Ardını oxu...
Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan dilində yazılmayan ticarət obyektlərinin reklam lövhələri sökülür. Məlumata görə, adları, mətnləri xarici dildə yazılan lövhələr Azərbaycan Dövlət Reklam Agentliyi tərəfindən de-montaj olunur.

Bəzi sahibkarlar isə “Turan”a deyiblər ki, onların obyektlərinin lövhələri illərdir bu şəkildə olub və heç kəs onlara bir irad bildirməyib. Sahibkarlar həmçinin qeyd ediblər ki, lövhələr onlara heç bir xəbərdarlıq edilmədən sökülür: “Əvvəlcədən desəydilər, biz heç olmasa başqa lövhə düzəltdirərdik. İndi obyektimiz lövhədən qalıb və biznesimizə ziyandır. Ölkəyə turistlər gəlir, ona görə də lövhələrin bir hissəsi xarici dildədir”.

Azərbaycan Dövlət Reklam Agentliyindən isə “Turan”a bildiriblər ki, bu, mütəmadi aparılan işdir və hazırda davam etdirilir: “Qanunvericiliyə əsasən, lövhələr xarici dildə də yazıla bilər. Bu zaman əvvəlcə Azərbaycan dilində yazılmalıdır, sonra xarici dildə və onun ölçüləri Azərbaycan dilində olan yazıdan böyük olmamalıdır”.

Qeyd olunub ki, qanunun tələblərinə cavab verməyən və xarici dildə reklamı yaymaqla məşğul olanlarla bağlı araşdırmalar aparılır və həmin reklam qurğuları de-montaj olunur.

Sirr deyil ki, xüsusən də paytaxt Bakıda, əsasən mərkəzi hissədə ana dilimizə və dövlət dili haqqında qanuna sayğısızlıq illərdir baş alıb gedir.

Mövzu ilə bağlı filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli Musavat.com-a danışıb:

“Əlbəttə, bu, çox ciddi məsələdir. Müstəqilliyin ilk vaxtlarından bu günə qədər dəfələrlə bu məsələlər qaldırılır. “Reklam haqqında” qanunda da qeyd olunur ki, sahibkar əcnəbi dildə lövhə vura bilər, lakin ilk növbədə ana dilində, daha sonra əcnəbi dildə lövhə vurmalıdır. Xarici dildə olan lövhə ana dilində olan lövhədən böyük olmamalıdır. Sahibkarlar öz ana dilinə hörmətlə yanaşıb, bu qaydaya riayət etməlidirlər. Nədənsə bizdə sahibkarların əksəriyyəti belə düşünür ki, onun mağazasının, iaşə obyektinin adı “Afrodita” və yaxud “Elen” olsa, ticarəti yaxşı gedəcək, amma “Leyla” və yaxud “Jalə” qoysa, ticarəti o qədər də uğurlu olmayacaq. Bu məsələ daha çox məhz psixologiyadan qaynaqlanır.

Çox təəssüf ki, bəzən Bakı Şəhəri Reklam İdarəsi sahibkarlara bu imkanı yaradır, icazəni verirlər. Mən hələ Dilçilik İnstitutunda çalışanda bu məsələni qaldırmışdıq, Bakı şəhər Reklam İdarəsinin rəhbərliyi ilə danışıqlar aparmışdıq.

Təxminən 1-2 il bundan əvvəl “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin (FADMM) xətti ilə Bakı Şəhər İcra Hakimiyyətində olduq, müvafiq şöbələrin əməkdaşları ilə çox səmərəli görüşümüz keçdi. Lakin təəssüf ki, bundan sonra da ciddi addımlar atılmadı”.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda dövlət dili normalarının pozulmasına görə cərimələr müəyyən edilib. Qanuna əsasən, kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğində cərimə edilir.
 
Ardını oxu...
Bu ilin 1 yanvar tarixinə olan məlumata görə, Azərbaycanda muzdla çalışan (əmək müqaviləsi) işçilərin sayı 1 milyon 741,8 min nəfər olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, muzdla çalışan işçilərin 899,1 min nəfəri dövlət sektorunda, 842,7 min nəfəri isə qeyri-dövlət (özəl) sektorunda fəaliyyət göstərib.
Müqayisə üçün bildirək ki, bir il əvvəl – 2023-cü il yanvar ayının 1-də Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 733,9 min nəfər olub, onlardan 903,3 min nəfəri dövlət sektorunda, 830,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Rəqəmlərdən də göründüyü kimi, son bir ildə muzdla çalışan işçilərin ümumi sayı 7,9 min nəfər və ya 0,5% artıb. Bu dövrdə dövlət sektorunda çalışanların sayı 4,2 min nəfər və ya 0,5% azalıb, qeyri-dövlət sektorunda çalışanların sayı isə 12,1 min nəfər və ya 1,5% artıb.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən açıqlanan məlumatda isə bildirilir ki, əmək müqavilələrinin sayı 2022-ci illə müqayisədə 62,5 min müqavilə və ya 3,6 faiz artaraq 1 milyon 809 minə çatıb.
Son bir ildə muzdla çalışan işçilərin sayı 7,9 min nəfər artdığı halda, əmək müqavilələrinin sayı bundan 8 dəfə çox – 62,5 min ədəd artıb.
İki qurumun açıqladığı məlumatlar arasında bu qədər kəskin fərqin olmasına münasibət bildirən iqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, əmək müqavilələrindəki artım əmək bazarında muzdla çalışan işçilərin sayının artması hesabına deyil, bir işçi ilə birdən çox əmək müqaviləsinin bağlanılması hesabına baş verib:

“Bildiyimiz kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, işçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Bundan başqa Statistika Komitəsinin açıqladığı məlumatda da muzdlu işçilərin əmək müqaviləsi ilə çalışan şəxslər olduğu qeyd olunur. Belə olan halda biz görürük ki, muzdla çalışan işçi eyni zamanda əmək müqaviləsi ilə çalışan işçi deməkdir. Əgər yanvar ayının 1-nə olan məlumatda ölkədə 1 milyon 741,8 min nəfər muzdla çalışan işçi varsa, o zaman yanvar ayının 1-nə 1 milyon 809 min əmək müqaviləsinin olması o deməkdir ki, 67,2 min əmək müqaviləsə birdən artıq şəxslə bağlanılıb. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin açıqladığı məlumatda əmək müqavilələrinin sayının artması məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşdırılması istiqamətində görülən kompleks tədbirlərlə əlaqələndirilib. Lakin, Statistika Komitəsinin muzdla çalışan işçilərin sayı ilə bağlı açıqladığı məlumat nazirliyin bu məlumatını təkzib edir. Statistika Komitəsi əslində nazirliyin yalan məlumat verdiyini ortaya çıxarır. Əgər, əmək müqavilələrinin sayı nazirliyin dediyi kimi, məşğulluq imkanlarının artırılması və qeyri-rəsmi məşğulluğun leqallaşdırılması hesabına artsaydı, o zaman muzdla çalışan işçilərin də sayı buna paralel şəkildə artmalı idi. Amma, biz bunun əksini görürük”.
Məsələ ilə bağlı ƏƏSMN-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Yeniavaz.com-un sorğusuna belə cavab verib:
“Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər.
Əvəzçilik üzrə əlavə iş yerində işlədikdə də onunla əmək müqaviləsi bağlanır. Belə halda, göründüyü kimi, muzdlu işçinin adında əsas və əlavə iş yerləri üzrə olmaqla artıq bir yox, iki əmək müqaviləsi e-sistemdə qeydə alınır.
Əmək müqavilələrinin sayının muzdla (yəni əmək müqaviləsi ilə) çalışanların sayından çox olması da bununla əlaqədardır.
Son illər qeyri-formal məşğulluqla mübarizə tədbirlərinin, məşğulluq imkanlarının genişləndirilməsinin nəticəsi olaraq əmək müavilələri mütəmadi artır.
Əmək müqavilələrinin sayında artım olduğu kimi, eyni zamanda muzdla (yəni əmək müqaviləsi ilə) çalışanların sayında da davamlı artım mövcuddur. Dövlət Statistika Komitəsinin muzdla çalışanların sayı ilə bağlı açıqladığı məlumatlara nəzər saldıqda bu artım dinamikasını aydın şəkildə görmək olar”.
 
Ardını oxu...
Elm və Təhsil Nazirliyi 2024-cü ildə 32 təhsil müəssisəsində təmir-tikinti işləri aparacağını açıqlayıb. Keçən il say daha çox olmuşdu. Hər halda nazirlik bildirir ki, 2023-cü ildə 40 təhsil müəssisəsi əsaslı təmir olunub. Dövlət qurumu konkret hansı təhsil ocaqlarından danışıldığını gizlədir. Yəni bilmək olmur ki, hansı müəssisələr hansı səviyyədə təmir olunub.
Bizimyol.info xəbər verir ki, ölkədə yüzlərlə orta məktəb binasının ya əsaslı təmirə, ya da yenidən inşaya ehtiyacı var. Sosial platformalarda xüsusilə kənd məktəblərinin acınacaqlı durumu ilə bağlı yazılır, fotolar paylaşılır. İfadə kobud da çıxsa, binaların bəzisi tövlədən fərqlənmir. Bölgələrdə baxımsız təhsil müəssisələri çoxdur. Elm və Təhsil Nazirliyi bununla bağlı konkret statistika ortaya qoymur. Yalnız görülən işlərdən danışılır. Bunun da hansı səviyyədə həyata keçirildiyini bilmirik.

Jurnalist Günel İsayeva deyir ki, Göyçayın Mırtı kəndindəki məktəb binasının bərbad vəziyyətdə olmasıyla bağlı iki il ardıcıl Elm və Təhsil Nazirliyinə müraciət edib. Nəticədə lazımi nəticə hasil olmayıb.

“Ötən il təmir adı ilə dam örtüyünü dəyişdirib guya əsaslı təmir-tikinti işləri aparılmış kimi qeyd etdilər. Əminəm ki, bu 40 rəqəminin içində o məktəb də var. İndi düşünün ki, o 40 məktəb necə və nə cür təmir olunub. Bu gün uşaqlardan soruşuram ki, məktəbdə durum necədir? Uşağın biri dedi ki, dərsin ortasında ayağımın üstündən siçan gəlib keçdi. Digəri deyir ki, partanın üstündə də gəzirlər. O biri deyir ki, sinif otağında 8 siçan balası ilə birgə dərs keçirik.

Ay hörmətli, Elm və Təhsil Nazirliyi, Mırtı məktəbində sinif otaqlarında şagirddən çox siçan balası var. Bəlkə təmir işlərini binanın özündə də, köhnə sinif otaqlarında da aparasınız? Sinif otaqları elə bil 41-45-dən qalıb. Nə tavan, nə döşəmə, nə də invertarlar yarayır təhsilə”.

Günel İsayevanın yazdığına görə, Mırtı kənd məktəbinin tualeti yoxdur. Taxta ayaqyolu çoxdan çöküb. Kişi müəllimlər özləri üçün tualet düzəltsə də, külək tikilini aşırdıb.

“Uşaqlar, müəllim kollektivi qalıb üfunət içində. Bir dəfə jurnalist kimi, sonra vətəndaş kimi yazdım, rəsmi məktublar, sorğu göndərdim, “çox tənqid etməyin, pessimist olmayın, tikiləcək” dediniz. Nə oldu? Bir dam örtüyü dəyişməklə yamaqlı məktəb əsaslı təmir-tikinti olur? Şəffaf olun, Mırtı kənd tam orta məktəbinin təmirinə nə qədər vəsait xərclədiz?”

Jurnalist haqlı olaraq vurğulayır ki, bu işə məsul şəxslərin heç biri uşağını elə məktəbdə oxutmaz. O şərtlərlə verilən təhsildən hər hansı keyfiyyətli gələcək gözləməyə dəyməz.
 
Ardını oxu...
Fevralın 7-də keçiriləcək prezident seçkilərinə az müddət qaldıqca seçkidən sonra gözlənən proseslərə maraq daha da artır. Xüsusilə də sosial-iqtisadi sahədə ölkədə hansı yeniliklərin olacağı böyük maraq doğurur. Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində 7 namizəd rəqabət aparacaq. Hakimiyyət dəyişməsə də, hökumətin dəyişəcəyi istisna edilmir. Bu da onunla bağlıdır ki, İlham Əliyev post-Qarabağ dövründən sonra yeni komanda ilə hərəkət etmək dəst-xəttini tutacaq. Bu təkcə Qarabağ probleminin həlli ilə deyil, həm də dünyada baş verən hadisələr fonunda dinamik bir komandaya ehtiyac olması zərurətindən irəli gələn faktordur.

Bəs, kimlə qala bilər, kimlər gedə bilər? Bu suala birmənalı cavab vermək mümkün deyil. Ona görə ki, səlahiyyət dövlət başçısındadır və sərəncamları da o imzalayır. Lakin ümumi ehtimallar irəli sürmək mümkündür. Bu ehtimalların da reallaşma imkanları çox da ola bilər, az da.

Maraqlıdır, seçkilərdən sonra ölkənin sosial-iqtisadi həyatında hansı dəyişikliklər baş verəcək?

Məsələ ilə bağlı Referaans.Az-a danışan politoloq, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı hesab edir ki, dünyanın istənilən ölkəsinə seçkilər keçirilərkən həmin seçkilərin favoriti olur və bizdə də favorit hazırda İlham Əliyevdir:

“İlham Əliyev həm Qarabağda əldə etdiyi uğurlara, həm hazırda işğaldan azad olunan ərazilərimizdə apardığı yenidənqurma işlərindəki fəaliyyətinə görə, həm də beynəlxalq aləmdə tam müstəqil siyasət yeritməklə özünü doğruldub. Buna görə də hazırda ən inamlı favorit Prezidentimizdir. Təbiidir ki, ölkədə seçkilərdən sonra bir sıra dəyişkliklər gözləniləndir. Hazırda vaxtı çatmış və bəzi dəyişikliklərin olması gərəkən əsas işlər sosial məsələlərlə bağlıdır. Seçkilərdən sonra sosial məsələlərə daha çox diqqət yetirilməlidir”.
Politoloq qeyd edib ki, seçkilərdən sonra sülh müqaviləsi ilə bağlı ciddi yeniliklər olacaq, çünki Azərbaycan artıq uzun müddətdir ki, Ermənistana bir sıra təkliflər göndərsə də, bu cavabsız qalır. Onun sözlərinə görə, xarici məsələlərdən biri Ermənistanı sülhə vadar etmək olacaq, amma bununla yanaşı ölkə daxilində də bəzi dəyşikliklər olacaq: “Təbii ki, torpaqlarımızın erməni işğalından azad olunması sevindirici bir haldır, lakin vətəndaşların sosial, məişət, yaşayış və iş problemləri var. Buna görə də seçkilərdən sonra daha geniş sosialyönümlü siyasətin yürüdüləcəyini ehtimal etmək olar”.

Politoloq Tofiq Abbasov isə bildirir ki, seçkidən sonra köklü dəyişikliklərin baş verəcəyi ehtimal deyil, lakin bir sıra daxili və xarici siyasətdə yeni mərhələnin qədəm qoyacağı aydındır:

“Seçkilərdən sonra yeni bir dönəm başlayacaq. Bir çox həllini gözləyən məsələlər, proseslər və əsas da islahatlar var. İslahatların gedişatı ilə bağlı yeniliklər olacaq. Ölkənin istənilən xarici arenalarda, beynəlxalq aləmdə həyata keçirdiyi təşəəbbüslər və imza atdığı işlərin hamısı bilavasitə ölkə daxilində gedən proseslərlə əlaqəlidir. Əgər ölkənin etibarlı ehtiyatları, gücü və ən əsası strateji resursu olmasa, o zaman xaricdəki fəaliyyət hər zaman ya kövrək, ya da natamam olur. Dövlət xarici arenalarda özünü çox əminliklə büruzə verirsə və onun fəaliyyəti gözə çarpırsa, deməli, bu ondan xəbər verir ki, ölkə daxilində vəziyyət sabitdir”.

Tofiq Abbasov əlavə edib ki, ictimai-siyasi sabitliyin qorunması ölkədə ən əsas məsələlərdən biridir. Bunun da bir qolu sosial rifahdır. İstər-istəməz insanlar özlərini sosial cəhətdən əmin hiss edirlərsə, hökumətin onlara diqqəti varsa, bu zaman vətəndaşlar özlərini daha çox etibarlı hiss edirlər.

Aqil Qarayev
Ardını oxu...
Universitet şəhərcikləri yeni bir hadisə deyil - təhsil məkanlarının kampusları dünya təcrübəsində 18-ci əsrdən populyarlaşmağa başlayıb. Belə ki, dünyanın bir çox böyük universitetləri əvvəlcə kampuslar formatında yaradılıb və burada akademik korpuslar, yataqxanalar və digər infrastruktur obyektləri birləşdirilib. Məsələn, Oksford və ya Bolonya Universitetləri ənənəvi kampusun klassik nümunələridir. Hazırda dünyada Böyük Britaniya, Fransa, ABŞ-nin kampus modelləri effektiv forma kimi diktə edir. Belə ki, şəhərciklər təhsil, elm, innovasiya və biznesi vahid məkanda lokallaşdırmaqla yüksək təhsili və iqtisadi artımı təşviq edir.

Mütəxəssislərin fikrincə, dünya səviyyəli kampuslar, ilk növbədə, təhsilin ixracında mühüm amildir.

Artıq bizdə də Bakıətrafı ərazidə yaşıl universitet şəhərciyinin yaradılması təklif olunur. Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapan layihədə Bakı ətrafında universitet şəhərciyinin yaradılması nəzərdə tutulur. Layihə çərçivəsində bır sıra universitetlərin Bakıdan kənara köçürülməsi də istisna deyil.

"Kaspi” qəzeti mövzu ilə bağlı sahənin mütəxissislərinin fikirlərini öyrənib.

Regionlarda da universitet şəhərciyi

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı hesab edir ki, Baş planda universitet şəhərciyi barədə bəndin yer alması əhəmiyyətlidir: "Təbiidir ki, əgər universitet şəhərciyi yaratmaq nəzərdə tutulursa, bu, şəhərdən kənarda olacaq. Şəhər daxilində universitet şəhərciyinin yaradılması nə qədər real görünür? Universitet şəhərcikləri dünyanın bir çox qabaqcıl ölkələrində var və bunun yaxşı nümunələri ABŞ-də və Türkiyədə mövcuddur. Məsələn, son bir neçə ildə Türkiyədə Ardahan Universiteti üçün tikilən şəhərcik az qala böyük bir rayon mərkəzinin ərazisini əhatə edir.

Bu şəhərcikdə hər şey var: tədris korpusları, tələbə yataqxanaları, kitabxanalar, müəllimlərin yaşaması üçün mənzillər və s. Hətta elə universitet şəhərciyi var ki, orada işıqforlar quraşdırılıb, bir korpusdan digərinə tələbə və müəllimləri daşımaq üçün avtobuslar hərəkət edir. Yəni, tələbə və müəllimlər şəhərcikdən çıxmadan bütün zəruri məsələləri həll edə bilirlər. Bütün bunlar təhsilin keyfiyyətinə təsir göstərən başlıca amillərdir”. M.Qasımlı hesab edir ki, təkcə Bakıda deyil, digər şəhərlərimizdə də universitet şəhərciyi yaradılmalıdır: "Məncə yaradılacaq Qarabağ Universiteti Azərbaycan ali təhsilinin yeni bir modeli olacaq”.
"Bizdə Universitetlərin çoxu səs-küylü yerlərdədir”
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Rüstəm Kamalın sözlərinə görə, universitet şəhərciyinin yaradılması ideyası şəhərin infrastrukturunu və urbanist fəlsəfəsini dəyişir: "Müşahidələrimə görə, universitet şəhərcikləri avtonom məkanda, yaşıl vadidə yerləşir. Universitet özünün bütün infrastrukturu ilə orada fəaliyyət göstərir. Təbii ki, bu, universitetlərin böyüməsinə də imkan verəcək. Bu baxımdan, orada tələbə kontingentinin sayı da çox olmalıdır. Əgər bir universitetdə 20-25 min tələbə yoxdursa, ondan hansı şəhərcik qurmaq olar?”.
Professorun fikrincə, bu layihə həmçinin şəhərlərin inkişafına da imkan yaradacaq: "Xankəndidə universitet fəaliyyət göstərsə, onun şəhərciyi də olsa, ora tələbələr axışar. Həmin universitet tanınmış olmalıdır ki, dünyanın hər yerindən ora oxumağa gəlsinlər və şəhərcik yaransın. Tələbənin çox olması, eləcə də alim və müəllimlərin çoxluğu universitetin statusunu da, ab-havasını da dəyişər. Belə balaca şəhərlərdə universitet yaratmağa dəyər. Çünki bizdə universitetlərin çoxu səs-küylü yerlərdədir. Məsələn, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində xüsusən yayda səs-küydən, maşın siqnallarının səsindən dərs keçmək olmur. Tələbələrin də fikri çöldə qalır. Amma Tübingen Universiteti Almaniyanın balaca şəhərində, Tartu Universiteti də Estoniyanın kiçik şəhərində, yaşıl vadidə yerləşir. Hər iki şəhər universitetlərinin adı ilə tanınır. Bizdə də universitetlərin yaranması şəhərlərin nüfuzunu qaldırar. Universitet şəhərciyi həm də Azərbaycan ali təhsilini pərakəndəlikdən qurtarar”. Professorun fikrincə, bir neçə universiteti bağlayıb bir universitet strukturuna daxil etmək olar. Belə ki, bu, universitetin mərkəzləşməsinə və təmərküzləşməsinə gətirib çıxarar, həmçinin müxtəlif ixtisasdan olan tələbələrin bir məkanda təhsil almasına imkan verər: "Təsəvvür edin, bir şəhərcikdə gələcəyin mühəndisi, bəstəkarı, jurnalisti, filoloqu görüşür”.

Kampus formatında olan universitetlər

Təhsil eksperti Asif Cahangirov da universitet şəhərciyi ideyasını dəstəkləyir: "Universitetlərin şəhərdən kənarda yerləşdirilməsi və bir şəhərcik halında birləşməsi beynəlxalq təcrübədir. Kampus formatında olan universitetlərdə təhsilin keyfiyyəti yüksək olur. Bu formatda tələbələrin mükəmməl təhsil alması üçün zəruri laboratoriyalar, zəngin və 24 saat işləyən elektron kitabxana, tələbələrin əyləncəsi, idmanla məşğul olmaları üçün müxtəlif növ infrastrukturun yaradılması mümkündür”.
Ekspert hesab edir ki, universitet kampusları Bakının mərkəzində nəqliyyat sıxlığının aradan qalxmasına səbəb olacaq. Bu baxımdan, universitet şəbəkəsi təkcə paytaxtda cəmləşməməli, həmçinin bir sıra regionlarda da belə şəhərciklər yaradılmalıdır: "Bu, gənclərin regionlarda da kampus şəraitində təhsil almalarına yol açar. Digər tərəfdən, həmin ərazilərin sosial-iqtisadi inkişafı, şəhərlə kənd arasında fərqin azaldılması baxımından da faydalı olar”.
 
Ardını oxu...
Sabahdan növbədənkənar prezident seçkisi ilə əlaqədar seçkiqabağı təşviqat başa çatacaq.

“Report”un xəbərinə görə, fevralın 6-da saat 8:00-da təşviqatın aparılması dayandırılacaq.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.

Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:

1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev

7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
 
Ardını oxu...
“Naxçıvan-Əcəmi Tikinti-Quraşdırma” Açıq Səhmdar Cəmiyyətində (ASC) qalmaqal yaşanır.
Qaynarinfo-ya daxil olan məlumatda iddia edilir ki, ASC-nin rəhbəri Əhməd Bünyadov səhmdarlardan xəbərsiz şirkətin balansında olan avtomaşınları satıb.
Onun bu addımı narazılığa səbəb olub. Konkret olaraq Səfərov Səməd Sadiq oğlu adlı səhmdar bununla bağlı Naxçıvan Muxtar Respublikası (MR) Kommersiya Məhkəməsində iddia qaldırıb. Onun iddia tələbi maşınların geri qaytarılması, ASC-dəki payının və xalis mənfəətinin ona verilməsi ilə bağlıdır.
Naxçıvan MR Kommersiya Məhkəməsi onun iddiasını təmin etməyib. Səməd Səfərov apellyasiya intstansiyasından da məğlub ayrılıb. Lakin hüquqi mübarizəsini dayandırmayıb. O, Naxçıvan MR Ali Məhkəməsinə kassasiya şikayəti verib.
Səhmdarın şikayətinə hakim Səxavət Bəylərlinin sədrliyi ilə baxılacaq. Fevralın 19-na iş üzrə məhkəmə baxış iclası təyin edilib.
Məlumata görə, Səməd Səfərov ASC-də hər biri 5000 AZN dəyərində olan 19 səhmə sahibdir. Həmçinin satılan avtomaşınlar da onun istifadəsində olub.
Səməd Səfərovun baş verənlərlə bağlı müraciəti də var. “Bünyadov Əhməd Səfər oğlu 2017-ci ildən indiyə qədər səhmdarların yığıncağı keçirilmədən, mənim biləvasitə xəbərim olmadan avtomaşınları özəlləşdirərək satıb”, deyə səhmdar mediaya müraciətində bildirib.
Məlumat üçün deyək ki, “Naxçıvan-Əcəmi Tikinti-Quraşdırma” ASC Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 5, məhəllə 35-də qeydiyyatdadır.
 
Ardını oxu...
Naxçıvan MR Səhiyyə Nazirliyində növbəti “canişin”sayağı kadr təyinatı baş verib.

Ovqat.com-un məlumatına görə, ötən ilin 3 iyulunda yaradıldığı elan olunan “Naxçıvan MR Mərkəzi Təcili Tibbi Yardım” publik hüquqi şəxsin icraçı direktoru vəzifəsinə Tural Ələkbərov gətirilib.

Bəs səhiyyə sisteminin ən həyati sahələrindən sayılan Təcili Tibbi yardım müəssisəsinə bundan sonra rəhbərlik edəcək Tural Ələkbərov kimdir, hansı tibbi savad və qabiliyyətə malikdir?

Suallarımızı cavablandıran Naxçıvan həkimlərindən birinin (təəssüf ki, Naxçıvan hələ də “xan” xofundan xilas olmadığı üçün həmsöhbətlərimiz adlarının anonim qalmasını tələb edirlər) bildirdiyinə görə, Tural Ələkbərov tibb mütəxəssisi yox, sığortaçıdır. O, vaxtilə “xanzadə” ləqəbilə məşhur olan Seymur Talıbovun yaratdığı “Naxçıvan Sığorta”nın İdarə Heyətinin sədri vəzifəsini icra edib. 2014-cü ildə yaradılan və səhmlərinin 100 %-i "Naxçıvan Bank" ASC-yə məxsus olan bu şirkət ötən ayın 8-də ləğv olunub. Səbəbi isə çox sadədir. Onun bağlı olduğu “NaxçıvanBank” fəaliyyətində yol verdiyi qanunsuzluqlar və yeyintilər səbəbindən ötən il özünü buraxmışdı. Dolayısıyla “Naxçıvan Sığorta” da bu maxinasiyalardan sığortalanmış deyildi və bu səbəbdən də ləğv olunmuşdu.

Buna baxmayaraq, fəaliyyəti müəmmalı sığorta şirkətinə rəhbərlik edən Tural Ələkbərov “Naxçıvan Sığorta” ləğv olunduqdan sonra cəmi ayyarım işsiz qalıb. Seymur Talıbovun baş sığortaçısının “bənzərsiz məharətini” nəzərə alan Naxçıvan MR Səhiyyə Nazirliyi tibbi savadının olub-olmamasına əhəmiyyət vermədən ona yeni yaradılan “Muxtar Respublika Mərkəzi Təcili Tibbi Yardım” publik hüquqi şəxsin taleyini tapşırıb.

Sual oluna bilər: Tural Ələkbərovun “Naxçıvansığorta”dakı bənzərsiz fəaliyyətindən başqa hansı işgüzar keyfiyyəti Muxtar Respiblika Səhiyyə naziri Samiq Sadıqovun diqqətini cəlb edib ki, bu qərara imza atmağı lazım bilib? Axı istənilən sahədə bu qabiliyyətə malik şəxsiyyət tapmaq olardı. Deməli, Tural Ələkbərovu fərqləndirən digər “müsbət keyfiyyətləri” də var ki, Samiq müəllim onu əvəzedilməz kadr kimi seçib və peşəsi baxımından heç bir aidiyyəti olmayan qurumun rəhbəri vəzifəsinə gətirib.

Mənbəmizin bildirdiyinə görə, Tural Ələkbərov vaxtilə "Naxçıvansığorta" ASC-nin İdarə Heyətinin üzvü vəzifəsində çalışıb. Başqa sözlə, o, Naxçıvan MR Səhiyyə Nazirliyinin indiki aparat rəhbəri Vüsal Məmmədovun ən sadiq işçilərindən olub.

“Nazirliyin aparat rəhbəri Vüsal müəllimin “Naxçıvansığorta”dakı müdiri olub. Son zamanlar kadr təyinatları Səhiyyə Nazirliyində xüsusi seçmələrlə həyata keçirilir. Kadrlar Vüsal bəyin məsləhəti ilə təyin edilir. Soruşarlar adamdan, özünü doğrultmamış, “xanzadə” Semurun biabırçı sığorta şirkətinin Turalının səhiyyədə, bir də onun ən vacib sahəsində - təcili tibbi yardımda nə işi var?”, - deyən həmsöhbətimiz xatırladıb ki, nazir Samiq Sadıxov da əvvəllər Naxçıvan MR Tibbi Sığorta qurumunun rəhbəri olub:

“Tural Ələkbərov və Vüsal Məmmədovla Samiq Sadıxovun yaxın dostluq əlaqələri ilə tanınıblar. Görünən budur ki, Naxçıvan MR Səhiyyə Nazirliyi məşhur sığortaçıların dostluq klubuna çevrilib. Muxtar Respublikanın səhiyyə sistemində idarəçiliyin tibbi savadı olmayan şəxslərin ixtiyarına verilməsinin əsas səbəbi də budur”.

Həmsöhbətimiz onu da bildirdi ki, Vasif Talıbovun zamanında ən bərbad şəkildə işləyən qurum da elə tibbi sığorta idi: “Həmin dövrdə tibbi sığortada yeyintilər elə səviyyəyə yüksəlmişdi ki, artıq bu qurumun kassasında pul qalmamışdı. Bu səbəbdən də bir müddət, demək olar ki, xəstələrin heç birinə tibbi sığorta verilmirdi. Və o zamanlar Samiq Sadıxov həmin quruma rəhbərlik edirdi:

Maraqlıdır ki, Naxçıvan səhiyyəsinin “3 muşketyoru” adlandıra biləcəyimiz bu şəxslərin ən azı ikisi 2020-ci ildə siğorta şirkətlərində rəhbər vəsifəyə təyin olunmuşdular. Samiq Sadıxov 08. 12. 2020 tarixində Naxçıvan “Tibbi Sığorta”ya, Tural Ələkbərov 10. 07. 2020 tarixində “Naxçıvan Sığorta”ya. Səhiyyə Nazirliyinin indiki aparat rəhbəri Vüsal Məmmədovun nə zaman “Naxçıvan Sığorta”nın İH üzvü vəzifəsinə təyin olunduğunu isə aydınlaşdıra bilmədik.

Qeyd edək ki, Naxçıvandan fərqli olaraq, Azərbaycanın digər bölgələrində xəstəxanaların icraçı direktoru vəzifəsinə birqayda olaraq tibb mütəxəssisləri təyin edilirlər. Görünür, “xan” həzrətləri kimi, “canişin” əfəndi də fərqlənməyi Naxçıvanın müstəsna muxtar hüququ kimi başa düşür.
 
 
 
Ardını oxu...
Naxçıvanın Kənd Təsərrüfatı naziri əvəzi Bakıda bir kolleci bitirib və nazir təyin olunandan sonra hansısa universitetin hüquq fakültəsinə daxil olub. Yəni nazir xanım əfəndi faktiki olaraq tələbədir və bu vaxta qədər Qida Təhlükəsizliyi Agentliyində işləyib.

Ovqat.com-a bu məlumatı vaxtilə Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində hüquqşünas vəzifəsində çalışan Gülşən Hacıyeva verib.

Onun sözlərinə görə, nazir əvəzi bu faktı şəxsən özü Gülşən Hacıyevaya etiraf edib. Təzə vəzifəyə təyin olunandan bir qədər sonra Gülşən Hacıyevanın hüquqi iradına cavab verən nazir əvəzi bildirib ki, ona qanundan dərs deməsin. Çünki özü də hüquq fakültəsində oxuyur və yeri gələndə bu elmin incəliklərini Gülşən Hacıyevadan yaxşı bilir. Təbii ki, Gülşən xanım bu özündənmüştəbeh nazir əvəzinin iddialarına çox da etibar etməyib. Axı necə ola bilər ki, hüquq sahəsində iki universitet bitirən Gülşən xanım öz sahəsini adi bir tələbə qədər bilməsin?

Bəs, hüquqşünas, nazirin hələ də tələbə olması həqiqətini necə ortaya çıxarıb?

Gəlin, tələsməyək, bu sirri-xudanı anlamaq üçün hadisənin başvermə səbəblərinə nəzər salaq.
Ardını oxu...
Naxçıvan Muxtar Respublikasının bir kənd təsərrüfatı nazir əvəzi var – Xəyalə Dadaşova.

Ötən ilin fevralın 28-də Naxçıvanın Kənd Təsərrüfatı nazirinin müavini təyin olunub. Bir müddətdən sonra isə nazir səlahiyyətlərini icrasını, yəqin ki, alternativ birini tapa bilmədiklərindən ona tapşırıblar. Onun ilk xidməti vəzifəsi isə 24 il həmin nazirlikdə hüquqşünas işləyən Gülşən Hacıyevanı işdən çıxarmaq olub. Özü də nə vaxt? – 19 aprel 2023-cü ildə. Yəni təyinatının cəmi 50-ci günündə.

Gülşən Hacıyevanın iddiasına görə, onu guya köhnə hakimiyyətin dövründə dövlət qulluğu imtahanından keçməyən 5 nəfərin işə götürülməsi ilə əlaqədar sənədə imza atdığı üçün işdən çıxarıblar. Əslində isə bu, bəhanə olub. Əsl səbəb hüquqşünasın nazirə qanunvericiliyi başa salmaq imiş.

Belə ki, nazirlikdə keçirilən iclaslardan birində nazir əvəzi Xəyalə Dadaşova qurumun aparat rəhbəri Zəkəriyyə Gözəlovu danlayıb. Bu da hüquqşünasın acığına gəlib və ondan danışmaq üçün söz istəyib. Nazir əvəzi ona söz verib və Gülşən Hacıyeva qanunvericiliyə istinad edərək aparat rəhbərinin izahat verməsinin bir hüquq məsələsi olduğunu, başqa sözlə, Zəkəriyyə bəyin üzərində belə bir öhdəliyinin olmadığını Xəyalə Dadaşovanın diqqətinə çatdırıb. Bununla da necə deyərlər, “dananın quyruğu qopub”. Hüquqşünasın iradına bərk qəzəblənən Xəyalə xanım ayağa qalxıb oturduğu kreslonu göyə qaldırıb elə zərblə yerə çırparıb kabinetdəki stol-stul belə tir-tir titrəyib. Və hüquqşünasa deyib ki, mənə hüquqdan-müquqdan danışma. Mən də ikinci təhsilimi hüquq fakültəsində alıram və bu sahənin incəliklərini səndən çox bilirəm, vəssəlam.
Ardını oxu...
Şəkildə: Gülşən Hacıyeva

Gülşən xanım isə bu zamana qədər onun kollec qurtardığını bilirmiş və heç bir ali təhsili olmayan bir şəxsin necə nazir vəzifəsinə gətirilməsinin sirri ilə maraqlanırmış. Xəyalə xanımın bu etirafından sonra onun tələbə olduğunu eşidib öz ürəyində məlum təyinatla razılaşıb belə.

Di gəl ki, onun bu könül rahatlığını nazir əvəzinin qisasçılığı bulandırıb. Şikayətçinin iddiasına inansaq, həmin hüquq dərsindən səhv nəticə çıxaran nazir əvəzi bir həftədən sonra nazirliyin əyan-əşrəfini başına toplayıb Gülşən xanımın işdən çıxarılması barədə əmr imzalayıb. Bəhanə kimi isə köhnə rəhbərliyin dövründə işə götürülən 5 nəfərin ərizəsinə hüquqşünasın da qol çəkməsi göstərilib. Halbuki, Naxçıvanda “xan” rejimi zamanı yuxarıdan gələn əmrlərə etiraz etmək mümkün deyildi və bu kriteriyalarla getsək, Vasif Talıbovun bütün kadrları istinasız olaraq işdən çıxarılmalı, yaxud həbsə atılmalı idi. Biz isə tamamilə fərqli mənzərələrlə qarşı-qarşıyayıq. Görürük ki, həmin adamlar nəinki işdən çıxarılmır, əksinə hətta sığortaçılar gətirilib tibb müəssisələrinin rəhbəri və ya naziri təyin olunur. Məsələn, Naxçıvanın Təcili Tibbi Yardım İdarəsinə bu yaxınlarda icraçı direktor təyin olunan Tural Ələkbərovu KTN-nə rəhbər qoysaydılar, yenə anlamaq mümkün idi. Ən azı ona görə ki, Tural müəllim heç olmasa, Azərbaycan Aqrar Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsini bitirib. Xəyalə xanım isə sadəcə kollec məzunu və tələbədir. Naxçıvan “canişinliyində” isə Əlinin papağını Vəlinin, Vəlinin papağını Əlinin başına qoymaqla məşğuldurlar.
Ardını oxu...
Şəkildə: Yerləri səhv düşən Naxçıvan məmurları – Tural Ələkbərov və Xəyalə Dadaşova
Gülşən Hacıyeva onun ərizəsi olmadan, kiçik bəhanələrlə işdən çıxarılmasını qanunsuzluq adlandırır və bu iddia ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edib. Hakim Hicran Muradovun sədrliyi ilə 7 aydan çox sürən məhkəmə prosesi də onun dərdinə məlhəm olmayıb. Özünün dediyinə görə, hakim “qanunsuz” əmri qüvvədə saxlayıb və o, işinə geri qaytarılmayıb.

Şikayətçi məhkəmənin bu qərarı ilə razılaşmaq istəmir. O, bütün məhkəmə intansiyalarına və ölkə başçısına müraciət etmək niyyətindədir. Dediyinə görə, artıq Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya məktub göndərib. Amma indiyədək bu məktubun da cavabı gəlməyib. Gülşən xanım inanır ki, məktub Mehriban xanıma çatmayıb. Odur ki, ikinci məktubu Prezident İlham Əliyevə yazmaq niyyətindədir və ümidvardır ki, ölkə rəhbərinə yazacağı məktub yolda itib-batmayacaq. Hüququnu bu yolla təmin edə bilməsə, beynəlxalq məhkəməyə də üz tuta bilər.
Ardını oxu...
Ardını oxu...
Şəkildə: Gülşən xanımın iddiaları

Qeyd edək ki, hüquqşünasla nazir arasında qalmaqal həmin vaxt Azərbaycan media orqanlarının da əsas mövzularından olub. Qalmaqalın baş verdiyi gün bu barədə dərc olunan məlumatda bildirilirdi:

Naxçıvanda nazirlə hüquqşünas arasında qalmaqal yaşanıb.

Pravda.az-ın məlumatına görə, Naxçıvan MR Kənd Təsərrüfatı nazirinin müavini, nazir vəzifəsini icra edən Xəyalə Dadaşova ilə nazirliyin hüquqşünası Gülşən Hacıyeva arasında insident baş verib.

Belə ki, nazir vəzifəsini icra edən Xəyalə Dadaşova hüquqşünası tutduğu vəzifəsindən uzaqlaşdırmaq istəsə də, Gülşən Hacıyeva buna etirazını bildirib. Nəticədə ikili arasında nazirliyin inzibati binasında böyük qalmaqal yaşanıb. Hazırda Xəyalə Dadaşovanın rəhbərliyi ilə nazirlikdə təcili toplantı keçirilir.
 

 
Ardını oxu...
“Bakıda, Neftçilər prospekti, 65 ünvanındakı binanın fasadının ağardılması tarixi binaya müdaxilə etmək deməkdir”. Bunu Oxu.Az-a açıqlamasında memarlıq üzrə elmlər doktoru, professor Elçin Əliyev deyib.

O qeyd edib ki, tarixi binanın fasadının laqunda vasitəsilə ağardılması yolverilməzdir:

“Təəssüf ki, heç bir aidiyyəti qurum məsələyə diqqət ayırmır. Bu sahədə kimsə işləməlidir axı. Cəmiyyətdə memarlıq abidələri haqqında danışılır, müzakirələr gedir, amma heç nə dəyişmir”.

Professor qeyd edib ki, son 3-4 ildə Bakıda fasadların bu cür ağardılmasına rast gəlinmirdi.

“Bu gün biz görürük ki, şəhərin mərkəzində köhnə laqundalarla fasadı əvvəllər necə təmizləyirdilərsə, o cür də davam edirlər. Əslində, son 3-4 ildə Bakıda belə etmirdilər. İndi yenə başlayıblar. Demək ki, yenə nəzarətsizlikdir”, – deyə memar bildirib.

Qeyd edək ki, sözügedən bina 1906-1907-ci illərdə tikilmiş Əmiraslanovların evidir. Bina memarlıq abidəsidir və dövlət tərəfindən qorunur.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 

Dünyapress TV

Xəbər lenti