Ardını oxu...
“Bakı Tikiş Evi” ASC-nin sədri Fidail Rəhimov öz arzusuna çatıb. Belə ki, Yeni Azərbaycan Partiyasının açıqladığı siyahıda onun oğlu “Bakı Tikiş Evi” ASC-nin maliyyə işləri üzrə sədr müavini Elnur Rəhimovun deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb.
Azərbaycanda vahid məktəbli formalarını öz monopoliyasına alan Fidail Rəhimov öz oğlunu bu siyahıya neçə saldırıb? Ölkədə kifayət qədər savadlı şəxslərin olduğu halda Yeni Azərbaycan Partiyası siyahıya Elnur Rəhimovun adını kimin tapşırığı ilə salıb? Məlumatlara görə Elnur Rəhimovun adı son anda siyahıya əlavə edilib.

Fidail Rəhimovun canfəşanlığı öz nəticəsini verib. Məlumata görə, Fidail Rəhimov oğlunun adını bu siyahıya salmaq üçün hələ bir neçə ay öncədən hərəkətə keçib. Sonda o öz istəyinə çatıb.

Xatırladaq ki, “Bakı Tikiş Evi” ASC-nin sədri Fidail Rəhimov ölkədəki bütün məktəblər üçün geyim formasını tikir və bu formaları almaq məcburidir. Qeyd edək ki, ölkədə orta ümumtəhsil məktəblərində 1 milyon 600 min nəfər şagird təhsil alır. Bu sahə “Bakı Tikiş Evi” ASC-nin sədri Fidail Rəhimovun monopoliyasında olduğu üçün ondan başqa adam məktəblərə forma verə bilməz. Qiyməti Nazirlər Kabineti tənzimləsə də qara bazarda “Bakı Tikiş Evi” ASC öz istədiyini həyata keçirdir. Olduqca kefiyyətsiz matreallardan tikilən geyimlərin dəsti qara bazarda 90 mantda satılır. İl ərzində “Bakı Tikiş Evi” ASC bu formalardan təqribən 15 milyon manat gəlir götürür. Bundan əlavə güc nazirliklərinin də geyim formaları hansısa sehirli əl vasitəsilə Fidail Rəhimovun rəhbəri olduğu “Bakı Tikiş Evi” ASC-yə həvalə edilib. Bir sözlə ölkədəki bütün geyim formalarını məhz “Bakı Tikiş Evi” ASC həyata keçirir.

Bu müəssisənin məktəbli formalarının istehsalı və satışı sayəsində inhisarçı mövqeləri hər gün biraz da artır.
Reallıq bundan ibarətdir ki, Fədail Rəhimovun rəhbərlik etdiyi fabrik hazırda Azərbaycanda məktəbli formalarının istehsalı və satışı ilə bağlı inhisarçı müəssisədir. Baxmayaraq ki, Rəhimov KİV-ə açıqlamalarında bunu israrla təkzib etməyə çalışır. Amma reallıq ondan ibarətdir ki, monopolist müəssisələr, nə qədər nəzarət edilsə də, bazarda istədikləri qiyməti diqtə edə bilir. Əks halda F.Rəhimovdan soruşmaq lazımdır: niyə Azərbaycanda oxşar tikiş fabrikləri yoxdur? Nə üçün məktəbli formalarının sifarişi və istehsalı ilə digər fabriklər də məşğul olmurlar? Üstəlik, axı bu cür anoloji müəssisələri regionlarda yaratmaq olardı. Belədə həm əyalətlərdə yeni iş yerlərinin açılması istiqamətində kifayət qədər önəmli addım atılmış olar, həm də valideynlərin daha münasib qiymətə məktəbli formaları almasına “yaşıl işıq” yandırılardı. Bəs bütün bunlar hələlik real deyilsə, yaranmış belə vəziyyət kimin günahıdır? Təbii ki, Fədail Rəhimov kimi inhisarçı maraqları yüksək olan və bazarda yeni oyunçuların olmasını arzulamayan, istəməyən dairələrin!

Fidail Rəhimov öz oğlunu bu ASC-də maliyyə işləri üzrə sədr müavin təyin etməklə onun bir çox tenderlərdə asanlıqla qalib olmasına şərait yaradıb. Məhz bunun göstəricisidir ki, bu gün adı heç yerdə hallanmayan 35 yaşlı Elnur Rəhimov YAP-ın seçki siyahısına salınır. Burada hansısa böyük əllərin olduğu qaçılmazdır. Çünki ölkənin hakim partiyasının seçki siyahısına heç kimin tanımadığı, cəmiyyətdə nüfuzu olmayan bir şəxsin salınması olduqca anlaşılmazdır.

35 yaşlı Rəhimov Elnur Fidail oğlu Bakı şəhər Nəsimi rayon sakinidir. O 2012-ci ildə Türkiyə Cümhuriyyətinin İzmir Şəhərində Dokuz Eylül Universitetini bitirib. 2012-2013-cü illərdə İsveçrənin Cenevrə şəhərində MBA Master of business Administration with major in Global Banking and Finance dərəcəsini bitirib. 2013-cü ildən Bakı Tikiş Evi ASC-də maaliyə işləri üzrə sədr müavini vəzifəsində işləyir. 2014-2019-cu illərdə YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri olub. Ailəlidir 2 övladı var.\

Qeyd edək ki, 9 fevral 2020-ci ildə növbədənkənar parlament seçkilərində “YAP”ın namizədi olaraq 23 saylı Nəsimi – Səbail seçki dairəsindən Ziyad Səmədzadəyə məğlub olmuşdur.

Xalq.Az
 
 
 
Ardını oxu...
Milli Məclisin ən “stajlı” və ən çox susan deputatlarından biri olan Ağalar Vəliyevin namizədliyi yenidən YAP tərəfindən irəli sürülüb.
Bu dəfəki siyahıda Vəliyevin namizədliyi əvvəlki 97 saylı Tərtər – Ağdərə – Goranboy dairəsindən deyil, 57 saylı Xaçmaz şəhər dairəsindən verilib. Bu dairəni keçmiş parlamentdə Eldəniz Səlimov təmsil edirdi ki, o da məlum cinayət hadisəsindən sonra həbs edilmişdi.

Ağalar Vəliyevin əvvəlki dairəsindən isə Anar Məmmədovun namizədliyi irəli sürülüb. Hansı ki, bu “cavan oğlan” da bundan əvvəl 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən deputat idi.

Yeri gəlmişkən qeyd edək ki, Anar Məmmədovun da Ağalar Vəliyev kimi, böyük bizneslə sıx əlaqəsi var. Belə ki, onun deputat olmasında vaxtilə Ziya Məmmədovun biznes ortağı kimi tanınmış qayınatası, iş adamı Qulam Ələkbərovun xüsusi rolunun olduğu barədə mətbuatda yazılar dərc edilib.

Ağalar Vəliyevə gəlincə, Yevlaxda dünyaya gəlmiş bu şəxsin dairəsinin nədən Xaçmaza dəyişdirildiyi müəmmalı görünür. Belə çıxır ki, uzun illər Goranboy-Ağdam-Tərtər üçün susan, bir deputat kimi heç bir siyasi fəaliyyəti müşahidə olunmayan Vəliyev indi də Xaçmaz və xaçmazlılar üçün susacaq. Əvəzində, deputat mandatı cibində, böyük tikinti və digər biznesləri də öz yerində. Xaçmazlıları indidən təbrik etmək olar… (Azpolitika)

AFN.az xatərladır ki, A.Vəliyev ilk dəfə parlamentdə 11 saylı Qaradağ Seçki Dairəsini təmsil edib. Dördüncü çağırış parlamentdə bu dairədən deputat olsa da, 2015-ci il beşinci çağırış və 2020-ci il altıncı çağırış Milli Məclisə 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən “düşüb”. Bu səbəbdən yeni dairə diqqət mərkəzindədir.

AFN.az
Ardını oxu...
Biznesi ilə hər zaman tanınan Xanlar Fətiyevin deputatlığa namizədliyi bir çağırış seçki sonrası yenidən dəstəklənib. Maraqlıdır ki, o, 98 saylı Bərdə-Tərtər seçki dairəsindən namizəd olaraq irəli sürülüb.

Xatırladaq ki, Xanlar Fətiyev daha əvvəl 4 və 5-ci çağırış seçkilərdə deputat olub, 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən deputat adı qazanıb. Amma 6-cı çağırış seçkidə deputat olmayıb. Bu dəfə ona yenidən şans verilib. Xanlar Fətiyev hazırda Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədridir.

Bir müddət əvvəl jurnalist Cavanşir Həsənli Xanlar Fətiyevin Avropanın bir sıra ölkələrində qurduğu şirkətlər barəsində sənədləri açıqlamışdı.

Berlində, Ştutqartda şirkətlər açıb, nə az-nə çox 3 milyon avrodan artıq yatırım edib.

Gəncə Avtomobil Zavodunun rəhbərinə məxsus avtomobillərin icarəsi ilə məşğul olan AZNUR GMBH şirkətinə məxsusdur.
Şirkət 2010-cu il iyunun 15-də Charlottenburg (Berlin) ədliyyəsində nizamnamə kapitalı 25 min avro olmaqla HRB 127288 B saylı şəhadətnamə ilə qeydiyyatdan keçib. Müxtəlif vaxtlarda Sona Osmanova, Murad Süleymanov, Fəxri Həsənov tərəfindən idarə olunub. Berlinin AUGSBURGER STR. 31 ünvanında fəaliyyət göstərən şirkətin hazırki direktoru Elvira Şahbazovadır. Elvira Şahbazova bir müddət həm də Berlində Fətiyevə məxsus, 2006-cı ilin fevralından fəaliyyət göstərən, dövriyyəsi 1 milyon avrodan yuxarı olan BRASIL GASTRO GMBH adlı şirkəti və eyni adlı restoranı idarə edib.

Xanlar Fətiyev bir müddət adıçəkilən restoranı tanıdığını və orada olduğunu etiraf etsə də, “Brasil Brasileiro”nun ona məxsus olduğunu təkzib etmişdi.

Deputatın Almaniyadakı daha bir şirkəti 2010-cu ilin oktyabr ayında Ştuttqart şəhərində AZNUR STUTTGART GMBH adı ilə 25 min avro nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. 2016-cı ilin aprelin 20-də şirkət yenidən Charlottenburg (Berlin) ədliyyəsində HRB 176094 B saylı lisenziya ilə qeydiyyatdan keçirilib və AZNUR TRAVEL GMBH adı ilə Berlində Fətiyevin avtomobillərinin kirayəsi ilə məşğul olan AZNUR GMBH-nin ofisində, AUGSBURGER STR. 31 ünvanında fəaliyyət göstərməyə başlayıb, yeni nizamnaməyə uyğun olaraq turizm xidmətləri göstərir.

AZNUR adı altında Fətiyevin Gəncə Avtomobil Zavodundan şaxələnən biznesi Maltaya, İspaniyaya qədər uzanıb. İspaniyanln Ciudad aeroportunda da AZNUR-un kirayə avtomobilləri xidmət göstərir.

Deputatın Belarusiya paytaxtındakı taksi xidməti ilə məşğul olan digər şirkəti AZNUR TAKSİ (Прыватнае ўнітарнае прадпрыемства па аказаннi паслуг “АЗНУР Таксі”) 2015-ci ilin sentyabrın 14-dən fəaliyyətə başlayıb.

Moskva və Kiyevdə də şirkətin avtomobillərin icarəsi xidməti göstərən filialları var.
“Belaruski” supermarketi də ona məxsusdur.

Buna qədər Xanlar Fətiyev Tiflisdə eyni ad altında 4 supermarketdən ibarət marketlər şəbəkəsi qurub.

1. Tbilisi, 10 I. Abashidze St.

2. Tbilisi, 34 Ts. Dadiani St, B. 5

3. Tbilisi, 4/2 Gulia Sq.

4. Tbilisi, Gldani, II M/D, 1 Pore Mosulishvili St.

Marketlər Fətiyevin Gürcüstandakı AZNURGEORGIA şirkəti tərəfindən idarə olunur.(tribunainfo)
 
Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “DOST İş Mərkəzi” MMC-nin (VÖEN – 1305835261) elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, DOST üçün ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderin qalibi Əşrəf Səxavət oğlu Səfərov (VÖEN – 2004596032) olub.
DOST Əşrəf Səfərova məxsus 2 750 kv. metr qeyri-yaşayış sahəsini 24 ay müddətinə icarəyə götürür və icrə haqqı olaraq 853 min 710 manat (ayda 35 min 571 manat) ödəyəcək.

Onu da qeyd edək ki, DOST qeyd olunan ofis sahəsini Əşrəf Səfərovdan daha əvvəl də icarəyə götürüb. 2020-ci ildə 8 ay üçün 249 min 600 manat, 2022-ci ildə isə 6 ay üçün 213 min 432 manat, 2023-cü ildə 12 ay üçün 426 min 855 manat ödəyib.
Mətbuatda yer alan məlumatlardan belə görünür ki, Əşrəf Səfərov eyni zamanda ölkənin aparıcı şirkətlərindən olan “KİA Motors Az” MMC-nin də qanuni təmsilçisidir.
 
 

 


Ardını oxu...
Paytaxtın müxtəlif yerlərində söküntü işləri aparılır. Proses heç də sakit keçmir. Xüsusilə, fərdi yaşayış evlərinin və kiçik ticarət obyektlərinin kompensasiya ödənilməklə sökülməsi qalmaqalla müşayiət olunur. Çünki sakinlərə xeyli aşağı məbləğ təklif olunur. Bunların arasında ev və obyekt sahibinin icazəsi olmadan mülkiyyətin dağıdılması halları da kifayət qədər çoxdur.
Bizimyol.info xəbər verir ki, Yasamalda da obyektlər xəbərdarlıq edilmədən sökülür. Abbas Mirzə Şərifzadə, 1 ünvanında (“Azad Azərbaycan” telekanalının yerləşdiyi binanın yaxınlığı) heç bir məhkəmə qərarı olmadan söküntü işləri aparılır. Sahibkarlar bunun qarşısını ala bilmirlər. Burada 10-dan çox obyekt bir günün içində tamamilə dağıdılıb.

Sahibkarlar deyir ki, belə situasiya ilə qəfildən üzləşiblər. Onlara şifahi xəbərdarlıq da olunmayıb. Sahibkarlardan Sadiq Ağayev heç mallarını ortadan yığmağa imkan tapmadığını bildirir. Onun sözlərinə görə, azı 30 min manatlıq məhsulu sıradan çıxarılıb:

“Əvvəldən desəydilər, heç olmasa, malları çıxarardım. Bizimlə gəlib söhbət eləyən də olmayıb. Ziyanı kim ödəyəcək? Bir ucdan sökə-sökə gəlirdilər. O tərəfdə bərbərxananı, çəkməçi dükanını, mağazaları, dönərxananı sökmüşdülər. Bizim meyvə dükanını da onların gözünə qatıblar”.

Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Vüsal Hüseynov mediaya açıqlamasında obyekt sahiblərinin mülkiyyət hüququnu təsdiqləyən sənədinin olmadığını əsas gətirir. O, sökülən yerlərin Texniki Universitet, Memarlıq və İnşaat Universitetinin ərazisi olduğunu iddia edir. Deyir ki, burada abadlıq işləri aparılacaq, yataqxanalar təmir ediləcək.

İş orasındadır ki, sahibkarların əksərinin, o cümlədən, Sadiq Ağayevin əlində Bakı Şəhər İcra Hakimiyyətindən alınmış icazə sənədi var. Hüquq müdafiəçiləri istənilən halda məhkəmə qərarı olmadan söküntü işlərinin aparılmasının qanunsuz olduğunu deyirlər. Hətta sahibkarın icazə sənədi olmasa, həmin ərazini qanunsuz zəbt etsə belə, obyekt məhkəmə qərarı olmadan sökülə bilməzdi.

Son vaxtlar belə halların sayı çox artıb. Mülkiyyət toxunulmazlığı nəzərə alınmır. Konkret Yasamalda 25 ildən çox bu işlə məşğul olanlara qarşı haqsızlığa yol verilib. Vətəndaşa ödənilməli olan kompensasiyadan heç danışan da yoxdur.

Dövlətdən hər hansı yardım gözləmədən yaşamını sürdürən adamlara qarşı belə davranmaq yolverilməzdir.

Bizimyol.info
 
 

 



Ardını oxu...
Bakı şəhər sakini, Milli qəhrəman qardaşı Məmmədov Aydın İsrail oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, qardaşı Məmmədov Aytəkin İsrail oğlunun adına qoyulan büst baxımsız vəziyyətdədir, İcra Hakimiyyətinə müraciət edilsə də, əhəmiyyət verilmir:

“Mən, Məmmədov Aydın İsrail oğlu, yazaraq sizdən xahiş edirəm ki, müraciətimi dərc edəsiniz.

Bildirim ki, şəhid qardaşıyam, Bakı şəhərində yaşayıram. Özüm hal-hazırda xəstəyəm, maddi imkanım zəifdir. Qardaşım Məmmədov Aytəkin İsrail oğlu 1991-ci ildə şəhid olub. Prezident Heydər Əliyevin əmri ilə Milli qəhrəman adı verilib.

Qardaşımın büstü Gədəbəy rayonu, Göyəlli kəndində yerləşir. Adına olan məktəbin qarşısındakı büst baxımsız vəziyyətdədir. İcra Hakimiyyəti və Bələdiyyə Azərbaycanın Milli qəhrəmanına qarşı hörmətsizlik edir, onun üstünü təmir etdirmirlər. Dəfələrlə müraciət etsək də, cavabsız qalıb.

Əvvəl heç bir quruma müraciət etmədən, özüm nə lazım olsa edirdim. İndi nə səhhətim, nə də maddi dürümüm buna imkan vermir”.

Məsələ ilə bağlı Gədəbəy İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Jalə FAMİLQIZI

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
“Azərbaycan Dəmir Yolları” QSC Rusiyadan Azərbaycana inşaat materialları daşıyan yük qatarı relsdən çıxması ilə bağlı rəsmi məlumat yayıb.

Dia-az.İnfo xəbər verir ki, məlumatda deyilir:

“16 iyul tarixində səhər saatlarında Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxmış Rusiya özəl şirkətlərinə məxsus 3 vaqon dünən saat 22.00 radələrində rels üzərinə qaldırılıb və həmin istiqamətdə qatarların hərəkəti normal qrafik üzrə tam təmin olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin infrastruktur və hərəkətin təhlükəsizliyi departamentlərinin birgə operativ fəaliyyəti nəticəsində sözügedən sahədə yol təsərrüfatında müvafiq tənzimləmə işləri görülüb, yük vaqonlarının təyinatı üzrə yola salınması üçün hazırlıq işləri tamamlanıb”.

Qeyd edək ki, son günlər “Azərbaycan Dəmir Yolları” QSC-nin adı müxtəlif qalmaqallarda hallanmaqdadır. Dia-az.İnfo-nun məlumatına görə, bu ittiham dolu olaylardan aydın olur ki, təkcə ADY-yə aid qatarlar yox, elə ADY-nin hörmətli şefi Rövşən Rüstəmov cənabları da relsindən çıxmaqdadır. Bunun isə ona baha başa oturacağı şəkksizdir. Çünki söhbət çox ciddi həcmdə büdcə vəsaitlərinin mənimsənilməsindən gedir.

Dia-az.İnfo xatırladır ki, 11 iyul 2024-cü il tarixində “Azərbaycan Dəmir Yolları” QSC-nin qanunsuz əldə edilmiş mənfəəti ortaya çıxdı. Bu barədə yazılan məqalədə qurumun yol verdiyi qanunsuzluqlarla bağlı qərarın detalları öz əksini tapır. Belə ki, “Alliance Logistics” MMC və “Caspian Rail” MMC “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən dəmir yolu nəqliyyatı sahəsində fəaliyyət göstərən ekspeditor şirkətlərinə qarşı haqsız rəqabətə və ayrıseçkiliyə yol verilməsi, habelə əməkdaşlıqdan əsassız olaraq imtina edilməsi ilə əlaqədar olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət ediblər.

Dövlət Xidmətinin hərtərəfli araşdırmasından sonra məlum olub ki, “Azərbaycan Dəmir Yolları” QSC haqsız rəqabətə yol verərək, “Antiinhisar fəaliyyəti haqqında” qanunu kobud şəkildə pozub.

Qərarda deyilir: “Azərbaycan Dəmir Yolları” QSC sahə inhisarçılığına yol verilərək təsərrüfat subyektlərinin müstəqilliyi əsassız olaraq məhdudlaşdırıldığına və bununla da “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə qanun pozuntusu ilə əldə edilmiş küllü miqdarda gəliri "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci hissəsinin 2-ci abzasına əsasən qanunsuz əldə edilmiş mənfəət kimi dövlət büdcəsinə ödəməlidir”.

Qeyd edək ki, artıq bu məsələlər yetərincə ictimailəşib və hətta deputat Vahid Əhmədov ADY-də təftişin vacibliyini də vurğulayıb.

Bir sözlə, bu yay Rövşən rüstəmov üçün yetərincə hərarətli ola bilər. Doğrudur, hələlik siyasi hakimiyyətin başı qarışıq kimi görünür. Ortada növbədənkənar parlament seçkiləri var. Amma bu belə Rövşən Rüstəmovla bağlı ölçü götürülməsini yubatmaya bilər...

Məsələ diqqətimizdədir...
Ardını oxu...
4 aylıq körpənin sünnətdən sonra öldüyü “Real Hospital”da ilk dəfə deyil ki, belə hadisə baş verir.
TEREF tribunainfo.az-a istinadla bildirir ki, klinikada əvvəllər də ölüm faktları qeydə alınıb. Misal üçün 2022-ci ildə sözügedən klinikada 46 yaşlı Bəxtiyar İsmayılov əməliyyatdan sonra ölüb. 2019-cu ildə isə” Real hospital”da müalicə alan Gürcüstan vətəndaşı 43 yaşlı İrakli Gurtsişuizi xəstəxanada vəfat edib. Elə həmin il adı çəkilən xəstəxanada müalicə alan, 1972-ci il təvəllüdlü Mehman Həsən oğlu Həsənov qəfildən ölüb. Eyni ildə 1960-cı il təvəllüdlü Əliyeva Gülnar Cavad qızı mədəkiçiltmə əməliyyatı etdirmək üçün “Real Hospital”a müraciət edib. O, ikinci əməliyyatdan sonra ölüb.
Qeyd edək ki,” Real Hospital” 2014-cü ildən fəaliyyət göstərir. Müəssisənin bundan əvvəl “Real” Tibb Mərkəzi adlandırılıb. 2015-ci ildə müəssiənin lisenziyası ləğv edilib. Bundan sonra “Real” Tibb Mərkəzi “Real Hospital”a çevrilib.
Mediada gedən məlumatlara görə, xəstəxana Xətai rayonun keçmiş icra başçısı Razim Məmmədova məxsusdur.
 
Ardını oxu...
Bu gün bəzi media orqanlarında “Union Logistics” MMC-yə məxsus yük nəqliyyat vasitələrinin Bakı Baş Gömrük İdarəsinin "İpək Yolu" gömrük postunda xeyli müddət saxlanılması ilə bağlı məlumatlar yayımlanıb.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, "Union Logistics" MMC tərəfindən Çin Xalq Respublikasından Qırğız Respublikasına məxsus 4 nəqliyyat vasitəsilə Çin mənşəli müxtəlif təyinatlı qarışıq yüklər iyun ayının sonundan etibarən ölkə ərazinə daxil olub.

Qeyd edilir ki, "İpək yolu" gömrük postuna daxil olan nəqliyyat vasitələrində olan yüklərin gömrük rəsmiləşdirilməsinin aparılması üçün 2-9 gün aralığında bəzi sahibkarlar tərəfindən gömrük bəyannamələri təqdim edilib.

Eyni zamanda, bu günə qədər həmin nəqliyyat vasitələrində gömrük bəyannaməsi təqdim edilməmiş yüklər də mövcuddur.

Bildirilir ki, malların eyniləşdirilməsi üçün gömrük baxışı gömrük bəyannaməsi əsasında həyata keçirilir. Rəsmiləşdirilməsi sona çatdırılmış gömrük bəyannamələri üzrə gömrük nəzarətinin təyin olunduğu barədə elektron bildirişlərin sahibkarlara göndərilməsinə baxmayaraq, sahibkarlar tərəfindən malların təhvil alınmasına dair elektron növbə üçün müraciət olunmayıb. Əlavə olaraq 2024-cü il 12 iyul tarixdə həmin sahibkarlara gömrük orqanları tərəfindən malların təhvil alınması üçün yazılı formada məktub ünvanlanıb.

Ünvanlanmış məktublardan irəli gələn görüşlər zamanı məlum olub ki, “Union Logistics” MMC tərəfindən sahibkarlara malların təhvil alınması üçün yaxınlaşmamaları, 15 iyul 2024-cü il tarixdə kütləvi şəkildə Bakı Baş Gömrük İdarəsinin qarşısında toplanmaları tövsiyə olunub.

Bildirilir ki, yük nəqliyyat vasitəsinə “İpək Yolu” gömrük postunda fəaliyyət göstərən gömrük əməkdaşları tərəfindən zərər vurulması ilə bağlı Qırğız Respublikasının gömrük xidməti tərəfindən şəkil və videogörüntülər göndərilib. Aparılan araşdırma nəticəsində həmin nəqliyyat vasitəsinin ölkə ərazisinə zədəli şəkildə daxil olduğu müəyyən edilib.

Qeyd olunan zədə ilə bağlı Qırğız Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin şifahi müraciəti əsasında aidiyyəti üzrə məlumat verilib. Həmçinin bir müddət əvvəl Bakı Baş Gömrük İdarəsi tərəfindən “Union Locistics” şirkətinə bəyannamələrin gömrük orqanlarına təqdim edilməsinin sürətləndirilməsi barədə məlumat verilib. Məsələnin tam şəkildə araşdırıldıqdan sonra bu halı yaradan səbəblər haqqında əlavə
məlumat veriləcək.
 
 
 
Ardını oxu...
Paytaxt bazarlarında xiyar və pomidorun qiyməti bahalaşıb. Belə ki, bir neçə gün əvvəl 70 qəpiyə satılan xiyar 1 manat 50 qəpiyə, 1 manata satılan pomidor isə 2-3 manata təklif edilir.

TEREF Bakupost.az-a istinadən xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı danışıb. O açıqlamasında bildirib ki, paytaxt bazarı respublikanın digər bazarlari ilə sinxron deyil.

Onun sözlərinə görə, bütün kənd təsərrüfatı mallarının paytaxt bazarlarına - istehsalçıdan istehlakçıya qədər çatdırılma zəncirinin ortasında “Meyvəli bazarı" dayanır:

“Paytaxta çatdırılan istənilən meyvə-tərəvəz məhsulu yalnız bu süzgəcdən keçib gəlir. Yəni onların sənədi olmadan heç bir market o malı qəbul etmir. “Meyvəli” bazarında da bazarın üçüncü bir subyekti hökmranlıq edir, malı gətirənlərdən alıb, üstünə sənədi qoyub, paytaxt dükanlarına çatdıran başqa bir alverçi qrupu var”.

Ekspert bu adamların qiymətin dəyişməsində böyük rol oynadıqlarını bildirib:

“Onlar çox asanlıqla qiyməti təyin edirlər və paytaxt bazarına göndərirlər. Yeni qəbul olunmuş Rəqabət Məcəlləsində bu adamlara qarşı müəyyən maddələr var. Düşünürəm ki, qanun qüvvəyə minəndən sonra bu vəziyyət dəyişəcək”.

E.Hüseynovun sözlərinə görə, sadalanan problemlər fərdi kənd təsərrüfatıyla məşğul olan insanların birbaşa Bakı bazarlarına çıxışını əngəlləyir:

“Çünki onların yetişdirdiyi mallar Bakı bazarının tələbatına uyğun deyil. İkincisi, onlar “Meyvəli” süzgəcindən keçmədikdə Bakı bazarlarına daxil ola bilmirlər. Çünki bağazalar onların mallarını qəbul etmir. Bura illər boyudur Cəlilabad rayonundakı kartof satışı problemini də daxil etmək olar”.

Dünyapress TV

Xəbər lenti