Lim10.az
 

Ardını oxu...
Masallının biznesmen-deputatı, məşhur “Embawood” mebel firmasının sahibi Məşhur Məmmədovun başı qalmaqaldan açılmır.

XəbərAl.az-ın aldığı məlumata görə, deputatın biznesinə şərik olan qohumları ilə arasında ədavət yaşanmaqdadır.

Məlumatlın mənbənin müfəssəl bilgilərinə görə, M.Məmmədov yaxınları ilə olan gərginlik ucbatından əlindəki biznesin bir qismindən imtina etməli olub.

Xəbərlər gəlir ki, deputat şirkətlərinin, kredit təşkilatlarının və mebel firmalarının bir hissəsini məhz qohumları ilə yaranmış mübahisə üzündən itirib. Daha doğrusu, yaxınlarının ona qarşı çıxdıqları deyilir.

Qohumları da onunla yola getmirlər və deputata qarşı biznes söz-söhbətində üsyana qalxıblar.

Rəsmi məlumatda bildirilir ki, “Embafinans” QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin 60%-nə və 40%-nə nəzarət edən Elşad Abbasovla Məşhur Məmmədov (deputat – red) paylarının bir hissəsini yeni səhmdara satıb.

Yeni səhmdar isə Tamara Polyakovadır. O, səhmlərin 14%-ni əldə edib, nəticədə səhmdarların payı 51%-ə və 35%-ə düşüb.

Xatırladaq ki, Millət vəkili Məşhur Məmmədovun oğlu Məmməd Şahbazovdan sonra qızı da Amerikaya köçüb.

Deputatın qızı Mədinə Şahbazova Nyu-Yorkda yaşayır.

Masallıda bağça müdiri iləyən M.Şahbazova artıq bir müddətdir ki ölkəni tərk edib.

Hətta bu barədə deputatın qızı öz “intagram” səhifəsində paylaşım edib.

Bildirək ki, deputatın övladlarının Məşhur Məmmədovun atasının adını soyad olaraq qəbul ediblər.

Ötən ilin mayında mətbuatda gedən məlumatlara görə, 70 saylı Masallı şəhər seçki dairəsindən deputat seçilən Məşhur Məmmədovun ABŞ-da yaşayan oğlu Məmməd Şahbazov “Masalli Enterprise LLC” adlı şirkət təsis edib. “Masalli Enterprise LLC” aprel ayının 20-də Nyu-Cersi ştatının Gəlirlər İdarəsi tərəfindən qeydə alınıb.

Şirkətin hüquqi ünvanı Məşhur Məmmədovun ailə üzvlərinin Nyu-York şəhərində yaşadıqları “335 Riverdale Dr Fort Lee, NJ 07024-4441” ünvanında yerləşir.

Həmçinin mediada gedən məlumatlara görə, millət vəkili Məşhur Məmmədovun övladları Mədinə Şahbazova və Məntiq Şahbazov Masallıda bağçalar inşa ediblər. Masallı əhər şəhər 1 saylı Uşaq bağçasına Mədinə Şahbazova, 4 saylı Uşaq bağçasına isə Məntiq Şahbazov rəhbərlik edir.

Mətbuatda gedən məlumatlara görə, ölkənin tanınmış mebel şirkəti olan “Embawood” MMC-nin sahibi Məşhur Məmmədovdur. Deputat seçildikdən sonra həmin irkətdən imtina etdiyini bildirsə də ailə üzvləri tərəfindən idarə edildiyi bildirlir.

Nəzərinə çatdıraq ki, mətinin hazırlanmasında saytlardan istifadə etmişik.

Mövzuya qayıdacağıq.
 
Ardını oxu...
Tikinti şirkətləri ilə vətəndaşlar arasında yaranan problemlər bitmir. Vətəndaşlarla uzun çəkişmələri, saysız məhkəmə prosesləri olan tikinti şirkətlərindən biri də "Sipark" MTK-dır. Bu dəfə şirkət Nərimanov rayonunda Akademik Həsən Əliyev küçəsi ilə Mirəli Qaşqay küçəsində hündürmərtəbəli binanın tikintisinə start verib. Sözügedən tikinti ərazidə mövcud olan fərdi yaşayış evlərinə problemlər yaradıb.

Belə ki, problemlərdən də biri Həsən Əliyev 70, mənzil 5 ünvanında yaşayan vətəndaş Bahar Şıxızadə üçün yaradılıb. Vətəndaş Musavat.com-a müraciətində bildirib ki, tikinti şirkəti onun evini 10 santimetr məsafədə tamamilə hasarlayıb və sanki ev blokadaya alınıb. Evin giriş-çıxışı tamamilə bağlanıb, vətəndaş Günəş şüasından belə məhrum edilib. B. Şıxızadə evinə girib çıxa bilmir. Elə vəziyyət yaranıb ki, sanki vətəndaş evinə helikopterlə girib çıxmalıdır. Görəsən tikinti şirkətinə bu haqqı kim verib ki, vətəndaşı Günəş şüasından məhrum etsin və onun hərəkət hüququnu məhdudlaşdırsın: "Etirazımıza da baxan olmadı. İndi biz nə etməliyik? Göyə uçmalıyıqmı? Bu məsələyə aidiyyatı qurumlar baxmasa cənab Prezident İlham Əliyevə şikayət məktubu yazacam. Dövlət başçısı dəfələrlə xəbərdarlıq edib ki, kim çirkin əməllər arxasınca gedəcəksə, layiqli cəzasını alacaq".

Qeyd edək ki, "Sipark MTK"nın adı ilk dəfə deyil ki, mətbuatda hallanır. Mediada dəfələrlə əvvəllər adı "Evrostroy”MTK olan və sonradan "Sipark” MTK adlandırılan şirkət haqqında xəbərlər dərc olunub. Görəsən, sözügedən şirkətin rəhbərləri Taleh Abbasov və Seymur İsayev niyə Bakı sakinlərinə qənim kəsilib? Bu dediklərimizi "Google" axtarış sistemində qarşınıza çıxan yazılardan da görə bilərsiniz. Maraqlıdır ki, bu şəxslərə kimlər himayədarlıq edir? Araşdırmamız nəticəsində o da məlum oldu ki, MTK-nın rəhbərlərindən biri olan Seymur İsayev isə İNTERPOL xətti ilə axtarışdadır.

Şirkətin də mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
“ABC-Telecom” yol hərəkəti qaydaları əleyhinə inzibati xəta törətməkdə ittiham edilir. Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə iş başlanıb. İşə Yasamal Rayon Məhkəməsində baxılacaq. 347-ci maddəyə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
“ABC-Telecom” isə mobil telefon satışı və məişət texnikasının satışını həyata keçirir və “Kontakt-Home” mağazalar şəbəkəsi “ABC-Telecom”undur. Mediada gedən məlumatlara görə, şirkət deputat Elnur Allahverdiyevə məxsusdur. Azərbaycanda haqqında daha çox şikayətlər edilən və son zamanlar barəsində sosial şəbəkələrdə daha çox neqativ xəbərlər yayılan biznes qurumlarından biri də “Kontakt Home” mağazalar şəbəkəsidir. Məişət texnikası və mebel bazarında daha çox istehlak kreditləri portfeli olan şirkətlərdən biridir – “Kontakt Home”. Son zamanlar mağazalar şəbəkəsinin satdığı məhsulların əksəriyyəti ya xarab çıxır, ya da istifadəyə yararsızdır.
“Kontakt Home”nin gizli əməlləri
Şirkət hazırda Bakıda da daxil olamqla ölkənin 17 rayon və şəhərində sərt karantin rejimi elan edib. Bu arada, cumhuriyyet.az olaraq araşdırmalar nəticəsində öyrəndik ki, “Kontakt” mağazalar şəbəkəsindəki kassa aparatlarına gündəlik kredit ödənişlərinin cəmi 15 faizi vurulur, həmçinin vətəndaşlarla bağlanılan müqavilələrin cəmi 15 faizi rəsmi olaraq mühasibatlıqda qeydiyyatdan keçir: “Kontakt” mağazalar şəbəkəsinin Bakı şəhərində 42 mağazası fəaliyyət göstərir. Mağazalar şəbəkəsinin gündəlik dövriyyəsinin 230 min manata yaxın olduğu bildirilir. Satışın demək olar ki, 90 faizi kredit vasitəsi ilə həyata keçirilir. Kreditlə satılan malların üstünə isə dəyərindən 2 dəfə artıq qiymət qoyulur. Yəni faktiki olaraq “Kontakt Home” mağazalar şəbəkəsi çəkdiyi xərcin 100 faizi, bəzən daha çox gəlir əldə edir. Bundan başqa alıcılarla həyata keçirilən alış-veriş barədə kredit müqaviləsi birbaşa “Kontakt” mağazalar şəbəkəsi ilə bağlanılır ki, bu da mövcud qanunvericiliyə ziddir. Çünki ölkə qanunvericiliyinə görə kreditləri ancaq banklar və bank olmayan kredit təşkilatları verə bilər. Bu halda “Kontakt” mağazalar şəbəkəsinin alıcılarla olan müqaviləsi də heç bir hüquqi status daşımır.
Deputata bağlı tellər
Həmçinin “Kontakt” mağazalar şəbəkəsi kredit müqavilələrini avadanlıqlara görə dəyişir. Telefon kredit müqaviləsi “ABC-Telekom” MMC ilə bağlanır.Maraqlıdır ki, kredit müqavilələri nə üçün məhz “ABC-Telekom” MMC ilə bağlanır? Onu da bildirək ki, “Kontakt Home” mağazalar şəbəkəsinin sahibi deputat Elnur Allahverdiyev olaraq tanınır. Xatırlatma üçün cumhuriyyet.az olaraq bildirək ki, Elnur Allahverdiyevin adı “Azercell”in 3 monopolist şirkətindən biri olan “ABC-Telekom” MMC-nin ( digərləri Akhundoff Networks və İntegralplus) sahibi kimi keçir. Kontur kartı və nömrə satışından milyonlar qazanan bu 3 şirkət Azərbaycanda mobil xidmətin ən baha olmasının əsas səbəbkarlarıdır və son vaxtlar ölkədə “süni kontur qıtlığı” yaradaraq yüzminlərlə vətəndaşı, sahibkarları, market sahiblərini narazı salırlar. ABC-Telekom” MMC-nin rəhbəri, Sloveniyanın Azərbaycandakı fəxri konsulu, YAP-ın 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi Elnur Allahverdiyev özü biznes fəaliyyətini təkzib edib. Millət vəkili vurğulayıb ki, altıncı çağırış Milli Məclisə deputat seçilməsindən sonra sahibkarlıq fəaliyyətinə son qoyub və şirkətdəki vəzifəsindən istefa verib: “Deputat olaraq fəaliyyətim göz qabağındadır və təəssüf edirəm ki, bəzən bu məzmunlu informasiyalar hazırki fəaliyyətimə kölgə salmaq və qərəzli niyyətlə edilir”. Elnur Allahverdiyev qeyd edib ki, mart ayından bu yana müsahibə və açıqlamalarında sahibkarlıq fəaliyyətini dayandırdığını dəfələrlə bildirib: “Düşünürəm ki, professional jurnalist və ya bloggerlər bunu bilməmiş deyillər. Bununla belə, onlara fəaliyyətlərində uğurlar arzu edirəm, sadəcə, bəzi qarayaxmalara görə təəssüf hiss keçirirəm. Mənə elə gəlir, professionallıq nöqteyi-nəzərdən bu, onların özlərinin obyektivliyi üçün də ziyanlı mövqedir”.Xatırladaq ki, müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli öz statusunda Elnur Allahverdiyevin qalmaqallı iş adamı kimi ad qazandığını, həmçinin vaxtilə sahibi olduğu “Kontakt Home” mağazalar şəbəkəsinə MTN-nin generalı Elçin Əliyevin “krışa”lıq etdiyini yazmış.
Elnur Allahverdiyevlə bağlı ilginc iddialar
YAP siyahısından mandat qazanan E.Allahverdiyev ilə bağlı ən ilginc məqam isə onun bu hakimiyyətə nə qədər bağlı olmasıdır. Belə ki, cumhuriyyet.az olaraq internet üzərindən apardiğımız araşdırmalara görə, E.Allahverdiyevin atası, Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədri müavin, daha sonra sədri, “Bərpaçı” mərkəzinin rəisi, mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri kimi vəzifələrdən işləmiş Marat Allahverdiyev vaxtilə ulu öndər Heydər Əliyevin əleyhinə çıxıb, haqqında kəskin ifadələr işlədib. Bununla bağlı plkə mediasında yer alan məlumata görə, Marat Allahverdiyev Ayaz Mütəllibovun zamanında Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədr müavini, daha sonra sədri, mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri işləmişdir. Heydər Əliyevin tərəfdarlarının görüşlərinə nəzarət etmək üçün indiki Hüseyn Cavid parkında o zaman balaca bir obyekt var idi. Marat Allahverdiyev və dostları orda gizlicə yığışıb müzakirə aparardılar. Cumhuriyyet.az bildirir ki, Azərbaycan Respublikasının müxtəlif ölkələrdə səfiri işləmiş professor İsfəndiyar Vahabzadə LAF TV-yə müsahibəsində ermənilərlə qohumluq əlaqəsi olanlar sırasında Milli Məclisin deputatı Elnur Allahverdiyevin adını çəkib. İ. Vahabzadənin həmin videomüsahibəsinin bir hissəsini təqdim edirik: Belə bir şəxsin oğlunun ulu öndərin qurduğu partiyanın namizədlər siyahısında olması olduqca acınacaqlıdır.

cumhuriyyet.net/

 
Ardını oxu...
DogruXeber.az: - "Son vaxtlar ölkə mediasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzdində fəaliyyət göstərən Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayevin qanunsuz əməlləri ilə bağıl bir-birindən ilginc məlumatlar yer almaqdadır. Mediada yer alan məlumatlardan da bəlli olduğu kimi, Ramin Abdullayev himayədarı - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Namiq Hümmətovun “xeyir-duası” ilə 44 günlük Vətən müharibəsində evləri dağıdılan Gəncə sakinlərini süründürməkdə, onların mənzillə təminatını süni şəkildə ləngitməkdədir". Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirirli: "Məqsəd öz yaxın adamlarının adına rəsmiləşdirdiyi tenderlər vasitəsilə proseslərdən daha çox pul qazanmaq, mövcud situasiyadan maksimum qazanclı çıxmaqdır. Lakin mediada yer alan məlumatlar və bu məlumatlar fonunda yuxarı insantansiyaların basqısı Ramin Abdullayevi çətin vəziyyətə salıb. Nəticədə onunla köhnə ortaqları –“Konqo” və “Parlaq” şirkətlərinin rəhbərliyi arasında ciddi problem yaranıb.

Ramin Abdullayevlə 44 günlük Vətən müharibəsində Gəncədə dağıdılan evlərin tikintisini həyata keçirməli olan “Konqo” və “Parlaq” şirkətləri arasındakı qarşıdurmaya səbəb tərəflərin bu proyektdə yol verdiyi şərikli yeyinti ilə bağlıdır. Belə ki, Ramin Abdullayev büdcədən tikinti işləri üçün ayrılan vəsaitdən mümkün qədər qoparmaq üçün inşaat işlərini özünə yaxın olan şirkətlərə - “Konqo” və “Parlaq” şirkətlərinə həvalə etmişdi. Lakin tikinti üçün ayrılan vəsaitin Ramin Abdullayev və tender şirkətləri tərəfindən hədsiz mənimsənilməsi sonda ilginc mənzərənin yaranmasına səbəb olub. Medianın sözügedən problemi gündəmə gətirməsindən sonra yuxarı instansiyaların Ramin Abdullayevə basqısı nəticəsində məlum olub ki, ortada olan pul tikinti prosesini başa çatdırmaq üçün yetərli deyil. Ən maraqlı məqamlardan biri isə ondan ibarətdir ki, Ramin Abdullayev məlum proyektdən yeyintini tender şirkətlərinin əli ilə həyata keçirdiyi üçün onlara basqı göstərə bilmir. Çünki hər bir təzyiq və ittiham şirkət rəhbərləri tərəfindən “nə demisən, onu da etmişik” cavabı ilə qarşılanır.

Ramin Abdullayev yaranmış vəziyyətlə bağlı himayədarı Namiq Hümmətovu məlumatlandırsa da, böhrandan çıxış yolu görünmür. Nə Ramin Abdullayev, nə də tender şirkətləri mənimsədikləri vəsaiti geri qaytarmaq istəmədikləri üçün vəsait çatışmazlığı probleminin həlli mümkün görünmür.

Bu azmış kimi, Namiq Hümmətov və Ramin Abdullayevin fəaliyyətinin təftiş edilməsi təhlükəsi yaranıb ki, bu da hər iki şəxsin digər qanunsuz əməllərinin də üzə çıxacağı deməkdir. Bu səbəbdən də Namiq Hümmətov və Ramin Abdullayevin təşviş içində problemdən çıxış yolu axtarışındadır. Gəncə sakinləri isə ümid edir ki, gec də olsa bu problem öz məntiqi həllini tapacaq və onlar nəhayətdə öz mənzillərinə qovuşa biləcəklər..."

DAVAMI VAR...//siam-az.com
Ardını oxu...
Qax şəhər sakini Muxtarova Pərvanə Muxtar qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu göndərilib. Vətəndaş iddia edir ki, səhhətinin bərbad olduğu bir vəziyyətdə qardaşı evinin bir hissəsini qanunsuz olaraq başqa şəxsə satıb:

“Mən, Muxtarova Pərvanə Muxtar qızı, yazıb sizə bildirirəm ki, Nəsimi küçəsi, ev 3 ünvanında qeydiyyatdayam, tək yaşayıram. Qulağıma görə dəfələrlə əməliyyat olunmuşam. Heç bir yerdə işləmirəm. Hazırda çox çətin vəziyyətdə qalmışam. Belə ki, indi də gözümdən əməliyyat olunmalıyam.

Qardaşım Muxtarov Akif Muxtar oğlu mənim yaşadığım evin divarını, tualetini dağıdıb, həyətdəki ağaclara zərər verib. O, özünə aid olan hissəni başqa birinə satıb. Bu şəxsə verilən sənəddə yalnız onun ailə üzvlərinin adı qeyd olunub. Biz bacıların adları yoxdur. Məni yollara salıblar. Bilmirəm, 1 manatı gözümə dərman üçün verim, ya çörək alım. Səhhətim icazə vermir ki, işləyəm.

Vəkil Tahir müəllim məndən prosesi rəsmiləşdirmək üçün 1500 manat pul alıb. Amma sənədləri düzgün verməyib. Ölən insanın adına sənədlər hazırlayıb. Mənim bu işimə baxan yoxdur.

Mən xəstəliyimlə bağlı müavinət almıram. Ona görə, müalicəyə maddi imkanım çatmır. Məşğulluq Xidmətinə dəfələrlə işlə bağlı müraciət etmişəm, amma təmin olunmayıb. Bütün məktəblərə xadimə işi üçün müraciət etmişəm, amma bu işə də təyin olunmamışam”.

Cəmilə ƏZİMOVA

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
 
 
Ardını oxu...
Qadın redaktora işgəncə verməklə onu zorlamağa cəhd etməkdə adı hallanan Naxçıvan Dölvət Televiziyasının baş redaktoru bu gün səhər işdən qovulub. Lakin, yerli rəhbərlikdən gələn göstərişdən sonra, o dərhal işinə bərpa olunub. Bu haqda „Gündəlik Naxçıvan“a Ali Məlcisdəki mənbə məlumat verib. Qərarın dəyişdirilməsində həm də AZƏRTAC-ın rolunun olduğu bildirilir. Təcavüzdə adı hallanan baş redaktor həm də bu qurumun Naxçıvan üzrə bölgə müxbiridir.
Mənbənin bildirdiyinə görə, bu yaxınlarda baş vermiş hadisə „Gündəlik Naxçıvan“da işıqlandırıldıqdan sonra televiziya rəhbərliyi yığıncaq keçirməyə qarar verib:
„Bu gün səhər tezdən yığıncaq keçirilib. Direktorun təklifi ilə baş redaktor işdən çıxarılıb və qərar Ali Məclisə təqdim olunub. Lakin, burada aparılan müzakirələrdən sonra qərar geri qaytarılıb. İşə geri qaytarılmaq ilə bağlı göstərişin niyə verildiyini dəqiq bilmirəm. Ancaq, danışılırdı ki, onu işdən çıxarmaq dövlət orqanıında qadına qarşı əxlaqsızlıq və təcavüzün baş verdiyinin etirafıdır və bu da Naxçıvanın adına ləkə gətirər. Eşitdiyimə görə, AZƏRTAC-dan da bununla bağlı zəng olunub“.
Məsələnin dəqiqləşdirilməsi üçün adı çəkilən televiziya ilə əlaqə saxladıq. Adının çəkilməsini istəməyən direktor müavinlərindən biri məsələ ilə bağlı bu gün qərar verildiyini təsdiqləsə də, ətraflı danışmaq istəmədi.
 
Ardını oxu...
Bəzi hallada məhkəmələr tərəfindən inzibati orqanlara göndərilən sorğulara vaxtında cavab verilməməsi hallarına rəst gəlinir. Bu da öz növbəsində işlərin baxılma müddətinin uzanmasına və nəticədə tərəflərin narazılığına səbəb olur.

Sözügedən problemdən ən çox şikayətlənənlərdən olan vəkillər bu barədə fikirlərini bölüşüblər.

Hikmət Əmiraslanov deyib ki, sorğulara vaxtında cavab verilməməsi süründürməçiliyə gətirib çıxarır: "Məhkəmələr tərəfindən inzibati orqanlara göndərilən sorğulara vaxtında cavab verilməməsi məhkəmələrin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə işləri yekunlaşdıra bilməməsinə və süründürməçiliyə səbəb olur. İstər məhkəmə işçisi fəaliyyətim dövründə, istərsə də vəkil kimi çalışdığım müddətdə müşahidə etmişəm ki, tez-tez sorğu olunan qurumlar arasında əsasən Ədliyyə Nazirliyi, Penitensiar Xidmət, Daxili İşlər Nazirliyi, prokurorluq orqanları və icra hakimiyyətlərindən başqa digər qurumlar məhkəmə tərəfindən verilmiş sorğuları vaxtında cavablandırmırlar. Əksərən məhkəmələr təkrar-təkrar sorğu etdikdən sonra cavab əldə edilir. Məsələn, Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin sorğulara gec cavab verməsi məhkəmənin ən azı 3-4 dəfə təxirə düşməsinə səbəb olur. Əsaslandırma çox zaman bu olur ki, dövlət rüsumu ilə bağlı ödənişlər olunmalıdır, sonra sorğuların cavabı verilməlidir. Lakin unutmaq olmaz ki, məhkəmə qərarları dövlətin adından çıxarılır və icrası məcburidir. Məhkəmə məsrəfləri ilə bağlı onsuzda məhkəmənin yekun aktında qərar qəbul edilir".

İlkin Ukalayev isə icraatında olan işlərlə bağlı verilən sorğulara adətən vaxtında cavab verildiyini söyləyib: "Öz icraatımda olan işlərlə bağlı deyə bilərəm ki, məhkəmənin verdiyi sorğulara zamanında cavab verilib. Bizdə elə hallara rast gəlinməyib ki, inzibati orqanlar tərəfindən məhkəmənin sorğularına cavab verilməsin. Təbii ki, sorğuya vaxtında cavab verilməməsi işin araşdırmasına mənfi təsir göstərir. Çünki sorğuda göstərilən məlumatlar işin obyektiv araşdırılması və zəruri halların müəyyən olunması üçün vacibdir".

Nərmin Əliyeva inzibati orqanlar tərəfindən məhkəmə sorğularına vaxtında cavab verilməməsini vətəndaşların hüquqlarının pozulması kimi qiymətləndirib: "İşin hərtərəfli araşdırılması üçün müxtəlif orqanlara sorğular verilir. Sorğulara vaxtında cavab verilməyəndə məhkəmə prosesinin uzanmasına və süründürməçiliyə gətirib çıxarır. Burada əziyyət çəkən vətəndaşlar olur, onların hüquqları pozulur. Ona görə də hər bir halda həm vəkillərin, həm də məhkəmələrin sorğularının vaxtında cavablandırılması mütləqdir. Nadir hallarda olur ki, məhkəmələrin sorğularına cavab verilməsin. Cavab verilmədiyi halda qanunvericlilikdə cərimə nəzərdə tutulub. Vəkil sorğularına gəldikdə isə deyə bilərəm ki, icra hakimiyyətlərindən cavab almaq mümkün olmur, çox nadir hallarda sorğulara cavab verilir. Dövlət Yol Polisi İdarəsi sorğuları çox gec cavablandırır. Daşınmaz Əmlakın Kadastrı və Reyestri isə sorğuları vaxtında cavablayır. Ən tez sorğuya cavab verən Milli Arxiv İdarəsidir, olduqca operativ işləyirlər. Eyni zamanda Notariat Qeydiyyat Baş İdarəsi də sorğularımızı vaxtında cavablandırır".

Mədail Fərzəliyev də sorğulara gec cavab verilməsindən şikayətlənib: "Həm məhkəmələr, həm də vəkillər tərəfindən verilən sorğulara inzibati orqanlar tərəfindən vaxtında cavab verilmir. Çox nadir hallarda olur ki, tez cavab verilsin. Sorğulara cavabın gecikməsi məhkəmələrdə işin uzanmasına gətirib çıxarır. Bu vətəndaşların narazılığına səbəb olur. Belə olması təbii ki, yaxşı hal deyil".

Moderator.Az
 
 
 
Ardını oxu...
Novxanı qəsəbəsində yerləşən köhnə " Ləman" yeni adı ilə "Santo mare restaurant" kimi tanıdığımız dəniz kənarı ailəvi istirahət mərkəzindən bəzi qonaqları narazı qalıb. Onlar bildirirlər ki, istirahət üçün getdikləri adı çəkilən məkanda əyləşdikləri masa üçün əvvəlcədən 20 azn ödəniş tələb edilib. Günün sonunda isə ümumi hesab gəldikdə 20 azn nəzərə alınmadan həm servis üçün ödəniş tutulub,həm də sifarişlərinin ödənişi tam hesablanıb.

Bir sözlə, əgər bu məkanda istirahət etmək fikriniz olarsa, əyləşəcəyiniz masa üçün şifarişlərinizdən asılı olmayaraq əlavə ödəniş etməli olacağınızı nəzərə alın. Çünkü restoranın personalı narazılıq edənlərə "bizdə belədir" deyə kobudcasına açıqlama verib.

Patrul.Az

 

Dünyapress TV

Xəbər lenti